Rabаş / Məqalələr
Ruhani işdə "oğulları olmayan" nə deməkdir
Məqalə 35, 1989-cu il
Müdriklərimiz demişlər: "Övladı olmayan hər bir kəs ölü hesab olunur". Zoar kitabında deyilir: "Necə ki, övladı olmayan adam sonsuz adlanır və onun zövcəsi də sonsuz adlanır, həmçinin ehkamları olmayan Tövrat da sonsuz təlim adlanır. Ona görə də öyrənmişik ki, "əsas şərh deyil, əməldir"". Sitatın sonu. Zoar kitabında (91-ci bənd) isə deyilir: "Axı Tövrat ağac adlanır, necə ki, deyilir: "O, ona sarılanlar üçün Həyat Ağacıdır". İnsan da ağacdır, necə ki, deyilir: "Axı insan çöl ağacıdır", Tövratın ehkamları isə bəhrələrə bənzər". Başqa sözlə, Tövrat və insan "ağac" adlandıqlarından, necə ki, bəhrə verməyən ağac heç nə doğurmayan sonsuz insana bənzəyir, həmçinin əgər oğulları yoxdursa, insan və Tövrat da "sonsuz" adlanır.
Bunu başa düşmək lazımdır. Çünki insanla ağacın [nəsil] törətmədikdə "sonsuz" adlanmasını anlamaq olar. Lakin əgər insan Tövratı öyrənir, lakin Tövratın ehkamlarına əməl etmirsə, Tövrat nə üçün "sonsuz" adlanır? Tövrat nə üçün günahkardır ki, insan Tövratın ehkamlarına əməl etmək istəmir? Bununla əlaqədar müdriklərimizin dediklərini gətirirlər: "Əmələ gətirən təlim böyükdür". Bu o deməkdir ki, Tövrat əmələ aparmalıdır, əgər bu baş vermirsə, deməli, Tövrat sanki əmələ gətirmədiyi üçün günahkardır. Ona görə də bu qüsur sanki insanın deyil, Tövratın üzərinə düşür. Belə şey ola bilərmi?
Yuxarıda deyilənləri başa düşmək üçün əvvəlcə Uca Yaradanın bizə verdiyi Tövrat və ehkamların bütün mahiyyətini anlamalıyıq və biz buna görə Ona, bu hədiyyəyə görə xeyir-dua veririk, necə ki, deyirik: "Bizi bütün xalqlardan seçən və Öz Tövratını bizə bəxş edən". Və Tövratın özü də iki cür başa düşülür, necə ki, Zoar kitabında yazılmışdır: "Tövratdakı ehkamlar Zoar kitabının dilində əmanətlər adlanır. Həmçinin onlar 613 "eytin" məsləhəti adlanırlar. Onların arasındakı fərq ondadır ki, hər şeydə "panim" — "ön tərəf" və "axor" — "arxa tərəf" vardır, hazırlıq vəziyyəti axor adlanır, dərketmə vəziyyəti isə panim adlanır. Eyni şəkildə Tövratda və ehkamlarda "edəcəyik" və "eşidəcəyik" vəziyyəti vardır. ... Və Tövratı və ehkamları "Onun sözünü yerinə yetirənlər" xassəsində, hətta eşitməyə layiq görülməmişdən əvvəl yerinə yetirdikdə, bu ehkamlar 613 "eytin" məsləhəti adlanır və bu, axor xassəsidir. Və "Onun kəlamının səsini" eşitməyə layiq görüldükdə, 613 ehkam "pkudin" əmanətlərinə çevrilir və bu, "pikadon" — "əmanət" sözündəndir. Axı 613 ehkam mövcuddur və hər bir ehkama xüsusi pillənin nuru qoyulmuşdur və bu, "ehkamların panimi" xassəsidir".
Lakin biz Tövratın və ehkamların mahiyyətini ümumilikdə bilməli və başa düşməliyik. Və "əməlin" bunlarla nə əlaqəsi var və "eşitmək" nə deməkdir. Yəni, əgər eşitmək əsasdırsa, onda insan niyə iş qaydasına "Onun sözünü yerinə yetirmək" kimi başlamalıdır ki, bu da "axor" adlanır? Niyə birbaşa "pkudin" adlanan "panim" vəziyyətindən başlamayaq? Bu iş sanki lazımsız işə bənzəyir.
Məlumdur ki, qarşımızda iki şey var: yaradılışın məqsədi və yaradılışın islahı. Yaradılışın məqsədi Onun öz məxluqlarına həzz bəxş etmək istəyindən ibarətdir, yəni məxluqlar Ondan xeyir və həzz alacaqlar. Ona görə də O, məxluqlarda həzz almaq istəyi yaratdı. Və bu kli, yəni həzz və həzz almaq istəyi Yaradandan gəlir, çünki O, bunu Öz məqsədi üçün yaratmışdır, çünki nəyəsə can atmaq olmadan bundan həzz almaq qeyri-mümkündür. Axı məlumdur ki, insan hər hansı bir şeydən bütün həzzi yalnız ona olan can atma ölçüsündə ala və ondan həzz ala bilər. Axı həzzin miqdarı bundan asılıdır. Və insanın nəyə can atmasının fərqi yoxdur, hər hansı bir şeyə can atmağın özü bunu vacib edir.
Ona görə də Yaradandan gələn bu kli mükəmməlliyə malikdir. Yəni insanın nədənsə həzz ala biləcəyini gördüyü hər bir yerdə o, dərhal bu həzzi almaq üçün mümkün olan hər şeyi edir. Halbuki məxluqların islah etməli olduğu, Yaradanın klisinin formasının əksi olan klini düzəltmək çox çətindir, çünki bu, Yaradanın yaratdığı klinin xassəsinə ziddir. Və insan bu klini yaratmağa qadir deyil, necə ki, müdrikərimiz demişlər: "İnsanın şər başlanğıcı hər gün ona qalib gəlir. ... Və əgər Yaradan ona kömək etməsəydi, o, dözə bilməzdi".
Və burada sual yaranır: əgər insan buna qalib gələ bilmirsə, insan nə etməlidir, əgər yalnız Yaradan qalib gəlmək qabiliyyəti verə bilərsə? Cavab bundan ibarətdir ki, insan qalib gəlməyə başlamalıdır, yəni insan görməlidir ki, onda şər başlanğıca qalib gəlmək istəyi var. Axı əgər insanın ona qalib gəlmək istəyi yoxdursa, ona necə kömək edə bilərlər? Axı "kömək" o deməkdir ki, insan əldə edilməsi çətin olan şeyi arzulayır — onda demək olar ki, ona istədiyini əldə etməkdə kömək edilir. Lakin insanın istəyi olmadıqda, ona əziyyət çəkməyə məcbur edən bir şeyi əldə etməyə kömək etdiklərini necə demək olar? Axı "kömək" o deməkdir ki, insana həzz alsın deyə kömək edirlər. İnsana əziyyət çəksin deyə kömək edirlər deyil.
Ona görə də insanın üzərinə düşür ki, əgər o, həqiqətən də Yaradanın işinə daxil olmaq istəyirsə, onun işi "lişma"-da olsun, yəni əta etmək xatirinə, hər şeyi Göylər xatirinə etmək istəsin. Və insan həqiqətən də Göylər xatirinə işləmək istədikdə, bədən öz gücünü büruzə verməyə başlayır və o istəyir ki, insan hər şeyi məhz öz xeyri üçün etsin və bütün qüvvəsi ilə bu işə müqavimət göstərir, ona qarşı müxtəlif kəşfiyyatçı dəlilləri irəli sürür ki, həqiqət onun tərəfindədir. Və o zaman əgər kimsə gəlib ona kömək edərsə, insan bu köməkdən şad olacaq və köməyə görə çox minnətdar olacaqdır. Onda demək olar ki, o, yuxarıdan kömək alır, necə ki, müdriklərimiz demişlər: "Təmizlənməyə gələnə kömək edirlər". Halbuki insan bu işə başlamadıqda, burada iki şey çatışmır:
- O düşünür ki, onun köməyə ehtiyacı yoxdur, istəsə mütləq bunu edə bilər, o, kişidir. Belə olan halda onun köməyə ehtiyacı yoxdur. Deməli, onun nur üçün klisi yoxdur.
- Əgər o, "bütün əməllərin Göylər xatirinə olacaq" vəziyyətinə gəlmək üçün səy göstərməyibsə, o, ümumiyyətlə istəmir ki, ona "öz xeyri üçün deyil, Yaradan xatirinə işləmək üçün" güc versinlər. O məhz öz xeyri üçün işləmək istəyir. Və əgər o eşitsə ki, Tövrat və ehkamları yerinə yetirməsi sayəsində o, özü üçün heç nə əldə etməyəcək, bu, onun üçün xeyir-dua deyil, lənət hesab olunacaq.
Və bu səbəbdən o, bu işə təkbaşına başlamalıdır. Və onda o, tədricən Yaradan xatirinə işləməyin dəyərli olması istəyini alacaq və onda onun yüksəlişlər və enişlər silsiləsi başlayır. Yəni bəzən o görür ki, Yaradan xatirinə işləmək dəyərlidir. Bəzən isə Göylər xatirinə işləmək üçün "Sənə bu iş nəyə lazımdır" deyə soruşan bədənin dəlilinə təslim olur. Və yüksəlişlər və enişlər sayəsində o, əta etmək xatirinə işləməyə layiq görülməyin xeyrinin nədən ibarət olduğunu və özünə qarşı eqoist sevgidən çıxa bilməsə nə itirdiyini anlamaga başlayır.
Və insan qalib gəldikdə və döyüş meydanından qaçmadıqda, əksinə, qalib gəlib Yaradanın ona kömək etməsi, özü üçün almanın hakimiyyətindən çıxa bilməsi üçün ona lazımi köməyin verilməsi barədə duasını gücləndirdikdə, onda Yaradanın kömək edəcəyinə inanmaq üçün böyük qələbə lazımdır. Yəni insan inanmalıdır ki, onun gördüyü, almanın hakimiyyətindən çıxmasının onun üçün getdikcə daha çətin olması və hər dəfə görməsi ki, onun şəri başqalarınınkından daha pisdir — onda o deməlidir: "Yaradan mütləq indi mənə kömək edəcək, çünki indi mən həqiqəti dərk etməyə gəlmişəm ki, Yaradanın köməyi olmadan bu, qətiyyən mümkün deyil".
Axı onun həyata keçirməyi nəzərdə tutduğu, almağın hakimiyyətindən çıxmasına kömək edəcək bütün əməllər ona kömək etmədi, əksinə, alan daha da gücləndi və əta etmək işinə daha böyük müqavimət göstərdi. Və o zaman insan qalib gəlməli və "kəşfiyyatçıların" məsləhətlərinə təslim olmamalıdır, yalnız bilikdən yuxarı qalib gəlməlidir ki, Yaradan kömək edəcək, necə ki, müdriklərimiz bizə söz vermişlər: "Təmizlənməyə gələnə kömək edirlər".
Lakin insan qalib gəlmək və müdriklərə inanmaq üçün haradan güc ala bilər? Bu, yalnız Tövratın gücü ilə mümkündür. Necə ki, müdriklərimiz demişlər: "Yaradan dedi: "Mən şər başlanğıcı yaratdım və Tövratı ona ədviyyat olaraq yaratdım"". Yəni Tövrat sayəsində o, müharibə zamanı qalib gəlmək gücünü alır, yəni o, "nurun zülmət üzərində üstünlüyünü" hiss etməsi üçün sonradan zülmət kelimlərini qazanmalı olduğu zaman. Deməli, Tövrat Yaradan onun artıq nur almaq üçün yararlı kelimlərə malik olduğunu bilənə qədər onu iş zamanı qidalandırır. Və o zaman o, 613 pkudinə layiq görülür.
Lakin iş zamanı, hələ də "kəşfiyyatçılar" olduğu müddətdə, Tövrat və ehkamlar 613 eytin, yəni "kəşfiyyatçılardan" necə xilas olmaq barədə 613 məsləhət adlanır. Ona görə də insan Tövrat və ehkamlarla məşğul olarkən çalışmalıdır ki, işi üçün istədiyi mükafat "kəşfiyyatçılarla" mübarizə aparmaq üçün güc olsun.
Deməli, o, Tövratın ona bu mükafatı verməsini istəyir. Və əgər o, bu gücü almasa, onda Tövrat bəhrə verməyən ağaca və övladı olmayan insana bənzər. Başqa sözlə, Tövrat onun üçün "kəşfiyyatçılarla" mübarizədə gücə malik olan oğullar doğurmadı. Və Tövrat ona bu gücü verdikdə, bu, "bəhrə verən ağac" adlanır və bu, övladı olan insana bənzəyir.
Bundan biz soruşduğumuz şeyi başa düşəcəyik: "İnsan nə üçün ağaca bənzəyir?" Bu o deməkdir ki, hər ikisi bəhrə verməlidir. Və necə ki, ağaca bəhrə verməsi üçün lazım olanı vermək lazımdır ki, bu da "torpağın becərilməsi" adlanır, həmçinin insan da özünə "613 pkudin" adlanan məqsədə çatmaq imkanına malik olması üçün lazım olan qidanı verməlidir. Yəni ki, o, Tövratı və ehkamları niyyətlə yerinə yetirsin ki, Onda olan nur onu Mənbəyə qaytarsın. Başqa sözlə, insanın əməlinin klisi olan özü üçün almaq istəyi xassəsini əta edən kelimlərə çevirmək üçün əməl tələb olunur. Bu, "alan kelimləri əta edən kelimlərə çevirmək" adlanır.
Bu da "əməl" adlanır. Yəni insan bu əməli yerinə yetirməyə qadir olmadığından, necə ki, Yaradan bizə alan kelimləri vermişdir, həmçinin O, bizə əta edən kelimləri də verməlidir. Lakin yuxarıda deyildiyi kimi, "klisiz nur yoxdur", necə ki, "xisaronsuz dolğunluq yoxdur". Ona görə də insan bu tələbatı qazanmaq üçün sərəncamında olan bütün vasitələrdən istifadə edərək işləməlidir. Və öz işinin ölçüsündə o, Yaradanın ona bunda kömək etməsi tələbatını alır. Və o zaman Yaradan ona "əta edən kelimlər" adlanan bu əməl kelimlərini verir. Və bu, Tövrat və ehkamlar vasitəsilədir, çünki "Ondakı Nur mənbəyə qaytarır".
Bu, "Yaradanın etmək üçün yaratdıqları" deyilənlərin mənasındadır. Baal Sulam dediyi kimi, "yaratdı" -yoxdan var olan yeni bir şey deməkdir — bu, yenilik olan almaq istəyi deməkdir. Axı o yaradılmamışdan əvvəl reallıqda heç bir almaq mövcud deyildi. Deməli, Yaradan almaq istəyini yaratdı. Məxluqlar isə ondan əta etmək istəyi yaratmalıdırlar. Bu da ondan əta etmək istəyi- "etmək üçün yaratdı" deməkdir.
Və baxmayaraq ki, yaradılış aktının qaydalarındakı əməlləri dəyişmək bizim gücümüzdə deyil və əgər Yaradan onu elə yaradıbsa ki, məhz almaq istəyi fəaliyyət göstərəcək, onda bunu necə dəyişmək olar? Cavab bundadır ki, buna can atmaq insanın üzərinə düşür ki, buna necə gəlmək barədə məsləhətləri yerinə yetirsin. Bu da "etmək" adlanır. Və baxmayaraq ki, biz dedik ki, insan bunu etməyə qadir deyil və Yaradanın özü bunu etməlidir, necə ki, yuxarıda deyildi ki, biz yaradılış aktının qaydalarını dəyişə bilmərik, lakin yenə də bu, insanın adı ilə adlandırılmışdır.
Və biz bunu Baal Sulamin "Müdriklərə müdriklik verir" kəlamı haqqındakı sözlərindən başa düşə bilərik. O soruşdu: "Demək lazımdır ki: "axmaqlara müdriklik verəcək"". Yəni, hələ"müdrik" olmasa da, müdriklik axtarandır, çünki axmaq müdriklik axtarmır, necə ki, deyilmişdi: "Axı axmaq müdriklik istəmir". Ona görə də insanın əta edən kelimləri necə qazanmaq barədə hiylə və fəndlərdən istifadə etməsi yuxarıda deyildiyi kimi "əməl" adlanır.
Bununla biz yazılanları izah edə bilərik: "Əsas şərh deyil, əməldir". Və bunu Zoar kitabı sübut olaraq gətirir ki, əgər onun ehkamları yoxdursa, yalnız Tövratı varsa, onu "sonsuz" adlandırırlar və Tövrat "sonsuz" adlanır, çünki Tövratın ehkamları olan bəhrələri yoxdur və insanın oğulları yoxdur. Və buradan müdriklərimizin dedikləri irəli gəlir: "Övladı olmayan hər bir kəs ölü hesab olunur". Və ruhani işdən danışıldıqda, bu o deməkdir ki, ehkamları olmayan kəs "sonsuz" hesab olunur, çünki Zoar kitabı onu "Həyat Ağacı" deyərək Tövratla müqayisə edir. Və "İnsan çöl ağacıdır" deyilənlər o deməkdir ki, Tövratın ehkamları olmadıqda "sonsuz" adlanması insan haqqında deyilmişdir. Yəni insan bilməlidir ki, əgər öyrəndiyi Tövrat onu ehkamlara gətirib çıxarmırsa, Tövrat onun üçün sonsuzdur. Zoar kitabı belə deyir: "Ona görə də öyrənmişik ki, əsas şərh deyil, əməldir". Deməli, əgər Tövratda Tövratın ehkamları yoxdursa, Tövrat sonsuz adlanır.
Bununla biz soruşduğumuz şeyi izah edə bilərik: əgər insanın ehkamları yoxdursa, Tövrat nə üçün "sonsuz" adlanır? Tövratı onunla münasibətdə "sonsuz" adlandırırlar, çünki "hər şeydən vacib təlim deyil, əməldir". Yəni Yaradan "Mən şər başlanğıc yaratdım və Tövratı ona ədviyyat olaraq yaratdım" dediyinə görə, yəni insanın özündəki şərə qalib gəlməsi üçün ona Tövratın nuru lazımdır. Beləliklə, Tövratı öyrənən, lakin Tövratın Göylər xatirinə əməllərini yerinə yetirə bilməsi üçün ona nur gətirməsinə diqqət yetirməyən kəs şərvbaşlanğıca ziddir, çünki gendəki şər məhz öz xeyri üçün işləmək istəyir və Yaradanın xeyri xatirinə niyyətə bütün qüvvəsi ilə müqavimət göstərir və ona qalib gəlmək qeyri-mümkündür.
Ona görə də Yaradan bizə Tövratın gücü barədə məsləhət verdi ki, Tövrat bizə güc verməlidir, yəni Mənbəyə qaytaran Onda olan nur vasitəsilə. Bu o deməkdir ki, Tövrat gendəki şəri yaxşıya çevirir. Yəni onun Tövratın köməyi ilə əta edən kelimlər qazanmaq imkanı var — məhz bu, yuxarıda deyilmiş kimi "Yaradanın etmək üçün yaratdıqları" "əməl" adlanır.
Yuxarıda deyilənlərdən belə çıxır ki, əgər Tövrat etməli olduğu köməkliyi göstərmirsə, hesab olunur ki, Tövrat bu insan üçün sonsuzdur. Köməksiz Tövratı alan insan isə, hər ikisi, yəni insanın özü və Tövratı "sonsuz" adlanır, yəni onlar heç nə doğmurlar.
Yuxarıda deyilənlərlə müdriklərimizin dediklərini izah etmək lazımdır: "Müdriklərdə nə üçün belə olmur ki, onların oğullarından müdriklər çıxmasın?" ...Çünki onlar əvvəlcə Tövrata xeyir-dua vermirlər. Bunun səbəbini başa düşmək çox çətindir. Axı biz görürük ki, hətta sadə adamlar da Tövratın xeyir-duasını deyirlər və onları Tövratı oxumağa [şənbə xidmətinə] dəvət etdikdə də xeyir-dua deyirlər. Onda necə ola bilər ki, müdriklərin şagirdləri əvvəlcə Tövrata xeyir-dua vermirlər? Və yuxarıda deyilənlərə əsasən bunu belə izah etmək lazımdır ki, onlar Tövratı öyrənirlər və Tövratı öyrənməzdən əvvəl nə üçün öyrəndiklərini, yəni Tövrat məşğələlərindən nə istədiklərini niyyət etmirlər. Çünki onlar hər hansı bir xeyir gətirmədən heç bir əməl etmirlər.
Və cavab bundadır ki, onlar əvvəlcə Tövrata xeyir-dua vermirdilər. Yəni onların ilkin niyyəti yox idi ki, Tövrat onlara xeyir-dua gətirəcək, axı xeyir-dua əta etmək deməkdir. Başqa sözlə, onlar istəmirdilər ki, Tövrat onlara xeyir-dua kelimləri, yəni əta edən kelimlər versin. Ona görə də onların Tövratından müdriklərin şagirdləri olduqlarını görmək mümkün olan oğullar çıxa bilməz. Və yuxarıda deyildiyi kimi, onların öyrəndikləri Tövrat onlara əta etmək əməlləri adlanan ehkamları vermir; onlar sonsuz qalırlar və onların Tövratı sonsuzdur.
Başqa sözlə, Tövratı öyrənən bu müdriklər öz oğullarını, yəni müdriklərdən gəldikləri ,görünməsi üçün ehkamlar adlanan əməlləri, yəni Tövrat nurunun doğurduğu "əta etmək əməlləri" adlanan yaxşı əməlləri doğurmurlar. Və bu: "Müdriklərdə nə üçün belə olmur ki, onların oğullarından müdriklər çıxmasın" adlanır, yəni onların əməllərindən görünmür ki, onlar Tövrat nurundan doğulmalı idilər. Axı bu, "müdrik" adlanır. Yəni Tövratı öyrəndikdə Tövratın nuru əməllər doğurmalıdır, yəni onun bütün əməlləri Göylər xatirinə olacaq. Yaradanla qovuşmağa layiq görülsünlər və həyat Mənbəyi ilə qovuşsunlar deyə. Onda bu, onlarda nə üçün yoxdur? Bu ona görədir ki, "onlar əvvəlcə Tövrata xeyir-dua vermədilər". Yəni yuxarıda deyilmiş kimi, Tövratı öyrənməzdən əvvəl onlar Tövrat nurunın onları Mənbəyə qaytaracaq xüsusi xassə (sgula) gətirməsi üçün öyrənməyi nəzərdə tutmurdular.
Yuxarıda deyilənlərdən müdriklərimizin dediklərini başa düşəcəyik: "Övladı olmayan hər bir kəs ölü hesab olunur". Oğullar ehkamlar olduğundan, bu o deməkdir ki, yerinə yetirdiyi ehkamların bütün əməlləri əta etmək xatirinədir. Və bu, həyat Mənbəyi ilə qovuşmaq adlanır. Və təbii ki, əgər onun əta edən kelimləri yoxdursa, o, həyat Mənbəyindən ayrıdır və buna görə də müdriklərimizin dediyi kimi ölü hesab olunur: "Günahkarlar sağlığında ölü adlanırlar".
Yuxarıda deyilənlərdən müdriklərimizin ayə ilə bağlı dediklərini başa düşəcəyik: " Sion — kimsə onu tələb etmir", yəni tələb zəruridir. Bunun mənası odur ki, Sion Malxut, yəni uca Malxut adlanır. Bu o deməkdir ki, insanın bütün əməlləri öz xeyri üçün deyil, Yaradan xatirinə olmalıdır, necə ki, yazılmışdır: "Hər bir şəhərin öz təpəsində tikildiyini, Yaradanın şəhərinin isə cəhənnəmin dibinə qədər alçaldıldığını gördükdə, Qüdrətlini xatırlayacağam və ah çəkəcəyəm"".
Yəni onun öz xeyrinə gəldikdə, bu, qaydasındadır və hər kəs çalışır ki, bu, mükəmməl şəkildə olsun. Halbuki "Yaradanın şəhəri", yəni müqəddəslik işi, Yaradan xatirinə işləmək — bu iş əhəmiyyətinə görə aşağıdır. Və bunun üçün Tövratın nuru lazımdır. Yəni Tövratı öyrənən kəs Tövratı öyrənməzdən əvvəl Tövratdan ona Yaradan xatirinə işləyə bilməsi üçün bu nuru verməsini tələb etməlidir.