<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani işdə Tövratın qaranlıqdan bəxş edilməsi nə deməkdir

 

Ruhani işdə Tövratın qaranlıqdan bəxş edilməsi nə deməkdir

1988-ci il, 21-ci məqalə.

 

«Midraşda deyilir: “Və müdriklər dedilər: Tövratı -o, qaranlıqdan verilmişdir deyə qəbul etməyən dünya xalqları haqqında o deyir: «Zira budur, qaranlıq yer üzünü bürüyəcək». Lakin qaranlıqdan verilən Tövratı qəbul edən İsrail ki, deyildiyi kimi: «Zülmətdən gələn səsi eşitdiyiniz zaman», onlar haqqında o deyir: «Üzərində Yaradan bərq vuracaq və Onun izzəti üzərində zahir olacaq»”». Bu sözlər belədir.

Və anlamaq lazımdır ki, Tövrat niyə qaranlıqdan verilmişdir. Və daha bir şey, dünya xalqlarının Tövratı qaranlıqdan qəbul etmək istəməmələrinin səbəbi nədir. Və bunu Yaradan sanki qəsdən etmişdir ki, Tövrat qaranlıqdan verilmişdir ki, dünya xalqları Onu qəbul etməsinlər. Və eyni zamanda anlamaq lazımdır ki, İsrail niyə Tövratı qaranlıqdan qəbul etdi.

İlk növbədə, biz ruhani işdə qaranlığın nə demək olduğunu bilməliyik. Məsələ burasındadır ki, yaradılışın məqsədi “varlıqlara həzz əta etmək” olduğundan, insan öz həyatından razı qaldıqda, bu o deməkdir ki, dünya onun üçün işıqlanır, yəni o, dünyadan həzz alır. Əgər, deyilməsi belə qorxuncdur ki, onun həyatda məmnunluğu yoxdursa, onda insan deyir: “dünya mənim üçün qaraldı”.

Məlumdur ki, ruhani işdə biz “İsrail”i əta edən kelim, “dünya xalqları”nı isə alan kelim adlandırırıq. Buna görə də, insan Yaradana yaxınlaşmaq istədikdə, bu isə əta edən kelim-dən istifadə etmək deməkdir, o buna nail ola bilmir, çünki bədən buna razı deyil, zira onun bədəni alan kli-dən qaynaqlanır. Onda insan hiss edir ki, “dünya onun üçün qaraldı”, çünki o anlayır ki, əgər öz qüvvəsi ilə əta edən kelim əldə etmək onun iqtidarında deyilsə, o, heç vaxt “varlıqların həzzi” olan Ali nura layiq olmayacaq.

Belə çıxır ki, öz qüvvəsi ilə əta edən kelim əldə edə bilməməsindən hiss etdiyi bu qaranlıq sayəsində o, kiminsə ona bu kelim-i əldə etməkdə kömək etməsinə ehtiyac duyur. “Kli olmadan nur, və tələbat olmadan dolum yoxdur” qaydasına görə isə belə çıxır ki, indi o, Tövratın nuruna ehtiyac qazanmışdır, necə ki müdriklər demişlər: “Mən şər başlanğıcı yaratdım, Mən Tövratı ona ədviyyat olaraq yaratdım”.

Belə çıxır ki, Tövrat məhz çatışmazlığı olana verilmişdir. Və bu çatışmazlıq “qaranlıq” adlanır. Və bu haqda yazılmışdır: “Tövrat qaranlıqdan verilmişdir”. Başqa sözlə, əta edən kelim-i olmadığı üçün öz həyatında qaranlıq hiss edən kəs Tövratı qəbul etməyə hazırdır ki, Tövratın sayəsində “ondakı nur onu kamilliyə qaytarsın”. Onda o, əta edən kelim əldə edəcək və onların sayəsində xeyir və həzz almağa hazır olacaq və Tövratda iki şey ehtiva olunur:

  1. Kli, o zaman ki o, əta etmək istəyir.
  2. Və sonra o, əta edən kelim daxilində xeyir və həzz alır.

Əks təqdirdə, “qaranlıqdan bəxş edilən Tövratı qəbul etməyən dünya xalqları”. Ruhani işdə “dünya xalqları” -bədənin ibarət olduğu və Tövratı əta edən kelim-i olmadığı zaman qaranlıq hiss etdikləri üçün deyil, bütün istəkləri alan kelim-də olduğu və bu hakimiyyətdən çıxmaq istəmədikləri üçün istəyən 70 xalq adlanır. Və onlar Tövratı daha çox nur, yəni maddi şeylərdən aldıqları həzzdən daha böyük bir həzz əlavə etmək üçün istəyirlər və gələcək dünyanı burada da istəyirlər, necə ki Zoarda deyilir: “[Zəlinin iki qızı var] — hansılar ki, it kimi ulayaraq deyirlər: «Bizə bu dünyanın xoşbəxtliyini ver, bizə gələcək dünyanın xoşbəxtliyini ver»”, yəni onlara bu dünyadakı zənginlik bəs etmir, həm də gələcək dünyada zənginlik istəyirlər.

Belə çıxır ki, Tövrat məhz almaq istəyinin onların üzərində hökmranlıq etdiyini hiss etdikləri vəziyyətdə olanlara verilmişdir. Və onlar qaranlıqdan fəryad edirlər ki, üzərində ixtisar və gizlənmə olan, bu yerdə heç bir nur parıldamasın deyə alan kelim-lərin hökm sürdüyü qaranlıqdan çıxmaq üçün onlara Tövrat lazımdır və bu yer — Tövratı qəbul etmək üçün səbəb və tələbatdır.

Buna görə də, Tövrat qaranlıq səbəbindən gəldiyi üçün Tövrat iki əməl etdi:

  1. “Ondakı nur kamilliyə qaytarır”. Və onda ixtisar və gizlənmə onun alan kelim-lərindən yox olur və alan kelim-lərin olduğu yerdə o, indi əta edən kelim-ə layiq oldu. Və bu haqda deyilib: “üzərində Yaradan bərq vuracaq”, yəni Yaradanın əta etmək istəyi kimi, insan da əta etmək istəyinə layiq olur.
  2. əta edən kelim-ə layiq olduqdan sonra, yəni o artıq layiq olub və lişma əməllərini yerinə yetirə bilir və bu “Tövratı lişma öyrənir” adlanır, o, daha sonra “ona Tövratın sirlərini açırlar” məqamına layiq olur, necə ki ravvin Meir (Mişna Avotda) demişdir. Və bu haqda deyilib: “Və Onun izzəti üzərində zahir olacaq”, harada ki Onun izzəti Yaradanın izzəti deməkdir, bu isə ruhaniyyətin açılması deməkdir. “Üzərində zahir olacaq”, o zaman ki insan “Tövrat, İsrail və Yaradan birdir” məqamına layiq olur.

Lakin alan kelim-dən ötrü qaranlıqdan çıxmaq üçün Tövrata ehtiyac duymayan dünya xalqlarına Tövrat bu dünyanın zənginliyinə, gələcək dünyanın zənginliyini də əlavə etmək üçün lazımdır, necə ki yuxarıda deyilib: “av-av”, qap. Bunlar “dünya xalqları” səviyyəsində olan insanlardır və onlar deyirlər ki, onlara Tövrat qaranlıqdan çıxmaq üçün deyil, alan kli-nin özü onlarda nur kateqoriyası olduğu üçün lazımdır və Tövratın nurunun alan (kli) daxilinə girməsini istəyirlər.

Onlar haqqında deyilir: “Zira budur, qaranlıq yer üzünü bürüyəcək”. Yəni onlar Tövratın nuruna layiq olmadılar, çünki “Tövratın nuru qaranlıqdan verilmişdir”. Yəni yuxarıda deyildiyi kimi özünü qaranlıqda hiss edən kəs “İsrail” adlanır və Tövratın qaranlığı işıqlandırmasına ehtiyac duyurlar — onlar “Üzərində Yaradan bərq vuracak və Onun izzəti üzərində zahir olacaq” məqamına layiq olurlar.

Buradan müdriklərin dediklərini anlayacağıq: “Əsas öyrənmək deyil, əməldir”. Kiduşin traktatında isə deyilir: “Onlara sual verildi: öyrənmək daha mühümdür, yoxsa əməl? Ravvin Tarfon cavab verməyə başladı və dedi: əməl daha mühümdür. Ravvin Akiva cavab verməyə başladı və dedi: öyrənmək daha mühümdür. Hamı cavab verməyə başladı və dedilər: öyrənmək o vaxt mühümdür ki, öyrənmək əmələ gətirib çıxarsın”. Və bu sözləri ruhani iş tərəfindən anlamaq lazımdır, çünki bəsit mənada bir çox təfsirlər var.

Ruhani iş tərəfindən, yəni işdə özümüz üçün deyil, əta etmək üçün  nail olmaq istədikdə, əlbəttə ki, 613 əmri praktiki olaraq yerinə yetirməliyik, çünki Tövratı öyrənən və 613 əmri əməldə yerinə yetirmək istəməyən kəs, xarici elmləri öyrəndikləri kimi hikmət öyrənir. Və bu haqda müdriklər demişlər: “Əgər bir insan sənə desə ki, dünya xalqlarında hikmət var, inan; dünya xalqlarında Tövrat var desə — inanma”. Nəzərdə tutulur ki, insan Tövratı öyrənə bilər, lakin əgər o, dünya xalqlarına aiddirsə və əmrləri yerinə yetirmirsə, digər xalqlara aid olduğu üçün belə çıxır ki, onun öyrəndiyi Tövrat “Tövrat” deyil, “hikmət” adlanır.

Buna görə də əta etmək naminə işləmək istəyən kəs, əlbəttə ki, praktiki olaraq işləməyə başlayır, sonra isə niyyəti birləşdirməyə başlayır, yəni əta etmək naminə niyyəti birləşdirir. Lakin əta niyyətinə necə nail ola bilərik, axı məlumdur ki, insan, qəlbi əleyhinə olsa da, əməlləri məcburiyyət qarşısında yerinə yetirə bilər. Bu o deməkdir ki, insan öz istəyinə uyğun olmasa da, əməlləri məcburiyyətlə yerinə yetirə bilər, o öz istəyinə üstün gəlib istəksiz bir şey edə bilər. Lakin qəlbi, yəni istəyi və canatmasını — insan dəyişməyə qadir deyil.

Əgər insan “yalnız özü üçün almaq” təbiəti ilə yaradılmışsa, o, əta etmək naminə niyyəti necə edə bilər, axı bu təbiətə ziddir? Və insan alan olan öz təbiətinə və istəyinə qarşı necə gedə bilər? Və o, özünü necə məcbur edib qəlbinin niyyətini əta etmək üzərinə yönəldə bilər? Və bundan əlavə, biz bilməliyik ki, Tövrat İsraili təmizləmək üçün verilmişdir. Yəni yerinə yetirməli olduğumuz bütün əməllər yalnız əta etmək niyyətinə nail olmaqdır. Və bunu necə etmək olar, axı məcburiyyət qəlbə və istəyə təsir etmir.

Və bu haqda mənim atam və müəllimim demişdir: “hansıları ki, Yaradan etmək üçün yaratdı”, harada ki: “hansıları ki Yaradan yaratdı”, insanın “etməli” olduğunu bildirir — yəni Onun yaratdıqlarını. Və “hansıları ki yaratdı” ifadəsini izah etmək lazımdır ki, yaradılış “heçdən var olan” adlanır. Məlum olduğu kimi, almaq istəyi nəzərdə tutulur. “Etmək üçün” — varlıqlara aiddir ki, onlar əta etmək naminə niyyəti birləşdirməlidirlər. Bu o deməkdir ki, varlıqların üzərinə düşən hər şey — yalnız onların əta etmək naminə niyyəti yerinə yetirmək imkanının olmasıdır. Və bu, “hansıları ki, Yaradan etmək üçün yaratdı” deməkdir, “etmək” isə varlıqlara aiddir.

Və bununla yuxarıda deyilən “öyrənmək daha mühümdür, yoxsa əməl” sualını izah etmək olar ki, söhbət aşağıdakıların yerinə yetirməli olduğu əməldən getmir, axı şübhəsiz ki, əməl olmadan heç nə yoxdur və əvvəlcə bütün 613 ehkamı əməldə yerinə yetirmək lazımdır. Lakin Tövratın özündə, Tövrat “öyrənmək” adlandığı zaman izah etmək lazımdır. Və “öyrənmək mühümdür, yoxsa əməl” sualına izah olunurdu ki, Tövrat iki şeydən bəhs edir:

Qanunlar tərəfindən, yəni ehkamlardakı ölçülər barədə sual olduqda, onların hansı formada və nə cür yerinə yetirilməli olduğundan. Məsələn, tsitsit haqqında Qanunun gətirdiyi qanunları öyrənmək lazımdır — talitin ölçüsü və tsitsitin ölçüsü nə qədər olmalıdır. Və eyni zamanda digər ehkamlara münasibətdə də. Bu hissə Tövratın aşkar hissəsi adlanır, çünki bu ehkamlar gözlə görünür və orada insanın səhv etdiyini demək olmaz, çünki gözlə görünən şeyə insan diqqətli olarsa, o artıq ehkamları lazımi qaydada yerinə yetirə bilər. Buna görə də bu hissə “aşkar” adlanır.

Tövratın qanunlar və qaydalar tərəfindən bəhs edilməyən, ehkamların praktiki olaraq yerinə yetirildiyi, lakin tarixi hadisələr və müdriklərin nağılları tərəfindən bəhs edilən, 613 ehkamla heç bir əlaqəsi olmayan hissəsi. Sual ondadır ki, Tövratın hansı hissəsi daha mühümdür, yəni insanın ona daha çox diqqət yetirməsi üçün hansı daha çox dəyərlidir?

Və “öyrənmək” Tövratın yalnız əməl olmadan öyrənməyi nəzərdə tutan hissəsi adlanır, çünki orada necə yerinə yetirmək barədə əməldən bəhs edilmir. Bu “öyrənmək”, yəni “əməlsiz Tövrat” adlanır.

Ravvin Tarfon deyir ki, “əməl mühümdür”, yəni Tövratın ehkamları praktiki yerinə yetirilməsindən bəhs edən hissəsi, ehkamların qanunlarını bilmək daha mühümdür. Ravvin Akiva dedi ki, “öyrənmək mühümdür”. “Hamı cavab verir və deyir, Ravvin Akiva kimi öyrənmək mühümdür”. Məsələ burasındadır ki, öyrənmək əmələ gətirib çıxarır.

Və izah etmək lazımdır ki, “öyrənmək əmələ gətirib çıxarır” dedikdə, doğrudur ki, işə Tövratın ehkamlarının praktiki yerinə yetirilməsindən bəhs edən hissəsindən başlayırıq. Lakin bu yalnız başlanğıcdır, çünki Tövratda və ehkamlarda əsas odur ki, onlar varlıqların təmizlənməsi üçün verilmişdir. Bu o deməkdir ki, deyildiyi kimi (Ptixa le xoxmat a-kabala-da), tsiruf (təmizlənmə) məsələsi özü üçün almaq istəyinin hökmranlığından çıxmaq və yalnız əta etmək naminə işləmək deməkdir. Yuxarıda deyildiyi kimi isə “Yaradanın yerinə yetirmək üçün yaratdığı”, özü üçün almaq adlanan varlıqa verilən bir əməldir ki, onda əta etmək naminə niyyət yaransın. Və bu, aşağıdakıların etməli olduğu əsas əməldir ki, Yaradan tərəfindən hazırlanmış xeyir və həzzi qəbul edə bilsinlər.

İnsanın yalnız Yaradan naminə işləməli olduğunu, öz mənfəəti üçün olmadığını bildirən əməl xüsusiyyətinə gəlmək üçün isə, 613 ehkamın aşkar hissəsi üzərində insan hələ də dəf etmək vasitəsilə özünü məcbur edə və 613 ehkamı icra edə bilər. Lakin gizli hissədə, yəni qəlbin ixtiyarına verilmiş niyyətdə, bunda insanın özünü məcbur etmək imkanı yoxdur. Başqa sözlə, əgər qəlb işləmək və yaxınını sevmək istəmirsə, insanın heç bir çarəsi yoxdur.

Belə çıxır ki, insanın göylər naminə işləmək istədiyi, bədənin isə razı olmadığı bu vəziyyətdə insan öz qüvvəsi ilə göylər naminə işləməyə qadir olmadığını dərk etməyə gəlir. Belə çıxır ki, indi insana əta etmək naminə işə girməzdən əvvəl bilmədiyi yeni bir şey məlum oldu — onun tam bir günahkar olduğu, çünki o, göylər naminə işləmək istəmir. Hərçənd ki, əta etmək üzərində işə girməzdən əvvəl də o, hələ hər şeyi göylər naminə etmədiyini bilirdi, lakin o zaman elə düşünürdü ki, hər şeyi göylər naminə etməməsi yalnız səhlənkarlıq və tənbəllikdən irəli gəlir, lakin hər şeyi göylərnaminə etmək istədiyi anda, onda bu, əlbəttə ki, alınacaq.

Buna görə də insan hazırda bunu etməməsindən narahat deyildi. Və demək olar ki, bu yalnız vaxt çatışmazlığındandır, lakin o əmindir ki, hər şeyi göylər naminə etməyə qadirdir. Və belə bir qayda var ki, insanın etməyə qadir olduğu şey barədə o narahat olmur, çünki əgər qadirdirsə, bunu hər zaman edə bilər, lakin, əgər qadir deyilsə, o yalnız başqalarının rəyindən asılıdır.

Halbuki indi, əta etmək üzrə işə girdiyi və buna çox səy göstərdiyi və irəliləmədiyini gördüyü zaman, daha da pisi: çox iş səbəbindən o, ümidsizliyə qapılır və indi özündə şəri elə böyük ölçüdə görür ki, əta etmək üzrə işin onun üçün olmadığı qənaətinə gəlir və bu dərketmə “günahkar” vəziyyətidir. Başqa sözlə, o indi heç bir şübhə olmadan bilir ki, bədəni öz fikrində təkid edir və onun göylər naminə işləmək istəməsi üçün onu dəyişmək olmaz. Və yalnız aşkar şeylərdə, yəni əməl xüsusiyyətində o, özünü inandıra və xeyirli işlər görə bilər, lakin “qəlbi onunla deyil”. Buna görə də yalnız indi o, özündə şər başlanğıcın olduğuna qərar verə bilər, zira o, Yaradana qarşı həqiqi şərdir, yəni Yaradanın işçisi olmaq istəmir, yalnız özünə xidmət etmək [istəyir].

Və insan bu vəziyyətə gəldikdə, yəni özündə şər başlanğıcın olduğunu gördükdə, burada bizim müdriklərin dediklərinə inanmaq lazımdır: “Mən şər başlanğıcı yaratdım, Mən Tövratı ona ədviyyat olaraq yaratdım”, çünki “ondakı nur kamilliyə qaytarır”. Yəni bundan əvvəl o, şər başlanğıcın əsarəti altında idi, başqa sözlə, o, Yaradan naminə deyil, öz şəxsi mənfəəti üçün işləməli idi. İndi isə «Tövrat nur»nun köməyi ilə o, «onu Mənbəyə qaytarır». Yəni onda göylər naminə əməllər etmək imkanı yaranmışdır və bu, «yaxşı əməllər» adlanır, yəni yalnız Yaradana əta etmək, öz şəxsi mənfəəti üçün deyil.

 

Və deyilənlərdən görürük ki, Tövratın nuru olmadan əta etmək üzrə əməlləri etməyə gəlmək qeyri-mümkündür. Belə çıxır ki, Tövratın insanın hökmlər və qanunlarla bağlı olanı öyrənmədiyi hissəsi “əməl xüsusiyyəti” adlanır və buna görə də deyilib: “əməl daha mühümdür”, yəni Tövratın əməldən və ehkamlardan bəhs edən hissəsi.

Və buna görə də deyilib: “Öyrənmək daha mühümdür”, yəni Tövratın hekayələrdən, nağıllardan və müdriklərin izahlarından və s. bəhs edən və Tövratın bu hissəsində praktiki ehkamlara aidiyyəti olmayan hissəsi — bu “öyrənmək” adlanır. “Hamı cavab verməyə başladı və dedilər: öyrənmək o vaxt mühümdür ki, öyrənmək əmələ gətirib çıxarsın”. Burada “əməl” “həmin əməl üçün olan niyyət” deməkdir ki, bu da “aşkar” xüsusiyyətidir. Və onun qəlbində niyyət qurmaq imkanı olacaq ki, o, göylər naminə olsun və bu “əməl” adlanır, necə ki deyilib: “hansıları ki, Yaradan etmək üçün yaratdı”, yuxarıda deyildiyi kimi, niyyət qurmaq “qəlbin” vəzifəsidir ki, insanda qəlbin səmalar üçün əməllər etmək istməsini təmin edəcək güc olsun.