<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Bütün İsrailin gələcək aləmdə payı var

Bütün İsrailin gələcək aləmdə payı var


Məqalə 3, 1987

Zoar kitabında, Nuh bölməsində deyilir: «Çıx və bax: bütün İsrailin gələcək aləmdə payı var. Və [Zoar] soruşur: Niyə? Və cavab verir: Çünki onlar aləmin dayandığı ittifaqı qoruyurlar, necə ki, deyilib: «Əgər Mənim gecə-gündüz ittifaqim olmasaydı, göyün və yerin qanunlarını qoymazdım»1. ... Buna görə də ittifaqı qoruyan İsrailin, çünki onu qorumağa öhdəlik götürüblər, gələcək aləmdə payı var»2.

Və başa düşmək lazımdır, axı əvvəlcə [Zoar] deyir: «Bütün İsrailin payı var». Yəni “İsrail” adı ilə adlanacaq hər kəs, heç bir ilkin şərt olmadan gələcək aləmdə paya malikdir. Sonra isə izah edir ki, bütün İsrail [bu paya] malik deyil və şərt gətirir: [bu paya malik olanlar] yalnız ittifaqı qoruyanlardır. Və [Yazıdan] sübut gətirir ki, söhbət ittifaqı qoruyanlardan gedir, necə ki, deyilib: «Əgər Mənim ittifaqım gecə-gündüz olmasaydı, göyün və yerin qanunlarını qoymazdım»1. Həm də başa düşmək lazımdır, niyə «Əgər Mənim ittifaqım 'ittifaq' gecə-gündüz olmasaydı» ayəsindən belə çıxır ki, söhbət sünnət ittifaqından gedir.

Pesaxim traktatında isə deyilir: «Ravvin Elazar belə dedi: Əgər Tövrat olmasaydı, göy və yer mövcud olmazdı, necə ki, deyilib: «Əgər Mənim ittifaqım gecə-gündüz olmasaydı, göyün və yerin qanunlarını qoymazdım»»3. Və Raşi izah edir: «Əgər Mənim ittifaqım gecə-gündüz olmasaydı, yəni Tövratın öyrənilməsi, hansı ki, onun haqqında deyilib: «Və onun üzərində gecə-gündüz düşün»4»5. Belə olan halda buradan belə çıxır ki, ittifaq Tövrat adlanır. Burada isə Zoar kitabı izah edir «ki, ittifaq – bu, sünnət ittifaqıdir 'ittifaq mila', ittifaqı qoruduqları zaman»6.

İbrahimdə olan ittifaq bağlamaq haqqında deyilib: «Və Sən onunla ittifaq bağladın»7. Və bizim müdriklər izah etdilər ki, Yaradan ittifaqın bağlanmasına kömək etdi, çünki o, ittifaqı özbaşına bağlaya bilmirdi, amma Yaradan ona kömək etdi. İşə münasibətdə başa düşmək lazımdır ki, “o, ittifaq bağlaya bilmirdi” nə deməkdir, hətta o dərəcəyə qədər ki, Yaradandan köməyə ehtiyac duydu.

İbrahim və Avimelex haqqında deyilir: «Və onların ikisi ittifaq bağladılar»8. Və mənim atam və müəllimim soruşdu: «Əgər hər ikisi başa düşürsə ki, hər ikisinin bir-birini sevməsi yaxşı olardı, onda niyə ittifaq bağlamaq lazımdır? Biz guya müqavilə bağlamışıq kimi bir əməl etsək, bu nə ilə kömək edəcək? Və bu, bizə nə verəcək?» Və o deyir: «Bu onu verir ki, onların ittifaq bağlaması – o deməkdir ki, onları ayıra biləcək bir şey ortaya çıxa bilər, buna görə də onlar ittifaqi indi bağlayırlar. Çünki onlar indi – aralarında sevgi və qarşılıqlı bənzərlik hökm sürdüyü zaman – başa düşürlər ki, sonradan ayırıcı şeylər ortaya çıxsa belə, indi qurduqları bu bağ əbədi olsun deyə, bu ittifaq qorunmalıdır».

Və buna uyğun olaraq demək lazımdır ki, əgər sonradan onları, həqiqətən, ayırmalı olan şeylər ortaya çıxarsa, demək lazımdır ki, hər kəs biliyin fövqündə getməlidir və deməlidir ki, onlar biliyin içində gördüklərinə baxmırlar, əksinə biliyin fövqündə gedirlər. Və yalnız belə ittifaq qoruna bilər və aralarında ayrılıq olmaz.

Və buradan belə çıxır ki, istər ittifaqın Tövrat olduğu deyilsin, istərsə də ittifaqin sünnət olduğu deyilsin, bu, o demək deyil ki, yalnız bunlardan biri Yaradanla belə bir ittifaqa gətirib çıxarır, elə bir ittifaq müqaviləsinə ki, bu, pozulmayacaq, yəni onun qəlbi Yaradanla razılıq içində olacaq. Əksinə, həm Tövrat, həm də sünnət, hər ikisi ittifaq müqaviləsini qorumağa çağırılıb – yəni insanın qəlbi Yaradanla razılıqda olmalı, Ona əbədi, sarsılmaz dayaq kimi qovuşmalıdır. Necə ki, deyilib: «Əgər Mənim ittifaqım gecə-gündüz olmasaydı, göyün və yerin qanunlarını qoymazdım»1 – axı göyün və yerin yaradılması Öz məxluqlarına yaxşılıq etmək Məqsədi ilə olmuşdur. Halbuki məxluqlar forma bənzərliyi olmadan xeyri və həzzi ala bilməzlər, buna da onun bütün əməllərinin əta etmək naminə olması deyilir, əks halda məxluqlarla Yaradan arasında ayrılıq olar.

Və bunun üçün bizə iki ittifaq verilmişdir, – yəni sünnət ittifaqı və Tövrat ittifaqı, – ki, onların köməyi ilə biliyin fövqündə imanla Yaradanla ittifaq bağlamağa gələ bilək, elə ki, hər şeyi əta etmək naminə edə bilək.

Və «Əgər Mənim ittifaqım olmasaydı» sözlərinin mənası da budur. Yəni, əgər Mən forma bənzərliyinə gəlməyin göstərişlərini yaratmasaydım, xeyir və həzzi almaq imkanı olmazdı, halbuki yaradılışın bütün Məqsədi də budur – «Öz məxluqlarına xeyir vermək». Əgər Mən forma bənzərliyinə gəlmək mümkün olan yolları hazırlamasaydım, onda Mənə göyü və yeri yaratmaq lazım olmazdı, çünki yaradılışdan heç bir yaxşı şey almaq mümkün olmazdı və bütün yaradılış faydasız olardı, çünki ondan həzz ala biləcək heç kim olmazdı. Və bu ittifaq üçün – o, [bir] əbədi, sarsılmaz dayaq [kimi] ittifaq bağladıqda – İbrahimə Yaradanın köməyi lazım idi. Və buna deyilir ki, Yaradan ona kömək etməlidir. Və buna deyilir: «Və Sən onunla ittifaq bağladın»7 – yəni Yaradan ona kömək etdi ki, onda biliyin fövqündə getmək qabiliyyəti olsun.

Və biliyin fövqündə işdə 3 növ fərqləndirilməlidir.

1.O zaman ki, o, öz işində onu biliyin fövqündə getməyə məcbur edəcək heç bir çatışmazlıq hiss etmir.

2.O zaman ki, o, öz çatışmazlığını hiss edir, amma bu, “nekeva” 'qadın' xüsusiyyətinə aiddir, yəni “onun qüvvəsi qadın qüvvəsi kimi tükəndi”9, yəni onda biliyin fövqündə getmək üçün dəfetmə qüvvəsi yoxdur.

3.O, “zaxar” 'kişi' xüsusiyyətində sayılır. Yəni onda biliyin fövqündə getmək üçün dəfetmə qüvvəsi var.

  1. Məsələn, insan səhər tezdən durmaq istəyir, amma onu oyatdıqda ki, qalxsın, bəzən olur ki, insan eşidir, amma heç bir diqqət yetirmir və yatmağa davam edir. Onda onun çatışmazlığını hiss edəcək heç kim olmur, çünki o dərhal yenidən yuxuya gedib və aydındır ki, öz çatışmazlığı haqqında düşünməyə vaxtı olmayıb. Buna görə o hələ insan tərifinə uyğun gəlmir ki, onun haqqında kişi və qadın arasında fərq qoymaq mümkün olsun. Axı insan 'adam' “torpaq adamı” 'iş adama' ifadəsindən gəlir, yəni o, torpağı becərir ki, o, taxıl və meyvə versin və insanlara həyat əta etsin.

Və bunu yalnız öz çatışmazlığını hiss edən haqqında demək olar. O işləməyə başlayır, yəni öz çatışmazlığını islah etməyə. Halbuki, əgər o öz çatışmazlığını hiss etmirsə, onun haqqında danışmağa dəyməz. Yəni hətta ona öz çatışmazlığı barədə danışsalar da, eşitməyəcək. Çünki onun hər bir şey üçün çoxlu bəraətləri var. Və təbii olaraq, onda dua etmək üçün yer yoxdur ki, Yaradan ona kömək etsin və onda gələn maneələrin altından çıxmaq qabiliyyəti yaransın.

  1. O, oyadıldıqda, düşünməyə başlayır: «Doğrudur ki, mən yoldaşıma məni oyatmasını dedim, amma mən ona səhər tezdən qalxmaq istədiyimi deyəndə, bu, ona görə idi ki, məndə qalxmaq üçün kiçik bir arzu var idi və Tövratdan alacağım həzzi çox arzulayırdım. Və fərz edək ki, Tövratı öyrənməkdən böyük həzz alacağımı düşünmürdüm, hər halda, yataqdan qalxmalı olmağım və istirahət həzzindən imtina etməli olmağımdan əzab hiss etmirdim. Axı mən yoldaşla danışanda ki, o məni oyatsın, yalnız Tövratı öyrənməkdən ala biləcəyim həzz haqqında düşünürdüm. Buna görə də ona [bunu] dedim.

Halbuki indi, mən yataqda, yorğan altında uzanmışam və əgər çöldə yağış və külək varsa, şübhəsiz ki, indi istirahətdən həzz hiss edirəm. Amma mən qalxmalıyam. Haradan bilim ki, Tövratı öyrənməkdən daha çox həzz alacağam? Buna görə də mənim üçün “otur və heç nə etmə”10 xüsusiyyətində olmaq daha sərfəlidir. Çünki “şübhəli şey tam məlum olan şeyi əvəz edə bilməz”11, axı istirahətdən mənim, şübhəsiz ki, həzzim var, Tövratı öyrənmək isə mənə həzzlə nur saçmır».

Lakin sonra onda belə fikirlər yaranır: «Axı biz öyrəndik ki, biliyin fövqündə getmək lazımdır. Yəni nə qədər həzz alacağıma baxmaq və bunu meyar kimi istifadə etmək yox, göylər naminə işləmək lazımdır. Bu halda niyə mən özümə görə hesab aparıram – yəni bundan nə qədər qazanacağam. Axı əslində mən hesab etməliyəm ki, etdiyim bu əməl ilə Yaradanın əmrini yerinə yetirirəmmi və Yaradan bundan həzz alırmı – mənim Onun səsinə tabe olmağımdan. Bəs onda niyə məndə eqoist sevgi üzərində qurulan başqa fikirlər var? Amma indi nə edə bilərəm ki, öz fikirlərimi dəfetməğa qadir deyiləm?» Belə çıxır ki, o yenə də Yaradanın işçisi adlanır və yad fikirləri dəfetməq istəyir, yəni Tövrat yoluna yad olan fikirləri. Və buna deyilir ki, o, “nekeva” xüsusiyyətinə aiddir, yəni “onun qüvvəsi qadın qüvvəsi kimi tükəndi”9, başqa sözlə, onda dəfetmə qüvvəsi çatışmır.

  1. Bu “zaxar” 'kişi' xüsusiyyətidir, yəni insanda dəfetmə qüvvəsi var. Yəni onu oyatdıqda, əgər onda belə fikirlər yaranırsa: «Sən indi həzz aldığın istirahətdən ayrılıb niyə qalxmalısan, və yəqin ki, sən düşünürsən ki, yataqdan qalxıb oxumağa gedəndə indi olduğundan daha çox həzz alacaqsan, – haradan bilirsən ki, bu məhz belə olacaq?» Və [bədən] dərhal ona məsləhət verir ki, bunun həqiqətən belə olub-olmadığını yoxlasın. Və ona deyir: «İndi səndə sonra almağı düşündüyün tədrisin hansı dadı var?» Və onda dərhal elə dadlar yaranır ki, gözləri qaralır. Yəni onda gizlənmə mənzərələri yaranır, başqa sözlə, [bədən] ondan Tövratın həyat qüvvəsini gizlədir. Və bədən ondan soruşur: «Düzünü de, doğrudanmı bunlar sənin can atdığın vəziyyətlərdir?»

Əgər o həqiqi kişidirsə, yəni döyüşçüdürsə, bədəninə belə cavab verir: «Sənin dediklərin hamısı doğrudur, yəni özünə görə sən haqlısan, lakin mənim Tövrat və ehkamlarla məşğuliyyətimi qurduğum əsas “biliyin fövqündə” adlanır». Yəni bilik o deməkdir ki, həzz və zövq almaq arzusu qərar verir, işləməyə dəyər ya yox. “Biliyin fövqündə” isə o deməkdir ki, insan əta etmək naminə işləyir. Yəni almaq arzusu bununla razılaşmamalıdır, qərar verən isə əta etmək arzusu olur. Başqa sözlə, əgər o inanırsa ki, bundan Yaradan üçün həzz olacaq – indi etmək istədiyi bu əməldən – o, bunu dərhal və təxirə salmadan etməyə hazırdır. Və bədən əksinə olsa və bunun əksini iddia etsə də, buna baxmayaraq, onu dəfetməyə gücü var. Və buna “zaxar” 'kişi' deyilir.

Lakin insan işdə bu üç vəziyyəti bitirdikdən sonra:

1 Yaradan’dan kömək istəyə bilsin deyə,.hələ öz çatışmazlığını hiss etmədiyi vəziyyəti,

2.artıq öz çatışmazlığını hiss etdiyi, amma onda dəfetmə qüvvəsi olmadığı vəziyyət və buna “nekeva” 'qadın' vəziyyəti deyilir,

3.“zaxar” 'kişi' vəziyyəti və döyüşçü xüsusiyyəti adlanan vəziyyət, yəni o artıq öz çatışmazlığını aşa bilir, o, “şənbə” vəziyyətinə gəlir, yəni işdən dincəlmə vəziyyətinə, buna deyilir: «Altı gün işlə, yeddinci gün isə əməyini dayandır»12.

Və buradan [ayəni] başa düşmək olar: «Bunlar Nuhun nəsilləridir, [Nuh] saleh kişi idi»13. “Nuh” “rahatlıq”14 deməkdir, necə ki, Zoar kitabında deyilir. Buna görə də o, “saleh” adlanır, çünki onda “rahatlıq” var. Çünki Zoarın dediyi kimi, “be-atar de-it tirxa taman it Sitra Axra”. Yəni “əməlin olduğu yerdə Sitra Axra mövcuddur”15. Deməli, hər halda, əgər insan salehdirsə, onda zəhmətin olması mümkün deyil. Və atam və müəllimimin dediyi kimi, müqəddəsliyin nur saçdığı yerdə insan məşəl qarşısında şam kimi ləğv olur və orada bədənin zəhməti haqqında danışmaq yersizdir, çünki müqəddəslik xeyir və həzz mənbəyidir.

Lakin insanda özünə sevgi kimi bürünən, almaq naminə alma adlanan Sitra Axra ilə bağlantı olduqda və bu xüsusiyyətə ixtisar və gizlənmə təsir etdikdə, müqəddəslik orada açıla bilməz, yalnız gizlənmə orada olur, yəni orada xeyir və həzz nur saçmır, əksinə, bunun tərsi olur.

«Və onlar bizim həyatımız və günlərimizin uzunluğudur və onlardan gecə-gündüz həzz alacağıq»16 sözləri, yaxud biz dedikdə: «Onlar qızıldan, saf qızıldan daha arzuolunandır; şandan axan baldan da şirindir»17 – bu, o zamandır ki, insanda buna uyğun kelim var, bunlar “əta edən kelim” adlanır, hansı ki, bizə forma bənzərliyini verir və onda həzzlərin qəbulu əta etmək naminə baş verir. Əks halda – yəni əgər nur və xeyir alan kelim-də nur saçsaydı – alanlar Yaradan’dan uzaqlaşardılar. Halbuki Məqsəd Yaradan’a qovuşmaqdır, necə ki, deyilib: «Siz isə, Yaradan’a, Rəbbinizə qovuşanlar, bu gün hamınız sağsınız»18.

Deyilənlərdən belə çıxır ki, əgər insan salehdirsə, orada Sitra Axra üçün yer yoxdur, orada həzz üçün yer var19. Və buna “şənbə” 'şabat' deyilir, necə ki, deyilib: Və həmin [yeddinci] gün işləməyi dayandırdı 'şabat' və dincəldi20 – çünki şənbənin müqəddəsliyinə görə indi iş üçün yer yoxdur.

Lakin bizim müdriklər dedilər: «Yaradan onlara dedi: “Ey dünyanın ağılsızları! Şənbə ərəfəsində zəhmət çəkən şənbədə yeyəcək; şənbə ərəfəsində zəhmət çəkməyən isə şənbədə haradan yeyəcək?”»21

Bu o deməkdir ki, kimin zəhməti olubsa, yəni onda "Lişma" (Yaradan naminə) yolu ilə getməsinə mane olan Sitra Axraya (Şər qüvvəyə) qarşı işi və səyi olubsa, o, iş zamanı öz şəri ilə bacara bilmədiyini hiss edirdi. Çünki o, hələ  ruhaniyyətə  daxil olmağa layiq görülməmişdi.Lakin o inanır ki, ruhaniyyətə daxil olduqda, Sitra Axra, şübhəsiz ki, məşəl qarşısındakı şam kimi yox olacaq və o zaman onun Sitra Axra ilə heç bir əlaqəsi qalmayacaq. Belə çıxır ki, o, özündə yalnız bir şeyin çatışmadığını bilir: Yaradanın ona kömək etməsi və müəyyən dərəcədə müqəddəsliyə nail olmasını təmin etməsi. Və bu baş verdikdə, hər şey dərhal öz-özünə sülhə və kamilliyə qovuşacaq.

Və buna görə də zəhmət və iş zamanı o, qəlbinin dərinliyindən dua edir ki, Yaradan ona kömək etsin və o, bu zaman hiss edir ki, Yaradanın köməyi olmadan heç nəyə nail olmayacaq. Və məhz bu hiss, yəni Yaradanın ona kömək edə biləcəyi hissi, insanda Yaradanın köməyini almaq üçün kli yaradır, çünki ehtiyac 'xisaron' dolumu almaq üçün 'kli' adlanır. Buna görə də onun Yaradan’a inandığı bu iman, necə ki, deyilib: «Axı Sən bütün ağızların duasını eşidirsən»22, – köməyi almaq üçün kli yaradır.

Və buradan başa düşəcəyik ki, «şənbə ərəfəsində zəhmət çəkməyən»20 nə deməkdir, yəni insan özü ilə işləməyib, əta etmək naminə işləməyib ki, təkbaşına, Yaradanın köməyi olmadan qalib gələ bilmədiyini görsün. Və əlbəttə, onda dua üçün yer yoxdur, dua isə Yaradanın köməyini almaq üçün 'kli'dir. Və bir qayda var ki, kli olmadan nur yoxdur, buna görə də hazırlığa ehtiyacımız var ki, insanda şənbədə yeyəcək bir şey olsun, çünki «altı iş günü» – şənbə nurunu almaq üçün hazırlıqdır. Şənbə isə boş kelim-i doldurmaq üçün çəkilən xeyir adlanır, hansı ki, Yaradanın köməyini gözləyirlər.

Və bu, deyildiyi kimidir: «Ondakı nur mənbəyə qaytarır»23. Şənbə haqqında deyildiyi kimi: «Və bütün hökümlər ondan uzaqlaşdırılır ... və bütün aləmlərdə ondan başqa heç bir hökmranlıq yoxdur»24 . Və deyilənlərdən belə çıxır ki, Sitra Axraya qarşı zəhmətdən sonra, kli adlanan xisaron hiss edildikdə, işin dayanması və istirahət adlanan şənbə xüsusiyyətini qəbul etmək olar.

İndi isə soruşduğumuzu başa düşə bilərik. Zoar orada deyir: «Bütün İsrailin gələcək aləmdə payı var, heç bir şərt olmadan»2. Sonra isə deyir ki, yalnız ittifaqı qoruyanların payı var, bütün İsrailin yox.

Və deyilənlərdən “İsrail” sözünü belə izah etmək olar ki, bu “Yaşar-El” 'birbaşa Yaradana' deməkdir, yəni burada nəzərdə tutulur ki, etdiyi hər şeydə o, bütün əməllərinin birbaşa Yaradana [yönəlməsini] istəsin, öz xeyri üçün yox. Və bu, bizim ayəni izah etdiyimiz kimidir: «Səndə yad allah olmayacaq və yad allaha səcdə etməyəcəksən!»25

Müdriklər izah edirlər: «İnsanın bədənindəki yad allah nədir? Demək lazımdır ki, bu, şər başlanğıcdır»26.

Və bunu başa düşmək lazımdır, axı xeyir başlanğıc da insanın bədənindədir, necə ki, deyilib: «“Çünki biz qardaş insanlarıq”27 – şər başlanğıc və xeyir başlanğıc bir-birinə yaxındırlar: biri insanın sağ tərəfində, digəri isə sol tərəfindədir. Şər başlanğıc – solda, xeyir isə – sağda»28.

Gördüyümüz kimi, xeyir başlanğıc da insanın bədənindədir. Bu halda, müdriklərin “şər başlanğıc insanın bədənindədir” sözləri nə deməkdir? Və bunu bizim adətimizə uyğun izah etmək lazımdır ki, şər başlanğıc qayğı göstərir və istəyir ki, insanın etdiyi hər şey onun bədəninə daxil olsun. Burada nəzərdə tutulur: hər şey öz xeyri üçün olsun və buna “onun bədənində” deyilir. Halbuki xeyir başlanğıc çalışır ki, onun bütün əməlləri bədənindən kənarda olsun və buna deyilir ki, onun bütün canatması odur ki, bütün əməlləri göylər naminə olsun, öz xeyri üçün yox. Və buradan “İsrail” sözünü belə izah etmək olar ki, bu “Yaşar-El” deməkdir: onun bütün əməlləri yalnız göylər naminə olsun.

Buna bənzər bir şey bizim müdriklərin bu izahında gətirilir: «Ravvin Levi dedi: qəlb və göz günahın iki vasitəçisidir, necə ki, deyilib: «Oğlum, qəlbini Mənə ver və gözlərin Mənim yollarımı qorusun»29 – Yaradan dedi: «Əgər qəlbini və gözlərini Mənə vermisənsə, Mən bilirəm ki, sən Mənimsən»»30.

Buradan belə çıxır ki, bizim dediyimiz “Öz xalqını, İsraili seçən”31 – insan nə vaxt Yaradanın xalqına aid sayılır? O zaman ki, o, öz gözlərini və qəlbini Yaradana yönəldir, yəni baxdığı hər şeydə və qəlbinin istədiyi hər şeydə çalışır ki, bunların hamısı Yaradanın xeyri və faydası üçün olsun, öz xeyri üçün yox. Buna “sən Mənimsən” deyilir, bu da o deməkdir ki, sən Mənə aidsən, – və onda o, Onun xalqına, “Yaşar-El”ə daxil olur.

Və buradan “Bütün İsrailin gələcək aləmdə payı var”2 nə deməkdir, bunu izah etmək olar. Sonra Zoar kimin İsrail adlandığını izah edir və deyir ki, yalnız dünyanın onun üzərində dayandığı ittifaqı qoruyan “İsrail” adı ilə adlanır. Və əksinə – yəni dünyanın mövcud ola bilməsi üçün ittifaqı qorumayan kəs “İsrail” xüsusiyyətinə aid deyil, dünya xalqlarına aiddir.

Bəs dünyanın üzərində dayandığı bu ittifaq nədir? Bu, yuxarıda deyildiyi kimidir – yəni o zaman ki, insan Yaradanla ittifaq bağlayır ki, onun bütün əməlləri yalnız Yaradan naminə olsun, buna “əta etmək naminə” deyilir, çünki məhz bunun sayəsində dünya mövcud olacaq. Yəni dünya “Öz yaratdıqlarına xeyir vermək” üçün yaradılmışdır. Və forma bənzərliyi olmadığı müddətdə, xeyir və həzz məxluqlara bürünə bilməz.

Belə çıxır ki, Yaradanın «Öz məxluqlarına xeyir vermək» üçün etdiyi bütün yaradılış hədər (boşuna) olardı, çünki bu neməti və həzzi qəbul edəcək kimsə yoxdur. Halbuki, Yaradanla bağlanmış ittifaq) sayəsində məxluqlar nemət və həzzi qəbul etmək iqtidarında olacaqlar.Bu ittifaqa nail olmaq üçün isə Tövrat və "sünnət" (ruhani məhdudiyyət) mövcuddur. Yəni, etdiyimiz hər şeyi ona yönəltməliyik ki, bunun sayəsində Yaradanla əbədi ittifaq bağlamağa layiq görülək. Ən əsası isə inanmaq lazımdır ki, Yaradan bütün ağızlardan çıxan duaları eşidir və bunun sayəsində biz xilas olacağıq.