Barux Şalom Alevi Aşlaq (Rabaş)
İşdə "Hər gün onlar sənin üçün yeni olsun" nə deməkdir?
Məqalə 40, 1989-cu il
«Bu gün Sənin Yaradanın,Rəbbin bu qanunları və hökmləri yerinə yetirməyi sənə əmr edir. Onlara riayət et və onları bütün qəlbinlə və bütün canınla yerinə yetir»[1], ayəsi ilə əlaqədar olaraq müdriklərimiz belə izah etmişlər: «Hər gün onlar sənin üçün yeni olsunlar»[2]. Sanki sən onları bu gün Sinay dağından almısan. «Sanki məhz bu gün sənə onları yerinə yetirmək əmr edilmişdir»[3].
Və başa düşmək lazımdır ki, bu "sanki məhz bu gün sənə əmr edilmişdir" ifadəsi bizə nə əlavə edir və nə üçün Sinay dağında Tövrat qəbul olunduğu zamandakı kimi sadəlik yetərli deyil ki, biz "sanki məhz bu gün sənə əmr edilmişdir" prinsipi ilə qəbul etməliyik və bu, işimizə nə əlavə edir?
"Şaar Kavanot"da (Niyyət qapıları) ARİ aşağıdakı kimi deyir: "Şma" oxunması və dua haqqında, hər gün həmişə gündə üç dəfə dua edildikdə: axşam, səhər və gündüz – həftəiçi, Şənbə günləri və bayramlarda. Bil ki, həftəiçi dualarla Şənbə duası, təzə ay (roş xodeş) duası, bayram duası və yarımbayram günlərinin duaları arasında böyük fərq vardır. Hətta bayramın özündə belə, Pesax bayramının duası Şavuot bayramının duası ilə eyni deyil. Üstəlik, hətta həftəiçinin özündə də bir günün duası ilə növbəti günün duası arasında böyük fərq var. Dünya yaradıldığı gündən dünyanın sonuna qədər başqa birinə bənzəyən heç bir dua yoxdur. Və bir insan başqasına bənzəmir, biri digərinin düzəldə bilməyəcəyini düzəldəcək. Dua əmrinin məqsədi – ölmüş yeddi Edom padşahının təhlilini) həyata keçirməkdir. Və hər gün, hər bir duada yeni qığılcımlar aydınlaşdırılır və baş verir".
Yeddi Edom padşahının başına gələn və Tövrat, ehkamlar və dua vasitəsilə aydınlaşdırmalı olduğumuz bu qırılmanın nə olduğunu başa düşmək üçün bizə məlum olan iki şeyi xatırlamalıyıq:
- Yaradılışın məqsədi.
- Yaradılışın islahı .
Və yaradılışın məqsədi – Öz yaradılmışlarına həzz verməkdir, yəni yaradılmışların xeyir və həzz almasıdır. Yaradılışın islahı isə ondan ibarətdir ki, o xeyir və həzzi aldıqları anda alanla verən arasında olan forma fərqinə görə utanc hiss etməsinlər. Və burada məsləhət budur ki, islah baş verdi və insan özü üçün aldıqda nur artıq parıldamır. Buna görə də insan özü üçün almaq kelimlərinə qərq olduqda, onun üzərində gizlənmə və örtülmə xassələri dayanır və o, müqəddəsliyin vacibliyini hiss etməyə qadir deyil, çünki müqəddəsliyin özü məhz onun Yaradanına həzz çatdırmaq istədiyi yerdə dayanır.
Lakin bundan əvvəl, yəni o hələ əta etmək kelimlərinə layiq görülmədiyi bütün müddət ərzində, ali nur yalnız bu kelimlərdə dayandıqda, insan hər şeyi inamla qəbul etməyə borcludur; yəni Yaradana, Onun dünyanı xeyirxah, xeyir verən xassəsi ilə idarə etdiyinə inanmalıdır. Və Yaradanın əzəmətinə inanmalıdır ki, "O, ucadır və hər şeyə hökm edir", və uca Padşaha xidmət etməyin böyük şərəf olduğuna inanmalıdır. Və deməlidir ki, o, bununla çox şeyə layiq görülüb – bu o demək deyil ki, bunu sadəcə dodaqları ilə söyləməlidir, insan uca Padşaha xidmət etməkdən böyük həzz hiss etməlidir. Başqa sözlə, insan nə zaman deyə bilər ki, o, uca Padşaha xidmət edir? O zaman ki, onun böyük həzzi var. Əgər o hələ də Padşaha xidmət etməkdən həzz hiss etmirsə, bu, onun hələ uca Padşaha xidmət etdiyinə inandığı pillədə olmadığını göstərir.
Və biz yazılanlara inanmalıyıq: "Onun səltənəti «malxut» hər şeyə hökm edir". Və atam və müəllimim dedi ki, dünyada başqa heç bir qüvvə yoxdur, yalnız O Tək bütün əməlləri edir və edəcəkdir. Müqəddəslik isə klipotu canlandırır və klipotun müqəddəsliyin onlara verdiyindən başqa heç bir həyat qüvvəsi yoxdur. Ona görə də deyilmişdir: "Və Sən hamısını canlandırırsan". "Onun Malxutu hər şeyə hökm edir" sözlərinin izahı isə odur ki, Atsilut aləminin Malxutu onlara həyat verir, yoxsa onlar mövcud ola bilməzdilər.
Və buradan belə nəticə çıxır ki, biz öyrənirik: Yaradan arzusu almaq istəyi olan bir məxluq yaratdı ki, o, həzz alsın və o, xeyir və həzz almağa borcludur, yoxsa onun dünyada mövcudluq hüququ olmaz. Başqa sözlə, özü üçün almaq istəyinə baxmayaraq ixtisar və gizlənmə baş versə də, xeyir və həzz ona çatmasa da, lakin bu istəyin mövcud olması üçün – çünki əgər o ləğv olunarsa, islah ediləcək heç nə qalmayacaq – buna görə də onun mövcud olması üçün o, ləğv olunmasın deyə minimum həyat qüvvəsi alır. Və onların aldığı bu həyat qüvvəsi qırılma qüvvəsindən gəlir, çünki müqəddəs qığılcımlar həyat qüvvəsi alsınlar və ləğv olunmasınlar deyə klipotun içinə düşdülər.
Və deyilənlərdən belə çıxır ki, həzzsiz yaşamaq qeyri-mümkündür. Və insan ali malxutun yükünü hələ qəbul etmədiyi bütün müddət ərzində bu insan həyat qüvvəsini yalnız Yaradandan alır. Lakin insanın Yaradana elə bir inamı yoxdur ki, Yaradanın ona həyat verdiyini deyə bilsin. Buna görə də insan deyir ki, onun həyatı təbiətdəndir. Biz isə deməliyik ki, həqiqət odur ki, Yaradan Dinsizlərə münasibətdə Özünü bu örtüklərdə gizlədir, lakin onlar buna inanmırlar – yəni Yaradan Özünü elə bir şəkildə gizlədir ki, bu insan Yaradanın verən olduğuna inanmasın və Yaradan Özünü ayrılıq libasında gizlətmişdir. Buna görə də Yaradandan gələn həzz insana libaslara bürünmüş halda gəlir və həzz həmin libaslara bürünmüşdür.
Və bu biz gördüyümüzə bənzərdir ki: insanın yeməyi var, o oturub ətdən, balıqdan və sairədən ibarət yemək yeyir və insan bundan həzz alır. Yeməkdən qalan tullantıları isə o, pişiklərin yeməsi üçün zibil qutusuna atır. Və şübhə yoxdur ki, pişiklər bu tullantılardan həzz alırlar və biz görürük ki, onların zibildə tapdıqları yeməkdən tam məmnuniyyətləri var. Həmçinin görürük ki, itlər, xoruzlar və sairə, hamısı yeməkdən həzz alırlar. Lakin fərq ondadır ki, insanın həzzi tullantılardan deyil, onlar isə həqiqətən tullantı yeməkləri ilə kifayətlənirlər.
Yaradanın işində də eynilə belədir. Elə insanlar var ki, müqəddəsliyin onlara nazik şam kimi verdiyi tullantılardan – yəni klipotdan həzz alırlar. Və bundan onların tam məmnuniyyətləri var. Elə insanlar da var ki, bütün cəmiyyət kimi müqəddəslikdən kənar qalanların vəziyyətində aldıqları həzzlə kifayətlənirlər, lakin daxillərində azadlıq olduğu üçün bu qida onları qane etmir.Yəni onlar hiss edirlər ki, doğulmağa və tullantılardan həzz almağa dəyməzdi.
Yəni onlar hiss edirlər ki, heyvanlara, yəni dördayaqlılara, quşlara və sairə verilən eyni yeməyin, danışan səviyyəsində olan insanlar üçün də yemək olması, yəni insanın heyvana bənzəməsi ola bilməz. Yəni heyvanın qidalandığı şeydən insan da qidalanmalıdır. Və bu hissiyat onlara rahatlıq vermir. Və onlar başqa qida yeri axtarmağa başlayırlar ki, desinlər: məhz buna görə doğulmağa və həyatdan həzz almağa dəyərdi. Və bu, onları ruhaniyyət axtarmağa gətirib çıxarır. Və bu, onları ali malxutun , Tövrat ilə ehkamların boyunduruğunu qəbul etməyə gətirib çıxarır. Burada da belədir, yəni Tövrat və ehkamların yükünü üzərlərinə götürdükdən sonra onların arasında elələri var ki, Rambam-ın dediyi kimi, lo lişma şəklində məmnunluq əldə edirlər; yəni əvvəlcə onlara mükafat almaq naminə Tövrat və ehkamlarla məşğul olmaq öyrədilir. Və belə də olmalıdır ki, onlar öz işlərinin qaydasını dəyişməsinlər, «o vaxta qədər ki, onların biliyi artmayacaq və onlar daha böyük müdrikliklə dolmayacaqlar, bu sirri onlara çox tədricən açırlar».".
Və sual yaranır: biz haradan bilirik ki, onlar hələ "bilikləri artana qədər" xassəsindədirlər? Cavab yuxarıda deyildiyi kimidir ki, o, daxili təkan alır və hiss edir ki, bunun haqqında "Çünki xalqların gözündə sizin müdrikliyiniz «xoxma» və bəsirətiniz «bina» budur" deyilənlər olduğunu demək qeyri-mümkündür. Və onda görürük ki, onun biliyi artıq artıb və onda bu, Rambam-ın dediyi kimidir: "Bilikləri artana qədər və daha böyük müdrikliklə dolana qədər, bu sirri onlara çox tədricən açırlar". Və onlar daha böyük müdrikliklə dolana qədər, yəni o, ağıllı olur, Tövratın və ehkamların daxili hissəsinin də olduğunu hiss etməyə başlayır.
Onda "bu sirri ona açırlar", yəni işin həm də niyyət üzərində qurulmalı olduğunu – insanın bütün əməllərinin əta etmək üçün olmasına çalışmalı olduğunu öyrədirlər. Və o zaman insan Yaradanla qovuşmağa gəlib çıxır. Və o zaman insan yaradılışın məqsədinə daxil olan xeyir və həzzə layiq görülür, və o zaman insan tullantı xassəsinə aid olan deyil, insan üçün uyğun olan yeməklə qidalanır; o tullantılar ki, müqəddəslik klipota qidalanmaları olsun deyə atır.
Lakin bu, onların mövcud olması üçün "yalnız nazik bir şamdır" – yəni dünyada ləğv olunmasınlar deyə. Çünki əgər almaq istəyi dünyada ləğv olunarsa, islah olunacaq heç nə qalmayacaq. Və öyrəndiyimiz kimi, əsas yaradılış – almaq istəyidir və bu, yaradılışın bütün materiyasıdır, lakin yuxarıda deyildiyi kimi, "yaradılışın islahı" anlayışı mövcuddur. Başqa sözlə, yaradılış almaq istəyi adlanır və bu xassə yaradılışın məqsədinin qüvvəsi ilə – yəni öz yaradılmışlarına həzz vermək istəyi ilə yoxdan var olaraq almaq istəyini yaratdı.
Və yaradılışın islahı ondan ibarətdir ki, onun üzərinə əta etmək üçün niyyət qoyulur və insan xeyir və həzz almağa qadir olur. Və o zaman biz qovuşmağa, yəni forma oxşarlığına layiq görülməyimiz sayəsində "çünki xalqların gözündə sizin müdrikliyiniz «xoxma» və bəsirətiniz «bina» budur" pilləsinə gəlib çıxırıq. Yəni yalnız xalqların hakimiyyətindən – "çoxların hakimiyyəti" adlandırılandan çıxdığımızda və Tək olanın hakimiyyətinə gəldiyimizdə, insanın Yaradanın hakimiyyətindən başqa heç nəyi yoxdursa, o zaman biz xoxma və bina nuruna layiq görülürük.
Lakin insan artıq daxili təkan almasına baxmayaraq – yəni o, sadəcə mükafat almaq üçün əməllər şəklində deyil, əta etmək üçün işləmək istəyir – ağıl da düşünməyə məcbur edir ki, insan irəli getməlidir və hər gün dünəndən daha güclü olmalıdır. Və əslində, burada ağıla düz zidd olan yeni qayda başlayır. Yəni burada enişlər və yüksəlişlər qaydası başlayır. Və bəzən insan deyir ki, keçmiş günlər indiki günlərdən daha yaxşı idi.
Və bir gündə bir neçə yüksəliş və eniş ola bilər, yaxud bir həftədə bir neçə yüksəliş və eniş ola bilər – o dərəcəyə qədər ki, çox vaxt insan ümidsizliyə qapılır və deyir ki, o, nə vaxtsa şərin hakimiyyətindən çıxa biləcəyi belə bir reallığın yaranacağını görmür. Və o, almaq istəyinə tabe olmağa məcburdur. Və Tövrat və ehkamlarla bağlı əsas iş artıq elə bir dərkə gəlib çatıb ki, bunun o qədər də vacib olmadığı aydın olur, çünki Tövrat və ehkamları yerinə yetirməyin əsas əhəmiyyəti Göylər naminə olmalıdır.Yəni onun Göylər naminə işləməyin əsas olduğu dərketməsinə gəlməsindən o, qüsurluluq xassəsi – yəni niyyətsiz əməllərin vacib olmadığı xassəsini əldə etməsinə gətirib çıxarır.
Və o, müdriklərimizin "həmin insan həmişə «lo lişma»da öyrənməyə borcludur, çünki «lo lişma»dan «lişma»ya gəlir" dediklərini bildiyinə baxmayaraq, insanın içindəki şər ona bunun düzgün olduğunu, vacib olduğunu başa salır, çünki lo lişmadan lişmaya gəlirlər, – lakin sənə, – içindəki şər deyir, – məgər görmürsən ki, sən lişmaya gəlməyə qadir deyilsən, bunu özün də görürsən.
Başqa sözlə, bundan əvvəl içindəki şər ona başa salırdı ki, o, Yaradan naminə işləyə biləcəyi səviyyəyə gəlmək ümidini itirməlidir. Və ümidsizlik düşüncələrini ona verdikdən sonra o deyir: "İndi ki sən artıq əsas olan Göylər naminə əməldir -biliyinə gəlmisən və əlbəttə başa düşürsən ki, Göylər naminə olmayan işdə heç bir dəyər yoxdur." Buna görə də o, ona başa salır ki, bütün bu əməlləri yerinə yetirmək üçün o qədər də böyük qüvvə sərf etməyə ehtiyac yoxdur, axı sən özün artıq bilirsən ki, lo lişma o qədər də vacib deyil. Buna görə də sən Tövratda, duada və sairədə özünə güzəştə gedə bilərsən.
Beləliklə, eniş zamanı insan yuvarlanır və ağlının ona başa saldığına uyğun gedir. Və insan, eniş halında olarkən, bütün alçaqlığı ilə birlikdə həm də qürrələnir və deyir: "Bu insanlar ki, mən onların Tövrat və ehkamları bütün dəqiqliyi ilə yerinə yetirdiklərini görürəm, buna baxmayaraq,həm də görürəm ki, onlar bunu Göylər naminə etmirlər və mən onlar kimi ola bilmərəm."
Və o buna, qürurun izahatı ilə haqq qazandırır. Yəni onlar hələ hər şeyi Yaradan naminə etməyin vacib olduğu belə mühüm biliyə gəlməyiblər, mən isə onlardan daha yüksək pillədəyəm və mən artıq bilirəm ki, başlıcası – Göylər naminə olmaqdır, buna görə də mən bunda, yəni praktiki olaraq, Göylər naminə niyyət olmadan yalnız praktiki yerinə yetirməkdə elə bir böyük fayda görmürəm ki, qüvvə sərf edib bunu bütün detallarla yerinə yetirməyinə dəysin. Buna "günah günahı çəkir" deyilir – yəni ümidsizlik günahı onu lo lişmada işi alçaltmağa aparır. Və lo lişmadakı işi alçaltdıqdan sonra bu, onu qürur, təkəbbür səviyyəsinə gətirib çıxarır – yəni o özünü xalqın seçilmişi hesab edir, yəni o, həqiqəti onun anladığı kimi anlamayan digər insanlardan daha çox anlayır.
Və əgər insan hər halda döyüş meydanından qaçmırsa – yəni o, günahlarını açıq şəkildə üzə çıxarmırsa – müəyyən müddət keçir, ta ki yuxarıdan ona rəhm edənə qədər və ona yenidən hansısa oyanış verilənə qədər, və o yenidən yüksəliş əldə edir. Və o zaman yenə ona qarşı mübarizə aparmaq üçün şər gəlir. Və yenə eyni qayda təkrarlanır. Və burada məsləhət – vərdiş etdiyi əməllərdən qaçmamaq, əksinə, əməlləri daha da çoxaltmaqdır.
Bunu o, bunu, yalnız bilik üzərində edə bilər. Və insan borcludur ki, eniş zamanı etdiyi bu işdə, o, bilik üzərində əsas əməllərə əlavə edərkən – bununla o, "Yaradanla qovuşma" adlanan məqsədə çatmaq üçün böyük addımlar atsın. Və atam və müəllimim demişdir ki, haqdа məhz belə deyilib: "Yaradanın yolları düzdür, salehlər onların üzəri ilə gedəcəklər, günahkarlar isə onlarda büdrəyəcəklər".
Və bu eniş halında, əgər o, yuxarıda deyildiyi kimi, "günah günahı çəkir" qaydasını ona göstərən biliyinin üzərində əməllər əlavə edə bilərsə və ağıldan yuxarıda möhkəmlənərsə, o zaman o, işinin vaxtını yaxınlaşdırır və ən qısa zamanda məqsədə gəlib çıxa bilər.
Buna görə də insan yüksəliş zamanı əməlləri və niyyətləri qaydaya salmağa borcludur. Başqa sözlə, o hiss edəndə ki, əsas niyyətdir, o düşünməlidir ki, əməl də çox vacib bir şeydir, çünki insan Padşahın əmrini yerinə yetirir və bizim əməlin Yaradan qarşısında nə qədər vacib olduğunu dərketməmiz yoxdur. Atam və müəllimimin dediyi kimi, lişma vəziyyətinin vacibliyini nə qədər qiymətləndirə biliriksə, lo lişma vəziyyəti Yaradan qarşısında daha da vacibdir, lişmanın vacibliyini isə biz qiymətləndirməyə qadir deyilik. Buna görə də yüksəliş zamanı insan bilməlidir ki, etdiyi əməllərə laqeyd yanaşmamalıdır.
Lakin bununla belə insan bütün əməllərinin Göylər naminə olması üçün çalışmalıdır. Və elə bir qayda var ki, insanın alışdığı hər şey artıq onun üçün adətə çevrilir – yəni o, bu əməlin nə üçün nəzərdə tutulduğunu bilməli deyil və buna "insanların bərkimiş ehkamı" deyilir. Bu o deməkdir ki, o buna alışmışdır.
Və Tövrat və ehkamlar "məxluqları təmizləmək üçün" verilmiş olduğundan, belə çıxır ki, o, ehkamların yerinə yetirilməsi zamanı bu əməlin onu Yaradanla qovuşma vəziyyətinə gətirib çıxarması üçün niyyət qurmalıdır. Belə çıxır ki, insan bu əməldən nə istədiyini bilməlidir.
Buna görə də, əgər insan əməlləri vərdiş gücü ilə edirsə, onun heç bir ödənişə ehtiyacı yoxdur. Belə çıxır ki, bir tərəfdən Tövrat və ehkamların vərdiş gücü ilə yerinə yetirilməsi uca bir şeydir, necə ki müdriklərin sözlərindən məlumdur: "Yaxşı niyyəti Yaradan əmələ qoşur". Yəni insan yaxşı niyyətə – artıq bütün əməllərini əta etmək üçün istiqamətləndirə bildiyinə layiq görüldükdə – o vaxta qədər niyyəti Göylər naminə olmayan etdiyi bütün əməlləri, Yaradan niyyətli əməllərə qoşur və onların hamısı müqəddəsliyə daxil olur. Belə çıxır ki, nə qədər çox yaxşı əməlləri varsa, onların üzərində Göylər naminə düşüncə dayanır.
Deyilənlərdən başa düşəcəyik ki, müdriklərimiz nə üçün demişlər: "Və hər gün onlar sənin üçün yeni olsun" – sanki onları bu gün Sinay dağından almısan. "Sanki məhz bu gün onları yerinə yetirmək sənə əmr edilmişdir". Burada iki anlayış var:
1.Necə ki o zaman onların Tövratın qəbul olunmasına hazırlığı var idi, eləcə də hər gün insana Tövrat və ehkamları almaq üçün hazırlıq lazımdır və bu hazırlıq sayəsində onların dərk olunmasına gəlib çıxmaq olar. Halbuki insan bunu heç bir hazırlıq olmadan, vərdiş gücü ilə etdikdə, bunun vasitəsilə yaradılışın məqsədinə layiq görülmür. Baxmayaraq ki, bu da böyük bir şeydir, lakin bunun sayəsində onun «Atanı olan Yaradanı tanı»[17] səviyyəsinə daxil ola bilməsinin əvəzinə, bu isə, şübhəsiz ki, birbaşa məqsədə aparır və buna görə də müdriklər demişlər: «Qoy onlar sənin gözündə yeni kimi olsunlar», bunun sayəsində isə o, Yaradanla qovuşmağa layiq olacaq.
2.Əgər "gözlərində yeni olmasa", və bu onda "insanların bərkimiş ehkamı" kimi olarsa – yəni o, vərdiş gücü ilə artıq Tövrat və ehkamları bilik üzərində xassəsində yerinə yetirə bilmirsə, çünki o, bilik üzərində işləməyi sayəsində sonradan müqəddəslik biliyinə layiq olmağa qadir olur – belə çıxır ki, o, vərdiş gücü ilə işlədikdə, yəni Tövrat və ehkamları ənənə kimi yerinə yetirməli olduğunu hiss etdikdə və günün qaydasını belə təşkil etməyə, qurmağa adət etdikdə, belə çıxır ki, onun irəliləməyə imkanı yoxdur. Buna görə də [müdriklər] dedilər: "Hər gün yeni olsunlar". Çünki bunun sayəsində insan yaradılmışların xeyir və həzz almağa layiq görülməsindən ibarət olan yaradılışın məqsədinə layiq görülməsinə gəlib çıxır.
Və "Şaar Kavanot" kitabında deyildiyinə uyğun olaraq, "hər gün gözlərində yeni olsunlar" o deməkdir ki, "çünki həqiqət belədir". Yəni hər gün insan kitabda aydınlaşdırıldığı kimi, kelimlərin qırılması zamanı düşənlərdən yeni xassələri islah edir. Belə çıxır ki, insan Tövratı Sinay dağında aldığını təkrar etmir, həmin şeylər təkrar olunmur, lakin bunun sayəsində o, hər gün yeni xassələri islah etməyə borcludur. Belə çıxır ki, o : "bu gün sənə əmr edilmişdir". vəziyyətdədir. Yəni hər gün Tövrat vasitəsilə başqa xassələri islah etməyə bir şey var.
Və bundan o nəticə çıxır ki, insan hər gün yeməlidir, ildə bir dəfə yeməsi ona heç olmasa bir il bəs eləməsi üçün kifayət deyil. Uca ARİ-nin sözlərinə görə isə, hər yemək zamanı qırılmadan yeni xassələr aydınlaşdırılır, baxmayaraq ki, hər kəs bunu hiss etmir. Lakin bu, ümumilikdə bütün İsrailə verilib, ümumilikdə mövcud olan bütün fərdiliklər isə bu səviyyəyə gəlib çatmalıdır, necə ki deyilib: "Çünki kiçiyindən böyüyünə qədər hamı Məni tanıyacaq".