<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Barux Şalom Ha-Levi Aşlaq (Rabaş) / Məqalələr

 

Ruhani işdə iztirablar nədir

27-ci məqalə, 1989-cu il

Yom-Kipurda «Şmone-esre» duasında deyirik: «Və Sənin qarşındakı günahlarımı böyük mərhəmətinlə sil, lakin iztirablar vasitəsilə deyil». Və başa düşmək lazımdır ki, bu necə mümkündür: biz dua edəndə, istəyirik ki, O, günahlarımızı silsin, Ona şərtlər qoyuruq — əks halda, Allah eləməsin, O günahlarımızı silməsinmi ? Əgər belədirsə, bu nə şərt oldu: «lakin iztirablar vasitəsilə deyil»?

«Zoar» kitabında deyilir: «Ravvin Yosi [nitqə] başladı: “Ey oğlum, Yaradanın  nəsihətini rədd etmə, Onun töhmətindən usanma”. İsrail nə qədər sevimlidir... məhz Yaradan onları öyüd-nəsihət ilə xəbərdar etməyi və düz yolla aparmağı istədikdə... Ona olan sevgisindən ötrü Onun dəyənəyi daim əlindədir ki, onu düz yolla aparsın, sağa və sola sapdırmasın. O kəsi ki, Yaradan sevmir və ona nifrət edir, Yaradan töhməti ondan uzaqlaşdırır. “Amma Mən Esavı sevmədim” — buna görə də dəynəyi ondan uzaqlaşdırdım, töhməti ondan uzaqlaşdırdım ki, Məndə payı olmasın, ruhum ondan iyrənir. Lakin sizə gəldikdə isə — «Mən sizi sevdim», şübhəsiz ki, «və Onun töhmətindən usanmayın»[2]. «Usanmayın» nə deməkdir? Bu o deməkdir ki, «al takots» — Ondan, tikanlardan- «kotsim» qaçan kimi qaçmayın. Çünki İsraili əsarət altında saxlayan həmin padşahlar onun bədənindəki tikanlara bənzəyirlər». Sitatın sonu.

Və başa düşmək lazımdır: axı bizim ağlımız və dərrakəmiz tələb edir ki, Yaradana qarşı çıxan digər xalqlar üçün dəyənəyi əlində saxlamalıdır. Sevimli xalqı olan İsrailə gəldikdə isə, yazıldığı kimi olmalıdır: «Bütün günahları sevgi örtər». Niyə məhz sevdiyi İsrailə o, dəyənəklə əzab verir?

Həmçinin bu izahı da başa düşmək lazımdır: «Və Onun töhmətindən darıxma». Axı Padşahların İsrailə zülm etməsi insan bədənindəki tikanlar kimidir, O isə «darıxma» deyir, bu da o deməkdir ki, tikanlardan, yəni Padşahların onlara zülm etməsindən qaçmasınlar. Necə mümkündür ki, məhz onları sevdiyi üçün onlara tikanlardan qaçmamağı deyir?

Və həmçinin yazılanları başa düşmək lazımdır: «“Mən Esavı isə sevmədim” — buna görə də dəyənəyi ondan uzaqlaşdırdım, töhməti ondan uzaqlaşdırdım ki, Məndə payı olmasın». Deməli, əgər ona töhmət versə, onda onun Yaradanda payı olacaq. Birinin digəri ilə nə əlaqəsi var? İztirablar elə yerə gətirib çıxarır ki, guya onların Yaradanda payı olur?

Və bilmək lazımdır ki, ruhani işdən danışdıqda onu da bilmək lazımdır ki, həm «İsrail», həm də «Esav» dedikdə Tövratı və ehkamları yerinə yetirən insanlar nəzərdə tutulur. Söhbət nə xalqlardan, nə də dünyəvi insanlərdən gedir, bütün bunlar imanı olan və Tövratı və ehkamları yerinə yetirən insanlara aiddir. Əgər belədirsə, insanın içindəki «İsrail» xassəsi ilə insanın içindəki «Esav» xassəsi arasında nə fərq var?

Və bu qaydaya əməl etmək lazımdır ki, Tövratın və ehkamların yerinə yetirilməsində niyyəti də fərqləndirmək zəruridir; yəni Tövrat və ehkamların icrası bu dünyada və ya gələcək dünyada mükafat almağa yönəlib, yoxsa onun niyyəti əta etmək və heç nə almamaqdır? Çünki «İsrail» xassəsi — Yaşar-El «birbaşa Yaradana» deməkdir, çünki o, əvəzində heç nə istəmir, hər şeyin birbaşa Yaradana olmasını istəyir — və ruhani işdə insanın içindəki bu xassə «İsrail» adlanır.

Halbuki əgər insan Tövratın və ehkamların yerinə yetirilməsi üçün mükafat istəyirsə, bu, «Esav» xassəsi adlanır. Bu o deməkdir ki, «Esav» xassəsi «etmək» adlanır. Yəni o, özü üçün mülkiyyət yaratdı və istəyir ki, Yaradan onun bu mülkiyyətini doldursun. Və öz mülkiyyətindən imtina etmək istəmir, çünki bu, artıq Yaşar-El adlanır — öz mülkiyyətini ləğv edən və Yaradan qarşısında ləğv olunmağı istəyən kəs. Bütün arzusu bundan ibarət olan kəs Yaşar-El adlanır, amma o bunu istəmir. Ona görə də insanın işində iki xassə fərqləndirilir: «mükafat almaq naminə» və ya «mükafat almaq naminə deyil».

Və yadda saxlamaq lazımdır ki, insan əta etmək naminə çalışdıqda, yəni Yaradan ilə birləşmək istədikdə, insanda yüksəlişlər və enişlər başlayır. Başqa sözlə, insan işdə bütün əməllərini mükafat almaq üçün cəmləşdirdiyi vaxtda, əgər o, mükafata və cəzaya inanırsa, təbiətdən malik olduğu almaq arzusu daha böyük həzzlər almağa qarşı çıxmır.

Ancaq insan mükafat almadan irəliləmək istədikdə, bu, təbiətə zidd olduğu üçün, şər başlanğıcla əsl müharibə başlayır, çünki insan şər başlanğıcı dünyadan kökündən yox etmək istəyir, o isə yalnız burada mövcuddur. Almaq istəyinin “şər başlanğıc” adlanmasının mahiyyəti ondan ibarətdir ki, o, İsrail xalqının getmək istədiyi yolu şər kimi təsvir edir. Yəni, öz mülkiyyətini ləğv etmək və Yaradan qarşısında ləğv olunmaq istəyən insan, şər başlanğıcın təsdiqinə görə, intihar edir. Onun üçün "xeyir" olan nədir? Bu, o halda baş verir ki, insan Yaradanından insanın hakimiyyətinin genişlənməsini və bütün ehtiyaclarının ödənilməsini tələb edir, insanın Yaradan naminə işləməsini deyil.

Yəni şər başlanğıc insandan soruşur: sənin ağlın haradadır ki, Tövratda və ehkamlarda böyük səylərlə çalışırsan və sənin mükafatın nə olacaq? Müdrik dediyi kimi: «İçindəki nur mənbəyə qaytarır». Bu o deməkdir ki, şər Yaradan qarşısında ləğv olunmaq istəmədiyi üçün və insandakı şər onun mövcud olmasını istədiyi üçün, insana məsləhət görürlər ki, o, Tövratda və ehkamlarda səy göstərərsə, bunun sayəsində mükafata layiq görüləcək. Yəni Tövrat və ehkamlar olmadan belə böyük mükafat almaq qeyri-mümkündür. Və yalnız Tövrat və ehkamların heyranedici xassəsi sayəsində belə böyük mükafata, yəni insanın özünü Yaradan qarşısında ləğv etməsinə və insanın hakimiyyətinin hiss olunmamasına, hər şeyi Yaradanın götürməsinə nail olmaq olar.

Və şər başlanğıc belə bir mükafat üçün qışqırır: "Sən şüurlu şəkildə bütün mövcudluğunu itirirsən. Yəni sən elə əməllər edirsən ki, onların ucbatından öz mövcudluğunu ləğv edirsən. Məgər bunun üçün çalışmaq və səy sərf etmək lazımdır?" Yəni şər başlanğıc insana onun işinin qaydası haqqında dəhşətli mənzərələr çəkir.

Və bu, «iztirab» adlanır. Başqa sözlə, insan həqiqət yolu ilə getmək, Yaradan ilə «forma bənzərliyi» adlanan qovuşmaya gəlmək istəyir və ona belə suallar gələndə o, «yıxılırr», yəni bu iddiaların öhdəsindən gələ bilmir. Və bu, dərhal həm dərrakədə, həm də ürəkdə təzahür edir. Və belə bir insan düşkünlükdən özünə gələndə və olduğu bu vəziyyət haqqında düşünməyə başlayanda, o zaman Yaradandan uzaq olmasından iztirab hiss edir.

İnsan yenidən ruhani yüksəlişə layiq olduqdan və bundan sonra artıq güclü olacağını, möhkəmlənəcəyini və xalqların padşahlarının Yaradanın əleyhinə söylədikləri sözlərə qarşı davam gətirəcəyini düşünməyə başladıqdan sonra. Yəni onlar mütləq Tövrat və ehkamları öyrənməyin və yerinə yetirməyin lazım olmadığını demirlər. Əksinə, deyirlər ki, insanın öz varlığını itirəcək qədər belə bir mükafat naminə işləməsinə dəyməz. Həmçinin onun bütün səylərini Yaradan naminə yönəltmək və öz xeyri üçün heç nə etməmək istəməsinə də qarşı çıxırlar.

Bu isə insana böyük əzab verir və onlar bədəndəki tikanlar kimidirlər; belə ki, insan içində olduğu bu vəziyyətdən qaçmaq istəyir. Çünki o deyir: «Yəqin ki, mən bu işə layiq deyiləm, yoxsa enişlər yaşamazdım». Belə çıxır ki, bu əzablar insanın onlardan özünün belə bir niyyətlə işləməməli olduğunu eşitməsindən qaynaqlanır. Əgər belədirsə, burada iki tərkib hissəsi var:

 

  1. İsrailə öz sözləri ilə zülm edən dünya Padşahlarının iddiası. Yəni insan şər başlanğıcın çəkdiyi dəhşətli mənzərələrdən qaynaqlanan iztirablara görə yalnız öz xeyri üçün işləməyə qadir olacaq şəkildə ona zülm edən Padşahların hakimiyyəti altına düşür. Bütün dünya Padşahları «şər başlanğıc» ümumi adı ilə çağrılır. Və Padşahların hər birinin öz biliyi var və o, insana deyir: «Mənim yolumla get, mən sənə işdə həzz verəcəyəm». Yəni bütün Padşahlar eyni şeyi deyirlər: "Sənin üçün Yaradan naminə deyil, öz xeyri üçün işləmək daha yaxşıdır".

Deməli, insanın Yaradanın xeyrinə işləməyə qadir olmadığını görəndə iztirablar onu döyüş meydanından qaçmaq istəməsinə gətirib çıxarır. Çünki bu iztirablar ona başa salır ki, «bu iş sənin üçün deyil», çünki bu yol üçün seçilmiş şəxslər, ümumi kütlədən ucalan insanlar lazımdır, sadəcə xalqdan olan hər hansı bir insan «əta etmək naminə niyyətlə işləmək» adlanan bu işə başlaya bilməz.

Daha betəri, şər başlanğıc insanın qarşısına müqəddəs mələk görkəmində çıxanda və ona deyir: «Axı sən görürsən ki, həqiqət mənim tərəfimdədir. Bax, bir müddət əvvəl sən Tövrat və ehkamlarla necə böyük səylə, necə coşğu ilə dua edirdin. Əgər soruşsan ki, keçmişdə niyə belə olub, əlbəttə ki, bu, dediyim kimidir — məhz öz xeyrin üçün, yəni mükafat almaq üçün işlədiyinə görə işləmək üçün gücün var idi. Əgər belədirsə, hər dəfə özünü məcbur etməyinin nə xeyri var, axı görürsən ki, yenə də «sınmış yer dayanıqlı yerdən çoxdur» adlanan enişlərə qayıdırsan. Yəni enişlər yüksəlişlərdən qat-qat çoxdur».

Və şər başlanğıc müqəddəs mələk paltarı geyinəndə insana deyir: «Axı o zaman sən işdə irəliləyirdin və hər gün Tövratda və ehkamlarda müqəddəslik əldə edirdin. Sən buna etinasız yanaşır və yalnız göylərin adı ilə işləmək istədiyini deyirsən. Məgər görmürsən ki, bu işdə geri çəkilirsən, enişlərin var? Yəni sənin şərin indi daha da güclənib. Halbuki Tövratı və ehkamları praktiki iş planında yerinə yetirdiyin vaxtda bundan daha çox uğur qazanmışdın. Sən özün də irəlilədiyini görürdün. İndi isə işdə hansı enerjiniz və hansı coşğunuz var?» «Əgər belədirsə, — o, ona deyir, — bu yoldan əl çək».

Belə çıxır ki, bu cür söhbətlərlə İsraili sıxışdıran bütün dünya xalqlarının padşahlarının ümumiləşmiş obrazı olan şər başlanğıc, əta etmək naminə işləmək istəyən Yaradan işçilərinin bədənlərini sancır. Və həqiqətən də belə bir sual yaranır: nə üçün həqiqət yoluyla getmək və Yaradanla qovuşmaya çatmaq, Onun qarşısında özlərini ləğv etmək istəyən bu insanlara belə əzablar verilməlidir? Yəni elə enişlərə qədər ki, onlar artıq əzablara dözə bilmir və döyüş meydanından qaçmaq istəyirlər.

Mükafat almaq naminə işləyən insanlarda isə belə əzablar yoxdur ki, onlar özlərini Yaradanın işindən uzaq hiss etsinlər. Əksinə, onlar irəlilədiklərini və hər gün inkişaf etdiklərini hiss edirlər. Əlbəttə, irəliləyiş gördükdə onların işləməyə gücü olur. Onlar ümumiyyətlə düşüşlər yaşadıqlarını hiss etmirlər. Bəzən çox sürətlə irəliləyirlər, bəzən isə yavaş irəliləyirlər, amma geriyə qayıtmırlar.

Cavab isə odur ki, insan ruhani işdə çatışmazlıq və korluq hiss etmədiyi vaxtda onun islah edəcək heç nəyi yoxdur. Buna görə də o insanlar ki, yalnız əməl müstəvisində işləməyə qadirdirlər, ehkamların icrasında nə əlavə etmək, nə də əskiltmək olar, yazıldığı kimi: «Artırma və əskiltmə».

Və hələ ki onlarda heç bir niyyət ehtiyacı yoxdur, — çünki niyyətin məqsədi «əta etmək naminə» adlanan Yaradan ilə xüsusiyyət bənzərliyinə gəlməkdir. Və öz-özlüyündə onlar O’nunla qovuşmaq istəmirlər. Yəni mükafat almaq naminə deyilən iş barədə heç bir anlayışları yoxdur. Və Yaradan onlara O’ndan uzaqlıq hissindən ibarət olan iztirablar vermir ki, Yaradannın onları yaxınlaşdırmasını istəsinlər.

Bu, Rambamın yazdığı kimidir ki, «qadınları, azyaşlıları və bütün savadsız kütləni yalnız mükafat almaq üçün işləməyə öyrədirlər», çünki onlar başqa cür başa düşməyəcəklər, «və nə vaxt ki onların biliyi artacaq və onlar daha böyük müdrikliklə dolacaqlar, onlara bu sirri açırlar»9, ki, lişma, yəni əta etmək naminə niyyətlə işləmək zəruridir.

Və deyilənlərdən soruşduğumuz sualı başa düşəcəyik: niyə Yaradannın sevgimliləri olan İsrailə O, iztirablar verir? Üstəlik, həm də onlara deyir: «Çünki Mən sizi sevirəm, buna görə də istəyirəm ki, «tikanlardan» darıxmayasınız. «Çünki İsraili əsarət altında saxlayan o Padşahlar onun bədənindəki tikanlar kimidir»5».

Və deyilənlərin mənası budur: «Və Onun töhmətindən darıxma»2 — bu o deməkdir ki, döyüş meydanından qaçmasınlar. Və deməsinlər ki, əta etmək naminə niyyətlə olan bu iş onların üçün deyil. Bu o deməkdir ki, Yaradanın sevdiyi kəs — birbaşa Yaradana doğru Yaşar-El kimi özünü ləğv etmək istəyən İsraildir. İnsanda olan almaq arzusuna gəldikdə isə, o, Yaradandan onu tabe etmək üçün güc verməsini xahiş edir ki, o, Yaradan qarşısında ləğv olunsun.

Lakin insan almaq istəyinə qalib gələ bilmir, çünki bu istək ona başa salır ki, insanın işləməsi və səy göstərməsi üçün əsas şey — öz eqosunu məmnun etmək qabiliyyətinə malik olması ehtiyacıdır. İnsan isə əksini istəyir, özünə olan sevgini ləğv etməyi istəyir ki, yalnız Yaradana sevgi ilə əlaqəli olan şeylər üçün işləməyə qadir olsun, yəni insan öz xeyri üçün deyil, yalnız Yaradan naminə, yəni Yaradanın zövq aldığı şey üçün işləmək istəmir.

Və insan deyir ki, o, öz xeyri üçün işləməmək gücünə malik olmaqla kifayətlənmir. Necə ki, bir çox ağıllılar deyirlər ki, insanın mükəmməlliyi məhz ondadır ki, o, öz xeyri üçün işləmir. Və o deyir ki, Yaradan məxluqları həzz almasınlar deyə yaratmayıb. Axı yaradılışın məqsədi Onun məxluqlarını həzzlə təmin etməkdir. Buna görə də məxluqlar da xüsusiyyət bənzərliyində işləməlidirlər, yəni onların bütün istəyi Yaradana həzz vermək olmalıdır.

Nəticə etibarilə, kim deyirsə ki, insanın məqsədi yalnız özü üçün işləməməkdən ibarət olan mükəmməlliyə gəlməkdir, yalnız bu, insanın məqsədidir və o, bu məqsədlə yaradılıb — bu, yalandır. İnsan isə hər zaman özünün Yaradanın xeyrinə işləyib-işləmədiyini yoxlamalıdır. Yəni Yaradan həzz alsın deyə, başqa sözlə, insan özünüsevərliyi dəyişdirmək və Yaradan sevgisinə gəlmək istəyir. Çünki yalnız bununla məxluqlar yaradıldıqları məqsədə çatacaqlar, bu da «Onun məxluqlarını həzzlə təmin etmək» adlanır.

Buna görə də Yaradan sevgisinə gəlmək istəyən o insanlar, hərçənd bu pillə hələ ki onlar üçün uzaqdır, amma onlar həmiçinin buna nail olmaq istəyirlər — onlar artıq «Yaradanı sevənlər» adlanırlar. Atam və müəllimim «Mükəmməllərə müdriklik verir» ayəsi haqqında dediyi kimi. Və o soruşdu: demək lazımdır ki, «axmaqlara müdriklik verir»? Çünki əgər onlar onsuz da müdrikdirlərsə, onlara müdriklik verməsinin nə faydası var. Və Yaradan onlara verənə qədər müdriklik haradan idi? Yalnız sonradan, onlarda artıq müdriklik olanda.

Və dedi ki, «müdriklərə» sözünün mənası odur ki, hələ ki müdrikliyi olmasa da, müdrik olmaq istəyən kəs, yəni buna arzu duyan kəs — məqsədinin adına görə artıq «müdrik» adlanır. Buna görə də kim müdrik olmaq istəsə, inanmalıdır ki, Yaradan ona müdriklik verəcək.

Eyni şəkildə izah etmək lazımdır ki, Yaradanı sevmək istəyənlər artıq «Yaradanı sevənlər» adlanırlar. Buna görə də Yaradan onlara sevgi vermək, yəni özünə olan eqoist sevgini ləğv etmək istəyir ki, onlar Yaradan sevgisinə layiq olsunlar. Zoar da onlara deyir ki, Yaradan onları düz yolla aparmaq üçün əlində əsa tutur. Başqa sözlə, aldıqları enişlər səbəbindən çəkdikləri əzablara gəldikdə isə onlar inanmalıdırlar ki, bunlar Yaradan tərəfindən gəlir. Yəni aldıqları və onlar üçün bədəndəki tikanlar kimi olan yad düşüncələri Yaradan onlara bu enişləri göndərməklə verir.

Hərçənd insan belə başa düşür ki, Yaradan daha çox yüksəlişlər göndərsəydi, daha yaxşı olardı, axı bu enişlər — onlar mənə nə üçündür? Yəni bundan nə fayda var. Və buna cavab gəlir ki, bu, «Yaradanın əlində onu düz yolla aparmaq üçün dəyənək» adlanır. Çünki əks halda, əgər insan yüksəliş halında qalsa, onda o, artıq öz mükəmməlliyinə gəldiyini düşünəcək və öz alçaqlıq halında qalacaq, çünki onu islah etmək üçün heç bir çatışmazlıq hiss etməyəcək.

Buna görə də Yaradan insana onun alçaqlığını göstərir və ona nümayiş etdirir ki, o, özünü artıq xalq içərisindən seçilmiş biri hesab etməyə başlamışdı və artıq digər insanlarda olan belə alçaq düşüncələrin onda olmadığını düşünürdü. Və birdən insan görür ki, onda ümumi kütlə səviyyəsində işləyən, yəni «mükafat almaq naminə işləyən» adlanan insanlardan daha pis düşüncələr var.

O isə deyir ki, öz xeyri üçün deyil yalnız Göylər naminə işləmək istəyir. Əlbəttə ki, o, özünün onlardan daha yüksək bir pillədə olduğunu düşünür. Və birdən görür ki, özü onlardan qat-qat daha alçaqdır.Belə çıxır ki, hiss etdiyi əzablar sayəsində o, həqiqətən Yaradanın onu Özünə yaxınlaşdırmasını Ondan istəməyə məcbur olur. Buna görə də bu, məhz «İsrail» kateqoriyasına aid olan insanlara aiddir. Yəni yuxarıda deyildiyi kimi, «İsrail» olmaq istəyənlərə.

İşin qaydasında yanılmamaları üçün Yaradan onlara bu enişləri göndərir. Və bu, Onun «onları düz yolla aparmaq üçün əlində əsa tutması» adlanır. Burada «düz yol» padşahın sarayına doğru düz gedilən yol adlanır.

 

Belə olduqda, yalnız «Esav» xüsusiyyətində olan, yəni yalnız əməl xüsusiyyətinə sahib olub, bu əməllərin şəxsi mənfəətin ləğvinə gətirib çıxarması barədə heç bir niyyəti olmayan insanlara gəldikdə isə, belə insan Yaradan naminə əməllər etmək istəmir və yalnız niyyətsizəməlləri yerinə yetirməklə kifayətlənir; bu əməllərin onları Yaradana tutunmağa gətirməsini istəmir. O, Yaradana tutunma ilə bağlı olan heç nə barədə düşünmür, necə ki, «Ona tutunma» yazılmışdır. Belə insanlar üçün «Yaradan onları töhmət etmək üçün əlində əsa tutmur».

Və bunun mənası belə deyilənlərdədir: «“Esavı isə sevmədim” — buna görə də onun yanından dəyənəyi götürdüm, onu töhmətdən məhrum etdim ki, ona Özümdə pay verməyim»[5]. Bu o deməkdir ki, «Mən onun Mənimlə qovuşmasının olmasını istəmirəm». Bu barədə belə deyilir: «Canım ondan usanır»[5]. Bunun mənası budur ki, «onların bütün işi yalnız öz xeyirləri naminə olduğuna görə, Mənim canım onlardan usanır və Mən ona Özümdə pay verməyəcəyəm». Yəni «Mən ona Mənimlə qovuşmaya gətirən əzabları verməyəcəyəm. Çünki onlarda Mənə qarşı heç bir arzu olmadığına görə, Mənim də “Esav” xüsusiyyətinə aid olanlara qarşı arzum yoxdur». Yəni özlərini kamil hiss edənlərə qarşı. Çünki «Esav» o deməkdir ki, o artıq öz işini «asa» — «etdi» və özünü kamil hesab edir.

Bəs insan özünü Yaradandan uzaqda hiss etdiyi üçün «əzab» adlanan enişə gəlməmək üçün nə edə bilər? Çünki əzabların bütün mənası insanın aşağı səviyyədə qalmamasındadır. Çünki orada insan azla kifayətlənəcək və artıq ruhani səviyyəyə layiq olduğunu düşünəcək. Buna görə də insanı əhəmiyyət baxımından aşağı salmaq lazımdır. Yəni onun özü nə qədər kamil olmadığını görməlidir. O zaman Yaradanından nə istəməli olduğunu biləcək ki, O, ona kömək etsin və onu öz alçaqlığından çıxarsın.

Əgər belədirsə, insanın alçaqlıq vəziyyətinə düşməsinə ehtiyac qalmaması üçün reallıq necə mövcud ola bilər? Bunun üçün məsləhət belədir: əgər insan özü özünə hesabat verirsə və öz düşüncələri və arzuları vasitəsilə Yaradana tutunmaqdan hələ nə qədər uzaq olduğunu görürsə, yəni yüksəliş zamanı da özünə hesabat verirsə və öz çatışmazlıqlarını hiss etməyə başlayırsa, onda, əlbəttə, onun öz vəziyyətindən düşməsinə ehtiyac yoxdur, yəni çatışmazlıqlar vəziyyətində olduğunu hiss edənə qədər ona alçaq düşüncələr verilməsinə ehtiyac qalmır.

Hətta yüksəliş zamanı insan artıq daha yüksək pilləyə necə qalxmaq barədə özü üçün məsləhətlər axtarmağa başlayır. Onda, əlbəttə, ona yuxarıdan eniş verməyə ehtiyac yoxdur. Çünki o, alçaqlıq vəziyyətinə düşməzdən əvvəl özü məsləhətlər axtarmağa başlayır. Və ona elə gəlir ki, hazırda olduğu vəziyyət çatışmazlıqlarla doludur. Bununla da o, özünü azad edə bilər ki, yuxarıdan ona enişlər verilməsinə ehtiyac qalmasın. Lakin adətən qayda belədir ki, yüksəliş zamanı insan özü çatışmazlıqları axtarmaq istəmir. Buna görə də ona yuxarıdan enişlər verməyə məcbur olurlar.

Və bununla müdriklərin dediklərini izah etmək lazımdır: «İtirmədiyimi mən axtarıram». Bu o deməkdir ki, qoca belini bükmüş halda gedir və elə bil nəsə axtarırmış kimi daim yerə baxır. Və deyir: «Mən heç nə itirməmişəm, lakin yenə də axtarıram». Və bunu «müdriklik – xoxma əldə etmiş qocaya», yəni «gələcəyi görən müdrikə» bənzər şəkildə izah etmək olar. Axı Yaradanın onları doldurmaq imkanı olsun deyə o, boş kelimlər əldə etmək üçün düşkünlüyə gələ bilər. Əks halda çatışmazlığa malik olduğunu hiss etmədiyi üçün o, alçaq halda qalacaq. Və o zaman yüksəliş halı yoxa çıxdıqda o, yenidən ruhani aləmə necə qalxmağın yollarını axtarmağa başlayır.

Buna görə də qoca olan kəs, yəni «gələcəyi görən müdrik»12, yüksəliş halı yoxa çıxmazdan əvvəl ruhaniyyətdə necə ucalmağın yollarını axtarmağa başlayır. Və o zaman o, ruhani pillələrlə qalxmağa imkan verən hansısa üsulun olduğunu təsdiq edən məsləhətlərə əməl etməyə başlayır. Və bu, olduğu halda çatışmazlıqlar axtarmağa başlaması vasitəsilə baş verir. Və o zaman artıq onun vaciblik baxımından aşağı atılmasına ehtiyac yoxdur, çünki o, çatışmazlıqları özü tapacaq və görəcək, çünki Yaradanın onun çatışmazlıqlarını doldurması üçün boş kelimlərə malik olmaq məqsədilə o, özü onsuz da çatışmazlıqlar axtarır.

Və yüksəliş zamanı ən yaxşı məsləhət ondan ibarətdir ki, insan indi ruhani halın olduğunu hiss edir və xişaronlar (ehtiyaclar) tapmaq istəyir, buna görə də insan Tövratı öyrənməli və Tövrat ilə insan arasında mövcud olan o əlaqəni tapmalıdır ki, yazıldığı kimi: «Biliksiz ruh yaxşı deyil», Yaradana necə işləməyi bilsin. Və yazıldığı kimi: «Bizə Özündən müdriklik, dərrakə və bilik əta et». Və o zaman o, öz-özlüyündə onda olan xişaronu görəcək və artıq onda boş kelimlər olacaq. Və bununla o, əsl enişə keçməkdən xilas olacaq.

İndi isə biz sualı aydınlaşdıracağıq ki, niyə Yaradandan günahlarımızı silməsini dua edərkən Ona şərtlər qoyuruq və deyirik: «Lakin iztirablar vasitəsilə deyil». Bu — «lakin enişlər vasitəsilə deyil» nəzərdə tutulur. Çünki biz enişdə olanda Yaradandan uzaqlaşırıq, çünki eniş zamanı hər şey «Şxina küldədir» adlanan alçaqlıq xassəsindədir.

Belə çıxır ki, bizim öz alçaqlığımızı hiss etməyimiz lazım olduğuna görə, biz həmçinin Şxinanın sürgündə olmasına da səbəb oluruq; «müqəddəs torpaq»dan nə qədər uzaqlaşırıqsa, eyni dərəcədə. Burada «müqəddəs torpaq» dedikdə, bizdə olmayan «müqəddəslik arzusu» nəzərdə tutulur. Eniş zamanı isə biz «dünya xalqlarının torpağı» arzusunu əldə edirik. Bununla da müqəddəsliyi alçaldırıq. Buna görə də Ondan günahlarımızı silməkdə bizə kömək etməsini xahiş edirik ki, müqəddəsliyə daxil ola bilək.

Lakin bu, «enişlər» adlanan əzablar vasitəsilə baş verməməlidir. Çünki bu enişlər müqəddəsliyin alçaldılmasına gətirib çıxarır və buna «Şxina kül içində» və ya «Şxina sürgündədir» deyilir. Bu əzabların gəlməməsi üçün dua edirik, çünki beləliklə müqəddəsliyin alçaldılmasına səbəb oluruq.

Müdriklərimiz deyirlər: «Ravvin Yoxanan xəstələndi. Ravvin Xanina onun yanına gəldi. O, ona dedi: “Əzablar sənə əzizdirmi?” O isə ona cavab verdi: “Nə özləri, nə də onların mükafatı”».

Bununla bağlı hamı soruşur: axı çoxlu salehlər var idi ki, öz üzərlərinə əzabları qəbul edirdilər. Bəs necə oldu ki, Ravvin Yoxanan dedi: «Nə özləri, nə də onların mükafatı»?

Atam və müəllimim bunu belə izah edirdi: onlar Şxinanın sürgünü haqqında mübahisə edirdilər. Şxinanın sürgünü hələ də davam edir, çünki klipotlara düşmüş müqəddəslik qığılcımlarının hamısı hələ islah olunmayıb. Buna görə də, hərçənd mükafat olacaq, yəni klipotların arasına düşmüş hər şey müqəddəsliyə qayıdacaq və bu, hər şey islah olunduqda çox böyük bir mükafat olacaq, lakin hər şey düzələnə qədər Şxina sürgündədir və hamı Onu alçaldır, Onun «kənizini», yəni klipanı ucaldır. O isə Şxinanın bu əzabına dözə bilmir və buna görə dedi: «Nə özləri, nə də onların mükafatı».

Buradan görürük ki, işdə əzablar nə deməkdir. Bu o deməkdir ki, insan onların ucbatından Şxinanın alçaq vəziyyətdə qalmağa məcbur olmasına görə əzab çəkir. Bunu anlamaq üçün «Şxinanın sürgünü haqqında» məqaləni («Şamati»dən ikinci məqalə) öyrənmək lazımdır. Orada deyilir ki, insan Yaradanından uzaq olmasına, yəni yalnız özü üçün qəbul etmək arzusunda qalmasına, heyvanlar kimi, «insan» səviyyəsinə yaraşmayan bir vəziyyətdə olmasına görə təəssüfləndikdə, öz əzablarını elə yönəltməlidir ki, onlar insan olmaq istəmədiyinə görə yaranmasın — yəni onun əzabları bundan ibarət olmasın — əksinə, Şxinanın əzablarına görə olsun.

Bununla əlaqədar olaraq, o, müəyyən bir orqanında ağrı hiss edən insanı nümunə gətirir. Bu ağrı əsasən insanın mərkəzi olan qəlbdə və beyində hiss olunur. Eynilə, ayrı-ayrı insan da «İsrail icması» adlanan Şxinanın bir hissəsidir. Və əsas ağrı Onun daxilindədir. Buna görə də insan məhz buna görə təəssüflənməlidir. Buna «işdə əzablar» deyilir.