Rabaş

Ruhani işdə "Özünə qurbangahın yanında Aşera əkmə" nə deməkdir?


Ruhani işdə "Özünə qurbangahın yanında Aşera əkmə" nə deməkdir?

Məqalə 43, 1990-cı il

Yazıda deyilir: "Yaradanın, Allahın sənə verdiyi bütün qapılarında Hakimləri və təyin et ki, .. Yaradanının, Allahının qurbangahının yanında Özünə heç bir Aşera ağacı əkmə." Və müdriklərimiz izah etdilər: "Reş Lakiş dedi: 'Hər kəs ədalətsiz hakim təyin edərsə, sanki İsraildə Aşera əkir.' ... Rav Aşi dedi: 'Amma [əgər onu] müdrikin yerinə təyin edərsə, bu, sanki onu qurbangahının yanında əkmiş kimidir.'" Sitatın sonu.

Və həmçinin başa düşmək lazımdır ki, işdə "hakimlər və gözətçilər" nədir və işdə "bütün qapılarında" nə deməkdir.

Məlumdur ki, "iş" dedikdə, insanın Yaradan ilə dvekut (qovuşma) əldə etmək üçün gördüyü iş nəzərdə tutulur. Bu, insanın forma bənzərliyinə çatmasından ibarətdir, yəni "Onun xüsusiyyətlərinə qoşulmaq: O mərhəmətli olduğu kimi, sən də mərhəmətli ol". Yəni insan elə bir vəziyyətə gəlməlidir ki, yalnız öz mənfəəti haqqında deyil, Yaradanın xeyri haqqında qayğı çəksin. Və beləliklə, bütün Tövrat fərdi işdə (prat) öyrənilir. Yəni həm "İsrail" xüsusiyyəti, həm də "dünya xalqları" xüsusiyyəti, hamısı bir bədəndə öyrənilir. Yəni insan yetmiş xalqdan, günahkarlardan və salehlərdən ibarətdir. Buna görə də "məhkəmə binasına mühakimə olunmağa gələn mübahisə edən tərəflər", həm "mübahisə edən tərəflər", həm də "məhkəmə binası" kimi öyrənilir ki, bunların hamısı eyni bədənin içində yerləşir.

Və başa düşmək lazımdır ki, əgər insan Tövratı və ehkamları yalnız Yaradan xatirinə yerinə yetirmək istəyirsə, niyə bu "iş" hesab olunur, amma Yaradan xatirinə niyyət olmadan "güc sərf etmək və iş" hesab olunmur? Çünki insanın istirahəti sevməsinin səbəbi, öyrəndiyimiz kimi, kökümüzün tam sükunət vəziyyətində olmasıdır. Buna görə də hər hansı bir hərəkət edəndə, sükunətdən aldığımız zövqdən daha böyük zövq almalıyıq. Buna görə də mükafat və cəza aşkar olduqda, bu, insanın işləməyə məcbur olduğuna görə gileylənməsi demək deyil, çünki iş zamanı insan mükafat haqqında düşünür. Belə alınır ki, mükafat işi yumşaldır ki, insan iş zamanı əziyyət hiss etməsin. Bu səbəbdən görürük ki, insan dostuna demir: "Sizə görə demirəm, mən əla iş şəraiti olan tanınmış bir şirkətdə işə düzəldim." Və bu ona görədir ki, yuxarıda deyildiyi kimi, mükafat işi yumşaldır. Buna görə də iş və səy qeyd olunmur.

Buna görə də, insan Tövrat və ehkamlarla müqəddəslikdə işləmək üçün mükafat almaq məqsədilə məşğul olanda, hədəfi mükafat olmaqla yanaşı, mükafat və cəza aşkar olmadığı üçün, bu yenə də Tövratda və ehkamlarda səy göstərmək sayılır — baxmayaraq ki, bu, mükafat almaq xatirinədir və o, cəza almamaq üçün Tövratı və ehkamları pozmamağa diqqət edir. Əsas iş isə praktiki əməldən ibarət olduğundan və "əməl" açıq olan şeyə deyildiyi üçün, bu iş "açıq Tövrat" adlanır.

Və bu Tövrat ümumi dünya xüsusiyyətində öyrənilir. Ona görə də bu, bir bədəndə deyil, ümumi dünyada öyrənilir. Yəni, ümumiyyətlə, biz eyni dünyada bir çox insanı fərqləndiririk və dünyada çoxlu insanlar var. Və onların simaları bir-birinə bənzəmədiyi kimi, baxışları da bir-birinə bənzəmir. Bu vəziyyətdə biz Tövratı insanla onun yoldaşı arasında iki bədəndə öyrənirik. Eynilə günahkarlar və salehlər də buna bənzər şəkildə öyrənilir.

Lakin niyyət müstəvisində olan işdə ki, buna "ürək işi" deyilir, bu işin heç bir hissəsi üzə çıxmır və bu iş "gizli hissə" adlanır, yəni üzə çıxmayan şey. Və hətta insanın özündən də bu iş gizlidir. Çünki məhz ehkamların praktiki icrasında, əməl üzə çıxdıqda, ehkam insana aşkar sayılır. Yəni insan görür ki, o, ehkamı praktikada yerinə yetirir. Və orada demək olmaz ki, insan ehkamı yerinə yetirərkən özünü aldadır.

Lakin niyyət müstəvisində olan işdə insan həqiqəti özü görə bilməz. Yəni ola bilər ki, insan düşünür ki, onun bütün niyyətləri Yaradan xatirinədir, lakin orada şəxsi mənfəət qarışığının olub-olmadığını başa düşmək onun gücündə deyil.

Və bu, atam və müəllimimin bu sözlər haqqında dediyi kimidir: "Və Yaradanının qarşısında təvazökarcasına gəz". Və baxmayaraq ki, "təvazökarcasına gəzmək" ifadəsinin sadə mənası başqa bir bədənə aiddir, lakin iş müstəvisində "Yaradanının qarşısında təvazökarcasına gəz" onun öz bədəninə aiddir. Yəni insan "bilikdən üstün inamla" işləyəndə, buna "təvazökarcasına gəzmək" deyilir. Yəni insanın biliyi bilikdən üstün işə gəlib çıxa bilməz. Və insan yalnız bilikdən üstün gedir və onun əlində işinin düzgün yolda olub-olmadığını nəzarətdə saxlamaq və ölçmək üçün heç bir göstərici yoxdur.

Axı insan əmin olmaq istəyəndə ki, bu həqiqətdir, bunu öz ağlı və biliyi ilə araşdırır. Və o, bilikdən üstün getdiyinə görə, ona heç kim deyə bilməz ki, o, qaydasındadır ya yox, çünki onun nəzarətçisi olan insanın ağlı — onun qaydada olub-olmadığını görməli olan ağıl — heç nə görə bilmir, çünki onun işi bilikdən üstündür və özlüyündə ağıl bunu görə bilməz. Bax buna görə də bu iş belə adlanır: "Və Yaradanının qarşısında təvazökarcasına gəz", çünki onun bədəni bu işi görmür.

Buradan belə nəticə çıxır ki, insan dvekut əldə etmək üçün, yəni bütün hərəkətlərinin ətaya yönəlməsinə nail olmaq üçün işləyəndə, almaq istəyi buna müqavimət göstərir. Və o zaman insan öz hakiminə gəlir və almaq istəyinin iddialarını və əta etmək istəyinin iddialarını qaydaya salır. Və hər biri həqiqətin onun tərəfində olduğunu iddia edir. Onda bu hakim qərar verməli və kimin haqlı olduğunu söyləməlidir.

Və təbii ki, almaq istəyi öz ağlı və biliyi ilə deyir: "Burada kimin haqlı olduğunu niyə müzakirə edək?" Gedək və görək hamı nə edir. Yəni dünyada necə qəbul olunub. Bütün dünya əta etmək istəyi üçün işləyir, yoxsa almaq istəyi üçün? Axı əksəriyyətin ardınca getmək qaydası var. Dünyadakı əksəriyyət isə yalnız almaq istəyindən istifadə edir, necə ki müdriklərimiz dedilər: "Gördüm ki, yüksələnlər azsaylıdırlar". Buna görə də "İsrail" xüsusiyyəti yetmiş xalqdan biridir və əlbəttə ki, biz əksəriyyətin ardınca getməliyik.

Və həqiqətən də, bu o deməkdir ki, "İsrail xalqı xalqlar arasında sürgündədir" və onlar əksəriyyət təşkil etdikləri üçün "İsrail" xüsusiyyəti üzərində hökmranlıq edirlər. Lakin almaq istəyinin dəlilləri bununla bitmir. O gəlir və müdrik kimi mühakimə yürüdür ki, bütün dəlillər aydındır və onlara cavab yoxdur. Bu barədə Yazı deyir: "Rüşvət alma, çünki rüşvət müdriklərin gözünü kor edir". Başqa sözlə, almaq istəyi yalnız öz xeyrinə danışdığı üçün o, qərəzlidir, buna görə də həqiqəti görə bilmir, çünki onun ağlının gözləri yalnız öz şəxsi mənfəətinə baxır.

Buna görə də, insan Ali Malxutun boyunduruğunu üzərinə götürmək istədikdə, bədən soruşur: "Hansı mənfəət üçün Tövratda və ehkamlarda işləmək istəyirsən?" Və əgər o ona desə: "Yaradan xatirinə", dərhal münaqişə başlayır. Yəni əsas münaqişə niyyətlə əməl zamanı başlayır, yəni Tövratı və ehkamları hansı niyyətlə yerinə yetirmək istədiyini həll etmək. Buna görə də insan görməlidir ki, bu hakim ədalətlə mühakimə edir. Və almaq istəyi öz mənfəətini əsaslandırdığı üçün onu dinləmək olmaz, çünki o, qərəzlidir. Bu səbəbdən onun bütün ağıllı dəlilləri səhvdir, çünki "rüşvət müdriklərin gözünü kor edir".

Və həmçinin izah etmək lazımdır ki, insan kimin haqlı olduğunu mühakimə etməyə başlayanda sual yaranır: o, mühakiməni nə zaman icra etməlidir? Buna cavab gəlir: "Bütün qapılarında". Və bu, Zoar kitabında deyilənə əsaslanır: "Onun əri qapılarda tanınır". Və [Zoar] deyir: "Hər kəsin ürəyində təsəvvür etdiyinə uyğun olaraq". Çünki "qapılar" (şaarim) sözü "ölçülər" (şiurim) deməkdir. Yəni insanın müqəddəslikdə işə başladığı hər bir xüsusiyyətdə o, özü xatirinə yoxsa Yaradan naminə işlədiyini görmək üçün orada "hakimlər" müəyyən etməlidir. Yəni insanın işdə etdiyi hər şeydə o, əvvəla bu əməldən nə istədiyini, bu əməli hansı məqsədlə törətdiyini özünə hesabat verməlidir.

Və əgər o onun niyyətinin qaydada olmadığını görürsə. Yəni əgər o görür ki, o, lişma (əta naminə) niyyətində ola bilməz, o zaman onun dua etməyə yeri var. Yəni öz daxilində aşkar etdiyi bu şər, öz hakimi ilə apardığı hesablaşma nəticəsində üzə çıxır. O görür ki, hakim ədalətli hökm çıxarır, lakin bu hökmü icra edə bilmir.

Belə olan halda sual yaranır: əgər insan hakimin dediklərinə əməl edə bilmirsə, ədalətli hökmdən nə fayda var? Bu barədə "hakimlər və gözətçilər" yazılmışdır. "Hakimlər" – bu yalnız hökmdür. Yəni o, nə etməli olduğunun həqiqətini görür. Lakin icra məsələsinə gəldikdə, yəni "gözətçilər" xüsusiyyətinə gəldikdə, o görür ki, bunu icra etməyə qadir deyil.

Onda insan deyir: "İndi mən Yaradana dua edə bilərəm", – çünki görürəm ki, heç vaxt Yaradan xatirinə işləyə bilməyəcəyəm. Demək, o zaman insan ürəyin dərinliyindən Yaradanın ona kömək etməsi üçün dua ucalda bilər. Başqa sözlə, bu zaman onun xisaron adlanan bir çatışmamazlığı var ki, o, Yaradanın köməyinə ehtiyac duyur ki, ona əta etmək istəyi versin, çünki Onun köməyi olmadan onun heç bir məsləhəti yoxdur.

Və buradan bu ayəni izah etmək lazımdır: "Sənin ehkamın məni Düşmənlərimdən müdrik edir, çünki o əbədi olaraq mənimlədir". Və izah etmək lazımdır ki, "düşmənlərimdən" sözü içimdəki şər deməkdir ki, mən onların Sənin istəyini yerinə yetirməyimə necə mane olduqlarını görürəm. Çünki Yaradanın istəyi ətadır, mən isə məni həyat Mənbəyindən ayıran almaq istəyinə batmışam. Buna görə də, mən Sənin ehkamlarına əməl etsəm də, onlar yenə də yalnız müdriklik olmadan edilən əməldən ibarətdir, çünki "müdriklik" o deməkdir ki, ehkamlarda mövcuddur və onlara xoxma nuru bürünüb, "xoxma nuru" isə Yaradanın məxluqlarının həzz alması nuru adlanır ki, bu da yaradılışın məqsədidir.

Lakin yaradılışın məqsədinin nuru olan "xoxma" nurunu əldə etmək qeyri-mümkündür, hələ ki onda yaradılışın islah nuru, yəni "xasadim nuru" mövcud deyildir, bunlar isə əta edən kelimlərdir. Və insan öz düşmənlərinin, yəni almaq istəyinin necə güclü olduğunu və onun hakimiyyətindən çıxmağın qeyri-mümkün olduğunu gördüyü üçün Yaradana dua edir ki, ona əta etmək istəyi verilsin. Bunun sayəsində o, sonradan xoxma nurunu da əldə edə biləcək.

Və bu barədə deyilir: "Sənin ehkamın Düşmənlərimdən məni müdrik edir". Yəni düşmənlər onun müdriklik xüsusiyyəti- -xoxmaya layiq görülməsinə səbəb oldular. " Sənin ehkamın Məni müdrik edir" — yəni düşmənlər səbəb oldular ki, o, xeyirə və həzzə layiq görülsün, çünki yuxarıdan aldığı kömək ona hər dəfə əvvəlkindən daha yüksək pillə gətirirdi. Lakin əgər o, özündə şər olduğunu hiss etməsəydi, o zaman sahib olduğu ilə kifayətlənər və Yaradandan onu yaxınlaşdırmasını və əta edən kelimlərinə layiq görməsini tələb etməzdi, çünki xoxma almaq üçün yalnız əta edən kelimlər əlverişlidir. Belə çıxır ki, "Sənin ehkamın Düşmənlərimdən məni müdrik edir" sözlərinin mənası budur ki, ehkamlarda xoxma xüsusiyyətinin olması üçün məhz bu düşmənlər məni buna gətirib çıxardılar.

Və bu barədə deyir: "Çünki əbədi olaraq mənimlədir o". "Mənimlədir o". "O" – yəni düşmənlər, onlar həmişə məni ona gətirib çıxarırlar ki, ehkamlar xoxmasız, quru ehkamlar olmasın. Və mən buna düşmənlər sayəsində layiq görüldüm. "Mənimlədir o" o deməkdir ki, mənim digər insanlar kimi Yaradanın yolları ilə getmək imkanım yoxdur, çünki mənim düşmənlərim digər insanların düşmənlərindən daha pisdir. Bu səbəbdən mən qalxmalı və Yaradandan mənə kömək etməsini xahiş etməliyəm, çünki mən hamıdan pisəm.

Və buradan biz işdəki sınaqların mənasını başa düşə bilərik: bilməliyik ki, insan sınağa dözdü, yoxsa yox. Aydındır ki, Yaradan hər şeyi bilir. Belə olan halda, bu, insana nə üçündür? Lakin yüksəliş zamanı tez-tez baş verdiyi kimi, insan deyir: "Mənə artıq Yaradanın köməyi lazım deyil, çünki mənim inamımı əsaslandırmağım üçün nəsə var, çünki mən Yaradanı bir az hiss edirəm, buna görə də bundan sonra mən müqəddəsliyi qoruya biləcəyəm və Tövratı və ehkamları birdəfəlik yerinə yetirə biləcəyəm."

Yuxarıdan nə edirlər? Çünki yuxarıdan istəyirlər ki, insan irəliləsin və padşahın sarayına daxil olmağa aparan yola çıxsın, və orada, padşahın sarayında hamı yalnız Yaradana əta etmək üçün işləyir, insan isə yüksəliş zamanı öz ruhani işinin təməlini işdə dad hiss etməsinə əsaslanaraq qurmuşdusa və bu təməl "lo lişma"dırsa, buna görə də insanı hər hansı bir kənar düşüncəyə gətirirlər. Və o zaman insan təcrübə əldə edir ki, desin: "Yalnız əgər Yaradan mənə almaq istəyində hiss olunan hər hansı bir dad verərsə, mən Yaradanın işçisi ola bilərəm. Amma sadəcə olaraq, bilikdən üstün, yəni mənim heç bir hissiyatım olmadığı halda mən nə edə bilərəm?" Bu o deməkdir ki, "insana müəyyən bir təcrübə göndərirlər" ki, insan görsün ki, onun bütün işi almaq istəyi üzərində qurulub. Və o zaman o, Yaradanın işində özünü necə aldatdığını hiss edəcək. Və o zaman onun Yaradana dua etməyə yeri olur ki, Yaradan ona güc versin ki, o, şəxsi mənfəət üçün deyil, yalnız əta etmək üçün işləyə bilsin.

Nəticə etibarilə, hər bir eniş bir sınaqdır. İnsan sınağa dözə bilərmi, yəni insana gələn və ona müqəddəsliyin hakimiyyəti altında olub-olmadığını görməyə sövq edən düşüncəyə tab gətirə bilərmi? Yəni eniş zamanı insan görə bilər ki, yüksəliş zamanı sahib olduğu bütün bina özü üçün almaq istəyi üzərində qurulmuşdur.

Və baxmayaraq ki, eniş zamanı insan heç bir hesablamalar apara bilmir. Lakin sonra, o yenidən yuxarıdan müəyyən yaxınlaşma əldə edəndə. Və bu, insana deyildiyi kimi gəlir: "Mən Yaradanam, onların murdarlığında onlarla birlikdə olan". Yəni, baxmayaraq ki, insan hələ də özünü sevmənin hakimiyyəti altındadır, yenə də ona yuxarıdan "alidən oyanış" adlanan parıltı gəlir. Və o zaman insan özündə olan eniş vəziyyətini özü oyatmalı və düşünməlidir ki, onun eniş əldə etməsinin səbəbi nə idi və yenidən düşməmək üçün nəyi düzəltməlidir. Və insan inanmalıdır ki, onun eniş əldə etməsi ona görə baş verdi ki, onu yuxarıdan aşağı atdılar. Buna görə də o, belə alçaq vəziyyətə düşdü. O zaman o, öz üzərində işləyə bilər, islahlar edə bilər ki, yenidən düşməsin, çünki o inanmalıdır ki, eniş onun üçün bir islahdır.

Deyilənlərdən: "Özünə Aşera əkmə" sözlərini başa düşəcəyik, hansı ki, [müdriklər] izah etdilər: "Hər kim ədalətsiz hakim təyin edərsə, sanki İsraildə Aşera əkir". Və başa düşmək lazımdır ki, işdə "Aşera" nədir. Və izah etmək lazımdır ki, "Aşera", necə ki deyilir: "Və onların aşeraları yaşıl ağac üzərində". Və "onların aşeraları" (aşreyem) o deməkdir ki, "onlar xoşbəxtdirlər", yəni özləri üçün işləyirlər, yəni o hiss edir ki, o, xoşbəxtdir. Buna - insan özü üçün işləyəndə deyilir , yəni yalnız işdə özünü yaxşı hiss edəndə, o zaman Tövratda və ehkamlar da işləyə bilər.

Lakin o, yaxşı hisslər yaşamadıqda belə deyir: «Bu, o halda doğru olardı ki, mən Göylər naminə işləyərdim. O zaman deyə bilərdim ki, istənilən şəraitdə, yalnız özümü yaxşı hiss etdiyim zaman deyil, Yaradanın xidmətində ola bilərəm. Amma mən müqəddəs işlə məşğul oluram, çünki mənə deyiblər ki, Tövratın və ehkamların yerinə yetirilməsi üzərindəki işdə maddi işlə müqayisədə daha böyük bir həzz hiss etmək mümkündür».Buna görə də, əgər o, bu işdə həzz hiss etmirsə, nə üçün Tövrat və ehkamlar üzərində işləməlidir? Axı onun bütün təməli yalnız özünə olan sevgi üzərində qurulub.



Belə olan halda, ədalətli hakim təyin etmək istəyən insan nə etməlidir? Bu zaman insan niyyətə diqqət yetirməlidir, yəni həqiqət yolunda işə daxil olmaq istədiyi səbəbə. Əlbəttə ki, onda Yaradan xatirinə işləmək lazım olduğuna dair yuxarıdan oyanış olmuşdu. Və "Yaradan xatirinə" nə deməkdir? Bu zaman insan o məqsədlə işləməyə başlayır ki, Yaradan onun işindən həzz alsın. Yəni maddi dünyadakı kimi deyil ki, əgər sahibkar işçinin işini bəyənirsə, ona əmək haqqı artımı verir. Əksinə, onun mükafatı ondan ibarətdir ki, o, Yaradanı sevindirir və öz mənfəəti haqqında düşünmür. Deməli, indi təyin etdiyi hakim ona nəzarət etmək üçündür ki, insan düzgün yolla getsin, yəni göylər naminə. Və buna "qurbangah" xüsusiyyəti deyilir. Başqa sözlə, hakim ona başa salır ki, insan özünü qurbangahda qurban verməlidir. Yəni müdriklərimizin dediyini yerinə yetirmək lazımdır: "Tövrat yalnız onun uğrunda özünü öldürən kəsdə yerinə yetirilir".

Və əgər o, ədalətsiz hakimdirsə, o zaman ona başa salır ki, insan öz şəxsi mənfəətinə aid olan şeylərlə özünü təmin etməlidir. Buna "Aşera" xüsusiyyəti deyilir, necə ki: "Və onların aşeraları" – yəni xoşbəxtdirlər deyildi, – bununla da nəzərdə tutulur ki, Aşeranın bütpərəstliyi həmişə bədənin nə ilə həzz ala biləcəyinə baxmaqdan ibarət idi və onların Yaradanda həzz olub-olmaması ilə maraqlanmırdılar, həmişə öz mənfəətlərinə baxırdılar.

Lakin Aşera ilə ümumi kütlənin (klal) xüsusiyyəti arasında fərq var. Yəni o insanlar üçün ki, onların işi praktiki xarakter daşıyır, lişma niyyəti haqqında ümumiyyətlə düşünmürlər, necə ki Rambam demişdi ki, "qadınları, azyaşlıları və bütün savadsız kütləni yalnız qorxudan və mükafat almaq üçün işləməyə öyrədirlər, nə qədər ki ağılları artmayıb və daha böyük müdrikliklə dolmayıblar, onlara bu sirri çox tədricən açırlar"

Belə insanlar üçün biz izah etməliyik: "Hər kim ədalətsiz hakim təyin edərsə, sanki İsraildə Aşera əkir". Yəni hakim, yəni o nəsə etmək istədikdə və ürəyində hakim tələb etdikdə, insan ehtiyatlı olmalıdır ki, onun hakimi qərəzli olmasın, əks halda o, ona ədalətli hökm çıxarmaz. Buna "İsraildə Aşera əkir" deyilir ki, bu da bütpərəstlik deməkdir.

Axı əgər hakim rüşvətxordursa, o, törədilməsinə icazə verəcəyi hər hansı bir cinayətə yol verə bilər, "çünki rüşvət müdriklərin gözünü kor edir". Buna deyilir: "Sanki İsraildə Aşera əkir". Yəni yalnız ehkamların əməlləri ilə məşğul olan, lakin ehkamlardakı niyyətlə məşğul olmayan İsrailin ümumi kütləsi xüsusiyyətində. Yəni Yaradan naminə niyyətə çalışmaqda maraqlı deyillər və deyirlər ki, bu iş seçilmişlərə məxsusdur.

Və indi başa düşmək olar ki, o orada nə üçün deyir: "Rav Aşi dedi: 'Amma [əgər onu] müdrikin yerinə təyin edərsə, bu, sanki onu qurbangahın yanında əkmiş kimidir'". Və başa düşmək lazımdır ki, Rav Aşi müdrikin yerinə dedikdə bizə nə əlavə edir ki, o, sanki qurbangahın yanında Aşera əkmiş kimidir. Halbuki, əgər müdrikin yerinə deyilsə – bu, yalnız sanki İsraildə Aşera əkmiş kimidir. Və fərqin nədən ibarət olduğunu başa düşmək lazımdır.

Və izah etmək lazımdır ki, klal — ümumi kütlə xüsusiyyətində işləyənlərlə hansı fərq var. Onlar haqqında dedi ki, "sanki İsraildə Aşera əkmiş kimidir", bununla İsrailin ümumi kütləsi olan -klal İsraeli nəzərdə tutur. Lakin "müdrikin yerinə [hərfi: müdrik şagirdinin yerinə]" isə "müdrik şagirdi" olmaq istəyənlərə aiddir, necə ki Baal Sulam izah etmişdi ki, "müdrik şagirdi" dedikdə, bütün dünyaya əta edən "Müdrik" adlanan Yaradanın şagirdi olmaq istəyən şəxs başa düşülür. Və insan da əta edən olmağa layiq görülmək istəyir, yəni lişma naminə niyyət qazanmaq ilə işləyir və onun hakimi, əgər o ədalətlidirsə, ona məsləhət görür ki, özünü qurbangahda qurban versin. Əgər o ədalətsizdirsə, o zaman ona yalnız [öz] mənfəəti üçün [hərəkət etməyi] məsləhət görür, bu da "xoşbəxtdirlər" deməkdir, və buna görə də deyilir: "Amma [əgər onu] müdrikin yerinə təyin edərsə, bu, sanki qurbangahın yanında Aşera əkmiş kimidir".