Ruhani işdə "bilik üzərində" nədir
Məqalə 6, 1989-cu il.
Yeni il (Roş Aşana) bayramının əlavə dualarında (musaf) buyurulub: "İsrailin Padşahı və orduların xilaskarı belə dedi: Mən birinciyəm və Mən sonuncuyam, və Məndən başqa Yaradan yoxdur". Və "İsrailin Padşahı"nın nə olduğunu anlamaq lazımdır. Bəs dünya xalqları üçün O, padşah deyilmi? Məgər O, bütün dünyanın Padşahı deyilmi?
Və bizə vacib bir şeyi bilmək gərəkdir ki, biz Yaradan barəsində danışdıqda, Onun Özünü nəzərdə tutmuruq, çünki bu haqda buyurulub: "Bizim düşüncəmiz Onu ümumiyyətlə dərk etmir". Və Yaradanı təsvir etdiyimiz bütün mənzərələr, məxluqların Onu bu adlarda necə dərk etmələrindən irəli gəlir, hansılar barəsində ki buyurulub – "Sənin əməllərindən Səni tanıyırıq".
Buna görə də, hərçənd Yaradan bütün dünyanın Padşahıdır, yəni məxluqlar Onun hakimiyyətini tanımaq istəməsələr belə, Onun onların razılığına ehtiyacı yoxdur, çünki O, onsuz da onlar üçün Padşah olacaq. O, onlardan soruşmadan hökmranlıq edir. Və Öz iradəsində olanı edir. Və dünyada heç kəsin belə bır ağlı yoxdur, O isə istədiyi hər şeyi edir. Və Onun məxluqların razılığına ehtiyacı yoxdur, necə ki buyurulub "mən tam bir inamla inanıram ki, O, Tək Özü bütün əməlləri edib, edir və edəcək".
Və soruşulmur ki, əgər O, bizim xəbərimiz olmadan üzərimizdə Padşahdırsa, onda biz nə üçün Onun hakimiyyətinin yükünü öz üzərimizə götürməliyik, axı istənilən halda O, bizə hökmranlıq edir? Bunun cavabı isə, yuxarıda deyildiyi kimi, ondadır ki, biz Onun bizə hökmranlıq etdiyini bilməliyik. Və bu, insan göylərin hakimiyyətinin yükünü bilik üzərində inamla öz üzərimizə götürməzdən əvvəl baş verməlidir. Axı bilik bunu anlamağa qadir deyil.
Başqa sözlə, biliyin daxilində insan Yaradanın idarəçiliyinin – xeyirxah və xeyir verən olduğunu görmür. Bəlkə hər bir insan öz həyatında həzz çatışmazlığı hiss edir. Və hər kəs anlayır ki, əgər o, Yaradana dua etdiyi və Ondan istədiyi şeyi dərhal aldığını həqiqətən görsəydi – bu, "biliyin daxilində" adlanardı. Yəni o, Yaradanın onun duasını eşitdiyinə inanmalı olmazdı, axı o zaman Yaradanın ona kömək etdiyini öz gözləri ilə görərdi.
Halbuki əgər o, Yaradana bir neçə dəfə dua edirsə və ona elə gəlirsə ki, Yaradan onun duasına cavab vermir, və bunun sübutu da dua etdiyi şeylərdən heç birini almamasıdırsa, o zaman insan güclənməli və buyurulduğu kimi inanmalıdır ki, "Sən bütün dodaqların duasını eşidirsən". Lakin bu, biliyə ziddir, çünki sağlam düşüncə ona Yaradanın, Allah eləməsin, ona cavab vermədiyini göstərir. Əgər o, özünə üstün gəlirsə, və ona bilik və sağlam düşüncə [əksini] diqtə edirsə, o deyir: "mən buna baxmıram, bəlkə bizə Yaradanın bütün dillərin duasını eşitdiyini söyləyən müdriklərin inamı ilə inanıram". Bu, bilik üzərində inam adlanır.
Göylərin yükünü bu cür qəbul etməklə isə, sonradan "öz Yaradanını bütün qəlbinlə sevməyə" layiq görülürlər, və "əta kelimi" adlandırılan xüsusiyyətlərə görə bənzərlikdən sonra, Yaradan verməyi düşündüyü bütün xeyirləri və həzzləri bəxş edir.
Deyilənlərdən biz Yaradanın hakimiyyətini öz üzərimizə götürərkən nəyi dərk etməli olduğumuzu anlayırıq. Bu yolla biz Yaradandan həzz ala bilmək üçün kelim əldə edirik. Buna görə də, bizim Onunla əlaqəmiz olmadığı zaman Yaradanın etdiyi şey odur ki, O bizə heç nə vermir, yəni biz daxilimizdə olmayan şeydən həzz ala bilmərik. Bu o deməkdir ki, biz Yaradandan həzz ala bilmərik.
Və yalnız insanın Yaradana nə ölçüdə inanmasından çıxış edərək, onun Yaradandan aldığını demək olar. Lakin əgər kimsə Yaradana inanmırsa, o Ondan necə ala bilər? Və Yaradana olan inamın ölçüsünə uyğun olaraq, insan Ondan Onun məxluqlara vermək istədiyi şeyi ala bilər.
Lakin göylərin idarəçiliyini qəbul etmək pilləsinə nail olmaq üçün böyük bir iş tələb olunur:
- insan bilməlidir ki, əgər onda Yaradana inam yoxdursa, o, Ondan hər hansı bir şey istəyə bilməz.
- göylərin qorxusuna malik olması ona nə verəcək? Yəni o, kimin mənfəəti üçün göylərin hakimiyyətini öz üzərimizə götürməli olacaq? Bu, öz xeyri üçün olacaq, yoxsa Yaradanın mənfəəti üçün? Əgər fərz etsək ki, bu, Yaradanın xeyrinə olacaq, o zaman sual yaranır ki, əgər biz Ona, Onun Padşah olduğuna inanarsaq, bu Yaradana nə verəcək? Bu Ona nə əlavə edəcək? Adi padşaha, biz inanırıq ki, hörmət (şərəf) lazımdır. Lakin Yaradana yox! Axı əgər Onun məxluqların Ona hörmət etməsinə ehtiyacı varsa, onda belə çıxır ki, Onun məxluqlara ehtiyacı var, Allah eləməsin.
Və Zoar kitabına ön sözdə (səh. 185, Sulam 191) deyildiyi kimi: "Əsas qorxu – odur ki, Yaradanın qarşısında ehtiramla (qorxsun), çünki O, böyükdür və hər şeyi idarə edir. O, böyükdür, çünki bütün dünyaların yayıldığı kökdür. Və Onun əzəməti Öz əməllərində təzahür edir. Və O, hər şeyi idarə edir, çünki Onun yaratdığı bütün dünyalar, istər alilər, istərsə də aşağılar, Onunla müqayisədə heç bir əhəmiyyətə malik deyillər və Onun mahiyyətinə heç nə əlavə etmirlər". Bu o deməkdir ki, bütün məxluqlar Ona heç nə əlavə etmirlər.
Əgər belədirsə, onda biz nə üçün hər zaman göylər naminə çalışmalıyıq? Necə ki deyilib – "sənin bütün əməllərin öz mənfəətin üçün deyil, göylər naminə olacaq", axı yuxarıda deyildiyi kimi, bizim Onun naminə çalışmağımızdan Yaradan heç nə əldə etmir, axı Onun heç bir çatışmazlığı yoxdur. Əgər bu belədirsə, onda nə məqsədlə biz Yaradan naminə çalışmalıyıq?
Lakin bu, yalnız məxluqların faydası üçündür, çünki bunun sayəsində onlar xüsusiyyətlərin Yaradana uyğunsuzluğundan xilas olacaqlar və xüsusiyyətlərin bənzərliyinə layiq görüləcəklər, hansı ki bu, "O mərhəmətli olduğu kimi, sən də mərhəmətli ol" adlanır. Lakin bu o demək deyil ki, Onun, Allah eləməsin, məxluqlardan hörmət (şərəf) tələb edirmiş kimi, Onun naminə çalışmalarına ehtiyacı var; bəlkə bu, Yaradanın faydası naminə çalışmaq üçün lazımdır, hansı ki "yalnız göylər naminə" adlanır və bundan məxluqlar üçün fayda yetişəcək və o zaman onlar həzz ala biləcəklər. Və bu o deməkdir ki, İxtisar (Tsimtsum) və gizlənmə Onun əməllərinin mükəmməlliyini göstərmək üçün baş verib. Yəni, məxluqlar həzz ala bilsinlər və heç bir utanc hiss etməsinlər, hansı ki bu, xüsusiyyətlərə görə bənzərlik və Yaradanla qovuşma (dvekut) deməkdir.
Və bundan, İsrailin Padşahı barəsində soruşulan şeyi anlayacağıq. Məgər dünya xalqları üçün O, Padşah deyil? Cavab ondadır ki, ruhani iş tərəfindən hər bir insan bütöv bir dünyadır, necə ki müqəddəs Zoarda buyurulub. Buna görə də insan dünya xalqlarından və İsrail xüsusiyyətindən ibarətdir. Belə olan halda, İsrailin Padşahı ifadəsi belə izah olunur ki, insan ruhani işi öz üzərinə götürdüyü zaman, o, İsrailin Padşahı adlanır.
Yəni İsrail – yaşar El (düz Yaradana doğru) deməkdir, yəni insan Onun – özünün Padşahı olduğunu söyləyir. Yəni o, Yaradanın, məxluqların Onun hakimiyyətini öz bilikləri ilə üzərlərinə götürmələri olmadan, öz-özlüyündə dünyanın padşahı olduğunu söyləmir. İsrailin Padşahı isə o deməkdir ki, insan göylərin padşahlığını öz biliyinə əsasən qəbul edir.
Halbuki dünya xalqlarında O, onların tərəfindən razılıq olmadan hökmranlıq edir. Yəni, onların Yaradana inama tamamilə maraq göstərməmələrinə və göylər padşahlığının hakimiyyəti anlayışı barədə heç düşünmək belə istəməmələrinə baxmayaraq, Yaradan – dünyanın padşahıdır.
Bu o deməkdir ki, Yaradan dünya xalqlarının padşahıdır. O, onlara hökmranlıq edir və onların razılığı olmadan istədiyi hər şeyi edir, və O, bütün əməlləri edir və edəcək. Buna görə də, İsrailin Padşahı yazıldıqda, göylərin idarəçiliyinin yükünü öz istəyi ilə üzərinə götürənlər nəzərdə tutulur. Və bu, İsrailin Padşahı adlanır.
Və bu barədə buyurulub (Avot 3:20): «Və insanın istəyilə və onun istəyinin ziddinə olaraq ondan alır». Onun istəyilə – İsrailin Padşahı pilləsi deməkdir. Onun istəyinin ziddinə isə – yəni, insanın bunu bilməməsinə və (onda) inama dair hətta bir düşüncənin belə olmamasına baxmayaraq, Onun hökmranlıq etdiyi dünya xalqları nəzərdə tutulur, və insanın bu cür səviyyəsi insanın daxilindəki dünya xalqları adlanır.
Deyilənlərlə «İsrailin padşahı olan Yaradan belə dedi» ifadəsi izah olunur ki, Yaradanın naminə ruhani işi artıq öz üzərilərinə götürmüş bu insanlar üçün belə deyirlər: «Onun xilaskarı, orduların Yaradanı». Yəni, onlar hiss edirlər ki, Yaradan onları, hakimiyyətləri bilik və qəlb səviyyəsində olan dünya xalqlarının əlindən qurtarıb (xilas edib). Moxa, bilik o deməkdir ki, dünya xalqları yalnız biliyin onları məcbur etdiyi şeyin – həqiqət olduğunu söyləyirlər. Bilik üzərində inanmağa isə – onlar insana bu cür yolla getməsi üçün belə bir imkan vermirlər.
Liba, qəlb isə o deməkdir ki, onlar insanın özünəsevgidən çıxmasına imkan vermirlər. Onlar isə söyləyirlər ki, qəlbin hiss etdiyi və öz mənfəəti üçün dediyi şeylərə – bu əməllərə icra olunmaq imkanı verirlər. Lakin əgər insan əta naminə çalışmaq istəyirsə, onlar bütün gücləri ilə müqavimət göstərirlər, və onların hakimiyyətindən çıxmaq insanın gücü daxilində deyil. Və yalnız Yaradan Özü onu onların hakimiyyətindən xilas edir.
Və bu barədə buyurulub – İsrailin Padşahı – Onun xilaskarı. Yəni, İsrailin Padşahı adlandırılan göylərin padşahlığının yükünü öz üzərilərinə götürdükdən sonra, o zaman dərk etdilər ki, O – onların xilasıdır. Yəni, onları şərin hakimiyyətindən yalnız Yaradan xilas edir, onların özlərinin isə buna gücü çatmır.
Və yuxarıda göstərilən şəkildə yazılmış – orduların Yaradanı ifadəsini izah etmək olar. Bu ad bizə, tsvaot (ordular) sözünün iki sözdən – tse (çıx) və bo (gəl/daxil ol) sözlərindən ibarət olduğunu söyləyən atam və müəllimimin izah etdiyi kimi göstərir. Hansı ki tsava (ordu) – bu döyüşçülər, müharibə adamları deməkdir. O deməkdir ki, hər gün şər başlanğıc ilə müharibəyə gedən həmin insanlar ordu adlanırlar. Buna görə də azadlığa (xilasa) layiq görüldükdən sonra, yəni şər başlanğıca qalib gəldikdən və şərin hakimiyyətindən çıxdıqdan sonra, onların iş nizamı enişlər və yüksəlişlər yolu ilə gedir ki, bu da ordular (tsvaot) deməkdir. Yəni, bir dəfə onların hakimiyyətindən çıxdılar, sonra isə yenidən onların hakimiyyətinə düşdülər, və buna görə də enişlərin və yüksəlişlərin adı – tsvaot, ordulardır.
Və iş zamanı, nə zaman ki insan – əgər mən özümə kömək etməsəm, mənə kim kömək edər? – deməlidir, onlar iş zamanı düşünürlər ki, enişləri və yüksəlişləri özləri yaradırlar. Yəni, onlar ordu, müharibə qəhrəmanları adlandırılan müharibə adamlarıdırlar. Sonradan isə, xilasdan sonra, onlar dərk edirlər ki, Yaradan – orduların [Yaradanıdır]. Yəni, onlarda olan bütün enişləri və yüksəlişləri – Yaradan edib.
Yəni, hətta enişlər də – eyni dərəcədə Yaradandan gəlir ki, insan enişləri və yüksəlişləri bu qədər çox sayda boş yerə almır. Bəlkə Yaradan bütün bu çıxışları nizamlayır. Və bu çıxışları müqəddəslikdən çıxışlar adlandırmaq olar. Girişləri isə – onların müqəddəsliyə gəlişləri. Və hər şeyi Yaradan edir. Buna görə də xilasdan sonra Yaradan orduların Yaradanı adlanır. Və O kimdir? İsrailin Padşahı və onun xilaskarı. Yəni yuxarıda deyildiyi kimi.
Və deyilənlərlə yazılmış bu ayəni izah etmək olar (Ovadya 1:21): «Və xilaskarlar Esavın dağını mühakimə etmək üçün Tsiyon dağına qalxacaqlar». Və ar, dağ – irurim (şübhələr), insanı Tsiyona aparan düşüncələr, fikirlər deməkdir, tsiyot (çıxışlar) deməkdir. Tsiyon dağı – insanı enişə aparan şübhələr və düşüncələrdir. Yəni onu müqəddəslikdən bayıra atır. Və sonradan aydınlaşdığı kimi, Esavın dağını mühakimə etmək üçün məhz bu şübhələrdən xilaskarlar qalxacaqlar.
Və Esavın dağı – günahkar Esava aid olan şübhələr və düşüncələr deməkdir. Mühakimə etmək – yəni günahkar Esavın şübhələrinə qalib gəlmək və (onları fəth etmək) deməkdir. Və «və xilaskarlar qalxacaqlar» ifadəsinin izahı – bu, Esavın dağına qalib gələrək xilas olanlardır. Və bu, Tsiyon dağıdır. Yəni müqəddəslikdən çıxışa gətirib çıxaran düşüncələrdir. Onların özləri, yəni enişlər, Esavın dağını (fəth etməyə) kömək etdilər.
Və bu barədə buyurulub: «Zərbənin özündən şəfa alır». Və onlarda enişlərin olması, zərbə deməkdir, çünki müqəddəslikdən çıxdılar və qeyri-təmiz qüvvələrin hakimiyyəti altına düşdülər. Lakin bütün bunlar onların xeyrinə oldu. Və bu həmçinin buyurulduğu kimi adlanır: «Cəhənnəmə endirir və qaldırır» (Şmuel 1-2-6). İnsanın özünün hamıdan pis olduğunu görməsindən dolayı, o, bacardığını edir. Və Yaradanın onu çıxardığını və günahkar Esavın hakimiyyətindən xilas etdiyini görməyincə dincəlmir. Və bu barədə buyurulub: «Və xilaskarlar Esavın dağını mühakimə etmək üçün Tsiyon dağına qalxacaqlar».
Və bu barədə buyurulub: «Və padşahlıq Yaradanın olacaq». Bu o deməkdir ki, məhz o zaman Yaradanın padşahlığı olacaq. Yəni xilas zamanı, necə ki deyilib – İsrailin Padşahı və onun xilaskarı. Bəs ondan əvvəl, Allah eləməsin, padşahlıq Yaradana verilməyibmi? Bəs dünyada hökmranlıq edən kimdir?
Və bunu belə izah etmək lazımdır ki, padşahlığın iki adı var: Tsiyon və Yerusəlim.
Və ruhani işə münasibətdə izah etmək lazımdır ki, Tsiyon – pillənin özünün hələ aşkarlanmaması deməkdir. Hansı ki malxutun daxili pillə olduğu halı deməkdir. Yəni, malxutun dünyada hökmranlıq etdiyi və dünyada Padşah olan Yaradandan başqa heç bir digər qüvvənin olmadığı məxluqlara hələ aşkarlanmayıb. Və bu pillə hələ ki məxluqlara aşkarlanmayıb. Və malxutun bu pilləsi Tsiyon adlanır, necə ki yuxarıda deyilib, müqəddəslikdən çıxışlar deməkdir.
Və insan elə düşünür ki, qeyri-təmiz qüvvələr onun üzərində hökmranlıq edir. Və bu ona görədir ki, o, o zaman daxilində ruhaniyyətə qarşı heç bir ehtiyac hiss etmir. O deməkdir ki, Yaradanın əzəmətinə olan inam – gizlilikdədir. Və bəzən o, işdə elə bir dərəcədə enişlərə gəlir ki, Yaradanın işinin var olduğunu ümumiyyətlə unudur. Bu o deməkdir ki, o, ruh yüksəkliyi ilə çalışdığı və bu gündən etibarən əbədi olaraq müqəddəs işdə qalacağını düşündüyü öz vəziyyətindən (kənarlaşıb).
Və birdən o, bir müddət sonra bütövlüklə müqəddəslikdən çıxdığını görür. Yəni, o, (başlanğıc) nöqtəsini xatırlamır. Yəni, müqəddəslikdən çıxdığı və maddi dünya səviyyəsinə düşdüyü anı xatırlamağa qadir deyil. Və bu ona görədir ki, eniş zamanı insan şüurunu itirir və heç nə xatırlamır. Maddi dünyada da insan hündürlükdən yıxıldıqda və yıxıldığını xatırlamadığı kimi. Və yalnız özünə gəldikdən sonra xəstəxanada olduğunu görür, eyni şey ruhani iş nizamında da baş verir.
Və bu, Tsiyon pilləsidir. Yəni, xilas zamanı, o, göylərin idarəçiliyini aşkarlıqda gördükdə, Yaradanın onu günahkar Esavın əlindən xilas etdiyini dərk edir. O zaman, Onun hakimiyyəti aşkarda olduqda malxut Yerusəlim adlanır. Bu, bütün enişlərin Padşahdan olduğunu görmək zamanıdır. Yəni, onlarda olan bütün şübhələrin və yad düşüncələrin hansısa digər qüvvədən olmadığını, bəlkə Yaradan tərəfindən göndərildiyini görmək [zamanıdır]. Yəni, enişləri də Yaradan göndərir ki, onların sayəsində Yaradana qarşı ehtiyac yaransın.
Belə çıxır ki, Tsiyon dağı, yuxarıda deyildiyi kimi, Esavın dağını mühakimə etmək üçün oraya qalxan həmin xilaskarlar indi söyləyirlər ki, Tsiyon dağı da eyni dərəcədə Tsiyon adlandırılan malxut idi. Yəni, onun qüvvəsi gizlilikdə idi. Və o, Esavın dağını mühakimə etməyə kömək etdi. Yəni, onlar günahkar Esava qalib gəldilər. Yəni, Esavın pilləsi islah olunub. Və indi onlar dünyada heç bir digər qüvvənin olmadığını dərk edirlər.
Və bu barədə buyurulub: «Və padşahlıq Yaradanın olacaq». Yəni, indi onlar görürlər ki, nəinki yalnız indi,o zaman da padşahlıq Yaradanın idi. Bəlkə ondan əvvəl də o eyni dərəcədə belə idi, çünki Ondan başqa heç kəs yoxdur. İndi isə, xilasa layiq görüldükləri zaman, onlar əvvəllər də eyni dərəcədə belə olduğunu dərk edirlər.
Lakin hətta gizlilik zamanı da hər şeyi Yaradanın etdiyinə inanmaq lazımdır – bilik üzərində inamla. İndi isə onlar bunun belə olduğunu dərk edirlər. Ondan sonra isə Gələcəkdə adlandırılan İslahın Sonu vəziyyətinə gəlmək lazımdır. Və o zaman Yaradan bütün yer üzərində Padşah olacaq. Yəni hətta dünya xalqlarının üzərində də. Bu o deməkdir ki, yazıldığı kimi, O, hətta dünya xalqlarına da aşkarlanacaq: kiçikdən böyüyə hamı Məni tanıyacaq.
Və bu o deməkdir ki, Yaradan bütün yer üzünün Padşahıdır. Hələ islahın sonundan əvvəl də Yaradan bütün yer üzündə Padşahdır. Lakin bu şüursuzdur , yəni onlar Yaradanın bütün dünyanın idarəçisi olduğunu bilmirlər. Yazıldığı kimi (səhər duasında²): «Alilər və ya aşağılar üzərindəki Sənin əməllərində Kim Sənə bənzər ki, kimsə Sənə nə edəcəyini və necə hərəkət edəcəyini söyləyə bilsin. Yalnız O hər şeyi edir, və dünyada Ondan başqa heç bir digər qüvvə yoxdur».
Lakin bu, yalnız Yaradana inanan İsrail xalqına aiddir. Yaradanın – Padşah olduğu barədə deyilənlər onlara aiddir. Yaradanın Özü haqqında Onun – Padşah olduğunu bilməsi deyil, onlar Yaradanın onlara hökmranlıq etdiyini bilirlər. Bu, şüursuz adlanır. Lakin onlar ali idarəçiliyin yükünü bilik üzərində inamla öz üzərilərinə götürdülər, və bu onlarda sanki bilikdə imiş kimi hesab olunur.
Bu, öz biliyinə əsasən adlanır. İşdə bilik üzərində inam o deməkdir ki, biliyin (ağlın) hər şeyi başqa cür qavramasına və onda hər şeyin inanmaq istədiyi kimi olmadığına dair sübutların olmasına baxmayaraq, inanmaq lazımdır. Və bilikdən yuxarı inam məhz budur. Yəni o, sanki bunu öz biliyində görürmüş kimi daxilən inandığını söyləyir – işdə bilikdən yuxarı inam məhz budur.
Bu, insanın öz üzərinə götürdüyü böyük bir işdir – və bu, onun biliyinə ziddir. Yəni bədən bununla razılaşmır, lakin o, sanki bu, onun biliyində imiş kimi bunu onsuz da öz üzərinə götürür. Bu cür inam üçün Yaradanın köməyi lazımdır. Buna görə də bu cür inam naminə insan, sanki buna artıq öz biliyində nail olubmuş kimi, Yaradanın ona Ona bənzəmək üçün güc verməsi üçün dua etməlidir. Lakin o, Yaradana ona biliyin daxilində anlamaq imkanı verməsi üçün dua etməli deyil, sanki bu, onun biliyində imiş kimi, bilik üzərində inamla qəbul etməyə ona güc verməsi üçün Yaradana dua etməlidir.
Lakin öncə o, Yaradanın istəyinin məhz Yaradana olan inamı bilik üzərində şəkildə öz üzərlərinə götürmələri olduğuna dair müdriklərin inamı ilə inanmalıdır. Və o zaman bu iş nizamında enişlər və yüksəlişlər başlayır. Bəzən o, inamda güclənir, bəzən isə öz pilləsindən düşür və o zaman inanmalıdır ki, o, Yaradana ona kömək etməsi üçün dua etdikdə və ona lazım olan köməyi aldığını görmədikdə, həmçinin bu vaxtda da hər şeyin Yaradandan gəldiyini bilikdən yuxarı inamla qəbul etməlidir. Və bununla eyni zamanda deməlidir: «Əgər mən etməsəm, o zaman kim edəcək?» Və o zaman o, «Tsiyon dağı» xüsusiyyətinə gəlir. Və «Esavın dağı» anlayışına gəlir ki, bütün iş xilasa layiq görülməzdən əvvəl onların təsirindən çıxmaqdadır.
Və o zaman işin anlaşılmasına gəlirlər, necə ki yazılıb: «İsrailin Padşahı və xilaskarı, orduların Hökmdarı olan Yaradan belə dedi: Mən – birinciyəm və Mən sonuncuyam, və Məndən başqa Tanrı yoxdur, və Onun Padşahlığı var idi, və Yaradan bütün yer üzərində Padşah idi». Necə ki buyurulub: «Hər bir bədən Səni çağıracaq, yer üzünün hər bir günahkarı Sənə tərəf dönəcək, yer üzünün bütün sakinləri Səni tanıyacaqlar». Yəni, hamı Yaradanın – Padşah olduğunu biləcək. Ondan əvvəl isə yalnız İsrail xalqı Onun – Padşah olduğunu bilir.