<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Barux Şalom Levi Aşlaq (Rabaş)

Yüngül ehkam nədir?

1987, Məqalə 26

Yazıda deyilir: “Və olacaq: eşidəcəyinizə görə... Sizin, Uca Yaradanınız, atalarınıza and içdiyi əhdi sizin üçün saxlayacaq və O sizi sevəcək və xeyir-dua verəcək” (1). Raşi izah edir: “Və olacaq: eşidəcəyinizə görə (‘ekev’)”: “Əgər insanın dabanları ilə tapdaladığı yüngül ehkamları (‘akev’) ‘eşidəcəksiniz’, ‘saxlayacaq’ – Öz vədini sizin üçün saxlayacaq” (2). Sitat bitdi.

Anlamaq lazımdır ki, bu nə deməkdir: əgər insanın dabanları ilə tapdaladığı yüngül ehkamlara qulaq asacaqsınızsa, Yaradan atalara verdiyi vədi verə bilər? Yox əgər yüngül ehkamları yerinə yetirməsələr, Yaradan bizə verdiyi vədi verə bilməzmi?

Demək olmaz ki, burada hətta yüngül ehkamlara də əməl etmək lazımdır. Sadəcə olaraq demək olardı ki, əgər 613 ehkamdan heç olmasa biri çatışmasa, Onun atalara vəd etdiyini almayacaqsınız. Lakin “yüngül ehkamlar” sözlərindən belə çıxır ki, söhbət məhz yüngül ehkamlardan gedir. Və məhz buna görə də Yaradan xeyir və həzz verə bilmir. Bu halda başa düşmək lazımdır ki, nə üçün məhz yüngül ehkamlar səbəb olur – guya onlar məxluqlara xeyir və həzzin verilməsini gecikdirirlər.

Müdriklərimiz demişlər: “Və yüngül ehkamlarla da ağır ehkam kimi ehtiyatlı ol, çünki ehkamların mükafatının verilməsini sən bilmirsən” (3). Bunu da başa düşmək lazımdır: yüngül ehkam nədir, ağır ehkam nədir? Lakin yüngül ehkamdan ağır ehkam kimi ehtiyatlı olmağın səbəbini də anlamaq lazımdır. Axı burada belə çıxır ki, biz yüngül ehkamdan yalnız ehkamların mükafatını bilmədiyimiz üçün ağır ehkam kimi ehtiyatlı olmalıyıq. Əgər ehkamların mükafatını bilsəydik, onda eyni şəkildə ehtiyatlı olmaya bilərdikmi? Belə demək olarmi?

Yuxarıda deyilənləri başa düşmək üçün əvvəla bilmək lazımdır ki, yerinə yetirmək üçün bizə verilmiş 613 ehkam – kimin üçün verilib? Müdriklərimiz demişlər: “Ravvin Xananiya ben Akaşiya deyir: “Yaradan İsraili təmizləmək istədi, buna görə də onlar üçün Tövratı və ehkamları çoxaltdı”” (4).

“Kabala elminə giriş” [Ptixa] məqaləsində (b. 1) [Baal Sulam] “İsraili təmizləmək” ifadəsini izah edir ki, bu, “təmizlik” və “saflaşma” sözlərindən gəlir, yəni Tövrat və ehkamlar sayəsində biz saflaşmaya gəlib çıxacağıq. Və o, orada aydınlaşdırır ki, bizə nə üçün saflaşmaq lazımdır. O deyir ki, biz təbiətən öz şəxsi xeyrimiz üçün almaq istəyi ilə doğulmuşuq və bu, bizi Yaradandan uzaqlaşdırır, çünki ruhani aləmdə formaların uyğunsuzluğu uzaqlaşmağa və ayrılığa gətirib çıxarır. Forma oxşarlığına, yəni “əta etmək gücünə” sahib olmaq üçün isə bu, təbiətimizə ziddir, məhz buna görə də əta etmək naminə işləmək çətindir. Məhz bu səbəbdən bizə Tövrat və ehkamlar verilmişdir ki, onların köməyi ilə səy göstərmək gücü əldə edək və əta etmək naminə işləyə bilək.

Deyilənlərdən izah etmək olar: “Yaradan İsraili təmizləmək istədi” (4) ki, saflaşma sayəsində onlar Yaradanın bizə vermək istədiyi xeyir və həzzini qəbul etməyə qadir olsunlar, bizdə isə Ali xeyirə uyğun gələn kelim yox idi. Belə çıxır ki, Tövrat və ehkamlar bizə hazırlıq kimi verilmişdir ki, özümüzü təmizləməyimiz sayəsində xeyir və həzz ala bilək.

Buradan belə nəticə çıxır ki, Tövrat və ehkamların yerinə yetirilməsi bizim xeyrimizədir, yəni bunun sayəsində biz xeyir və həzz ala biləcəyik. Buna görə də belə çıxır: insan nə zaman xeyir və həzz ala bilər? Məhz o zaman ki, mükafatsız işləməyə qadirdir. Başqa sözlə, məhz o zaman ki, o, şəxsi xeyri haqqında düşünmür və gördüyü bütün işlər yalnız Yaradanın naminədir – məhz həmin vaxt o, xeyir almağa qadirdir. Çünki onda artıq forma oxşarlığı mövcuddur və o zaman hesab olunur ki, onda Ali xeyirin qala və xarab ola bilməyəcəyi kelimləri var, və bunlar eqoist sevgidən təmizlənmiş kelimlər hesab olunur. Axı onlar əta etmək arzusu ilə islah olunublar. Buna görə də onların yalnız Onun əta etmək arzusundan gələn Ali xeyirə oxşarlığı var. Və belə kelimlərdə Ali xeyir mövcud ola bilər.

Və ilk baxışda belə çıxır ki, xeyir və həzz almaq, bu dünyadan zövq almaq və xoşbəxt həyatının olmasını istəyən insan nə etməlidir? Əta edən kelimlər əldə etməlidir ki, sonra xeyir və həzzi ala bilsin. Lakin demək olar ki, o, bundan sonra almağı əldə etmək üçün əta etmək ilə məşğul olur. Bu isə almaq naminə əta etməyə bənzəyir ki, buna «Lo Lişma» deyilir.

Cavab budur ki, əslində insan Yaradanla birləşməyə can atmalıdır, yəni öz orqanlarında elə bir hissə gəlməlidir ki, arzu etdiyi bütün həzz həqiqətə uyğun olsun. Həqiqət isə odur ki, insan elə bir vəziyyətə gəlməlidir ki, onda tam əminliklə demək qabiliyyəti olsun: “Mübarəkdir bizim Yaradanımız ki, bizi Öz şöhrəti üçün yaratmışdır!” (5).

Yəni insan Yaradana təşəkkür edir ki, O onu Öz şöhrəti üçün yaratmışdır, yəni Öz şöhrətini dünyada artırmışdır ki, hər kəs Onun əzəmətini görsün.

Bu, necə ki deyilir: “Yaradan dünyanı yaratmaq istədiyi vaxt mələklər Onun hüzurunda dedilər: “İnsan nədir ki, Sən onu yad edəsən, o bəşər övladını Sən xatırlayasan” (6) – bu bəla Sənə nəyə lazımdır?” Bunu nəyə bənzətmək olar? Bütün xeyirlərlə dolu sarayı olan, lakin qonaqları olmayan bir Padşaha. Onu dolduran Padşah üçün bu nə cür həzzdir? – Dərhal Onun hüzurunda dedilər: “Sənə xoş gələni et!” (7).

Anlamaq lazımdır ki, Yaradanla mələklər arasında gedən bu mübahisə bizə nəyi öyrədir. Guya Yaradana lazım idi ki, onlar insanın yaradılması ilə razılaşsınlar. İzah etmək lazımdır ki, mələklərlə mübahisə bizə insanın yaradılma məqsədinin nə olduğunu, yəni insanın hansı məqsədlə yaradıldığını öyrədir. Və Yaradan onlara dedi: “Sizin sualınız nədir: “İnsan nədir ki, Sən onu yad edəsən?” (6)”.

Bu o deməkdir ki, mələklər soruşdular: xeyir və həzz almaq arzusu qoyaraq dünyanı öz məxluqlarını həzzləndirmək məqsədilə yaratmağından insanın nə qəhrəmanlığı ola bilər? Axı o, forma etibarilə Səndən fərqli olacaq və Səninlə heç bir birləşməsi və əlaqəsi yoxdur – o zaman xeyir və həzz almağa necə qadir olacaq? Buna Yaradan cavab verir ki, insan sizin düşündüyünüz kimi almaq naminə deyil, əta etmək naminə işləyəcək.

Lakin onlar deyəcəklər: “Axı Padşah bütün nemətlərlə dolu saray yaratdı. Əgər qonaqlar yoxdursa, işi görənin həzzi nədədir?” Bu məsələ görə insan xeyir və həzz alacaq, yəni insan öz xeyrindən imtina edir və heç nə almaq istəmir, əta etmək naminə əta etmək xüsusiyyətində olmaq istəyir. Lakin bütün nemətlərlə dolu sarayı yaradan Padşahın həzzi olmadığı üçün onlar xeyir və həzz almaq istəyirlər.

Buradan da əvvəl soruşduğumuz sualı başa düşəcəyik – guya belə çıxır ki, insanın əta edən kelimlər qazanmaq üçün işləməsi onun sayəsində xeyir və həzz almaq qabiliyyətinin yaranması deməkdir. Görünür, bu, almaq naminə əta edənə bənzəyir ki, buna da “lo lişma” deyilir.

Cavab budur ki, insan “lişma” səviyyəsinə çatdıqdan sonra artıq özü üçün xeyir və həzz almaq ehtiyacı yoxdur, çünki o, artıq “lişma” xüsusiyyətinə layiq görülmüşdür – məhz bu məqamda Yaradanın mələklərə cavab olaraq gətirdiyi məsəl işə düşür: bu, bütün xeyirlərlə dolu sarayı olan, lakin qonaqları olmayan Padşaha bənzəyir. Padşahın bütün nemətlərlə dolu saray yaratmasından həzzi nədədir?

Bu niyyətlə insan xeyir və həzz ala biləcək. Və bu “xeyir və həzzi əta etmək naminə alır” adlanır. Çünki Yaradanın bütün nemətlərlə dolu saray yaratmasından və Onun qonaqlarının olmasından həzz alması üçün insan xeyir və həzz alacaq həmin qonaqların arasında olmağa çalışır, çünki bundan Yaradana həzz olacaq.

Buna da biz deməliyik: “Mübarəkdir bizim Yaradanımız ki, bizi Öz şöhrəti üçün yaratmışdır!” (5). Başqa sözlə, bizim Ondan xeyir və həzz almamız o niyyətlə edilir ki, biz hamıya Yaradanın şöhrəti haqqında deyə bilək, hansı ki yaradılışın məqsədini, yəni Onun Öz yaratdıqlarını həzzləndirmək arzularını qəbul edirlər, buna da “Yaradanın ilahiliyinin Onun məxluqlarına açılması” deyilir. İnsanın xeyir və həzz almaq istəməsinin səbəbi də məhz budur.

Buradan belə nəticə çıxır ki, aşağıdakının niyyətinə öz işinə görə mükafat almaq daxil deyil. Onun Yaradandan istədiyi və arzuladığı hər şey – yalnız Yaradana həzz verə bilməsi üçün Ona kömək etməsidir. Yəni bütün bədən bu fikrə qarşı çıxdığı üçün – yəni şəxsi xeyri üçün heç nə etməsin, yalnız Yaradanın həzzinin çıxacağı işləri görsün deyə. O, bunun üstündə durur və Yaradandan kömək istəyir ki, bədəninə qalib gələ bilsin və özünü sevməyə üstün gəlmək gücü olsun.

Deyilənlərdən müdriklərin sözlərini izah etmək olar: “Və yüngül ehkamlarla da ağır ehkam kimi ehtiyatlı ol, çünki ehkamların mükafatının verilməsini sən bilmirsən” (3). Biz isə soruşurduq ki, buradan belə çıxır ki, biz mükafata baxırıq, axı onlar dedilər ki, ehkamların mükafatının verilməsini sən bilmirsən – buna görə də yüngül ehkamlarla da ağır ehkam kimi ehtiyatlı olmaq lazımdır. Lakin onlar dedilər: “Ağasına mükafat almaq üçün deyil, xidmət edən qullar kimi olun” (8). Bu halda “ehkamların mükafatının verilməsini sən bilmirsən” nə deməkdir?

İzah etmək lazımdır ki, məxluqların məqsədi Yaradanla birləşməyə gəlib çıxmaq, yəni hər şeyi Yaradana həzz olsun deyə etmək olduğundan, onlar dedilər ki, sən bilmirsən – yəni sən ehkamların mükafatını bilmək istəmirsən, çünki sən mükafatsız işləyirsən. Bu halda yüngül ehkamla ağır ehkam arasında nə fərq var? Axı hər halda sən mükafat üçün işləmək istəmirsən, təmənnasız olaraq  işləyirsən.

Lakin insan həqiqətən də əta etmək naminə işlədiyini necə bilə bilər? Bunun üçün müdriklər bizə yoxlama yeri vermişlər – əgər insan yüngül ehkamlarla da ağır ehkam kimi ehtiyatlı ola bilirsə və özünə deyirsə: axı mən mükafat üçün deyil, bütün hərəkətlərim Yaradana əta etməyə yönəldiyi üçün işləyirəm və buna görə də kiçik şeydə belə böyük imiş kimi ehtiyatlı oluram.

Bunu bir misalla izah edək. İnsan yüz faiz bilir ki, o, tədris evində danışanda bu, cinayət deyil. Axı o, heç vaxt bir saat ərzində nə qədər cinayət törətdiyini hamının görəcəyi şəkildə açıq şəkildə cinayət törətməzdi. Lakin həqiqətdə dua zamanı tədris evində danışmaq doğrudan da cinayət sayılır. Lakin insan bunu cinayət hesab etmir və buna “insanın dabanları ilə tapdalaması” deyilir, çünki o, bunun o qədər də böyük cinayət olduğunu hiss etmir ki, bu qədər çox ehtiyatlı olmağa dəysin.

Bununla belə, əgər insan özünə hesabat verərsə və desə: mənim üçün nə fərqi var, kiçik cinayətdir, yoxsa böyük. Yəni əgər mən ödəniş üçün işləsəydim, yüngül ehkamı ağır ehkamdan fərqləndirməli olardım. Lakin mən mükafatsız işləyirəm və mən yalnız Padşaha xidmət etmək üçün işləyirəm, bu halda yüngül və ya ağır ehkam olmasından asılı olmayaraq nə etdiyimin mənə nə fərqi var? Əksinə, mən özüm bilmək istəyirəm ki, yalnız göylər naminə işləyirəm və yüngül ehkamlarla da ağır ehkam kimi ehtiyatlı olmaq istəyirəm. Beləliklə mən mükafata, yoxsa Padşahın xidmətinə baxdığımı bilə bilərəm. Əgər insan yüngül ehkama ağır ehkama qoyduğu qədər qüvvə qoya bilirsə, o, əmin olur ki, Onun əməlləri tam qaydasındadır.

Lakin o görür ki, ağır ehkamlara qoyduğu qüvvəni yüngül ehkamlara da qoymağa qadir deyil – bu, onun bütün niyyətinin Yaradana həzz vermək istədiyi əməllərə deyil, yalnız mükafata yönəldiyinin əlamətidir. Və hər şey şəxsi xeyrə yönəlib.

Mənim yığıncaq evində dua zamanı danışan haqqında gətirdiyim misal bu ehkamın yüngül və ya ağır olduğunu bildirmir. Mən bunu sadəcə misal üçün götürdüm, çünki buna etinasız yanaşmaq adətdir. Lakin ağır və ya yüngül ehkam nədir – bu, hər kəsin şəxsi işidir, çünki hər kəs bunun ağır, digərinin isə ağır olmadığını özü müəyyən edir.

Deyilənlərdən soruşduğumuz sualın cavabını başa düşəcəyik ki, belə çıxır ki, Yaradan atalara vəd etdiyini verə bilmir, necə ki yazılıb: “and içdiyi əhdi sizin üçün saxlayacaq və O sizi sevəcək və xeyir-dua verəcək”” (1) – çünki onlar insanın dabanları ilə tapdaladığı yüngül ehkamlara əməl etməyəcəklər.

Cavab budur ki, Onun atalara vəd etdiyi xeyir və həzz almaq üçün bu nura uyğun kelimlər, yəni əta edən kelimlər lazımdır – buna görə də əgər bizim əta edən kelimlərimiz olarsa, O bizə xeyir və həzz verə bilər. Halbuki məxluqların yalnız şəxsi mənfəət üçün almaq kelimləri varsa, məlum olduğu kimi, xüsusiyyətlərin uyğunsuzluğuna görə Yaradanın nurunun orada mövcud olması qeyri-mümkündür.

Necə ki yazılıb: “Və olacaq: eşidəcəyinizə görə...” (1). Başqa sözlə, insanın dabanları ilə tapdaladığı yüngül ehkamlara elə əməl edəcəksiniz ki, sanki onlar ən ağır ehkamlardır. Bu isə yalnız insan mükafata baxmadıqda ola bilər. Buna görə də onun üçün bu ehkamın yüngül və ya ağır olmasının heç bir fərqi yoxdur, çünki o, öz ağasına mükafat almaq üçün deyil, yalnız – əta etmək naminə xidmət edir. Bu halda onun Padşah üçün nə etdiyinin nə fərqi var, əsas odur ki, o, Padşaha həzz verir. Belə çıxır ki, məhz yüngül ehkamlardan insanın göylər naminə işlədiyi görünür.

Buradan da izahat alırıq ki, [ayədəki] “görə ki” şərtinin mənası məhz insanın dabanları ilə tapdaladığı ehkamlara qulaq asdığı təqdirdə xeyir və həzz verəcək demək deyil. İzahat belədir ki, Yaradan bizə Tövrat və ehkamların yerinə yetirilməsi ilə bağlı bir əlamət vermişdir. Axı biz dedik ki, məlumdur ki, Tövrat və ehkamlar sayəsində biz Ali xeyri qəbul edə biləcəyimiz əta edən kelimlər qazana bilərik. Yazı bizə öyrədir ki, əgər biz insanın dabanları ilə tapdaladığı yüngül ehkamları qorusaq, bu, bizim əta edən kelimlər əldə etmək yolunda olduğumuzun əlamətidir.

Hansı ehkamı yerinə yetirəcəyini seçən şəxs haqqında isə deyirlər: O nəyi seçir? Daha çox qazana biləcəyi şeyi seçir, məhz bunu seçir. Bu isə göstərir ki, onun Tövrat və ehkamların yerinə yetirilməsi vasitəsilə əta edən kelimlərə layiq olmaq niyyəti yoxdur. O, Tövrat və ehkamlarla lişma-da deyil, mükafat almaq üçün məşğul olur. Buna görə də o, hər bir ehkamda mükafatın harada daha çox olduğuna baxır.

Məsələn, biz görürük ki, müdriklər demişlər: “Sünnət bütün Tövrat ehkamlarına bərabərdir” (9), “yaxşı əməllər sədəqədən böyükdür” (10)... Müdriklərin sözlərində buna bənzər bir çox nümunələr də var.

Beləliklə, insan deyəndə ki, bunu Yaradanı sevindirmək üçün etmək istəyirəm və onun əvəzlə bağlı heç bir hesabı yoxdur, burada Yaradanın bütün nemətləri verə biləcəyi bir yer yaranır, çünki burada «əta edən kelimlər» adlanan yer var. Və bu, deyildiyi kimi adlanır: «Adımı andığım hər yerdə sənin yanına gələcəyəm və səni xeyir-dua ilə mübarək edəcəyəm»[11].

Və sual bundan ibarətdir ki, axı belə demək lazım idi: «Sən Mənim adımı harada xatırlasan». Lakin izah, yuxarıda deyildiyi kimidir — yəni əgər Yaradan deyə bilirsə ki, bu yer Ona məxsusdur, çünki insan bu yeri Yaradan üçün təqdim edib, öz hakimiyyətini isə ləğv edib, buna görə də Yaradan «xatırlaya» bilər, yəni insanın bu yerin Yaradanın olduğunu söylədiyini deyə bilər.