Barux Şalom Alevə Aşlaq (Rabaş)
Müqaddəslikdə iki xüsusiyyət
Məqalə 15, 1987-ci il
Yuxarıda müqaddəslik var və aşağıda müqaddəslik var, deyildiyi kimi: «Müqaddəs olun»1. yəni aşağıda müqaddəslik mövcuddur. Başqa sözlə, varlıqlar müqaddəs olmalıdırlar. Sonra isə yazılmışdır: «Çünki Mən müqaddəsəm, Yaradan, Qüdrətliniz»1. Bu Yuxarıdakı müqaddəslikdir. Və bu aşağıda müqaddəsliyin olması üçün səbəb və əsasdır – çünki Yuxarıda O müqaddəsdir. Buna görə O istəyir ki, aşağıda da onlar müqaddəs olsunlar. Müdriklərimiz izah etdilər: ««Müqaddəs olun» – ayrılmış olun; «Çünki Mən müqaddəsəm» – nəzərdə tutulur ki, əgər siz özünüzü müqaddəsləşdirsəniz, Mən sizin üzərinizdə ucalaram, sanki siz Məni müqaddəsləşdirdiniz»2.
Və ilk baxışdan bunu anlamaq çətindir. Axı buradan belə çıxır ki, düşünmək belə qorxuludur, sanki Yuxarıda müqaddəslik yoxdur, lakin Yaradan müqaddəs olmaq istədiyi üçün deyir ki, əgər siz özünüzü müqaddəsləşdirsəniz, Mən sizin üzərinizdə ucalaram, sanki siz Məni müqaddəsləşdirdiniz. Və bunu anlamaq lazımdır. Axı dilin sadə [anlaşılmasından] belə çıxır ki, Yaradan müqaddəs olduğu üçün deyir ki, varlıqlar da müqaddəs olsunlar, deyildiyi kimi: «Müqaddəs olun»1, axı: «çünki Mən müqaddəsəm, Yaradan, Qüdrətliniz»1.
Müdriklərin izahından isə belə çıxır ki, Məhz aşağıdakılar Onu müqaddəsləşdirmək üçün müqaddəs olmalıdırlar, onların «Çünki Mən müqaddəsəm, Yaradan, Qüdrətliniz»1 sözlərini izah etdikləri kimi. Yəni «əgər siz özünüzü müqaddəsləşdirsəniz, Mən sizin üzərinizdə ucalaram, sanki siz Məni müqaddəsləşdirdiniz». Belə çıxır ki, sanki müqaddəs olmaq üçün səbəb – Yuxarıda müqaddəsliyin olmasıdır.
Müdriklər daha da izah edirlər: ««Müqaddəs olun» – Mənim kimi ola bilərsənmi? Axı deyilib: «Çünki Mən müqaddəsəm» – Mənim müqaddəsliyim sizin müqaddəsliyinizdən ucadır»3. Bunu da anlamaq çətindir. Məgər İsrailin Yaradan kimi olacağını təsəvvür etmək olarmı? Məgər belə bir şey düşünmək olarmı?
Və yuxarıda deyiləni anlamaq üçün [müdriklərin] «müqaddəs olun» sözlərini «ayrılmış olun» kimi izah etmələrinin nə demək olduğunu anlamaq lazımdır. Başqa sözlə, insan özünü nəyindən ayırmalıdır? Və bundan əlavə, insanın özünü ayırmalı olduğu səbəbi anlamaq lazımdır. Və deyiləndən belə çıxır ki, özünü ayırmaq lazımdır, çünki «Mən müqaddəsəm».
Və bunu da anlamaq lazımdır: tutaq ki, Yaradanın müqaddəs olmasını hələ anlamaq olar, lakin Yaradanın müqaddəs olmasının insanın da müqaddəs olacağına səbəb olması – nə üçündür? Məgər insanı Yaradana oxşar olacaq şəkildə bənzətmək olarmı – belə bir şey mümkündürmü? Əgər belədirsə, insanın Yaradan kimi müqaddəs olmağa borclu edilməsində nəyin nəzərdə tutulduğunu anlamaq lazımdır.
Və belə çıxır ki, insanın olmalı olduğu əsas şey budur. Əks halda belə çıxır ki, müqaddəsliyin əksi – natəmizlik olacaqdır, ortada isə sanki heç nə yoxdur və ya deyək ki, müqaddəsliklə natəmizlik arasında orta bir xüsusiyyət var. Və bunu da anlamaq lazımdır ki, işdə «natəmizlik» nədir və işdə «müqaddəslik» nədir.
Və bütün bu şeyləri bir istiqamətdə izah etmək, yəni yaradılışın məqsədinin nə olduğuna qayıtmaq lazımdır. Və naqisliklərin kökü nədir. Və yaradılışın məqsədinin öz kamilliyində reallaşması üçün icra etməyə borclu olduğumuz islahlar nədir. Başqa sözlə, varlıqlar Yaradanın onlara əta etmək istəyində olan o xeyir və həzzi alacaqlar, yuxarıda deyildiyi kimi, Onun istəyi – Öz varlıqlarına həzz əta etməkdir.
Məlumdur ki, həzz əta etmək istəyi almaq istəyini və əta etmək istədiyi xeyri almaq canatmasını yaratdı. Və bu almaq istəyi «varlıqların kökü» adlanır. Çünki bu almaq istəyindən sonradan çoxlu xüsusiyyətlər yayıldı. Başqa sözlə, o çıxdıqda və ilk dəfə açıldıqda və bu xüsusiyyətə aldıqda, həmin vəziyyət «Sonsuzluq aləmi» adlanır.
Bu o deməkdir ki, bu almaq istəyi ali nura hələ son qoymadı, lakin bu (kli-yə) xeyir və həzzin alınmasını qəbul etdi. Buna görə də islah olundu ki, onlar ali xeyri almaq üçün değil, əta etmək üçün alsınlar. Və bunun sayəsində onlar həzzləri alma zamanı heç bir utanc hiss etməyəcəklər.
Və deyiləndən belə çıxır ki, Sonsuzluq aləmində yalnız bir istək var idi. Yalnız sonra – yəni ixtisarla islah olunduqdan sonra, hansı ki yalnız əta etmək naminə olan niyyəti qura bildikləri dərəcədə ala biləcəkləri deməkdir, – bu alma istəyi artıq çoxlu hissələrə bölündü. Çünki Malxut Yaradana aid etdiyimiz, Onun yoxdan var edilən «həzzləri almağa canatma» adlanan yeni bir şey yaratdığı (kli-yə) aldıqda, Malxut Yaradanın verməyi düşündüyü hər şeyi ala bilərdi.
Axı O nə qədər əta etmək istəyirdisə, bu dərəcədə alma istəyini yaratdı. Və öz-özlüyündə aydındır ki, Malxut Yaradanın əta etmək istəyində olan bütün xeyri ala bilərdi. Buna görə də bu bir istək hesab olunur. Məlum olduğu kimi, nuru bölmək mümkün değildir, nurlarda fərqləndirdiyimiz bütün bölgülər isə yalnız alanlara nisbətdə baş verir. Buna görə də, alan alətdə (kli-də) yalnız bir xüsusiyyət olduğu üçün, bu avtomatik olaraq bir nur hesab olunur, yuxarıda deyildiyi kimi, bir alət (kli) bir istək hesab olunur.
Eyni zamanda alma istəyinə ixtisar yolu ilə olan islahdan sonra əta etmək naminə olan niyyəti qoymaq lazımdır. əta etmək xüsusiyyətini varlıqlara aid etdiyimiz üçün isə, varlıqların qurmalı olduğu alətlər (kelimlər), sözsüz ki, bir dəfəyə başa çatdırıla bilməz.
Buna görə də hər dəfə almaq istəyinin müəyyən bir hissəsini götürüb onu əta etmək naminə islah etmək lazımdır.Məhz buna görə yaradılmış ümumi almaq istəyi çoxlu hissələrə bölünmüşdür. Onların üzərinə qoyulan əta etmək niyyətinin ölçüsünə uyğun olaraq, istək də məhz əta etmək niyyəti ilə islah olunmuş həmin istəyə uyğun olan nuru qəbul edir.
Və deyiləndən belə çıxır ki, bu onların ««Müqaddəs olun» – ayrılmış olun» izah etdikləri şeydir. Və biz insanın özünü nəyindən ayırmalı olduğunu soruşduq. Və demək lazımdır ki, insan özünü eqoist sevgidən, yəni özü üçün almaqdan ayırmalı və yalnız əta etməklə məşğul olmalıdır.
Və bu – çünki «Mən müqaddəsəm» səbəbindəndir. Başqa sözlə, sizin xeyir və həzzi almağa qadir olmağınız üçün. Və alacağınız xeyir o zaman heç bir utanc olmadan olacaqdır. Bu siz əta etmək istəyi xüsusiyyətində olacağınız halda mümkündür. Bu sizi müdriklərin izahına uyğun olaraq formaca oxşarlığa gətirəcəkdir: «O rəhmli olduğu kimi, sən də rəhmli ol»4. Və buna görə deyilib: «Müqaddəs olun» – siz əta etmək istəyi xüsusiyyətində olacaqsınız. «Çünki Mən müqaddəsəm» – axı Mən də yalnız əta etmək xüsusiyyətindəyəm. Və buna görə qovuşma adlanan formaca oxşarlıq olmalıdır.
Və deyiləndən soruşduğumuzu anlayacağıq. Axı burada belə çıxır ki, «müqaddəs olun» [çağırışının] səbəbi Yaradanın müqaddəs olmasıdır. Belə olan halda, müdriklərin: ««Çünki Mən müqaddəsəm» yəni, əgər siz özünüzü müqaddəsləşdirsəniz, Mən sizin üzərinizdə ucalaram, sanki siz Məni müqaddəsləşdirdiniz»2 demələri nə deməkdir? Buradan əksinə çıxır ki, siz «sanki Məni müqaddəsləşdirdiniz» olsun deyə müqaddəs olmalısınız. Və ümumiyyətlə İsrail xalqının Yaradanı müqaddəsləşdirməli olduğunu anlamaq çətindir. Bu nə deməkdir?
Biz daim deyirik: «Mübarəksən Sən, Yaradan, İsraili və zamanları müqaddəsləşdirən»5, «Mübarəksən Sən, Yaradan, İsraili və xatirə gününü müqaddəsləşdirən»6. Və həmçinin kiduşda deyirik: «Çünki Sən bizi seçdin və bizi bütün xalqlardan müqaddəsləşdirdin ». Belə olan halda, «sanki siz Məni müqaddəsləşdirdiniz» nə deməkdir?
Bu o deməkdir ki, Yaradana Onun xeyrinə nə isə verməyimiz lazımdır, belə ki sanki Ona bizim müqaddəsləşdirməyimiz lazımdır. Və buna O yalnız bizim vasitəmizlə çata bilər. Məgər düşünmək belə qorxuludur ki, Onun varlıqlara ehtiyacı varmı ki, onlar Ona Onun üçün nə isə versinlər?
Və izah etdiyimiz kimi, «müqaddəs» – «əta edən» deməkdir. varlıqlarda isə Onun xeyrinə almaq üçün (kelimlərin) olması üçün formaca oxşarlıq olmalıdır. Başqa sözlə, varlıqlarda da bütün istəkləri almaq değil, yalnız əta etmək olacaqdır. Əks halda Yaradanın onlara verdiyi görünmür.
Buna görə də Yaradan dedi ki, əgər siz özünüzü müqaddəsləşdirirsinizsə, yəni özünüz üçün almaqdan ayrılırsınızsa və yalnız «müqaddəslik» adlanan əta etmək işi ilə məşğul olursunuzsa, «Mən sizin üzərinizdə ucalaram, sanki siz Məni müqaddəsləşdirdiniz»2. Başqa sözlə, əta etməklə məşğul olmağınızla siz elə etdiniz ki, Mən də sizə bütün xeyri verə biləcəyəm.
Buna uyğun olaraq belə çıxır ki, Yaradana varlıqların özlərini müqaddəsləşdirmələri ilə Onu müqaddəsləşdirmələrinin lazım olması – Yaradanın əta edən olmasının açılması nəzərdə tutulur. Əks halda O varlıqlara nisbətdə gizlənmədə olmağa məcburdur. Və O onlara ali xeyri verə bilmir, çünki xeyri almaları səbəbindən onlar artıq dərəcədə İsrafçılıq üzündən eqoist sevgiyə, almaq keliminə daxil olacaqlar.
Başqa sözlə desək, bundan əvvəl onlar xeyri və maddi həzzi alan kelimdə qəbul edirdilər. Halbuki O, onlara həqiqi həzz olan Ali xeyri verdiyi zaman, şübhəsiz ki, onlar həqiqi alanlara çevriləcəklər.Çünki məlumdur ki, nur kli yaradır, yəni həzz istəyi formalaşdırır. Müdriklərimizin dediyi kimi: «Göz görür, ürək isə arzulayır».
Və buradan anlayacağıq ki, Yaradana varlıqların özlərini müqaddəsləşdirmələrinin lazım olması – varlıqların xeyrinədir. Başqa sözlə, onların əta etmək naminə işləyəcəkləri sayəsində, Yaradana onlara xeyir əta etmək imkanı verir. Və onlar eqoist sevgidə değil, əta etmək xüsusiyyətində qalacaqlar ki, bu da ruhaniyyətdə yuxarıda deyildiyi kimi fərq yaradır.
Buna görə də deyilib: «Mən sizin üzərinizdə ucalaram, sanki siz Məni müqaddəsləşdirdiniz». Yəni bununla siz Mənim hamıya açıq olmağıma, Mənim müqaddəs olmağıma gətirdiniz, yəni Mənim bütün aləmə xeyir və həzz verməyimə, çünki əta edən müqaddəs adlanır, yuxarıda deyildiyi kimi.
Və deyiləndən müdriklərin «Müqaddəs olun» sözlərini: «Mənim kimi ola bilərsənmi? Axı deyilib: «Çünki Mən müqaddəsəm» – Mənim müqaddəsliyim sizin müqaddəsliyinizdən ucadır» izah etmələri haqqında soruşduğumuzu anlayacağıq. Və biz soruşduq: məgər İsrailin müqaddəsliyinin Yaradanın müqaddəsliyinə bənzər olacağını düşünən biri ola bilərmi?
Yuxarıda deyilənlərə əsasən belə izah etmək olar: Yaradan demişdir: «Müqəddəs olun», yəni alan kelimdən ayrılın və yalnız əta edən kelimlə məşğul olun.«Mənim kimi ola bilərsinizmi?» – yəni Yaradan alan kelimdən istifadə etmədiyi kimi. Çünki, deməyə belə qorxulu olsa da, O kimdən ala bilər? Axı biz Yaradan haqqında yalnız Ondan aldıqlarımıza əsasən danışa bilərik. Necə deyilib: «Sənin əməllərindən Səni tanıyırıq».
Buna görə də Yaradan deyir: «Ağlınıza gəlməsin ki, Mənim kimi olasınız». Yəni siz yalnız əta etmək naminə əta etmək xüsusiyyətində qalacaqsınız. Buna görə də O deyir: «Mənim kimi ola bilərsinizmi?» Yəni Mən yalnız əta edirəm və heç nə qəbul etmirəm; siz də əta etmək naminə əta etmək xüsusiyyətində qalın.
Bu haqda [O] dedi: «Xeyr, axı siz alma xüsusiyyətinə gəlməlisiniz. Yəni məhz almağa. Siz öz alıcı (kelimlərinizdən) istifadə etməlisiniz. Və yalnız niyyət əta etmək naminə olmalıdır». Axı yaradılışın məqsədi – Öz varlıqlarına həzz əta etməkdir ki, varlıqlar xeyir və həzz alsınlar. Və buna görə deyilib: «Mənim müqaddəsliyim sizin müqaddəsliyinizdən ucadır».
Və deyiləndən belə çıxır ki, biz «Yuxarıdakı müqaddəsliyi» «aşağıdakı müqaddəslikdən» fərqləndirməliyik. «Müqaddəs olun», «çünki Mən müqaddəsəm, Qüdrətliniz» yazılsa da. Və biz nəzərdə tutulanın sizin «Mən əta edən olduğum kimi» yalnız əta etmək naminə işləyəcəyiniz olduğunu izah etdik, müdriklərimizin sözlərində deyildiyi kimi: «O rəhmli olduğu kimi, sən də rəhmli ol».
Buna baxmayaraq, Yuxarıdakı müqaddəsliklə aşağıdakı müqaddəslik arasında fərq var. Çünki Yuxarıdakı müqaddəslik – tamamilə əta etməyədir və orada heç bir almaq yoxdur. O halda ki aşağıdakı müqaddəslik elə deyil. Lakin kamillik – məhz alıcı (kelimlərdən) istifadə etdikdədir. Müqaddəslik isə niyyətdən xəbər verir. Başqa sözlə, varlıqlardan müqaddəs olmalarının, alıcı deyil, əta edən olmalarının tələb edilməsində – nəzərdə tutulan əsas şey əta etmək naminə işləmələridir.
Lakin iş qaydasında müqaddəsliyin katnutunu (kiçikliyini) və müqaddəsliyin gadlutunu (böyüklüyünü) fərqləndirmək lazımdır. Axı iş qaydası belədir ki, asandan çətinə doğru gidirlər. Buna görə də əvvəlcə əta etmək əməllərinin əta etmək naminə olması üçün işə başlamaq lazımdır və bu icra etdiyi bütün əmrlərdə niyyətinin Tövrat və əmrlərin icrasına görə hansısa bir kompensasiya şəklində mükafat almaq deyil, öz mənfəəti üçün değil, lışma-da olması adlanır və bu «əta etmək naminə əta etmək» -dir.
Daha sonra isə qadlut mərhələsi gəlir. Yəni insan artıq alan kelimlə əta etmək niyyəti naminə işləməyə başlayır. Bu, varlıqların belə deməsi adlanır:«Biz xeyri və həzzi qəbul etmək istəyirik, çünki bu, Yaradanın istəyidir. O, dünyanı Öz yaratdıqlarına həzz vermək üçün xəlq etdi».Beləliklə, müqəddəsliyin iki növünü ayırd etmək lazımdır:
- Yuxarıdakı müqəddəslik – O tamamilə əta edir və heç nə qəbul etmir.
- Aşağıdakı müqəddəslik – insan əməl baxımından həqiqətən qəbul edir, lakin onun niyyətiəta etməkdir.