<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Qeybətin (Şər Dilin) Ağır Olması Nə ilə Əlaqədardır və O, Kimə Qarşı Yönəlib?

Qeybətin (Şər Dilin) Ağır Olması Nə ilə Əlaqədardır və O, Kimə Qarşı Yönəlib?

Məqalə № 10, 1987-ci il

 

Zoar kitabında (Metsora bölməsi, səh. 2, Sulam şərhinə əsasən bənd 4) deyilmişdir: «Ta xezi (gəl və gör). İlanın qadına etdiyi həmin (şər dillə) o, qadını və insanı özlərinin və bütün dünyanın ölümə məkum edilməsinə gətirib çıxardı. Qeybət haqqında deyilmişdir: "Onların dili — iti qılıncdır". Buna görə də: "Qılıncdan qorxun" — yəni qeybətdən. "Çünki qəzəb günahları qılıncla cəzalandırır". "Çünki qəzəb günahları qılıncla cəzalandırır" nə deməkdir? Bu, Yaradanın qılıncıdır, öyrəndiyimiz kimi, Yaradanın bir qılıncı var ki, onunla günahkarları mühakimə edir. Deyildiyi kimi: "Yaradanın qılıncı qanla doludur". "Mənim qılıncım əti yeyib-bitirəcək" — bu, daxilindəki mühakimə (din) tərəfindən olan Malxutdur. Və buna görə də: "Qılıncdan qorxun, çünki qəzəb günahları qılıncla cəzalandırır ki, mühakimənin (din) olduğunu biləsiniz". Deyilmişdir: "Mühakimənin olduğunu", — bu o deməkdir ki, bunun belə hökm olunduğunu biləsiniz. Çünki dili əvəzinə qılıncı olan hər kəs üçün — yəni qeybət edən kəs üçün — hər şeyi məhv edən qılınc hazırlanmışdır, yəni mühakimə tərəfindən olan Malxut. Deyildiyi kimi: "Сüzamlı haqqında qanun bu olacaq" — yəni "bu" adlanan Malxut cüzamlı insanı qeybət etdiyinə görə mühakimə edir. Çünki qeybət günahına görə xoralar əmələ gəlir».

 

Və anlamaq lazımdır: axı Zoar deyir ki, dili əvəzinə qılıncı olan hər kəs üçün, yəni qeybət edən kəs üçün, hər şeyi məhv edən qılınc hazırlanmışdır, yəni öz mühakiməsi tərəfindən olan Malxut. Və bunu qadına müraciət edərək qeybət edən ilan haqqında yazılanlardan anla. Lakin orada o, Yaradana qarşı qeybət edirdi, bəs nə üçün bu, yaxınına qarşı da bunun ölümə gətirib çıxaracaq dərəcədə ağır olmasına sübutdur, necə ki o, ayəni izah edir: "Onların dili — iti qılıncdır", — yaxınına qarşı olan qeybət haqqında?

Yəni yaxınına qarşı olan qeybət günahının böyüklüyü və ağırlığı Yaradana qarşı olan qeybətə bənzər olacaqdır. Yaxınına qarşı qeybət edənin Yaradana qarşı qeybət edənə bənzədilməsi mümkündürmü? Yaradana qarşı qeybət edildikdə, bunun ölümə gətirib çıxardığını hələ anlamaq mümkündür, axı Yaradana qarşı qeybət edərək, o, Ondan ayrılmış olur. Və buna görə də, həyat mənbəyindən ayrıldığı üçün o, ölü hesab olunur. Lakin nə üçün yaxınına qarşı olan qeybət ölümə gətirib çıxarır?

Zoar kitabı deyir ki, qeybət günahına görə xoralar əmələ gəlir. Müdriklərimiz isə (Araxin traktatı, 15:2) dedilər: «Qərbdə [yəni İsrail Torpağında] deyirlər: üçüncü dil üçqat öldürür — danışanı, qulaq asanı və haqqında danışılanı». Və Raşi izah edir: «"üçüncü dil" — sırrı açmaq üçün insanlar arasında üçüncü olan dedi-qodu dilidir». Oradaca: «Ravvin Yohanan Ravvin Yosi ben Zimranın adından dedi: Qeybət edən hər kəs, sanki əsas olanı (Yaradanı) inkar edir». «Və Rav Xisda dedi: Mar Ukba dedi: Qeybət edən hər kəs haqqında Yaradan dedi: Mən və o bir dünyada qala bilmərik».

Və bundan əlavə, anlamaq lazımdır ki, nə üçün qeybət qadağası "sanki əsas olanı inkar edir" dərəcəsində bu qədər ağırdır və ya Mar Ukbanın dediyi kimi, Yaradan deyir: "Mən və o bir dünyada qala bilmərik". Başqa sözlə, əgər biz bunu belə bir nümunə ilə nəzərdən keçirsək: Reuven Şimona Levi haqqında dedi-qodu danışdı — onun pis bir şey etdiyini dedi, — Reuven Levi haqqında pis şeylər danışdığı üçün artıq qeybət səbəbindən "Yaradan dünyada qala bilmir". Halbu ki, digər cinayətlərlə, əgər Reuven onları törədibsə, Yaradan onunla bir dünyada qala bilər. Belə çıxır ki, bu belə ciddi bir şeydir. Bu halda, əgər bu bu qədər pisdirsə, qeybət nə olduğunu anlamaq lazımdır .

 

Və bunu ruhani işə münasibətdə izah edək. "Tövratın əta edilməsi" kitabında [Baal Sulam] "Yaxınını özün kimi sev" ehkamının əhəmiyyət dərəcəsini izah edir. «Ravvin Akiva deyir: Bu, Tövratın böyük ümumi qaydasıdır. Müdriklərimizin bu kəlamı izaha möhtacdır, axı "ümumi" sözü bir yerə toplaşaraq bu ümumini təşkil edən elementlərin cəminə dəlalət edir. Belə çıxır ki, o, "Yaxınını özün kimi sev" ehkamı haqqında bunun "Tövratın böyük ümumi qaydası" olduğunu dedikdə, biz anlamalıyıq ki, Tövratın qalan 612 ehkamı, onun bütün ayələri ilə birlikdə — bu tək "Yaxınını özün kimi sev" ehkamına daxil olan və onunla şərtlənən elementlərin cəmindən nə çox, nə də azdır. Və bu çox təəccüblüdür, axı bu, yaxınına aid olan ehkamlar baxımından doğru ola bilər, lakin bu tək ehkam Yaradana aid olan bütün ehkamları özündə necə ehtiva edə və daxil edə bilər? Axı Tövratın ilkin əsası, onun əsas və baş hissəsi məhz onlardır».

Və bundan əlavə, orada "Hillelin yanına gələn həmin qərib (ger) haqqında deyilir (Şabat traktatı, 31:1), hansı ki ona dedi: «Mən bir ayaq üstə durduğum müddətdə mənə bütün Tövratı öyrət». O isə ona dedi: «Özünə rəva bilmədiyini başqasına etmə ("Yaxınını özün kimi sev" tərcüməsi). Qalanı isə — izahlardır, get və öyrən». Beləliklə, qarşımızda aydın bir hökm var ki, 612 ehkamdan heç biri və Tövratın ayələrindən heç biri bu tək «Yaxınını özün kimi sev» ehkamından daha vacib deyil. Axı o aydın şəkildə dedi: «Qalanı isə — izahlardır, get və öyrən». Yəni Tövratın bütün qalan hissəsi — bu tək ehkamın izahlarıdır, lakin onlar olmadan «Yaxınını özün kimi sev» ehkamının icrasını tamamlamaq mümkün deyil».

Və anlamaq lazımdır ki, nə üçün bu qərib müqəddəs dildə [yəni ivritdə] ona müraciət etdikdə: «Mən bir ayaq üstə durduğum müddətdə mənə bütün Tövratı öyrət», — deyildiyi kimi, Hillel ona müqəddəs dildə deyil, Tarqum dilində [yəni aramit dilində] cavab verdi və ona dedi: «Özünə rəva bilmədiyini başqasına etmə». Və bundan əlavə, anlamaq lazımdır ki, nə üçün Tövratda deyilmişdir: «Yaxınını özün kimi sev» — bu icraedici ehkamdır, Hillel isə onu qadağa şəklində gətirdi, axı o ona dedi: «Özünə rəva bilmədiyini başqasına etmə», — bu isə qadağadır.

"Tövratın əta edilməsi" kitabında [Baal Sulam] "Yaxınını özün kimi sev" qaydasının mənasını və əhəmiyyətini yaradılışın məqsədinin "Öz yaratdıqlarına xeyir vermək" olması baxımından aydınlaşdırır; xeyir və həzzi alarkən varlıqların heç bir çatışmazlıq hissi keçirməməsi üçün belə bir qayda var ki, "hər bir budaq öz kökünə bənzəməyə can atır", bizim kökümüz isə bütün varlıqları xəlq edən Yaradandır və Onda nəyisə almağa ehtiyacı olacaq heç bir çatışmazlıq yoxdur.

Buna görə də varlıqlar da kimdənsə aldıqları zaman verənlərə qarşı utanc hissi keçirirlər. Buna görə də varlıqlar Yaradandan xeyir və həzz alacaqları zaman bu hədiyyədə utanc elementinin olmaması üçün yuxarı aləmlərdə ixtisar (tsimtsum) müəyyən olundu və bu, bizdə ali dolumun qeyb olmasına və gizlənməsinə gətirib çıxardı, belə ki, biz Yaradanın bizə verdiyi Tövrat və ehkamlarda gizlətdiyi xeyiri hiss etmirik.

Baxmayaraq ki, bizə inanmaq imkanı verilmişdir ki, gözümüz önündə olan maddi həzzlər – onların böyüklüyünü və xeyrini hiss etmək üçün əta edilmişdir, və bu dünyadakı bütün məxluqlar həmin həzzlərə çatmaq üçün bütün varlıqları ilə onların ardınca qaçırlar. Bununla belə, onların içində yalnız çox incə bir nur vardır, yəni Tövrat və ehkamları yerinə yetirməklə əldə edilə bilən şeyin cüzi bir işartısı. Necə ki, Zoar kitabında deyilir ki, müqəddəslik klipotlara həyat verir. Yəni əgər müqəddəslik klipotlara həyat qüvvəsi verməsəydi, onlar mövcud ola bilməzdilər.

 

Və bu davam edir, çünki klipotların mövcud olması lazımdır ki axırda hər şey islah olunacaq və hər şey müqəddəsliyə daxil olacaq. Və bu varlıqlara onları islah etmələri üçün verilib, çünki onlar üçün zaman anlayışı mövcuddur və bir-birinə zidd olmalarına baxmayaraq iki obyekt birində mövcud ola bilər. Və deyildiyi kimi (Zoar kitabına Ön söz), iki sistem — "müqəddəslik" və bir-birinə qarşı duran "ABYA-nın natəmiz aləmləri" mövcuddursa, müqəddəslik onları necə islah edə bilər?

Zaman anlayışının mövcud olduğu bu dünyada yaradılan insanla isə başqa cürdür, buna görə də onlar (bu iki sistem) bir insanda mövcuddur, lakin eyni zamanda deyil. Və burada artıq müqəddəsliyin çirkabı islah etməsi imkanı mövcuddur və 13 yaşa qədər insan natəmiz aləmlər sisteminə aid olan almaq istəyini dərk edir, sonra isə Tövratla məşğul olmaq vasitəsilə o, "müqəddəs ruhu" dərk etməyə başlayır, yəni bu zaman o, müqəddəs aləmlər sistemindən qidalanır.

Lakin müqəddəslikdən qəbul etdikləri hesabına klipotlarda olan bütün dolum— kelim-lərin sınması və Bilik Ağacı günahı səbəbindən düşən və "ABYA-nın natəmiz aləmlərinin" yarandığı "nazik bir işıqlanmadan" artıq bir şey deyil. Lakin biz inanmalı, mənzərəni təsəvvür etməli və müşahidə etməliyik ki, bütün varlıqlar var gücləri ilə nazik bir nurun arxasınca necə qaçırlar və onların heç biri aldığı şeyin ona bəs etdiyini deməyəcək, əksinə hər kəs hər zaman sahib olduğuna əlavə etməyə can atır. Müdriklərimiz dedikləri kimi: "Yüzü olan iki yüz istəyər".

Və bunun səbəbi ondadır ki, onlarda kamilik başlanğıcdan kamillik yoxdur. Ruhaniyyətdə isə başqa cürdür, çünki hər bir ruhani obyektə ali nur bürünür, buna görə də əgər insan ruhaniyyətin hər hansı bir nurlanmasını alırsa, o, böyük dərəcəni kiçikdən fərqləndirə bilmir, çünki ruhaniyyətdə müqəddəsliyin müəyyən bir hissəsi olan "nefeş de-nefeş" dərəcəsi belə və bütün ruhaniyyət kamillik olduğu kimi, onun hissəsində də kamillik var, o səbəbdən ki, ali nurda "böyük" və "kiçik" kateqoriyaları qəbul edənin böyüklüyündən asılıdır, yəni bu, alanın nurun əzəmətini və əhəmiyyətini nə dərəcədə dərk etməyə qadir olmasından asılıdır, lakin nurun öz mahiyyətində heç bir dəyişiklik yoxdur, deyildiyi kimi: "Mən, Avaya, dəyişmədim" (Kabala Elminə Giriş kitabında izah olunduğu kimi, bənd 63).

Buradan belə bir sual yaranır: nə üçün maddi həzzlərdə nur saçan kiçik nurun arxasınca bütün dünya qaçır, əsas xeyirin və həzzin gizləndiyi ruhani həzzlər üçün isə maddiyyata qoyduqları kimi böyük qüvvələr sərf etmək istəyənləri görmürük. Məsələ isə, yuxarıda deyildiyi kimi, ondadır ki, ABYA-nın natəmiz aləmlərində olan maddi həzzlərə ixtisar (tsimtsum) və gizlənmə olmayıb. Və bu qəsdən edilib, çünki əks halda dünya mövcud ola bilməzdi. Axı həzzsiz yaşamaq qeyri-mümkündür.

Bundan əlavə, bu, yaradılışın – «Öz yaratdıqlarına xeyir vermək» məqsədindən irəli gəlir. Buna görə də həzz olmadan dünya mövcud ola bilməz. Deməli, həzz onlarda aşkara çıxmalı idi.Lakin əlavə olaraq, yəni bədənin yaşaması üçün zəruri olandan artıq olan xeyir və həzzi almağa ,hansı ki, həqiqi həzz sayılır – «tsimtsum (ixtisar) və gizlənmə» vardır ki, insan özünü yalnız əta etmək naminə işləməyə alışdırana qədər, yəni «formaca bənzərliyə» gələnə qədər, onlar Tövrat və ehkamlara bürünmüş həyat nurunu görə bilməsinlər. Çünki əgər Tövrat və ehkamlara bürünmüş nur dərhal aşkar olsaydı, onda heç bir seçim azadlığı olmazdı.

Yəni nurun aşkar olacağı yerdə insanın Tövrat və ehkamları icra edərkən hiss edəcəyi həzz "özü üçün almaqda" olardı və insan Tövrat və ehkamları "Yaradanın əmri" səbəbindən icra etdiyini deyə bilməzdi, lakin o, Tövrat və ehkamların daxilində hiss etdiyi həzz səbəbindən icra etməli olardı. Və insan özünə hesabat verə bilər ki, hər hansı bir günahda hər hansı bir həzz hiss etdikdə, bu həzz — Tövrat və ehkamlarda olan əsl dadla müqayisədə yalnız nazik bir nurdur. İnsanın öz ehtirasına üstün gəlməsi çox çətindir, hansı ki nə qədər böyükdürsə, nəfsi dəf etmək bir o qədər çətindir!

Belə çıxır ki, əgər Tövrat və ehkamlardakı həzzin böyüklüyü aşkar olsaydı, insan deyə bilməzdi: "Mən bu ehkamı Yaradanın istəyi səbəbindən icra edirəm", — yəni Yaradanın ehkamlarını icra etməklə Ona həzz əta etmək istəyir, axı Yaradanın göstərişi olmadan da o, özünün "eqoist sevgisi" səbəbindən Tövrat və ehkamları icra edərdi, Yaradana əta etmək istədiyi üçün deyil. Və buna görə də Tövrat və ehkamlara "ixtisar və gizlənmə" edildi. Və buna görə də bütün dünya maddi həzzlərin arxasınca qaçır. Tövrat və ehkamlarda olan həzzlər üçün isə heç nə etməyə qüc yoxdur, çünki bu həzz, yuxarıda qeyd olunan səbəbə görə, açıq şəkildə aşkar olunmayıb.

Və deyilənlərdən belə çıxır ki, "inam" — Tövrat və ehkamların əhəmiyyətini üzərimizə götürməli olmağımız və ümumiyyətlə Yaradanın yaratdıqlarını idarə etdiyinə inanmağımız deməkdir, yəni insan Tövrat və ehkamları Yaradanın idarəçiliyini — Onun [Öz] yaratdıqlarına necə xeyir verdiyini hiss etmədiyi üçün icra etmədiyini deyə bilməz, çünki o, bunu hiss etməsə bile, buna  inanmalıdır. Çünki əgər onda Yaradanın idarəçiliyinin "xeyirxah və xeyir verən" xüsusiyyətində baş verdiyi hissiyyatı varsa, burada artıq "inam" üçün yer yoxdur. Lakin nə üçün Yaradan belə etdi ki, biz Ona inam xüsusiyyətində xidmət edək? Axı insanın bilik xüsusiyyətində işləyə bilməsi daha yaxşı olardı!

Cavab sahibimin, atamın və müəllimimin dediyi kimidir: Yaradanın bizdən Ona "inam" xüsusiyyətində xidmət etməyimizi istəməsi haqqında insan bunun Onun ona "bilik" xüsusiyyəti ilə nur saçmağa qadir olmaması səbəbindən olduğunu düşünməməlidir, çünki Yaradan bilir ki, "inam" xüsusiyyəti — insan üçün "Yaradana qovuşma" (dvekut) adlanan məqsədə doğru daha uğurlu bir yoldur və bu "formaca bənzərlikdir". Çünki bunun sayəsində insanın xeyir almağa qüvvəsi olacaq və bununla yanaşı onda "utanc çörəyi", yəni "utanc" xüsusiyyəti olmayacaq, çünki Yaradandan almaq istədiyi bütün xeyir və həzz — yalnız bundan Yaradanda həzz olacağını bildiyi haldadır və buna görə də o, Ondan bu xeyir və həzzi almaq istəyir.

Və buradan görürük ki, dünyanın yaradıldığı həmin məqsədə, yəni "Öz yaratdıqlarına xeyir verməyə" çatmaq üçün etməli olduğumuz əsas iş — özümüzü əta etmək kelim-lərini almağa hazırlamaqdır ki, bu da islahdır, Şahın hədiyyəsinin kamil olması üçün, həzzləri alarkən heç bir utanc hiss etməməyimiz üçün. Və bizi almaq məcburiyyətində olduğumuz həmin xeyirdən uzaqlaşdıran bütün şər budur.

Və bizə Tövrat və ehkamlar şəklində xüsusi bir vasitə verilib ki, bu kelim-lərə gələ bilək, — bu, müdriklərimizin dediyi kimidir (Kiduşin traktatı, 30:2), Yaradan deyir: "Mən şər başlanğıcı yaratdım və ona ədviyyat olaraq Tövratı yaratdım", — yəni onun vasitəsilə o [insan] daxilindəki bütün eqoist sevgi qığılcımlarını məhv edəcək və bütün istəyinin yalnız Öz Yaradanına həzz əta etmək olmasına layiq olacaqdır.

"Tövratın bəxş edilməsi" kitabında isə (bənd 13) o [yəni Baal Sulam] deyir: «Və hərçənd Tövratda iki hissə mövcuddur:

1.Yaradana münasibətdə olan ehkamlar,

2.Başqa insana münasibətdə olan ehkamlar, —

onların hər ikisi bir şeyi nəzərdə tutur, məhz varlığı son məqsədə, yəni Yaradana qovuşmağa gətirməyi. Hətta onların hər ikisinin praktiki tərəfi — bu əslində eyni şeydir, ... axı Tövrat və ehkamlarla "lişma"da  məşğul olmağa münasibətdə, hətta Tövratın praktiki tərəfində insan Tövratın bu iki hissəsində heç bir fərq hiss etmir. Çünki o bunda kamilliyə çatana qədər, yaxınına münasibətdə hər bir əməl, istər Yaradana münasibətdə olsun, istərsə də digər insanlara münasibətdə olsun, onda mütləq boş və faydasız hiss olunur. ... Belə olduğu halda, belə bir fikir var ki, Tövratın digər insana münasibəti müəyyən edən hissəsi insanı arzu olunan məqsədə gətirməyə daha çox qadirdir, çünki Yaradana münasibətdə ehkamlardakı iş sabitdir və müəyyəndir və heç kim iddia irəli sürməyəcək və insan ona asanlıqla öyrəşir. Adət üzündən edilən hər bir şey isə, məlum olduğu kimi, artıq insana fayda gətirməyə qadir deyil. Digər insana münasibətdə ehkamlar hissəsi isə nə sabitdir, nə də müəyyəndir və iddiası olanlar insan hara baxırsa-baxsın onu əhatə edirlər, buna görə də bu ehkamların fəaliyyəti daha etibarlıdır, məqsəd isə — daha yaxındır».

Və buradan anlamalıyıq ki, nə üçün Ravvin Akiva «Yaxınını özün kimi sev» ifadəsi haqqında — «bu Tövratın böyük qaydasıdır» dedi. Çünki əsas olan — əta etmək kelim-ləri adlanan və "formaca bənzərlik" olan "Yaradana qovuşmağa" layiq olmaqdır. Və bunun üçün Tövrat və ehkamlar şəklində xüsusi bir vasitə verilib ki, onların köməyi ilə biz eqoist sevgidən çıxa və yaxınına sevgiyə çata bilək və burada ilk mərhələ  — digər insana sevgidir, sonra isə Yaradana olan sevgiyə gələ bilərik.

İndi isə biz yuxarıda soruşduğumuzu anlaya bilərik — nə üçün həmin qərib Hillelin yanına gəlib: «Mən bir ayaq üstə durduğum müddətcə mənə bütün Tövratı öyrət», — dedikdə, Hillel ona xahiş etdiyi kimi müqəddəs dildə [yəni ivritdə] cavab vermədi: "Lamdeni kol ha-Tora al regel axat", — lakin Tarqum dilində [yəni aramit dilində] cavab verdi: «Özünə rəva bilmədiyini başqasına etmə» ("Yaxınını özün kimi sev" ifadəsinin tərcüməsi). Və bundan əlavə, anlamaq lazımdır: axı Tövratda deyilib ki, "Yaxınını sev" — bu icraedici ehkamdır, o isə qəribə qadağa şəklində cavab verdi, belə ki o, ona dedi: «Özün nifrət etdiyin  şeyi başqasına etmə».

Və Baal Sulamın «Yaxınını özün kimi sev» ehkamının əhəmiyyətini izah etdiyinə görə, ravvin Akiva «Yaxınını özün kimi sev – bu, Tövratın böyük qaydasıdır» sözlərini açıqlayaraq deyir ki, məhz bu ehkamın qüvvəsində «Yaradanını sev» əmrinə çatdıran ən böyük güc vardır.Buna görə də həmin ger Hillelin yanına gəlib ondan: «Mən bir ayaq üstə durduğum müddətdə mənə bütün Tövratı öyrət», – deyə xahiş etdikdə, Hillel ona Tövratda deyildiyi kimi «Yaxınını özün kimi sev» qaydasını çatdırmaq istədi. Lakin o, eyni zamanda ona «laşon hara» (böhtan, pis danışmaq) adlanan ağır günahın nə olduğunu izah etmək istədi. Çünki bu günah «Yaxınını özün kimi sev» ehkamından da ciddidir. Belə ki, «Yaxınını özün kimi sev» ehkamı insana eqoist sevgidən çıxmaq üçün güc verir və insan yalnız eqoist sevgidən çıxdıqdan sonra, yuxarıda deyildiyi kimi, Yaradan sevgisinə çata bilər.

 

Belə çıxır ki, əgər o "Yaradanı özün kimi sev" ehkamı ilə məşğul olmursa, lakin "otur və heç nə etmə" halındadırsa və eqoist sevgidən çıxmaqda irəliləməyibsə, yəni yaxınına sevgi verməsə də, geriyə də getməyib, yəni yaxınına nifrətə gətirib çıxaracaq heç bir əməl etməyib. Yoldaşı haqqında qeybət etdikdə isə, bu əməllə o "geriyə gedir", yəni yaxınına sevgi ilə məşğul olmaması azmış kimi, o həm də əks əməl edib, yəni öz yoldaşı haqqında qeybət etməklə "yaxınına nifrətə" gətirib çıxaran işlərlə məşğul olub. Axı dünyada qəbul olunub ki, sevdiyin kəs haqqında qeybət etməzlər, çünki bu ürəklərin ayrılmasına gətirib çıxarır, buna görə də sevdikləri kəs haqqında qeybət etmək istəməzlər ki, aralarındakı sevgi zərər görməsin, çünki qeybət nifrətə gətirib çıxarır.

Buna əsasən belə çıxır ki, qeybət günahının ağırlığı ondadır ki, yaxınına sevgi Yaradana sevgiyə gətirib çıxarır, yaxınına nifrət isə Yaradana nifrətə gətirib çıxarır. Dünyada Yaradana nifrətə gətirib çıxaran şeydən daha pis nə ola bilər? Halbuki, insan digər günahları törətdikdə və özünə olan eqoist sevgiyə batdığı üçün almaq istəyinə üstün gələ bilmədikdə, bununla o hələ "Yaradana nifrət edən" olmur. Buna görə də digər günahlar haqqında deyilib: "Mən — Yaradanam, onların natəmizliyində onlarla varam". Qeybət günahını törətdikdə isə, bu əmələ görə o "Yaradana nifrət edən" olur və bu əməl yaxınına sevgiyə tamamilə əksdir.

Və Buradan Ravvin Yohananın Ravvin Yosi ben Zimranın adından dediyi kəlamı anlayacağıq: "Qeybət edən hər kəs, sanki əsas olanı inkar edir". Qeybətin insanı, Allah eləməsin, əsas olanı inkar etməyə gətirib çıxarması necə mümkündür? Lakin yuxarıda deyildiyi kimi, bu onun Yaradana nifrətə gəlməsinə gətirib çıxardığı üçün, belə çıxır ki, o, yaradılışın məqsədində olan əsas şeyi — onun "xeyir verdiyini" inkar edir. Və biz şübhəsiz görürük ki, başqasına xeyir verən, dəfələrlə ona xeyir və həzz əlavə edən kəs şübhəsiz ki onu sevir. Qeybət edən  insanı Yaradana nifrət etməyə gətirib çıxarır. Belə çıxır ki, bu insan yaradılışın məqsədində olan əsas şeyi — onun "xeyir verdiyini" inkar edir.

Və deyilənlərdən Rav Xisdanın Mar Ukbanın adından dediyi sözlər haqqında soruşduğumuzu da anlayacağıq: "Qeybət edən hər kəs haqqında Yaradan dedi: Mən və o bir dünyada qala bilmərik". Qeybətin Yaradanın onunla bir dünyada qala bilməməsinə gətirib çıxarması necə ola bilər?

Və deyilənlərdən belə çıxır ki, qeybət edən, aydın olduğu kimi, Yaradana nifrət edən olur. Maddiyyatda insan bir evdə çoxlu insanlarla ola bildiyi və onun üçün onların yaxşı və ya pis olmasının fərqi olmadığı halda, orada öz düşmənini gördükdə dərhal oradan qaçdığı kimi- çünki düşmənlə bir otaqda ola bilmir. Biz də eləcə deyirik ki, Yaradana nifrət edən kəslə — Yaradan bir dünyada qala bilmir.

Və sual yoxdur ki, əgər kimsə yoldaşından nəyisə oğurlayarsa, o da yoldaşlar arasında nifrətə gətirib çıxarar, çünki oğurluq edilənə onun oğru olduğu bəlli olduqda, o onun ona nifrət etdiyini görəcək, və ya deyək ki, o heç vaxt kimin oğurladığını bilməyəcək, lakin oğrunun özü yaxınına sevgi ilə məşğul olmaq əvəzinə, indi əks fəaliyyətlə məşğuldur, yəni insanlara nifrətlə məşğuldur, buna görə də o eqoist sevgiyə daha çox batır, lakin müdriklər oğurluğun qeybət kimi ağır günah olduğunu demədilər. Eynilə soyğunçuluq da — belə çıxır ki, bu da qeybət kimi ağır günah deyil.

Və cavab vermək lazımdır ki, oğurlayan və ya soyğunçuluq edən kəs insana nifrətdən oğurlamır və ya onu soymur, lakin buradakı səbəb — pula və ya qiymətli əşyalara olan sevgidədir kı buna görə də o soyur və ya oğurlayır, Allah eləməsin, nifrətdən deyil. Qeybət isə nəyəsə olan sevgidən irəli gəlmir,yalnız nifrətdən irəli gəlir.

Və bu, Reiş Lakişin dediyi kimidir (Araxin traktatı, 15:2): «Reiş Lakiş dedi: “Nə üçün deyilib: «Əgər ilan pıçıldamadan sancarsa, dil sahibinin heç bir üstünlüyü yoxdur»? Gələcəkdə bütün heyvanlar toplaşıb ilanın yanına gələcək və ona deyəcəklər: Şir parçalayıb yedi, canavar parçalayıb yedi. Bəs sən, sənin bundan nə həzzin var?” O isə onlara deyəcək: “Bəs dil sahibinin nə üstünlüyü var?”»Raşi bunu belə izah edir: «Şir parçalayıb yedi» – yəni məxluqlara zərər verən hər kəsin bundan bir həzzi vardır. Şir parçalayıb yeyir, yəni ovunu diri-diri yeyir. Canavar isə əvvəl ovunu öldürür, sonra yeyir – onun bundan həzzi var. Bəs sən insanı sancanda bundan nə həzz alırsan? İlan cavab verir: «Bəs dil sahibinin nə üstünlüyü var?» – yəni pis dil işlədənin (laşon hara danışanın) bundan nə həzzi var? Eləcə də mənim sancanda heç bir həzzim yoxdur».

Buradan görürük ki, məxluqlara həzz aldığı üçün zərər verənlə, yəni şir və ya canavar kimi davrananla başqa cür zərər verən arasında fərq vardır. Çünki şirin və canavarın məxluqlara nifrət etdikləri üçün zərər vermək istəkləri yoxdur. Onlarda sadəcə iştaha var, yəni onlar məxluqlardan həzz alırlar. Beləliklə, onları məxluqlara zərər verməyə vadar edən yeganə səbəb iştahadır.

 

Qeybətin əvəzində isə insan heç nə almır, lakin bu varlıqlar arasında nifrət doğuran bir əməldir. Və "Yaxınını özün kimi sev" qaydasından istifadə edərək varlıqlara sevgidən Yaradana sevgiyə gəlindiyi kimi, belə çıxır ki, varlıqlara nifrətdən Yaradana nifrətə gəlmək olar. Və bənzər şeyi biz [başqa yerdə] tapırıq (Braxot traktatı, 17:1): «"Müdrikliyin başlanğıcı — Yaradandan qorxudur, onları [ehkamları] icra edənlərin hamısında xeyirli ağıl var", — "icra edənlərdə" deyilmir, "onları icra edənlərdə" — yəni "lişma"da  icra edənlərdə deyilir, "lo lişma"da icra edənlərdə deyil. "Lo lişma"da icra edənin isə — yaradılmaması daha yaxşı olardı». Tosafotda isə soruşulur: «Əgər sen desən: Axı Rav Yehuda dedi: Rav dedi: "İnsan hər zaman "lo lişma"da olsa belə Tövrat və ehkamlarla məşğul olmağa borcludur, çünki "lo lişma"dan "lişma"ya gəlirlər"». Demək lazımdır ki, burada onun öz yoldaşlarını qıcıqlandırmaq üçün öyrəndiyi nəzərdə tutulur, orada isə onun ona hörmət etmələri üçün öyrəndiyi nəzərdə tutulur».

 

Və Tosafotun izahını anlamaq lazımdır, nə zaman ki deyilir ki, "qıcıqlandırmaq məqsədilə" olan "lo lişma" ilə ona hörmət etmələri, yəni "Ravvin" və s. adlandırmaları məqsədilə olan "lo lişma"nı fərqləndirmək lazımdır. Və bunu Ravvin Akiva tərəfindən ifadə olunan qaydaya uyğun olaraq anlamaq lazımdır: "Yaxınını özün kimi sev — bu Tövratın böyük qaydasıdır". Və o [Baal Sulam] bunu "Tövratın bəxş edilməsi" kitabında izah etdiyi kimi, bu ehkamın sayəsində onun yaxınına sevgini əldə edəcəyi və bundan sonra onun Yaradana sevgiyə gələcəyi üçündür.

Buna əsasən belə çıxır ki, insan eqoist sevgidən çıxmağa çalışmalıdır və o zaman onda Tövrat və ehkamlarla "lişma"-da, yəni öz şəxsi mənfəəti üçün deyil, əta etmək naminə məşğul olmaq imkanı olacaqdır. Və bu Tövrat və ehkamların icrası sayəsindədir. Belə çıxır ki, buna əsasən, insan eqoist sevgidən çıxmayana qədər "lişma"-da məşğul olmağa qadir deyil. Lakin baxmayaraq ki, o eqoist sevgi ilə məşğul olur, Tövrat və ehkamlarda eqoist sevgidən çıxmağa və sonra bundan Yaradana sevgiyə gəlməyə imkan verən qüvvə var və o zaman o hər şeyi göylər naminə edəcəkdir.

Və bu, yəni "lişma"ya gəlmək yalnız o Tövrat və ehkamlarla "hörmət naminə" məşğul olduqda mümkündür, yəni o hələ ki yaxını üçün işləmək imkanının olmadığını öyrənir, çünki o hələ "yaxınına sevgi" xüsusiyyətini əldə etməyib. Buna görə də Tövrat və ehkamlarla məşğul olmaq ona "yaxınına sevgi" xüsusiyyətinə gəlməyə kömək edəcəkdir. Necə ki o "qıcıqlandırmaq naminə" öyrəndikdə, hansı ki, yaxınına sevgiyə əks olan bir əməldir, yəni o indi Tövrat və ehkamların icrası ilə yaxınına nifrət üçün məşğul olur ki, bu "qıcıqlandırmaq naminə" adlanır, iki ziddiyyət bir əşyada necə təzahür edə bilər? Yəni deyirlər ki, Tövrat yaxınına sevgiyə gəlməyə kömək edir, əgər insan əta etmək üzrə əməllər edirsə, niyyətinin haqq qazanmaq olmasına baxmayaraq, Tövrat ona kömək edir ki, onu kökləsin, yəni bundan əlavə əta etmək istəyinə gəlsin. Buradaca o tamamilə əks olan şeylə, yəni yaxınına nifrətlə məşğuldur, — bu yaxınına sevgiyə necə gətirib çıxaracaq?

Və bu oğru ilə soyğunçu və qeybət edən arasındakı fərq haqqında dediyimiz kimidir. Oğru və soyğunçu gümüşü, qızılı və digər qiymətli şeyləri sevir, lakin insanın özünə qarşı heç bir şəxsi ədavəti yoxdur. Yəni oğrunun və soyğunçunun insanın özü ilə heç bir fikri və heç bir hesabı yoxdur, onun bütün fikiriləri isə — haradan daha çox pul götürmək olar və bunu ən asan necə etmək olar kı polisin onun oğru və soyğunçu olduğunu bilməsini necə çətinləşdirmək olar, lakin insanın özü haqqında onda onunla əlaqədar nə haqqındasa düşünmək üçün heç vaxt heç bir fikir yaranmır.

Qeybətlə isə, onun əməlin özü ilə, yəni dedi-qodu danışması ilə heç bir hesabı yoxdur, bütün hesab isə — yoldaşı digər insanların gözündə necə alçaltmaqdır. Belə çıxır ki, onun bütün hesabı — yalnız nifrətdir, axı belə bir qanun var ki, sevdikləri kəs haqqında qeybət etməzlər. Buna görə də məhz qeybət yaxınına nifrətə gətirib çıxarır, sonra isə bu Yaradana nifrətə gətirib çıxarır. Və buna görə də qeybət günahı o qədər ağırdır ki, praktiki olaraq dünyanın dağılmasına gətirib çıxarır.

İndi isə biz qeybətin ölçüsünü aydınlaşdıracağıq — nə və nə qədər qeybət adlanır. Başqası haqqında deyilən bir kəlam və ya bir ifadə artıq qeybət adlanır. Bu ölçünü biz Hillelin cavabında tapırıq, hansı ki həmin qerə dedi: «Özünə rəva bilmədiyini başqasına etmə». Bu o deməkdir ki, başqası haqqında demək istədiyin hər bir söz — bax və düşün və əgər bu sözlər sənin haqqında deyilmiş olsaydı, sən onlara nifrət edərdinsə, yəni onlardan həzz almazdınsa, «başqasına etmə».

Belə çıxır ki, insan başqası haqqında nə isə demək istədikdə, o dərhal hesab aparmalıdır ki, əgər bu onun haqqında deyilmiş olsaydı və o bu sözlərə nifrət etsəydi, «başqasına etmə», — və Hillelin həmin qerə dediyi şey budur. Yəni buradan biz qeybətin artıq deyilməsinə qadağa olan ölçüsünü öyrənə bilərik.

Və Buradan anlamalıyıq ki, nə üçün Hillel qerə qerin ona dediyi kimi müqəddəs dildə deyil, Tarqum dilində [yəni aramit dilində] cavab verdi: "Lamdeni kol ha-Tora kula, kşe-ani omed al regel axat". Axı o ona Tarqum dilində cavab verdi, yəni o ona dedi: «Özünə rəva bilmədiyini başqasına etmə», — bu ayənin tərcüməsidir: «Yaxınını özün kimi sev».

Lakin əvvəlcə biz Tarqum dilinin bizə nəyi göstərdiyini anlamalıyıq. Böyük ARİ deyir (TES, 15-ci hissə, səh. 1765) bu sözlər haqqında: «Və Yaradan mürgüləmə gətirdi» — gematriyada "tarqum" "axoraim" deməkdir. Yəni müqəddəs dil "panim" (üz tərəfi) adlanır, "tarqum" isə "axoraim" (arxa tərəf) adlanır.

Və "panim" "nurlanan və ya kamil" adlanır, "axor" isə "nurlanmayan və kamil olmayan" adlanır. Və "panim" adlanan müqəddəs dildə deyilib: "Yaxınını özün kimi sev", — bu kamillikdir, çünki yaxınına sevgi sayəsində insan Yaradana sevgiyə gələcək, bu isə məqsədin kamilliyidir, axı insan qovuşmağa gəlməlidir, deyildiyi kimi: "Və Ona qovuş".

Hillelin ona gətirdiyi "Yaxınını özün kimi sev" ifadəsinin tərcüməsinə gəldikdə isə: "Özünə rəva bilmədiyini başqasına etmə", — demək lazımdır ki, qeybət nəzərdə tutulur və buna görə də bu "qadağanedici ehkamdır", axı qeybət nifrətə gətirib çıxardığı üçün qadağandır, buradan isə, Allah eləməsin, Yaradana nifrətə gəlmək olar, yuxarıda deyildiyi kimi. Lakin bu hələ kamillik adlanmır, çünki qeybət etməməkdən hələ yaxınına sevgiyə gəlmirlər, axı yaxınına sevgidən insan "Yaradana qovuşma" adlanan kamilliyə gələcəkdir.

Lakin buna görə, qeybət daha ağır günahdır, yuxarıda deyildiyi kimi, çünki o yaxınına sevgi ilə məşğul olmaması azmış kimi, o əks əməl edir, çünki varlıqlara nifrətlə məşğul olur. Və buna görə də insanlara (klal) işin nə ilə başladığını öyrətdikləri zaman, onları ilk növbədə insanları xarab etməməyə və onlara zərər vurmamağa öyrədirlər və bu "qadağanedici ehkam" adlanır, əks halda sən zərər vuran şeylər etməklə insanlara zərər vurursan və buna görə də Hillel yanına gələn həmin qerə yalnız "Yaxınını sev"in tərcüməsini gətirdi:

1. Çünki qeybət edildikdə daha böyük zərər vurulur, çünki bu nifrətə gətirib çıxarır, bu isə yaxınına sevgiyə əksdir;

2. Çünki bunu icra etmək daha asandır, axı bu yalnız "Otur və heç nə etmə" kateqoriyasına aiddir. Halbu ki "Yaxınını sev" "Qalx və et" kateqoriyasına aiddir — insan yoldaşlara sevgini gerçəkləşdirmək üçün əməllər etməlidir.

Lakin sonra ümumi kütlədən istisnalar mövcuddur və bunlar fərdi şəkildə Yaradanın işçisi olmaq istəyən ayrı-ayrı insanlardır. İnsana deyirlər ki, "Yaxınını sev", yəni Ravvin Akiva tərəfindən ifadə olunan qayda, yuxarıda deyildiyi kimi, "yaxınına sevgi onu Yaradana sevgiyə gətirib çıxaracaq", — bu məhz əsas məqsəddir, yəni insanda əta etmək kelim-ləri yaransın ki, onların daxilində xeyir və həzz ala bilsin, hansı ki bu yaradılışın məqsədidir "Öz yaratdıqlarına xeyir vermək".

Və Buradan iki tərbiyə metodikası irəli gəlir:

1. Təlimdə əsas olan — qeybətə qapanmamaqdır, çünki bu ən ağır günahdır, yuxarıda deyildiyi kimi;

2.Tərbiyədə əsas olan — "Yaxınını sev" -dir, çünki bu insanı yaxınına sevgiyə gətirib çıxarır, yaxınına sevgidən isə o Yaradana sevgiyə gələcək, Yaradana sevgidən isə o sonra yaradılışın məqsədini, yəni "Öz yaratdıqlarına xeyir verməyi" ala bilər, axı onda artıq ali xeyiri almaq üçün kelim olacaq, çünki onda artıq əta etmək kelim-ləri olacaq və o buna yaxınına sevgi sayəsində çatıb və o zaman qeybət üçün yer yoxdur.

Qeybət haqqında isə Zoar kitabı deyir: «İlanın qadına etdiyi həmin şər dillə o, qadını və insanı özlərinin və bütün dünyanın ölümə məkum edilməsinə gətirib çıxardı». Və orada deyilir ki, «dili əvəzinə qılıncı olan hər kəs üçün — yəni qeybət edən kəs üçün — hər şeyi məhv edən qılınc hazırlanmışdır». Və Zoar yekunlaşdırır ki, deyilib: «Cüzamlı haqqında qanun bu olacaq», — çünki qeybət günahına görə xoralar əmələ gəlir. Belə çıxır ki, o ölümlə başlayır və xoralarla bitirir, bu isə o deməkdir ki, yalnız xoralar əmələ gəlir, ölüm deyil. Və yəqin ki sadə səviyyədə izahlar var.

Ruhani iş mənasında isə izah etmək lazımdır ki, xoralar və ölüm — bu eyni şeydir, çünki əsas iş Yaradana qovuşmağa gəlməkdən, həyat mənbəyinə qovuşmaqdan ibarətdir ki, bunun sayəsində bizdə yaradılışın niyyətində olan "Öz yaratdıqlarına xeyir vermək" xeyirini və həzzini almaq üçün yararlı kelim olsun. Qeybətə görə isə insan Yaradana nifrət etməyə başlayır və bundan böyük ayrılıq mövcud deyil və buna görə də o şübhəsiz ki həyat mənbəyindən ayrılmış olur.

Buradan belə çıxır ki, Yaradandan xeyir və həzz almaq əvəzinə, o əksini alır, yəni həzz (ivrit: "oneq") əvəzinə "xora" hərflər birləşməsi (ivrit: "neqa", "oneq" sözündəki həmin hərflərdir) yaranır, bu isə qeybətə görə "həzzlər əvəzinə xoralar əmələ gəlir" və buna "günahkarlar sağ olduqları halda ölü adlanırlar" deyilir, çünki onlar həyat mənbəyindən ayrılıblar. Belə çıxır ki, ölüm və xoralar — ruhani işə münasibətdə eyni şeydir. Yəni əgər insan həyat mənbəyinə qovuşubsa, o Ondan xeyir və həzz alır. Əgər, Allah eləməsin, əksinə, o Yaradandan ayrılmış olursa, o olmalı olduğu kimi həzzlərlə dolu olmaq əvəzinə xoralarla doludur.

Və Buradan müdriklərin dediklərini anlamaq olar (Araxin traktatı, 15:2): «Qərbdə [yəni İsrail Torpağında] deyirlər: üçüncü dil üçqat öldürür — danışanı, qulaq asanı və haqqında danışılanı». Məlumdur ki, müdriklər dedilər: "Tövrat, İsrail və Yaradan birdir", — bu o deməkdir ki, "Müdriklik Bəhrələri" kitabında izah olunduğu kimi (1-ci hissə, səh. 65), İsrail Yaradana qovuşmaq istəyən kəsə deyilir. Bu isə Tövratın 612 ehkamı sayəsində gəlir və o zaman o Yaradanın adları olan Tövrat xüsusiyyətinə layiq olur və o zaman hər şey vahid bir şey olur. Və Buradan belə çıxır ki, qeybət edən üç nəfəri öldürür:

1.Danışanı,

2.Qulaq asanı,

3.Və haqqında danışılanı.

Və bu insanın başqasına münasibətindədir. Və burada üç aspekti fərqləndirmək lazımdır.

Lakin Yaradana münasibətdə də qeybət mövcuddur, "Tövrat, İsrail və Yaradan birdir" haqqında deyildiyi kimi,yəni insan Tövrata baxdıqda və Tövratı icra etməyə görə Yaradanın bizə vəd etdiyi bütün həmin yaxşı şeyləri gördükdə. Məsələn, deyildiyi kimi: "Çünki bu sizin həyatınızdır", — həmçinin deyilib: "Onlar qızıldan, xalis qızıldan daha arzuolunandır; onlar şanıdan süzülən baldan daha şirindir" və digər bənzər ifadələr. Əgər insan buna layiq olmayıbsa və bunu hiss etmirsə, bu, Allah eləməsin, onun Yaradana qarşı qeybət etməsi adlanır.

Belə çıxır ki, burada üç aspekti fərqləndirmək lazımdır:

1.Qeybət edən insanı,

2.Tövratı,

3.Yaradanı.

İnsan Tövrata baxdıqda, əgər o layiq olmayıbsa, müqəddəs Tövrata bürünmüş xeyiri və həzzi görmür və onda dad tapmadığını dediyi səbəbdən Tövratı öyrənməyi dayandırır. Belə çıxır ki, o Yaradana qarşı Tövrata şər edir.

 

Beləliklə, məlum olur ki, o, üç şeyə zərər vurur: yəni Tövrat xüsusiyyətinə, İsrail xüsusiyyətinə və Yaradana. Halbuki insan, yuxarıda deyildiyi kimi, onların hamısını «vahid» etmək üçün səy göstərməlidir ki, onların hamısı nur saçsın. Bu isə o deməkdir ki, İsrail xüsusiyyəti birliyə nail olacaq və bütün Tövratın Yaradanın adları olduğu dərk ediləcək. Lakin böhtan, pis danışmaq vasitəsilə o, onların arasında ayrılıq yaradır.Bu ona görədir ki, insan bilik üzərində inamla inanmalıdır ki, Tövratın bizə vəd etdiyi hər şey həqiqətdir. Bizim çatışmazlığımız isə ondadır ki, hələlik «gizli nur» və ya «Tövratın və ehkamların dadları» adlanan xeyir və həzzi qəbul etməyə qadir deyilik. Necə ki, Zoar kitabında deyilir: «Bütün Tövrat Yaradanın adlarıdır».

 

Və buna gəlmək üçün əta etmək kelim-ləri lazımdır ki, nurla kli arasında formaca bənzərlik olsun, əta etmək kelim-lərinə çatmaq isə yaxınına sevgi köməyi ilə mümkündür, Ravvin Akivanın dediyi kimi: "Yaxınını özün kimi sev — bu Tövratın böyük qaydasıdır", — axı bunun köməyi ilə Yaradana və Tövrata sevgiyə gəlirlər, axı Tövrat "hədiyyə" adlanır, hədiyyələri isə sevdikləri kəslərə verirlər. Buna əks olan isə — qeybətdir, hansı ki varlıqlara və Yaradana nifrətə gətirib çıxarır, yuxarıda deyildiyi kimi.

Və Buradan müdriklərin qeybət haqqında dediklərini anlayacağıq ki, o "üçqat öldürür — danışanı, qulaq asanı və haqqında danışılanı". Və Raşi izah edir ki, "qəzəbdən, biriləri digərlərini qıcıqlandırdıqda, onlar bir-birini öldürürlər". Bunu digər insana münasibətdə anlamaq olar, lakin Yaradana münasibətdə qeybətdə bu necə təfsir olunur?

Və deyilənlərdən belə çıxır ki, insan Tövrata baxdıqda və Tövrata Yaradanın İsrail xalqına verdiyini dediyi xeyiri və həzzi görmədiyini və hiss etmədiyini danışdıqda, o Yaradana qarşı qeybət edir. Və burada üç aspekt var: danışan insan, və qulaq asan, yəni Tövrat, və haqqında danışılan, yəni Yaradan. Və madəm ki, insan yaxınına sevgi ilə məşğul olduqda, o Yaradana və Tövrata sevgiyə gəlir, bu vəziyyətdə Yaradan ona həyat verir, deyildiyi kimi: "Çünki Səndə həyat mənbəyi var", — və bu qovuşma tərəfindəndir, deyildiyi kimi: "Siz isə, qovuşmuşlar", — və o zaman onlar həyat Tövratına layiq olurlar, qeybətə görə isə onda Yaradandan almalı olduğu həyat kəsilir. Bu o deməkdir ki:

1.Və onda Tövratdan gələn həyat kəsilir, axı o həyat Tövratını hiss etməli idi,

2.Və o özü indi həyatsızdır və bu "onu öldürdülər" adlanır.

3.Üç yerdən ibarət həyat sona yetir.Və yaxınına sevgi hesabına iki yerdən ibarət

həyat verilir və o həyat alır.