<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani işdə Tövrat və sənət nədir

Ruhani işdə Tövrat və sənət nədir 

Məqalə 12, 1988

Müdriklər dedilər (Ataların nəsihətləri, hissə 2,2): «Raban Qamliel, rabi Yeguda Nasi’nin oğlu deyirdi: “Tövratı öyrənməyi hansısa bir sənətlə birləşdirmək yaxşıdır, çünki bu iki işin hər ikisi gərgin zəhmət tələb edir ki, bu da günahdan yayındırır; və dolanışıq üçün işlə birləşdirilməyən Tövratla hər cür məşğuliyyət uzun sürə bilməz və günaha gətirib çıxarar”».

Bu ifadəni sadəcə izah etmək olmaz. Məgər Tövratı öyrənib sənətlə məşğul olmamaq mümkündürmü? Bəs onda niyə Tövratla məşğuliyyət boş yerədir? Və bundan başqa, niyə Tövratın öyrənilməsi sənətlə birləşmirsə, bu günaha gətirib çıxarır? Əvvəlki ifadəni də izah etmək çətindir – niyə bu iki işin hər ikisi gərgin zəhmət tələb edir və bu günahdan yayındırır? Məgər müdriklər deməyiblərmi (Kidušin 30): «Mən şər başlanğıc yaratdım, və Mən Tövratı – ədviyyat kimi yaratdım»? Və məgər deyilməyibmi ki, Tövrat şər başlanğıcı islah etmək üçün lazımdır? Və  şər başlanğıcı islah etməkdən ötrü məyər dolanışıq üçün   kömək olaraq əməl lazımdır ?

Bunu ruhani əməl  tərəfdən izah etmək lazımdır. Məlumdur ki, əsas şər və günah – insanın yaradıldığı təbiətdir, onun mənbəyi isə küldür. Necə ki, İdrak Ağacının günahından sonra deyilib (Bereşit 3:19): «Çünki sən külsən, və külə qayıdacaqsan». Kül isə Malxut xüsusiyyətidir, necə ki, On Sfironun Tədrisində deyilir (hissə 16, səh. 1012, bənd 43, Or pnimi): «Bu nədir – özü üçün almaq istəyidir. Və bu istəyə ixtisar və gizlətmə edilib. Bu o deməkdir ki, bu yer nurdan azad oldu. Və bu ixtisar ona görə edilib ki, “havayı çörək” utancı hissi olmasın, xüsusiyyətlər üzrə bənzərlik ölçüsündə gizlətmə yox olur və onun yerini ali nur doldurur».

Və bu səbəbdən, Rambam deyir ki, qadınları, kiçik uşaqları və sadə insanları öyrətməyə başlayanda, onları lo lişma-da öyrənməyə alışdırırlar, ta ki, ağıllanıb və əlavə müdriklik qazanana qədər. Sonra isə onlara bu sirri, yəni lişmanı açırlar. Axı lişma – bizim təbiətimizə iyrənc olan şeydir. Biz özü üçün almaq arzusu ilə doğulmuşuq. Buna görə də Tövratı və ehkamları öyrənməyə başlamanın başqa məsləhəti yoxdur, yalnız – lo lişma. Və lo lişma vasitəsilə lişmaya gəlirlər. Necə deyilib ki, Onunla məşğul olmaqları sayəsində Onun nuru mənbəyə qaytarır…

Deyilənlərdən belə çıxır ki, bizə verilən bütün iş, şər başlanğıcı islah etmək üçün lazımdır ki, bütün əməllər yalnız bəxş etmək üçün olsun. Bu iş isə çox çətindir. Buna həm də derex erets, adi dünyəvi yol deyirlər. Məlumdur ki, adətən kiçik böyük qarşısında ləğv olur, çünki kiçiyin böyüyə xidmət edəndə həzzı çox olur. Buna görə məntiqlə güman etmək olar ki, hər kəsdə Yaradanı sevindirmək üçün xidmət etmək arzusu olmalıdır. Lakin bu dünyəvi, adi yolda çox çətindir. Bu o deməkdir ki, Tövratı öyrənməyi hansısa bir sənətlə birləşdirmək yaxşıdır.

Və bu, özü üçün almaq istəyinə ixtisar və gizlətmənin səbəbidir. Buna görə də bu yerdə nur işıqlanmır, qaranlıq və gizlətmə mövcuddur – özü üçün alma kli’sində. Və insanın üzərinə hamısını – imanı biliyin üzərində qəbul etmək qoyulub. Amma bu da çətindir, çünki bizim almaq istəyimiz öz ağlına zidd bir şey etməyə alışmayıb. Və hətta almaq istəyinin hakimiyyətindən çıxmaq imkanı olsun deyə, müdriklər dedilər: «Mən şər başlanğıc yaratdım, mən Tövratı – ədviyyat kimi yaratdım». Yəni «Onun nuru mənbəyə qaytarır».

Və «Onun içində olan nur, hansı ki, mənbəyə qaytarır» barədə «Müdrikliyin bəhrələri» kitabında (hissə 1, səh.152) deyilir: «Tövratın bütün sözlərini öyrənmək lazımdır. Bununla izah olunur ki, niyə bizə Tövratla uzun müddət məşğul olmaq lazımdır və s. Çünki biz əməllərə toxunmuruq, yalnız öyrənirik. Yəni bu, Aqadot və Midraşimdən başqa ,hətta Maase Bereşit’i (Yaradılış Əməli, Tövratın özünü)  də qabaqlayır. Və bütün mahiyyət ondadır ki, onların içində bədəni islah edən  nur gizlənib, şər başlanğıcı ram edən, Tövrata, mükafata və cəzaya inanmağa gətirən nur. Və aydındır ki, insan Tövratın sözləri üzərində düşünəndə və təfəkkür edəndə, hansı ki, Yaradanın bizim ata-babalarımıza aşkarlanmasına və buna bənzər şeylərə gətirib çıxarıb, bu, düşünənə əməllər üzərində düşünməkdən daha böyük nur gətirir. Və hərçənd əməllər  vacibdir, lakin nur baxımından, şübhəsiz ki, Yaradanın bizim ata-babalarımıza aşkarlanması – daha vacibdir. Və kabala elmi Yaradanın aşkarlanması barədə danışdığına görə, öz-özünə aydındır ki, ondan daha vacib, uğurlu və xüsusi bir müdriklik yoxdur. Və kabalistlər bunu nəzərdə tuturdular – onunla məşğul olmaq üçün əlçatan olsun deyə».

Deyilənlərdən belə çıxır ki, bizim məşğul olduğumuz Tövrat şər başlanğıcı ram etmək üçün lazımdır. Yəni Yaradanla birləşməyə nail olmaq üçün, belə ki, bütün əməllər yalnız vermək niyyəti ilə olsun. Bu o deməkdir ki, insanın öz qüvvəsində təbiətə qarşı getmək üçün heç bir imkan yoxdur. Buna görə də  ağıl və ürək məsələlərində, hansı ki, insan onların üzərində təkmilləşməlidir, ona dəstək almaq lazımdır. Və bu dəstək – Tövratdadır. Müdriklərin dediyi kimi: «Mən şər başlanğıc yaratdım, Mən Tövratı – ədviyyat kimi yaratdım». Və Onunla məşğul olanda, Onun nuru mənbəyə qaytarır.

Lakin deyilib ki, əgər insan Tövratla məşğul olduğu vaxt Onu, nur adlanan mükafatı almağa görə öyrənməyə niyyət edirsə,Tövratın nurunu daha səmərəli almaq (olar). Onda onun təhsili səmərəlidir. Amma əgər o, Tövratı öyrənməyin məqsədindən yayınırsa, Tövrat ona vermə qabı yaratmaq və alma qabını öz mənfəəti üçün istifadə etmək işini bitirməyə kömək etmir. Onda Tövrat ondan gedir və uzaqlaşır. Yəni şər başlanğıcı ram etmək üçün nəzərdə tutulan Tövratın qüvvəsi – bu qüvvə ləğv olunur. Və bunun barəsində yazılıb: işlə (yəni Tövrat alma qabını vermə qabına çevirsin deyə niyyət olmadıqda) birləşməyən Tövratla hər cür məşğuliyyət boşdur (ləğv olunur). Yəni bu qüvvə ləğv edilir.

Lakin başa düşmək lazımdır ki, niyə Tövrat günaha gətirib çıxarır. Yetərli deyilmi ki, Tövrat sanki ləğv olur, O, hələ günaha da gətirib çıxarır. Belə ola bilərmi?

Və bu çətin sual «On Sfironun Tədrisinə Ön söz»də gətirilir: «Onun üçün müqəddəs Tövrat  necə və niyə ölümcül zəhərə çevrilir -kəlamını anlamaq üçün izah lazımdır. Yetərli deyil ki, o, səylərini boş yerə sərf edir…. Lakin hələ Tövrat və əməlin özü də onun üçün ölümcül zəhərə çevrilir».

Və «On Sfironun Tədrisinə Ön söz» p. 101-də deyilir: «Və yazılıb ki, Yaradan Tövratın içində gizlənir. Çünki Simanın  gizlədilməsi vaxtı çəkdiyi əzablar və bədbəxtliklər, günahları olan və Tövratı və ehkamları az olan insan ilə, Tövratı və yaxşı əməlləri çox olan insan üçün eyni deyil. Çünki ən hazırlıqlı arzu öz Yaradanına xidmət tərəfinə bəraət qazandırır. Lakin o zaman ki, onun fikrincə, o, belə ağır cəzalara layiq deyil, Yaradana bəraət qazandırmaq çətindir ».

Deyilənlərdən başa düşəcəyik ki, niyə bütün Tövrat, Onunla birlikdə əməl olmadıqda, axırda ləğv olunur və günaha gətirib çıxarır. Bir tərəfdən, o görür ki, Tövratla və ehkamlarla məşğul olur. Bəs niyə onun anladığına görə Yaradan onunla hesablaşmır, o axı o buna layiqdir. Buna görə də burada iki şey var.

1.Sonunda, Tövrat ləğv olunur.

2.Günaha gətirib çıxarır.

Buna görə də insan öyrənməyə başlamazdan əvvəl düşünməlidir ki, Tövratı öyrənmək əmrini hansı məqsədlə yerinə yetirmək istəyir. Yəni o, Tövratın özünə görə Tövratla məşğul olur ki, ehkamları yerinə yetirməyin qanunlarını bilsin, yoxsa Tövratın özünü öyrənməkdir onun niyyəti. Ehkamları yerinə yetirməyin qanunlarını bilmək isə onun üçün tamamilə başqa bir məsələdir. Yəni o, Tövratı iki məqsədlə öyrənir.

Lakin insan Tövratı tədris məqsədilə öyrəndikdə, burada da onun hansı niyyətlə öyrəndiyini müəyyənləşdirmək lazımdır, yəni Yaradanın ehkamlarıni yerinə yetirir, necə deyilib: və onu gecə-gündüz öyrənsin. Yaxud Onu, ona görə öyrənir ki, nur alsın, axı ona Tövratın nuru lazımdır ki, öz şərini ləğv etsin. Müdriklərin dediyi kimi: «Mən şər başlanğıc yaratdım, Mən Tövratı – ədviyyat kimi yaratdım». Deməli, o Tövratı ədviyyatı dərk etmək üçün öyrənir, necə ki deyilib: Onun nuru mənbəyə qaytarır.

Və şübhəsiz ki, insan Tövratı öyrənməzdən əvvəl düşünməlidir: o indi niyə Tövratı öyrənir. Çünki hər bir əməlin məqsədi olmalıdır və bu məqsəd həmin əməlin yerinə yetirilməsinin səbəbidir. Və bunun barəsində deyilib: niyyətsiz dua – ruhsuz bədən kimidir. Buna görə də, o Tövratı öyrənməyə getməzdən əvvəl, niyyəti hazırlamalıdır.

«On Sfirotun Tədrisinə Ön söz» p.17-də deyilir: «Və buna görə öyrənən, təhsilə başlamazdan əvvəl Yaradanın inamında və Onun mükafat və cəza ilə idarə etməsində möhkəmlənməyə borcludur. Və bu yolla Onun nurunu almağa layiq olacaq, və onda onun inamı bu nur sayəsində möhkəmlənəcək və artacaq. Və hətta o kəs  ki, hələlik,Allah eləməsin, inama layiq olmadığını bilir, amma Tövratla məşğul olma sayəsində onun (buna) ümidı var. Çünki əgər öz diqqətini və ağlını Ona görə yönəltsə ki, Onun köməyi ilə Yaradanın inamına layiq olsun, artıq bu ehkamdan yuxarı əmr yoxdur. Və hətta onun başqa əmri yoxdur, yalnız budur». Sitatın sonu.

Deməli, buna əsasən insan çalışmalıdır ki, məşğuliyyətə başlamazdan əvvəl böyük səylər göstərsin ki, onun təhsili bəhrə versin və yaxşı nəticələr gətirsin. Yəni təhsil ona Tövratın nurunu gətirəcək, onun köməyi ilə o mənbəyə qayıda biləcək. Və onda Tövrat sayəsində o Müdrikin şagirdi olacaq. Bəs Müdrikin şagirdi nədir? Atam və müəllimim dedi ki, bu o şagirddir ki, Müdrikdən öyrənir. Yəni Yaradan Müdrik adlanır. Və Ondan öyrənən insan Müdrikin şagirdi adlanır. Bəs insan Yaradandan nə öyrənməlidir? O dedi ki, insan Yaradandan yalnız bir şeyi öyrənməlidir. Məlumdur ki, Yaradanın arzusu bəxş etməkdir, buna görə insan da Ondan bəxş edən olmağı öyrənməlidir. Və bu Müdrikin şagirdi deməkdir.

Bununla müdriklərin dediyi (Nedarim 1-ci fəsil) sözləri izah etmək olar: «Niyə müdrikin şagirdinin oğulları arasında müdrikin şagirdini tapmaq olmur? Rabina deyir: çünki əvvəldə Tövrata xeyir-dua vermirlər». Sitatın sonu.

Və bunu ruhani iş baxımından belə başa düşmək olar: hər şey bir bədəndə baş verir və belə izah etmək olar sualı – Niyə müdrik şagirdinin oğulları arasında müdrikin şagirdini tapmaq olmur?

Məlumdur ki, ata və oğul – bu səbəb və nəticədir. Yəni birinci hal ikinci halın səbəbidir. Buna görə də, insan Tövratı öyrəndikdə, o Müdrikin şagirdi adlanır. Biz öyrəndik ki, «Onun içindəki nur mənbəyə qaytarır». Bəs mənbə nədir? Bu, müdriklərin dediyi kimidir, Yaradan dedi: «Mən şər başlanğıc yaratdım, Mən Tövratı – ədviyyat kimi yaratdım, və onlar şər başlanğıcı ləğv edirlər». Və o, məlum olduğu kimi özü üçün alma arzusu adlanan şəri ləğv etdikdə, Müdrikin şagirdi olur, yuxarıda atamın və müəllimimin izahına əsasən deyildiyi kimi.

Buna görə də sualın izahı – «Niyə müdrikin şagirdini tapmaq olmur» – ondadır ki, bu birinci haldır. «Müdrik şagirdlərinin oğulları arasında». Yəni onlardan ikinci hal doğulmur, o halda ki, o, müdrikin şagirdi olsun, yuxarıda deyildiyi kimi, onun bütün əməlləri yalnız vermək niyyəti ilə olsun deyə bu vəziyyətə çatmalıdır. Lakin «Onun içindəki nur mənbəyə qaytarır» qaydası yoxdurmu? Və biz görmürükmü ki, yuxarıda deyildiyi kimi müdrikin şagirdinin müdrik şagirdinin oğullarını doğurma imkanı yoxdur?

Və buna cavab gəlir – çünki əvvəldə Tövrata xeyir-dua vermədilər. Lakin bu cavabın özünü də başa düşmək çətindir. Məgər biz görmürük ki, öyrənməyə gedən hər kəs, dərsdən əvvəl, təhsilin əvvəldə Tövrata xeyir-dua  verir? Bu halda, necə izah etmək olar ki, müdrikin şagirdinin oğullarının doğulmamasının səbəbi onun əvvəldə Tövrata xeyir-dua verməməsidir?

Və «çünki əvvəldə Tövrata xeyir-dua vermədi» deyilən sözləri izah etmək lazımdır. Biz görürük ki, kimsə vacib bir şeyi əldə etməyə hazırlaşanda və əldə etdiyi mal sayəsində böyük qazanc gözləyəndə, yoldaşları ona xeyir-dua verirlər ki, onda hər şey uğurla keçsin. Yəni o böyük qazanc əldə etsin.

Ruhani işdə də belədir. İnsan Tövratı öyrənməyə hazırlaşanda, onun qarşısında aydın məqsəd olmalıdır, yəni  o niyə öyrənməyə gedir-səbəbi. Əlbəttə, onun təhsildə qazancı Tövrat olmalıdır, çünki qazanc olmadan işləmək mümkün deyil. Buna görə də o bilməlidir ki, məqsəd, yəni qazanc, Tövratdan götürməli olduğu şey – «Onun içindəki nur, mənbəyə qaytaran nur»dur.

Və ruhani işdə, burada bir bədən nəzərdə tutulanda, deməli, o özünüxeyir-dualamalıdır, və onda Tövratdan çox nur qazanacaq, çünki indi öyrənməyə gedir. Yoxsa, yəni o əvvəldə, Tövratı öyrənməzdən əvvəl, xeyir-dua verməsə, o, öyrənmədən almalı olduğu məqsədi xatırlamaz, bu isə oğullar adlanır, çünki oğullar – təhsilin nəticəsidir. Yuxarıda deyildiyi kimi – Tövrat səbəbdir, atadır, Tövratdan çıxardığı nur isə oğuldur.

Buna görə də hər kəs dərsdən əvvəl özü üçün hesablamalıdır – onun təhsilinin məqsədi nədir, yəni, niyə o Tövratda səy göstərir. Şübhəsiz, mükafatsız səy göstərmək mümkün deyil. Və əlbəttə, insan Tövratı öyrənəndə, o inanır ki, «əməli  verən sadiqdir, sənin səylərini mükafatlandıracaq» (Ataların nəsihəti, 2-ci hissə, 21). Və söhbət hansı mükafatdan gedir, o nəyə diqqət etməlidir ki, onun mükafatı həmişə gözünün qabağında olsun? Yəni onda əminlik və inam olsun ki, Yaradan onu mükafatlandıracaq.

Və onun ümid etdiyi mükafat ona işdə qüc verir. Yəni mükafat – onun yanacağıdır, onun üzərində əməl qurulur. Və əlbəttə, mükafat nə qədər böyükdürsə, onda bir o qədər qüc var. Lakin mükafat onun üçün çox da vacib deyilsə, onda o layiqli deyil və ona fədakarcasına işləmək üçün qüvvə verməyə dəyməz. Yəni o başa düşməlidir ki, Tövrat onun üçün çox vacibdir, necə deyilib: «çünki Onun içində bizim həyatımız və uzunömürlülüyümüz var». Və şübhəsiz, əgər insan hiss etsə idi ki, bu, həqiqətən onun həyatının tədrisidir (və hər bir insan – onun hissinə görə), o bu həyatı əldə etmək üçün bütün qüvvəsini verərdi.

Lakin Tövratda həyatı hiss etmək üçün insana böyük hazırlıq lazımdır, öz bədənini hazırlamaq lazımdır ki, Tövratda gizlənmiş həyatı hiss etməyə qadir olsun. Buna görə də müdriklər dedilər ki, lo lişma ilə başlamalıdırlar, və lo lişma pilləsində dərk edilən Tövratın nuru vasitəsilə lişmaya gələcək, çünki Onun nuru mənbəyə qaytarır. Və onda onun lişma-da öyrənmək imkanı olacaq, yəni Tövrat uğrunda, «həyat Tövratı» adlanan Tövrat uğrunda, çünki o artıq Tövratda həyatı dərk edib, çünki Tövratın nuru insanı hazırladı ki, Tövratda olan həyatı hiss edə bilsin.

“On Sfirotun Tədrisinə” (bənd 38) Ön sözdə soruşulur: «Niyə arzulanan kamil iş “lişma” (sözün əsl mənasında: “onun naminə”) adlanır?». Və bu adlandırmanı – Tövrat lişma (onun naminə) – başa düşmək lazımdır: nə üçün kamil, arzu olunan iş lişma (onun naminə) adlanır? Tövrat və ehkamlarla məşğul olan və Yaradanı razı salmaq üçün, özünə görə deyil, işləməyə can atan adamın sadə anlayışına görə buna Tövrat lişmo (Onun naminə) və lo lişmo (Onun naminə deyil) adı verilməli idi, yəni Yaradan naminə. Axı Tövratın lişmo-da yerinə yetirildiyinin şahidi, yəni Yaradanı razı salmaq, hələ kifayət deyil, həm də lişma ilə məşğul olmaq, yəni Tövrat naminə işləmək tələb olunur. Məlumdur ki, Tövrat adı – həyat Tədrisi deməkdir, necə deyilib: «Çünki onları tapanlar üçün onlar həyatdır» (Mişley 4:22). Və necə ki, deyilib: «Çünki bu sizin üçün boş bir şey deyil; çünki bu sizin həyatınızdır» (Dvarim 32:47). Və belə olduğu üçün, “Tövrat lişma” deməkdir ki, Tövrat və ehkamlarla məşğul olmaq ona həyat və uzunömürlülük verir, çünki onda Tövrat – onun adı olur». Sitatın sonu.

Deyilənlərdən çıxır ki, insan artıq bəxş etmə səviyyəsinə gəldikdən sonra, Yaradanı razı salmaq üçün, bu o deməkdir ki, o Tövrat və ehkamlarla Yaradan naminə məşğul olur, onda ikinci pillənin əvvəldə o Tövrat və ehkamlarla lişma, yəni Tövrat naminə məşğul olur, burada Tövrat – həyat tədrisidir.

Və insanın hər şeyi Yaradan naminə etdiyi pilləyə, yəni Tövrat lişmo adlanan pilləyə çatması üçün ona Tövratın nuru, mənbəyə qaytaran nur lazımdır ki, onda özünüsevərlik hakimiyyətindən çıxmaq və hər şeyi Yaradan naminə etmək imkanı olsun. Və yalnız bu nur ona kömək edə bilər, necə ki,müdriklər dedilər: «Mən şər başlanğıcı yaratdım, Mən Tövratı – ədviyyat olaraq yaratdım». Yəni Tövratın nuruna layiq olduqdan sonra, o, “həyat Tövratı” adlanan Tövratın özünə layiq ola biləcək.

Və deyilənlərlə müdriklərin sözlərini izah etmək olar: «Əgər sənə bir adam desə – dünya xalqlarında hikmət var, inan. Amma əgər desə ki, onlarda Tövrat var, inanma»…

İnsan Tövratı öyrənəndə, burada iki şeyi ayırmaq lazımdır:

1.Onun içində olan hikmət və ağıl ki, bu Tövratın libası adlanır.

2.Bu Tövrat libaslarını kim geyinib.

Biz Zoarın sözlərinə inanmalıyıq ki, bütün Tövrat – Yaradanın adlarıdır. Başqa sözlə, Yaradan Tövratın libaslarına bürünüb. Buna görə də Tövratda iki şeyi ayırd etmək lazımdır:

1.Libas

2.Bürünən

Və “Müdrikliyin Bəhrələri” kitabında (2-ci hissə, səh. 66) deyildiyi kimi: «Lakin Yaradan – Tövratın nuruna bürünmüş sonsuzluq nurunun xüsusiyyətidir, hansı ki, onda 620 əmr var». Və bu o deməkdir ki, müdriklər dediyi kimi: «Bütün Tövrat – Yaradanın adlarıdır». Bu o deməkdir ki, Yaradan hər şeyi özündə ehtiva edir, 620 ad isə təfərrüat və hissələrdir.

Deyilənlərdən belə çıxır ki, Yaradan’a inamı olan, Tövratı verənin Tövrata büründüyünə inana bilər. Amma Yaradan’a inamı olmayan, Tövratı öyrənə bilmir. Çünki o, Tövratı verənə inanmır. Və o, yalnız Tövratın libaslarını öyrənə bilər, onlara Bürünəni yox, çünki onda inam yoxdur. Tövratın zahiri libası isə “Tövrat deyil bilik” adlanır, çünki o vaxt Tövrat adlanır ki, o, Tövratı verənlə qovuşub.

Buradan müdriklərin dediyi aydın olur: «Əgər sənə bir adam desə ki, dünya xalqlarında hikmət var, inan». Çünki bürünən olmadan onlar libası öyrənə bilirlər və bu yalnız bilik adlanır. Və onun Tövratı verənlə heç bir əlaqəsi yoxdur. «Amma əgər desə ki, onlarda Tövrat var, inanma», çünki onların Tövratı verənlə heç bir əlaqəsi yoxdur.

Lakin bizim əsas işimiz Yaradanla birləşməyə nail olmaq olduğuna görə, necə deyilib: «və Onunla birləşmək», buradan belə çıxır ki, Tövrat Yaradanla birləşməyə nail olmağın vasitəsidir. Deməli, Tövratı öyrənərkən Bürünənlə birləşməyə layiq olmaq niyyəti lazımdır. Və bu – libas vasitəsilə, yəni Yaradanın büründüyü Tövrat vasitəsilədir.

Və əgər «dünya xalqlarında hikmət var – inan… amma onlarda Tövrat var – inanma» ifadəsini ruhani iş tərəfdən izah etsək, bilməliyik ki, qoylar və israillilər bir bədəndədir. Yəni insan inam xüsusiyyətinə layiq olmamışdan əvvəl, o, qoy adlanır, sadə xalq. Və yalnız inam xüsusiyyətinə layiq olduqdan sonra, o, İsrail (birbaşa Yaradan’a yönələn) adlanır.

Amma əgər insan kamil inama çatmaq yolu ilə getmək istəyirsə, hələ kamil inama layiq olmasa da, o artıq İsrail adlanır. Və bu, mənim atam və müəllimimin «müdriklərdə hikmət olsun» ifadəsi barədə dediyinə uyğundur. Və soruşdu: «Niyə deməyək – axmaqlarda hikmət olsun?». Və dedi ki, hikmət istəyən insan artıq müdrik adlanır, çünki insan məqsədinə görə müəyyən olunur. Yəni insanın nail olmağa can atdığı şeyə görə o, adlanır. Buna uyğun olaraq izah etmək lazımdır ki, kamil inama çatmaq istəyən bütün insanlar artıq israil adlanır.

Ona görə də əgər bu, onun təhsilinin əvvəldə yoxdursa, yəni insan oxumağa hazırlaşanda, amma bunun sayəsində kamil inama çatmaq istəyirsə, o buna Tövratın nuru vasitəsilə çata bilər, bununla o, Tövrata bürünmüş Bürünənlə qovuşmaq istəyir. Və Tövratın nurunu yalnız O verir, başqası yox. Deməli, o, Tövratı, Yaradanın libasları adlanan Tövratı öyrənir. Və onların sayəsində o, kamil inama çatmaq, Tövratı verənə Bürünənə qovuşmaq istəyir.

Və burada artıq 3 şeyin birləşməsi var: 1) Tövrat, yaxud Yaradanın libasları; 2) Tövrata bürünmüş Yaradan; 3) İsrail, yuxarıda deyilən niyyətlə Tövratı öyrənən insan.

Və bu – «Tövrat, Yaradan və İsrail – birdir» mənasını verən vahiddir. Və hərçənd Zoar Yaradanın adlarına artıq layiq olmuş insanlardan danışır, bu isə artıq “əl tefillini” adlanan inam xüsusiyyətinə və “baş tefillini” adlanan Tövrat xüsusiyyətinə layiq olmaq deməkdir, lakin yuxarıda deyildiyi kimi, Tövrat və inam xüsusiyyətinə çatmaq yolu ilə gedənlər də bu xüsusi əhatə edən nuru alırlar.

Deyilənlərdən «Qoyların hikmətinə inan» yazılanını anlamaq olar. Yəni əgər insan Tövratı öyrənməklə Yaradan’a inam xüsusiyyətinə çatmaq niyyəti daşımırsa, onun Tövratla heç bir əlaqəsi yoxdur. Çünki Tövrat libasla birlikdə Bürünən adlanır. Və bu Tövrat – Tövratı verənlə birlikdədir.

Və hərçənd o, hələlik Tövratı verəni hiss etmir, yenə də Tövratı öyrənməyinin məqsədi – Tövratı verəni hiss etməyə nail olmaqdır. Amma əgər insan Tövratı verənə nail olmağı özünə məqsəd qoymursa, o, qoydur. Yəni onda inama ehtiyac yoxdur, başqa sözlə, onda inama necə nail olmağın məsləhətlərinə ehtiyac yaranmır və o hələ də qoy adlanır, İsrail yox. Buna görə də hikmətə – inan, yəni onda yalnız libas var, bürünən olmadan. Və bu barədə deyilib – «qoylarda Tövrat var – inanma», çünki onun Tövratla əlaqəsi yoxdur.

Lakin «inan» və «inanma» barədə də iki bədəndən danışılmır. «İnan» və «inanma» – elə insanın özünə aiddir, yəni insan özü diqqət etsin, onda Tövrat varmı, yoxsa, Allah eləməsin, Tövrat yoxdur. Çünki insan səy göstərir və zəhmət çəkir, şübhəsiz, Tövrata layiq olmağa can atır. Və insan düşünür ki, «kamil inama çatmaq» niyyəti olmadan da Tövrata layiq ola bilər. Və bu barədə müdriklər dedilər ki, insan bilməlidir: kamil inam olmadan Tövrata layiq olmaq mümkün deyil.

Buna görə insan Tövratı öyrənməzdən əvvəl düşünməlidir və nəticə çıxarmalıdır ki, hansı məqsədlə Tövratı öyrənməyə səy göstərir. Yəni Tövratı öyrənməklə nəyə nail olmaq istəyir. Şübhəsiz, insan səy göstərirsə, bu, ona nəyinsə çatışmamasına görədir. Və göstərdiyi səyin sayəsində ona, özünün çatışmır sandığı şey veriləcək və səyinin əvəzində onun arzuları doldurulacaq. Və insan inanmalıdır ki, necə deyilib: «səy göstərdi və tapdı».

Buna görə də bəzən elə olur ki, insan anlayır: ona Tövrat biliyi çatışmır. Və bütün fikirləri Tövrat biliyinə layiq olmaq haqqındadır. Bu isə, yuxarıda deyildiyi kimi, Yaradanın libaslarıdır. O hiss edir ki, ona yalnız Tövratın zahiri libasları çatışmır. Və bu, xoxma (bilik) xüsusiyyəti adlanır.

Tövrat o deməkdir ki, o, Tövrata bürünmüş Bürünənə ehtiyac duyur. Yəni onda hələ də Yaradan’a kamil inam çatışmır. Və o, bu şəri öz qəlbində hiss edir və moax, ağıl və liba, ürək xüsusiyyətinə layiq olmaq istəyir ki, hər şey yalnız Yaradan üçün olsun.

Və müdriklərin dediyinə görə: «Yaradan dedi – Mən şər başlanğıc yaratdım, Mən Tövratı – ədviyyat olaraq yaratdım, çünki Onun nuru Mənbəyə qaytarır», deməli, Tövrat vasitə kimi  lazımdır, belə ki, Tövrat vasitəsilə o, Yaradan’a kamil inama layiq olsun. Və sonra o, Tövrat vasitəsilə Tövratın həyat adlanan Tövrat xüsusiyyətinə layiq olacaq, çünki libasla birlikdə Bürünənə layiq olacaq. Yəni o, Tövrat adlanan libaslara, Yaradan adlanan Bürünənə birlikdə layiq olacaq. Zoarda deyildiyi kimi: «Tövrat, Yaradan və İsrail – vahiddir».

Və bu barədə deyilib (Truma…): «Qoy Mənim üçün ianə toplasınlar. Və alverin şərtləri belədir – əgər kimisə satdısa, sanki onunla birlikdə satılıb. Yaradan İsrailə dedi – Mən sizə Öz Tövratımı satdım. Və sanki Özümü onunla birlikdə satdım. Necə deyilib – qoy Mənim üçün ianə toplasınlar».

Və deyilənlərlə Midraşın sözlərini izah etmək olar: «Sanki onunla birlikdə satılıb». Tövrat – «Tövrat, İsrail və Yaradan – vahiddir» xüsusiyyətidir, çünki Tövrat Yaradanın libaslarıdır. Və insan elə bir hala çatmalıdır ki, Tövrat vasitəsilə onda bürünmüş Bürünənə layiq olsun, yəni Ona yapışsın. Deməli, iki şeyə layiq olmaq lazımdır-Tövrata və Yaradan’a. Və bu barədə deyilib: «Sanki onunla birlikdə satılıb». Buna görə də burada 3 hissənin kamilliyi var:

1)İsrail,

2)Yaradan,

3)Tövrat.

“Müdrikliyin bəhrələri” kitabında (2-ci hissə, səh. 64) deyilir: «Bəs insan nə edə bilər ki, Yaradanın Tövrata büründüyü Tövrata ehtiyac duyduğunu hiss etsin? Müdriklərin dediyi kimi – Yaradan İsrailə dedi – Mən sizə Öz Tövratımı satdım. Və sanki onunla birlikdə satılıb. Və alverin şərtləri belədir – əgər kimisə satdısa, sanki onunla birlikdə satılıb».

Buradan görünür ki, Yaradan istəyir ki, insan Tövratı qəbul edəndə, Onunla birlikdə sanki Yaradanı da qəbul etsin. Amma insan bunun ona lazım olacağını hiss etmir. Və əsasən insan bütün dünyanın arxasınca gedir. Və Rambamın dediyinə görə, qadınları, uşaqları və sadə xalqı öyrətməyə başlayanda, lo lişmadan başlamaq lazımdır. Və adətən hamı başladığı kimi də davam edir, yəni əvvəlcə onlara necə öyrədiblərsə, Tövrata niyə ehtiyacları olduğunu elə də anlayırlar, və bu lo lişmanın səbəbidir, «Mən şər başlanğıc yaratdım, Mən Tövratı – ədviyyat olaraq yaratdım» olduğuna görə yox. Və bu və ya digər şəkildə dünyanın əksəriyyəti Yaradanla birləşmə adlanan mükafatın olduğunu anlamır.

Buna görə çoxluğun fikri insana hakim olur ki, ona həqiqi niyyətə çatmaq imkanı olsun deyə Tövratı öyrənmək lazım deyil. Yəni Tövrat vasitəsilə onda şəxsi fayda əvəzinə bəxş etmə naminə niyyət yaransın. Və bu onu Yaradanla birləşməyə gətirərdi. Və bunun üçün, yəni yaradılanları islah etmək üçün, onların birləşməyə gəlməsi üçün çoxlu aləmlər, parsuflar və canlar yaradılıb.

Və bunların hamısı varlıqları, yəni almaq istəyini islah etmək üçündür. Çünki almaq səbəbindən yaradılan Yaradan’dan uzaqlaşdırılıb. Və bu islahlar sayəsində hamısını islah etmək imkanı yaranacaq ki, bəxş etməyə gəlsinlər.

Və bütün ümumi alan kli vermə naminə islah ediləndə, Son İslah baş verəcək.

Və bu, Onun əməllərinin kamilliyi deməkdir, necə ki, müqəddəs ARİ dedi (On Sfirotun Tədrisi, 1-ci hissə, səh. 3): «Və o zaman Onda sadə bir istək yarandı: aləmləri və varlıqları yaratmaq, bununla Öz əməllərinin, adlarının və adlandırmalarının kamilliyini aşkara çıxarmaq, bu da aləmlərin yaradılmasının səbəbi oldu. Və o zaman Sonsuzluq Özünü mərkəzi nöqtəsində, onun tam mərkəzində ixtisar etdi, bu nuru ixtisar etdi və mərkəzi nöqtənin ətrafındakı tərəflərə çəkildi. Və azad yer qaldı ki, orada yaradılmışlar məskunlaşa bilsin». Və elə orada aydınlaşdırılana görə (səh. 7) o, “Or pnimi”də izah edir ki: «Və bütün ixtisarın əsas səbəbi almanın yeni formasına – vermə naminə – can atmaq idi; bu forma gələcəkdə aləmlərin yaradılması vasitəsilə aşkara çıxacaq».

Deilənlərdən görünür ki, aləmlərin və canların yaradılmasının əsası bir niyyətdə idi: hamısını islah etmək, belə ki, hər şey vermə naminə olsun; bu isə qovuşma, xüsusiyyətlər üzrə uyğunluq deməkdir. Və Tövrat barədə Yaradan dedi: «Mən şər başlanğıc yaratdım, Mən ədviyyatı yaratdım». Yəni insan Tövratı ədviyyat şəklində aldıqdan sonra şər başlanğıc vermə naminə islah edildi, Zoar Kitabında deyildiyi kimi: «Gələcəkdə ölüm mələyi müqəddəs mələk olacaq».

Lakin insan bunu əsas olaraq görə bilmir, çünki ümumi İsrail adlanan çoxluğun arxasınca gedir. Və yuxarıda deyildiyi kimi, başlanğıc tərbiyəni hər kəs lo lişma kimi alır. Bu o deməkdir ki, Tövrat və ehkamlarla şəxsi fayda kelimində mükafat almaq üçün məşğul olacaq. Və lo lişmanın mahiyyətini insanın Tövrat və ehkamlarla məşğuliyyətinin əvvəldə aşkara çıxarmaq olmaz, yuxarıda Rambamın sözləri ilə deyildiyi kimi.

Və bu, insanı ona gətirir ki, o, öz ağlı ilə başa düşür: Tövratda onun öyrənməli olduğu hər şey yalnız ehkamları necə yerinə yetirməyin qanunlarını bilmək üçündür, necə ki, müdriklər demişlər – «sadə xalqda təqva yoxdur». Və hərçənd Tövratı hətta praktiki ehkamlara  aid olmayan hissələrdə də öyrənirlər, amma Tövratın bu hissəsini o, Tövratı öyrənmək ehkamına görə öyrənir, necə ki, deyilir – onda gecə-gündüz səy göstər. Yəni o, bunu ehkamına görə öyrənir, bütün digər ehkamlar kimi.

Lakin müdriklərin dediyi: «Alverin şərtləri belədir – əgər kimisə satdısa, sanki onunla birlikdə satılıb», – barədə Yaradan İsrailə deyir: «Mən sizə Öz Tövratımı satdım. Və sanki onunla birlikdə satıldım». Buna insanın heç bir aidiyyəti yoxdur. Axı bu bilik ona nə verəcək, əgər o, Yaradanın Tövratın libaslarında olduğuna inansa? Halbuki Tövratı qəbul edən bilməlidir ki, Yaradan Tövratın libaslarındadır və Ona bürünmüş Yaradanla birləşməyə layiq olmalıdır.

Və bu ona görədir ki, onun bütün işi – lo lişma niyyətindədir. Və onun bütün ümidı yalnız şəxsi fayda niyyəti ilə Tövratı və ehkamları yerinə yetirməkdədir. Və təbii ki, onun Tövratda bürünmüş Olana heç bir aidiyyəti yoxdur, ona yalnız bir şey kifayətdir – nə qədər onda mükafat və cəza barədə inam varsa, və onun Tövrat və ehkamlarda işi də bundan asılıdır. Və o, mükafatdan başqa heç nəyi nəzərə almadığı üçün, yerinə yetirdiyi Tövrat və ehkamalr onu maraqlandırmır.

Lakin əgər insan heç bir mükafat olmadan Tövrat və ehkamlarla işləmək və onları yerinə yetirmək istəyirsə, yalnız ona görə ki, Padşaha xidmət etmək istəyir, onda ona Padşahın böyüklüyünü bilmək lazımdır. Çünki onun işi Padşahın böyüklüyünə inamının ölçüsündən asılıdır, çünki yalnız Padşahın böyüklüyü və əhəmiyyəti ona iş üçün yanacaq verir.

Və Zoarda «Onun əri darvazalarda tanınır» ifadəsi barədə deyilən də budur. Bu o deməkdir ki, insan öz qəlbində Yaradanın böyüklüyünü və əhəmiyyətini nə qədər dəyərləndirirsə, o ölçüdə də Padşaha xidmətə özünü verir.

Və buna görə yalnızvermə naminə işləmək istəyən belə insanlar üçün onları Tövrat və ehkamlarla məşğul olmağa məcbur edən bütün səbəb yalnız Yaradanın əhəmiyyəti və böyüklüyüdür. Zoarda deyilir ki, onların işinin əsas səbəbi Yaradanın böyük olması və hər şeyə hakim olmasıdır. Yaradanın Tövrata büründüyünə inanan və Yaradanın dediyinə inanan bu insanlar – «Mən sizə Öz Tövratımı satdım. Və sanki onunla birlikdə satıldım», – Tövratı öyrənəndə Ondan mənbəyə qaytaran nuru çıxarmaq istəyirlər. Və müdriklər bu barədə demişlər: «Tövrat vasitəsilə təmizlənməyə gələnə – kömək edirlər», – çünki Yaradan Tövrata bürünüb.

Və deyilənlərlə biz (eşitməzdən əvvəl «Əbədi sevgi» ikinci xeyir-duasında) dediyimizi izah etmək olar: «Gözlərimizi Sənin Tövratınla nurlandır». Və sanki «gözlərimizi nurlandır» ifadəsi qaranlıq yerə, gizlənmə yerinə aiddir. Lakin Tövrata münasibətdə belə demək lazım idi: «Və bizə Sənin Tövratını anlamağı ver». Amma «nurlandırmaq» nə deməkdir?

Və deyilənlərlə izah etmək olar ki, Tövratda Tövratın libaslarını fərqləndirmək lazımdır, o şeyi ki, Yaradan Ona bürünüb, və bu, bizdən gizlidir, çünki biz  bürünəni deyil,yalnız libasları görürük , buna görə də biz Yaradandan xahiş edirik ki, gözlərimizi nurlandırsın, ki, biz Tövrata bürünmüş Yaradani görməyə və hiss etməyə layiq olaq. Və bunun barəsində deyilir – Gözlərimizi nurlandır  ki, biz, Sənin Öz Tövratına büründüyünü görək.

Həmçinin Zoarda deyilən sözləri anlamaq lazımdır: «Məni axtaranlar Məni tapacaqlar» (Mişley 8:17). Bu barədə soruşulmuşdu: «Yaradanı harada tapırlar?». Və deyilir ki, Yaradanı yalnız Tövratda tapırlar. Və həmçinin yazılana dair deyilir: «Harada gizlənirsən, Yaradan», yəni Yaradan özünü müqəddəs Tövratda gizlədir.

Bu «TES-ə Giriş»də (b.41) misal gətirilir, və bu, yuxarıda müdriklərin ifadəsi barədə deyildiyi kimidir: alverin şərtləri belədir – əgər kimisə satdısa, sanki onunla birlikdə satılıb. Bu o deməkdir ki, Yaradan Tövrata bürünüb. Lakin yalnız insan Onu axtarmalıdır və Onu tapmalıdır, çünki O, Tövratda özünü o vaxta qədər gizlədir ki, ona hazır deyillər (Onu tapmağa). Və səy və dua vasitəsilə biz Onu tapırıq.

Və bu barədə deyilir: «Səy göstərdi və tapdı». Sual ondadır ki, məlumdur, səyin Onu Tövratda tapmaqla hansı əlaqəsi var. Lakin yuxarıda deyildiyi kimi, səy vasitəsilə Yaradanı tapırlar – necə ki, O, Tövrata bürünüb. Yəni qoy insan deməsin ki, mən Tövratı çox öyrəndim, amma Yaradanı tapmadım, necə ki, O, Tövrata bürünüb. Lakin Onu axtarmaq və ümidsizliyə qapılmamaq lazımdır. Və inanmaq lazımdır, necə ki, deyilir – «Məni axtaranlar Məni tapacaqlar». Çünki gizlənmə – bu, islahdır, buna görə də insanın bəxş edən kelimləri olmadan,Onu dərk etmək mümkün deyil, bu isə xüsusiyyətlər üzrə bənzəmək və Yaradanla birləşmək deməkdir.

Deyilənlərlə müdriklərin dediyini izah etmək olar (Nedarim fəs. 1): «Kasıblardan ehtiyatlı olun, çünki onlardan Tövrat çıxacaq». Necə ki, deyilir: «Onun vedrələri su ilə dolacaq» (Bemidbar 24:7), çünki onlardan Tövrat çıxacaq. Və görünür ki, məhz kasıblardan Tövrat çıxacaq, varlılardan isə – yox. Belə ola bilərmi?

Ruhani iş tərəfdən kasıblar anlayışını izah etmək olar, necə ki, müdriklər demişlər (Nedarim fəs. 1), kasıb yoxdur, yalnız ağılca kasıb olan var. Və buna görə də, insan Tövratı öyrənəndə və Tövrat xüsusiyyətinə çatmaq istəyəndə, yəni «Gözlərimizi Sənin Tövratınla nurlandır», – söhbət Tövrata bürünmüş Yaradanla qovuşmaqdan gedir, burada Sənin Tövratın – Tövrata bürünmüş Yaradan deməkdir.

Və o görür ki, Tövratda Yaradanı tapmaq üçün nə qədər güc və zəhmət sərf edir, amma Onu tapmır. Lakin deyilir ki, Məni axtaranlar Məni tapacaqlar. Amma o görür ki, ağılca kasıbdır. Və o, – Yaradanını tanı və Ona xidmət et -deyiləni yerinə yetirmək istəyir. Və həmçinin deyilir –  ağıl olmadan can yaxşı deyil. Lakin o, bundan uzaqdır. Və hər dəfə o görür ki, Tövratda Onu tapmaq üçün heç bir imkan yoxdur. Və bu, ağılca kasıb deməkdir.

Və insan onda başa düşür ki, – Tövratda Yaradanı tapmaq – onun haqqında deyilmiş deyil. Çünki o anlayır ki, o artıq Tövratda Onu axtardı, və buna nail ola bilmədi. Və o, döyüş meydanından qaçmaq istəyir.

Buna görə müdriklər demişlər: «Kasıblardan ehtiyatlı olun, çünki onlardan Tövrat çıxacaq». Və bu, – «istək olmadan dolma yoxdur, və kiçik vəziyyət olmadan böyük vəziyyət yoxdur» qaydasına uyğundur. Bu o deməkdir ki, insana nəsə vermək istəyirlər, lakin verən qorxur ki, əgər ona versə, dərhal elə həmin yerdə, alma anında, hədiyyənin dəyərini anlamayan alan kəs onu itirəcək, yaxud başqa insanlar onu onun əlindən alacaqlar.

Çünki verən hədiyyənin vacibliyini anlayır, buna görə də o istəmir ki, alan onu korlasın. Və buna görə də o, ondan istədiyini ona dərhal vermir. O istəyir ki, alan bunu ondan dəfələrlə istəsin. Yəni xahiş vasitəsilə alanın hədiyyəyə ehtiyacı yaransın. Yoxsa o, məcbur olacaq ki, istəməyi dayandırsın.

Əgər o, istəməyi dayandırmırsa, bu yalnız o halda mümkündür ki, o hər dəfə yenidən hədiyyənin zərurətini dərk etsin. Bu o deməkdir ki, əgər o ondan bir daha istəmək arzulayırsa ki, ona versin, insan düşünməlidir – doğrudanmı ona bu çatmır. Və yalnız o zaman onun bir daha istəməyə gücü olacaq, artıq istəmiş və sualına cavab almamış olsa belə.

Və bu ona görədir ki, insan xahişləri onun üçün maraqlı olmayan kəsdən istəyə bilməz. Lakin əgər istədiyi şey ona lazımdırsa və bütün həyatı bundan asılıdırsa, onda bunun zərurəti ona rahatlıq vermir. Və o biliyin üzərində belə gedir – hər dəfə yenidən istəməyə. Çünki onun gedəsi yer yoxdur. Çünki bunsuz, o başa düşəndə ki, bunda onun həyatı var, – o deyir ki, bütün həyatı dəyərsizdir, çünki o hiss edir ki, başqa heç şey üçün yaşamağın mənası yoxdur.

Deməli, seçim yoxdur, çünki onun həyatda məmnuniyyəti yoxdur. Bu o deməkdir və bu qanundur ki, insan ruzi olmadan mövcud ola bilmir, çünki Yaradan məxluqları həzz vermək niyyəti ilə yaratdı, bu «Yaradanın məxluqları həzzləndirmək istəyi» adlanır. Və üç şey var ki, insan onlardan  razı olmaq üçün, qidalanma ala bilər və bunlar paxıllıq, ehtiras və şərəf adlanır – bunlar onu təmin etmir.

Buna görə də insan ruhani olanı axtarmağa məcbur olur, əgər o yehudidirsə, inanır ki, Yaradanla və Onun Tövratı ilə birləşmə vasitəsilə bədənini qidalandırmaq üçün ruziyə çatmaq olar. Və onda onun tam səslə deməyə imkanı olacaq – aləm yarandı deyən və aləmi var edən Mübarəkdir, çünki o Yaradanla birləşməyə layiq olmaq üçün bundan həzz alır, necə ki, deyilir – «siz isə, Yaradanınıza qovuşanlar – hamınız bu gün sağsınız», və onda həqiqi həyata layiq olacaq.

Və bu ona Yaradanın onu yaxınlaşdırması üçün, Tövratda onun gözlərini açması üçün Yaradana yalvarışda ümidsizliyə düşməmək gücü verir. Necə ki, «On Sfirotun Tədrisinə Ön söz»də (m.83) deyilir: «Simanın aşkarlanmasının birinci pilləsi, yəni mükafat və cəza idarəsini tam aydın dərketmə, insana yalnız Yaradan tərəfdən xilası vasitəsilə gəlir; möcüzəvi dərk ilə o Tövratda bəsirətə layiq olur və “sanki güclənən bir mənbəyə çevrilir” (Avot traktatı, 76)».

Lakin bu, inamdan asılıdır, o zaman ki, o inanır ki, Yaradan onun duasını eşidir. Və o, niyə  istədiyini almadığını düşünərək, Yaradanın idarəçiliyini haqlı çıxara bilər. Axı bu ona görə deyil ki, Yaradan onun dualarına fikir vermir, əksinə, o inanır ki, Yaradan durub onun dualarını gözləyir və onları toplayır, sanki sikkəni sikkənin üstünə qoyub böyük bir hesaba yığır.

Çünki məlumdur ki, əgər insana onun üçün vacib olan bir şey verirlərsə, amma o, bunun dəyərini bilmirsə və bunun dəyərini bilən insanlar varsa, onda bu, həmin insanlara ya oğurluq vasitəsilə, ya da insan onu qorumağı bacarmadığı üçün itirmə vasitəsilə keçir. Və bunun dəyərini bilən insanlar da var ki, oğurlayırlar, yaxud tapırlar və sahiblərinə qaytarmırlar.

Məlumdur ki, müqəddəsliyə qarşı murdar qüvvələr var, onlar ruhani olanın qiymətini bilirlər. Buna görə onu qorumaq lazımdır ki, onların ixtiyarına keçməsin. Və səbəb də budur ki, Yaradan ona istədiyini vermir, dayanıb gözləyir ki, bunun vasitəsilə o hər dəfə biliyin üzərində inamda möhkəmlənsin, Yaradandan kömək istəsin ki, onu Tövratda gözlərinin açılmasına layiq etsin.

Və o, müdriklərin inamı ilə onların dediklərinə inanır ki, inamda iş – məqsədin vacibliyini dərk etmək üçün ən yaxşı vasitədir – Yaradanla birləşmə. Və əgər Yaradan əmindirsə ki, o artıq Padşahın hədiyyəsini qoruyub saxlaya biləcək, onda Yaradan, şübhəsiz, ona kömək edəcək, onun duasını qəbul edəcək, o nəyi xahiş edir – Yaradan onun gözlərini açsın və o Tövratda gözlərin açılmasına layiq olsun. Və onda O, şübhəsiz, ona verəcək.

Və bunun haqqında deyilir – kasıblardan ehtiyatlı olun. Yəni, Tövratda gözlərin açılmasına və «Onda olan nurun mənbəyə qaytarmasına» layiq olana qədər, ağlınızın kasıblığını hiss etdiyiniz vəziyyətə etinasız yanaşmayın. «Çünki onlardan Tövrat çıxacaq». İzah. İnanmaq lazımdır ki, onun özünü ağılca kasıb hiss etməsi sayəsində, və hər dəfə yenidən möhkəmlənməli olduğuna görə, o inanmalıdır ki, bu düşkünlüklər Yaradan tərəfindən gəlir. Və bunun sayəsində o yeni kelim və Yaradanın hədiyyəsini kənar adamların qarşısında qiymətləndirmək ehtiyacını alacaq. Bu o deməkdir ki, hər şey klipotlara aid olan alan kelimə düşməsin. Və inamda möhkəmlənmə vasitəsilə, Yaradanın duanı eşitdiyinə inansın, və hər bir dua zamanı, o Yaradandan istəyəndə, Yaradan bunu böyük hesaba birləşdirir, ta ki insan bunun vacibliyini dərk edənədək.

Və bu barədə «Müdrikliyin bəhrələri» kitabında (2-ci hissə, səh. 59) deyilir: «Və buna görə bu klipa Paro (Fir’on) adlanır – pэ-ra (pis ağız) hərfləri. Misir sürgünündə pis ağız (pэ-ra) hökmran idi və onlar köhnəyə qayıdırdılar. Buna görə, baxmayaraq ki, 9 ilk sfirotdan müəyyən bir nurlanmaya layiq oldular, lakin bu bədən tərəfindən mənimsənilə bilmir, çünki müqəddəs ağızlara zidd olan pэ-ra, yəni arxa tərəf, başdan enən nuru kəsir və İsrail üçün enməyə başlamış bütün nuru sorur və çəkib çıxarır».

Deyilənlərdən belə çıxır ki, Tövratda bir neçə səviyyəni ayırd etmək lazımdır:

1. Tövratı ona görə öyrənir ki,Tövrat ehkamlarını necə yerinə yetirməyin qanunlarını bilsin.

2. Tövratı öyrənmə ehkamını yerinə yetirmək üçün Tövratı öyrənir. Necə ki, deyilir: «Qoy bu Tövrat kitabı sənin ağzından ayrılmasın və gecə-gündüz onun üzərində düşün» (Yoşua 1:8). Və Raşi izah edir: «Və onun üzərində düşün, və ona dərindən nüfuz et, Tövratın bütün sağlam mənası – ürəkdədir, necə ki, deyilir – “və ürəyimin düşüncələri – qarşımda”.

  1. Tövratı Tövratın nuruna layiq olmaq üçün öyrənir. Və bu barədə deyilir: «Mən şər başlanğıcı yaratdım, Mən Tövratı – ədviyyat yaratdım, çünki Onda olan nur Mənbəyə qaytarır». Bunun sayəsində inama layiq olmaq və Yaradana tutunmaq üçün. Və onda İsrael səviyyəsinə qalxır, çünki artıq Yaradana kamil inamla inanır.
  2. Ondan sonra, artıq inam səviyyəsinə layiq olduqda, o «Tövrat, Yaradanın adları kimi» səviyyəsinə layiq olur ki, bu, Zoar Kitabında belə adlanır: Tövrat, İsrael və Yaradan – birdir. Və onda o Yaradılış Məqsədinə,yəni varlıqları həzzləndirməyə və Yaradanın onlara vermək istədiyinə layiq olur.

Və Raşi «və onun üzərində düşün gecə və gündüz» kəlamını – onun sözlərinə dərindən nüfuz et-deyərək izah edirdi. Tövratın bütün sağlam mənası – ürəkdədir. Və başa düşmək lazımdır ki, sağlam məna – ürəkdədir deyərkən o nəyi nəzərdə tutur. Axı Tövratı ağılla və başla öyrənirlər, ürəklə yox? Əgər belədirsə, onda Tövratın bütün sağlam mənası – ürəkdədir, bu nə deməkdir?

Və izah etmək lazımdır ki, burada Tövratın qanun baxımından öyrənilməsi nəzərdə tutulmur, o zaman ki, ehkamları necə yerinə yetirməyi bilmək üçün öyrənirlər. Əksinə, o demək istəyir ki, Tövrat həm də yuxarıda deyilən iki son pilləni özündə ehtiva edir.

1.Tövratın nurunu almaq üçün öyrənir.

2.Sonra isə Yaradanın adları adlanan Tövrat pilləsinə layiq olmaq üçün.

Və bu iki son pillə məhz ürəyə aiddir, necə ki, ravvin İbrahim ibn Ezra demişdi («Panim Meirot» kitabına ön sözdə, m.10-da gətirilir): «Bil ki, Tövratda yazılmış və ya ata-babalar tərəfindən islah üçün qəbul edilmiş bütün ehkamlar – onların böyük hissəsi əməl və ya ağızla yerinə yetirilsə də – hamısı ürəyi islah etmək üçündür, çünki Yaradan bütün ürəkləri tələb edir. Və düşünən hər kəs anlayır. Deyilir: "Ürəklərində düz olanlar üçün". Və əksinə: "Ürək aldatma fikirlərinə qarşı kar olur"… Və bil ki, Tövrat yalnız ürəyi olan insanlara verilib».

Və Raşi-nin sözlərini izah etmək lazımdır ki, ravvin İbrahim ibn Ezra nə barədə demişdi. Və deyilənlərlə yuxarıda gətirilmiş 4 pilləyə tərif vermək olar. İki son pillə fərdi işə aiddir, iki birinci isə hamıya aiddir. Və bu barədə Rambam demişdi: «Uşaqları, qadınları və sadə xalqı öyrədəndə, onları qorxu ilə və mükafat almaq üçün işləməyə öyrədirlər. Ta ki, onların ağlı artıb müdrikləşənədək, onlara sirləri tədricən açırlar. Onları tədricən öyrədirlər, ta ki, dərk etsinlər və sevgi ilə işləməyə başlasınlar».

Biz Rambam-ın sözlərindən görürük ki, kütlələrin işi lo lişma ilə, mükafat almaq üçün başlayır. Və buna görə də Tövratı, ehkamları necə yerinə yetirməyin qanunlarını bilmək üçün öyrətmək lazımdır. Və bu, yuxarıda deyildiyi kimi, birinci pillədir. Və həmçinin onun Tövratı öyrənməsi – orada yazılanı ağılla bilmək üçün, və Tövratı öyrənmə əmrinin sayəsində mükafat alacağı üçün olur. Və bu, ikinci pillədir. Və bu iki pillə ürəyin işinə aid deyil, yuxarıda ravvin İbrahim ibn Ezranın sözlərində deyildiyi kimi.

Amma yuxarıda göstərilən son iki pillə artıq ürəyə aiddir, çünki onlar lişma pilləsinə aiddir. Çünki əgər o, lişma yolu ilə getmək istəyirsə, ona yuxarıda Rambam-ın sözlərində izah edildiyi kimi açırlar ki, biz əvvəl sənə demişdik ki, lo lişma-da mükafat almaq üçün işləmək lazımdır, — bu, ona görədir ki, insan doğulduğu andan və təbiətinə görə Yaradan üçün işləməyə qadir deyil, yalnız öz xeyrinə işləyə bilər. Buna görə indi ona deyirlər ki, sən bilməlisən: əsas işimiz — lişmadır. Bəs buna necə nail olunur? Burada məsləhət belədir: «Lo lişmadan lişmaya gəlirlər, çünki Ondakı nur mənbəyə qaytarır».

.

Və sual verilir: bu nə şərdir ki, biz onu elə islah etməliyik ki, xeyir olsun? Bizə deyirlər ki, insan Yaradana görə heç nə edə bilmir. Və yalnız Tövratın nuru ilə ürək islah olunacaq. Ürək isə istək adlanır. Və təbiət baxımından bu, yalnız almaq istəyidir. Bəs insan necə təbiətə qarşı gedə bilər?

Buna görə Yaradan dedi: «Mən şər başlanğıcı yaratdım, və Mən Tövratı – ədviyyat yaratdım». Belə çıxır ki, o, Tövratı ağılla anlamaq üçün öyrənmir. O, anlamaq üçün öyrənir – bu, Tövrata bürünmüş Yaradanla qovuşmağa gəlmək üçündür ki, bu, ürəyə aiddir. Və alacağı nurun köməyi ilə o, Mənbəyə qayıdacaq. Yəni, öz faydası üçün almaq istəyi yuxarıdan elə bir qüvvə ala bilər ki, Yaradan naminə əməl edə bilsin.

Belə çıxır ki, o, lişma-da işləməyə başlamaq istədikdə, bu isə fərdi işə aiddir, onda ona açıqlayırlar ki, lo lişma-da təhsili əvvəlcə təhsilə başlayanda düşündüyü kimi, işin sonu deyil. Və lo lişma təhsilində elə bir niyyət lazımdır ki, bu onu lişma təhsilinə gətirsin. Buna görə, o, Tövratın nurunu almaqla Yaradan naminə niyyətə nail olmağın (əhəmiyyəti) haqqında öyrəndikdən sonra, yuxarıda deyildiyi kimi, Tövratı öyrənmənin 4-cü pilləsinə, həyat Tövratı adlanan pilləyə çatacaq.

Və bu barədə (Avot, 6-cı hissə) deyilir: «Ravvin Meir deyirdi: “Hər kəs Tövratı Onun naminə öyrənirsə, çox şeyə layiq olur. … və onun qarşısında Tövratın sirləri açılır”». Bu o deməkdir ki, o, elə bir səviyyəyə layiq olur ki, «Tövrat Yaradanın adlarıdır» olur, Zoarın dilində isə bu, «Tövrat, İsrael və Yaradan – vahiddir» deməkdir.

Və deyilənlərə görə, Tövratda ürəyə aid olan iki hissəni ayırmaq olar.

Tövratın nuru, ürəkdə inamın təsdiqinə aid olan, bu isə «Onda olan nur Mənbəyə qaytarır» deməkdir.

Və bu barədə (Avot, 6-cı hissə) belə deyilib: «Ravvin Meir deyirdi: “Tövratı Onun naminə öyrənən hər kəs çox şeyə layiq olur. … və onun qarşısında Tövratın sirləri açılır”». Bu o deməkdir ki, o, «Tövrat Yaradanın adlarıdır» olduğu səviyyəyə layiq olur ki, Zoarın dilində bu, «Tövrat, İsrael və Yaradan — birdir» deməkdir.

Və deyilənlərə görə, Tovratda ürəyə aid olan iki hissəni ayırmaq olar.

1. Ürəkdə inamın təsdiqinə aid olan, Tövratın nuru, yəni «Onun içindəki nur İnsanı Mənbəyə qaytarır» deməkdir.

2.Tövratın ürəyə aid olan dərəcəsi. Necə ki, (Tetsave, 28:3)-də deyilib: «Və müdriklik ruhu ilə doldurduğum bütün ürəyi müdrik olanlarla danış», bu, müqəddəs Zoarın dilində belə deməkdir: «Rəbbinin göstərişlərini bilməyən Ona necə xidmət edəcək».

 

Və necə ki «Müdrikliyin bəhrələri» kitabında (2-ci hissə, səh. 66, məktub 17) deyilir: «Ona görə sənə məqsədə tutunmaq, Sahibinin göstərişlərinə can atmaq daha yaxşıdır, “çünki kim Sahibinin yollarını və Sahibinin göstərişlərini, yəni Tövratın sirlərini bilmirsə, Ona necə xidmət edəcək”?»

Və «Tövrat və sənət» sualı barədə deyilənlərdə nəzərdə tutulur ki, Tövratı ona görə öyrənir ki, Tövrat ona Tövratın nurunu gətirsin; bunun köməyi ilə onun almaq üçün olan klisini vermək naminə çevirmək imkanı olacaq. Və bu kelimlə o, Yaradanla qovuşmağa layiq olacaq, bu isə Tövratı lişma, Onun naminə öyrənmək deməkdir.

Bununla müdriklərin (Kiduşin, 40) dediklərini izah etmək olar: «Yaxşı fikri Yaradan əmələ qoşur», – yəni insan Tövratı, əmələ gəlmək üçün öyrəndikdə, bu vermək kli-sini yaratmaq əməlidir. Amma insan ürəyindəki şərə görə bu əməli özü yerinə yetirməyə qadir deyil və əgər Yaradan görürsə ki, insanda bu əmələ böyük canatma var, onda Yaradan ona Mənbəyə qaytaran Tövratın nurunu verir. Və bununla deyilir ki, Yaradan əmələ qoşur. Yəni O, indi ona Tövratın nurunu verməklə əməli yerinə yetirir və beləliklə də özü əməli alır.

Və buradan görürük ki, əslində, insanda yaxşı fikirdən başqa heç nə yox idi. Yəni o, vermək kelimini yaxşı hesab edir. Amma əslində, kim əməli yerinə yetirir ki, insan bu kelimə layiq olsun? Yalnız Yaradan! Ona Tövratın nurunu verməklə, bu isə «Tövrata bürünmüş Bürüyən»dir.

Və bu barədə deyilir: «İnsanda olan yaxşı fikri Yaradan elə edir ki, burada əməl də olsun». Bu barədə müdriklər dedilər: «Təmizlənməyə gələnə kömək edirlər». Belə çıxır ki, insan tərəfindən daha artığı tələb olunmur, yalnız təmizlənməyə gəlmək, bu isə yaxşı fikir (xeyir niyyət) deməkdir. Və sonra Yaradan onu əmələ qoşmaqla kömək edir.

Və deyilənlərlə belə ifadəni izah etmək olar: «Və hikmət ruhu ilə doldurduğum, ürəyi hikmətli olanların hamısı ilə danış». Və biz soruşmuşduq: hikmətin ürəklə nə əlaqəsi var? Məgər hikmət ağla aid deyilmi? Amma məsələ ondadır ki, yuxarıda deyildiyi kimi, Tövratda lişmaya aid olan iki tərəf var: 

1) kli; 

2) nur.

Kli, nuru almağa hazır olmaq üçün nura bənzər olmalıdır. Və buna ixtisar və gizlətmə edilmişdi, necə ki biz Sonsuzluq aləminin Malxutu barədə öyrəndik; o, yaradılmışların köküdür, və o, qovuşmağa can atırdı, bu isə xüsusiyyətlərin oxşarlığı deməkdir. Və bütün islahlar yalnız alan kli-ni verən kli-yə islah etməkdədir.

Buna görə də, almaq arzusu ilə doğulmuş və onu vermək naminə islah etmək istəyən insan üçün, necə ki, məlumdur, bu təbiətə ziddir, bir məsləhət var. Yalnız Tövratın nuru vasitəsilə o, onu vermək naminə dəyişə bilər, yuxarıda deyildiyi kimi: «Mən şər başlanğıc yaratdım, Mən Tövratı – ədviyyat yaratdım». Və Onun nuru ürəyi Mənbəyə qaytarır. Yuxarıda deyildiyi kimi, şər – özü üçün almaq deməkdir, xeyir isə o deməkdir ki, onun ürəyi yalnız verməyə yönəlib, almağa yox.

Buna görə də, Tövratla yalnız qanunları və qaydaları bilmək üçün, yəni ehkamları necə yerinə yetirməyi bilmək üçün məşğul olmayan, həm də daha yüksək bir missiyası olan insanlar: onlar Tövratı ürəyi islah etmək üçün öyrənirlər, – onlar- ürəyi hikmətli olan adlanırlar. Axı hər şey öz adını əmələ görə alır. Buna görə də əgər Tövratı belə bir niyyətlə öyrənirlərsə, onda ağılca deyil, ürəkcə hikmətli adlanırlar, çünki Tövrat onlara ürəyi islah etmək üçün lazımdır.

Və yazılanı  bu cür izah etmək olar: «Hansıları ki, Mən hikmət ruhu ilə doldurdum». Yəni, onlarda artıq nura uyğun kelim olduqda, onda necə ki, yuxarıdan gələn nur vermək üçündür, eləcə də kelim də verməyə köklənməlidir. Və onlarda artıq bu kli olduğu üçün, Tövratın nuru vasitəsilə əldə etdikləri, ona görə də onlar artıq ürəyi hikmətli adlanırlar, çünki Tövratı ürəyi islah etmək üçün öyrənmişdilər. Bu o deməkdir ki, onlarda artıq kelim hazırdır, buna görə onlar Tövratı, mahiyyətcə, həyat Tövratı adlananı almalıdırlar.

Və bu barədə deyilir – «Hansıları ki, Mən hikmət ruhu ilə doldurdum». Söhbət nurdan gedir. Yəni, nur da ürəyə gedir, çünki yeni kelim, verən kelim adlananı əldə etdikdən sonra və Yaradanı sevindirmək istədikdə, onda onlar görürlər ki, Padşahın evində yalnız bir şey çatışmır. Çünki müdriklər dedilər (Bereşit…): «Yaradan insanı yaratmağa hazırlaşanda mələklərə dedi, mələklər isə onu ittiham etdilər – bu nəyə bənzəyir? Xeyirlə dolu sarayı olan, amma qonaqları olmayan bir padşaha. Elə isə kim bundan həzz alacaq?»

Buna görə insan yalnız Öz Yaradanına zövq vermək istədikdə və onun ürəyi Padşaha nəsə verərək həzz almaq istədikdə, Padşahı sevindirə biləcək yalnız bir şeyi aşkar edir. Bu da odur ki, onlar Onun varlıqlara vermək istədiyi o xeyri və həzzi alsınlar. Çünki əgər bütün xeyirlərlə dolu bir saray varsa və o, Yaradanın qonağı olmaq istəyirsə, qoy saraya daxil olsun və Ondan həzz alsın, bu da Padşaha həzz gətirəcək. Belə çıxır ki, insanın həyat Tövratı kimi almaq istədiyi Tövrat nuru – onun ürəyi üçündür. Yəni, Padşahı nə iləsə sevindirə bilsin deyə.

Və bu barədə deyilir: «Və hikmət ruhu ilə doldurduğum, ürəyi hikmətli olanların hamısı ilə danış». Yəni, hikmət ruhu onları doldurdu. Bəs kimdir bu ürəyi hikmətli olanlar? Söhbət nurdan gedir, yəni nur ürəyi hikmətli olanları doldurdu. Ürək isə arzu adlanır və o, həyat Tövratını qəbul etmək istəyir ki, bununla Yaradanı sevindirsin. Yuxarıda Padşah barədə misalda deyildiyi kimi, onun bütün xeyirlərlə dolu sarayı var, amma qonaqları yoxdur.

Və deyilənlərlə müdriklərin sözünü (Braxot 58-1) izah etmək lazımdır: «O deyirdi ki, yaxşı qonaq deyir: “Ev sahibi mənim üçün nə qədər zəhmət çəkdi! Və onun bütün zəhmətləri – yalnız mənim üçündür”».

Məlumdur ki, qonaq olmaq yalnız ev sahibinin olduğu yerdə mümkündür. Buna görə insan Yaradana inanırsa, Onun dünyanın Ev Sahibi olduğuna inanırsa, insan özünü qonaq kimi hiss edir və Ona qovuşmaq istəyir; müdriklərin «və Ona qovuşmaq» ifadəsi barədə dedikləri kimi, bu «Onun xüsusiyyətlərinə qovuşmaq» deməkdir. Və «Necə ki O mərhəmətlidir, sən də mərhəmətli ol». Və bu o deməkdir ki, qonaq yaxşıdır, xeyirlidir.

«Yaxşı, xeyirli» anlayışının izahı Tehillim 45-də verilir: «Ürəyim xeyirli söz hiss edir. Deyirəm mən: əməllərim – padşaha». Bu o deməkdir ki, onun bütün əməlləri yalnız Padşah naminə olacaq, yəni Yaradan naminə. Bu, xeyirli söz deməkdir. Və onun bütün əməlləri yalnız vermək naminə olduqda, o, ürəyi hikmətli olur, həyat Tövratına gəlir, bu isə Yaradanın adları deməkdir; orada Yaradanın yaradılmışlara vermək istədiyi xeyir və həzz var.

Və onda o deyir ki, Ev Sahibinin bütün zəhmətləri yalnız mənim üçündür. Özünə görə deyil, Allah eləməsin; yuxarıda bütün xeyirlərlə dolu qülləsi olan, amma qonaqları olmayan padşah misalında deyildiyi kimi. Və deyilənlərlə Tövratın sirləri nədir, yəni Tövrat hansı sirri açır, bunu izah etmək olar. Və bunu iki tərəfdən izah etmək olar.

  1. Tövrat insana indiyə qədər məlum olmayan yeni bir şeyi açır. Və bu ona görədir ki, insan almaq arzusu təbiəti ilə doğulub. Amma ona vermək arzusu ilə məşğul olmağı deyəndə, bu onun üçün tamamilə vacib olmayan və əhəmiyyətsiz bir şeydir. Və bədən bu arzulardan qaçmaq istəyir, çünki o, əgər yalnız verən kelimdən istifadə edərsə  itirə bilər.

Amma insan Tövratı, mənbəyə qaytaran Tövrat nuruna nail olmaq niyyəti ilə öyrəndikdə, bu Tövrat nuru ona indiyə qədər mövcud olmayan yeni bir şeyi açır. Yəni indi o, əvvəllər düşündüyünün tam əksini anlayır. Çünki Tövrat nuruna nail olmamışdan əvvəl o düşünürdü ki, insan üçün əsas olan — alan kli-dir və onunla o, dünyada həyat sevincini əldə edə bilər. Və verən əməllərin köməyi ilə o, yalnız başqaları üçün xeyir edə bilər ki, onlar dünyada nədənsə həzz alsınlar. Və bununla o, onlara kömək edir.

Amma bu yalnız ehkamdan irəli gəlir, çünki o, başqalarına mərhəmətlidir, axı onların lazım olanı yoxdur və o, onlara kömək edir. Və təbii ki, o ümid edir ki, xeyir etdiyi həmin insanlar nankor olmayacaqlar və onu hörmətlə yad edəcəklər və buna bənzər şeylər.

Amma indi, mənbəyə qaytaran nura nail olduğu sayəsində, ona yeni bir şey açıldı. Və əgər o, alan kelimdən istifadə edərsə, özü üçün həyatı, xeyri və həzzi itirir. Amma əgər o, yaxınının xeyrinə verən kli-dən istifadə edərsə, özü üçün həqiqi xeyri və həzzi alacaq. Və yalnız verən kelim sayəsində o, özü üçün xeyri və həzzi qazanacaq. Halbuki alan kelimdə o, xeyri və həzzi itirir. Və bu sirr indi ona Tövrat nurunun köməyi ilə açıldı.

Bununla müdriklərin sözünü (Psaxim 50-1) izah etmək olar: «Mən tərs dünyanı gördüm. Yuxarıdakılar aşağıda, aşağıdakılar isə yuxarıda». Və bunu belə izah etmək olar ki, ona yeni bir şey açıldı: yalan dünyada «yuxarı» adlanan şey, yəni özü üçün almaq arzusu (yəni vacib şey) həqiqi, yuxarı aləmdə, Tövrat nuruna nail olduqda, yəni həqiqətə nail olduqda, onda aşağıların yuxarıda olduğunu görürlər.

Verən kelim yalan dünyada əhəmiyyətcə aşağı sayılır, dəyəri olmayan kimi, yəni insan bəzən onlarla işləməyə hazır olduqda, o, alçaqlıq dadını dadır, çünki onun almaq arzusu nəyisə qazanmadığını görür. Amma həqiqət aləmində onlar əhəmiyyətcə yuxarıdadır, çünki bütün xeyri və həzzi yalnız onların sayəsində əldə etmək olar. Buna görə də belə çıxır ki, aşağıdakılar əhəmiyyətcə yuxarıdadır.

Və bunun haqqında deyilir: yuxarıdakılar — aşağıda. Axı yalan dünyada alan kelimlərlə hesablaşırlar və yalnız özləri üçün alan kelimdən istifadə edirlər, zənn edirlər ki, onların köməyi ilə həyatdan həzz ala biləcəklər. Amma həqiqət aləmində, yuxarıda deyildiyi kimi, Tövrat nuruna nail olunduqda, yeni bir şeyin açıldığını görürlər — alan kelim yalnız həyatda itkilərə aparır və dərk edənlərə xeyri və həzzi almağa mane olur. Belə çıxır ki, yuxarıdakılar — əhəmiyyətcə aşağıdadır. Və bu, Tövratın Tövrat sirləri adlanmasının sirridir, çünki insana həqiqəti açır.

  1. Tövrat açır, və buna görə də Tövrat sirləri adı verilir, çünki Tövrat nurunun köməyi ilə verən kli-ni dərk etməzdən əvvəl o, yalnız Tövratın libaslarını dərk edirdi, yəni Yaradan libaslara bürünmüşdür. Amma indi insana həm də bürünən açılır — Onun Tövrata necə büründüyü və bu Tövrat həyat Tövratı adlanır, yəni Yaradanın adları deməkdir, və bu, Tövrat, İsrael və Yaradan — vahiddir deməkdir.

Beləliklə, bizim soruşduğumuz şey aydın olur: ruhani işdə Tövrat və sənət nə deməkdir. Cavab: Tövratı elə öyrənir ki, onda əməli yerinə yetirmək imkanı olsun, bu isə «etmək üçün Yaradanın etdiyini» deməkdir. Yəni varlıqlar işi yerinə yetirməlidirlər — almaq istəyini vermək istəyinə çevirməlidirlər. Və bunun sayəsində vəhdətə, xüsusiyyətlərin bənzərliyinə gələcəklər. Və həm də yaradılışın məqsədi olan xeyri və həzzi ala biləcəklər.