Ruhani işdə «Sadə bir insanın xeyir-duası gözündə dəyərsiz olmasın» nə deməkdir
Rabaş, 24-cü Məqalə, 1989-cu il
Zoar kitabında deyilmişdir:
«Sadə bir insanın xeyir-duası gözündə dəyərsiz olmasın. Və buna görə də: “Gündüz Yaradan Öz mərhəmətini göstərir”. Megila traktatında deyilir: “Sadə bir insanın xeyir-duası heç vaxt gözündə dəyərsiz olmasın”».
Anlamaq lazımdır ki, bu bizə Yaradanın işində nəyi öyrədir, yəni tək bir insanın daxilində öyrəndiyimiz zaman «sadə insan» nə deməkdir. İlk növbədə, ümumiyyətlə «sadə insan» ifadəsinin mənasını anlamalıyıq.
Megila traktatında Rav Kaana deyir: «Buradan belə çıxır ki, sadə insan birinci hoppanır». Bu o deməkdir ki, «sadə insan» termini qınaq mənasında işlədilir; hərçənd o, sadə bir insandır, lakin hər halda özünü göstərməyi və müdrik kimi görünməyi sevir. Əgər belədirsə, işdə "sadə insanın xeyir-duası" nə məna verir? Həmçinin Zoar-ın dediyi bu sözü də anlamalıyıq: «Sadə bir insanın xeyir-duası gözündə dəyərsiz olmasın». Bu o deməkdir: «Gündüz Yaradan Öz mərhəmətini göstərir». Sadə insanın xeyir-duası ilə Onun mərhəməti arasında nə əlaqə var?
Məlumdur ki, insanın işi iki xətdədir, hansı ki belə adlanır: «Bir-birini rədd edən iki kəlam, ta üçüncü kəlam gəlib onların mübahisəsini həll edənədək». Bizim müdriklərimizin dediyi kimi: «Hər zaman sol tərəf itələyəcək, sağ tərəf isə yaxınlaşdıracaq».
Ruhani işdə «sağ tərəf yaxınlaşdırır» ifadəsini belə izah etməliyik: bu o zamandır ki, insan işdə irəliləyir və Yaradanla yaxınlaşma vəziyyətində olmaq istəyir, və özündə hər hansı bir çatışmazlıq görmək istəmir, çünki indi o, Yaradana təriflər demək və Onu ucaltmaqla məşğul olmaq istəyir. Əgər o, özündə hansısa bir xisaron (çatışmazlıq) görərsə, o zaman artıq onun ürəkdən Yaradana şükür etmək imkanı olmayacaq, çünki onun çatışmazlıqları var və o, Yaradanın onları doldurmasını istəyir.
Belə çıxır ki, o, indi bu çatışmazlıqların doldurulması üçün Yaradana dua edir. Beləliklə, onun şükründə artıq çatışmazlıq yaranır. Yəni şükür etmə prosesində o iddia edir ki, Yaradan hələ ona çatışmayan hər şeyi verməyib. Buna görə də, o, kamilliklə məşğul olmaq istədikdə – Yaradana verdiyi şükür ürəkdən olması üçün – özündə heç bir çatışmazlıq görməməlidir.
Lakin anlamaq lazımdır ki, bir insan öz işinin çatışmazlıqlarla dolu olduğunu gördüyü bir vaxtda, necə deyə bilər ki, onun heç bir çatışmazlığı yoxdur və o, Yaradanın işçisi olduğuna görə Yaradana şükür edir və Onu ucaldır? Tövratda və işdə öz qeyri-kamilliyini gördüyü halda necə yalan danışa bilər?
Cavab budur ki, insan özünə hesabat verdikdə və öz alçaqlığını, qabiliyyət və xüsusiyyətlərinə görə digər insanlardan nə qədər geridə olduğunu gördükdə, və hər bir halda Yaradanın ona Tövratda və ehkamlarda nəisə etmək üçün düşüncə və istək verdiyini anladıqda; həmçinin özü də bilir ki, bu kiçik xidmət belə heç bir şeyə dəyməz, və o görür ki, ondan daha mühüm olan bir çox insan var, lakin hər halda Yaradan onlara ruhaniyyətdə nə isə etmək üçün nə düşüncə, nə də istək verməyib, ona isə bu düşüncəni və istəyi bəxş edib.
Buna görə o, Yaradana elə şükür edir və Onu elə ucaldır ki, sanki maddi aləmdə çox böyük bir sərvət qazanıb; axı bu maddi şeylər onu hansı yüksək ruh yüksəkliyinə gətirərdi. Bu mənzərədən o, sevinc və xoşbəxtliklə dolur və bu, onun zəkasını genişləndirir. Və bu, sonradan onu elə bir eşitmə qabiliyyətinə gətirir ki, əvvəllər kar olduğu şeyi eşidə bilsin. İndi isə, sevinc sayəsində – ehkamın sevincindən gələn sevinc sayəsində – onun bütün orqanları oyanmış, anlayan və hər şey haqqında düşünən vəziyyətə gəlir, çünki bu sevinc onda elə bir təsir yaradır ki, hətta maddi həyatda da o, tamamilə fərqli bir insan olacaq. Bütün bunlar ona görə baş verir ki, o, müqəddəsliyə aid olan şeyləri qiymətləndirirdi.
Lakin insan inanmalıdır ki, o, müqəddəsliyin mühümlüyünü var gücü ilə qiymətləndirsə də, hər bir halda onun əhəmiyyətini həqiqi dəyəri ölçüsündə qiymətləndirmək dərəcəsinə çatmayıb. Çünki insana müqəddəsliyin əhəmiyyətinin ölçüsünü qiymətləndirmək verilməyib, və yalnız «yüksələn» kəs ruhaniyyəti layiqincə qiymətləndirməyi bilir.
Bizim müdriklərimiz isə ruhaniyyətə hansı mühümlüyü verməli olduqlarını bilirdilər, necə ki müdriklərimiz dedilər:
«Ravvin Zeira dedi: “Dərsin mükafatı – qaçışdadır”. Raşi izah edir ki: “Müdrikin ağzından dərsi eşitmək üçün qaçan insanların alacağı əsas mükafat – qaçışdan olan mükafatdır, axı onların çoxu [müdrikin sözlərini] anlamır”. Maarşa isə bunu belə izah edir: “Həmçinin demək lazımdır ki, müdriklərin dərsə ehtiyacı yoxdur, çünki onlar qanunları artıq bilirlər, hər bir halda deyildiyi kimi, onların mükafatı qaçışdır”, yəni qaçışdan olan mükafat. “Abaye dedi: “Gəlinin mükafatı – sıxlıqdadır”».
Və Raşi izah edir: «Bayramdan əvvəlki şənbə günü hamı bayramın qanunlarını dinləmək üçün toplaşır».
Məna ondadır ki, qanunları anlamayan insanlar olsa belə, onlara hər bir halda bir yerdə sıxlıqda dayandıqlarına görə mükafat düşür. Bu barədə də Maarşa deyir: «Əgər dinləyici müdrikdirsə və buna ehtiyacı yoxdursa, onun sıxlığa görə mükafatı var». Deyilənlərdən biz görürük ki, bizim müdriklərimiz ruhaniyyətin mühümlüyünü necə qiymətləndirirdilər, belə ki, onlar deyirdilər: «İnsanlar müdrikin nə dediyini anlamasalar belə, onlar hər bir halda müdrikin sözlərini dinləməyə qaçdıqlarına görə mükafat alırlar». Bundan əlavə, biz görürük ki, Maarşa deyir: hətta özləri müdriklərin şagirdləri olan və qanunları sərbəst şəkildə bilənlər belə, əgər müdrikin sözlərini dinləməyə gəlirlərsə, mükafat alırlar. Və əlbəttə ki, mükafat yalnız işə görə verilir.
Buna əsasən belə çıxır ki, insan Yaradanın işinə layiq görüldüyünə görə sevinməlidir. Və o, tədris evinə yaxud məclis evinə gəlib öyrənməsə belə, gəldiyinə görə mükafatı var – bu o deməkdir ki, bu, Yaradanın işi çərçivəsinə daxildir. Bunun sübutu odur ki, bu işə görə mükafat ödənilir. Belə olan halda, insan sağ xətdə gedəndə və Yaradana təriflər deməklə məşğul olmaq istəyəndə, o zaman özündə olan kamilliyi görməlidir. Yəni o, öz alçaqlığına baxmayaraq, Yaradanın ona heç olmasa məclis evinə qədər getmək istəyi və canatması verdiyini qiymətləndirməlidir, – hərçənd o heç nə anlamır, – və deməlidir: «Mənə qismət olan bu şeyin mühümlüyünü dəyərincə qiymətləndirə bilmərəm ki, Yaradan məni heç olmasa hansısa bir xidmət üçün seçib». Və o, sanki maddi aləmdə böyük bir sərvət qazanmış kimi sevinməlidir; o zaman necə şad olardısa, elə. Və bu sevinc ona Yaradanın Xeyirxah və Xeyir verən olduğuna inanmaq üçün güc verir.
Halbuki insan qoyduğu səylər sayəsində ruhaniyyətdə nə qədər qazandığını hesablamağa başladıqda və irəliləmədiyini görməyə başlayanda, – hərçənd onun gördüyü şey onun qavrayışına görə həqiqətdir, – lakin belə bir vəziyyətdə o, müqəddəslikdən qopur, çünki bu vəziyyətdə o, Yaradanın idarəetməsinə şər söyləyir və Yaradanın idarəetməsinin Xeyirxah və Xeyir Verən olduğunu deyə bilmir.
Belə çıxır ki, bununla o, müqəddəslikdən daha da uzaqlaşır. Yəni o, özünün qeyri-kamil olduğunu gördüyü, ona çatışmayan hər şeyi hiss etdiyi, və Yaradana bir neçə dəfə dua etdiyi halda Yaradanın onun istədiklərindən heç birini ona vermədiyini gördüyü ölçüdə, o, dərhal «Axı Sən bütün dillərin duasını eşidirsən» kəlamına olan inama xələl gətirir.
Belə çıxır ki, bu vəziyyətdə o deyir ki, indi o, həqiqi yolla gedir və özünü kamilliyə malik bir insan kimi aldatmaq istəmir. Və əlbəttə ki, onun getdiyi yol həqiqi yoldur. Lakin insan özü üçün yollar aça bilməz, müdriklərimizin bizə müəyyən etdiyi o yolu qəbul etmək lazımdır.
Bununla bağlı Baal Sulam yazılmış: «Və bizi bütün dillərdən ucaltdı» ayəsi haqqında soruşdu. Lakin dünyada yalnız bircə dil var – şər başlanğıcın dili. Buna görə də «bizi hər bir dildən ucaltdı» deyilməli idi. Bəs nə üçün cəm şəklində «bütün dillərdən» deyilmişdir? O dedi ki, müqəddəs mələklər olduğu kimi, murdar mələklər də var. Yəni bəzən şər başlanğıc bizi yolumuzdan yayındıran güc vasitəsilə hansısa yaxşı bir şey etməyimizə mane olur və deyir ki, sənin Tövrat və ehkamlarla məşğul olmağına ehtiyac yoxdur, çünki bundan heç nə əldə etməyəcəksən. Bəzən isə o, insanın yanına gəlib deyir: «Sənə bunu etmək yaramaz, çünki bu sənə Tövrat və ehkamlarla məşğul olmağa mane olacaq». Buradan belə çıxır ki, o, insana bunun tam əksini, yəni insanın Tövrat və ehkamlarla məşğul olmasını istədiyini deyir, buna görə də ona etmək istədiyi şeyi etməməyi, yaxud öyrənməməyi, yaxud düşünməməyi və s. məsləhət görür.
Belə çıxır ki, insan «sağ xətdə» getməli olduğu zaman, onun yanına müqəddəs bir mələk gəlib deyir: «Öz alçaqlığına bax, sənə Tövrat və inam çatışmır, və Tövrat ilə ehkamların icrasında sən qaydasında deyilsən». O, insanı cəhənnəmə endirir və onunla müqəddəs bir mələk kimi danışır. Və nə etməli, sonda insan eniş vəziyyətinə düşür və ruhaniyyətdə heç olmasa nə isə etmək barədə düşünməyə qadir olmur. Buna görə də, o, sağ xətdə getməli olduğu zaman, sağ xəttin kamilliyinə etiraz edən bütün o maneələrlə mübarizə aparmalı və bilik üzərində inanmalıdır ki, Sitra Axra (murdar tərəf) onunla müqəddəs bir mələyin cildində danışır.
Lakin bundan sonra insan «sol xətt» adlanan əks tərəfə keçməlidir, və orada böyük ehtiyatlılıq tələb olunur. Və o, çatışmazlıqlarla dolu olan öz keçmişini gördüyü zaman, bu çatışmazlıqlar üçün dua ucaltmağa gücünün çatması üçün hazır olmalıdır. Əks halda sol xətdə işə başlamaq qadağandır. Və bu, Zoar kitabında deyildiyi kimidir: «Duasız və xahişsiz əlləri qaldırmaq qadağandır». «Əllərin qaldırılması» o deməkdir ki, o, öz əllərinə baxır, yəni əllərində ruhaniyyətdən nəyin olduğunu, hansısa bir şeydə irəliləyib-irəliləmədiyini yoxlayır.
Buna isə yalnız o halda baxmağa icazə verilir ki, insan dərhal dua və yalvarış edə bilsin. Əks halda o, ümidsizliyə, kədərə və qaranlıq bir vəziyyətə düşəcək və döyüş meydanından qaçmağa məcbur olacaq.
Beləliklə, sol xətdən dua üçün yer əldə etməli olduğu halda, belə ki onun sol xəttə keçməsinin yeganə səbəbi də budur, əgər o, dərhal dua edə biləcəyinə əmin deyilsə, sağ xətdə qalmalıdır. Bu hal o vaxta qədər davam etməlidir ki, bunun sayəsində dua etmək üçün güc toplayacağına, Yaradanın ona kömək edəcəyinə və «Yaradan duanı eşidir» deyə inanacağına əmin olsun.
Əks halda bu qadağandır, çünki əlbəttə ki, o, belə bir vəziyyətdə olanda «çox sağ ol» deyə bilməyəcək, həmçinin Yaradana onu bu vəziyyətdən çıxarması üçün yalvarmaq duasını da ucalda bilməyəcək. Çünki insan ali idarəetməyə şər söyləməyə başladığı bir vəziyyətdə olanda, onda duanın gücü dərhal itir, çünki bədən Yaradanın «bütün dillərin duasını eşitdiyinə» inanmağa qadir deyil. Belə çıxır ki, o, hər iki tərəfdən uduzur. Bu səbəbdən o, sağ xətdə qalmalı və sol xəttə daxil olmamalıdır.
Müdriklərimizin dediyi bu sözün mənası bundadır: «Etdiyin hər bir dönüş yalnız sağa olmalıdır». «Hər bir» sözü – qayda kimi mənasını verir. Yəni qayda kimi insan sağ xətdə getməlidir. Sol xətdə isə yalnız o zaman getmək olar ki, o, öz çatışmazlıqları üçün dua edə biləcəyinə əmindir. Əks halda o, hazır olduğunu hiss edənədək sağ xətdə qalmalıdır.
Buna görə də, əgər onun iradəsindən kənar onda günahkar olduğuna dair düşüncələr oyansa, və düşüncələr ona: «Sən palçıq içindəsən, və müqəddəslik işləri ilə məşğul olmağa necə utanmırsan?» dediyi bir vaxtda o, Tövratın və duanın sözlərini Yaradana necə deyə bilər? – buna qarşı insan yazıldığı kimi deməlidir: «Mən Yaradanam, onların murdarlıqlarının daxilində onlarla birlikdə məskunlaşanam». Yəni, mən ən pis alçaqlıqda yerləşsəm də, mən hər bir halda yazılana inanıram ki, Yaradan hətta ən pis alçaqlığın daxilində belə məskunlaşır.
Lakin bu, təkəbbürlülərdə olmur. Müdriklərimizin dediyi kimi: «Təkəbbür göstərən haqqında Yaradan deyir: “Mən və o, eyni yerdə ola bilmərik.”»Buna görə də insan sağ xəttə uyğun olaraq özünü kamil hiss etdikdə, öz alçaqlığını dəyərləndirir və deyir ki, buna baxmayaraq, Yaradan ona müqəddəsliklə müəyyən bir əlaqə bəxş etmişdir. O zaman insanın nail olduğu müqəddəslikdəki bu kiçik pay, həqiqi müqəddəsliklə müqayisədə, şübhəsiz ki, «sadə adam» xüsusiyyəti adlanır.
Və əgər o, öz alçaqlığından: «Mən buna görə Yaradana şükür edir və Onu ucaldıram» deyirsə, o zaman bunun haqqında yazıldığı kimi demək olar: «Mən Yaradanam, onların murdarlıqlarının daxilində onlarla məskunlaşanam». O, bununla kifayətləndikdə isə, onda «Şxina yalnız sevinclə mövcud olar» xüsusiyyətinə layiq görülmək imkanı yaranır.Belə çıxır ki, bu alçaqlığın köməyi ilə, – çünki bunun sayəsində Yaradan ona ruhaniyyətlə hansısa bir əlaqə bəxş edib, – o, əgər yalnız bundan sevinclə bəhrələnərsə və bunu qiymətləndirərsə, müqəddəslik pillələri ilə yüksələ bilər. Və o zaman insan deyə bilər: «O, yoxsulu torpaqdan qaldırar, yoxsulu palçıqdan ucaldar». Yəni insan öz alçaqlığını hiss etdikdə, özünü yoxsul hesab edir. Yəni kasıbdır.Müdriklərimizin dediyi kimi: «Abaye dedi: Bizdə belə bir ənənə var: “Yoxsul yalnız ağılda ola bilər.”»Bu o deməkdir ki, atalarımızdan bizə belə bir ənənə, belə bir adət gəlib çatmışdır: «Yoxsul yalnız ağılda ola bilər.»
Məhz buna görə o deyir ki, yoxsuldur, yəni kasıbdır, çünki müqəddəslikdə heç bir biliyi yoxdur. Buna görə də ona «kasıb və yoxsul» deyilir. Beləliklə, əgər onun müqəddəsliklə hər hansı bir əlaqəsi varsa, baxmayaraq ki, o yoxsuldur, o deyir: «Yoxsulu torpaqdan qaldırır». Yəni o, tərif edir ki, baxmayaraq ki, yoxsuldur, Yaradan yenə də onu qaldırır. «Kasıbı palçıqdan ucaldır». Baxmayaraq ki, o özünü kasıb hiss edir, Yaradan yenə də onu yüksəldib və buna görə o, Yaradanı mədh edir.Müqəddəsliklə heç olmasa müəyyən bir əlaqə ölçüsü olmalıdır və onda biz artıq Yaradanı mədh və tərif edə bilərik.
Və bununla biz yazılanı izah edə bilərik: «Ey salehlər, Yaradana sevinin və Onun müqəddəsliyinin xatirəsinə şükür edin».
İzah etmək lazımdır ki, «saleh» (tsadik) – Yaradanın saleh (ədalətli) olduğunu deyən kəsdir, çünki onun müqəddəsliklə heç olmasa hansısa bir əlaqəsi varsa, o dərhal deyir: «Yaradan salehdir», – çünki onun kimi kasıb və yoxsula ruhaniyyətlə hansısa bir əlaqə verir. Və onlar «salehlər» adlanırlar, deyilən kimi: «Saleh kimdir? Öz Yaradanına bəraət qazandıran kəs».
Ruhaniyyətlə əlaqənin ölçüsünə gəldikdə isə, insan bunun haqqında: «Mən buna sevinirəm», – deyə bildiyi zaman, bu barədə belə deyilib: «Və Onun müqəddəs adını yad etdiyinizə görə şükür edin». Yəni onlar Onun müqəddəsliyini xatırladıqlarına görə şükür edirlər və buna görə həmd və tərif edirlər. Buna görə də deyilib: «Və Onun müqəddəs adını yad etdiyinizə görə şükür edin». Yəni əgər onlar yalnız Müqəddəs Adı xatırlayarlarsa, artıq təkcə buna görə Yaradanа şükür edirlər. Başqa sözlə, hətta təkcə xatırlamaqla belə dərhal oyanırlar ki, Yaradana minnətdarlıqlarını bildirsinlər.
Halbuki azacıq da olsa təkəbbürü olan insan deyir: «Ağlı olmayan başqa insanlar heç bir ağıl və bilik olmadan Yaradanın qulları ola bilərlər. Amma mənim kimi ağlı olan və başqaları qədər sadəlövh olmayan bir insan deyir ki, əgər Yaradan istəyirsə ki, mən Ona xidmət edim, onda O da mənimlə hesablaşmalı və mənə Tövratı öyrənməkdə və duada dad verməlidir. Əks halda mən yalnız öz anlayışım ölçüsündə işləyə bilərəm, Sənin tələb etdiyin kimi yox».
Bu barədə yazılıb: «Yaradan padşahlıq etdi, O, təkəbbürlüyə büründü». Yəni Yaradan belə insanlara təkəbbürlük libasında yanaşır və onlardan təsirlənmir, və onlar öz təkəbbürlüklərindən başqa heç nə ilə qalmırlar, daha artıq deyil. Buna görə yazılıb: «Yaradan ucadır, lakin alçaq olan görər». İnsan öz alçaqlığından görə bilər. Halbuki özünü digər insanlardan uca hesab edən «uca olan isə uzaqdan [görər]», yəni o, müqəddəslikdən uzaqlaşır.
Və deyilənlərdən soruşduğumuz şeyi anlayacağıq: «Sadə bir insanın xeyir-duası gözündə dəyərsiz olmasın» nə deməkdir. Və bu o deməkdir ki, insan özünü sadə bir insan hiss etdikdə, onun müqəddəsliklə yalnız kiçik bir təması olduqda, – və bu, insanın nail olmalı olduğu o kamilliklə müqayisədə «sadə insan» adlanır, – hər bir halda, o, Yaradana xeyir-dua və şükür verdiyi zaman, «bu gözündə dəyərsiz olmasın». Bəlkə insan bunu elə qiymətləndirməlidir ki, sanki böyük bir sərvət qazanıb, və sanki həqiqi kamilliyə nail olubmuş kimi Yaradana şükür və xeyir-dua verməlidir.