<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani işdə insanın hansı əməli Yaradana aiddir?

Ruhani işdə insanın hansı əməli Yaradana aiddir?

Məqalə 31, 1988

 

Zoar Kitabı deyir: «Yeyib doyacaqsan və sənin Uca Yaradanını alqışlayacaqsan». Bu ehkam bu aləmdə yedikləri, içdikləri və həzz aldıqları hər şey üçün Yaradana şükür etmək deməkdir. Əgər o, şükür etməsə, ona Yaradandan oğurlayan deyilir. Necə ki, deyilir: «Atasına və anasına oğurluq edən...», və yoldaşlar bunun Yaradana aid olduğunu müəyyənləşdirdilər. Çünki insanın Yaradana etdiyi xeyir-dualar həyat mənbəyindən – Binadan Yaradanın müqəddəs adına həyat cəlb etməlidir. Sitatın sonu.

Buradan görürük ki, iki şey olmalıdır:

 

  1. İnsanın yaşadığı həzz,
  2. İnsan aldığı həzzə görə xeyir-dua verməlidir. 

 

Və deyir ki, əks halda, əgər insan xeyir-dua verməzsə, ona «Yaradandan oğurlayan» deyilir. Və deyir ki, bunun səbəbi odur ki, xeyir-dua vasitəsilə o, Ali xeyri Yaradanın adına cəlb edir. Anlamaq lazımdır ki, nə üçün əgər insan xeyir-dua verməzsə, Ali xeyir Yaradanın adına cəlb olunmur? Başqa sözlə, əgər Yaradanın Ali xeyri vermək qüdrəti varsa, nə üçün o, xeyir-dua vasitəsilə təhrik olunmağa ehtiyac duyur?

«Sulam» şərhində izah olunur ki, «ata» Yaradandır, «ana» isə Şxinadır və xeyir-dua vasitəsilə nur Yaradana və Şxinaya cəlb olunur. Lakin başa düşmək lazımdır ki, nə üçün, əgər insan xeyir-dua verməzsə, o, ata və ananın almalı olduğu nuru götürür.

Müdriklərin yuxarıdakı ifadəsi Talmudda da gətirilir: «Bu aləmdə xeyir-dua almadan həzz alan hər kəs sanki Yaradandan və Kneset İsraeldən – 'İsrail Cəmiyyətindən' oğurlayır, necə ki, deyilir: «Atasına və anasına oğurluq edən və «Bu Günah [deyil]» deyən – o, məhvedicinin yoldaşıdır». Çünki Yaradandan başqa ata yoxdur, necə ki, deyilir: «Axı O sənin Atandır, sənin ağan». Və İsrail Cəmiyyətindən başqa ana yoxdur, necə ki, deyilir: «Eşit, oğlum, atanın nəsihətini və ananın öyrətdiklərindən imtina etmə». Və «məhvedicinin yoldaşı» nə deməkdir? Ravvin Xanina bar Papa dedi: «O, İerovoam ben Navatın yoldaşıdır ki, o, İsraili göylərdəki Atasından döndərdi»».

Və bu sözləri başa düşmək çətindir – hər bir həzzə görə xeyir-dua verməyən şəxs İsraili səma Atasından döndərən İerovoam ben Navatın yoldaşıdır. Xeyir-duanın məcburiliyinə qoyduğumuz sərtliyi başa düşmək lazımdır. Nə üçün bu, cəzaya layiq olan hər hansı bir günah törətməkdən daha pisdir? Burada isə xeyir-duaya mane olan günah sanki bütün aləmləri məhv edənə bənzəyir.

Məlumdur ki, bütün aləm yalnız göylərdən ehtiramla qorxmaq üçün yaradılmışdır, necə ki, müdriklər dedilər: «Kimdə göylərdən ehtiramla  qorxmaq varsa, onun sözləri eşidiləcək, necə ki, deyilir: «Hər şeyin sonunda hər şey eşidiləcək: Yaradandan qorx... [çünki bundan ibarətdir – bütün insan]». [və o soruşur,] «Çünki bundan ibarətdir – bütün insan» nə deməkdir? Ravvin Elazar dedi: «Yaradan dedi, bütün aləm yalnız bunun üçün yaradılmışdır». Və Raşi izah edir: «Bunun üçün – bu yaradılsın deyə».

Və başa düşmək lazımdır ki, «Bütün aləm yalnız göylərdən ehtiramla  qorxmaq üçün yaradılmışdır» nə deməkdir. Bu, aləmlərin yaradılması haqqında məlum iddiaya zidd görünür, necə ki, (Midraş Raba, Bereşit) deyilir ki, Yaradan mələklərə dedi ki, O, aləmləri yaratmaq istəyir, çünki bu, bütün nemətlərlə dolu sarayı olan, lakin qonaqları olmayan bir padşaha bənzəyir, buna görə də O, insana xeyir və həzz vermək üçün onu yaratdı. Burada isə o deyir ki, aləm yalnız göylərdən ehtiramla  qorxmaq üçün yaradılmışdır. Sanki Yaradana lazımdır ki, Ondan qorxsunlar, ona görə də O, aləmləri yaratdı.

Bunu başa düşmək üçün əvvəlcə «aləm»nın nə olduğunu və «qorxunun» nə olduğunu başa düşmək lazımdır. Öyrəndiyimiz qaydaya əsasən, aləmlər varlıqlara həzz vermək üçün yaradılmışdı, bu səbəbdən (Yaradan) varlıqlarda xeyir və həzz almaq arzusu və istəyi yaratdı və bu hal «Sonsuzluq aləminin Malxutu» adlanır, çünki o zaman hələ Malxut nurun yayılmasına məhdudiyyət qoymamışdı, əksinə özü üçün həzz almaq arzusunda qəbul edirdi.

Lakin sonra, nuru qəbul etdikdən sonra, biz öyrəndik ki, o zaman Malxut formaca oxşarlığa çalışamağa başladı, çünki hər bir budaq öz kökünə bənzəmək istəyir. Buna görə də özü üçün deyil, Yaradana həzz vermək üçün almaq istəyirdi. Yəni, Yaradan varlıqlara həzz vermək istədiyinə görə, (istək) almaq istəyir.

Arinin dilində buna «ixtisar, saxlanma və gizlənmə» (tsimtsum, alama ve hester) deyilir. «Həyat ağacı» kitabında deyildiyi kimi, aləmlər yaradılmazdan əvvəl Ali nur bütün kainatı doldururdu. Başlanğıc və son yox idi, hər şey vahid birlikdə idi. Lakin o, varlıqlar yaratmaq və məxluqlar xəlq etmək istədikdə, Özünü ixtisar etdi və boş yer yarandı. Və orada deyilir: «Və budur, ixtisardan sonra artıq varlıqların, məxluqların və mahiyyətlərin ola biləcəyi yer var idi».

Biz görürük ki, ixtisardan əvvəl aləmlər yox idi və «aləm» (olam) «saxlanma və gizlənmə» (alama ve hester) deməkdir. Və o zaman baş verən gizlənmə, deyildiyi kimi, «Öz əməllərinin kamilini təzahür etdirmək üçün» idi. Və orada «Or Pnimi»də izah edilir ki, məna «əta etmək üçün almaq» adlanan formaca oxşarlığın olması üçündür, əks halda «ayrılma» adlanan formada fərq olmasın deyə heç bir nur almayacaqlar. Və Sonsuzluq aləminin Malxutu belə bir vəziyyətə çalışırdı.

Və əgər qəbul edən kli-də nurun açılması olsaydı, formaca oxşarlığa gəlib çıxa bilmələri üçün heç vaxt  iş yeri olmazdı. Buna görə də nurun yox olması baş verdi və buna «saxlanma və gizlənmə» deyilir. Və sonra, «Ali nur üzərində ekran» adlanan səy göstərmə qüvvələrinə uyğun olaraq, əta etmək üçün qəbul edə bilsinlər deyə – məhz bu ölçüdə nur açılır.

Və bu kli aşağıdakının gücündən yarandığı üçün, yəni bu kli-ni aşağıdakı yaratmalıdır, buna görə də aşağıdakının Yaradanın yaratdığı və «almaq istəyi» adlanan kli-yə nur verdiyi zaman yaradılışın düşüncəsində olan bütün nuru almağa gücü yoxdur. İndi isə alan kli-də nur hissə-hissə, biri digərinin ardınca qəbul edilir ki, buna «tədricən» deyilir, çünki məxluqların yaratdığı kelim hər şeyi bir dəfəyə etməyə qadir deyil.

Buna görə də çoxlu aləmlər yarandı, yəni çoxlu ekranlar yarandı və hər bir ekran bir tərəfdən gizlətmə yaradır, digər tərəfdən isə onun köməyi ilə açılma baş verir. İxtisardan əvvəl isə aləmlər üçün yer yox idi, yəni gizlətmə üçün yer yox idi, çünki, deyildiyi kimi, «Ali nur bütün kainatı doldururdu».

Deyilənlərdən belə çıxır ki, insanın iki əməli var:

 

  1. O, hər şeyi öz şəxsi xeyri üçün almaq istəyir, yəni kli-də gördüyü bütün zövqü və həzzi almaq istəyir, buna «özü üçün almaq» deyilir.
  2. O, yaxınına əta etmək istəyir.

 

Deyilənlərdən belə çıxır ki, onun öz şəxsi xeyri üçün almaq istədiyi əməl  Yaradandan gəlir, yəni Yaradan varlıqlarda «almaq üçün almaq» adlanan kli formalaşdırmışdır. Və bu klini əldə etmək üçün insan işləməli deyil, o, Yaradanın yaratdığı təbiətdən ona verilmişdir.

Halbuki insanın yaxını üçün etdiyi əməl  varlıqlardan gəlir, yəni insan bu klini əldə etmək üçün səy göstərməlidir, çünki Yaradanın məqsədi aşağıların Ona əta etməsi deyil, Yaradanın varlıqlara əta etməsi idi. Lakin utanc vəziyyəti olmasın deyə, aşağı gizlətmə və ixtisar yaratdı ki, nuru yalnız əta etmək niyyətində ola biləcəyi qədər qəbul etsin. Və bu əməli aşağı öz gücü ilə etməlidir, ona görə də bu klini qazanmaq üçün böyük səy göstərməlidir, çünki bu, varlıqların yaradıldığı təbiətə ziddir.

Beləliklə, verdiyimiz sual – insanın etdiyi hansı əməl  Yaradana aiddir? Yəni, Yaradan onu yaratmışdır? Haqqında deyilir ki, insanın bütün xeyri -özü üçün almaq istəməsi birbaşa Yaradandan gəlir. Halbuki əta etmək əməli Yaradana aiddir. Buna görə də insana bu klini əldə etmək çətindir, çünki bu, təbiətə ziddir.

Deyilənlərdən biz müdriklərin bütün aləmlərin məhz bunun üçün, yəni göylərdən ehtiramla qorxmaq üçün yaradıldığı barədə dediklərini izah edə bilərik. Həmçinin deyilir: «Yaradan elə elədi ki, Ondan qorxsunlar». Lakin bu, müdriklərin aləmlərin yaradılmasının  qorxu olsun deyil,varlıqlara həzz vermək üçün olduğu barədə dediklərinə zidd deyilmi? Müdriklərin dediyi kimi, bütün aləm məhz bunun üçün, yəni göylərdən ehtiramla qorxmaq üçün yaradılmışdır, bu o deməkdir ki, sanki Yaradana lazımdır ki, Ondan qorxsunlar, bunun üçün O, varlıqları yaratdı.

Və izah etdiyimiz kimi, «aləm» (olam) «saxlama və gizlənmə» (alama ve hester) deməkdir və sual yaranır: aləmlərin yaradılmasının səbəbi varlıqlara həzz vermək idisə, Yaradan niyə yox olma və gizlətmə yaratdı? Lakin burada Arinin «Həyat ağacı» kitabındakı sözləri ilə müəyyən edilən islah əməli var: «Öz əməllərinin kamilliyini təzahür etdirmək üçün Özünü ixtisar etdi». Biz görürük ki, «ixtisar» adlanan yox olma və gizlənmə hadisəsi Ali nuru ala bilsinlər və «forma oxşarlığı» adlanan qovuşma vəziyyətində galsınlar deyə lazım idi.

Yəni, xeyir və həzz alsalar da, hər halda, əta etmək üçün qəbul etdiklərinə görə, buna «forma oxşarlığı» deyilir. Nəticədə, onlarda olan Ali xeyrə can atmaq, arzu etmək, xeyir və həzz almaqdan imtina edirlər, lakin yaradılışın məqsədi də bu olduğuna görə onların həzz almasından Yaradanın həzz alması və zövq alması var, buna görə də onlar alırlar, çünki Yaradan özü üçün deyil,onların həzz almasını istəyir.

Və bu islah məhz yox olma və gizlənmə sayəsində baş verir, çünki o zaman seçim üçün yer olur, yəni əta etmək niyyəti olmasa, o, almaq istəmir. Halbuki, əgər nur ixtisardan əvvəlki kimi açılmış olsaydı, Ali nurun bütün kainatı doldurduğu vaxtda necə demək olar ki, seçim üçün yer var. Başqa sözlə, əgər o, əta etmək niyyətində ola bilmirsə, o, almır.

Bu, qeyri-mümkün olardı, çünki gördüyümüz kimi, baş verən bütün ixtisarlardan sonra nur bu aləmdə açıq şəkildə parlamır, Ari deyir ki, o, klipotları canlandırmaq üçün müqəddəslikdən enən «incə şüalanma» şəklində parlayır. Bu o deməkdir ki, maddi aləmdə baş verən bütün həzzlər əsas həzzin olduğu ruhaniyyətlə müqayisədə ən incə nurdan başqa bir şey deyildir. Və biz görürük ki, əsas həzzin olduğu ruhaniyyətlə müqayisədə kiçik həzz olan maddi həzz alarkən insana nə qədər çətindir. Həmçinin, mən əta etmək niyyətində ola bilmirəmsə, mən həzzdən imtina edirəm- demək də çox çətindir. Əgər belədirsə, təsəvvür edək ki, məsələn,  tsitsit ehkamına bürünmüş nur açılmış olsaydı, insan əta etmək niyyətində olmağa qadir deyilsə, həzzdən imtina etdiyini deməyə necə qadir olardı?

Deyilənlərdən başa düşəcəyik ki, «aləm» (olam) sözü gizlətmə deməkdir. Və bununla da «aləm yalnız bunun üçün yaradılmışdır» sözlərini, yəni göylərdən ehtiramla qorxmaq üçün olduğunu izah edə bilərik. Lakin həqiqətə nail olmaq üçün ruhani işdə «göylərdən ehtiramla qorxmaq» nə deməkdir? Və bunun izahı Zoar kitabının Ön sözündə deyilir: «Lakin nə birinci qorxu, nə də ikinci qorxu heç bir halda şəxsi xeyrə yönəlməyib, yalnız Yaradana həzz verməyin azalmasından qorxmaqdan irəli gəlir».

Və bundan başa düşəcəyik ki, yazılanlar: «Bütün aləm yalnız göylərdən ehtiramla qorxmaq üçün yaradılmışdır». Və bunun mənası odur ki, bütün gizlətmə məsələsi (alama – ivritcə), nə üçün «aləm» (olam – ivritcə) adlanır, bu gizlətmə yalnız əta etmək xüsusiyyətinə gəlib çıxmaq üçün yer olsun deyə yaradılmışdır. Başqa sözlər desək, əgər gizlətmə olmasaydı, əta etmək üçün işləməyə yer olmazdı.

Buna uyğun olaraq, «aləmlərin varlıqlara həzz vermək üçün [Yaradan tərəfindən] yaradıldığı» barədə verdiyimiz sualı belə izah etmək lazımdır ki, burada Yaradanın onun haqqında dediyi yaradılışın məqsədi nəzərdə tutulur ki, bu, hər cür nemətlərlə dolu sarayı olan bir padşaha bənzəyir. Və sonra yaradılışın islahı baş verdi ki, onun mahiyyəti əta etmək üçün işləməkdir, nəticədə qovuşma, forma oxşarlığı vəziyyəti yaranır və buna «ehtiramla qorxu» deyilir. Və bu islah üçün «aləm» yaradıldı ki, onun mənası yox olma və gizlənmənin olmasıdır.

Beləliklə, gizlətmə olan aləm Ondan ehtiramla qorxsunlar deyə yaradılmışdır. Deməli, bu qorxu – insanın Yaradanın xeyrinə işləmək imkanı olsun deyə onun üçün bir xeyirdir. Və demək olmaz ki, Yaradana Ondan qorxmaları lazımdır. Lakin, artıq deyildiyi kimi, bu qorxu ona görə lazımdır ki, insan qorxsun ki, bəlkə də onun əta etmək üçün işləmək imkanı olmayacaq. Bunun üçün gizlətmə edildi. Və bu iş insana aiddir və o, bu kelimi qazanana qədər böyük iş görməlidir, çünki bu, təbiətə ziddir, çünki Yaradan varlıqlara həzz və zövq almaq arzusu vermişdir.

Və deyilənlərin nurunda yazılanları izah etmək lazımdır: «Yaradan elə elədi ki, Ondan ehtiramla qorxsunlar». Başqa sözlə, insan «ali Malxut» adlanan qorxunu saxlasın deyə, O, islah etdi. Yəni, insanın ali Malxutu,  «bilik üzərində inam» adlanan şeyi buraxdığı anda, Yaradan elə etdi ki, bu insan ruhaniyyət haqqında düşündüyü vəziyyətindən dərhal maddi aləmin içinə yıxılır və bu aləmlər arasında heç bir əlaqə yoxdur.

Və bu yıxılmalar ona gətirib çıxarır ki, insan ehtiyatlı olmağa başlayır ki, bilik üzərində inamda iş qaydasını pozmasın. Və Zoar kitabının Ön sözünə bax: «Lakin qorxu ilə bağlı olan hər şey yalnız insanın xeyri üçündür, ölümcül padşah kimi varlıqların ehtiramı Yaradana çatmadığı üçün deyil. Və Onun etdiyi hər şey – insanın xeyrinədir, çünki Yaradanın etdiyi bu islahlar sayəsində insan yaradılışın məqsədinə aparan düz yolu getməyi öyrənəcək ki, məqsəd də varlıqların xeyir və həzz almasıdır».

İndi isə xeyir-dua ilə bağlı verdiyimiz sualı aydınlaşdıraq ki, deyilirdi: bu aləmdə xeyir-dua almadan həzz alan şəxs İohavam ben Navata bənzəyir. Və biz soruşduq ki, nə üçün xeyir-dua olmadan həzz almaq günahı digər günahlardan bu qədər ağırqdır. Elə bil insanın etdiyi digər günahlarda o, günah işləyən və bir çoxlarını günaha sövq edən İerovoam ben Navata bənzəmir. Halbuki xeyir-dua olmadan həzz alan şəxs İsraili səma Atasından döndərən İerovoama bənzəyir.

Və ruhani iş planında izah etmək lazımdır ki, insan hansısa bir şeydən həzz aldıqda və bu insan buna görə təşəkkür etdikdə, burada inancın yenilənməsi baş verir, başqa sözlə, insan xeyir-dua zamanı inanmalıdır ki, Yaradan ona bu həzzi vermişdir ki, bu da «Öz varlıqlarına həzz vermək istəyi» xüsusiyyətinə daxildir. Buna görə də maddi həzzlərdə də Yaradanın varlıqlara vermək istədiyi həzz bürünmüşdür, çünki yalnız Yaradan hər şeyi canlandırır, necə ki, yazılıb: «Hamını Sən canlandırırsan». Lakin bütün o müddət ərzində ki, insan hələ onu kimin bəslədiyini hiss etməyə layiq olmayıb, Yaradan maddi libaslara bürünür, çünki heyvanların da həzz ala bildiyi aşağı libaslarda «danışan» səviyyəsinə də onlarda həzz hiss etmək verilir.

Və heyvanlar kimi hiss etdiyi bu maddi həzzlərdə seçim üçün yer var. Başqa sözlə, burada demək üçün yer var ki, bu libaslarda olan bütün həzzlər təbiətdir. Bu o deməkdir ki, onlar deyirlər ki, qorxulu düşüncədir, təbiətin heç bir hökmdarı yoxdur. Və bunun nəticəsi odur ki, bütün dünyəvilər təbiətin hökmdarı olduğuna inanmaq istəmirlər. Çünki onların ağlında bunun onların dediyi kimi olduğuna dair açıq sübutlar var.

Və möminlər var ki, bilik üzərində getdiklərini deyirlər. Yəni, ağlın nöqteyi-nəzərindən demək lazımdır ki, bütün bunlar yalnız təbiətdir, lakin hər halda onlar mömindirlər və müdriklərin xeyirxahlıqla idarə edən Yaradanın olduğunu söylədiklərinə inancları var. Beləliklə, Yaradanın maddi həzzlərə bürünməsi və onların zövq və həzz alması onlara xoşbəxt həyat yaşamaq üçün kifayətdir və təbiətin hökmdarının olub-olmadığını bilmək üçün heç bir ehtiyacları yoxdur. Çünki bu, onların həzzlərinə nə əlavə edəcək? Lakin onlar çoxlu libaslar vasitəsilə həzzləri çoxaltmaq istəyirlər.

Məsələn, daha çox pul, daha çox şərəf əldə etmək, bədəni yemək və içki ilə daha çox doldurmaq və s. Və səbəb odur ki, onların burada təbiət hökmdarının olub-olmadığını axtarmaq ehtiyacı yoxdur. Və bu, müdriklərin dediklərindən irəli gəlir ki, «qula məsuliyyətsiz olmaq daha rahatdır». Və bu, müdriklərin dediklərinin nəticəsidir ki, insan kimdənsə əsarət almaq istəmir, insan azad yaşamaq və heç bir insana tabe olmamaq istəyir. Beləliklə, insan təbiətin hökmdarının olduğunu bilmək üçün müxtəlif hiylələr axtardığı vaxtda məlum olur ki, əgər o, bu fikri qəbul edərsə ki, Hökmdar var, onda o zaman Hökmdarın göstərişlərini yerinə yetirməyə məcbur olacaq və o zaman mükafat və cəza olduğunu deməyə məcbur olacaq. Belə olan halda isə demək daha yaxşıdır ki, təbiətin Hökmdarı yoxdur. Və o zaman o, pozğun həyat yaşaya bilər. Yuxarıda deyilənlərdən belə çıxır ki, Tövratda və ehkamlarda olan xeyir və həzzin bizdən gizlədilməsi ilkin düşüncəyə uyğun olaraq edilmişdir ki, seçim üçün yer qalsın. Çünki Tövrat və ehkamlar barədə, Allah eləməsin, Hökmdar yoxdur demək mümkün deyil, o zaman Tövratı və ehkamları verən kimdir?

Lakin O kimdir, seçimi etməyə və təbiətin Hökmdarının olduğuna inanmağa sövq edən? Amma o zaman ki, insan özünə hesabat verir ki, «danışan» səviyyəsində olan insanın heyvanlarla eyni həyat səviyyəsinə malik olması qeyri-mümkündür, yəni onlar həyatlarında heyvanlardan daha vacib rola malik olmadıqları ilə barışa bilmirlər və o zaman onlar həyatın məqsədini axtarmağa başlayırlar.

Müdriklərin İbrahim haqqında dedikləri kimi, o soruşdu: «Hökmdarı olmayan bir paytaxt ola bilərmi?» Elə həmin anda paytaxtın Hökmdarı ona açıldı və dedi: «Mən paytaxtın hökmdarıyam». Başqa sözlə, o, yanan bir paytaxt gördükdə, yəni «paytaxt» adlanan bütün dünyanın əzab çəkdiyini gördükdə soruşdu: Hökmdarsız paytaxt ola bilərmi? Şübhəsiz ki, təbiət dünyanı təbiətin Hökmdarı olmadan əzab çəkməyə məcbur etməz. Və o, Hökmdarı axtarmağa başladı. Dərhal Hökmdar ona açıldı və dedi: «Bu dünyanın Hökmdarı Mənəm».

Biz görürük ki, aşağı tərəfdən o, təbiət Hökmdarının olduğunu bilmək və hiss etmək istədikdə və Ona, Xeyir-dualıya qovuşmağa can atdıqda oyanış olmalıdır. Və o, bacardığı hər şeyi edir, baxmayaraq ki, bilir ki, bilik içində Təbiət Hökmdarının «Xeyirxah və Xeyir verən» xüsusiyyətində olduğunu görmək ona nə qədər çətindir. Yəni o görür ki, özünə xeyir və həzz necə çatışmır. Həmçinin dünyaya baxanda o görür ki, bütün aləm maddi və ruhani cəhətdən əziyyət və yoxsulluq içindədir və o hər halda bilik üzərində inamla inanmalıdır ki, Yaradan – O, dünyanın Hakimidir və O, bütün dünyaya yalnız xeyir verir.

Atam və müəllimim Baal Sulamın dediyi kimi («Şamati», 1-ci məqalə) ki, insan bilik üzərində inanmalıdır ki, Yaradan dünyanı «Xeyirxah və Xeyir verən» xüsusiyyətində fərdi idarəetmə ilə idarə edir. Və baxmayaraq ki, o, bilik içində əksini görür, o deməlidir: «Gözləri var, amma görmürlər», yəni insan hələ Yaradanın mülkiyyətinə daxil olmağa və öz şəxsi hakimiyyətini ləğv etməyə layiq olmadığı bütün müddət ərzində həqiqəti görmək iqtidarında deyil.

Və deyilənlərdən görürük ki, insan bu dünyada həzz aldığı zaman bu o deməkdir ki, özünün həzz almaq istəyi, baxmayaraq ki, bu istək Yaradan tərəfindən gəlir, yəni Yaradanın istəyi yalnız bundan ibarət idi ki, məxluqlar hər cür nemətlərdən həzz alsınlar, onda belə çıxır ki, insan həzz aldığı zaman Yaradanın istəyini yerinə yetirir.

Əgər belədirsə, nə üçün insan Yaradanı xeyir-dua ilə yad etməlidir? Məgər Öz yaratdıqlarını həzzləndirmək niyyəti Yaradanın Ona xeyir-dua versinlər deyə ehtiyacının olması səbəbindən idi? Xeyir-duanın mənası isə verənə təşəkkür etməkdir ki, Onun əllərinin bütün əməllərinə xeyir-dua gəlsin.

Və soruşmaq lazımdır: məgər Yaradanın Ona xeyir-dua və uğur arzulamalarına ehtiyacı var? Bu, yalnız özləri zəif olan məxluqlara xasdır, buna görə də öz əllərinin əməlləri ilə nail ola bilmədikləri şeylərdə xeyir-duaya və uğura ehtiyac duyurlar, çünki onların gücü çatmır. Bəs belə bir şeyi Yaradan haqqında necə demək olar?

Lakin öyrəndiklərimizə görə, yaradılışın islahı üçün ixtisar və gizlətmə baş verdi ki, aşağıların almaq üçün yeri olsun və həzz alarkən utanc vəziyyəti olmasın. Və bu münasibətlə bizə iki şeyi ayırd etmək verilir:

 

  1. Əməl , yəni insanın həzz alması.
  2. Niyyət, yəni səbəb. Yəni, onu «əməl » adlanan bu həzz almağa məcbur edən kimdir?

 

İnsan onun həzz almasının səbəbinin kim və nə olduğunu görməyə gəlib çıxdığı vaxtda, Onda insan özünü yoxlamağa başlayır. Nədən həzz alır. Və görür ki, bütün həzz həmin şeyə olan istəkdən asılıdır. Və biz bunu öz təbiətimizə aid edirik. Başqa sözlə, Yaradan bizə həzz ala bildiyimiz hər hansı bir şeydən həzz almaq arzusu və istəyi vermişdir. Və insan özünü təhlil edəndə görür ki, bunun nəticəsində o, Yaradandan ayrılmağa gəlib çıxmışdır. Yəni o görür ki, bu almaq səbəbindən o, forma fərqi nəticəsində Yaradanın işindən uzaqlaşacaq. Və o, maddiyyətə yaxınlaşmaq səbəbindən almağa məcbur olur, maddiyyətin əsas mənası isə özü üçün almaq, öz xeyri üçün işləməkdir, belə ki, belə bir insan «maddi» olaraq təyin olunur, Yaradanın xatirinə deyil, Yaradan isə «ruhaniyyət» xüsusiyyəti ilə təyin olunur. Buna görə də insanın üzərinə həzz əməli üzərində niyyət qurmaq qoyulmuşdur:

1.İnanmalıdır ki, aldığı o həzz başqasından deyil, Yaradandan gəlmişdir.

2.Əta etmək üçün niyyət qurmalı və deməlidir ki, Yaradan varlıqların həzz almasını istədiyinə görə, o, Yaradanın arzusunu yerinə yetirir, əks halda, əgər Yaradanın xatirinə niyyət edə bilməsəydi, o, bu həzzdən imtina etməyə hazırdır.

Lakin bu elə bir işdir ki, ona bir dəfəyə gəlib çıxmırlar. Və buna deyilir ki, o, Yaradana xeyir-dua verir. Yəni, əta etmək üzərində iş sayəsində hesab olunur ki, insan Yaradana kelim verir ki, Onun insana həzz vermək imkanı olsun. Çünki ixtisar ona görə baş verdi ki, alan kelimə dolğunluq verilməsin və indi elə bir reallıq olacaq ki, Yaradan verə biləcək, çünki bu kelimlərdən ixtisar çıxmışdır, çünki onlar indi şəxsi xeyirləri üçün deyil, Yaradanın xatirinə qəbul edirlər.

Buna görə də indi demək olar ki, xeyir-dua edən insan, yəni həzz alarkən niyyət yaradan insan, yəni onun həzz alması ondan ibarətdir ki, o, Yaradanın arzusunu – Onun öz varlıqlarına xeyir vermək istəyini doldurur, buna Yaradanın əllərinin əməllərinə xeyir-dua vermək deyilir. Yəni, Yaradanın əllərinin əməli varlıqlara dolğunluq vermək olduğuna görə və onun əta etmək üçün niyyət verməsindən asılı olaraq, yuxarıda aşağılara nur vermək gücü var, çünki indi aşağılar alma nəticəsində uzaqlaşmırlar. Əksinə, indi göz qabağındadır ki, onlar Yaradan ilə birləşiblər. Və buna sübut odur ki, dolğunluq almağa qadir olan kelimlərdə yayıla bilər, çünki bu kelimlər müqəddəslikdə qalacaqlar. Beləliklə, o, xeyir-dua vasitəsilə nurun aşağılara yayılmasını törədir.

Və bundan başa düşəcəyik ki, soruşduğumuz sualın cavabı nədir: xeyir-dua məsələsində nə üçün belə sərtlik var? Görünür, ona görə ki, bu, digər günahlarla müqayisədə daha böyük zərər vurur. Yuxarıda deyildiyi kimi, xeyir-dua məsələsi kelimlərin hazırlanması məsələsidir, belə ki, Yaradanın aşağıdakılara xeyir və həzz vermək imkanı olsun və bu bolluq onlara zərər verməsin. Yəni onlar xeyir və həzzi Mübarək Olandan aldıqları üçün forma fərqinə görə uzaqlaşmasınlar. Çünki məlumdur ki, forma fərqi Yaradan’dan uzaqlaşmağa səbəb olur.

Belə çıxır ki, həzzə xeyir-dua verməyən, yəni əta etmək xatirinə olması üçün niyyət qurmayan kəs yuxarıdakı xeyirin aşağıya yayılmasına imkan vermir. Belə çıxır ki, o, sanki Yaradanın yaradılış məqsədini – Öz yaratdıqlarını həzzətləndirmək məqsədini həyata keçirmək imkanının olmamasına səbəb olur.

Və bu, deyildiyi kimi, insan üzərində iki əməlin olmasıdır:

 

  1. Yaradan tərəfindən gələn – həzzlərə arzu və istək.
  2. Varlıqlara aid etdiyimiz əməl  – əta etmək üçün niyyət, o, aşağılara aiddir, yəni insan əta etmək niyyətində olmalıdır.

Buna uyğun olaraq belə çıxır ki, kli dolğunluq almaq üçün hazırlanacaq və nuru qəbul edən anda qovuşmada qalacaq. Yəni, yuxarıda danışılan iki şərt var: əməl  və niyyət. Və ayırd etmək lazımdır ki, burada klinin bütövlüyünün yaradılmasında tərəfdaşlıq var:

 

1.Yaradan,

2.varlıq.

 

Zoarda deyildiyi kimi: «Və Siona de: sən Mənim xalqımsan». «Mənim xalqım» 'ami' deyil, «Mənimlə» 'imi' oxu: sən – o deməkdir ki, Mənimlə tərəfdaş ol. Necə ki, Mən öz sözlərimlə «göyü və yeri yaratdım», necə ki, deyilir: «Yaradanın sözü ilə göylər yaradıldı», sən də eləcə – sən hikmət sözlərinlə yeni «göy» və «yer» yaradasan. Tövratda əziyyət çəkənlər xoşbəxtdirlər». Bu o deməkdir ki, Mənbəyə qaytaran Tövratın nuru vasitəsilə biz öz hakimiyyətimizi ləğv etmək pilləsinə gəlib çıxa bilərik. Və insanın etdiyi hər şey, Yaradana həzz verməyə yönəldiləcək.

Yuxarıdakılardan belə çıxır ki, əgər insan klidə ikinci bəndə aid olan hissəni, yəni «əta etmək niyyətini» yerinə yetirməzsə, o bununla aşağıların əməli sayəsində onlara gəlməli olan dolğunluğun gecikməsinə səbəb olur. Yəni, onun xeyir-dua verməməsi ilə o, Yuxarının aşağı ilə əlaqəsinin olmamasına səbəb oldu, çünki Yuxarı verən, aşağı isə alandır. Belə olan halda onların arasında forma fərqi var və onların arasında qovuşma yoxdur, əgər belədirsə, dolğunluq aşağıya necə gələ bilər?

Buna görə də bağlayıcı mərhələ olanda, aşağı da Yuxarı kimi əta edən olmaq istədiyinə görə, onlar arasındakı bu əlaqə sayəsində dolğunluq artıq aşağıya gələ bilər. Lakin əgər bu əlaqə yoxdursa, vəziyyət o adamın atası və anasının uşaqlara verməli olduğu yeməyi əlindən almasına bənzəyir. Və uşaqların yaşamağa heç nəyi yoxdur.

Yəni insan həzz aldığı və xeyir-dua vermədiyi, başqa sözlə, Yaradan naminə olmaq üçün niyyət etmədiyi halda, nəticədə o, almaq xüsusiyyəti olan bu həzzi götürüb bütün almaq xüsusiyyətindən yalnız almaq xatirinə istifadə edən və bununla qidalanan natəmiz qüvvələrə ötürmüş olur. Bu o deməkdir ki, əgər onun niyyəti əta etmək xatirinə olsaydı, xeyir-dua vasitəsilə müqəddəslik bundan qidalana bilərdi, yəni bunun sayəsində müqəddəslik aləmlərində yuxarıdakı xeyir artardı, amma o, niyyətsiz etdiyi hərəkəti ilə klipotlara güc vermiş oldu.

Və deyilənlərin, onun dünyanı məhv etməsinin nə demək olduğu barədə sual yaranmırmı, əgər o, dünyanın öz xüsusiyyətini korlamayıbsa? Və onun bütün dünya ilə nə əlaqəsi var? Bunu müdriklərin dediyi kimi anlamaq lazımdır: «Ravvin Elazar, Ravvin Şimonun oğlu deyir: Dünya çoxluğa görə mühakimə edilir və insan da çoxluğa görə mühakimə edilir. Bir ehkam yerinə yetirən xoşbəxtdir, çünki özünü və bütün dünyanı haqq tərəzisinə əyir. Bir günah işlədənin vay halına, çünki özünü və bütün dünyanı borc tərəzisinə əyir».

Görürük ki, bir insan öz borcu ilə bütün dünyaya çatmalı olan qidanı qarət edir. Buna görə də xeyir-dua verməyən kəs öz atasını və anasını qarət edir. Yəni onların ona verməli olduqları və onun atasının və anasının bütün dünyaya verməli olduqları o dolumu o, saxlayıb gecikdirir. Belə çıxır ki, o, onların Səmavi Atasının dünyasını məhv edir.

Bu o deməkdir ki, onların Səmavi Atası bütün dünyaya dolum və qida verməli idi, o isə müqəddəsliyin bütün dünyada toplanması üçün almalı olduğu bu gücü götürüb natəmiz qüvvələrə ötürdü. Çünki aşağıdakılar tərəfindən edilən hər bir «almaq xatirinə almaq» xüsusiyyəti vasitəsilə Sitra Axraya güc artımı baş verir. Və əta etmək xatirinə yönəlmiş hər bir hərəkət niyyəti sayəsində müqəddəslikdə nurun artımı baş verir.

Və deyilənlərə uyğun olaraq, bu sərtlik məsələsi aydın olur: «Bu dünyada həzz alan və həzzə xeyir-dua verməyən kəs». Yəni yuxarıda deyildiyi kimi, söhbət niyyətdən gedir, çünki yalnız niyyət vasitəsilə bütün aləmlərdə nur artır və bütün dünyaya dolum gəlir.

Və deyilənlərdən belə çıxır ki, əgər insanın niyyəti yalnız Yaradanı həzzləndirməkdirsə, öz xeyri üçün deyilsə, onda o, həzzin böyüklüyünə deyil, yalnız Yaradanı həzzləndirmək istədiyi şeyə olan ehtiraslı istəyin böyüklüyünə diqqət yetirir. Yaradanı həzzləndirmək arzusu onun ruhunun kökündə forma oxşarlığına gətirib çıxarır. Və bu, nurun daha böyük dərəcədə cəlb olunmasına səbəb olur. Çünki Ali aşağıdakının almaq istədiyindən daha çox vermək istəyir, yalnız əta edən kelim çatışmır. Belə çıxır ki, insan özünü əta  xüsusiyyətində gücləndirməklə avtomatik olaraq daha böyük nur cəlb edir. Buna görə də böyük nurların ona gəlməsini istəmək lazım deyil, yalnız böyük kelimlərin, əta kelimlərinin olması üçün səy göstərmək lazımdır.

Və bu, yuxarıda izah etdiyimiz kimi, müdriklərin dedikləridir: «“Çünki bunda bütün insan var” nə deməkdir? Və cavab verir: “Ravvin [Elazar] dedi: Bütün dünya yalnız bunun üçün yaradılmışdır”». Yəni Göylər qarşısında ehtiramla qorxu üçün. Yazıldığı kimi: «Yaradanın, sənin Rəbbinin səndən istədiyi yalnız Göylər qarşısında ehtiramla  qorxu deyilmi?» Və qorxunun mənası, “Sulam” şərhində deyildiyi kimi, onun Yaradana əta edə bilməyəcəyindən qorxmasıdır. «Və bunda bütün insan var». İnsanın etməli olduğu hər şey, yəni əta edən kelimlər yaratmaq bundan ibarətdir, qalanını, yəni nurları isə Yaradan verir. Və bu, deyildiyi kimidir: «Göylər qarşısında ehtiramla qorxudan başqa hər şey Göylərin əlindədir».