Bəyin əhəmiyyəti nədir və niyə onun günahları bağışlanır
Məqalə 7, 1988
Müdriklərimiz demişlər: “Üç nəfərin günahları bağışlanır: gerin ; yüksək vəzifəyə keçənin və qadını zövcə kimi alanın. Qadının Maxalat adlanması, (mem-xet-lamed kökü “bağışlamaq” mənasını verir) bununla izah olunur, çünki onun günahları bağışlanır. Eyni zamanda, Vayişlax fəslində o, İsmailin qızı Bosmat adlanır”. Raşi belə izah edir.
Deyilən izah tələb edir. Müdriklər öyrədirlər ki, bəyin toy günü günahları bağışlanır, çünki Esav İsmailin qızı olan, adı- İsmailin qızı Bosmat olan qadını zövcə kimi aldı. Bu sübut edir ki, bəyin toy günü günahları bağışlanır.
Belə çıxır ki, bunun kökü -günahkar İsmailın qızını zövcə alan günahkar Esavdadır. Və bunu anlamaq çətindir, axı heç bir günahın olmadığını söyləyən günahkar kimdir ki, o, ürəyi istəyən hər şeyi edə bilər, çünki günahkar heç nəyə inanmır. Və belə bir günahkar söyləyir ki, o, heç vaxt günah işlətməyib. Əgər belədirsə, o zaman günahların bağışlanması onun nəyinə gərəkdir? Və insana istəmədiyi bir şeyi verirlər. Lakin axı kli olmadan nur yoxdur, xisaron olmadan doldurulma yoxdur.
Daha da çətin başa düşülən budur ki, ona günahların bağışlanmasının düşməsinin həqiqi mənası nədir. Ağılla mühakimə etsək, əgər kimsə elə böyük bir şey edibsə ki, biz onu layiqincə qiymətləndirə bilmirik, onda aydındır ki, bunun üçün ona böyük mükafat düşür, hətta günahların bağışlanmasına qədər. Lakin qadını zövcə almaqla o nə böyük iş gördü?
Həmçinin görürük ki, Taxanun duasını oxumaq mühüm bir şeydir. Orada on üç mərhəmət ölçüsü və üzü üstə düşmək var. Əgər duada bəy iştirak edirsə, Taxanun oxunmur. Və başa düşmək lazımdır ki, onun qadını zövcə almasının əhəmiyyəti nədədir və “yeddi xeyir-dua”nın [bəy və gəlinin] bütün yeddi günü ərzində onun iştirakı belə, mühüm duanı ləğv edir, çünki o, qadını zövcə alıb və indi o, gəlin adlanır.
Sadə mənanın çoxlu izahları var. Bunu, bizə nəyin öyrədilməli olduğu ruhani iş mənasında izah etmək lazımdır. Esav o zaman günahkar adlanır ki, insan artıq dünyadakı şərin, — hansı ki bütün varlıqların, dünyanın naminə yaradıldığı xeyrə və həzzə gəlməsinə mane olan şeydir və məhz buna görə də şər adlandığının, — onun üçün «əməl» sözündən («Esav» və «əməl» ümumi kök hərflərinə malikdir — ayn-şin) Esav xüsusiyyətinə çevrildiyinin dərk edilməsinə gəlib çatdı ki, bu özü üçün (almaq) istəyidir. O zaman «şərdən qorun » qaydası qüvvəyə minir, yəni, insanda almaq istəyinin şər adlandığının dərk edilməsi var olmasından əvvəl, ondan qorunmaq və onun səsinə qulaq asmamaq qeyri-mümkündür.
Sonra isə “xeyir et” mərhələsi başlayır. “Xeyir et” göylər Malxutunun boyunduruğunu qəbul etmək deməkdir, lakin insan Yaradandan qorxan zövcəyə layiq ola bilməz, insan buna yuxarıdan layiq olmalıdır, necə ki deyilir – “təmizlənməyə gələnə kömək edirlər”. Və Zoar kitabı deyir ki, ona ruh verirlər. Və bu, insanın aldığı köməkdir. Belə çıxır ki, ruh [insan] paklanmağa gəldiyi zaman Yaradanın onun səsini eşitməsindən doğuldu. Və bu ruh, insan Esav adlandırılan şərin dərk edilməsinə gəldikdən sonra, onun duasını eşidən İsmailən (Sözbəsöz: “Yaradan eşidəcək”) doğulan qız adlanır.
Buyurulduğu kimi: «Və Esav İsmayılə doğru getdi və İsmayılın qızı Maxalatı aldı». Bu, onu bildirir: «və getdi» – Esav adlandırılan şərin dərk edilməsinə gəldikdən sonra, daha uca bir pilləyə, İsmayıla doğru («İşma-El» – “Yaradan eşidəcək”), yəni, Zoar kitabının söylədiyi kimi, Yaradana onun səsini eşitməsi və ona ruh əta etməsi üçün dua etdiyi zaman, «yaxşılıq et» mərhələsində yerləşir. Bu barədə buyurulub: «və Maxalatı aldı», yəni günahların bağışlanması xüsusiyyətini əldə etdi («Maxalat» və «bağışlanma» mem-xet-lamed eyni kökünə malikdir), bunun sayəsində Yaradanın onun duasını eşitməsindən doğan qıza layiq görüldü. Və bu, «İsmayılın qızı» adlanır. Və bu, növbəti ardıcıllıqla baş verir:
1.O, özü üçün (almaq) istəyinin ona şər yetirdiyini anladığı qədər, həqiqəti görməyə çalışır. O zaman o, birdəfəlik və tam olaraq, ondan istifadə etməməyə qərar verə bilər. Və bu, «Esav» adlanır.
2. Sonra o, günahların bağışlanması sayəsində bir qadınla evlənməyə layiq görülür, o zaman buna layiq görülmək imkanı var olur.
Qadın – ruh adlanır, hansını ki ona yuxarıdan verirlər, bunu TES-ə (On Sfirotun Tədrisinə) Ön sözdə (53-55-ci bəndlər) deyilənlərdən anlamaq olar: «O zaman Yaradan ona kömək edir, və insan aşkar idarəetmənin dərk edilməsinə, yəni simanın aşkarlanmasına və o zaman tam qayıdışa layiq görülür, hansı ki bu, aşkar idarəetmənin dərk edilməsindən öz-özünə irəli gəldiyi kimi, bütün qəlbi və ruhu ilə qayıtmaq və Yaradanla qovuşmaq deməkdir. Və aydındır ki, bu aşkar idarəetməyə layiq görülən kəs, insanın öz bədən üzvlərini kəsməyəcəyinə və özünə dəhşətli əzablar verməyəcəyinə əmin olduğu kimi, bir daha günah işlətməyəcəyinə özündən əmindir. Və həmçinin, insanın bu dünyanın hər hansı bir həzzini yaxud onun əlinə gələn böyük bir mənfəəti buraxmayacağına əmin olduğu kimi, ehkamı gücü çatan kimi dərhal yerinə yetirmədən buraxmayacağına özündən əmindir». Və bu cavab onun günahlarının bağışlanması deməkdir.
Və bütün ehkamların kökə və budağa uyğun gəldiyinə dair qaydaya müvafiq olaraq, yəni maddi dünyadakı hər bir ehkamın ruhani dünyada kökü var olduğuna görə, söyləmək olar ki, buradan belə çıxır ki, maddi dünyada da həmçinin, insan bir qadını zövcə olaraq aldığı zaman, ruhaniyyətin simvolu olaraq onun günahları bağışlanır.
Və buradan müdriklərin «gəlinin qarşısında necə rəqs edərlər» sözlərini izah edə biləcəyik. Və «bəyin qarşısında necə rəqs edərlər» deyilməyib. Eyni zamanda bəyin ziyafəti barəsində buyurulub: «Bəyin ziyafətində həzz alan və onu şənləndirməyən hər kəs (Braxot traktatı, səh. 6) beş səsi pozur: sevinc səsini və şənlik səsini, bəyin səsini və gəlinin səsini, mədh söyləyənlərin səsini. Və gəlini şənləndirmək lazım olduğu deyilməyib. Və gəlinin ziyafətinin var olduğu deyilməyib, bəlkə yalnız bəyin ziyafəti [deyilib]. Biz görürük ki, Yaqubun toylarında Lavan ziyafət verdi, buyurulduğu kimidir: «Və Lavan o yerin bütün kişilərini topladı və qonaqlıq düzəltdi», yəni ziyafət gəlin tərəfindən idi, onu bəy olan Yaqub deyil, gəlinin atası verdi.
Mənim ağam, atam və müəllimim (Baal Sulam) izah etdiyi kimi, “bəy” Tövrat adlanır, “gəlin” isə inam adlanır, – bu, bizim verdiyimiz sualı izah edir. Çünki inamda, insan daimi inama layiq olmayınca, onda yüksəlişlər və enişlər olur. Çünki insan almaq klisi ilə doğulmuşdur və bu kli insanı ağlın fayda göstərdiyi şeylərlə məşğul olmağa məcbur edir, yəni bundan özü üçün almaq arzusuna yaxşı olsun, əks halda insan hərəkət etməyə qadir deyil.
İnam isə bilikdən yuxarı olduğuna görə, bu o deməkdir ki, bilik onu qəbul etmir; burada yüksəlişlər və enişlər var və bu, rəqs adlanır. Necə ki görürük, rəqs edəndə ayaqları qaldırırlar və yenidən yerə endirirlər, və bu hər zaman belədir. Bu bizə göstərir ki, “ayaqlar” sözü “kəşfiyyatçılar” sözündən gəlir (ümumi kök reyş-gimel-lamed), çünki insan göylər Malxutunun boyunduruğunu öz üzərinə qəbul etməli və onunla yalnız lişma-da işləməli olduqda, dərhal insanın ağlı qarışır və onu tələsməməyə, əvvəlcə faydanı görməyə razı salır: həqiqətənmi mükafat almamaq üçün Yaradan naminə işləmək sərfəlidir?
Buna görədə ayaqları qaldırdıqda, yəni bilikdən və ağıldan yuxarı getdikdə, bu “ayaqları yerdən qaldırmaq” adlanır. Lakin insanın həmişə qalib gəlmək və bilikdən yuxarı getmək üçün qüvvəsi olmur. Bu o deməkdir ki, yenidən ayaqları ilə yerə söykənir. Bu barədə deyilir: “gəlinin qarşısında necə rəqs edirlər” (Ktubot traktatı, fəs. 16, səh. 2), “gəlinin qarşısında” – yüksəliş zamanı, panim adlanan vaxtda deməkdir, – o, gəlin haqqında nə deməlidir, yəni inamda hansı tərifi tapdı, başqa sözlə, onda nə gördü ki, bunun naminə inam boyunduruğunu öz üzərinə qəbul etdiyini demək olar.
Beyt-Şamay deyir: “gəlin olduğu kimi”, – bu o deməkdir ki, o onun əhəmiyyətini nə qədər hiss edirsə, o qədər inamı öz üzərinə qəbul edir. Bu isə o deməkdir ki, onda heç bir tərif tapmağa ehtiyac yoxdur; hətta onda heç bir əhəmiyyət hiss etməsə belə, o, bunu öz üzərinə qəbul edir, nə qədər ki inana bilirsə ki, bizim bütün tərifimiz bu işi öz üzərimizə qəbul etməyimizdədir, çünki inanırıq ki, Yaradanın arzusu belədir. Və Onun heç bir məziyyətlərini axtarmaq lazım deyil,sadəcə inanmaq və bunu məcburiyyətlə öz üzərinə qəbul etmək lazımdır, “boyunduruq altındakı öküz və yük altındakı eşşək kimi”.
Beyt-Hillel deyir: “gəlin gözəl və mömindir”, – bu o deməkdir ki, insan gördüyü şey haqqında deməlidir: “onların gözləri var, amma görmürlər”. Eşitdiyi şey haqqında isə deməlidir: “onların qulaqları var, amma eşitmirlər”. Yəni görmək mütləq gözlərlə olmur, düşüncədə də görmə var. Bu o deməkdir ki, ağıl ona inama qarşı obrazlar göstərir və o dəfələrlə eşidir ki, ağıl onu inandırır: səma naminə iş onun üçün deyil. Bütün bunlara o müqavimət göstərməli və özünə deməlidir: “onların gözləri var, amma görmürlər”. Yəni ağlın ona dediyi və inandırdığı şey həqiqət deyil. Və bu, “onların gözləri var, amma həqiqəti görmürlər, qulaqları var, amma həqiqəti eşitmirlər” adlanır. Buna görə də onların bu düşüncələri, – özü üçün almaq arzusunun ona dedikləri, – həqiqət deyil. Və qoy özünə desin ki, həqiqətən “gəlin gözəl və mömindir”, lakin indi o həqiqəti görməyə layiq deyil.
Həqiqət isə ondadır ki, (almaq) istəyinin öz kelimlərində ala biləcəyi bütün xeyir və həzz, əta etmək kelimlərinə bürünən nurla müqayisədə incə bir parıltıdan (işıqlanmadan) artıq deyil, və bu «gözəl gəlin» adlanır. Lakin insan hər zaman öz ağlını və biliyini dəf etməyə qadir olmur. Buna görə də inamda rəqs olur, bu barədə müdriklər söylədilər: «gəlinin qarşısında necə rəqs edərlər». Yəni, gəlinin siması barəsində nə söyləmək lazımdır, sima isə buyurulduğu kimi adlanır: «insanın hikməti onun simasını işıqlandırar». O zaman o, «inam» adlandırılan gəlinin daxilində hansı mədhin olduğunu söyləməlidir. Və Beyt-Şamay ilə Beyt-Hilel arasındakı fərq bundadır: ya «gəlini olduğu kimi» söyləmək, ya da «gəlini gözəl və dindar (fəzilətli)» söyləmək.
Eyni zamanda bəyə münasibətdə Yaradan «Tövrat» adlanır, Tövrat isə «hədiyyə» adlanır, – və orada rəqslər yoxdur, çünki insan hədiyyələr aldığı zaman, onda onun enişdə olduğunu, yəni hədiyyələr almaq istəmədiyini söyləmək üçün əsaslar yoxdur. Bəlkə yalnız insanın ağlı dəf etməli olduğu səy göstərilən yerdə, o zaman söyləmək olar ki, bir dəfə o dəf edə bilər, başqa bir dəfə isə – yox. Lakin hədiyyələr alındığı zaman, hədiyyələrə tələbatın olmadığını söyləmirlər. Buna görə də «bəyin qarşısında necə rəqs edərlər» deyilməyib, bəlkə «gəlinin qarşısında necə rəqs edərlər» deyilib.
Eyni zamanda ziyafət barəsində yazılıb: «Həzz alan hər kəs O», və «gəlinin ziyafətində həzz alan hər kəs» yazılmayıb. Bu, artıq deyildiyi kimi, bəyin «Tövrat» adlandığını, Tövratın isə «hədiyyə» adlandığını bildirir, müdriklərin söylədikləri kimidir: «Naxliel (hərfi mənası: “Yaradanın çayı”) hədiyyəsi» (İruvin traktatı, 54), buyurulduğu kimidir: «“Səhradan hədiyyə, Naxliel hədiyyəsi, Naxlieldən yüksəkliklərə, yüksəkliklərdən isə dərəyə” yazısı nə deməkdir. Ona söylədi: əgər insan özünü hər kəsin onu tapdaladığı səhraya yerləşdirirsə, Tövrat ona hədiyyə olaraq verilir, və hədiyyə olaraq verildiyi üçün, onun (mirası) – Yaradandır, buyurulduğu kimidir, “Yaradanın çayının hədiyyəsi”» («mülk/miras» və «çay» sözləri nun-xet-lamed ümumi kökünə malikdir).
Məlumdur ki, Yaradanın çoxlu adları var. Bu, Onun aşağıdakılara nəyi aşkarlamasına uyğundur. Yəni bu, Onun aşağıdakılara əta etməsinin ölçüsündən asılıdır. Başqa sözlə, aşağıdakılar nə qədər layiqdirsə, O da onlara o qədər nur verir. Aşağıdakılarda çoxlu fərqlər olduğuna görə, necə ki deyilir: “üzləri bir-birinə bənzəmədiyi kimi, fikirləri də bir-birinə bənzəmir”. Və biz öyrəndiyimiz kimi, ruhani iş yolunda insanda vəziyyətlərin dəyişməsi baş verir, buna görə də Yaradanın nuru çox cəhətdən dəyişir, Yaradanın isə heç bir adı yoxdur, çünki “heç bir düşüncə Onu dərk etməz”, lakin deyildiyi kimi: “Sənin hərəkətlərindən Səni tanıyacağam”, yəni hansı Nuru verirsə, Onu o adla adlandırırlar.
Bununla birlikdə, Tövrat Yaradanı “bəy” adı ilə adlandırır. O, inam xüsusiyyətini verdiyi zaman isə “gəlin” adı ilə adlanır. Yaradılışın məqsədi isə Onun yaratdıqlarına həzz vermək istəyindən ibarətdir, bütün dünya Onun həzz vermək arzusundan həzz alır, yəni klipotları da O dirildir, əks halda onların dünyada mövcud olmağa haqqı olmazdı; Zoar kitabının dediyi kimi, onlarda yalnız nazik bir parıltı var, Tövrat və ehkamlarda isə xeyir və həzz bürünmüşdür, “bütün Tövrat Yaradanın müqəddəs adlarıdır” şəklində, Onun adı isə “Xeyirxah və xeyir verən”dir.
Buna görə də Yaradan “bəy” adlanır, çünki O aşağıdakılara əta edir. Yaradılanlar isə Onun onlara həzz almaq üçün verdiyindən həzz alırlar, həmçinin bütün dünyanın həzz aldığı şey – bütün həzzlər “ziyafət” adlanır. Belə çıxır ki, bütün dünya padşahın ziyafətindən həzz alır. Lakin aşağıdakılar arasında fərqlər var, yəni elə aşağıdakılar var ki, bu ziyafətin padşah tərəfindən verildiyinə inanırlar, elələri də var ki, bu ziyafətin “padşah” adlanan Yaradan tərəfindən verildiyinə inanmırlar. Və Onun əta etməsinin ölçüsünə görə O “bəy” adlanır. Bu barədə müdriklər demişlər: “Bəyin ziyafətindən həzz alan və onu sevindirməyən hər kəs beş səsi pozur”. Yəni hətta bunun bəyin ziyafəti olduğuna inansalar və həzz aldıqları üçün ona təşəkkür etsələr belə, yenə də daha yüksək bir pillə var, yəni həzz aldıqları üçün padşahı sevindirməlidirlər.
Deyilənlərdən belə çıxır ki, əgər Yaradan «bəy» adlanırsa, bəs nə üçün Yaradanı şənləndirmək (şad etmək) lazım olduğunu söyləyirlər? Məlumdur ki, sevinc insanın can atdığı və əldə etdiyi yeni bir şeyi qazanması nəticəsində gəlir, – bu, insanda sevinc doğurur. Lakin məgər söyləmək olarmı ki, Yaradanın nəyəsə ehtiyacı var , və əgər bunu əldə etsə, sevinəcək?
Zoar kitabı (Bereşit fəsli, səh. 146) söyləyir: «Dünyanın yaradıldığı gündən bəri Yaradanın, gələcəkdə salehlərlə birlikdə Onun daxilində olacaq sevinclə müqayisədə daha böyük bir sevinci olmamışdı». Yaradanın sevinc hiss etdiyinə dair deyilən bu sözlərin nəyə aid olduğunu anlamaq lazımdır. Öyrəndiyimiz kimi, yaradılışın məqsədi — yaratdıqlarını həzzləndirməkdir, buradan belə çıxır ki, aşağıda olanlar Onun onlar üçün hazırladığı xeyri və həzzi alırlar, bu səbəbdən Onda sevinc var olur. Hər bir xeyir-bnərəkətlə dolu sarayı olan, lakin qonaqları olmayan padşah barəsindəki məsəldən məlum olduğu kimidir.
Nəticə etibarilə ziyanfət, bəy olan Yaradana, Tövrat xüsusiyyətinə, hədiyyəyə, Naxlielə (Yaradanın çayına) aiddir. Və varlıqlar «ziyafət» adlandırılan xeyri və həzzi aldıqları zaman, onlar hər şeyi özləri üçün deyil, (əta etmək) naminə almalıdırlar. Bu barədə müdriklər söylədilər: «bəyin ziyafətində həzz alan və onu şənləndirməyən»,hətta özü üçün alan kəs, «beş səsi pozur». Beş səs varlıqlara aşkarlanmalı olan pillənin kamilliyinə işarə edir, yəni, Onun yaratdıqlarını həzzləndirmək istəyi beş səviyyədə aşkarlanır, hansı ki ruhun beş hissəsi adlanır, bu — nefeş, ruax, neşama, xaya, yexidadır.
Buna görə də müdriklər söylədilər: «bəyin ziyafətində həzz alan və onu şənləndirməyən», yəni o, ziyafətdə həzz almağı yaradılış məqsədinin öz islahının sonuna gəlib çatması ilə Yaradanı sevindirmək istədiyi səbəbindən deyil, öz şəxsi mənfəəti naminə niyyət edir; o zaman onun ucbatından beş səs, yəni aşkarlanmalı olan Naranxay səviyyəsi ondan uzaqlaşır, çünki özü üçün almaq klisinin üzərində ixtisar (tsimtsum) var idi, və nur bu yerə doğru uzanmır və bu yerin islaha, məhz – əta naminə olmağa ehtiyacı var; lakin o, buna baxmır, buna görə də o, nurun varlıqlara gəlməsinə mane olan səbəbdir .
Deyilənlərdən belə çıxır ki, müdriklər israr edir və bizi xəbərdar edirlər ki, özümüzü böyük işə və səyə hazırlamalıyıq:
- İnanmaq lazımdır ki, dünyada aldığımız hər bir həzz padşahın ziyafəti adlanır. LAKİN buna inanmaq lazımdır, buna görə də müdriklər hər bir həzz üçün xüsusi xeyir-dua təyin etmişlər. Dua üçün xeyir-dua, Tövrat üçün xeyir-dua və maddi həzzlər üçün xeyir-dua.
- Padşahın ziyafətində alınan bütün həzzlərdə çalışmaq lazımdır ki, onlar əta etmək naminə olsun və şəxsi fayda naminə olmasın.
Əgər Yaradan yaradılanlara “gəlin” kimi təsir edirsə, bu isə inam xüsusiyyətidir, bu “ziyafət” adlanmır və orada yüksəlişlər və enişlər var, buna görə də orada “rəqs” var.