Barux Şalom levi Aşlaq (Rabaş)
25.Ruhani işdə «Bütün xalqlar,Yaradanı vəsf edin» nə deməkdir?
Məqalə 25, 1990-cı il
Deyilir: «Bütün xalqlar,Yaradanı vəsf edin, Onu tərifləyin, bütün tayfalar, çünki Onun bizə olan mərhəməti böyükdür və Yaradanın həqiqəti əbədidir – Yaradana həmd olun!». Və başa düşmək lazımdır ki, nə üçün bütün xalqlar Yaradana vəsf etməlidirlər, çünki yazılıb ki, « Onun bizə olan mərhəməti böyükdür»¹. Görünür, əksinə olmalıdır – O, İsrail xalqına mərhəmət göstərdiyinə görə digər xalqlar Yaradandan küsməlidirlər. Burada isə Müqəddəs Yazı deyir: «Onu tərifləyin, bütün tayfalar, çünki Onun bizə olan mərhəməti böyükdür»¹. Məgər bu mümkündürmü?
Və bunu ruhani iş mənasında, yəni bir insan haqqında danışıldığı kimi başa düşmək lazımdır, çünki Zoar kitabında yazıldığı kimi, hər bir insan kiçik bir dünyadır. Yəni insanın daxilində «dünyanın xalqları» xüsusiyyəti mövcuddur və onda «İsrail» xüsusiyyəti də var, və insandakı İsrail dünyanın xalqlarının hakimiyyəti altında sürgündədir.
Bu o deməkdir ki, məlum olduğu kimi, İsrail – Yaşar-El, yəni birbaşa Yaradana [gedən] xüsusiyyətdir və o, bütün əməllərinin birbaşa Yaradana olmasını, yəni hər şeyin yalnız Yaradan naminə olmasını istəyir. Dünyanın bütün düşüncələri isə, məlum olduğu kimi, elə düşüncələrdir ki, onların hamısı yalnız özü üçündür; hər bir xalqın öz şəxsi canatması var və onlar insanın daxilindəki İsrail üzərində hökmranlıq edirlər, və İsrailin etməli olduğu işi görməsinə imkan vermirlər. Və hər dəfə dünyanın hər hansı bir xalqı insandakı İsrail üzərində öz canatmasını, necə istəyirsə elə ucaldır və bu, İsrailin sürgündə olması adlanır.
Lakin bilmək və inanmaq lazımdır ki, insanın alan kelimdə edə biləcəyi hər şey, ruhani aləmin əta edən kelimində qəbul edildikdə və həzz nuru həmin kelimə büründükdə yaranan nurla müqayisədə yalnız kiçik bir şam işığı kimidir. Bununla belə, müdriklərimiz belə bir qayda müəyyən ediblər: «İnsan arzuladığının heç olmasa yarısına çatmadan dünyadan köçür».
Yəni dünyada heç bir insan «Mən dünyanın ən xoşbəxt insanıyam» deyə bilməz. Çünki belə bir qayda var: «Yüzü olan iki yüz istəyir»[2].
Buna görə də dünyada elə bir insan yoxdur ki, rahatlıq və dinclik içində olsun. Onun həmişə bir çatışmazlığı (xisaron) var. Necə ki, yazılıb: «Həsəd, ehtiraslar və şöhrətpərəstlik insanı dünyadan çıxarır».
Nəticədə görürük ki, hər bir insan əzab çəkir, çünki o, öz tələbatlarını ödəyə bilmir. Halbuki insan layiq görüldükdə və Yaradandan ətaetmə kelimlərini qəbul etdikdə, və insan Yaradanın öz məxluqları üçün hazırladığı xeyir və həzzi bu kelimlər vasitəsilə qəbul etdikdə, o zaman insan xeyirlə dolmuş bir dünyada yaşayır, necə ki müdriklərimiz dedilər: «Ravvin Meir deyir: «Tövratı lişma-da öyrənən hər kəs bir çox şeyə layiq olur, az qala bütün dünya onun üçün sərfəli olur»»⁴.
Yəni o görür ki, bu dünyada yaşamağa dəyər. Və bu, yuxarıda deyildiyi kimidir ki, insan hər şeyi – qovuşma və lişma adlanan formaca bənzərlik xüsusiyyəti adlanan ətaetmə kelimlərində qəbul etdikdə, o zaman insana yaradılışın məqsədində ehtiva olunan və Yaradanın istəyinə əsasən Öz məxluqlarını həzzləndirmək istəyi adlanan xeyir və həzz verilir.
Və bu, «Tövratın əta edilməsi» kitabında aydın olduğu kimi, orada belə deyilir:
«Müdriklərimiz bizə göstəriblər ki, dünya Tövratın və ehkamların yerinə yetirilməsi üçün yaradılıb. Bu o deməkdir ki, Yaradanın yaradılışdakı niyyəti, yaradılışın yarandığı andan etibarən, Öz İlahi mahiyyətini başqalarına çatdırmaqdır. Çünki “Onun İlahi mahiyyətinin çatdırılması” yaradılışa Onun verdiyi həzzin ölçüsünə uyğun olaraq gəlir və bu həzz arzu olunan ölçüyə çatana qədər daim artır. Beləliklə, alçaq olanlar həqiqi dərk səviyyəsinə yüksəlir, Yaradanın dayağına çevrilir və Onunla birləşirlər; ta ki, öz son kamilliklərinə çatana qədər».
Və deyilənlərdən belə çıxır ki, insan ətaetmə kelimlərinə layiq görüldükdə, o zaman yaradılışın məqsədində ehtiva olunan xeyir və həzzə layiq görülür və bu, «Əgər Yaradan insanın yollarından razıdırsa, o zaman Onun düşmənlərini də onunla barışdırır» deməkdir. Ravvin Yeoşua ben Levi isə bunu belə izah edir: «Bu, ilan‹dır»³, çünki ilanın mahiyyəti – şər başlanğıcdır, insanı idarə edən 70 xalqdır, insanın bədənində olan və onun xeyir və həzzə layiq olmasına imkan verməyən -dünya xalqları xüsusiyyətidir.
Buna görə də belə çıxır ki, insan xeyir və həzz aldıqda, onun almaq kelimləri də – almaq kelimlərini ətaetmək xatirinə istifadə etdiyinə görə – şirinləşir. Bu halda onlar da xeyir və həzz alırlar və bu, «Əgər Yaradan insanın yollarından razıdırsa»⁶, yəni o, yalnız Yaradan naminə məşğul olduqda – məhz bu adlanır, necə ki Ravvin Meir deyir: «Tövratı lişma öyrənən hər kəs bir çox şeyə layiq olur»⁴.
Buna görə də insanın bədənindəki dünyanın xalqları da Yaradanı vəsf etməlidirlər, çünki insan xesed (mərhəmət) kelimləri adlanan ətaetmə kelimlərinə layiq görüldüyü sayəsində onlar da indi xeyir və həzz alırlar. Və buna görə də yazılıb: «Yaradanı vəsf edin, bütün xalqlar, Onu tərifləyin, bütün tayfalar»¹. Bəs onlar nə üçün Yaradanı vəsf etməlidirlər? Ona görə ki, Onun bizə olan mərhəməti böyükdür.
Bu o deməkdir ki, mərhəmət kelimləri almaq kelimlərinə qalib gəldi. Mərhəmət kelimlərinin ucalmasına kim səbəb oldu? Yalnız Yaradan. Necə ki deyilib, insanın şər başlanğıci hər gün böyüyür və əgər Yaradan ona kömək etməsəydi, insan dözə bilməzdi.
Nəticədə məlum olur ki, digər xalqlar da bizdə Xesed xüsusiyyətinin ucalmasına görə Yaradana həmd etməlidirlər. Yəni biz Xesedə – Yaradanın mərhəmətinə layiq görüldük və bunun sayəsində biz indi Yaradanın həqiqətini görürük. Yəni həqiqət ondadır ki, Yaradan dünyanı xeyir və həzz xüsusiyyəti ilə idarə edir – bu, indi bütün xalqlara açılmışdır.
Belə çıxır ki, insanın düşmənləri, yəni «düşmən-nifrət edən» adlandırılan şər başlanğıc, necə ki, yazılıb: «Əgər düşmənin acdırsa, ona çörək ver». Burada şər başlanğıc nəzərdə tutulur. Müdriklərimizin dediyinə görə, padşah Şlomo şər başlanğıcı «düşmən-nifrət edən» adlandırırdı.
İndi o da insanla barışıb və bu, «Yaradanını bütün qəlbinlə və hər iki başlanğıcınla sev» adlanır. Yəni həm xeyir başlanğıcla, həm də şər başlanğıcla. Çünki insanın alan kelimləri əta etmək naminə almaq gücünü qazandıqda, belə çıxır ki, o, artıq Yaradana şər başlanğıcı vasitəsilə də xidmət edir. Başqa sözlə, o, şər başlanğıcı ilə də Yaradanı sevir, çünki indi şər başlanğıc da xeyir və həzz alır.
Buna görə də yazılıb: «Və Yaradanın həqiqəti»[1]. Başqa sözlə, onun TES-də Diknanın 13 islahından 7-ci islah haqqında izah etdiyi kimi, bu, «və həqiqət» adlanır. Buna görə də «və həqiqət» adlanır, çünki bu islahda hamıya açılır ki, bu, həqiqətdir: Yaradılışın məqsədi Öz yaratdıqlarına xeyir verməkdir.
Və deyilənlərdən belə çıxır ki, ruhani iş müstəvisində Zoar kitabının sözlərini başa düşmək lazımdır ki, hər bir xalqın üzərində bir hökmdar var, İsrail xalqının üzərində isə yalnız Yaradan hökmranlıq edir, yəni İsrail xalqı Yaradanın payıdır, çünki dünyanın xalqları özləri üçün alırlar, necə ki Zoar kitabında «Tayfaların lütfü – rəzalətdir» sözləri haqqında yazılıb ki, – «yaxşılıq edənlərin bütün yaxşılığı öz xatirlərinədir».
Bu o deməkdir ki, onların etdikləri hər şey yalnız öz şəxsi mənfəəti üçündür və bu, «yetmiş hökmdar», yəni yetmiş idarəedici adlanır. Hər bir xalqın öz şəxsi canatması, öz şəxsi ehtirasları var və bu, ümumilikdə «şər başlanğıc» adlanır, çünki bu, insanın Yaradandan ayrılmasına gətirib çıxarır və bu, dünyanın hər bir xalqının öz idarəedicisi olması deməkdir, yəni onlar bu dünyanı idarə edən Yaradanın olduğunu hiss etmirlər.
Yaşar-El (birbaşa Yaradana) adlanan İsrail xüsusiyyətlərinə gəldikdə isə, onlar Yaradanın payında olduqlarını hiss edirlər və bunun səbəbi odur ki, onların bütün əməlləri özləri üçün deyil, Yaradan naminədir. Bu, İsrail xalqının Yaradanı öz üzərində heç bir idarəedici olmadan öz payına götürməsi deməkdir, yəni İsrail xüsusiyyətinə daxil olan kəs deyir ki, onu yalnız Yaradan idarə edir və başqa heç bir qüvvə yoxdur.
Bu o deməkdir ki, həm yüksəlişləri, həm də enişləri Yaradan həyata keçirir – Hər şeyi O idarə edir. Və bu, deyildiyi kimidir: «Yaradan bütün əməllərin Sahibidir». Yəni insanın gördüyü bütün əməlləri əslində Yaradan həyata keçirir. Baal Sulam demişdir ki, əməldən əvvəl insan hər şeyin insandan asılı olduğunu deməlidir, necə ki müdriklər dedilər: «Əgər mən özüm üçün etməyəcəmsə, kim kömək edəcək?». Belə çıxır ki, hər şeyi insan edir. Əməli etdikdən sonra isə insan hər şeyi Yaradanın etdiyini deməlidir, çünki O, bütün əməllərin Sahibidir.
Və deyilənlərdən aşağıdakıları izah etmək lazımdır: «Sənin möcüzələrini, ey Yaradan, göylər tərifləyəcək, və həmçinin Sənin inamını – müqəddəslər məclisində. Çünki göylərdə Yaradana kim bərabər olar, güclülər arasında Yaradana kim oxşayar?» Və Yaradanın göylərdəki əməllərini tərifləməkdə bizə aid olan şeyi başa düşmək lazımdır. Axı əsas odur ki, biz nə etməli olduğumuzu bilək. Və bunu ruhani iş müstəvisində izah etmək lazımdır. «Göylər» (şamayim) və «yer» (arets) anlayışları insanın olduğu iki vəziyyət kimi başa düşülməlidir:
Yüksəliş zamanı. Və bu o deməkdir ki, insan «göylərdə»dir, yəni göylər əta edən adlandığı kimi, insan da yüksəliş vəziyyətində olanda bu o deməkdir ki, o, Yaradana əta etmək istəyir və bu, onun bütün əməllərinin göylər naminə olması deməkdir.
İnsan eniş aldıqda və «yer» xüsusiyyətinə düşdükdə. «Yer» almaq xüsusiyyəti adlanır, yəni insan elə bir vəziyyətə düşür ki, əgər bu, onun almaq istəyi üçün dolum olmazsa, o, heç nə etməyə qadir olmur və bu, «yer» adlanır.
Deyilənlərdən belə çıxır ki, insan hər şeyi Yaradanın etdiyinə inanmalıdır, yəni insan öz almaq istəyinin öhdəsindən gəldikdən və yalnız göylər naminə əməllə məşğul olduqdan sonra deyilir: «Sənin möcüzələrini, ey Yaradan, göylər tərifləyəcək»¹⁴. Yəni bu əməl sadəcə olaraq möcüzəvi bir əməldir, çünki insan təbiət etibarilə öz şəxsi mənfəətindən başqa heç nə etməyə qadir deyil. İndi isə Yaradan onu «göylər» xüsusiyyətinə qaldırmışdır.
Və bu, necə ki deyilib: «Vəsf edəcəklər»¹⁴ bu insanlar, yəni onlar indi göylər xüsusiyyətindədirlər və onlar Yaradanı vəsf edirlər, çünki bu əməl insanın deyil, yalnız Yaradanın tərəfindəndir. Axı insanın təbiəti belə yaradıldığına görə öz şəxsi mənfəətinə aid olmayan heç nə etməyə qadir deyil.
«Və həmçinin Sənin inamını – salehlər məclisində»¹⁴, yəni inam xüsusiyyəti onun indi müqəddəs olduğunu hiss etdiyi cəmiyyətdədir, yəni «Müqəddəs olun, çünki Məh müqəddəsəm» [deyildiyi kimi]. Yəni Yaradanda əta etmək istəyi olduğu kimi, insanda da yalnız əta etmək istəyi olmalıdır və bu haqda yazılıb: «Və həmçinin Sənin inamını – müqəddəslər məclisində»¹⁴. Və bu da Yaradanın möcüzələrinə aiddir ki, onlar inam xüsusiyyətinə layiq görüldülər və buna görə də onlar müqəddəs icma adlanırlar. Bu o deməkdir ki, [onlar] ikiqat layiq görüldülər.
Və bunun haqqında yazılıb: «Və göylərdəki kimdir»¹⁴. Yəni göylərdə olmağa layiq görülən kəs – yəni yuxarıda deyildiyi kimi, «göylər» adlanan əta etmək istəyinə layiq görülən kəs – «Sənə bərabər ola bilər». Və bunu başa düşmək çətin görünür, çünki sadə anlayəşa görə belə yazmaq olardı: «Çünki göylərdə olan Sənə bərabər olar». Məgər kimsə səhv edib deyə bilərmi ki, özü Yaradana bənzəyə bilər?
Ruhani iş müstəvisində yuxarıdakıları belə başa düşmək lazımdır ki, bu ayə bizə deyir ki, insan ürəyində hesab etməməlidir ki, səy göstərərək və iş görərək etdiyi o dəfetmələrdə sayəsində o, «göylər» xüsusiyyətinə – yəni əta etmək xüsusiyyətinə layiq görülmüşdür. Lakin insanın bununla heç bir əlaqəsi yoxdur ki, o Yaradana kömək etdiyini, insanın eqoist sevgidən Yaradana əta etmək xüsusiyyətinə çıxarmaq qabiliyyətinə malik olduğunu desin.
Buna görə də sonra belə bir ayə gətirir: «Güclülərin oğulları arasında Yaradan kimidir?»[14]. Yəni burada güclü insanlar nəzərdə tutulur. Onlar elə bir cəsarət xüsusiyyətinə malikdirlər ki, şərə öz qüvvələri ilə qalib gələ biləcəklərini düşünmürlər. Çünki bütün bunlar yalnız Yaradanın qüvvəsindən qaynaqlanır. Buna görə də «Yaradana kim bənzəyə bilər?» deyilir. Yəni insanın Yaradanın köməyi olmadan şər başlanğıca qalib gəlmək imkanı varmı?
Baxmayaraq ki, belə deyilib: «Təmizlənməyə gələnə kömək edirlər». Buna əsasən belə çıxır ki, insanın hərəkətləri Yaradanın köməyinə səbəb olur, yəni insanın kömək etmək imkanı var. Bəs onda nə üçün hər şeyin Yaradandan qaynaqlandığı deyilir? Müdriklərimizin «təmizlənməyə gələn» sözləri ilə nəyi nəzərdə tutduqlarını izah etmək lazımdır. Yəni insanın öz tərəfindən təmizlənməyə gəldiyini görürüksə, bu, aşağıdan oyanış adlanır və buna cavab olaraq ona kömək edirlər.
Başqa sözlə, onun təmizlənmək üçün gəlməsi yuxarıdan gələn köməyin nəticəsidir; əks halda insan təmizlənməyə gəlməzdi. Belə çıxır ki, insanın təmizlənməyə gəlməsi də yaradılışın deyil, Yaradanın tərəfindən baş verir. Bu, insanın məntiqinə zidd olsa da, bir tərəfdən «təmizlənməyə gələn» deyirik və buradan belə çıxır ki, insanın seçimi var, insan özü nəsə edə bilər; digər tərəfdən isə hər şeyi Yaradanın etdiyini deyirik. Belə görünür ki, burada ziddiyyət var.
Rambam Mişnaya yazdığı şərhdə belə deyir: «Hər şey əvvəlcədən müəyyən edilib» – hər şey Yaradanın qarşısında əvvəlcədən açıqdır və məlumdur. «Amma [insana] seçim azadlığı verilib»[17] – buna baxmayaraq, insanın xeyri və ya şəri seçmək imkanı var. Yəni insanın seçim azadlığı var. Hər şeyi əvvəlcədən bilən Yaradanın biliyi insanı heç nəyə məcbur etmir. Bizim dərkimizə və biliyimizə görə bu, qaçılmaz olsa da, Yaradanın biliyi bizim biliyimizə bənzəmir və onların arasında heç bir oxşarlıq yoxdur, çünki Onun biliyi vahiddir. Öz məhdud ağlımızla Yaradanın varlığını dərk edə bilmədiyimiz kimi, Onun biliyini də dərk edə bilmirik».
Və biz Rambamın sözlərində görürük ki, bir-birinə zidd olan bu iki şeyi başa düşmək bizim dərk etməyimizə tabe deyil. Və atam və müəllimim Baal Sulam demişdir ki, baxmayaraq ki, onlar bir-biri ilə ziddiyyət təşkil edirlər, bu, insan şəxsi idarəçiliyə layiq görülənə qədərdir, lakin insan şəxsi idarəçiliyə layiq görüldükdən sonra o başa düşə bilər ki, burada heç bir ziddiyyət yoxdur, zahiri dərrakə ilə isə bunu başa düşmək heç bir şəkildə mümkün deyil.
Bu o deməkdir ki, mükafat və cəza ilə şəxsi idarəçilik arasında ziddiyyət mövcuddur. Və hər halda biz bilikdən üstün getməli və Zoar kitabının sözlərində gördüyümüz kimi bu iki şeyə riayət etməliyik: «Onun satışı mirvari daşlarından uzaqdır». [Zoar] soruşaraq deyir: «Onun satışı», deməli idi: «Onun qiyməti» – yəni onu almaq mirvari daşlarından daha çətindir. Nə üçün «Onun satışı» deyildi? Və cavab verir: «Çünki onunla tamamilə birləşməyənlərin və onunla barışmayanların hamısını o, satır və digər xalqların əlinə verir, necə ki deyilib: «Və İsrail oğulları Yaradanı tərk etdilər… və O, onları Sisranın əlinə təslim etdi». Və o zaman onların hamısı Tövratın sirləri və daxili hissəsi olan bu ali müqəddəs mirvari daşlarından uzaq olur və onların bunlarda payı olmayacaq».
Məlum olur ki, burada o, mükafat və cəza haqqında danışır. Yəni ruhani iş müstəvisində bunu belə izah etmək lazımdır ki, insan yuxarıdan müəyyən bir oyanış alır və bu yüksəliş vəziyyətini necə qoruyub saxlamağı bilmir, çünki o, Padşah onu müqəddəsliyə heç olmasa bir az daxil olmağa çağıranda onların dəyərini lazımınca qiymətləndirmir və o zaman müqəddəslik insanı digər xalqlara satır. Yəni digər xalqların düşüncə və istəkləri onun üzərində hökmranlıq edir. Belə çıxır ki, bir tərəfdən insan «hər şeyi Yaradan idarə edir» deməlidir, digər tərəfdən isə bu, «mükafat və cəza» xüsusiyyətindədir. Və bu, Rambamın sözlərində yuxarıda deyildiyi kimidir.