Yoldaşlar yığıncağından nə tələb olunmalıdır
Rabaş. Məqalə 30, 1988-ci il.
Müdriklər demişlər (Avot traktatı 1:6): «Özünə rav yarat, yoldaş satın al və hər bir insanı xeyir (bəraət) tərəfinə mühakimə et»1. Və anlamaq lazımdır ki, «hər bir insanı xeyir tərəfinə mühakimə etmək» ilə «özünə yoldaş satın al» arasında necə bir qarşılıqlı əlaqə var. «Tövratın əta edilməsi» kitabında isə yazılmışdır ki, «yaxınını özün kimi sevmək əmrinin məqsədi Yaradana sevgiyə», yəni Onunla qovuşmağa gəlməkdir. Və deyilmişdir: «Belə bir rəy mövcuddur ki, Tövratın insan ilə yaxını arasındakı münasibətləri müəyyən edən hissəsi, insanı arzulanan məqsədə çatdırmaq üçün daha uyğundur. Çünki insan ilə Yaradan arasındakı ehkamlar üzrə iş daimi və müəyyəndir, onu [insandan] tələb edənlər yoxdur və insan buna asanlıqla adət edir. Adətdən edilən hər bir şey isə, məlum olduğu kimi, artıq ona fayda verə bilməz. Eyni zamanda, insan ilə yaxını arasındakı ehkamlar daimi və müəyyən deyil, onu tələb edənlər [yaxınları] isə, o hara üz tutursa-tutsun, onun ətrafındadırlar. Və buna görə də onlar daha etibarlı vasitədir, məqsədləri isə – daha yaxındır». Sitatın sonu.
İzahı: çünki insan forma etibarilə bənzərlik xassəsinə layiq görülməyə gəlməlidir, yəni onun bütün istəkləri və fikirləri öz şəxsi mənfəəti xatirinə deyil, yalnız Yaradanın xeyrinə olmalıdır. Və bu, ixtisarın islahı səbəbindən baş verir, – bu o deməkdir ki, Yaradan tərəfindən baxdıqda, O, aləmləri Öz məxluqlarına xeyir vermək niyyəti ilə yaratmışdır. Müdriklərimizin izah etdiyi kimi, Yaradan xidmətçi mələklərə demişdir ki, dünyanın yaradılması bütün nemətləri olan, lakin qonaqları olmayan bir hökmdara bənzəyir.
Bu o deməkdir ki, onda qonaqların onun yanında yeməsindən həzz vardır. Lakin utanc xüsusiyyəti olmasın deyə, bir islah edilmişdir – xeyir və ləzzət Yaradanı sevindirmək niyyəti ilə qəbul edilməlidir. Ancaq ilk mərhələ əta etmək naminə əta etməkdir. Və insan əta etdiyi zaman bundan həzz almalıdır, necə ki, Yaradanda həzz vardır. Müdriklərin Zoar Kitabıda dedikləri kimi, onların sözləri belədir: «Dünyanın yaradıldığı gündən bəri Yaradan üçün elə bir sevinc olmamışdır ki, gələcəkdə salehlərlə birlikdə hiss edəcəyi sevinc kimi olsun»[2].
Biz görürük ki, dünyanın yaradıldığı gün Yaradanda böyük bir sevinc var idi. Yəni Onun istəyi – Əta etmək olduğu üçün Ondan sevinc var idi. Buna müvafiq olaraq belə çıxır ki, əgər insan Əta əməlləri icra edirsə və onda sevinc yoxdursa, o zaman forma bənzərliyi də yoxdur. Hərçənd əməldə o, əta edir və yaxınına sevgi ilə məşğul olur, lakin bu əməl, həzzi olan Yaradanın nümunəsindəki kimi, sevinc içində olmalıdır. Beləliklə, burada sevincdə olan bənzərlik çatışmır.
Deməli, insan iki şey etməlidir:
- Bədən əta etmək rejimində işləmək istəməsə belə, məcburiyyət yolu ilə onu məcbur etmək lazımdır. Lakin bir qayda var ki, insan əməlləri məcburiyyətlə icra etdikdə sevinc içində ola bilməz, çünki bu əməlləri icra etmək lazım olmasaydı, daha xoşbəxt olardı. Buna baxmayaraq, insan məcburiyyətlə işləməlidir. Və bu, onun özündəki şəri məcbur etməsi və ram etməsi adlanır.
Lakin yuxarıda deyildiyi kimi, hər bir əta etmə əməlində olması vacib olan sevinc burada çatışmır. Sevincə gəldikdə isə – insan məcburiyyət əməlinin olduğu yerdə özünü sevincli olmağa məcbur edə bilməz. Çünki sevinc – insanın həzz almasının nəticəsidir. Həzzin olduğu yerdə isə «məcburiyyət» istisnadır. Buna görə də məcburiyyətdən sevinc və həzz doğmur.
- Yaradana olan işdə sevincin olması lazım olduğunu dediyimiz zaman, yuxarıda deyildiyi kimi, sevinc – yalnız insanın həzz almasının nəticəsidir. Buna görə də, insan yalnız məcburiyyət əməllərini icra edə bildiyi üçün, bu «əməl» adlanır. Ağlın (şüurun) razılaşmadığı şeylərə «əməl» deyilir. Və bu o adlanır ki, insan özünü məcbur etməyə başladıqda, o, «təmizlənməyə gələn» xassəsinə gəlir.
Elə isə, daha nə çatışmır? Yalnız onda sevinci oyadacaq şey. Və izah etmək lazımdır ki, bunu ona yuxarıdan verirlər, hansı ki «ona kömək edirlər» adlanır. Kömək nədədir? Zoar deyir: «Müqəddəs (ruhda)». Və buna layiq görüldükdə, o artıq sevinc dadır. Buradan belə çıxır ki, insanın sevinc içində işləməli olduğunu dediyimiz zaman, bu o deməkdir ki, o, öz əməlləri ilə yuxarıdan oyanış çağırmalıdır, çünki o, yalnız yuxarıdan olan köməklə Əta əməlləri ilə məşğul olduğu vaxtda sevinc xassəsinə gələ bilər.
Və doğrudan da, burada sual yaranır: «Niyə Əta əməllərini sevinc ilə icra etmək lazımdır?» Və biz deyirdik ki, bunun səbəbi sadədir: burada forma bənzərliyi yoxdur. Çünki Yaradan əta etdiyi zaman O, sevinc duyur. Lakin əgər insan əta edirsə və onda sevinc yoxdursa, – burada forma bənzərliyi çatışmır.
Lakin burada forma bənzərliyindən daha ciddi bir problem yaranır. Çünki insan kədər vəziyyətində olduqda, yəni həyatının heç bir mənasının olmadığını gördükdə, çünki hara baxırsa-baxsın, qara görürsə – həm maddi, həm də ruhani cəhətdən, – bu, tünd eynək taxan adama bənzəyir. Hara baxırsa, yalnız qaranlıq görür. Belə bir vəziyyətdə insanın üzərində Yaradanın idarəçiliyini inkar etmə hökm sürür, çünki o, Yaradanın Öz dünyasını «Xeyirxah və Xeyir verən» xassəsində idarə etdiyini deyə bilmir.
Belə çıxır ki, o zaman onda inam çatışmır. Beləliklə, burada məsələ artıq forma bənzərliyində deyil, daha çox inamın olmamasındadır, çünki o, inkar vəziyyətindədir. Buradan belə çıxır ki, insan hər zaman sevinc içində olmalı və bilik üzərində inanmalıdır ki, Yaradanın etdiyi hər şey yalnız «Xeyirxah və Xeyir verən» xassəsində edilir. Lakin biz həmçinin inanmalıyıq ki, bizə lazım olan da budur – bilik üzərində inanmaq.
Bizim ağlımıza elə gəlir ki, Yaradan bizə qarşı açıq idarəçilik xassəsində rəftar etsəydi, daha yaxşı olardı. Lakin biz bu barədə dəfələrlə demişik ki, mənim ağam, atam və müəllimim (Baal Sulam) demişdir: biz Yaradanın hər şeyi «biliyin daxilində» adlanan alma (kelimində) verə bilməyəcəyini deməməliyik. Yəni maddi bədənin də Yaradanın bütün dünyanı yalnız xeyirlə idarə etdiyini anlaması üçün.
Əgər belədirsə, bəs niyə O, məhz bilik üzərində olan kelimi seçdi? Yaradan bu kelimi seçdi, çünki məhz onlar daha uğurludur, axı onların sayəsində biz həqiqi kamilliyə çatacağıq. Və o zaman: «Və öz Qüdrətli Yaradanını bütün qəlbinlə sev»1 kəlamı gerçəkləşəcək. Müdriklərimiz demişlər: «iki başlanğıcla, xeyir başlanğıcla və şər başlanğıcla».
Və deyilənlərdən belə çıxır ki, insan müqəddəs işi bilik üzərində icra etməlidir, çünki bu, insanı onun kamilliyinə çatdırmağa qadir olan kelimdir. Və yuxarıda deyildiyi kimi, o, yalnız bilik üzərində olduqda Yaradanın «Xeyirxah və Xeyir verən» xassəsi ilə həyata keçirilən idarəçiliyindən sevinc əldə edə bilər. Və bu «sağ» [xətt] xassəsi adlanır.
Və atam və müəllimim dediyi kimi, insan «bilik üzərində inam» xassəsi adlanan sağ xəttlə getməyə çalışmalı və özünə sanki artıq Yaradana tam inama layiq görülübmüş kimi, və onun orqanlarında artıq Yaradanın bütün dünyanı Xeyirxah və Xeyir verən xassəsi ilə idarə etdiyinə dair inam varmış kimi təsəvvür etməlidir.
Belə olan halda soruşmaq lazımdır: əgər əsas olan sağ xəttdirsə, bəs niyə biz sol xəttlə də getməliyik? Və sol xəttdən biz hansı fayda üçün istifadə edirik? Cavab: biliyin daxilində bizim vəziyyətimizin necə olduğunu bilməyimiz üçün. Yəni bizdə olan inamın ölçüsü nə qədərdır, nə qədər Tövrat qazanmışıq, dua vaxtı və s. Yaradanı necə hiss edirik.
Və o zaman biz elə bir hissə gəlirik ki, özümüzün ən aşağı vəziyyətdə olduğumuzu, bundan da aşağısının olmadığını anlayırıq. Sonradan sağ xəttə keçdiyimiz zaman bilik üzərində işimizin olmasının səbəbi də budur. Başqa sözlə, sol xətt bizə bilik daxilində öz vəziyyətimizi nə qədər göstərirsə, məhz o zaman bilik üzərində getmək imkanı yaranır. Halbuki, əgər biz həmişə sağ xətdə olsaydıq, bu sağ xətt hesab olunmazdı, əksinə, bir xətt hesab olunardı.
Başqa sözlə, biz düşünərdik ki, biz həqiqətən bunun daxilindəyik. Yəni biz düşünərdik ki, biz həqiqətən biliyin daxilində, mütləq qadlutdayıq . Həqiqət isə ondan ibarətdir ki, biz yalnız bilik üzərində olduqda kamillik daxilində oluruq. Buna görə də, bizdə iki xətt olduqda, «bilik üzərində» anlayışının mövcud olduğunu demək olar, və bu sağ xətdir.
Buna müvafiq olaraq belə çıxır ki, sağ xətt sol xəttə kömək edir. Çünki o artıq özünə sevinc içində olduğunu və öz işinin kamilliyindən həzz aldığını təsəvvür etdikdən sonra, və o sol xəttə keçdikdə, o zaman o, tamamilə qaranlıq olan bir dünyada nə dərəcədə olduğunu görür. Yəni o, özünün hələ də nə dərəcədə eqoist sevgiyə batdığını görür və hiss edir. Və o, eqoist sevgidən çıxmaq üçün heç bir ümid görmür.
Və o zaman qəlbin dərinliyindən dua üçün yer olur. Axı sağ [xətt] vəziyyəti, o harda olduğunu təsəvvür etdiyi, özünə «işin kamilliyi nə adlanır» rəsmini çəkdiyi zaman idi. Yəni ağlı ona: «Niyə sən öz vəziyyətini artıq tam inama layiq görülmüş adama bənzədirsən», – dediyi halda, o, ağıl və bilik üzərində olaraq, ona bu vəziyyətdə getməsini deyən «Müəllimə inam» əmrinə inanırdı, baxmayaraq ki o özü dünyada mümkün olan ən dibdə olduğunu bilirdi. Axı o, Yaradanın işçisi olmaq istəyən insana yaraşmayan bir rəzalət vəziyyətində olduğunu hiss edir.
Sonra o, sağ xəttə keçir. Və bu sol [xətt] ona sağ xətdə işləmək imkanı verir. Lakin yadda saxlamaq lazımdır: həqiqət yolunda olan hər bir şeydə səy göstərmədən getmək çətindıi. Buna görə də bu iki xəttdən sonra o orta xəttə gəlir, hansı ki «Yaradan ona (ruh) verir» adlanır. Və o zaman o tam inama gəlir. Və məhz Yaradan tərəfindən olan qurtuluş sayəsində. Lakin insanın özü təbiət etibarilə buna gəlməyə qadir deyil.
Və deyilənlərdən yoldaşlar yığıncağının nə olduğunu anlayacağıq: onlar yığışdıqları zaman nə barədə danışmaq lazımdır. İlk növbədə, hamı üçün məqsəd aydın olmalıdır ki, yığıncağın nəticəsi yoldaşların sevgisi olmalıdır. Yoldaşların hər biri digərini sevməyə oyandığı zaman, bu yaxınına sevgi adlanır. Məqsəd budur. Lakin bu sevimli körpənin doğulması üçün, sevgini oyadacaq əməli icra etmək lazımdır. Sevgi anlayışında isə 2 səviyyə var:
A. Təbii sevgi, hansının ki xatirinə insan səy göstərməli deyil. O, təbiəti korlamamaq üçün qorunmalıdır.
B. Birinin digərinə xeyir verməsi hesabına gələn sevgi. Bu da təbiidir, çünki digərinə hədiyyə verən kəs bununla özünə qarşı sevgi oyadır. Buna görə də, yoldaşların sevgisi üzərində birlikdə işləmək istəyən bir qrup insan yığışdıqda, hər kəs imkan daxilində digərinə kömək etməlidir.
Və bunda çoxlu dərəcələr var, çünki heç kim digərinə bənzəmir. Birinin ehtiyacı digərinin ehtiyacı deyil. Lakin bir məsələdə hamı bərabərdir: yoldaşların hər birinə yaxşı əhval-ruhiyyə lazımdır. Və əgər yoldaşlarda yaxşı əhval-ruhiyyə yoxdursa, bu onların eyni ehtiyacda olması demək deyil, axı hər kəsin onda sevincin olmamasının öz səbəbi var.
Buna görə də hər kəsin üzərinə yoldaşına nə ilə yaxşı əhval-ruhiyyə yarada biləcəyi barədə düşünmək vəzifəsi qoyulub. Və buna görə də qrupu kədərləndirəcək sözlər danışmaqdan qorunmaq lazımdır, axı bununla onun ucbatından hər kəs özünü pis hiss edir. Və o zaman evə gedən yolda o özündən soruşur ki, qrupda olmaqdan nə qazandı, indiki vəziyyətimin aşağı olduğunu bilmək və buna görə təəssüflənmək üçünmü. Belə çıxır ki, sanki mən qrupla onlar məni kədərə salsınlar deyə görüşürdüm. Əgər belədirsə, onda vaxta heyf. Şübhəsiz ki, oraya ümumiyyətlə getməmək daha yaxşı olardı. Və əlbəttə ki, o deyir ki, növbəti dəfə, əgər mən qrupa getməli olsam, onlardan yayına bilmək üçün bəhanələr gətirəcəyəm.
Buradan belə nəticə çıxır ki, hər kəs qrupa ümidlərlə dolu bir həyat ruhu gətirməyə və qrupa enerji qoymağa çalışmalıdır ki, hər bir yoldaş özünə deyə bilsin: indi mən işdə yeni bir səhifə açıram. Yəni, qrupa gəlməzdən əvvəl, o, ruhani işdəki irəliləyişindən məyus olmuşdu. Halbuki indi yoldaşlar onda ümidlə dolu bir həyat ruhu üfürdülər, və o, qrupun köməyi ilə əminlik və dəfetmə gücü qazandı. Axı indi o hiss edir ki, kamilliyə çatmağa qadirdir. Və onun qarşısında dəf edə bilməyəcəyi böyük bir dağın durduğuna, və bu maneələrin həqiqi olaraq güclü olduğuna dair bütün fikirləri, indi onun tərəfindən sadəcə əhəmiyyətsiz və mövcud olmayan kimi hiss edilir. Və bütün bunları o, hər kəsin qrupda coşğunluq ruhu gətirməyə və yenilənmə atmosferini saxlamağa çalışması sayəsində qrupun gücündən aldı.
Lakin insan həm maddi, həm də ruhani vəziyyətə münasibətdə kədər hiss etdiyi, qrupa isə getmək lazım olduğu vaxtda nə edə bilər? Və hələ müdriklər demişlər: «İnsanın qəlbindəki təşviş digərlərinə bəhs edər». Yəni öz yoldaşlarına danışar, bəlkə onlar kömək edə bilərlər. Əgər belədirsə, bəs biz necə deyirik ki, hər kəs qrupda özündə olmadığı halda yaxşı əhval-ruhiyyə yaratmalıdır? Axı qayda var: «Səndə olmayan şeyi verə bilməzsən». Yoldaşlarına qrupda əhval-ruhiyyəni qaldıracaq bir şey vermək üçün o nə etməlidir?
Və sağ xəttin ardınca getmək zərurətindən başqa heç bir çarə yoxdur. Yəni o, yoldaşlar arasındakı sevgiyə getməzdən əvvəl, Baal Sulamın sağ xəttin «bilik üzərində» demək olduğunu izah etdiyi məqaləsini oxumalıdır. Oradan o güc alacaq ki, qrupa gəldikdə hər kəsə, az və ya çox, həyat ruhu üfürsün. Və bundan bütün yoldaşlar sevinc, dəstək və əminlik alacaqlar.
Və yoldaşlar yığıncağı vaxtı sol xətti oyatmaq olmaz. Yalnız insan özü-özlüyündə tək olduğu zaman sol xətlə işləyə bilər, lakin gündə yarım saatdan çox olmamaq şərtilə. İnsanın əsas işi məhz sağ xətdə irəliləməkdən ibarətdir. İki insan isə öz aralarında sol xətti müzakirə etməməlidir, yalnız bu yolla onlar qrupdan kömək alacaqlar.
Lakin ən pisi odur ki, insan qrupa gəlir və bütün qrupun eniş vəziyyətində olduğunu görür, bəs o onlardan necə güc ala bilər? Belə bir halda o, hamıya bəraət qazandırmalıdır. Və buradan biz «özünə yoldaş satın al» göstərişi ilə yoldaşına bəraət qazandırmaq tələbi arasında necə bir əlaqə olduğunu anlayacağıq. Əgər insan qrupdan bir şey əldə etmək istəyirsə, o, yoldaşlarına bəraət qazandırmalıdır, belə olan halda o, yoldaşlarından işdə kömək əldə edə biləcək, çünki onun kimdən alacağı var. Əgər o, özünü bütün qrupdan bir baş uca hesab edirsə, o zaman kimdən alacaq? Və bu barədə müdriklər demişlər: «Sən hər bir insana bəraət qazandırmalısan». Belə çıxır ki, insanın özünə yoldaş satın alması üçün lazım olan əsas şey – yaxınına sevgidə işləməkdir, çünki bunun sayəsində Yaradana sevgiyə layiq görülə biləcək.
Lakin yoldaşlar əsasən öz aralarında Yaradanın əzəməti barədə danışmalıdırlar. Çünki insanın özünə təsəvvür etdiyi Yaradanın əzəmətinin ölçüsünə müvafiq olaraq, o, bu eyni ölçüdə təbii olaraq Yaradanın qarşısında özünü ləğv edir. Biz təbiətdə görürük ki, kiçik olan böyük olanın qarşısında özünü ləğv edir, bu nəinki ruhaniyyətə , həmçinin dindar olmayan insanlara da aiddir. Bu o deməkdir ki, Yaradan bunu təbiətdə etmişdir. Belə çıxır ki, yoldaşlar Yaradanın əzəməti barədə danışdıqda, onlarda Yaradanın qarşısında özlərini ləğv etmək istəyi oyanır, çünki onlar Yaradanla (qovuşmağa) qarşı canatma və güclü istək hiss etməyə başlayırlar.
Və yadda saxlamaq lazımdır ki, yoldaşlar Yaradanın vacibliyini və əzəmətini nə dərəcədə qiymətləndirə bilsələr də, onlar hər zaman bilik üzərində inamla getməlidirlər. Yəni Yaradan insanın öz ağlında təsəvvür edə biləcəyindən daha ucadır və demək lazımdır ki, biz bilik üzərində inamla inanmalıyıq ki, O, dünyanı xeyirxah idarəçilik vasitəsilə idarə edir. Əgər insan Yaradanın insanlara yalnız xeyir arzuladığına inanırsa, o, «öz Yaradanını bütün qəlbinlə və canınla sev» vəziyyətinə çatana qədər Yaradanı sevməyə başlayır. Və bunu insan öz yoldaşlarından almalıdır.
Əzəmətin dərk edilməsi məhz qrupun köməyi ilə mümkündür. Və «Tövratın bəxş edilməsi» kitabında (səh. 141) şagird və rav münasibətləri barədə nə yazılıbsa, Yaradanın əzəmətinə münasibətdə də əsas olan eynisidir. Və onun sözləri belədir: «əzəmətin dərk edilməsi tamamilə ətraf mühitdən asılıdır. Və tək bir insanın burada hər hansı bir şey etməsi qeyri-mümkündür. Lakin əzəmətin dərk edilməsində iki şərtə riayət olunmalıdır:
– hər zaman cəmiyyətin qiymətləndirməsini onların bu işdəki səyləri ölçüsündə dinləmək və qəbul etmək;
– ətraf mühit böyük olmalıdır, deyildiyi kimi: «Hökmdarın əzəməti-xalqın çoxluğundadır».
Və birinci şərti qəbul edə bilmək üçün, hər bir şagird özünü bütün yoldaşlardan ən kiçiyi kimi hiss etməyə borcludur. O zaman o, əzəmət dərəcəsini hamıdan ala biləcək, çünki böyük olan kiçik olandan ala bilməz və, xüsusən də, onun sözlərindən təsirlənə bilməz, lakin yalnız kiçik olan böyük olanın qiymətləndirməsini qavrayır.
İkinci şərtə müvafiq olaraq isə, hər bir şagird yoldaşlarının fəzilətlərini ucaltmağa və onlara sanki onlar nəslin ən böyük insanlarıymış kimi hörmət etməyə borcludur. O zaman ətraf mühit ona sanki o doğrudan da böyükmüş kimi təsir edəcək, çünki keyfiyyət kəmiyyətdən daha vacibdir».
Bəs yoldaşın yoldaşların köməyinə ehtiyacı olduğu vaxtda o nə etməlidir? Yuxarıda deyildiyi kimi, yoldaşlar yığıncağında kədərləndirə biləcək pis şeylər barədə danışmaq olmaz. Və buna cavab odur ki, insan bu barədə ona ən yaxın olan hansısa bir yoldaşına danışmalıdır. O yoldaş isə qrupla danışmalıdır, lakin yoldaşların daimi yığıncağı üçün təyin olunmuş vaxtda deyil. Yəni o, bütün qrupla birlikdə danışa bilər, lakin yoldaşların daimi yığıncağı vaxtı deyil. Köməyə ehtiyacı olan bu yoldaşın xatirinə xüsusi yoldaşlar yığıncağı etmək olar.
«Özünə yoldaş satın al» məsələsi üzrə, «satın al» anlayışını izah etmək lazımdır ki, bu ona ödəmək lazım olduğunu bildirir, və bu ödənişin köməyi ilə o, onu satın alır. Bəs o ona nə ödəyir? Demək olar ki, ödənişi əmək (səy) üçün alırlar. Yəni bəzən insan, məsələn, qiyməti, deyək ki, iki min dollar olan qəşəng bir şkaf satın almaq istəyir. Və o satıcıya deyir ki, ödəməyə pulu yoxdur, lakin onun yarım aylıq işçi axtardığını eşidib. Və buna görə şkaf üçün pul ödənişinin əvəzinə, mən sənin yanında sənə ödəməli olduğum bu pul məbləğində işləyəcəyəm. Və təbii ki, satıcı razılaşacaq. Biz görürük ki, ödəniş əvəzləmə ilə edilə bilər.
Və yoldaşların sevgisinə münasibətdə də bizdə elədir. İnsanın yoldaşlarına bəraət qazandırmalı olduğu vaxtda, bu böyük bir səydir, və hər kəs buna razı olmur. Və bəzən daha mürəkkəb bir vəziyyət yaranır. Yəni bəzən insan görür ki, yoldaşı ona etinasız yanaşır. Hətta bundan da artıq, o, qeybət haqqında öyrənir, yəni bir yoldaşından eşidir ki, başqa bir yoldaş onun haqqında danışıb və bu yoldaş onun barəsində yoldaşların bir-biri haqqında deməməli olduğu sözlər söyləyib.
Belə bir vəziyyətdə insan özünü alçaltmalı və onu haqlı çıxarmalıdır. Bu isə çox böyük bir səydir. Belə çıxır ki, insan bu səylə ödəniş edir və bu, pulla ödəniş etməkdən daha əhəmiyyətlidir.
Lakin əgər insan onun haqqında pis danışırsa, onda yoldaş onu sevmək üçün haradan güc tapsın, axı bəllidir ki, o ona nifrət edir, əks halda onun haqqında pis şeylər danışmazdı. Əgər belədirsə, onda onun ona bəraət qazandırmasının nə mənası var? Cavab ondadır ki, yaxınına sevgidə qurulan yoldaşların sevgisi, hansının ki sayəsində biz Yaradanın sevgisinə çata bilərik, bu yoldaşlar arasında qəbul olunmuş şeyə əks olan şeydir. Bu o deməkdir ki, yaxınına sevgi məsələsi yoldaşların onu sevməsində deyil. Mən yoldaşları sevməliyəm. Və əgər belədirsə, yoldaşın mənim haqqımda pis danışması və şübhəsiz mənə nifrət etməsi mənim üçün vacib deyil. Və əgər insan yoldaşların sevgisini yaxınına sevgidən satın almaq istəyirsə, o, digərini sevə bilmək üçün islahdan keçməlidir.
Buna görə də, insan səy göstərdikdə və ona bəraət qazandırdıqda, bu elə bir möcüzəvi vasitədir (squladır) ki, göstərilən səy sayəsində, hansı ki aşağıdan oyanış adlanır, ona yuxarıdan istisnasız hər bir yoldaşı sevə bilməsi üçün güc verirlər. Və bu «özünə yoldaş satın al» adlanır, insanın yaxınına sevgiyə çata bilmək üçün səy göstərməli olduğu zaman. Və o bilik üzərində işləməli olduğu zaman, bu «səy» adlanır. Axı ağıl tərəfindən, ağıl ona yoldaşının həqiqi üzünü, onun ona nifrət etdiyini göstərdiyi vaxtda digərinə necə bəraət qazandırmaq olar? Və əgər belədirsə, o öz bədəninə nə cavab verə bilər, niyə o yoldaşının qarşısında özünü kiçiltməlidir?
Cavab. İnsan Yaradanla birləşməyə çatmaq istəyir, bu isə xüsusiyyətlərin bərabərliyi adlanır, yəni öz şəxsi mənfəəti haqqında düşünməməkdir. O zaman nə üçün bu ləğvetmə ona bu qədər çətin görünür? Bunun səbəbi ondadır ki, insan özünə olan sevgisini ləğv etməlidir və yaşamaq istədiyi bütün həyatı boyunca yalnız yaxınlarının xeyri üçün işləməyi düşünməlidir – yoldaşlar arasındakı yaxınına sevgisindən başlayaraq Yaradan sevgisinə qədər.
Belə olduqda, tam əksinə, məhz burada o deyə bilər ki, yerinə yetirdiyi heç bir əməldə şəxsi maraq yoxdur. Ağıl onu yoldaşların onu sevməli olduğunu düşünməyə məcbur edir, lakin o, öz ağlına qalib gəlir, ağıldan yuxarı inamla gedir və deyir ki, yalnız özü üçün yaşamağa dəyməz.
İnsan həmişə belə deyə biləcəyi bir pillədə olmur, lakin hər halda bu, onun işinin məqsədidir. Buna görə də onun artıq öz bədəninə verəcək cavabı vardır.
Deyilənlərdən belə çıxır ki, insan yoldaşlar yığıncağına gəlməzdən əvvəl qrupa həyat ruhunu yüksəltmək üçün ona nə verə biləcəyi haqqında düşünməlidir. Bu məsələdə «bilik baxımından kasıb» ilə «bilik baxımından zəngin» arasında fərq yoxdur. Çünki insanın düşüncələri, nə haqqında düşündüyü – hətta heç nə bilməsə belə – o, kömək üçün dua etməli və inanmalıdır ki, Yaradan onun duasını eşidir.