Əta etmək əməlində mükafat nədir
Rabaş, məqalə 20, 1988
Müdriklər dedilər: "Əgər çox Tövrat öyrənmisənsə, sənə çox mükafat verirlər. Və sənin işəgötürənin etibarlıdır ki, sənin zəhmətinin əvəzini ödəyəcək". Axı görürük ki, maaş müqabilində işləməliyik. Üstəlik, xüsusi bir əmr var və ona görə inanmalıyıq ki, Yaradan bizə mükafat verəcək. Lakin orada, birinci hissədə [müdriklər] tamamilə əksini dedilər: "O deyirdi: Mükafat almaq üçün öz ağasına xidmət edən qullara bənzəməyin. Əksinə, mükafat almaq üçün deyil, öz ağasına xidmət edən qullara bənzəyin". Və başa düşmək lazımdır ki, bu iki ifadə necə bir yerdə mövcud ola bilər.
Məlumdur ki, hər bir budaq öz kökünə oxşamaq istəyir. Və bizim kökümüz, yəni Yaradan, mükəmməl rahatlıq vəziyyətində olduğuna görə, varlıqlar, əgər bu hərəkət onların rahatlıq vəziyyətini yaxşılaşdırmırsa heç bir hərəkət edə bilməzlər, əks halda insan [dərhal] rahatlığı seçir. Və necə ki, TES-də (hissə 1, bənd 19) yazılıb: "Bildiyimiz kimi, hər budağın təbiəti öz kökünə oxşarlığa gələcək və buna görə də kökümdə olan hər şey budaq tərəfindən də qəbul ediləcək – o bunu sevəcək və güclü şəkildə istəyəcək. Və kökümdə olmayan hər şeydən budaq da uzaqlaşır, dözməyəcək və nifrət edəcək. ... Beləliklə, biz rahatlığı sevirik və hərəkətlə bağlı olan hər şeyə son dərəcə nifrət edirik, o qədər ki, rahatlığa nail olmaq üçün olmasa, heç bir hərəkət etmirik".
Məna ondadır ki, əgər bu hərəkətin bizim rahatlığımızı yaxşılaşdıracağını bilmiriksə,biz heç bir hərəkət etmirik. Yəni bizim aldığımız bu rahatlığın yaxşılaşması "mükafat" adlanır. Bu o deməkdir ki, əgər hərəkət edərək rahatlıqdan daha böyük həzz qazansaq, bu hərəkəti edə bilərik – əks halda rahatlıq vəziyyətində qalırıq.
Mükafat haqqında isə birbaşa Tövratda deyilir: "Əgər qanunlarımı yerinə yetirsəniz və əmrlərimi qorusanız və onlara əməl etsəniz, sizə vaxtında yağış verəcəyəm və yer öz məhsulunu verəcək". Bəs onda niyə müdriklər dedilər ki, mükafatsız işləmək lazımdır, yəni "mükafat üçün deyil"? Məgər bu Tövratda yazılana tamamilə ziddir? Və həmçinin burada prinsiplərdən biri haqqında söhbət gedir ki, ona görə də mükafat və cəzaya inanmaq lazımdır. Bəs onda müdriklər necə dedilər ki, insan mükafat üçün işləməməlidir?
Lakin başa düşmək lazımdır ki, müdriklərin "Mükafat almaq üçün deyil öz ağasına xidmət edən qullar kimi olun" sözlərinin mənası nədir. Məgər bu Yaradılış Məqsədinə zidd deyil? Axı Yaradılış Məqsədi varlıqları sevindirməkdir. Və bu səbəbdən Ali alan klimlərdə varlıqlar yaratdı, yəni onlarda həzz və zövq almaq istəyi və şövqü olsun deyə.
Bəs onda niyə onlar həzz və zövqə olan şövqdən imtina etməli və Öz yaratdığı təbiətlə olan həzz şövqlərini doldurmaq əvəzinə yalnız Yaradana əta etməyə çalışmalıdırlar. Və niyə bütün bunlardan sonra bizə bir daha deyirlər: baxmayaraq ki, O bizi həzz almağa can atan təbiətlə yaratdı – indi hər halda bu klimləri,yəni "özü üçün almaq istəyi" adlananı istifadə etmək olmaz.
Və cavab ondadır ki, hər bir budaq, deyildiyi kimi, öz kökünə oxşamaq istədiyi və Yaradan Verən olduğu üçün, insanın özü üçün almalı olduğu yerdə onda utanc hissi yaranır. Və bu utanc hissini islah etmək üçün "əta etmək naminə almaq" adlanan islah edilir. Və bundan belə çıxır ki, özü üçün almaq olmaz ifadəsi həzz almağa qadağa deyil, islahdır. Axı insan həzz alma zamanı Verənə formaca oxşar olmur və buna görə də həzz alarkən narahatlıq hiss edir.
Digər tərəfdən, əgər o, Aliyə zövq vermək istədiyi üçün həzz alırsa, bununla formaca oxşarlıq ölçüsünü əldə edir. Və onda həzz alma zamanı onda 2 xassə var:
1. O, Yaradandan uzaqlaşmır;
2. O, həzz alma zamanı heç bir çatışmazlıq hiss etmir.
Və deyilənlərdən belə çıxır ki, özü üçün almağa qadağa varlıqların xeyrinədir, Yaradanın Ona əta etsinlər və ya Onu sevsinlər ehtiyacından irəli gəlmir. Hər şey yalnız Ondan həzz alan varlıqların xeyrinədir ki, bu həzzlərdə mükəmməllik olsun.
Dünyanın islahı üçün isə iki sistem yaradıldı:
1. Təmiz ABYA aləmləri (ABYA de-kduşa), burada yalnız əta etmək naminə almaq qaydası işləyir;
2. Natəmiz ABYA aləmləri (ABEA de-tuma), burada almaq naminə almaq işləyir.
Buna görə də, insan öz əməllərini islah etməmişdən əvvəl ki, əta etmək naminə niyyət əldə etsin, o, natəmiz ABYA de-tuma aləmlərindən əldə etdiyi ilə qidalanır.
Və yuxarıda deyilənlərdən soruşduğumuz barədə başa düşəcəyik ki: bir tərəfdən, mükafat və cəzaya inanmalıyıq, digər tərəfdən bizə deyirlər ki, mükafat üçün işləmək lazım deyil , yəni heç bir mükafat olmadan işləmək lazımdır. Cavab isə belədir: Yaradan əta etmək istəyir, bu da Onun məqsədi idi – Öz yaratdıqlarına xeyir gətirmək. Və "Onun əməllərinin mükəmməlliyini göstərmək üçün" islah edildi ki, biz mükafat üçün işləməyək. Və yalnız bu islaha – mükafat almamağa – zəhmət və böyük səylər qoymalıyıq, çünki bu bizim təbiətimizə ziddir. Və yalnız Tövrat və əmrlərin möcüzəvi təsiri ilə bu kelimlərə, əta edən kelimlər adlanana nail ola bilərik.
Və bizim mükafatımız budur ki, mükafat və cəzaya inanmalıyıq. Yəni Tövrat və Əmrləri yerinə yetirsək, əta edən kelimlərə nail olacağıq. Əgər Tövrat və Əmrləri yerinə yetirməsək, alan kelimlərdə qalacağıq ki, onlar Müqəddəsliklə bağlı heç bir şeyə qadir deyillər. Bəs onda onlar Yaradanın vermək istədiyi xeyir və həzzləri necə ala bilərlər?
Lakin biz əta etmək yolu ilə getməyə başlayanda, bədən dərhal buna müqavimət göstərməyə başlayır. Və biz müdriklərin inamı ilə onların dediklərinə inanmalıyıq: "Təmizlənməyə gələnə kömək edirlər". Və müdriklərin Yaradanın dediyinə dair sözlərinə inanmalıyıq: "Mən şər başlanğıcı yaratdım və Tövratı ədviyyat olaraq yaratdım", inanmalıyıq ki, Tövratda "Mənbəyə qaytaran nur" var. İnanmalıyıq ki, bu Yaradanın Tövrat və Əmrlər üzərində işləməyimizə görə bizə verəcəyi mükafatdır. Və təbii ki, mükafat və cəzaya inanmaq lazımdır ilə "mükafat almaq üçün deyil öz ağasına xidmət edən qullar kimi" olmalıyıq arasında ziddiyyət olmayacaq.
Cavab ondadır ki, biz mükafat üçün işləməməliyik – bu isə bizim təbiətimizə ziddir və müstəqil şəkildə islah olmaq imkanımız yoxdur. Bu barədə deyilir: "İnsanın şər başlanğıcı hər gün ona qalib gəlir ... Və Yaradan ona kömək etməsəydi, dözə bilməzdi". Yalnız Yaradan ona kömək edə bilər, əta edən kelimlər verməklə. Və bu mükafatı insan dualarında Yaradandan istəməlidir, çünki öz gücü ilə əta edən kelimlərə nail ola bilməz.
Üstəlik, insanın üzərinə vəzifə qoyulub ki, inansın ki, Yaradan ona bu gücü verəcək. Axı insan dəfələrlə əta edən kelimlərə nail olmaq üçün zəhmət və səy göstərə bilər. Lakin başa düşə bilməz ki, islahda bəzən elə olur ki, əta işinə başlayır, özü isə başqa şey görür: sanki geriyə gedir. Yəni indi, əta işinə başlayanda, daha da maddiləşir. Bu o deməkdir ki, özü üçün almaq istəyi onda daha böyük enerji ilə işləməyə başlayır.
Və görür ki, almaq istəyi onda hər dəfə güclənir, o qədər ki, hətta bəzən insan ümidsizliyə düşür və ona elə gəlir ki, nə vaxtsa əta etmək istəyinə nail olmaq üçün heç bir imkanı yoxdur. Və onda deyir: "Mən boş yerə işlədim. Axı düşünürdüm ki, Tövrat və Əmrlərdə səylərimə görə mükafat alacağamı; bunun mənim üçün bir hədiyyə olacağını və bütün bu müddət ərzində ümid etdiyim şeyə nail olacağımı; Yaradanı sevindirə biləcəyimi və eqoizmin hakimiyyətindən çıxacağımı düşünürdüm.”
İndi isə görürəm ki, bu mənim üçün deyil, çünki mən başqalarından daha çox maddiyyata batmışam. İşimin əvvəlində düşünürdüm ki, o qədər də eqoizmə batmamışam və buna görə də hesab edirdim ki, bu iş – əta etmək naminə niyyətə nail olmaq – çox güman ki, hər hansı başqa bir peşəni öyrənməkdən daha çox vaxt tələb etməyəcək".
Peşəni əldə etmək asan deyil, öyrəndiyiniz sahədə peşəkar olmaq üçün çox öyrənmək lazımdır – hansı konkret sahədə olmasından asılı olmayaraq: dülgərlik, ya çilingərlik, ya hətta həkim peşəsi və s. Hamısına vaxt sərf etmək lazımdır. Üç il və ya beş il öyrənmək lazım olan peşələr var, lakin qəbul edilmiş müddətin sonunu gözləmək üçün səbir də var. Və insan bununla işləyə bilir, çünki görür ki, hər gün irəliləyir. Və onda öz ağlı ilə başa düşür ki, müvafiq olaraq üç və ya beş ildən sonra vaxt gələcək ki, bitirmə şəhadətnaməsi alacaq, bu da o deməkdir ki, öz ixtisası üzrə işə düzələ bilər.
Əta etmək naminə [niyyət əldə etmək] işində isə insan görür ki, hər gün geriyə çəkilir. Bir-iki il keçə bilər və görəcək ki, bir tük qədər belə irəliləməyib. Və onda ümidsizliyə düşür və deyir ki, heç vaxt əta etmək naminə niyyətlə işlədiyinə dair şəhadətnamə ala bilməyəcək. Və üstəlik, Tövrat pilləsinə nail olmaq imkanı olmayacaq, oraya yalnız etibarlı insanları buraxırlar ki, onlara verilən Tövrat pilləsini pozmasınlar. Və görür ki, "lişma" (Yaradan naminə) işlədiyi barədə şəhadətnamə ala bilmir, buna görə də heç vaxt Tövratın sirlər pilləsinə nail olmayacaq, necə ki, müdriklər dedilər: "Tövratı 'li-şma'-da öyrənənə Tövratın sirləri açılır".
Və buna görə də o, döyüş meydanından qaçmaq istəyir. Bu vəziyyət haqqında müdriklər demişlər ki, insan möhkəmlənməlidir və onda inanacaq ki, “işəgötürənin etibarlıdır və zəhmətinin əvəzini verəcəkdir”. Yəni əgər insan Tövrat və Əmrlərdə zəhmət çəkirsə və niyyəti mükafat almaqdırsa – yəni ona vermək üçün qüvvə verilsin deyə – o zaman irəliləmədiyini görməsinə baxmayaraq, buna fikir verməməlidir. O inanmalıdır ki, əgər insan vermək üçün kelimlərinə layiq olmaq məqsədilə zəhmət çəkirsə, Yaradan şübhəsiz ki, onları ona verəcəkdir.Belə çıxır ki, bu da bizim işimizə görə istədiyimiz mükafatdır – yəni mükafat ondadır ki, biz artıq mükafat üçün deyil, yalnız “O böyükdür və hər şeyə hökm edir” deyə işləyə bilək.
Və deyilənlərdən belə çıxır ki, yazılanı izah etmək lazımdır: "Və təmənnasız verilən hədiyyə xəzinəsindən bizə bəxş et". Bu o deməkdir ki, biz dua edirik və məzmurlar oxuyuruq və nəzərdə tutulur ki, "biz təkcə mükafat istəmirik, həm də istəyirik ki, Sən bizə təmənnasız verilən hədiyyə xəzinəsindən bəxş edəsən. Və bunu başa düşmək lazımdır, çünki məlumdur ki, insan hər şeyi mükafatsız etməlidir.
Və bunu izah etməliyik: istəyirik ki, Sən bizə hədiyyələr xəzinəsindən bolluq verəsən, çünki əgər oradan bolluq alsaq, mükafat üçün deyil, təmənnasız işləyə biləcəyik. Eyni prinsipə görə, şəfaya ehtiyacı olan Yaradandan xahiş edir ki, ona şəfalar xəzinəsindən şəfa göndərsin. Cəsarətə ehtiyacı olan xahiş edir ki, ona cəsarət xəzinəsindən cəsarət göndərsin.
Digər tərəfdən, yuxarıdan heç bir qarşılıq olmadan işləmək üçün qüvvə almaq istəyən insan, Yaradandan ona hədiyyələr xəzinəsindən nur verməsini xahiş edir. Yəni ona elə bir qüvvə versin ki, bu onun üçün böyük bir hədiyyə olsun – çünki o zaman o, heç bir qarşılıq gözləmədən əməl edə biləcək. Bu, onun üçün “hədiyyə” adlanır, necə ki yazılmışdır: «Mən necə təmənnasızamsa, sən də təmənnasız ol».
Və deyilənlərə əsasən izah etmək lazımdır: "Gözlərimi dağlara qaldırıram – mənə kömək haradan gələcək? Mənə kömək Yaradandandır, göyü və yeri yaradandan". Və padşah Davud soruşurduğunu başa düşmək lazımdır : "Mənə kömək haradan gələcək?", sonra ona aydın oldu: "mənə kömək Yaradandandır". Hər bir mömin yəhudi etiraf edir ki, insana Yaradandan başqa heç yerdən kömək gələ bilməz. Bəs onda burada yeni olan nədir?
Və yuxarıda deyilənləri izah etmək lazımdır: bizə demək istəyir ki, xeyir və həzzləri almaq üçün bizə çatmayan yeganə şey əta edən kelimlərdir. Çünki onda xassəcə Yaradana oxşayacağıq: "O necə mərhəmətlidirsə, sən də mərhəmətli ol". Və onda xeyir və həzzləri ala biləcəyik.
Buna görə də məlum qaydaya əsasən izah etmək lazımdır ki, bütün varlıqlar – bizim “yaradılış” adlandırdığımız hər şey – əslində yalnız özünə almaq istəyindən ibarətdir və bu, yoxdan var edilmişdir. Yəni Yaradan – verəndir, almaq isə yeni bir xüsusiyyətdir, Yaradan tərəfindən yoxdan yaradılmışdır. “Yox” o deməkdir ki, onda alma ilə bağlı heç nə yoxdur və bu, Yaradanın xüsusiyyətidir – Onun yalnız verən olmasıdır. Əgər insan bu xüsusiyyətə, yəni “yoxluq” adlanan vəziyyətə çata bilsə, onda “mənə kömək gələcək” və insan nemət və həzz almağa qadir olacaqdır.
Bu barədə deyilir: «Mənə kömək Yaradandandır, göyləri və yeri yaradandandır». Burada izah olunur ki, “yox” nə deməkdir: almağa zidd olan – verməkdir. «…Göyləri və yeri yaradan» – yəni O, vermə əməlini həyata keçirdi və bununla göyləri və yeri yaratdı. İnsan “yoxluq” xüsusiyyətinə, yəni “vermə gücü”nə çatdıqda, o zaman nemət və ləzzət almağa qadir olacaqdır. Çünki Yaradan tərəfdən heç bir çatışmazlıq yoxdur, çatışmayan yalnız aşağı olanın ala biləcəyi kelimdir.
Məhz buna görə deyilir: «Mənə kömək haradan gələcək?» İnsan düşünməməlidir ki, Yaradanın vermək istədiyi nemət və həzzləri almaq üçün ona çox şey çatışmır. Yəni insan yaradılış məqsədinə çatmaq üçün səylər göstərdiyini, lakin doqquz yaşından bəri hələ də növbəti mərhələyə qalxmadığını, Yaradan üçün işi eyni səviyyədə qavradığını gördükdə və səbəb axtardıqda deyir: “Demək ki, mən bacarıqsız doğulmuşam, məndə qalib gəlmək üçün güc yoxdur. Əgər məndə daha çox qabiliyyət olsaydı, daha çox gücüm olardı və kamilliyə çata bilərdim”.
Belə çıxır ki, onun fikrincə, ona çox şey çatmır. Halbuki həqiqət budur ki, insana yalnız forma bənzərliyi çatmır – yəni “verən kelimlər”, “O mərhəmətlidirsə, sən də mərhəmətli ol”. Və vermə xüsusiyyəti “ayin” – “heç nə” adlanır.
Buna görə də deyilir: «Me-ayin – haradan gələcək mənə kömək?» Yəni insana yalnız bu çatışır – nə bacarıq, nə güc, yalnız: «Mənə kömək Yaradandandır, göyləri və yeri yaradandandır», yəni varlıqlara əta etmək üçün. Mənim Yaradanın köməyi ilə nail olmalı olduğum məhz budur, çünki bu, kli adlanır. Və insan bu “vermək kli”sini əldə etdikdən sonra, nur Onun tərəfindən gələcək, çünki yaradılışın məqsədi də elə budur – varlıqları həzzləndirmək.