<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Dünyanın yaradılmasının sədəqə şəklində olması nə deməkdir

Rabaş. Məqalə 5, 1989-cu il

Dünyanın yaradılmasının sədəqə şəklində olması nə deməkdir

Əvvəlki müdriklər – rişonim – dünyanın yaradılması haqqında izah edirdilər ki, bu, xisarona görə olmamışdır. Çünki, deyilməsi belə qorxuludur, Yaradan barəsində demək olmaz ki, Onda xisaron var. Dünyanın yaradılması sədəqə şəklində olmuşdur. Midraş Raba, Bereşitdə gətirildiyi kimi, Yaradan birinci insanı yaratmaq istəyəndə mələklərə müraciət etdi və onlar dedilər: «İnsan nədir ki, Sən onu xatırlayırsan?...»

Və Yaradan onlara cavab verdi: «Bu nəyə bənzəyir? Hər cür xeyirlə dolu sarayı olan, lakin qonaqları olmayan bir padşaha bənzəyir». Bu heç bir halda -xisaronu var demək deyil. Bu yalnız Onun sədəqə əta etmək istəyi idi ki, məxluqlar həzz alsınlar. Xisarona isə o deyilir ki, insana almaq lazımdır və əgər onun almaq imkanı yoxdursa, bu, xisarondur kimi hiss olunur. Halbuki əta etmək xisarondur adlanmır. Buna görə də öyrəndiyimiz kimi, dünyanın yaradılması Onun məxluqlarını həzzləndirmək istəyi səbəbindən olmuşdur, yəni bu, xisarona görə deyil, sədəqə əta etmək istəyi səbəbindən olmuşdur.

Lakin alan hər hansı bir şeyi alarkən xisarona malik olmalıdır. Başqa sözlə, alan aldığı şeydən həzz almaq istəyirsə, ona düşür ki, yalnız arzuladığı şeyləri qəbul etsin. Əks halda, həzz almaq istədiyi şeydən həzz almır. Bu mümkün deyil, çünki təbiətimizdə bunu görürük. Hətta, aldığı şeydən həzzin ölçüsü ona olan meylin ölçüsündən asılıdır. Yəni müəyyən bir şeyə olan arzu, ondan alınan zövqün kiçik və ya böyük olmasını müəyyən edir.

O, həzz əta etmək istədiyinə görə, yəni məxluqların xeyir və həzz almasını istədiyinə görə, məxluqlarda həmişə həzz almağa can atan arzu və güclü meyl yaratdı. Əgər insan can atdığı şeyə olan xisarona dolum verə bilmirsə, əziyyət çəkir. Və xisarona dolum verə bilməməkdən doğan əziyyətin böyüklüyü də həmin şeyə olan meylin ölçüsündən asılıdır.

Bəzən əziyyət elə bir həddə çatır ki, insan deyir: «Belə bir həyatdan isə ölüm yaxşıdır», əgər ona çatmayanı ala bilmirsə. Bu, onda olan xisarondan çəkdiyi əziyyətə görədir. Və aydındır ki, o, «belə bir həyatdan isə ölüm yaxşıdır» dediyi xisarona dolum aldıqda, dolumu aldığı anda insan necə bir həzz hiss edir.

Həqiqi şəkildə [ruhani] işdən danışarkən, insan Yaradanla qovuşmanın olmamasından elə bir xisarona gəlməlidir ki, sonda desin: əgər Yaradanla qovuşmaya gələ bilmirsə, bu xisarondan o qədər böyük əziyyət çəkir ki, «belə bir həyatdan isə ölüm yaxşıdır» deyir.

Bu, həqiqi arzu adlanır. Başqa sözlə, bu xisarona dolum layiqdir. İşin qaydası belədir ki, hər dəfə insanda Yaradanla qovuşmaya meyl oyanır. İnsan Yaradanla qovuşmaya aparan yolla getdikdə, daim özünü yoxlayır: artıq Yaradana yaxınlaşmaya layiq olubmu? Yəni «Yaradanı, Sənin Rəbbini bütün qəlbinlə sev» dedikdə, doğrudanmı Yaradanı sevir, yoxsa özünü də sevir?

Müdriklərin dediyi kimi: «Göylərin Adını başqa bir şeylə birləşdirən dünyadan kökündən kəsilir». Bunun mənası budur ki, insan Yaradanın ona kömək etməsi üçün dua edir ki, hər şeyi göylər naminə edə bilsin, yəni bütün niyyəti yalnız əta etmə olsun. Lakin əgər o, özündən də bir az qatırsa – bu artıq başqa bir şeydir, «göylər naminə» niyyətindən fərqlidir. Çünki «göylər naminə» əta etmək deməkdir, halbuki o, dua edərkən Yaradanın ona kömək etməsini istəyərkən özünə də almaq istəyir. Bu isə əta etmək istəyindən fərqli, hətta ona tam zidd bir şeydir.

Buna görə də: «dünyadan kökündən kəsilir». Bu o deməkdir ki, Yaradan dünyanı məxluqlarını həzzləndirmək üçün yaratmışdır – lakin o, forma bənzərliyinin çatışmazlığı səbəbindən bu dünyadan kökündən kəsilir. Buna görə də insan hər dəfə özünü yoxlayır ki, görsün, doğru yolla gedirmi. Əgər görürsə ki, qaydasında deyil, bu ona əziyyət verir. Lakin əziyyət böyük ölçüdə olmalıdır. Yəni əziyyət ehtiyacın nəticəsidir. Başqa sözlə, burada nəzərdə tutulan odur ki, onda əziyyət olmalıdır deyil, onda ehtiyac olmalıdır. Və bu ehtiyac əziyyət doğurur. Yəni hiss etdiyi əziyyət ona ehtiyacının ölçüsünü göstərir.

Deyilənlərdən belə çıxır ki, məxluqların almaq arzusunda yaradılması zəruri idi. Çünki almaq arzusu və həzz almağa meyl olmasaydı, «həzz» anlayışı bizdə olmazdı. Əgər belədirsə, nə üçün biz artıq həzz almaq arzusu və meyli olduğu halda həzz almırıq və istər maddi, istərsə də ruhani sahədə səylər göstərməyə məcburuq? Əks halda bizə həzz verilmir.

Cavab yenə də yuxarıda deyilən məxluqlarını həzzləndirmək niyyəti ilə bağlıdır. Ari-nin «Həyat Ağacı» kitabında deyildiyi kimi, başlanğıcda «ixtisar Onun əməllərinin kamilliyini aşkara çıxarmaq üçün baş verdi». Orada (TES, 1-ci hissə) izah olunur ki, hər bir budaq kökünə bənzəmək istəyir. Buna görə də məxluqlar Yaradanın xeyir və həzzini aldıqları zaman xəcalət hiss edəcəklər. Buna görə də məxluqların xeyrinə düzəliş edildi ki, əgər onlar əta etmək naminə alsalar, həzz alarkən heç bir xəcalət olmayacaqdır.

Deyilənlərdən başa düşülməlidir: əgər biz deyiriksə ki, Yaradanın məxluqlarını həzzləndirmək istəyi sədəqə xüsusiyyətidir, yuxarıda deyildiyi kimi, onda günahkarlar haradandır? Buradan belə çıxır ki, kim xeyir və həzz almaq istəmirsə, günahkar adlanır. Bəs əgər o, xeyir almaq istəmirsə, nə üçün günahkar adlanır? Və kim xeyir və həzz alırsa, o, nə üçün saleh adlanır?

Çünki Tövrat və ehkamların yerinə yetirilməsi məsələsi, müdriklərin dediyi kimi: «Mən şər başlanğıcı yaratdım, Mən Tövratı ona ədviyyə olaraq yaratdım». Çünki Tövrat və ehkamlar vasitəsilə şər islah olunur. Bəs şər nədir? Bu odur ki, biz xeyir və həzz ala bilmirik, forma fərqi səbəbindən, çünki bu bizdə xəcalət hissi yaradır. Xəcalətə görə isə bizə vermirlər, çünki xəcalət səbəbindən xeyir və həzzdə kamillik olmaz. Buna görə də bizə xeyir və həzz verilmir. Və deyilir ki, onlara nəinki xeyir və həzz verilmir, hətta onlara «günahkar» adı da əlavə olunur. Əgər belədirsə, başa düşmək lazımdır: nə üçün onlar «günahkar» adı ilə adlanırlar, əgər onlar xeyir və həzz almağa qadir deyillər?

Deyilənlərdən başa düşəcəyik ki, Yaradan dünyanı sədəqə xüsusiyyətində yaratdığına görə, bu, çoxlu var-dövləti olan və heç bir çatışmazlığı olmayan varlıya bənzəyir. Və onda kasıblara sədəqə əta etmək arzusu yarandı. O isə istəyir ki, kasıb sədəqəni alarkən ruhən yüksəlmiş vəziyyətdə olsun. Və sədəqəni alarkən heç bir narahatlıq hiss etməsin deyə, varlı dedi: «Mən böyük və ya kiçik sədəqəni yalnız bir şərtlə verirəm. Məhz o şərtlə ki, böyük və ya kiçik ,sədəqə verəndən asılı olmasın», – dedi o, – «alan tərəfdən asılı olsun». Çünki verən tərəfdən o, alanın qavraya biləcəyindən qat-qat çox verə bilər. Bu o deməkdir ki, alan tərəf verənin ona nə dərəcədə xeyir və həzz verə biləcəyini bilmək gücündə deyil, çünki alan verənin sərvətinin nə olduğunu bilmir. Alan yalnız öz qiymətləndirmə və anlayışına görə, verənin ona nə verə biləcəyini düşündüyü ölçüdə xeyir və həzz tələb etməyə çalışır. Lakin verəndə həqiqətən mövcud olan və onun verə biləcəyi şey insan ağlından da yuxarıdır, çünki ağlından yuxarı olan bir şeyi qiymətləndirmək imkanı yoxdur.

Buna görə də insan hər şeydə inanmalıdır ki, alanın təsəvvür edə biləcəyindən daha dəyərli və daha vacib şeylər vardır. Çünki aşağı olanın bütün idrakı maddi və zahiri ağla əsaslanır. Halbuki ruhani daxili ağıl üzərində qurulmuşdur. Müqəddimələrdə yazıldığı kimi, «aşağı aləm yuxarı aləmə nisbətdə, xardal dənəsinin bütün dünyaya nisbəti kimidir». Buna görə də Yuxarıdan verilən hər şeydə, böyük və ya kiçik deyildikdə, bu Yuxarıdan asılı deyil, aşağı olanın hazırlığından asılıdır, onun Verənə şərt təqdim edə bilmə qabiliyyətindən asılıdır. Çünki aşağı olan nə qədər şərt təqdim etməyə çalışarsa, o ölçüdə alır. Yəni əgər aşağı olan böyük şeylər almaq üçün niyyət verə bilirsə, böyük şeylər alır.

Bəs Verənin məhz aşağı olanın yerinə yetirməsi üçün qoyduğu bu şərtlər nədir? Axı Yaradan dünyanı sədəqə xüsusiyyətində yaratmışdır. Yəni Onda heç bir halda xisaron yoxdur. Əgər belədirsə, nə üçün O, aşağı olanın Onun istəyini yerinə yetirməsini istəyir? Guya elə görünür ki, Verən, alanın əlindən bir şey almayınca ona əta etmək istəmir.

Cavab belədir: Yaradanın vermə zamanı qoyduğu şərt ondan ibarətdir ki, alan bu sədəqəni öz alma meylinə görə almasın. Baxmayaraq ki, Verən böyük ölçüdə əta etmək istəyir və verməyə güclü arzu duyur, yenə də Verən istəyir ki, bu səbəbdən alan almaqdan imtina etsin və yalnız o səbəbdən alsın ki, Verənin ona verməsindən həzz vardır. Və müdriklərin dediyi kimi, bu, «bütün əməllərin göylər naminə olsun» adlanır, öz xeyri üçün deyil.

Lakin bilmək lazımdır ki, Yaradanın hamının yalnız Onun naminə işləməsini istəməsi, əlbəttə ki, Yaradanın xeyri üçün deyil, guya – O buna ehtiyac duyur deyə deyil. Məxluqların Yaradanın xeyri üçün işləməsi məxluqların xeyrinədir. Yəni məxluqlar Verəndən sədəqəni alarkən narahatlıq hiss etməsinlər deyə. Buna görə də Verən bu şərti qoymuşdur ki, hər şey göylər naminə edilsin, öz xeyri üçün deyil, yuxarıda deyildiyi kimi.

Deyilənlərdən başa düşəcəyik ki, Tövrat və ehkamları yerinə yetirmək istəməyənlər nə üçün günahkar adlanırlar. Axı Tövrat və ehkamlar İsraili saflaşdırmaq üçün verilmişdir, ravvin Xananiya ben Akaşiyanın dediyi kimi. Belə çıxır ki, Tövrat və ehkamları yerinə yetirməyən xeyir və həzz almayacaq. Bəs nə üçün onlar günahkar adlanırlar?

Lakin bu, böyük bir həkimə bənzəyir ki, xərçəng xəstələrinin olduğu bir xəstəxanaya gəlmişdir, bu isə – bizdən uzaq – elə bir xəstəlikdir ki, ondan qurtulmaq mümkün deyil. Və o deyir ki, onun elə bir dərmanı var ki, əgər bu dərmanı qəbul etsələr, hamı sağ qalacaq. Və hətta, sonradan hamı deyəcək ki, indi biz həyatdan zövq alırıq. Yəni deyəcəklər ki, indi görürük ki, bu həzzləri almaq üçün doğulmağa dəyərmiş. Və sonra, əlbəttə, hər biri ucadan deyəcək: «Deyən və dünyanı yaradan Mübarəkdir», çünki hamısı tamamilə xeyir olan bir dünyada olacaqlar.

Lakin elə bir qrup insanlar vardır ki, bu həkimin xəstəxanaya daxil olmasına imkan vermirlər. Hətta həkim bir neçə israrlı xahişdən sonra xəstəxanaya daxil olub öz dərmanını xəstələrə verdikdə belə, bu qrup möhkəm müqavimət göstərir və heç bir halda (xəstələrin) bu həkimin dərmanını almalarına imkan vermir.

Və sual yaranır: xəstələrin onların hakimiyyəti altında olduqlarına görə, bu xəstələrin sağalmasına imkan verməyən bu qrupa hansı ad verilməlidir? Çünki xəstələr xəstə olduqları müddətdə bu qrupun qazancı vardır. Halbuki xəstələr xəstəlikdən sağalsalar, bu qrupun qazancı olmayacaq. Və əlbəttə ki, onlar «günahkarlar» adı ilə adlandırılırlar.

Və hər kəs kənardan anlayır ki, əgər həkim onları xəstələrin sağalmasına imkan vermədiklərinə görə cəzalandıra bilirsə, əlbəttə, həkim bunu etməlidir. Və, əlbəttə, heç kəsin ağlına gəlməz ki, həkim bu günahkarlara ona itaət etmədiklərinə görə qəzəblənir, əksinə, həkim onları xəstələrin nöqteyi-nəzərindən ittiham edir. Yəni baxmayaraq ki, həkim xəstələri sədəqə xüsusiyyətində sağaltmaq istəyir və heç bir mükafata ehtiyac duymur, çünki xəstələrin ona verə biləcəyi heç bir şeyə ehtiyacı yoxdur və o yalnız xəstələri sağaltmaq üçün gəlmişdir ki, xəstələr özlərini yaxşı hiss etsinlər və həyatdan zövq almaq imkanları olsun, – əlbəttə ki, həkimin əməllərini görən heç kəs onun öz xeyri üçün bir şey etdiyini deməz.

Buna görə də, həkim bu dərmanı xəstələrə verməyə mane olan bu qrupun günahkar olduğunu və onlara cəza düşdüyünü dedikdə, çünki onların alacağı cəzalar və çəkəcəkləri əzablar nəticəsində onlar xəstələrin dərman almasına mane olmağı dayandıracaqlar, – hamı anlayır ki, bu xəstələrin xeyrinədir, həkimin şəxsi mənfəəti üçün deyil.

Bununla izah etmək lazımdır ki, baxmayaraq ki, Yaradan dünyanı sədəqə xüsusiyyətində yaratmışdır və, əlbəttə ki, Yaradanda heç bir xisaron yoxdur ki, məxluqlar Ona bir şey verərək Onu kompensasiya etsinlər, çünki Yaradan kamildir və Onda heç bir xisaron yoxdur, – belə düşünmək belə olmaz, – və yenə də O, məxluqlara əta etmək istəyir ki, onlar həyatdan zövq alsınlar.

Lakin O, şərt qoyur ki, məxluqlar hər şeyi yalnız Yaradanın onların xeyir və həzz almaları istəyinə görə alsınlar. Çünki bunun sayəsində xeyir və həzz ən kiçik bir utanc olmadan [alınacaq] və bu, «Onun əməllərinin kamilliyi» adlanır.

Və bu, həkimin ölüm ayağında olan xəstələrə əta etmək istədiyi həmin dərmandır ki, onun haqqında deyilmişdir: «Günahkarlar öz həyatları zamanı ölü adlanırlar». Və «əta etmək arzusu» adlanan dərman vasitəsilə onlar birləşməyə gələcəklər, həyat Mənbəyi ilə birləşəcəklər.

Beləliklə, xəstələrin (dərmanı) almalarını istəməyən həmin insanlar onlara Tövrat və əmrlərlə məşğul olmağa imkan vermirlər ki, bunun vasitəsilə onlar «əta etmək naminə» adlanan dərmana layiq olsunlar, belə ki, bu kelimdə Yaradan xeyir və həzz verə bilsin. Çünki bu kelimdə xeyir və həzz aldıqları zaman onlar qovuşmanı, yəni formaya bənzərliyini itirməyəcəklər. Və «qovuşma» anlayışı o deməkdir ki, onlar «ölü» adlanan günahkarlar xüsusiyyətindən çıxır və həyata layiq olurlar.

Belə çıxır ki, bu qrupun dərmanın alınmasını istəməməsi və buna mane olması nə deməkdir? Onlar nə ilə mane olurlar? Onlara Tövrat və əmrləri yerinə yetirməyə imkan verməməklə, hansılar ki, onların vasitəsilə «əta etmək naminə» adlanan dərmanı alırlar. Və, öz-özünə aydındır ki, niyə onlar «günahkarlar» adlanırlar – çünki dərmanın alınmasına mane olurlar. Söhbət elə bir dərmandan gedir ki, onun vasitəsilə onlar həyata layiq olacaqlar və bu «əta etmək arzusu» adlanır.

Və bu qüvvələr mane olur və onlara «Tövrat və əmrlər» adlanan bu dərmanı almağa imkan vermir, necə ki, müdriklər demişlər: «Mən şər başlanğıcı yaratdım, Mən Tövratı ona ədviyyə kimi yaratdım».

Buna görə də, «günahkarlar» xüsusiyyətini təmsil edən bu mane olanlara cəzalar gəlir ki, onların alacaqları əzablar nəticəsində dərmanın alınmasına mane olmağı dayandırsınlar. Buna uyğun olaraq deməli, Yaradanın etdiyi hər şey, yəni cəzalar belə, hamısı məxluqların xeyri üçündür.