<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Əməldə lənət və xeyir-dua nədir

Barux Şalom Alevi Aşlaq (Rabaş)

Əməldə lənət və xeyir-dua nədir

Məqalə 27, 1987

Deyilir: "Bax, Mən bu gün sizə xeyir-dua və lənət verirəm. Xeyir-dua – əgər bu gün sizə əmr etdiyim Rəbbiniz olan Yaradanın ehkamlarına qulaq asanız, lənət isə – əgər ehkamlara qulaq asmasanız"1.

Və burada [aşağıdakını] başa düşmək lazımdır.

1.Niyə O, tək sayda başlayır: "Bax", sonra isə cəm sayda deyir: "Sizə".

2. Yazılıb "bu gün".

3.Xeyir-dua və lənət. Axı deyilir: "Alinin ağzından bəlalar və xeyirlər çıxmaz"2. Belə olan halda, necə yazılıb: "Mən bu gün sizə xeyir-dua və lənət verirəm"?

4.Biz maddi dünyada görürük ki, elə yer var ki, orada xeyir-dua məskən salır, elə yer də var ki, orada xeyir-dua məskən salmır, amma lənət də yoxdur, elə yer də var ki, orada lənət məskən salır. Belə olan halda, xeyir-dua ilə lənət arasında orta bir şey mövcuddur. Burada isə deyilir: "Mən bu gün sizə xeyir-dua və lənət verirəm". Belə çıxır ki, onların arasında heç nə yoxdur, nə xeyir-dua, nə də lənət.

Tövrat şərhçiləri bu sualları verirlər. Yuxarıda deyilənlərin hamısı başa düşmək üçünsə, indiyə qədər danışdıqlarımızı təkrar etmək lazımdır. Axı yoxlamaq lazımdır ki, biz bu dünyada olduğumuz bütün müddət ərzində nəyi bilməliyik, nə etməyə borcluyuq. Məlumdur ki, biz iki məqsəd haqqında bilməliyik.

 

1.Yaradanın məqsədi, öyrəndiyimiz kimi, Öz məxluqlarını həzzləndirməkdir.

2.Məxluqların məqsədi isə Yaradana həzz verməkdir.

 

Və biz bilməliyik ki, Yaradanın məqsədi tam qaydasındadır, çünki biz inanmalıyıq ki, O, dünyanı "xeyirxah və xeyir verən" xassəsi ilə idarə edir. Lakin bizim məqsədimiz – Yaradana həzz verməli olduğumuz – bizdən çox uzaqdadır. Axı bizim məqsədimiz Yaradanın məqsədinin düz əksidir. Və Yaradanın məqsədi həyata keçməli olduğundan, başqa sözlə, məxluqlar, şübhəsiz ki, Yaradanın istədiyi kimi xeyir və həzz alacaqlar.

Ona görə də O, bizə həzz almaq arzusu və istəyi qoyubsa, bu, daimi olaraq içimizdə qoyulub və bunu ləğv etmək qeyri-mümkündür. Başqa sözlə, insanın dünyada yaşamaq hüququ yoxdur, əgər o, dünyada həzz ala bilmirsə – nədən həzz almasının fərqi yoxdur – amma həzzsiz yaşamaq qeyri-mümkündür.

Ona görə də biz Yaradana həzz verməkdən ibarət olan və Yaradanın bizə verdiyi təbiətin bir hissəsi olan almaq arzusundan istifadə etməməkdən ibarət məqsədimiz üzərində işləməyə başlayanda, təbiətə qarşı getməyə gücümüz çatmır. Və buna görə də əta etmək üzrə işi görməyə başlayanda və insan düşünəndə ki, onun gücü çatır ki, təbiətini dəf etsin, lakin sonunda o, bunun onun gücü daxilində olmadığını başa düşməyə gəlib çıxır.

Və duadan başqa onun heç bir məsləhəti yoxdur. Müdriklərimizin dediyi kimi: "Təmizlənməyə gələnə kömək edirlər"3. Və yalnız yuxarıdan gələn kömək sayəsində o, Yaradanla formaca oxşar olmalı olan məxluqların məqsədinə çata bilər. Başqa sözlə, Yaradan Öz məxluqlarını həzzləndirmək istədiyi kimi, məxluqların da Yaradana əta etmək istəyi olmalıdır ki, bu da "Yaradana həzz vermək" adlanır.

Və işin qaydası elə olmalıdır ki, biz bilik üzərində olaraq Yaradanın əzəmətinə və böyüklüyünə inanmalıyıq. Axı biz Padşahın əzəmətini hiss edəndə, insan təbii olaraq onun qarşısında ləğv olunur. Və bunun üçün o, səy göstərməli deyil. Çünki biz təbiətdə görürük ki, Yaradan kiçiyə böyüyün qarşısında ləğv olmaq gücü verib. Bu ona görədir ki, kiçik, böyüklərə xidmət edəndə bundan həzz hiss edir. Belə çıxır ki, böyüyə xidmət edərkən hiss etdiyi həzz, məxluqun həzz almaq arzusu adlanan təbiətinə zidd deyil, çünki o, böyük üçün işləyəndə həzz alır.

Bu, hansısa məşhur Admorun gəldiyi misaldan görünür. Aeroportda onu qarşılamağa gəlmiş çoxlu insanlar var. Və o, taksiyə daşıması üçün kimsəyə öz bagajını verir. Və əlbəttə ki, əgər ravvin bagajı onun böyüklüyünü bilməyən hansısa fəhləyə verirsə, o şübhəsiz ki, həmin fəhləyə pul verməlidir. Və bəzən olur ki, fəhlə alver etməyə başlayır, çünki ravvinin ona verdiyindən daha çox pul istəyir. Amma əgər ravvin bagajını öz xasidlərindən birinə veribsə və ona pul vermək istəsə, xasid, əlbəttə ki, götürməyəcək, çünki qayda mövcuddur ki, insan əgər həzz hiss etməsə heç bir əməl edə bilməz. İş zamanı həzzin olmadığı iş isə səy (zəhmət) adlanır. Başqa sözlə, insan bu hərəkəti etməzdi, əgər bilməsəydi ki, bu səyə görə mükafat alacaq.

Belə çıxır ki, əgər o, böyüyə xidmət edirsə – və böyüyə xidmət edərkən həzz almaq təbiətinə qoyulub – onda belə çıxır ki, onun mükafata ehtiyacı yoxdur, çünki bu onun öz mükafatıdır. Yəni o, xidmət zamanı "həzz" adlanan mükafatı alır. Və deyilənlərdən o nəticə çıxır ki, əta etmək naminə işləyə bilməyimiz üçün bizə nə çatışmır? Yalnız Yaradanın əzəmətini dərk etmək və o zaman bədən avtomatik olaraq Onun qarşısında ləğv olacaq, yuxarıda deyildiyi kimi.

Lakin Yaradanın nurunun gizlədilməsi və örtülməsi baş verdiyindən – bu, almaq istəyi əta etmək naminə olsun deyə islah səbəbindən baş vermişdir – buna görə də insana inamda iş verilib: Yaradanın əzəmətinə inanmaq və hər dəfə Yaradanın əzəmətini təsəvvür etmək ki, əta etmək naminə işləmək və qarşılığında heç bir kompensasiya almamaq qabiliyyətinə malik olsun.

Belə çıxır ki, insan Yaradandan təvəqqe edir ki, O, gizlənməni və örtülməni ondan götürsün. Belə olan halda sual yaranır: insan Yaradana necə dua edir ki, O, bu gizlənməni onlardan götürsün, axı gizlənmə insanın xeyri üçün verilib, yəni utanc islah olsun deyə – onda o, gizlənməni ondan götürməsini necə dua edir?

Cavab isə bundan ibarətdir ki, gizlənmə insanın özü üçün almaq arzusu ilə doğulmasından irəli gələrək baş vermişdir və Padşahın sarayında olmaqdan böyük həzz yoxdur, lakin o, bu həzzi alanda bu, özünü məmnun etmək naminə olacaq ki, bu da formaca fərqlilik adlanır.

Buna görə gizlənmə baş verdi. Başqa sözlə, insan əta etmək üçün istifadə etdiyi kelimələri əldə edib, əta niyyəti ilə qəbul edə bilməyənə qədər insan yalnız ixtisar (Tsimtsum) və simanın gizlənməsini hiss edir. Buna görə də indi, insan hələ əta üçün istifadə etdiyi kelimlərə nail olmasa da və bütün işi hazırda əta üçün əta etmək olmaqdan, öz xeyri üçün heç nə almaq istəməməkdən ibarət olsa da, bunu edə bilmir, çünki bədən eqoist sevgi əsarətindədir.

Ona görə də o, Yaradandan təvəqqe edir ki, O, gizlənməni ondan götürsün – indi Yaradanın nurundan həzz almaq qabiliyyətinə malik olmaq üçün deyil, əksinə, o istəyir ki, Yaradan simanın gizlənməsini ondan götürsün ki, Yaradana əta etmək qabiliyyəti olsun. Belə çıxır ki: o, Yaradanın ona hansı niyyəti verməsini istəyir? Yalnız əta etmək qabiliyyətini.

Və onun heç bir niyyəti yoxdur ki, Yaradan onun gözlərini nurlandırsın və şəxsi xeyri üçün həzz almaq naminə simanın açılmasını versin. Çünki yalnız bu, formaca fərqlilik adlanır. Lakin Yaradandan əksini istəməsi,bu artıq başqa məsələdir ki, o, formaca oxşarlıqda olmaq istəyir. Başqa sözlə, Yaradana əta etmək üçün gücü olsun ki, buna da "formaca oxşarlıq" deyilir.

Və insan artıq əta edən kelimləri almağa nail olandan sonra, yəni o, Yaradana əta etmək üçün əməllər edə bilər, indi alan kelimlərdə iş yaranır. Başqa sözlə, o, Yaradana deyir: "Mən indi həzz almaq istəyirəm, axı Sənin arzun Öz yaratdıqlarını həzzləndirməkdir. Ona görə də mən Sənin istəyini – Sənin bizə vermək istədiyini yerinə yetirmək istəyirəm".

Və bu, Midraş Rabanı, Bereşiti izah etdiyimiz kimi, Yaradanın insanın yaradılmasına qarşı çıxan mələklərə cavab verməsi haqqındadır. Və deyilir: "Bunu nəyə bənzətmək olar? Bütün nemətlərlə dolu sarayı olan, lakin qonaqları olmayan Padşaha". Və bu səbəbdən insan Yaradandan xeyir və həzz almaq istəyir ki, yuxarıda deyildiyi kimi (1987-ci il, 26-cı məqalədə) Padşahı həzzləndirsin.

Və buradan biz üçüncü sualı izah edə bilərik – yazılanlar haqqında: "Mən bu gün sizə xeyir-dua və lənət verirəm"1. Axı deyilir: "Alinin ağzından bəlalar və xeyirlər çıxmaz"2. Və bizim öyrəndiyimizə görə ki, Yaradılışın məqsədi Yaradanın yaratdıqlarını həzzləndirməkdir, bu məqsəddə heç bir xeyir və şər yoxdur, yalnız xeyir var. Onda bu iki xassə – xeyir və şər haradan əmələ gəlir?

Bu, mühakimənin kökü olan ixtisar nöqtəsindən əmələ gəlir. Axı nuru alıcı kliyə qəbul edən Sonsuzluq Malxutu nurla formaca oxşarlıq istəyirdi. Buna görə də o, ixtisar etdi, çünki o, artıq bu kliyə almaq istəmirdi. Belə çıxır ki, nurla qaranlıq arasındakı bütün ixtisarı Malxut yaratdı, və ona görə də ixtisarı aşağıda olana aid edirlər.

Necə ki deyilir ("Panim Masbirot" şərhində, səh. 29): "Çünki Yaradan tərəfindən heç bir qüvvə sərhəd şəklində açılmır. Və onlara gələn bu nur daxili nur adlanır. Lakin bu məhdud nurlanma məhz bu nöqtənin özündəndir".

Və bu o deməkdir ki, yalnız əta etmək naminə almağa məcbur edən sərhəd – məhz Malxut xassəsi adlanan "özü üçün almaq üçün klisi" olan bu nöqtənin özüdür ki, bu xeyri, yəni əta etmək naminə almağı və şəri, yəni almaq naminə almamağı etdi.Ali olanın arzusu aşağı olan üçün məcburi qanuna çevrildiyinə görə, almaq xatirinə almaq istəyən kəsdə artıq şər xüsusiyyəti və Həyat Mənbəyindən ayrılıq hiss olunur.

Belə çıxır ki, xeyrin və şərin səbəbi aşağı olan tərəfdən yaranır. Başqa sözlə, əgər aşağı olanlar məhdudiyyət yolu ilə getsələr, yəni yalnız əta etmək naminə məşğul olmaq istəsələr, onda onların xeyri və həzzi olacaq, əgər bu xətt ilə getməsələr – yəni hər şeyi ölçüb-biçsələr ki, o, dəqiq olaraq yalnız əta etmək naminə olmasın – onda onların nuru deyil, qaranlığı olacaq.

Belə çıxır ki,Alinin ağzından – yəni yuxarıdan çıxan nemət – yalnız xeyir idi. Və o zaman şər üçün heç bir yer yox idi, necə ki deyilir ("Həyat ağacı" kitabının əvvəlində): "ixtisardən əvvəl O və Onun adı bir idi". Yəni hələ "O" adlanan nur ilə "Onun adı" adlanan kli arasında məsafə yox idi. Amma ixtisardən sonra almaq arzusu formaca fərqlilik oldu.

Və buradan,  yazılan dördüncü sualı da başa düşəcəyik: "xeyir-dua və lənət". Belə çıxır ki, onların arasında orta heç nə yoxdur. Maddi dünyada isə biz görürük ki, xeyir-dua məskən salan yer və ya lənət məskən salan yer var. Və elə yer də var ki, orada xeyir-dua yoxdur, amma lənət də yoxdur.

Və adətən, hansısa ticarətlə məşğul olan və ya hansısa şəhərdə yaşamağa hazırlaşan insan dəqiqləşdirmir ki, bu, xeyir-dua yeri olmalıdır. Çünki dünyada hesab olunur ki, əgər orada lənət yeri yoxdırsa, bu yer istifadə oluna bilən yer adlanır. Burada isə belə çıxır ki, "Mən bu gün sizə xeyir-dua və lənət verirəm" sözlərində orta heç nə yoxdur.

Cavab isə odur ki, Xeyirxah və Xeyir Verən həyat adlanır, əgər əta edən kelimlər verilsə, o zaman Həyat Mənbəyinə birləşmək olar. Belə çıxır ki, yalnız bu şəkildə insan "xeyir-dua" adlanan xeyirə və həzzə nail ola bilər.

O halda ki, əgər insanın yalnız alan kelimləri varsa, o, Həyat Mənbəyindən ayrı olmağa borcludur və onun xeyir və həzz almaq üçün kelimləri yoxdur. Belə çıxır ki, o, qaranlıqda məskən salır və onun nuru yoxdur, ruhani həyatı yoxdur. Və bundan böyük lənət ola bilməz.

Eyni zamanda maddi dünyada biz həqiqətən də xeyir-dua ilə lənət arasında orta vəziyyəti görürük. Və bunun səbəbi odur ki, insan Yaradanın işinə daxil olmaq istədikdə işin qaydası odur ki, göylər naminə işləsin, o zaman o, orta vəziyyətdən, yəni lənət vəziyyətindən çıxıb xeyir-dua vəziyyətinə daxil olmaq istəməsindən başlamağa borcludur.

Və o, təbiətdən lənət vəziyyətində, yəni insanın doğulduğu almaq arzusunda olduğundan, ixtisar və gizlənmə baş verib ki, həyat nuru orada parıldamağa gəlməsin, o isə buradan uzaqlaşmaq istəyir, buna görə də "lo lişma" adlanan orta vəziyyətdə olmalıdır. Bu o deməkdir ki, onun gördüyü əməllər əta etmək naminə əməllərdir. İstər insanla Yaradan arasında, istərsə də insanla yoldaş arasında. Amma əta etmək üçün niyyəti hələ də yoxdur.

Və "lo lişma"dan "lişma"ya gəldikləri üçün bu, lənətlə xeyir-dua arasında yerləşən orta nöqtə adlanır. Axı xeyir-duaya nail olmaq üçün burada yalnız əta etmək niyyəti çatışmır. Və bu dünya əməl dünyası adlandığından, işin qaydasına görə orta vəziyyət mövcuddur.

Lakin məqsədə gəldikdə isə iki şey yoxdur, bir şey var. Yəni ya "xeyir-dua" adlanan məqsədə nail oldu, ya da, allah eləməsin, məqsədə nail olmadı. Belə çıxır ki, o, ölüm xassəsi olan lənətin içində qaldı, necə ki deyilir: "Günahkarlar həyatda ikən ölü adlandırılırlar"5. Ona görə də burada orta heç nə yoxdur. Ya lənət, ya da Yaradanla birləşməyə nail olduğu xeyir-dua.

Və deyilənlərdən verdiyimiz ilk sualı başa düşəcəyik: Niyə O, tək sayda başlayır: "Bax", sonra isə deyir: "Sizə" – cəm sayda? Axı burada əta edən anlayışı var və bu Yaradandır, alanın anlayışı da var və bu İsrail xalqıdır. Və məlumdur ki, Yaradana münasibətdə pillələrin fərqi yoxdur. Necə ki deyilir: "Axı Mən, Yaradan, dəyişmədim"6. Və bütün dəyişikliklər yalnız alanlar tərəfindən baş verir.

Ona görə də Əta edən tərəfindən danışıldıqda, O deyir: "Mən sizə bir şey verirəm". Çünki Əta edən tərəfindən məxluqlarını həzzləndirmək üçün nur "sadə vahid nur" sözləri ilə adlanır, buna görə də O, bütövlükdə bütün cəmiyyətə müraciət edərək deyir: "Çünki Mən sizə bir şey verirəm". Halbuki alan tərəfindən danışıldıqda, alanda çoxlu pillələr var, necə ki müdriklərimiz dedilər: "Üzləri bir-birinə bənzəmədiyi kimi, onların rəyləri də bir-birinə bənzəmir"7.

Ona görə də alanlar haqqında danışdıqda, O dedi: "Bax" – tək sayda, çünki hər birinin özünəməxsus xüsusi baxışı var. Buna görə də "bax" sözü tək sayda o deməkdir ki, hər kəs müstəqil olaraq görməlidir və heç kəs başqasının baxışına əsaslana bilməz, necə ki böyük Ari yazmışdı ki, bir insan başqasının islah etdiyini islah edə  bilməz və hər kəsin özünün şəxsi islahi var.

Ona görə də yazılanın: "Bax" – məqsədi alanlardır, burada hər birinin öz xüsusi baxışını alır. Əta edən tərəfindən danışıldıqda isə O, hamı üçün bir şey verir. Ona görə də sözlər: "Bu gün sizə əmr etdiyim"8 bütövlükdə bütün cəmiyyət haqqında danışır.

Və indi biz soruşduğumuzu başa düşəcəyik ki, O bizə: "Bu gün sizə əmr etdiyim"deyərkən nəyə işarə edir8. Nəzərdə tutulur ki, xeyir-dua və lənətin bu hadisəsi hər gün baş verir, çünki böyük Arinin dediyi kimi, hər gün xüsusi islahlar baş verir: "Və təkcə bu deyil, hətta adi həftə günlərinin özündə də bu günün duası ilə sabahın duası arasında böyük fərq var. Və dünyanın yaradılışından tutmuş onun sonuna qədər bir-birinə bənzəyən bir dənə də olsun dua yoxdur"9. Ona görə də "bu gün" deyilir, çünki bu, hər gün baş verir.