<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani əməldə "Çünki bu sizin xalqların gözündə olan hikmətiniz və dərrakənizdir" ifadəsi nə deməkdir

Ruhani əməldə "Çünki bu sizin xalqların gözündə olan hikmətiniz və dərrakənizdir" ifadəsi nə deməkdir

Rabaş, 36-cı məqalə, 1989-cu il

Deyilir: "Qoruyun və yerinə yetirin [bu qanunları və hökmləri], çünki bu, xalqların gözündə sizin hikmətiniz və qavrayışınızdır; onlar bütün bu nizamnamələri eşidib deyəcəklər: "Nə qədər müdrik və ağıllı bir xalqdır bu böyük xalq"" [1].

Bunu anlamaq lazımdır, çünki biz xalqların İsrail xalqı haqqında "müdrik və ağıllı xalq" dediyini görmürük. Həmçinin, görünür ki, məhz "qorumaq və yerinə yetirmək" sayəsində xalqların gözü İsrail xalqında "sizin hikmətinizi və qavrayışınızı" görəcək. Lakin İsrail xalqının özündə belə, qeyri-dindar insanların dindar olanları Tövrat və ehkamları yerinə yetirdiklərinə görə aşağıladıqlarını görürük. Bəs necə ola bilər ki, xalqlar İsrail xalqına bu ehkamları yerinə yetirdikləri üçün ehtiram göstərsinlər?

Bunu ruhani iş baxımından izah etmək lazımdır. Məlumdur ki, ruhani işdə insanı dünyanın bütün xalqlarını özündə cəmləşdirən "kiçik dünya" kimi nəzərdən keçiririk. Hər xalqın özünəməxsus ehtirası var. Məlumdur ki, müqəddəsliyin yeddi xüsusiyyəti, onlara müvafiq olaraq çirkabın (natəmizliyin) yeddi xüsusiyyəti var və hər xüsusiyyət ondan ibarətdir. Ümumilikdə yetmiş xalq və bir də İsrail xalqı var. Yetmiş xalq İsrail xalqı üzərində hökmranlıq etmək istəyir, çünki İsrail xalqı bütün əməllərinin Yaradan naminə olmasını istəyir. "Yaşar-El" (birbaşa Yaradana doğru) ifadəsi onu göstərir ki, bütün hərəkətlər Yaradana yönəlib. İnsandakı xalqlar isə etdikləri hər şeyin yalnız öz mənafeləri üçün olmasını istəyirlər. Biz şər başlanğıcı "dünya xalqları", xeyir başlanğıcı isə "İsrail xalqı" adlandırırıq.

İşin qaydası belədir: insan yalnız Yaradan üçün işləməyə qərar verdikdə, dünya xalqları xüsusiyyətində olan şər başlanğıc gəlir və bütün gücü ilə müqavimət göstərir. Hər biri insana öz kökünə, hər xalqın ehtiras kökünə uyğun hərəkət etməyi başa salır. Onlar ağlın və biliyin ədalətli iddiaları ilə insana sübut etməyə çalışırlar ki, haqq onların tərəfindədir.

Hər dəfə insanın onları dinləmək istəmədiyini görəndə, daha böyük iddialarla və daha aydın sübutlarla gəlirlər. Onlar əmindirlər ki, malik olduqları ağıl və biliyə görə, insanın onlara verəcəyi heç bir cavab yoxdur. Odur ki, onlar dünyanın ən ağıllıları olduqlarına əmindirlər. Onlar başa düşürlər ki, insan öz ağlı ilə onlara cavab versə, bu, yalnız axmaq cavablar olacaq və onların ağlı qarşısında məhv olacaq. Beləliklə, insan dünya xalqlarının yolu ilə getməyə və yad işlərlə, bütpərəstlərin işləri ilə məşğul olmağa məcbur olur. Müqəddəslik Yaradan naminə işləməkdir, onlar isə insanın yalnız öz mənafeyi üçün işləməsini istəyirlər. Bütün əminlikləri də onların ağıllı olmalarına və ağıl mövqeyindən danışmalarına əsaslanır.

Bəs insan öz şər başlanğıcına qarşı necə qalib gələ bilər, xüsusən də şər başlanğıc onunla ağıllı, müdrik və məntiqli danışarkən və özünü dünyanın ən ağıllısı sayarkən?

Bilməlisiniz ki, müqəddəsliyin gücü bilik üzərində olan inamdadır. Yəni, onlar öz dəlilləri ilə gələndə insan onlara "siz haqlı deyilsiniz" deməməlidir. İnsan öz daxilindəki dünya xalqlarına deməlidir: "Bilin ki, söylədiyiniz hər şey doğrudur, ağıl baxımından haqlısınız və mənim sizə cavabım yoxdur. Lakin bizə bilik üzərində bir iş verilib; biz bilik üzərində inanmalıyıq ki, siz haqlı deyilsiniz. İnam üzərində qurulan iş bilik üzərində olmalıdır, buna görə də mən irəli sürdüyünüz ədalətli dəlillərinizə görə sizə təşəkkür edirəm".Çünki insanın bilik üzərində imanla getdiyini yalnız o zaman demək mümkündür ki, onun ağlı və biliyi olsun və məhz bundan sonra onun bilik üzərində getdiyini söyləmək olar.

Lakin bilik olmadıqda, onun bilik üzərində getdiyini söyləmək mümkün deyil. İzahı belədir: bilik üzərində o zaman adlanır ki, bu yol biliyin daxilində olan yoldan daha vacibdir. Amma başqa yol olmadıqda və ona «bu yolla get» dedikdə, onun bilik üzərində iman yolunu seçdiyini söyləmək olmaz.Buna görə də məhz bilik üzərində imanın gücü ilə insanın daxilində olan dünya xalqlarının biliyinə qalib gəlmək mümkündür.

Bununla da "sizin xalqların gözündə olan hikmətiniz və dərrakənizdir" ifadəsini anlaya bilərik.Və soruşulurdu ki, «qoruyun və yerinə yetirin» sözləri bizə nəyi işarə edir? Yuxarıda deyilənlərdən belə nəticə çıxır ki, ağıl əsasında, yəni bilik daxilində öz iddiaları ilə gələn xalqların iddialarına qarşı olan bütün qüvvə ondan ibarətdir ki, biz onlara başqa cür deyil, yalnız bilik üzərində iman mövqeyindən cavab verməliyik. «Bilik üzərində» isə əməl xüsusiyyəti deməkdir, çünki onlara bilik daxilində cavab vermirlər. İnsanın bilikdən istifadə etmədən cavab verməsi isə «Onun sözünü yerinə yetirənlər»[2] adlanır.

Bu, "İnsanı və heyvanı Yaradan xilas edir" kimi başa düşülür. Müdriklərimiz izah ediblər ki, insanın sahib olduğu ağıldan imtina edənlər heyvan kimi görünürlər, yəni bilik üzərində inamla hərəkət edirlər, sanki ağılları yoxmuş kimi. Bununla da ürəklərindəki dünya xalqlarına qalib gəlirlər.

"Midraş Raba"da deyilir: "Ürəyimdə bəşər övladlarının sözləri haqqında dedim" [3]. Söhbət salehlərin danışdıqlarından gedir. "Yaradan onları niyə ayırdı?" – onların salehliyinin ölçüsünü müəyyən etmək üçün. "Və onlar görə bilirlər ki, öz-özlüyündə onlar heyvandırlar" – dünya xalqlarına İsrailin Onun ardınca heyvan kimi necə can atdığını göstərmək üçün [4].

Və başa düşmək lazımdır ki, nə üçün dünya xalqlarına İsrail xalqının Onun ardınca mal-qara kimi getdiyini göstərmək lazımdır. Yuxarıda deyilənlərə əsasən, dünya xalqları dedikdə insanın daxilindəki dünya xalqları nəzərdə tutulur və onlara göstərmək lazımdır ki, bizim öz mənfəətimiz üçün deyil, Yaradanın xeyrinə işləmək istəyimiz ağlın dəlillərindən çıxış edərək edilmir. Siz bizimlə kimin haqlı olduğu barədə mübahisə etmək istədikdə isə biz hər şeyi bilik üzərində imanla edirik və bunu hər hansı ağıl və anlayış olmadan, heyvani hərəkət kimi edirik. Buna görə də düşünməyin ki, nə vaxtsa elə bir şey baş verəcək ki, biz sizə qulaq asacağıq, çünki bizdə hər şey bilik üzərindədir.

Və biz bu barədə Yaradandan xahiş edirik ki, bizə kömək etsin və sizin cavab tələb etdiyiniz hər şeyin öhdəsindən gələ bilək. Sizin suallarınız iki növ suala bölünür: «kim?» və «nə?». Biz isə müdriklərin imanı ilə inanırıq ki, Yaradandan kömək istəməliyik və şübhəsiz ki, O bizə kömək edəcək, necə ki, müdriklər demişlər: «Təmizlənməyə gələnə kömək edirlər»[5]. Yəni O, bizə Onun ardınca bilik üzərində getməyə kömək edəcək, dünya xalqlarına İsrail xalqının Onun ardınca mal-qara kimi getdiyini göstərərək. Bu barədə yazılmışdır: «Buna görə də qoruyun və yerinə yetirin, çünki bu, xalqların gözündə sizin müdrikliyiniz və dərrakənizdir»1.

 İzahı: əgər siz bilik üzərində olan hərəkəti qoruyub saxlasanız və bu yoldan dönməsəniz, şübhəsiz ki, dünya xalqlarının hakimiyyətindən çıxacaqsınız. Hətta daxilinizdəki dünya xalqları da müqəddəslik qarşısında məhv olacaq. "Yaradannı bütün qəlbinlə sev" [6] – müdriklərimiz bunu "iki başlanğıcınla" [7] izah ediblər, yəni şər başlanğıcın xeyirə çevrilməsi.O zaman insanın daxilindəki dünya xalqları (şər başlanğıc) da Yaradannın xidmətçiləri olacaqlar. 

O zaman insanın daxilindəki dünya xalqları, onlar da xeyirə nail olduqdan sonra görəcəklər ki, dünya xalqlarını məğlub edib onları müqəddəsliyə birləşdirə biləcəkləri bütün müdriklik bilik üzərində iman xüsusiyyətindən ibarət idi ki, bu da «etdilər» adlanır. Yəni İsrail xüsusiyyətində olan bütün müdrikliyin məhz heyvani hərəkət xüsusiyyətində olduğunu görəcəklər. Və onların bütün müdrikliyi bunda idi.

Və bu, yazılanın mənasıdır: «Bütün bu qanunları eşidəndə deyəcəklər: “Nə qədər müdrik və dərrakəli xalqdır”». Yəni dünya xalqları da, onlar da müqəddəslikdə olmağa layiq olduqdan sonra, «bütün ürəyinlə və iki başlanğıcınla» deyildiyi kimi, dünya xalqının şər başlanğıcı da müqəddəsliyə daxil olduqda, onda görürlər ki, İsrail xüsusiyyətinə aid olan bütün müdriklik yuxarıda deyildiyi kimi, əməl kateqoriyasına aid olan qanunlara qulaq asmalarından ibarətdir.

Və onda onlar müdrik və dərrakəli xalqdırlar. Onların bütün müdrikliyi bizim düşündüyümüz kimi, yalnız araşdırma və ağıl vasitəsilə müdrikliyə nail olmaqdan ibarət deyildi. Əksinə, onlar müdrikliyə məhz Onun ardınca heyvanlar kimi getdikləri üçün nail oldular. Yəni məhz «bilik üzərindəki əməllər» adlanan əməl vasitəsilə onlar müdrikliyə nail oldular. Beləliklə, onların «müdrik və dərrakəli xalq» adlandırılmaları onların Onun ardınca heyvanlar kimi getmələri sayəsindədir, müdriklik sayəsində deyil və İsrail xalqının bütün müdrikliyi də məhz bundadır.

Əməl, yəni «bilik üzərində» adlanan əmələ gəldikdə isə, Midraş Tanhumada deyilənləri izah etmək lazımdır: «“Və əgər buna görə 'ekev' olacaqsa”[8] – bu, Müqəddəs Yazının dediyi kimidir: “Nə üçün bədbəxtlik günlərində qorxum olsun? Dabanlarımla 'ekev' tapdaladığım günahlar məni əhatə edir”[9]. Onların arasında yüngül mitsvalar (ehkamlar)var ki, insanlar onları yerinə yetirmirlər, əksinə, onları dabanlarının altına atırlar, çünki onları yüngül hesab edirlər. Buna görə də Davud Mühakimə Günündən qorxurdu. Və o deyirdi: “Dünyanın Hökmdarı! Mən ağır mitsvalardan qorxmuram, qorxduğum yüngül mitsvalardır”»[10].

Və işdə yüngül və ağır mitsvalar anlayışını başa düşmək lazımdır. «Yüngül» o deməkdir ki, «əhəmiyyətsiz», yəni insanın bilik üzərində işləməli olduğu bu iş insanda əhəmiyyət hissi yaratmır və bu işdə onun kül dadı var; buna «Şxina kül içində» deyilir. Başqa sözlə, insanın öz üzərinə ali Malxutun boyunduruğunu bilik üzərində qəbul etməli olduğu bu iş onun üçün «toz içində»dir.

Və biz mitsvaları və yaxşı əməlləri yerinə yetirməli, Tövratı öyrənməliyik ki, Yaradan bu işi «küldən», yəni onun alçaldılmış vəziyyətdə olduğu hissindən qaldırsın. Biz dua edirik ki, Yaradan Şxinanı küldən qaldırsın, necə ki deyilir: «Mərhəmətli olan,O, bizim üçün yıxılmış Davud çadırını qaldıracaq»[11]. Onun aşağı vəziyyətdə olmasının səbəbi Yaradanın etdiyi gizlilikdədir ki, bizim seçim etməyimiz üçün yer olsun. Yəni biz əta naminə işləyə bilək və bu, Yaradanla qovuşma adlanır. Buna görə də bizə Simanın gizlədilməsi formasında iş verilmişdir.

Ona görə də işimizin əsas məqsədi insanın gizlilik zamanı görməli olduğu hazırlıq vasitəsilə bizdə əta edən kelimlər yaratmaqdır. Çünki alan kelimlər bizdə Yaradan tərəfindən mövcuddur və bu kelimlərə münasibətdə onlardan istifadə etməmək üçün islah vardır, çünki onlar Yaradanla ayrılığa səbəb olurlar; bunun səbəbi onların forma baxımından Yaradana zidd olmalarıdır. Buna görə də bizə Tövrat və mitsvalar verilmişdir ki, onların vasitəsilə əta edən kelimlər əldə etmək mümkün olsun.

Ona görə də bu işə hər cür şər atanlar və ittihamçılar gəlirlər; onlar deyirlər ki, biz Yaradan naminə işi yerinə yetirməyə razıyıq, lakin Tövrat və ehkamlar vasitəsilə əldə etmək istədiyin məqsədlə razı deyilik.

Və insana saysız-hesabsız dəlillər, yəni elə fikirlər gətirirlər ki, insan bu məqsəd üçün işləməməli olduğunu başa düşür. Ona görə də əgər insan öz məqsədini dəyişməyə, yəni əta edən kelimlər (kelim de-haşpaa) əldə etməyə razılaşmırsa, onda onlar insana Tövrat və ehkamları məhz bu məqsədlə yerinə yetirməyə imkan vermirlər. İnsanın gördüyü hər bir iş ona çox böyük zəhmətə başa gəlir.

Və o vaxt ki insan məqsədi unudur və ümumi kütlə (klal) kimi işləməyə başlayır — yəni işin müqabilində mükafat almaq üçün — onda yenə də ona hörmət etməyə və daha çox enerji ilə işləməyə gücü çatır. Bunun səbəbi odur ki, işin məqsədi insanın almaq istəyinə zidd deyil. Lakin əgər insan işləməyə başlayanda məqsədi unudursa, sonra isə yenidən oyanır və Tövrat və ehkamlarda əta edən kelimlərdə çalışmaq istəyir, o zaman casusların bütün iddiaları yenidən ona qarşı qalxır, bu işə kül dad verir və onun irəliləməsi yenidən çətinləşir. Bu, "yüngül ehkamlar" adlanır — yəni o, şəxsi mənfəəti üçün deyil, əta edən kelimlər əldə etmək məqsədilə, yəni Yaradan naminə çalışır. Və bu işdə qorxulu məqamlar var, çünki onun çoxlu düşmənləri mövcuddur.

Lakin "ağır ehkamlara" gəldikdə — yəni insanın özü üçün vacib olan şeylərə, başqa sözlə, əgər insan mükafat almaq üçün işləyirsə, bu, insan üçün ciddi məsələ sayılır, çünki əgər Tövrat və ehkamlara riayət etməsə, insan özü üçün olan qazancını itirəcək. Amma əgər mükafat və ya itki Yaradana aid olarsa, bu, insana o qədər də vacib görünmür.

Və buna görə insan buna laqeyd yanaşır, çünki hesab aparır və deyir ki, hər halda mən heç nə itirmirəm. Çünki deyir ki, özü üçün heç nə əldə etməyəcək, çünki, Tövrat və mitsvalarda əsas məsələ onları öz mənfəəti üçün deyil,göylər naminə yerinə yetirməkdir. Əgər belədirsə, onda onun işindən kim qazanc əldə edə bilər? Yalnız Yaradan. Və bununla insan zəifləyir və bu işə laqeyd yanaşmağa başlayır. Buna görə də insan dəfələrlə öz-özünə deyir ki, mənim ümumiyyətlə bu işə səy göstərməyimə dəyməz. Əgər bu, asanlıqla baş verirsə, işləyəcəyəm, amma kiçik bir maneə varsa, onda onun öhdəsindən gəlmək üçün gücü yoxdur.

Səbəb budur ki, «Lo Lişma» işini yerinə yetirmək, onun vacib olmadığına görə, bu işə səy göstərməyə dəyməz, «Lişma»da işləmək isə — bundan ona nə olacaq? Və belə olan halda insan adətən deyir ki, yaxşısı budur, gedim yatım və bütün bu şeylərdən dincəlim; çünki bunlar ona yalnız ruh düşkünlüyü gətirir, zövq vermir. Və buna «yüngül mitsvalar», «insanların yerinə yetirmədikləri, onları dabanlarının altına atdıqları»10 deyilir.

Və Davud bu barədə demişdir: «Nə üçün bədbəxtlik günlərində qorxum olsun? Dabanlarımla [tapdaladığım] günahlar məni əhatə edir»9 — bunlar insanın laqeyd yanaşdığı yüngül mitsvalardır. Yəni əta etmək naminə işləmək istədikləri zaman məhz bundan qorxuram ki, bəlkə də bunu yerinə yetirə bilməyəcəyəm. Və məhz bunda, yəni əta edən kelimlərin əldə edilməsində, yuxarıda deyildiyi kimi, yalnız Yaradan kömək edə bilər. Yəni Yaradan insana alan kelilməri verdiyi kimi, Ondan xahiş etmək lazımdır ki, alan kelimlərin əvəzinə ona əta edən kelimləri versin.

Yəni insan öz mənfəəti üçün işləməkdən necə zövq alırsa, eləcə də Yaradanın xeyrinə işləməkdən də əhəmiyyət və böyük zövq alacaq. Yəni o, Padşaha xidmət etməyə layiq görülməklə böyük şərəfə nail olduğunu hiss edəcək. Və buna «Buna görə də qoruyun və yerinə yetirin, çünki buna, xalqların gözündə sizin müdrikliyiniz və dərrakənizdir» vasitəsilə nail olunur,yuxarıda deyildiyi kimi.