<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Yaradana xidmət edənlə Ona xidmət etməyən arasındakı fərq

Yaradana xidmət edənlə Ona xidmət etməyən arasındakı fərq


Məqalə 29, 1988

Müdriklərimiz “Ktubot” traktatını belə sözlərlə tamamlayırlar: «Ravvin Xiya bar Aşi dedi: Ravvin dedi: “Gələcəkdə İsrael torpağında bütün bar verməyən ağaclar bəhrə verəcək, necə ki, deyilib: ‘Çünki ağac öz bəhrəsini verir, əncir və üzüm tənəyi öz gücünü göstərir’1”»2.

Və Maарşa izah edir: «Hətta bu bəhrə verməyən ağac olsa belə, çünki onun təbiətinə görə onda bəhrə yetişə bilməz, buna baxmayaraq o bəhrə verəcək …»3. Və anlamaq lazımdır ki, bu bizə ruhani işdə nəyi öyrədir.

“Zoar kitabına ön söz”dəki hərflər haqqında məqaləyə “Sulam” şərhində deyilir: Çünki «Yaradan “birini digərinə qarşı” yaratdı … Necə ki, müqəddəsliyin ABYA dörd aləmi var, eləcə də onların qarşısında ABYA-nın dörd murdar aləmi var. Buna görə də Asiya aləmində “Yaradana xidmət edənlə Ona xidmət etməyəni” ayırd etmək mümkün deyil». … Bəs biz yaxşı ilə pisi necə ayırd edəcəyik? Lakin bir çox mühüm yoxlamalar var, yəni: «Başqa tanrı şikəstdir və bəhrə vermir», – buna görə də onda yanılanların və murdar ABYA aləmlərinin yolları ilə gedənlərin mənbəyi quruyur və onların bərəkət üçün heç bir ruhani “bəhrəsi” olmur, və onlar get-gedə daha çox solurlar, ta ki, tamamilə yox olana qədər. Və onların tam əksi – müqəddəsliyə yapışanlardır; onlar əllərinin işi ilə bərəkət qazanırlar, «suların axınları yanında əkilmiş ağac kimi, o, vaxtında bəhrə verir və yarpağı solmur. Və etdiyi hər işə müvəffəq olur»5. Və bu, Asiya aləmində yalnız bir yoxlamadır : bu, müqəddəslikdirmi, yoxsa, düşünülməsi belə qorxuludur, əksinə».

Və anlamaq lazımdır ki, ruhaniyyətdə “bəhrələr” nə deməkdir. “bəhrələr” sözü “qazanc” mənasında işlədilir, necə deyirlər: «Mən böyük bir sövdələşmə bağladım, amma hələ ki, o bəhrə vermir», yəni hələ ondan qazancı yoxdur. Ruhani iş baxımından isə belə anlamaq lazımdır: insan Tövrat və əmrlərin yükünü öz üzərinə götürməyə başlayanda, “bəhrələr” – onun “göylərdən qorxu” məsələsində və əmrlərin əhəmiyyəti məsələsində, xüsusən də Tövratın əhəmiyyəti məsələsində nə qədər anladıcıdır. İyirmi və ya otuz yaşı olanda, onun Yaradana xidmət işində, yəni “göylərdən qorxu”nun nə olduğu və Tövrat və əmrlərdə Yaradanın hissinin nə olduğu barədə daha artıq anlayışı mövcud deyil.

Və hərçənd o görür ki, bir neçə il Tövrat və əmrlərlə məşğul olmağın nəticəsində onda artıq əldə etdikləri var, lakin o anlayışda ki, Tövrat və əmrləri yerinə yetirməyə borclu olduğu vaxt onda var idi – bu anlayışda o irəliləməyib. Yəni o düşünürdü ki, böyüyəndə, şübhəsiz, Yaradanın işi ilə məşğul olmağa başlayanda olduğu niyyətdən başqa niyyətləri olacaq. Lakin o eyni niyyətlə qaldı və o, çoxluğun fikri ilə razılaşır; onlar, onun Tövrat və əmrləri bütün incəlikləri və təfərrüatları ilə yerinə yetirdiyini görəndə, onu xalqın seçilmişi kimi uca tuturlar və Tövrat və əmrlərdəki işi üçün ona ehtiram göstərirlər.

Buna görə o elə bir vəziyyətdədir ki, «hamı sənə deyir ki, sən salehsən»7. Və buna görə də o heç vaxt “Yaradana xidmət edən” adlanan kamilliyə çata bilmir və özünə xidmət edən xassəsində qalır, yəni etdiyi bütün iş – tamamilə özü üçündür və bu, “Ona xidmət etməyən” adlanır, çünki o, öz şəxsi mənfəəti üçün işləyir və Yaradana xidmət etmir.

Və işə münasibətdə “Yaradana xidmət edən” xassəsinə, bundan əvvəl “Ona xidmət etməyən” xassəsinə çatmadan gəlmək mümkün deyil, çünki bunlar iki pillədir və sən hələ aşağı pillədə deyilsənsə, daha yüksək pilləyə qalxmaq olmaz. Lakin əvvəlcə insan “Ona xidmət etməyən” adlanan pilləyə daxil olur, yəni insan elə bir hissə gəlməlidir ki, öz şəxsi mənfəəti üçün işlədiyi müddətdə bu, “Ona xidmət etməyən” adlanır.

Və əlavə olaraq, “Ona xidmət etməyən” o demək deyil ki, o görür ki, o, işdə “Ona xidmət etməyən” adlanan “lo lişma” xassəsindədir, və bu vəziyyətlə barışır və bunun üçün onda hansı bəraətlər var – fərq etməz, çünki səbəblər vəziyyəti dəyişmir. Buna görə də əgər o, bu vəziyyətdə qalmağa razıdırsa, bu, sanki o hələ “Ona xidmət etməyən” vəziyyətində deyil kimi adlanır. Lakin o, görür ki, o, “Ona xidmət etməyən” xassəsindədir, o, bundan çıxmaq üçün hiylələr və yollar fikirləşir – həm kitabların köməyi ilə, həm də müdriklərin köməyi ilə. Və ona ağrılıdır ki, o, bu qədər aşağıdadır və elə dərəcədə eqoist sevgiyə batıb ki, bu hakimiyyətin altından çıxa bilmir və qorxur ki, bəlkə o, bu vəziyyətdə əbədi qalar. Bu o, “Ona xidmət etməyən” vəziyyətindədir adlanır .

Lakin soruşmaq lazımdır ki, insan özünü «Ona xidmət etməyən» xüsusiyyətində gördüyü halı necə adlandırmalıdır, yəni insan elə bir hala gələndə ki, o görür ki, eqoist məhəbbətdə batıb, və bundan başqa, onda heç vaxt xəyal etmədiyi heyvani ehtiraslar oyanır, «Ona xidmət etməyən» halında onda [belə] düşüncələr və arzular oyanır ki, onun qoyduğu işin böyüklüyünə görə, müqəddəsliyə nail olmağa layiq olmaq üçün, sanki o, müqəddəsliyə hələ layiq olmasa da, amma ən azı özünü artıq heyvani ehtiraslardan azad görməli idi.

 

Əks halda o soruşur: məgər müdriklər deməyiblərmi: «Əzab qədər – mükafat»? Yəni insanın qoyduğu səylərə uyğun olaraq o həm də mükafat alır. İndi isə o görür ki, səylər qoyub,indi daha da pis hala düşməklə bəs hansı mükafatı aldı? Axı o, vermə üçün işə daxil olmağa başlamazdan əvvəl bilirdi ki, Yaradana xidmət edir və hərçənd o, o vaxt həmçinin daha yüksək pillələr, yəni “lişma”-da işləyənlər pilləsinin olduğunu bilirdi, amma düşünürdü ki,“lişma”da iş – seçilmişlərin payıdır, və əmin idi ki, o seçilmişlərin sırasına daxil deyil, amma olduğu bütün mühit kimi Yaradana xidmət edən sayılır. Halbuki indi, o, Yaradana görə işləmək istəyəndə, geriyə gedir, yəni o hiss edir ki, əvvəl olduğundan daha pisdir və burada sual yaranır: müdriklərin dediyi «Əzab qədər – mükafat» haradadır?

Əslində isə, atam və müəllimimin demiş olduğu kimi, o, bir az müqəddəsliyə çatmaq və ona layiq olmaq üçün əmək sərf etməsi sayəsində, həqiqət xassəsinə də layiq oldu və ona çatdı; yəni o, alidən ona, öz həqiqi vəziyyətini anlamağı verdilər – onun içində nə qədər şər, yəni [onun] özü üçün almaq istəyi nə qədər alçaqdır və Yaradandan nə qədər uzaq olduğunu. Yəni o, işləməyə başlamazdan əvvəl, öz vəziyyətinin alçaqlığını heç cür dərk edə bilmirdi.

Lakin bu, əvvəlki məqalələrdə dediyimiz kimi, Zoar ayəni izah etdiyi kimi: «Günahını biləndə» – Yaradana ona günah etdiyini bildirilir, ya da Tövrat ona bildirir ki, o günah edib. İnsan isə özü-özlüyündə özündəki şəri görə bilmir, çünki insan özünə satılıb və necə ki deyilib: «Rüşvət müdriklərin gözlərini kor edər», kor isə görmür. Buna görə də insan özü-özündəki şəri müstəqil şəkildə görə bilmir, lakin alidən ona xəbər verirlər; Zoarın dilində bu, «Tövrat ona bildirir», ya da «Yaradan ona bildirir» adlanır. Və bu iki ifadə bizdə bir mənada başa düşülür, yəni bu alidən gəlir, onun özündən deyil, çünki şərin dərk edilməsi alidən gələn bilikdir.

Və buradan məlum suala cavab vermək olar. Bir tərəfdən, müdriklərimiz dedilər: «Ona and içdirirlər  ki, saleh olacaq və günahkar olmayacaq. Və hətta hamı sənə desə ki, sən salehsən, öz gözündə günahkar ol». Və soruşulur: axı Mişna deyir: «Və öz gözündə günahkar olma»? Bu halda, necə onlar dedilər ki: «Öz gözündə günahkar ol»?

Və buna çox izahlar var. Lakin yuxarıda deyilənə görə, şərin dərk edilməsi alidən gəlir və insan Tövrata və ehkamlara göylər naminə işə gəlmək üçün əmək sərf etmədən, şərin dərk edilməsinə gələ bilmir. Onda alidən ona onun şəri haqqında xəbər verirlər və yalnız onda o görə bilir ki, o, günahkardır. Və hər halda, belə bir vəziyyətdə, alidən ona günahkar olduğu bildirildikdə, hətta öz əməllərinə görə o, tamamilə hamıya saleh kimi görünsə belə, çünki heç kim bilə bilməz ki, başqasına alidən nə bildirilib. Və bunun haqqında [müdriklər] dedilər: «Hətta hamı sənə desə ki, sən salehsən», – bu ona görədir ki, onlar səni tanımırlar, yəni sənin niyyətlərini, lakin sən həqiqəti bilməlisən, buna görə də onlar dedilər: «Öz gözündə günahkar ol». «Öz gözlərində» – bu o deməkdir ki: hamının sənin zahiri tərəfinə baxdığı kimi yox, «öz gözlərinlə» bax, yəni niyyətin formasına, hansı ki, onu səndən başqa heç kim görə bilməz, – bu «öz gözlərinlə» adlanır, və görəcəksən ki, sən – günahkarsan, necə deyilib: «Öz gözlərində günahkar ol».

.

Lakin, yuxarıda deyildiyi kimi, insan həqiqətə gəlmək üçün Tövrata və ehkamlara böyük səylər qoymayınca həqiqəti görə bilmir ki, o günahkardır . O zaman alidən ona həqiqəti açırlar – ki, o «Ona xidmət etməyən» vəziyyətindədir. Lakin insan özü, alidən kömək olmadan, onun günahkar olduğunu görə bilmir. Buna görə də deyilib: «Və öz gözündə günahkar olma». Bu o deməkdir ki, insan özü üçün günahkar ola bilməz və bunun üçün alidən kömək tələb olunur.

Buna görə də insan Yaradandan xahiş etməlidir ki, O ona ruhaniyyətdə onun vəziyyəti haqqında həqiqəti bildirsin ki, o haradadır. Yəni o, «Yaradana xidmət edən» adlananların sırasında yerləşir, yoxsa «Ona xidmət etməyən» adlananların sırasında. Lakin insan özü [bunu] bilə bilməz, buna görə də [müdriklər] dedilər: «Və öz gözündə günahkar olma».

İndi isə biz, soruşduğumuz şeyi aydınlaşdıracağıq: insan öz vəziyyətini necə adlandırmalıdır, əgər o görürsə ki, o, həqiqətən «Ona xidmət etməyən» xassəsindədir, yəni o, işdə heç cür irəliləməyib, əksinə geriyə gedib və onun işi hər hansı bir qazanc olmadan boş yerə olub. Və müdriklərimizin dediyi kimi: «Əzab qədər – mükafat», o buna inanmalıdır, lakin praktikada o görür ki, sanki, ümumiyyətlə vermə  üçün işləməyə başlamasaydı daha yaxşı olardı. Və çıxır ki, o öz işində yalnız eniş görür, yüksəliş yox. Və buna görə də «Ona xidmət etməyən» vəziyyətini eniş adlandırmaq lazım olardı.

Lakin, dediyimizə görə ki, insan daha aşağı pilləyə çatana qədər, yəni «Ona xidmət etməyən» xassəsinə, daha yüksək pilləyə qalxa bilmir, ta ki, bu vəziyyət eniş vəziyyəti deyil, yüksəliş vəziyyəti adlanır, çünki belə qurulub ki, aşağı pillə yüksək pillənin səbəbi və şərtidir. Buna görə də o hiss etdiyi eniş vəziyyəti, onu daha yüksək pilləyə qaldırmağa səbəb olur. Başqa sözlə, «əzab qədər – mükafat». Yəni o, «Ona xidmət etməyən» vəziyyətində olduğuna görə əzab çəkdiyi üçün, bu onu bu vəziyyətdən çıxmaq və «Yaradana xidmət edən» adlanan daha yüksək pilləyə qalxmaq üçün üsullar və hiylələr tətbiq etməyə gətirir. Buna görə də bu vəziyyət yüksəliş zamanı və məqsədə doğru irəliləmə vəziyyəti adlanır.

Lakin «Ona xidmət etməyən» zaman da yüksəlişlər və enişlər var və bu enişlər də yüksəliş sayılır. Bu o deməkdir ki, eniş insana özündə şərin vəziyyətini görməyə imkan verir – o nəyə qədər çata bilər, yəni o, insanı hansı alçaqlığa qədər endirə bilər. Başqa sözlə, yüksəliş vaxtında, yəni onda Tövrata və duaya can atma olanda, və o düşünəndə ki, indi o artıq Yaradana xidmət edənlərin arasında yerləşir və artıq Yaradana ehtiyacı yoxdur ki, O, onda qoyulmuş şər başlanğıca qarşı ona kömək etsin, – çünki o, işdə dad hiss edir və enişdə olduğu vaxta baxanda, o özündən utanır və həmin enişləri xatırlayanda ona çox ağrılı olur.

 

Və birdən o «hündür damdan dərin quyuya» düşür. Yəni o, artıq səmada olduğunu düşündüyü vəziyyətdən enir və sonra görür ki, dərin bir quyudadır. Və hətta o xatırlamır ki, dərin quyuya necə düşdü və səbəb nə idi, və quyuya düşdükdən sonra huşunu itirdi, yəni o, quyuda olduğunu hiss etmir. Lakin hansısa vaxtdan sonra o özünə gəlir və quyuda olduğunu hiss etməyə başlayır. Və [özünə gəlmə vaxtı hamıda müxtəlifdir, və insanın özündə də bu vaxt eyni olmur, və bəzən] özünə gəlmə bir dəqiqə çəkir, bəzən isə – bir saat və ya bir gün, ya da iki gün, ya da bütöv bir ay, ta ki o özünə gəlib şüurunu bərpa edərək, hansı alçaq vəziyyətdə olduğunu görənədək.

Sonra isə alidən ona yenidən işə arzu və meyl verirlər və o yenidən yüksəliş vəziyyətində olur. Və onda eniş vaxtından həzz ala biləcəyi zaman başlayır. Başqa sözlə, yüksəliş zamanı o, eniş aldığına görə qazancın nədən ibarət olduğunu anlaya bilər.Necə ki deyirlər, insana verilən cəzalar, heç də yer üzündəki padşahın cəzaları kimi deyil ki, o, insan onun əmrlərini pozduğuna görə qisasçılıq və kin saxlama ilə hərəkətə keçir, çünki burada söhbət islahdan gedir. Bu halda, o deyə bilər ki, enişlərdən onda hansı qazanc var?

Cavab ondan ibarətdir ki, eniş insana onlardan nə isə öyrənsin deyə verilmir. Çünki eniş zamanı o huşsuz vəziyyətdə olur, yəni o enişdə olduğunu hiss etmir, çünki həmin anda o canlı sayılmır ki, müqəddəsliyin həyat qüvvəsi baxımından hər hansı bir çatışmazlıq hiss etsin, axı onda, dünyada ümumiyyətlə kimdəsə ruhaniyyətin mövcud olduğu barədə bilik itir. Və bütün fikirləri – yalnız eqoist sevgidə həyat haqqında olur.

Başqa sözlə, məlumdur ki, həyat olmadan yaşamaq mümkün deyil, hər kəs özü üçün uyğun olan bir bürünmə seçir ki, ondan həyat çıxara bilsin, bu da «həzz» adlanır, çünki həzzsiz həyat yoxdur. Axı insan öz həyatında həzz tapa bilmədikdə, o dərhal özü üçün ölümü seçir və bu «həyatla hesablaşmanı bitirmək» adlanır.

Buna görə də eniş zamanı, insan bürünmələrdən birində həzz tapdıqda, bürünmənin özü onun üçün əhəmiyyət daşımır, onun üçün vacib olan, bu bürünmədən nə qədər həzz çıxara bildiyidir. Və bu, o deməkdir ki, həmin anda o ruhaniyyət haqqında düşünmür, çünki aldığı həzz onu bütün başqa şeyləri unutmağa məcbur edir, axı bütün fikirləri, həmin anda ruhuna yaxın olan bürünmələrdən həzz çıxarmağı necə davam etdirmək barədədir. O buna batır. Və həmin anda onda «Yaradana xidmət» adlanan bir şeyin mövcud olması barədə bircə fikir də yoxdur. Axı eniş ölüm xassəsi adlanır. Başqa sözlə, onda bir qədər müqəddəsliyə bağlı olduğu vaxt mövcud olan o kiçik ruhaniyyət, – o həyat ondan getdi. Buna görə də həmin anda o, ölüm xassəsində sayılır, yəni onda müqəddəsliyin həyat ruhu yoxdur.

Lakin sonra o oyanır və onda ruhani həyatın çatışmadığını görməyə başlayır. Və onun enişdən oyanması, ölülər arasından dirilmə adlanır, o vaxt ki, artıq onda həyatın çatışmadığını hiss etməyə başlayır. Halbuki ölü, onda həyatın çatışmadığını hiss etmir və ona nail olmağı istəmir.

Lakin sual olunur: bəs onu kim diriltdi? Buna cavab verilir: «Öldürən və dirildən Padşah». Bu nə üçün lazımdır? Cavab: «Və Qurtuluşu yetişdirən». İzahı budur ki, Yaradanın, bir tərəfdən, ona eniş verməsi, hansı ki, «öldürən» adlanır, digər tərəfdən isə ona yüksəliş verməsi, bu isə «və dirildən» adlanır, – məhz bunların sayəsində Qurtuluş yetişəcək, necə ki deyilir: «Və Qurtuluşu yetişdirən».

Və deyilənlərdən belə çıxır: insan öz enişindən nə zaman fayda və xeyir çıxarır? Yuxarıda deyildiyi kimi, şübhəsiz ki, enişin öz vaxtında yox, çünki həmin vaxt o «ölü»dür, sonra , Yaradan onu diriltdikdə, yəni Ona yüksəliş verdikdə. Onda eniş zamanı onunla nə baş verdiyini öyrənməyin vaxtı gəlir. Başqa sözlə, o hansı alçaqlıqda idi, və onun can atması hansı şeylərə yönəlmişdi və nəyi gözləyirdi, yəni onda filan və filan olarsa, özünü kamil hiss edəcəkdi. Və onda o görür ki, eniş zamanı onun bütün həyatı heyvan həyatı olmaqdan artıq deyildi.

Məsələn, biz görürük ki, zibil qablarına tullantılar atıldıqda, ətrafdakı bütün pişiklər, zibil qabına atılmış insanın həyat fəaliyyəti tullantılarının meydana gəldiyini hiss edərək, onları çıxarıb yeyirlər. Və bu yeməkdən güc topladıqdan sonra, onların hər biri qalan həzləri və buna bənzər şeyləri almaq üçün öz tərəfinə tələsir.

Və əgər insan yüksəliş zamanına baxsa, o vaxt ki, o anlayır ki, öz ağlını və qəlbini heyvani ehtiraslara atmağa dəyməz, çünki indi, onun dəyərlər ölçüsünə və hazırkı vəziyyətinə görə bu əsl tullantılardır, və o bu həyata baxdıqda, bundan onda sadəcə qusmaya qədər ürəkbulanma yaranır.

Belə çıxır ki, bu enişdən böyük bir fayda var, çünki o öz alçaqlığını — hansı vəziyyətə qədər çata biləcəyini və onu bu alçaqlıqdan yalnız Yaradan çıxara biləcəyini görür . Və bu, Yaradanın böyüklüyünü görmək vaxtdır, yəni O, insanı onun əbədi olaraq Sitra Axranın hakimiyyəti altında qala biləcəyi, boğula biləcəyi o bataqlıqdan çıxarmağa qadirdir. Və onu oradan yalnız Yaradan çıxarır.

Və deyilənlərdən görürük ki, yüksəliş zamanı insan eniş vaxtı yazılanların hamısını oxumalıdır və o zaman bu oxunuşdan o, Yaradanın onu bir daha tullantılara atmasın deyə, Ondan həyatı necə istəməyi biləcək. Və həmçinin Yaradanın onu yenidən ən aşağıdan qaldırdığına görə, Ona necə şükür etməyi biləcək və bu, deyildiyi kimidir: «Öldürən və dirildən Padşah və Qurtuluşu yetişdirən», — yəni enişlər və yüksəlişlər sayəsində buradan Qurtuluş yetişir.

Və deyilənlərdən belə çıxır ki, o, «Ona xidmət etməyən» adlanan birinci mərhələni keçdikdən sonra, indi «Yaradanın xidmətçisi» xüsusiyyətini əldə etmə vaxtı başlayır. Başqa sözlə, o, «Ona xidmət etməyən» xüsusiyyətindən necə çıxmaq üçün müxtəlif yolları və hiylələri tətbiq etdikdən sonra, alidən kömək alır. Zoar kitabında deyildiyi kimi: «Təmizlənməyə gələnə kömək edirlər» — ona müqəddəs ruh verirlər, — və bu qüvvə sayəsində o, eqoist sevgidən çıxır və onda yalnız vermək üçün işləmək imkanı yaranır.

Belə çıxır ki, insan «Yaradanın xidmətçisi» xüsusiyyətinə məhz alidən ruh almağa layiq olması sayəsində gələ bilər. Və bu, onun indi bəhrə gətirməsi adlanır. Bəs «bəhrələr» nədir? Onun ruh xüsusiyyətinə layiq olması — elə bu bəhrələrdir. Başqa sözlə, insan bilməlidir ki, «bəhrələr», yəni ruh adlanan xüsusiyyətə layiq olmamışdan əvvəl, o «Yaradanın xidmətçisi» ola bilməz və özünə xidmət edən olmağa məcburdur, bu isə yuxarıda deyilən səbəbə görə «Ona xidmət etməyən» adlanır, çünki insan doğulduğu təbiətə, yəni eqoist sevgiyə qarşı gedə bilməz. Və bu möcüzəni — təbiəti dəyişdirməyi — yalnız Yaradan edə bilər.

Və buradan müdriklərin sözlərini izah etmək gərəkdir: «Gələcəkdə İsrael torpağındakı bütün bəhrəsiz ağaclar bəhrə verəcək». Başqa sözlə, insan «Yaşar-El torpağı» (İsrael, «birbaşa Yaradanın yanına») xüsusiyyətinə, ruh xüsusiyyətinə layiq olduqdan sonra, hər şey islah olur, yəni hətta bəhrə verməyən, bəhrəsiz ağaclar xüsusiyyəti də — yəni «Ona xidmət etməyən» vaxtı da islah alır, eləcə də onun yanında günahlar savablara çevrilir.

Başqa sözlə, insan «Ona xidmət etməyən» xüsusiyyətdə olduğunu hiss etməyə başlamazdan əvvəl «Yaradanın xidmətçisi» olmaq mümkün deyil, yəni eqoist sevgidə olduğu vaxt onda olan enişlər və yüksəlişlər sayəsində, çünki bu enişlər və yüksəlişlər ona yuxarı qalxmaq, kamillik yerinə yüksəlmək qabiliyyəti verən mərhələlər və pillələr idi və, hər nə olursa olsun, hər şey müqəddəsliyə daxil olur, çünki bütün bu şeylər ona kamilliyə gəlməyə kömək etdi.

Və buradan anlayacağıq ki, təbiətən üzərində bəhrə yetişdirməyə qadir olmayan bəhrəsiz ağaclar belə, yenə də bəhrə verəcək. Yəni, insan «lo lişma» vəziyyətində olanda, bu hal, şübhəsiz ki, bəhrə yetişdirməkdən uzaqdır, yəni o, işdə və Tövratda anlayışa layiq olsun, bu da onun Padşahın səltənətinə daxil olmağa layiq olması adlanır. Amma «lo lişma» zamanı hər şey əksinədir — o, Yaradanla qovuşmadan uzaqlaşır. Hər halda, o İsrael torpağına daxil olmağa layiq olduqdan sonra, «bəhrəsiz ağaclar» adlanan «lo lişma»ya aid olan hər şey, bəhrə verəcək. Başqa sözlə, ruh xüsusiyyəti adlanan ali nur bu kelimlərin üzərində də olacaq, — ona görə ki, hər şey müqəddəsliyə daxil olur.