<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Kim dua üçün səbəbdir
Məqalə 18, 1986


Müdriklərimiz dedilər: "İnsan həmişə [əvvəlcə] Yaradana həmd etməli, sonra dua etməlidir"¹. Bu bizə onu göstərir ki, insan inanmalıdır, çünki o,Yaradanın işində öz çatışmazlığını hiss edəcək, yəni elə bir hiss ki, onda olması lazım olan inamın yoxluğu, inanmaq qabiliyyətinin olmaması vəziyyətinə gələcək, nə zaman ki, Yaradan – xeyirxahdır və xeyir verəndir deyə bilməyəcək.. Və bu o hissdir ki, o görür ki, Yaradana təşəkkür edə bilmir və tam əminliklə elə deyə bilmir ki, ağzı və ürəyi razılaşsın: "Mübarəkdir o, dedi və dünya yarandı"², yəni o, ona görə dünyadan həzz alır və Yaradana təşəkkür edir ki, O, dünyanı yaratdı və ona həzz almağa bir şey verdi. Amma əgər, deyilməsi belə qorxuludur, o, əldə oluna bilən xeyri və həzzi hiss etmirsə, onda ona bunun üçün minnətdarlıq etmək çətindir. Və bu ona ağrılıdır - niyə? Çünki o, heç bir tərəddüd olmadan: "Mübarəkdir o, dedi və dünya yarandı"²- deyə Yaradanı Onun yaratdığı dünyaya görə tərifləyə bilmir.

 

Və bu xisarоn onda ağrıyır, yəni o deyir ki, bu hiss, şübhəsiz, onda onun Yaradanla uzaq olmasından yaranır, yəni o, eqoist məhəbbətə batıb. Və bu onu Yaradanla ayrılığa aparır, yəni onda Yaradanın ucalığı hissi yoxdur, çünki Yaradan ondan gizlidir. Və buna görə də o, həqiqəti görə bilmir, necə ki deyilmişdir: «Çünki O, sənin həyatındır və sənin ömrünün uzunluğudur». Həmçinin o, Tövratın əhəmiyyətini də hiss edə bilmir, necə ki deyilmişdir: «Çünki bu sizin  xalqların gözləri önündə müdrikliyiniz və ağlınızdır; onlar bu qanunların hamısını eşidən kimi deyəcəklər: “Necə müdrik və ağıllı xalqdır bu böyük xalq!”».

Və insan özünə hesabat verdikdə, haradadır o ruh yüksəkliyi ki, dünya xalqları bizim barəmizdə deyirlər: «Necə müdrik və ağıllı xalqdır» — biz Tövrat sayəsində, yəni biz «Qoruyun və yerinə yetirin, çünki bu sizin xalqların gözləri önündə müdrikliyiniz və ağlınızdır » deyilənləri yerinə yetirdiyimizə görə. Bəs nə üçün mən Tövratın və əmrlərin əhəmiyyətini hiss etmirəm?

Və bu müşahidə vəziyyətində, o, Yaradanın işinin hər cür əhəmiyyətindən nə qədər uzaq olduğunu hiss etdikdə, oyanmağa başlayıb düşünür ki, şübhəsiz, bu alçaqlıq vəziyyətində ömrünün bütün günlərini belə qalmamaq üçün nəsə etmək lazımdır. Və şübhəsizdir ki, onda insan Yaradanın Onu Özünə yaxınlaşdırması və yuxarıdan ona kömək verməsi üçün Yaradana dua etməyə başlayır, necə ki müdriklərimiz dedilər: «Təmizlənməyə gələnə kömək edirlər».

Yəni O, ondan müqəddəsliyin ucalığı və əhəmiyyətinin gizlədilməsini götürsün ki, o, özünə məhəbbətdən doğan bütün alçaq düşüncələri və arzuları dəf edə bilsin. Və onun bütün qayğıları yalnız bununla olsun ki, müqəddəslik üçün necə nə isə etmək olar; buna «Yaradanına həzz çatdırmaq üçün» deyilir; bu isə, şübhəsiz, yalnız onun Yaradanın ucalığına və əhəmiyyətinə inandığı ölçüdə ola bilər.

Bu halda o, Yaradanın gözlərinə nur verməsi üçün Ondan xahiş edir və o, Yaradanın ucalığını və əhəmiyyətini görəcək və hiss edəcək, necə ki deyilir: «Niyə, Yaradan, canımı tərk etdin, üzünü məndən gizlətdin?» Və onda dua ürəyin dərinliyindən [çıxır], yəni insan o vaxt Yaradanın onun ürəyini sağaltmasını vistəyir,necə ki deyilir: «Qırıq ürəkliləri sağaldır və onların kədərlərini sarıyır».

Və onda insan, əlbəttə, düşünür ki, Yaradanın onu Özünə yaxınlaşdırması üçün duaya oyanış insanın özündən yaranır və Yaradan tərəfindən xilas gözləyir ki, O, onun duasını qəbul etməklə və duasına cavab verməklə ona kömək etsin. Yəni onu Özünə yaxınlaşdırsın, necə ki o indi dua edir, çünki o indi öz xisarоnunu hiss edir, hansını ki əvvəllər hiss etmirdi.

Buna görə də, insan, onun fikrincə, Yaradanın ona verməli olduğu şeyi ondan almadıqda, qəzəblənir: nə üçün Yaradana dua etdiyi halda, duasına cavab vermir. Onun fikrincə, O, yaxınlaşdırmadığı digər insanlarla bağlı bunu hələ anlamaq olar, ona görə ki, onların ruhaniyyətə xisarоnu yoxdur. Lakin o, Yaradanla heç bir əlaqəsi olmayan digər insanlara bənzəmir və onda, təbii ki, Yaradan onları yaxınlaşdırmamalıdır.

Lakin Yaradanın ona kömək etməsi və onu Özünə yaxınlaşdırması üçün Yaradanla dua edən insan barəsində, axı Yaradan Özü görür ki, o, digər insanlara bənzəmir, əksinə xalqdan seçilmişdir, çünki onda dünyanın həyatını və onun son məqsədini anlama var; axı o, özünə hesabat verir: hansı məqsədlə yaradılıb və nəyə gəlməlidir. Halbuki digər insanlara baxanda, o onların alçaqlığını görür, çünki onların bütün düşüncələri və əməlləri yalnız öz mənfəətlərinə yönəlib. O isə hiss edir ki, ağlı və fəzilətləri sayəsində o başqa cür anlayır; bu ağıl və fəzilətlər digərlərində olanlardan daha yüksək və daha əhəmiyyətlidir.

Vəhətta, bəzən insan görür ki, o, qrupda olduğu həmin insanlardan da daha yüksək və daha vacib pillədə dayanır. Və o görür ki, onlar ruhaniyyət barədə hərdən düşünürlər. Halbuki onda hər bir fikir və hər bir arzu ruhaniyyətə [yönəlib], və o, hər zaman eqoist məhəbbətdən çıxmaq istəyir və onun Yaradanıdan bütün xahişləri yalnız bunun üçündür ki, O, onu bu alçaqlıqdan çıxarsın. Lakin o, digər yoldaşlarına baxanda onların da elə onun kimi ciddi olduqlarını və yalnız ruhaniyyət barədə düşündüklərini görmür.

Buna görə də onun Yaradana qarşı incikliyi var: nə üçün insan   həqiqətən ürəyin dərinliyindən dua edəndə O, onun duasına — o, nə barədə dua edirsə etsin— cavab vermir və onu, digər yoldaşlar kimi, olduğu həmin vəziyyətdə saxlayır, və onunla hesablaşmır. Bu halda o, deyilməsi belə qorxuludur, duaya yuxarıdan verilən cavabda bir nöqsan görür. Və o öz-özünə soruşur: axı deyilmişdir: «Çünki Sən hər ağızın duasını eşidirsən», burada «hər ağız» o deməkdir ki, bütün ağızlar bütövlükdə öz dualarını yüksəldəcək, yəni onun bütün bədəni tələb edir ki, Yaradan ona kömək etsin. Halbuki digər insanlarda, dualarına cavab almamalarının səbəbi budur ki, o — «hər ağız» deyil.

 

Atam və müəllimim bu barədə dedi: Deyilir: "Və belə olacaq: onlar çağırmamışdan əvvəl, Mən cavab verəcəyəm, hələ danışırlar, Mən eşidəcəyəm"⁹. Və o izah etdi ki, insanın öz xisaronunu (çatışmazlığını) hiss etməsi və Yaradana dua etməsi ki, O, ona kömək etsin, bunun səbəbi insanın öz xisaronunu hiss etməsi deyil və bu ona dua etmək imkanı vermir, əksinə bunun səbəbi budur ki, o, Yaradanın gözündə lütf qazandı və Yaradan onu yaxınlaşdırmaq istəyir.

 

Onda Yaradan ona xisarоn hissini göndərir və onu çağırır ki, o, Onunla birləşsin. Başqa sözlə, Yaradan onu  bununla yaxınlaşdırır ki, ona Yaradana müraciət etmək arzusu verir və onun Yaradanla danışmasını təmin edir. Belə çıxır ki, onda  dua etməmişdən əvvəl artıq duaya cavab var. Yəni Yaradan onu bununla yaxınlaşdırdı ki, ona Yaradanla danışmaq imkanı verdi. Və buna deyilir: «Onlar çağırmazdan əvvəl Mən cavab verəcəyəm»9. Yəni insanın başında Yaradana dua etmək lazım olduğuna dair bir fikir yaranmamışdan əvvəl Yaradan insanı Özünə yaxınlaşdırdı.

Lakin nə üçün Yaradan onu seçdi ki, Ona dua ilə müraciət etməyə çağırış göndərsin? Buna bizim cavabımız yoxdur. Amma bilikdən yuxarı inanmaq lazımdır ki, bu belədir. Və buna bizdə «fərdi idarəetmə» deyilir. Yəni insan deməməlidir ki: «Mən gözləyirəm ki, Yaradan mənə yuxarıdan oyanış versin. Onda mənim müqəddəs işi görməyə imkanım olacaq». Axı Baal Sulam demişdir ki, gələcəyə münasibətdə insan mükafat və cəzaya inanmağa borcludur. Yəni o deməlidir: «Əgər mən özüm üçün etməyəcəyəmsə,o zaman kim mənim üçün edəcək? Bəs mən özüm özümə olsam, mən kiməm? Və əgər indi deyilsə, nə vaxt?»

Bu halda bir an da artıq gözləmək olmaz. Və insan deməlidir: «Əgər indi deyilsə, nə vaxt?» Və daha münasib vaxt gözləmək olmaz, və «onda mən müqəddəs işi icra etməyə qalxacağam». Və necə ki, müdriklərimiz demişlər: «Demə: «Mənim vaxtım olanda, mən öyrənəcəyəm» – axı ola bilər ki, o vaxt gəlməsin».

Lakin əməldən sonra — Baal Sulam demişdir ki, insan fərdi idarəetməyə inanmalıdır: elə deyil ki, insan Yaradanı çağırır, əksinə Yaradan insanı çağırır və ona deyir: «Mən istəyirəm ki, sən Mənimlə danışasan». Belə çıxır ki, yaxınlaşmanın səbəbi insandan deyil, Yaradandan gəlir. Və buna görə də insan düşünməməlidir ki, Yaradan duanı eşitmir, əksinə , insan Yaradana müraciət etməmişdən əvvəl artıq O,onu Özünə yaxınlaşdırıb.

Və buna deyilir: «Onlar çağırmazdan əvvəl Mən cavab verəcəyəm»9. Belə çıxır ki,yuxarıda deyilənə görə ki, əgər insan öz alçaq vəziyyətini hiss etməyə oyandısa, bu insandan deyil, Yaradan ona belə bir hiss göndərdi ki, o, Ondan istəsin ki, O, onu Özünə yaxınlaşdırsın. Buna görə də insana bir fikir gələn kimi ki, o, Yaradandan uzaqdır və Yaradana dua etmək istəyir ki, O, onu yaxınlaşdırsın, o, dua etməməlidir, ta ki əvvəlcə Yaradana minnətdarlıq etməyənə qədər, ona görə ki, Yaradan onu çağırır ki, o, Ona yaxınlaşsın.

Və Yaradan istəyir ki, insan Yaradana dua etsin. Və insan özünə hesabat verəndə ki: nə səbəbdən o, indi xatırladı ki, dünyada ruhaniyyət mövcuddur, və o, ruhaniyyətdə nəyə isə nail olmaq üçün çalışmalıdır, – və əgər o dərhal deyirsə ki, bu fikri ona Yaradan göndərib, onda sonra o dua edə bilər.

Və buna görə də müdriklərimiz demişlər: «İnsan həmişə [əvvəlcə] Yaradana həmd etməlidir»1. Başqa sözlə, onun ruhaniyyətə münasibətdə öz vəziyyəti barədə bir fikir yarandığı həmin anda, o, dərhal elə yerində Yaradanı həmd etməli və Ona minnətdarlıq etməlidir ki, O, ona ruhaniyyətə dair fikir və istək verib. Sonra isə, yəni o bildikdən sonra ki, Yaradan onu çağırır, və o dərhal Padşaha minnətdarlıq etməyə və Onu tərifləməyə başlayır ki, O, onu yaxınlaşdırıb, – onda o, öz vəziyyəti barədə dua edə bilər. Axı o görür ki, onda Tövrat çatışmır, və o, həqiqətlə yalan arasında heç bir fərq bilmir. Və o Yaradana dua edir ki, O, ona həqiqət yolunu göstərsin.

Və buradan müdriklərimizin dediyini anlayacağıq: ««Və Yaradan onun duasını eşitdi»12. Ravvin Levi dedi: ata tərəfdən bir funt qızıl götürmək üçün atasının altını qazan bir padşah oğlu haqqında məsəldir. Və biri içəridən qazırdı, digəri isə çöldən qazırdı, necə ki, Ərəbistanda qazıntıya 'xatirta', duaya 'atirta' deyirlər»13. Və «Matnot Kehuna» şərhində izah olunur ki, «bir funt götürmək o deməkdir ki, ata da ona bunu vermək istəyirdi və o, ona tərəf qazırdı ki, o, bunu daha tez götürsün».

Və bizə aydın olana görə, insanın yaxınlaşmaq istəməsinin səbəbi Yaradandandır. Və Yaradan insanın oyanmasını gözləmir, əksinə O, insanı oyadır. Sonra isə insan dua edir ki, Yaradan onu yaxınlaşdırsın. Bunu, məsəlin «Və eşitdi» ayəsi barədə gətirdiyi sözlərdən anlamaq olar, burada deyilir ki, İtshaq Yaradana dua edirdi. Və o, bunun haqqında məsəli gətirdi, yəni atası ona Ona dua etmək fikrini və istəyini yeritdi, sonra isə padşah oğlu çöldən qazır, yəni İsraelin oğulları – padşah oğullarıdır, və onlar padşah sarayının kənarında dayanırlar. Və o, Yaradana yaxınlaşmaq istəyir, yəni padşah sarayına daxil olmaq istəyir, başqa sözlə, onun Göylərdəki Atası birinci başladı.