Niyə həyat iki növə bölünür
Məqalə 1, 1988
Müdriklərimiz dedilər: "Çünki dirilər bilirlər ki, öləcəklər"¹ - bunlar o salehlərdir ki, ölümlərində dirilər adlanırlar..."² Və Raşi izah edir: "Bunlar salehlərdır - və onlar, öləcəklərini bilirlər nə deməkdir? ? - Ölüm günlərini nəzərə alırlar və əllərini günahdan çəkirlər..."³ "Amma ölülər heç nə bilməzlər"¹ - bunlar o günahkarlardır ki, həyatlarında ölülər adlanırlar"⁴. Və Raşi izah edir: "Günahkarlar heç nə bilmirlər - Çünki onlar guya heç nə bilmirmiş kimi davranır və günah edirlər"³. Sitatın sonu.
Və deyilənlərdən belə alınır ki, ölüm adlanan həyat var, yəni günahkarların həyatı ölüm adlanır. Və eynilə, həyat adlanan ölüm var və bu salehlərdədir. Başqa sözlə, iki növ həyat var:
1.günahkarların həyatı;
2.salehlərin həyatı.
Amma salehlərin həyatının necə adlandırıldığını demədilər, əslində nə deyildi - salehlərin ölümü həyat adlanır. Və aydındır ki, deməliyik ki, əgər salehlərin ölümü həyat adlanırsa, salehlərin həyatı şübhəsiz ki, daha yüksək pillədır.
Raşinin şərhinə görə isə belə alınır ki, "ölümlərində" - yəni ölüm vəziyyətlərinə baxdıqda günah etmirlər. Lakin bunun həyatla nə əlaqəsi var? Məgər günah etməyənin artıq həyatı var? Və bundan əlavə Raşi izah edir ki, "günahkarlar həyatlarında ölülər adlanırlar" - ona görə ki, ölülər heç nə bilmirlər, başqa sözlə, güya heç nə bilmədiklərini iddia edirlər. İzah etmək lazımdır ki, öz ölüm günlərini bilmirlər .
Və bunu başa düşməliyik: məgər öz ölüm gününü xatırlamayan günah etməlidir? Axı müdriklərimiz dedilər: "Həmişə insan xeyir başlanğıcı şər başlanğıca qarşı qəzəbləndirsin... Əgər onu məğlub etsə, çox yaxşı, yox əyər qoy Tövratla məşğul olsun... Əgər onu məğlub etsə çox yaxşı, etməsə,onda qoy "Şma" oxusun... bu da işləməsə qoy ona ölüm gününü xatırlatsın"⁵. Deməli, hətta ölüm günü[nü] xatırlamasa belə, yenə də günah etməyə məcbur deyil. Belə olan halda, niyə Raşi izah edir ki, onlar öz ölüm günlərini güya bilmədiklərini iddia edirlər və buna görə də günah edirlər?Deməli, günah etmək istəməyən həmişə öz ölüm gününü xatırlamalıdır.
Və yuxarıda deyilənlərin hamısını başa düşmək üçün qarşımızda duran hər şeyi xatırlamaq lazımdır, yəni yaradılış məqsədini və həmçinin sonradan baş verən yaradılışın islahının nə olduğunu. Və bundan əlavə, klisiz nur olmaz qaydası başa düşülməlidir.
Məlumdur ki, yaradılış məqsədi Öz varlıqlarını sevindirməkdir. Və bundan əlavə məlumdur ki, klisiz nur yoxdur. Başqa sözlə, xisaron olmadan doldurma ola bilməz. Və ona görə də Yaradan yoxdan var kimi xisaron xassəsini və həzz almaq üçün şövqlü istəyi yaratdı və bu həzz almaq istəyi adlanır.
Və həzz almaq istəyi adlanan bu kliyə sonradan ixtisar adlanan islah edildi. Başqa sözlə, ali nemətini almaq səbəbindən, verən və alan arasında oxşarlıq olmadığına görə və bu kli birləşmə adlanan formaca oxşarlığı istədiyinə görə, öz həzz almaq istəyinin içinə almaq istəmədi və bu xassəyə ixtisar baş verdi ki, vermək naminə niyyət qura biləcəyi şeydən başqa şey almasın. Və yaradılışın islahı da bundadır. Başqa sözlə - yaradılışlar Yaradandan həzz alma anında narahatlıq hiss etməsinlər.
Və indi bizə aydındır ki, yaradılış məqsədi yaradılışların xeyir və həzz almasındadır. Yaradılışın islahı isə ondadır ki, yaradılışlar həzz alma anında narahatlıq hiss etməsinlər. Kli isə xisaron adlanır, nur isə doldurma adlanır. Və buna görə də belə alınır ki, həyatın büründüyü kli istək adlanır. Ona bürünən həyat isə nur adlanır.
Və buradan başa düşəcəyik ki, bizdə iki növ kelim var.
1.Yaradılışın islahı olmayan bir kli "almaq üçün almaq" adlanır.
2.Və bizdə yaradılışın islahı baş vermiş kli var ki, "vermək üçün almaq" adlanır.
Və yuxarıda deyilən- həyat nur adlanır- anlayışından belə alınır ki, bizdə almaq istəyi keliminə bürünən həyat var və buna görə də Yaradandan formaca fərq alırıq və bu bizə Həyat Mənbəyindən ayrılma yaradır. Və ona görə də bu həyat orada baş verən ayrılma [Yaradandan] səbəbindən ölüm vəziyyəti adlanır.
Və yaradılışın islahı baş vermiş kelimlərə bürünən nur adlanan həyat var ki, vermək naminə almaq adlanır. Və buna görə də, hər nə qədər alan adlansalar da, lakin niyyətləri vermək üçün olduğuna görə, həzz alma zamanı belə qovuşma vəziyyətində qalırlar. Deməli, aldığı o nur, həyat adlanır, ona görə ki, Həyat Mənbəyi ilə qovuşmada qalır.
Və beləliklə : "Günahkarlar həyatlarında ölülər adlanırlar"⁴sözlərini izah etmək olar. Ona görə ki, aldıqları hər şeyi alan kelimlərdə alırlar ki, bu [onları] Yaradandan ayrılmağa aparır. Ona görə də [müdriklər] dedilər: "Günahkarlar həyatlarında ölülər adlanırlar"⁴. Və buradan avtomatik aydın olur ki,niyə "salehlər həyatlarında dirilər adlanırlar", çünki onlar kelimin doldurulmasını, yəni nur və həzzi verən kelimlərdə alırlar və beləliklə alan olmalarına baxmayaraq , həyat mənbəyi ilə qovuşmada olurlar.
Lakin buna görə müdriklərin: "Salehlərin ölümlərində dirilər adlanırlar"sözləri necə izah olunur ? Məsələ ondadır ki, işin qaydası üzrə "lo lişma"dan başlayırıq və "lo lişma"dan "lişma"ya gəlirik.
Belə çıxır ki, insan işə başlayanda onun niyyəti öz mənfəəti üçün idi, yəni mükafat və cəza naminə. Sonra isə o, yuxarıdan “oyanış” şəklində buna layiq olur ki, ona göstərilsin: o, həqiqi yolla getməlidir, yəni hər şeyi göylər naminə etməlidir.Və ona yuxarıdan “göylər naminə” nə demək olduğu göstərildikdə, yəni artıq öz mənfəəti üçün deyil, çünki o zaman bədən bu cür işdən qaçır və artıq işləmək istəmir. Və insan o zaman düşünür ki, o, eniş vəziyyətindədir.
Başqa sözlə desək, o, işə başladığı zaman yüksəliş halında idi, yəni daha saf idi və bu qədər maddiyyata bağlı deyildi, buna görə də bədən onun işinə müqavimət göstərmirdi. Amma indi bədən daha çox maddiyyata bağlanmış vəziyyətə düşüb və buna görə də işləmək istəmir. Və o zaman o deyir: “Bu iş mənim üçün deyil. Axı görürəm ki, nəinki irəliləmirəm, üstəlik geriyə də gedirəm. Belə olan halda, zəhmətimə və vaxtıma heyfim gəlir. Ona görə də, əgər mən ruhani həyatı əldə edə bilməyəcəmsə, heç olmasa maddi həyatı əldə edim – bütün insanların yaşadığı kimi, ruhaniyyət haqqında düşünməyən, yalnız maddiyyat haqqında düşünən insanlar kimi. Mən də onlar kimi olum, heç olmasa bu dünyadan bacardığım qədər zövq alım. Əks halda, hər iki tərəfdən uduzan axmaq vəziyyətində qalacağam.”
Və deyir: onda müdriklərimizin sözlərini yerinə yetirəcəyəm: "Raba müdriklərə dedi: yalvarıram sizə, iki cəhənnəmə varis olmayın". Və Raşi izah edir: "İki cəhənnəm - bu dünyada Tövratda çalışıb və səy göstərib, lakin onu yerinə yetirməmisinizsə, ölümünüzdə cəhənnəmə varis olacaqsınız və həyatınızda öz dünyanızda həzz almamısınız".
Buradan belə izah etmək olar ki, insan “eniş” adlanan vəziyyətə gəldikdə — yəni ölümü dadmaq kimi hiss etdikdə — bu o deməkdir ki, əgər o, vermək yolu ilə getsə, yəni etdiyi bütün əməllər yalnız Yaradanı sevindirmək üçün olsa və özü üçün heç nə istəməsə, başqa sözlə, Yaradanı tam özünü ləğv etməklə xidmət etsə, bu halı özündə ölüm kimi hiss edir.Yəni insan üçün bu vəziyyət – özünə heç nə saxlamadan, yalnız Yaradan üçün işləmək – ölüm hissi kimi qəbul olunur.
Və əslində verdiyimiz sual yaranır: axı məlumdur ki, "ehkam özündən sonra ehkam gətirir"⁸, belə olan halda, niyə Tövrat və ehkamlarla məşğul olarkən həyat dadını hiss etdiyi vəziyyətdən, Tövrat və ehkamları göylər naminə yerinə yetirəcəyini söyləməyə başlayanda ölüm dadını hiss edir, həyat dadını yox? Bəs o zaman ehkam özündən sonra ehkam gətirir qaydası haradadır, deyildiyi kimi: "Ben Azay deyir: Vacib olmayan (yüngül) ehkamı yerinə yetirməyə tələs və günahdan qaç, çünki ehkam özündən sonra ehkam gətirir, günah isə özündən sonra günah gətirir, axı ehkamın mükafatı ehkamdır, günahın mükafatı isə günahdır"?
Məsələ ondadır ki, bu yuxarıda deyildiyi kimidir - yəni "lo lişma"da işləməyə başlayıb və bu işə bütün ürək və canı ilə təslim olub və hər şeyi tam ciddi qəbul edib, buna görə də layiq oldu və yuxarıdan ona bildirildi ki, öz mənfəəti üçün yox, əta etmək üçün iş var.
Və səbəb budur ki, insan bu biliyə, orqanlarında bu hissə layiq oldu — çünki əmr əmri doğurur. Axı hər kəsə onun bütün işi özü üçün yox, yalnız Yaradan naminə olmalıdır hiss etmək nəsib olmur. Bu isə məhz bütün qüvvəsini “lo lişma” vəziyyətində verən və bunun sayəsində “lişma” hissinə gələn insanda baş verir. Və təbii ki, bədən bununla heç bir şəkildə razılaşmır.
Lakin indi, yəni insan artıq görür ki, vermək naminə görülən işdən bədən heç nə qazanmır, o zaman insan seçim qarşısında qalır.
Ya deyir ki, indi o, “eniş” adlanan vəziyyətdədir, yəni günah halındadır və onda ümidsizliyə düşür, yuxarıda deyildiyi kimi deyir ki, indi görür ki, əsas olan verməkdir, amma vermək üçün işləməyə gücü çatmır və buna görə də döyüş meydanından qaçmalı, heç olmasa maddi həyata qayıtmalıdır.
Ya da deyir: “Mən işə başlayanda bütün əməllərim ‘lo lişma’ niyyəti ilə idi və o zaman işim almaq istəyinə zidd deyildi, buna görə də bədən müqavimət göstərmirdi. Amma indi, mənə ‘lişma’ anlayışı – yəni Yaradanın xeyri üçün işləmək anlayışı açıldıqdan sonra, aydındır ki, bədən buna qarşı çıxmalıdır, çünki bu onun təbiətinə ziddir.”
Bəs Yaradan naminə necə işləmək olar? Cavab budur ki, təbiətdə belə bir qanun var: kiçik böyük olana heç bir mükafat gözləmədən xidmət edə bilər, çünki ona xidmət etməyin özü ona böyük zövq verir.
Bu halda sual yaranır: bəs niyə bədən Yaradan naminə işləməyə razı olmur? Cavab budur ki, bədən Yaradanın böyüklüyünə inanmır. Çünki məhz inanmalı olduğu yerdə bədən müqavimət göstərir, çünki inam bədən üçün əhəmiyyətsiz bir şeydir. Yəni əgər Onun böyüklüyü ağıl daxilində açıqlanmırsa və inam tələb olunursa, bu insan üçün dəyərsiz, aşağı bir şey hesab olunur və bədən belə bir işə dözmək istəmir.
Bu halda sual yaranır: bəs niyə Yaradan gizlənmə və ixtisar yaratdı ki, Onun böyüklüyü aşkar olmasın və insan onu yalnız inamla hiss edə bilsin? Cavab məlumdur: insan hələ almaq üçün olan kelimlərdən təmizlənmədiyi müddətdə, o, bütün açıqlanmaları – yəni Yaradanın bütün aşkarlarını – eqoist sevgi kelimlərində qəbul edəcək və bu onu ruhaniyyətdən ayıracaq. Bu isə “Öz Sahibəsini tanıyıb Ona qarşı çıxmaq istəyən” anlayışına aid olur.
Əgər bu insan salehdirsə, necə ki, müdriklərimiz demişlər ki, saleh o kəs adlanır ki, öz Yaradanını haqq qazandırır, yəni o deyir ki, indi yaşadığı eniş halı Yaradan tərəfindən onu Onun xidmətindən uzaqlaşdırmaq üçün deyil, əksinə, bu onun üçün böyük bir islahdır. Başqa sözlə desək, indi ona Yaradanın böyüklüyünə biliyin fövqündə inam etmək imkanı verilmişdir. Bundan əlavə, indi ona Yaradanın öz böyüklüyü ilə onu nurlandırması üçün Ondan xahiş etmək ehtiyacı verilmişdir.
Lakin o, Yaradanın böyüklüyünü bu açıqlanmada olan zövqə görə hiss etmək istəmir. Yəni onun niyyəti almaq istəyən kli-ni həzzlə doldurmaq deyil. Əksinə, o, bütün eqoist sevgisini ləğv etmək istədiyi üçün və bədən bununla barışmaq istəmədiyi üçün, Yaradan’dan onu nurlandırmasını və ondan gizlənməni götürməsini xahiş edir ki, özü üçün almaq istəyi Yaradan qarşısında ləğv olunsun.
Və buradan Ben Azayın dediyi sözləri başa düşürük: “Yüngül (asan) bir əmri yerinə yetirməyə tələs.” İzah budur ki, insan seçim qarşısında dayanır: ya deyir ki, əvvəlki mərtəbəsindən düşdüyü bu eniş — yəni əvvəl işləmək arzusu olduğu, indi isə işin dadını narahatlıq kimi hiss etdiyi, heç bir həyat gücü olmadan, məcburiyyətlə işlədiyi hal — ona yuxarıdan verilib ki, o, həqiqət yolu ilə getsin, yəni biliyin fövqündə inam yolu ilə, hansı ki, bu “yüngül əmr” adlanır, çünki insan onu yüngül sayır, çünki biliyin fövqündə getmək ona əhəmiyyətsiz görünür.
Və ya əksinə deyir ki, bu eniş ona ona görə gəlib ki, o, daha kobud təbiətli insandır, başqalarından daha pis xüsusiyyətlərə malikdir və buna görə də günah etmişdir və müqəddəs işlə məşğul olmağa layiq deyil. Və günah günahı gətirir — yəni “mən indi Tövrat və əmrlərlə məşğul oluramsa, bunu məcburiyyətdən edirəm, çünki müqəddəs işə heç bir sevgim yoxdur, deməli, daha bir günah edəcəyəm, yəni bu məcburi yolu tərk edəcəyəm. Əhvalım yaxşı olanda Tövrat və əmrlərlə məşğul olaram, indi isə maddi həyata qayıdaram və heç olmasa bu dünyadan zövq alaram”, — necə ki, yuxarıda Rabanın sözlərində deyilmişdir.
Buna görə də insan seçim qarşısında qaldıqda, Ben Azay deyir: «Yüngül (asan) bir əmri yerinə yetirməyə tələs» — yəni sənə verilmiş yüngül əmri tez yerinə yetir ki, vəziyyəti həll edəsən. Yəni bu hal sənə yuxarıdan verilmiş yüngül bir əmrlə bağlıdır ki, sən həqiqətə aparan yolda irəliləyəsən. Bunun səbəbi isə odur ki, əmr əmri doğurur, çünki sən “lo lişma” ilə başlamısan, lakin niyyətin Tövrata və əmrlərə ürəkdən və canla bağlanmaq idi. Buna görə də əmr əmri doğurur.
Buna görə də yuxarıdan sənə bildirildi ki, “lişma” anlayışı mövcuddur və sən bunu hiss etməyə başladın. İndi isə elə bir vaxt gəlib çatmışdır ki, insanın Yaradanın onu yaxınlaşdırmasına ehtiyacı var, çünki artıq insan müdriklərin dediyini görür: «İnsanın şər başlanğıcı onu hər gün üstələyir… və əgər Yaradan ona kömək etməsəydi, o buna tab gətirə bilməzdi».
«Və günahdan qaç», – yəni indiki vəziyyətinin günah olduğunu deməkdən çəkin və belə de ki, «əmr əmri doğurur», və bu, günah ola bilməz. Əgər sən belə deməsən və bunun günah olduğunu desən, bil ki, «günah günahı doğurur», buna görə də sən başqa bir günah etməyə məcbur olacaqsan, yəni başladığın işi tərk edib maddi həyata qayıdacaqsan. Çünki sən heç olmasa bu dünyanın həyatından zövq almaq istəyəcəksən, yuxarıda Rabanın sözlərində deyildiyi kimi: «Ölümünüzdə cəhənnəmi miras almayın, çünki həyatınızda da dünyanızdan zövq almadınız».
Və deyilənlərdən başa düşürük ki, Raşinin izah etdiyi sözlərin mənası nədir. O deyir:«Çünki dirilər bilirlər ki, öləcəklər» — bunlar salehlərdir, hansı ki, ölümlərində belə diri adlanırlar.«Bəs onlar, öləcəklərini bilirlər nə deməkdir?» — yəni onlar ölüm gününü nəzərə alır və əllərini günahdan çəkirlər.«Amma ölülər heç nə bilməzlər» — bunlar günahkarlardır ki, həyatlarında diri adlanmırlar.Və Raşi deyir: «Çünki onlar guya heç nə bilmirmiş kimi davranır və günah edirlər».
Və biz soruşduq: Raşinin şərhinə görə belə çıxır ki, kim ölüm gününü nəzərə almırsa, artıq günahkardır. Və biz soruşduq: [bunun mənası nədir?]
1.O, izah edir ki, salehlər ölümlərində diri adlanırlar, çünki onlar öləcəklərini bildikləri üçün günah etmirlər. Belə çıxır ki, günah etməyən artıq həyata malikdir. Bəs günah etməmək ilə həyat arasında hansı əlaqə var?
2.Burada Raşinin sözlərindən belə çıxır ki, o salehlər haqqında deyir: “dirilər bilirlər ki, öləcəklər” və onlar ölüm gününü nəzərə alır, əllərini günahdan çəkirlər. Onun sözlərindən belə anlaşılır ki, onların günah etməməsi məhz ölüm gününü nəzərə almalarından irəli gəlir, əks halda onlar günah edərdilər. Axı müdriklərin belə bir sözü vardır ki, insanı günahdan saxlayan heç də ölüm günü deyil, necə ki yuxarıda deyildiyi kimi: “İnsan həmişə xeyir başlanğıcı şər başlanğıca qarşı qoysun… əgər onu məğlub etsə, yaxşıdır, yox əgər yox, Tövrat ilə məşğul olsun… əgər o da kömək etməsə, ‘Şma’nı oxusun… əgər bu da kömək etməsə, ölüm gününü xatırlasın”.
Deməli, görürük ki, insanı günahdan saxlayan heç də ölüm günü deyil. Və deyilənlərdən bunu anlayırıq. Buna görə də dəqiqləşdirmək lazımdır ki, o (yəni Raşi) ölüm günü haqqında danışarkən bunu nəzərdə tutur: insan eniş vəziyyətinə düşdükdə, yəni Tövratda və duada dad hiss etmədikdə, Tövrat və əmrlərdə etdiyi hər şeyi məcburiyyətdən etdikdə və onda heç bir həyat gücü olmadıqda – bu hal əslində ölümün hiss olunmasıdır.
Və insan özünə sual verir: “Məni əvvəlki vəziyyətdən salan nə oldu? Yəni mən hələ vermək yolu ilə işləməyə başlamazdan əvvəl sevinclə və əminliklə yaşayırdım ki, Yaradanın xidmətçisi olacağam. O, məni daim oyadırdı ki, qüvvə sərf edim, mən nə tənbəllik, nə də zəiflik tanımırdım və hər şeyə diqqətlə yanaşırdım. Halbuki indi, vermək yolu ilə işləməyə başladıqdan sonra, bu işdə olan bütün həyat yoxa çıxıb və hər şey məndə həvəssiz gedir. Mən bu cür işdən həyatın içində ölüm dadı hiss edirəm. Axı müdriklər demişlər ki, əmr əmri doğurur, amma mən indi bunun əksini görürəm.”
Lakin məsələ ondadır ki, insan indi hiss etdiyi ölüm halını nəzərə almalıdır. Və Raşinin sözlərinin mənası da budur: “dirilər bilirlər ki, öləcəklər”, yəni onlar öz ölüm gününü nəzərə alır və əllərini günahdan çəkirlər. Bunun izahı belədir: “ölüm gününü nəzərə almaq” – yəni “əmr əmri doğurur” qanununa görə, indi artıq “gün” olmalı idi, yəni insan “lişma” ilə işləməyə başladıqdan sonra daha çox həyat hiss etməli idi, çünki artıq həqiqət yolu ilə gedir. Bəs nə üçün indi o, həyat yox, ölüm halını – yəni işıq deyil, qaranlıq, gündüz deyil, gecə halını hiss edir?
Lakin saleh vəziyyətində olan insan Yaradana haqq qazandırır və deyir ki, şübhəsiz, Yaradanın ona indi verdiyi bu eniş halı onun xeyrinədir. Bu o deməkdir ki, indi Yaradan ona: insanın öz mənfəəti üçün deyil, yalnız Yaradan naminə işləməsi nə deməkdir- göstərir. Və təbii ki, bədən buna qarşı çıxır, çünki bu, onun təbiətinə ziddir. Halbuki o vaxta qədər ki, insan “lişma” yoluna girməmişdi və öz mənfəəti üçün işləyirdi, bədən buna müqavimət göstərmirdi. Deməli, bu hal onun üçün bir əlamətdir ki, ona: o, doğru yolla gedir-bildirilib. Çünki əgər bədən müqavimət göstərməsəydi, bu, doğru yol olmazdı. Buna görə də indi onda “kli”, yəni ehtiyac yaranır ki, Yaradan ona kömək etsin. Deyildiyi kimi: “Təmizlənməyə gələnə kömək edirlər”. Çünki təbiətə qarşı getmək üçün Yaradanın köməyi lazımdır. Təbiət çərçivəsində olanı insan özü edə bilər, lakin təbiətə zidd olan şey möcüzə adlanır və bu, yalnız yuxarıdan verilən köməklə mümkündür.Bu halda “ölüm gününü nəzərə almaq” sözlərinin mənası belədir: əslində mənim indi hiss etdiyim bu ölüm halı – gündüzdür, gecə deyil. Yəni burada seçim yeri var: bunu ya həyat, ya da ölüm adlandırmaq. “Və bu hal mənə ona görə gəldi ki, mən doğulduğum məqsədə çatmaq üçün həqiqətən bütün gücümlə çalışmağa başladım. Və mən ‘lo lişma’dan başladım, ‘lo lişma’ isə təbiətə zidd deyil, buna görə də bədən buna qarşı çıxmırdı.”
Halbuki indi O, məni yuxarıdan “lişma” yolu ilə getməyə layiq gördüyünə görə, bədən müqavimət göstərir və işləmək üçün qüvvə vermək istəmir, çünki bu, təbiətə ziddir. Buna görə də indi mən ölüm dadını hiss edirəm. Bu halda, əgər mən deyirəmsə ki, indi gündüzdür, ölüm deyil, bu vəziyyətdən mən əminlik gücü alıram ki, hazırda getdiyim yolda uğur qazanacağam və mən hiss etdiyim bu halı ölüm vəziyyəti adlandırmaqdan çəkinirəm. Çünki əgər mən bunu günah adlandıraramsa, yəni eniş vəziyyəti kimi qəbul etsəm, onda deyəcəyəm ki, artıq mənim bu işdə edəcəyim heç nə yoxdur, çünki görürəm ki, getdikcə daha çox aşağı düşürəm və buna görə də vaxtıma heyfim gəlir. Amma mən deyirəm ki, bu vəziyyət eniş deyil, daha yüksək pilləyə qalxmaqdır. Mən həqiqət yoluna yüksəlmişəm.
Necə deyildiyi kimi: «Əllərini günahdan çəkirlər» – yəni onlar özlərinə bu vəziyyəti günah adlandırmağa icazə vermirlər və demirlər ki, bu hal günahdır və hər halda günah günahı doğurur, yəni mən bu işi tərk etməliyəm. Əksinə, mən deyirəm ki, “əmr əmri doğurur” prinsipinə görə mən daha yüksək pilləyə qalxmışam.
Belə çıxır ki, “əmr əmri doğurur” prinsipi həm keçmişə, həm də gələcəyə aid edilə bilər. Yəni əgər insan bu vəziyyəti əmr kimi qəbul edirsə, onda əmr əmri doğurur, yəni indi onda elə bir inam və əminlik yaranır ki, o, müqəddəslik pillələri ilə yüksəlməyə və məqsədə çatmağa layiq olacaqdır.
Və buradan anlayırıq ki, niyə biz deyirik: «Bizi həyat üçün xatırla, həyatı istəyən Padşah, və bizi Həyat Kitabına yaz , Özün üçün, ey həyatın Sahibi». Və başa düşmək lazımdır ki, nə üçün bu ifadə “Özün üçün, ey həyatın Sahibi” sözləri ilə tamamlanır. Çünki gördüyümüz kimi, həyatın iki növü vardır:
1.günahkarların həyatı;
2.salehlərin həyatı.
Günahkarların həyatı – alan kelimlərdə olan həyatı ifadə edir və bu, Yaradandan ayrılıq adlanır. Salehlərin həyatı isə verən kelimlərdə olan həyatdan ibarətdir və bu, Yaradanla qovuşma vəziyyətidir. Buna görə də biz deyirik: «Bizi həyat üçün xatırla…» — hansı həyat üçün? «Özün üçün» – yəni əta etmək naminə. Başqa sözlə, biz elə bir həyat istəyirik ki, o, əta etmək kelimlərində olsun.