<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani işdə-Salehlərin Xeyirxah Əməlləri «bəhrələridir» —  nə deməkdir?

5. Ruhani işdə-Salehlərin Xeyirxah Əməlləri «bəhrələridir» —  nə deməkdir?

Məqalə № 5, 1991

Raşi müdriklərimizin «Bunlar Nuhun bəhrələridir; Nuh saleh bir adam idi» sözlərini gətirir. Niyə oğullarının — Şem, Xam və Yafetin  adlarını çəkmir və «Bunlar Nuhın bəhrələridir; Nuh saleh bir adam idi» deyir? Salehlərin bəhrələri, əsasən, xeyirxah əməllərdir deyə səni öyrətmək üçündür.

Və «salehlərin bəhrələri xeyirxah əməllərdir»  məlumatı başqaları üçündür və ya  elə salehlərin özlərinin bilməsi üçün olduğunu anlamaq lazımdır.Məlumdur ki, əməldə biz hər şeyi bir insanın daxilində öyrənirik . Belə çıxır ki, «salehlərin bəhrələri xeyirxah əməllərdir»-i qalan adamların bilməsi də eyni bədən daxilindədir. Yəni, salehin özünün bilməsi gərəkdir ki, onun bəhrələri xeyirxah əməllər olmalıdır. Biz bunu elə salehin özünə münasibətdə bilməliyik: bu məlumat əməldə ona nə əlavə edir?

Bunu anlamaq üçün əvvəlcə bilməliyik ki, əməldə xeyirxah əməllər və şər əməllər nədir. Xeyirxah əməllər — o deməkdir ki, Tövrat və Ehkamların (ehkamlar/xeyirxah əməllər) icrasında biz praktik icranı fərqləndirməliyik — insan Tövrat və Ehkamları praktikada yerinə yetirir, yəni Yaradan’a inanır, Onun Ehkamlarını saxlayır və Tövrata vaxt ayırır. Lakin niyyətə — yəni kimin naminə işlədiyinə fikir vermir: özü üçünmü, Tövrat və Ehkamları yerinə yetirdiyinə görə mükafat alsın deyəmi, hansı ki,«öz faydası üçün» adlanır, yoxsa Yaradan naminəmi işləyir yəni mükafat almaq üçün deyil.

Bunlar arasındakı fərq odur ki, insan öz faydası üçün işləyir və hələ özü üçün almaqda batıbsa, bu almaq üzərinə Tsimtsum (ixtisar) və gizlənmə qoyulub. Yəni yaradılışın məqsədi olan «məxluqlarına xeyir etmək» baxımından, o, həzz və zövqü qəbul edə bilmir. Belə çıxır ki, niyyəti öz faydası olan əməllərə «şər əməllər» deyilir, çünki bu əməllər onu həzz və zövqü almaqdan uzaqlaşdırır. Deməli, insan əməllər edəndə qazanmalıdır, amma burada uduzur, çünki Yaradan’dan ayrılır.

Əgər insan hər şeyi Yaradan naminə edirsə ,yəni Yaradan həzz alsın deyə və o zaman Yaradanla Dvekuta (qovuşmaya) aparan xətt və yolla gedirsə, bu da «formaca oxşarlıq» adlanır. Formaca oxşarlıq olanda Tsimtsum və gizlənmə ondan götürülür və insan yaradılışın düşüncəsində olan  «məxluqlarına xeyir verməyə» — həzz və zövqə layiq olur. Bu səbəbdən insanın Yaradan naminə etdikləri «xeyirxah əməllər» adlanır, çünki bu əməllər onu xeyirə layiq olmağa aparır.

Yuxarıda deyilənlərdən belə anlayırıq: saleh bilməlidir ki, salehlərin bəhrələri xeyirxah əməllərdir. Bəhrələr «meyvə» adlanır — yəni əvvəlki halın nəticələri. Bu, «səbəb və nəticə» yaxud «ata və nəsil» adlanır. Belə çıxır ki, bir insan Tövrat və Ehkamları yerinə yetirir və saleh olmaq istəyir — o, necə bilə bilər ki, salehdir ya yox, müdriklərimizin dediyi kimi (Braхot 61): «Rabba dedi: ‘İnsan qəlbində bilsin ki, salehdir yoxsa günahkar.’» Bəs bunu insan necə bilsin?

Buna görə deyiblər: «salehlərin bəhrələri xeyirxah əməllərdir». Əgər insan görürsə ki, Tövrat və Ehkam ilə məşğuliyyəti onda xeyirxah əməllər doğurur — yəni yerinə yetirdiyi Tövrat və Ehkam onu hər şeyi Yaradan naminə verməyə gətirir— bu, onun saleh olduğuna işarə sayılır.

Amma əgər onun yerinə yetirdiyi Tövrat və Ehkama onda xeyirxah əməllər bəhrələrini deyil, şər əməlləri doğurursa — yəni yalnız öz faydası üçün işləyir və onu Yaradan naminə xeyirxah əməllər etməyə gətirmirsə — onda o, «saleh» kateqoriyasına girmir, Tövrat və Ehkamları bütün detalları və dəqiqlikləri ilə yerinə yetirsə belə. Lakin bu, yalnız əməldə belədir. Ümumi camaat üçün bütün dəqiqliklə Tövrat və Ehkamları saxlayan saleh sayılır.

Buna görə ayə barəsində — «Nuh saleh bir adam idi, bəhrələrində kamil idi» — Raşi müdriklərimizin sözlərini gətirir: «Bəziləri onu tərif edir, bəziləri məzəmmət edir». Niyə tərif edirlər və niyə məzəmmət edirlər — yəni həqiqət hansı olduğunu anlamalıyıq.

Əməldə, hər şey bir insana aid edildikdə, bəhrələr də bir neçə bədənə deyil, müxtəlif zamanlarda bir bədənə aiddir. Buna görə «tərif və məzəmmət» nə deməkdir? «Zoar Kitabına Giriş»in 140-cı bəndində yazılıb: «“Gündən günə nitq axıdar, gecədən gecəyə bilik aşkar edər.” Xeyir və şərin idarəsi bizə tez-tez yüksəlişlər və enişlər gətirir. Bilməlisən ki, hər bir yüksəliş böyük eniş səbəbindən,ayrı bir gün sayılır, çünki başlanğıca baxanda, yüksəliş zamanı o, yeni doğulmuş uşaq kimidir. Buna görə də hər bir yüksəliş xüsusi bir gün sayılır, eynilə, hər bir eniş xüsusi bir gecə sayılır. İslahın sonunda onlar məhəbbətdən dönüşə layiq olacaqlar, çünki almaq kelimlərinin islahını tamamlayacaqlar ki, yalnız Yaradan’a məmnunluq vermək naminə işləsinlər və yaradılış düşüncəsinin bütün böyük həzz və zövqü bizə aşkar olsun. O zaman aşkar görəcəyik ki, enişlər vaxtındakı bütün cəzalar — günahlar — gerçəkdə savablara çevriləcək. Və budur, ‘Gündən günə nitq axıdar.’»

Yuxarıda deyilənlərə əsasən «Nuh saleh bir adam idi, bəhrələrində kamil idi» kəlamını belə anlamalıyıq ki, burada həm tərif, həm də məzəmmət olmalıdır və hər ikisi doğrudur. Başqa sözlə, «bəhrələrində» cəmdə yazılıbsa, deməli nəsil bir neçə intervala bölünüb. Buna görə də çox nəsil var. Bu, əməl zamanı onda yüksəlişlər və enişlər olanda mümkündür; deməli, onlar bir neçə nəslə bölünüb.

Belə çıxır ki, eniş vaxtı məzəmmət sayılır, «Sulam»da dedildiyi kimi, bəzən «başlanğıcı düşünmək» halına gəlirik. Bundan şər məzəmmət yoxdur. Belə çıxır ki, məzəmmətlər enişlərə aiddir. Həm də təriflər var — yəni yüksəliş vaxtları. Bu, tərifdir, çünki o zaman onun müqəddəslik  ilə əlaqəsi var.

«Kamil» — o deməkdir ki, bütün bəhrələr mükəmməliyə  çevrilib, buna «kamil» deyilir. Başqa sözlə, o, islahın sonuna layiq olub — yəni alma kelimlərinin islahını «vermək naminə almaq» halına çatdırıb. Belə çıxır ki, bəhrələrin çoxluğu aralarında intervallar — yəni enişlər olanlar islah olunub və o, öz bəhrələrində kamil olub. Budur, məzəmmət və tərifin mənası — hər ikisi doğrudur və hər ikisi «bəhrələrində kamil» deyilən bir məsələdə tam olur.

Lakin çox vaxt Tövrat və Ehkamları praktikada yerinə yetirənlərin elə yüksəliş və enişləri olmur ki, «başlanğıcı düşünmək» halına çatsınlar, çünki almaq istəyini zədələmək istəmədikləri halda  bədən işə o qədər də etiraz etmir. Buna görə də bu adamlar özlərini kamil sayırlar. Tövrata baxanda özlərində elə də şər görmürlər — az-çox yaxşı görürlər.

Bu, «Tövratın Ayin [göz/yetmiş] üzü» adlanır — yəni burada iki fərqləndirmə var:

  1. Dar-göz Tövrata üz tutur. Yəni Tövratı xesed (mərhəmət)də dar olan «dar-göz» tərzində yozur. Başqa sözlə, o, öz faydasından artıq bir şeyi necə anlasın? Bu səbəbdən Tövratı elə yozur ki, öz faydasına zərər gəlməsin. Müdriklərimizin dediyi kimi (Avoda Zara 19): «İnsan yalnız qəlbinin istədiyi yerdə öyrənər.» Yəni əgər o, dar-gözdürsə, Tövratın Ayin üzü özünü sevməni doğuracaq bir tərzdədir.
     
  2. Bərəkətli Ayin var, yazıldığı kimi: «Xeyir-gözlü bərəkətlənəcək.» Bu, o deməkdir ki, xeyir-göz — verməyi sevən — dar-gözün əksidir; çünki o, vermək naminə işləmək istəyir. O, Tövrata baxanda görür ki, Tövratın hər yerində insan vermək naminə işləməlidir. Bu, «olduğu yerdən öyrənmək» sayılır. Başqa sözlə, o, görür ki, yalnız vermək naminə işləmək gərəkdir. Belə çıxır ki, xeyir-göz xesed adlanan bərəkətlərə ,yəni Dvekuta layiq olur. Bununla da, sonradan yaradılış düşüncəsində olan həzz və zövqə layiq olur.
     

Belə çıxır ki, insan çalışmalıdır ki, Yaradan’ın ona kömək edib «vermək arzusu» adlanan ikinci təbiəti verməsi üçün ehtiyacı əldə etsin. Lakin hər kəs əvvəlcə mükafatı, sonra işi istəyir. Yəni hər kəs əvvəlcə ona vermək istəyinin verilməsini istəyir , halbuki hələ bu arzunun ona gərək olduğunu anlamır ,ancaq eşidib ki, işə görə alınan mükafat yuxarıdan ona vermək istəyinin verilməsidir. Buna görə bu arzunun verilməsini istəyir, ancaq niyyəti — onu əldə etmək üçün işləməsin deyədir.

Lakin Kli olmadan nur olmaz. Yəni insan əvvəlcə buna arzu və ehtiyac əldə etmək üçün zəhmət çəkməlidir, çünki xisaron olmadan dolum olmaz. Buna görə insan hər dəfə enişləri qəbul etməlidir — çünki enişlər vasitəsilə Yaradan’ın ona kömək etməsi və ondakı öz xeyrinə alma istəyinə qalib gəlməsi üçün ehtiyac əldə edir ki, vermək istəyinə layiq olsun.

Buna görə biz Yaradan’dan istəyirik ki, bizə vermək istəyini versin ki, Yaradanla Dvekuta sahib ola bilək. Öz tərəfimizdən isə biz öz xeyrinə alma istəyimizə qalib gəlib onu ram etməyə qadir deyilik ki, özünü ləğv edib bədəndə vermək istəyinin hakim olmasına yer versin.

Duanın qaydası yazıldığı kimidir: «Atamız,mühakimədarımız, biz naminə olmasa,Sənin naminə et,.» Bu ifadə qarnurlıq doğurur. Adətən, birindən xeyir istəyəndə ona deyirik: «Mənim üçün bir xeyir et — yəni sənin naminə. Əgər mənə xeyir etməyi öz faydan üçün istəmirsənsə, onda yalnız mənim faydam üçün et.»

Ancaq əgər o, özünə də faydalı olacaqsa belə, kömək etmək istəmirsə, onda heç bir fayda götürməyəcəksə, xeyir etməyəcək. Bəs «Sənin naminə et» nə deməkdir və «olmasa» — yəni əgər Sənin naminə olmasa— «biz naminə et» — yəni yalnız bizim faydamız üçün? Bu mümkündürmü?

Bunu belə anlamalıyıq: «Atamız,mühakimədarımız, Sənin naminə et» deyirik. Yaradan’dan istəyirik ki, bizə güc versin ki, bütün əməllərimizi Sənin üçün — yəni Yaradan naminə — edə bilək. «Yoxsa», yəni əgər Sən bizə kömək etməsən, bütün əməllərimiz yalnız öz faydamız üçün olacaq. Yəni «olmasa», «əgər Sən bizə kömək etməsən», bütün əməllərimiz yalnız özümüz üçün, öz faydamız üçün olacaq, çünki biz  öz xeyrinə alma istəyimizə qalib gəlməyə qadir deyilik. Buna görə kömək et ki, Sənin üçün işləyə bilək. Deməli, Sən bizə kömək etməlisən. Bu, «Sənin naminə et» adlanır — yəni bunu et, bizə vermək istəyinin gücünü ver. Əks halda, biz həlak olarıq; öz faydamız üçün olan istəkdə qalacağıq.

Lakin insan bilməlidir ki, Kli olmadan nur olmaz, xisaron olmadan dolum olmaz. Buna görə əvvəlcə o, vermək istəyinin yoxluğunu hiss etməlidir. Başqa sözlə, o, vermək istəyini arzulamağı ifrat istək saymamalıdır — guya ki, əslində yaxşı vəziyyətdədir, sadəcə bir az daha kamil olmaq istəyir. Bilməliyik ki, ruhaniyyətdə bu, xisaron sayılmaz. Ruhaniyyətdə hər şey kamil olmalıdır — yəni kamil nur, kamil xisaron.İfrat istək kamil xisaron sayılmaz; bu səbəbdən kamil nur daxil ola bilməz.

Deməli, nur ,yəni Yaradan’ın insana vermək istəyini verməsi — «tövbə nuru» adlanır, çünki insan vermək istəyini almadan əvvəl  öz xeyrinə alma istəyinin hakimiyyəti altındadır — bu da müqəddəsliyin əksi olan «vermək arzusu»na ziddir ,çünki  öz xeyrinə alma istəyi klipot’a aiddir. Buna görə müdriklər deyiblər: «günahkarlar öz həyatlarında ‘ölü’ adlanırlar.»

Bu, «On Sfirotun Tədrisi»ndə (I hissə, Histaklut Pnimit, 17-ci bənd) yazılanın mənasıdır: «Bu səbəbdən klipot ‘ölülər’ adlanır, çünki Həyat Mənbəyindən formaca ziddiyyət onları Ondan kəsir və Onun Bərəkətindən heç nəyi olmur. Buna görə də klipotun qalıqları ilə qidalanan bədən də Həyat Mənbəyindən kəsilmişdir. Bunların hamısı yalnız almaq istəyi səbəbindəndir. Beləcə, ‘günahkarlar öz həyatlarında ‘ölü’ adlanırlar.’»

Bu baxımdan insan ta ki, əvvəlcə tam xisaronu olana — yəni  öz xeyrinə alma istəyinin hakimiyyəti altında olduğuna görə özünü günahkar və Yaradan’dan ayrıldığını hiss edib yenidən Ona qovuşmasını tövbə edənə qədər, Yaradan’ın ona bağışlayacağı vermək istəyinə— «ikinci təbiət»-ə (Baal HaSulam)  layiq ola bilməz,; çünki ayrılıq ölümə səbəb olur, deyildiyi kimi, «günahkarlar öz həyatlarında ‘ölü’ adlanırlar.»

Belə çıxır ki, insan özünü günahkar hiss etməyincə Yaradan’ın ona kömək — vermək istəyi gücünü  verməsi üçün kamil xisaronu yoxdur. Buna görə iş baxımından o, özünü əvvəlcə günahkar hiss etməyincə «tövbə» etmiş sayılmır.

Sonra o, Yaradan’dan kömək istəyir, çünki tövbə etmək istəyir. Ancaq görür ki, Yaradan’ın köməyi olmadan tövbə etməyə qadir deyil. Belə bir halda o, «kamil Kli» adlanan kamil xisarona malikdir və sonra Yaradan’dan kamil köməyi — yəni vermək istəyini almağa layiq olur.

Lakin müdriklərimiz deyiblər: «İnsan özünü günahkar saymaz» (Ketubot 18). Səbəb odur ki, əməldə «günah edib təkrar etmək» insan üçün «icazəli» olur, deyiblər. Deməli, insan Yaradan’dan həqiqətən uzaq olduğu və özünü ölü kimi hiss etdiyi dərəcədə özünü günahkar görmür və deyə bilmir ki, onda «kamil Kli» var. Yəni «günahkarlar öz həyatlarında ‘ölü’ adlanırlar» kəlamını biz belə anlamalıyıq: insan Yaradan qarşısında özünü günahkar hiss etdiyini deyə biləndə. Yəni müqəddəslik  xüsusiyyətinin olmadığını hiss edəndə — özünü günahkar sayır.

Bəs bu hiss haradan gəlir? Cavab — əvvəlki məqalələrdə dediyimiz kimidir: belə şüur və hiss yuxarıdan gəlir, Zoar’da «Yaxud ona günah etdiyini bildirsin» ayəsi barəsində yazıldığı kimi. Soruşur: «Ona kim bildirdi?» Cavab verir: «Yaradan ona bildirdi.» Belə çıxır ki, «günah etdiyini bilməsi və hiss etməsi» də yuxarıdan gəlir. Başqa sözlə, həm xisaron, həm dolum, həm nur, həm Kli — yuxarıdan gəlir.

Lakin məlumdur ki, hər şey «aşağıdan oyanış» istəyir. Cavab budur ki, əvvəlcə insan xeyirxah əməllər etməlidir. Yəni iş, insan xeyirxah əməllər etmək istəyəndə başlayır — bu da Yaradan’ın faydası üçün işləmək istəməkdir, hansı ki,«Yaradan naminə işləmək» sayılır. Sonra isə Yaradan’a yaxınlaşmaq istədiyinə görə və azca mükəmməliyə  ehtiyacı olduğunu düşündüyünə görə, yuxarıdan görünür ki, o, Yaradan’a yaxınlaşmaq istəyir, bu səbəbdən ona hər dəfə özündəki nöqsan göstərilir — yəni əslində Yaradan’dan tam uzaqda olduğu.

Əvvəllər düşündüyü kimi «məndə azca mükəmməllik çatmır» deyil. Əksinə, ona yuxarıdan göstərilir ki,  formaca o qədər ziddiyyətdə və  Yaradan’dan o dərəcədə uzaqdır ki, insan özünü Yaradan qarşısında günahkar hiss edir və Yaradan’ını sevindirmək naminə heç nə edə bilmir.

O vaxt o, «günahkar» dərəcəsinə çatır və müqəddəslik  xüsusiyyətinin olmadığını görür ki, həqiqətən «ölü»dür. Onda «kamil Kli» adlanan kamil xisaronu olur və sonra Yaradan ona «kamil nur» — yəni «kamil kömək», vermək istəyi verə bilir. Bu, onun tövbə etməsi sayılır.

Lakin bilməliyik ki, əməldə bilikdən yuxarı olan «iman» «qanun» adlanan  və «mühakimə» adlanan «Tövrat»  arasında fərqləndirmə aparmaq gərəkdir. Baal HaSulam dedi ki, «Qanun — bilikdən yuxarı iman, mühakimə isə Tövratdır», bu isə məhz bilik daxilindədir.O,deyir «Alinin əmrinə bələd olmayan, Ona necə xidmət edəcək?» Buna görə «Tövrat sözlərini anlamağa» çalışmaq lazımdır ki, bu da «mühakimə» adlanır.

Bununla belə yazılanları belə anlamalıyıq (Bereşit 4:19): «Lemeх özünə iki arvad aldı: birinin adı Adah, o birinin adı Tsillah idi.» Bu, əməldə bizə nə öyrədir — onun neçə arvadı vardı və  adları nə idi? Məsələ budur ki, «Lemeх» «Meleх» (padşah) hərflərindəndir, bu da ona işarə edir ki, insan yaxşı bağlantılar qurmalıdır,yəni dünyanın bir padşahı olduğunu və bu padşaha xidmətə layiq olmağın onun üçün böyük bir imtiyaz olduğunu hiss etməlidir.

«Arvadlar»  isə köməkçilər deməkdir, yazıldığı kimi: «İnsanın tək olması yaxşı deyil; ona kömək edəni yaradacağam» — deməli, qadın «köməkçi»dir. Yəni necə kömək edir? O, ona kömək etməsi ilə «arvad» adlanır, yəni insan onun keyfiyyətindən istifadə etməklə öz işini tamamlayır. Buna görə də onun kamilliyə çatması üçün ona kömək etdiyi sayılır.

Bilməliyik ki, işin kamilliyi iki fərqləndirmədədir: 1) ehkam, 2) Tövrat. Məlumdur ki, ehkam «bilikdən yuxarı iman» adlanır və «bilik» «günəş» sayılır, yazıldığı kimi: «Sənə gündüz kimi aydındırsa.» Belə çıxır ki, «bilikdən yuxarı» günəşin əksidir. Bu «kölgə» adlanır.

Buna görə də belə anlamalıyıq: əgər insan «padşah»ın olduğunu hiss etməyə layiq olmaq istəyirsə, «kölgə» götürməlidir — yəni bilikdən yuxarı iman. Bu, «o birinin adı Tsillah [kölgə] idi» sözlərinin mənasıdır. Başqa sözlə, o, iman vasitəsilə padşah’a xidmətə layiq olmaq üçün kömək alır. Lakin bu, hələ mükəmməllik sayılmaz, çünki günəş üzərində kölgə — yəni bilikdən yuxarı — hələ imanın üzərində tam əməl sayılmır.

«mühakimə» və «bilik» adlanan Tövrat da gərəkdir , çünki anlamadığımız «Tövrat» kateqoriyasına düşmür, «iman» kateqoriyasına düşür. Tövrat isə «şəhadət» adlanır. Məlumdur ki, «eşitmə ilə» şəhadət olmaz, «görmə» ilə olar, çünki görmə «bilik» sayılır.

Bu, «Birinin adı Adah idi» sözlərinin mənası — «Edut» (şəhadət) sözündəndir,  burada insan «arvad» adlanan köməkçidən «Tövrat» yolu ilə kömək almalıdır və bu da «nur»dıu, «kölgə» deyil. Məhz Tövrat və ehkam olanda o, «kamil insan» sayılır.

Adah = Yaradan barəsində Yaradan’ın «Ed»i (şahidi) — «Edut» adlanan Tövratdır.

Tsillah = Yaradan’ın «Tzel»i (kölgəsi) — Yaradan üzərində kölgə, yəni imandır.