<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani işdə “Yer titrədi və sakitləşdi” nə deməkdir

Ruhani işdə “Yer titrədi və sakitləşdi” nə deməkdir 

Məqalə 33, 1990

Müdriklər Şabat traktatında (səh. 88, a) dedilər: «Ravvin Xizkiya “Göydən hökm eşidilir, yer titrədi və sakitləşdi” yazılan barədə dedi: əgər titrədisə, niyə sakitləşdi? Və əgər sakitləşdisə, niyə titrədi? Lakin əvvəlcə titrədi, axırda isə sakitləşdi. Bəs niyə titrədi? Necə izah ki edilir: “Və axşam oldu, və səhər oldu – altıncı gün”. Artıq olan hey hərfi nə üçündür? Və öyrənirik ki, Yaradan varlıqları yaradarkən (Maase Bereşit) İsrail xalqını seçim qarşısında qoydu – Tövratı qəbul etsinlər, ya yox. Əgər qəbul etsələr, mövcud olacaqlar, əgər yox, onları yenidən zülmətə və xaosa qaytaracaq».

Və əvvəlcə başa düşmək lazımdır ki, “Yaradan əvvəlcə yaratdı” (Maase Bereşit) nə deməkdir. Və bu, ondan asılıdır ki, əgər İsrail xalqı Tövratı qəbul edərsə, bu yaxşıdır. Əgər yox, O, onları yenidən zülmətə və xaosa qaytaracaq. Və əvvəlcə başa düşmək lazımdır ki, “Maase Bereşit” nədir. Görürük ki, bütün yaradılış əməlini “arets”, yer adlandırırlar. Necə deyilib, yer titrədi və sakitləşdi. Əgər belədirsə, “arets”, məhz yer sözünün bizə nə dediyini başa düşmək lazımdır. Və deyilib ki, “Əvvəlcə Yaradan göyü və yeri yaratdı”. Əgər belədirsə, onda niyə yaradılış əməlini (Maase Bereşit) yalnız arets, yer adı ilə adlandırır? Necə ki, deyilib: yer titrədi və sakitləşdi.

Və yaradılış əməlini izah etmək lazımdır, burada ilkin niyyət nəzərdə tutulur, aləmlərin yaradılmasının ilkin niyyəti, necə ki deyilib, yaradılışın məqsədi Yaradanın məxluqları həzzləndirmək istəyi idi. Maase Bereşitin izahı budur. Yəni bu, əməlin məqsədidir – məxluqların xeyir və həzzi qəbul etməsi üçün.

Və həzzin kamil olması üçün, yaradılanların həzzi alarkən utanc hissi keçirməməsi üçün, ixtisar (tsimtsum) adlanan bir islah (tikun) yaradıldı ki, şəxsi mənfəət naminə alma arzusu olan yerdə nur parıldamasın. Ora həzz nuru gəlmir; yalnız yaradılanlar özlərini islah etdikdən sonra gəlir ki, onlarda əta etmək naminə niyyət olsun.

Və belə çıxır ki, əgər məxluqlarda əta etmək niyyəti yoxdursa, onlarda həzz də olmayacaq. Çünki hər necə olsa da, bütün yaradılış əməli, yəni yaradılışın məqsədi həzzləndirməkdir, lakin bunu qəbul edə biləcək kəs olmayacaq. Və onda yaradılışın bütün məqsədi (Maase Bereşit) ləğv olunur. Və buna uyğun bizə aydındır ki, əgər əta etmək naminə niyyətə malik olan olmayacaqsa, bu, yaradılış əməlinin ilkin zülmətə və xaosa qaytarılması adlanacaq.

Lakin başa düşmək lazımdır ki, İsraillə əlaqə nədən ibarətdir. Əgər İsrail Tövratı qəbul edirsə, yaradılış əməli gerçəkləşir, əgər yox, onda deyilənə görə ləğv olunur, çünki Yaradan onlara xeyir və həzz vermək istəyir, buna görə də onların almaq arzusunun islahına ehtiyac var ki, bu əta etmək naminə olsun. Bəs əta etmək naminə islahın bunun vasitəsilə Tövratı ala bilmələri ilə nə əlaqəsi var?

Cavab müdriklərimizin dediyi kimidir, Yaradan buyurmuşdur: «Mən şər başlanğıcı yaratdım və Tövratı da onun üçün bir ədviyyat olaraq var etdim». Aydındır ki, nuru varlıqları Yaradana qaytaran Tövratın köməkliyi ilə, özün üçün alma arzusunu əta etmə arzusuna dəyişmək mümkün olacaqdır.Belə çıxır ki, Tövrat olmadan – yoxdan var edilmiş (yeş mi-ayin) yaradılışın, yəni alma qablarının (kelim) üzərində ixtisar (tsimtsum) və gizlənmə hökm sürür. Və o zaman Yaradanın nuru alma keliminin daxilinə daxil ola bilmir.

Beləliklə, yaradılışın məqsədi olan xeyir və həzzi qəbul edə biləcək (kelim) ixtisarın nəticəsində mövcud olmadıqda, yaradılış fəaliyyəti – yəni yaradılanların həzz alması prosesi ləğv olunur. Və bu islahat Tövratın və əmrlərin yerinə yetirilməsindən gəlir. Məhz o zaman, ixtisarın yerinə ruhani bolluq yenidən aşkar olur.

Lakin bundan belə çıxır ki, əgər insan artıq öz kelim-inin islahına gəlibsə, yəni artıq onda əta etmək naminə alan kelim varsa, onda Tövrat ona nə üçün lazımdır? Axı o artıq hər şeyi səmalar xatirinə necə etmək barədə bütün məsləhətləri alıb.

Cavab bundadır ki, məlumdur, “Zoar” kitabında 613 ehkam (“Zoara giriş”, səh. 242, 1-ci bənd) 613 göstəriş adı ilə 613 məsləhət adlanır. Və bunlar yaradılışın islahına gəlmək, yəni əta etmək arzusuna çatmaq üçün məsləhətlərdir ki, bunun vasitəsilə Yaradanla xüsusiyyət bənzərliyi əldə olunsun. Onda ixtisar və gizlənmə yox olar. Və bu, müdriklərin “Mən şər başlanğıcı yaratdım və Tövratı ədviyyat kimi yaratdım” dedikləri islahdır.

Və insan “ədviyyat” səviyyəsini dərk etdikdən sonra, 613 ehkam 613 əmanət adlanır. Hər bir ehkamda xüsusi bir nur var, sanki əmanət kimi, insanın onu qəbul etməyə qadir olan kli-si olacağını gözləyir. Onda insana orada əmanət kimi olan, lakin ala bilmədiyi hər şey verilir, çünki onun üzərinə ixtisar və gizlənmə qoyulmuşdu.

Deyilənlərdən belə çıxır ki, yaradılışın məqsədi – 613 əmanət xüsusiyyətləridir ki, məxluqlar yaradılışın islahına çatana qədər orada saxlanılır və yalnız o zaman yaradılışın məqsədinə çatacaqlar. Bəs yaradılışın islahına necə çatmaq olar, yəni hamıda ruhani arzular olsun və onları əta etmək naminə yönəldə bilsinlər? Bu, 613 ehkamın məsləhətlər şəklində olması sayəsindədir. Bəs bu məsləhətlər nədir? Bu, yazıldığı kimi, “Tövratın nuru Mənbəyə qaytarır” deməkdir.

Və bilmək lazımdır ki, məsləhətlər adlanan 613 ehkamda məsləhət o zaman verilir ki, insan nəyəsə çatmaq arzusu daşıyır, amma bunu necə edəcəyini bilmir. Bu insan buna necə çatmağın məsləhətlərini axtarır. Buna görə insan Tövratı və ehkamları yerinə yetirəndə, bədən insandan soruşur: sən Tövratı və ehkamları nə üçün yerinə yetirirsən? Onda insan cavab verir ki, o, mükafat və cəzaya inanır. Buna görə də mükafat almaq və cəza almamaq üçün Tövratı və ehkamları yerinə yetirir. Lakin mükafat və cəza məsləhət sayıla bilməz. Çünki məsləhət – nəyəsə necə çatmağın vasitəsidir.

Belə çıxır ki, məsləhətlər bir şeydir, məsləhətlərin köməyi ilə alınan isə başqa bir şeydir. Deməli, Tövratı və ehkamları mükafat almaq üçün yerinə yetirən insan haqqında demək olmaz ki, bunlar mükafat almaq üçün məsləhətlərdir. İş zəhmət adlanır. Mükafat isə ödəniş adlanır. Bu o demək deyil ki, iş ödəniş üçün məsləhətdir. Bu, daha çox mübadilə kimidir: işçi sahibinə öz əməyini verir, bunun müqabilində isə sahib ona pul ödəyir.

Əgər belədirsə, onda 613 eytin (məsləhət) nə deməkdir? Axı məsləhətlərin mənasını belə izah etmək olar: bu o zaman baş verir ki, insan Yaradanla qovuşmağa (dvekut) layiq görülmək istəyir, yəni özünün bütün səylərini öz mənfəəti üçün çalışmağa deyil, Yaradana həzz verməyə yönəldir. Lakin insan elə bir təbiətlə doğulur ki, şəxsi mənfəət olmadan hansısa bir şeyi necə etməyin mümkün olduğunu ümumiyyətlə anlaya bilmir. Və insan bu təbiətin hökmranlığından çıxmaq istəyir, lakin görür ki, nə vaxt öz mənfəəti naminə olmayan bir şey etmək istəsə – bu onun gücü daxilində deyil. Və məhz o zaman insan arzuladığına necə nail olmaq barədə məsləhətlər axtarır.

 

Bədən iddia edir ki, dünya belə bir qaydaya tabedir ki, biri başqası üçün nəsə edəndə, bunun qarşılığında mükafat alır. Amma burada insan özü üçün deyil Yaradan üçün işləməyə başlayanda, bədən hər dəfə daha böyük müqavimət göstərir. Belə çıxır ki, insan Tövrat və ehkamların köməyi ilə özü üçün faydadan imtina edir, yəni öz bədəninin xeyri üçün işləmir. Bəs bədən ona özünü ləğv edərək işləmək üçün necə qüvvə verə bilər? Bu, sanki insan onu öldürmək istəyənə kömək edir. Məgər bütün dünyanın getdiyi yol budurmu – səni öldürən qatillə əməkdaşlıq etmək? Və insanda nə qədər qüvvə varsa, bədən ona müqavimət göstərəcək. Buna görə də insan öz bədəninə: “Mən səni öldürmək istəyirəm”deyəndə, – o, şübhəsiz ki, buna qarşı olacaq.

Və müdriklərin dediyi kimi, Davud bu barədə demişdir: «Və qəlbim içimdə boşdur», – yəni o, öz şər başlanğıcını orucluqda öldürdü. Əgər belədirsə, insanın bədəni onun əta etmək niyyəti ilə işləmək istəyinə bütün gücü ilə müqavimət göstərir, onda insan eqoizmin hakimiyyətindən, yəni özü üçün almaq arzusu adlanan şeyin hakimiyyətindən necə çıxmaq barədə məsləhətlər axtarır.

Belə çıxır ki, yalnız insan əta etmək niyyəti ilə işləmək istəyəndə məsləhətlərə ehtiyac duyur. Bu barədə deyilib ki, 613 ehkam – bu, 613 məsləhətdir, yəni şərin hakimiyyətindən çıxmaq üçün məsləhətlərdir. Və onda əgər insan Tövratı öyrənirsə, o özünü elə yönəltməlidir ki, yerinə yetirdiyi Tövrat və ehkamlar ona şər başlanğıcın hakimiyyətindən çıxmağa kömək etsin. Və onda onun hər şeyi əta etmək niyyəti ilə etmək üçün qüvvəsi olacaq. Çünki onda Tövratı öyrənərkən, Tövratın nurunun onu Mənbəyə qaytarmasını istəyəcək. Və onda ona, yazıldığı kimi, Yaradanın dediyi lazımdır: «Mən şər başlanğıcı yaratdım və Tövratı ona ədviyyat [islah vasitəsi] kimi yaratdım». Və belə çıxır ki, bu vəziyyətdə onun yerinə yetirdiyi Tövrat və ehkamlar onun üçün yalnız məsləhət kimidir.

Və indi, insan Tövrat və əmrlərin məsləhətləri vasitəsilə altrüist arzulara kelimə layiq görüldükdən sonra, o, bunların yerinə yetirilməsi ilə nə etməlidir; axı o, artıq onlara məsləhət qismində ehtiyac duymur? Belə bir qayda məlumdur ki, məsləhətlər yalnız insanın can atdığı, lakin nəyi necə əldə edəcəyinə dair məsləhətlər tapana qədər nail ola bilmədiyi o arzulanan məqsədə gəlib çıxmağa kömək edir. Və burada belə bir sual yaranır: onun istədiyi nədir? Yəni, onun nail olmalı olduğu bu məqsəd nədir?

Buna sadə cavab var. Məqsəd budur ki, insan məqsədə necə çatmağı öyrədən məsləhətləri hansı niyyətlə yerinə yetirir və insan hansı məqsədə çatmalıdır. Buna görə də demək lazımdır ki, insan artıq özü üçün fayda naminə işləmədiyinə və artıq özünə sevgi hökmranlığından çıxmağa layiq olduğuna görə, indi onun vəzifəsi Yaradanın niyyətinə çatmaqdır, Onun istəyi isə məxluqları həzzləndirməkdir ki, onlar xeyir və həzzi qəbul etsinlər.

Və belə çıxır ki, 613 məsləhətin köməyi ilə insan Yaradanın niyyətinə gəlir-Yaradanın məxluqları həzzləndirmək istəyinə. Bu barədə “Zoar” kitabında deyilir ki, xeyir və həzz – bu, 613 əmanətdir. Yəni hər bir ehkamda xüsusi bir nur var, sanki əmanət kimi, o ehkamda olan əmanəti qaytarmaq vaxtı gələnə qədər gözləyir. Necə ki, deyilir, hər bir ehkamda xüsusi bir nur var və bu, ehkam haqqında budaq və kök kimi danışır.

Və belə çıxır ki, insan artıq 613 məsləhətə çatdıqda, o, 613 əmanəti yerinə yetirir. Buna görə də sonradan yeni bir qayda olur ki, Tövrat “Yaradanın adları” adlanır və bu, Tövrat, İsrail və Yaradan – bir bütöv adlanır.

Belə çıxır ki, Tövrat və ehkamlarda çoxlu səviyyələr var, amma əsasən onlar üçdür.

1.«Lo lişma».

2.«Lişma» – hər bir əməl əta etməyə yönəldikdədir və onda insan üçün 613 ehkam artıq 613 məsləhət kimidir.

3.İnsan yaradılışın məqsədinə gəlməyə layiq olduqda, çünki Onun istəyi məxluqları həzzləndirməkdir. Və onda 613 ehkam onun üçün 613 əmanət kimidir.

613 məsləhət – «lişma» xüsusiyyətinə necə çatmaqdır, 613 əmanət isə «Tövratın sirlərinin aşkarlanması» adlanır.

Lo lişma səviyyəsi də bir neçə yerə bölünür:

1.Özü üçün Tövrat öyrənən, bu səviyyə «Tövrat onun üçün ölüm zəhərinə çevrilir» adlanır.

2.Onu «rebbe» adlandırsınlar deyə öyrənən.

3.Və bu iki səviyyə insanlar üçün yerinə yetirilir, Yaradan üçün yox.

4.«Bu dünyada» ona mükafat olsun deyə.

«Gələcək dünyada» ona mükafat olsun deyə.

Və bu iki səviyyə Yaradan naminə yerinə yetirilir. O istəyir ki, Yaradan ona mükafat versin. Əvvəlki iki səviyyədə isə onun almaq istədiyi mükafat ona bənzər insanlardan gəlir. Yəni o elə öyrənir ki, yoldaşları onu «rebbe» adlandırsınlar, bunların hamısını o insanlardan almaq istəyir, Yaradan’dan yox.

Yuxarıda deyilənlərdən soruşduğumuzu izah etmək olar. 1. Niyə Maase Bereşit yer (arets) adlanır. Yazılıb: «Əvvəldə Yaradan göyləri və yeri yaratdı». Cavab. Yer (arets) Malxut adlanır. Və müdriklər dedilər: «Niyə ona arets deyildi?» Çünki o, Yaradanının istəyini yerinə yetirmək istədi.

Ümumiyyətlə biz yalnız iki şeydən danışırıq: nur (or) və nuru alan  (kli). Həzz gətirən bütün nur göylər, onu alanların hamısı isə yer (arets) adlanır.

Buna görə də yazılıb: «Yer titrədi və sakitləşdi». Və biz ruhani işdə yerin titrədiyini və sakitləşdiyini deyəndə, izah etmək lazımdır ki, «arets» arzu adlanır. Arzu insanın qəlbində olduğuna görə – titrədi. Bəs titrəmək nədir?

Nuru alan kli «arets» adlandığına və insanın qəlbi «arets» adlandığına görə, yaradılışın məqsədi – məxluqları həzzləndirmək – insanın qəlbində aşkarlanmalıdır, buna görə də onun qəlbi «almaq arzusu» adlanır. Lakin özü üçün almaq arzusu üzərində ixtisar (tsimtsum) və gizlənmə var, ali nur ora daxil ola bilmir. Onda necə mümkündür ki, yaradılışın məqsədi olan məxluqları həzzləndirmək  məxluqlara gəlsin, əgər bütün yaradılış özü üçün almaq arzusudursa?

Və bu, Tövratın köməyi ilə mümkündür, necə deyilib: «Mən şər başlanğıcı yaratdım və Tövratı ona ədviyyat kimi yaratdım», – elə ki, Tövrat və ehkamlarla niyyətlə məşğul olanlar bunun vasitəsilə əta etmək arzusuna layiq olsunlar. Lakin buna qarşı qorxu adlanan bir xüsusiyyət var, o mənada ki, bu, insanın təbiətinə ziddir. Əgər belədirsə, onda hər şeyi əta etmək niyyəti üçün edə bilməmək və məxluqlara açılmalı olan yaradılışın məqsədinə çata bilməmək qorxusu yaranır. Bu o deməkdir ki, burada iki tərəf var.

1.Ola bilər ki, Tövratın öyrənilməsini elə yönəldə bilməyəcək ki, onda əta etmək arzusu yaransın, çünki onun bədəni əlindən gələni edəcək və yerinə yetirdiyi Tövrat və ehkamları onu islah etmək niyyəti ilə yönəltməyə imkan verməyəcək. Və onda yad fikirlər olacaq – Tövrat və ehkamları niyə yerinə yetirməlidir. Və bütün bunlar bədənin ruhani işə qarşı olmasındandır.

2.Qorxu bundan ibarətdir ki, «Maase Bereşit» – Yaradanın məxluqu həzzləndirmək niyyəti – ləğv olunacaq və həzzi qəbul edən olmayacaq. Əgər belədirsə, onda yaradılışın məqsədi heç vaxt həyata keçməyəcək. Və «yer titrədi» sözünün mənası budur. Yəni ümumi arzu arets adlanır və həmçinin hər biri ayrıca arets adlanır, çünki insanın qəlbi arzu, ratson adlanır.

Və əvvəl deyilənlərdən anlamaq olar ki, Yaradanın yaradılışı var edərkən qoyduğu, «əgər İsrail Tövratı qəbul edərsə – mövcud olacaq» şərti nə deməkdir. Yəni, yalnız Tövratın bir islahat qismində yerinə yetirilməsi Yaradanla xüsusiyyət bərabərliyinə gətirib çıxaracaq və o zaman Yaradan tərəfindən hazırlanmış bütün həzz varlıqlara aşkar olacaqdır ki, bu da elə yaradılışın məqsədi idi.

Lakin niyə məhz «göylər» deyil, yer qorxu keçirdi? Çünki qorxu yalnız alanlarda (kelim) yaranır ki, onlar, ola bilsin, [həzzi] qəbul edə bilməyəcəklər; göylər (şamayim) adlanan nurda isə Yaradandan bəhs edilir və orada qorxu yoxdur, çünki O, Öz istədiyinin yerinə yetiriləcəyini bilir. Yəni bütün qorxular – yalnız «arets» (yer/dünyəvi) adlanan alanlara münasibətdədir.

Və izah etmək lazımdır ki, əta etmə arzusuna layiq görülməyin qeyri-mümkün olacağına dair keçirilən o qorxu sayəsində – onlar Tövratın köməkliyi ilə bu arzuya layiq görüldülər və buna görə də yer «sakitləşdi».