Rabaş

Yaradanın işində gizli və aşkar olan nədir

Barux Şalom Levi Aşlaq (Rabəş)

Yaradanın işində gizli və aşkar olan nədir

Məqalə 19, 1987

Müqəddəs Yazıda deyilir: «Sənə söylənmişdir, ey insan, nəyin yaxşı olduğunu və Yaradanın səndən nə tələb etdiyini: yalnız ədaləti icra etməyi, mərhəməti sevməyi və Yaradanın qarşısında təvazökarlıqla gəzməyi»¹. Burada, bu ayədə gözümüzün önündə açılan iki şeyi görürük:

«Ədaləti icra etmək» – və biz görürük ki, O, ədaləti icra edir;

«Mərhəməti sevmək» – və biz görürük ki, O, mərhəməti sevir. Haradan bilirik? Çünki görürük ki, O, mərhəmət yaradır. Şübhə yoxdur ki, O bunu sevir, yoxsa mərhəmət yaratmazdı.Və burada deyilən bir şey isə gizlidədir, necə ki deyilib: «Və Yaradanın qarşısında təvazökarlıqla (gizlində) gəzmək»¹.

Və başa düşmək lazımdır ki, «təvazökarlıqla gəzmək» nə deməkdir? Sadə səviyyədə izah edirlər ki, yuxarıda bəhs edilən iki şey – yəni «ədaləti icra etmək» və «mərhəməti sevmək» gizli saxlanılmalıdır ki, heç kim onun xeyirxah əməllərini görməsin. Bəs ruhani işdə bu nə deməkdir?

Məlumdur ki, ehkamların yerinə yetirilməsi üzrə əməllər və ehkamların niyyəti mövcuddur. Əməl baxımından isə hər kəs bərabərdir – böyük saleh ilə sadə insan arasında heç bir fərq yoxdur. Axı əmr olunan əməllər haqqında deyilmişdir: «Artırma və əskiltmə»². Axı biz demirik ki, salehin iki mezuzası var, yəni qapının sağında və həmçinin solunda. Böyük ilə kiçik arasındakı bütün fərq yalnız niyyətdədir.

Niyyətdə də iki aspekti fərqləndirmək lazımdır:

İndi əmri yerinə yetirdiyinə dair niyyət qurmaq;

Yaradanın əmrini yerinə yetirməyə vadar edən səbəb üzərində niyyət qurmaq.

Lakin burada da bir neçə növü fərqləndirmək lazımdır:

1.Yaradanın əmrini ona görə yerinə yetirir ki, bunun sayəsində ətrafındakı insanlar ona hörmət edirlər və s. Belə çıxır ki, onu Yaradanın əmrini yerinə yetirməyə məcbur edən şey – Yaradan deyil, insanlardır. Başqa sözlə, əgər ətrafda insanlar olmasaydı, o, Yaradanın əmrini yerinə yetirməzdi.

Və bu növdə də fərqləndirmək lazımdır ki, o, bunu məcburiyyətdən edir, ya yox. Yəni bəzən elə olur ki, insan şənbəni pozur, lakin dindar sahibkarın yanında işləyir. Qanun isə deyir ki, əgər onu şənbəni pozmamağa məcbur edə bilərsə, qanuna görə o, bunu etməyə borcludur.

Məsələn, əgər o, şənbəni qorumasa, onu işdən qovacaq. Və əgər onun başqa iş yeri yoxdursa, o, əlbəttə ki, şənbəni pozmayacağına söz verəcək. Belə çıxır ki, o, öz sahibkarının ehkamlarına əməl edir. Yəni o, işəgötürənin ehkamlarına riayət edir. Və onun Yaradanla heç bir əlaqəsi yoxdur. Lakin qanun baxımından biz görürük ki, bu da «ehkamları yerinə yetirən» adlanır. Yoxsa nə üçün onu ehkamları yerinə yetirməyə məcbur etməlidir?

Belə çıxır ki, bu işçi yalnız məcburiyyətdən [işləyir]. Necə ki biz (29-cu məqalədə, 1986) demişdik, Rambam söyləmişdir: «Lakin uca şeylərdə, əgər o, gizlində tövbə etməyibsə, onu açıq şəkildə rüsvay edir, utandırır və məzəmmət edirlər – ta ki o, yaxşılığa qayıdıncaya qədər»³. Belə çıxır ki, o, ehkamları cəmiyyət onu məcbur etdiyi üçün yerinə yetirir.

Və insanları məcbur edən səbəbdə fərqləndirmək lazımdır ki, o, bu ehkamı yerinə yetirən zaman həzz alır, ya yox. Axı o, ehkamları ona hörmət etsinlər deyə yerinə yetirəndə, ehkamların icrasından həzz alır. Halbuki, əgər o, Tövratı və ehkamları yuxarıda deyildiyi kimi məcburiyyətdən yerinə yetirirsə, o, Tövrat və ehkamlardən əzab çəkməmək üçün – ki, bunlar insanlar üzündən onun üçün «istəyini pozacaq və öldürülməyəcək»⁴ adlanır – həmişə bu əsarətdən qurtulmaq istəyir.

Buradan belə çıxır ki, [ehkamları] hörmət etsinlər və s. deyə yerinə yetirən insan Tövrat və ehkamları sevinc içində yerinə yetirə bilər. Məcburiyyətdən yerinə yetirən isə sevinc içində ola bilməz. O, oturub gözləyir ki, nə vaxt bu əsarətdən qaçmaq imkanı olacaq. Axı o, Yaradanın ehkamlarını Yaradanın buyurduğunu yerinə yetirmək istədiyi üçün deyil, kənar insanlar onu təqib etdikləri və ehkamların icrasından gələn əzabdan daha böyük əzaba dözə bilmədiyindən yerinə yetirməyə məcburdur. Buna görə də bu növ əvvəlkindən daha pisdir.

Belə çıxır ki, Tövrat və ehkamların icrasında niyyətin qurulmasının iki növü var:

Qorxudan və məcburiyyətdən;

Sevgidən, Tövrat və ehkamların icrası zamanı onun sevinci var.

Niyyətin ikinci aspekti də var ki, bu da Tövrat və ehkamları yerinə yetirməyə vadar edən səbəbə aid olub «təvazökarlıqla gəzmək» adlanır. Burada əməllər nəzərdə tutulur – belə ki, o, etdiyi bütün əməllərdə heç kim onun xeyirxah əməllərini görməsin və eşitməsin, hər şeyi «təvazökarlıqla» etsin. Niyyətə gəldikdə isə, o, əlbəttə ki, insan gözündən gizlidir. Lakin niyyətdə iki növü fərqləndirmək lazımdır:

1.O, Tövratı və ehkamları yerinə yetirir və burada, qorxulu da olsa, insanlar tərəfindən törədilmiş heç nə yoxdur. Çünki onun işini bilən heç kim yoxdur. Lakin Yaradanın Ona itaət etdikləri üçün verdiyi mükafat – bu mükafat onun Tövrat və ehkamlarla məşğul olmasına səbəb olan səbəbdir.

Və bu növ o deməkdir ki, o, Yaradana inanır, mükafata və cəzaya inanır. Belə olan halda mükafat və cəza onun Tövrat və ehkamlarla məşğul olmasına vadar edən səbəbdir. Və bu növü insan ona hörmət etsin deyə deyil , «lişma»da – yəni göylər naminə işləyən adlandırmaq olar. Və bu, şübhəsiz ki, təmiz işdir, tamamilə Yaradana [istiqamətlənmişdir].

1.Əmələ gəldikdə – heç kim onun xeyirxah əməllərini görmür ki, bunun müqabilində ona mükafat versin.

2.Niyyətə gəldikdə – o, insanlardan Tövrat və ehkamlardakı işinə görə ona nəsə ödəmələrini tələb etmir. O, istəyir ki, Yaradan onun işinə görə ona mükafat versin.

Lakin «təvazökarlıqla gəzmək» adlı bu xüsusiyyət də hələ kamillik deyil, hərçənd o, insanların onu məcbur etməsindən irəli gələn əvvəlki iki növdən dəyərcə yuxarı durur. Lakin:

Birinci növ – qorxudan və məcburiyyətdəndir;

İkinci növ – yuxarıda deyildiyi kimi, sevgidəndir.

Burada isə səbəb odur ki, onu yalnız Yaradan vadar edir. Lakin o, işinə görə mükafat istədiyindən, belə çıxır ki, formadakı fərqə görə o, Yaradandan ayrılmış olur. Və buna görə də onun işi hələ də qüsurludur.

«Kamil iş» o zaman adlanır ki, o, «təvazökarlıqla» işləyir, niyyəti isə yalnız Yaradanın Tövrat və ehkamlarla məşğul olmağa vadar edən səbəb olmasıdır və heç bir kənar insanın onun işi ilə heç bir əlaqəsi yoxdur. Bununla yanaşı, o, mükafat almaq üçün deyil, yalnız tək bir Yaradan üçün işləyir. Və bu o deməkdir ki, yuxarıda deyildiyi kimi, o, «O mərhəmətli olduğu kimi, sən də mərhəmətli ol»⁵ mənasında Yaradanla birləşmək istəyir.

Yəni onun bütün işi əta etmək üçündür. Və o, Padşaha xidmət etməyə layiq görüldüyündən böyük məmnunluq duyur. Və bundan o, zövq və sevinc alır. Və onun başqa heç bir ehtiyacı yoxdur – yəni ona daha nəsə versinlər, lakin o, Tövrat və ehkamları ən sadə şəkildə yerinə yetirib heç bir niyyət qura bilmədikdə, bundan məmnun qalır – sanki Padşaha mühüm bir xidmət göstərə bilər.

Bu, Padşahın sarayında süpürgəçi vəzifəsində işləyən bir adamın, Padşaha ehtiyac duyduğu hər şeydə məsləhət verən Padşah naziri ilə müqayisəsinə bənzəyir. Şübhə yoxdur ki, Padşahın süpürgəçisini Padşah nazirindən – həm əmək haqqı, həm də hörmət baxımından – böyük məsafə ayırır.

Buradakı əxlaqi nəticə odur ki, şübhəsiz ki, Padşaha xidmət edən və- «Tövratın sirləri ona açılır və o, Padşahla həzz alır» xüsusiyyətinə layiq görülən insan ilə, Tövratı və ehkamları Tövratın heç bir dərki və anlaması olmadan yerinə yetirən, lakin Bizə verdiyi Padşahın əmrini yerinə yetirməyə layiq görüldüyünə sevinən sadə insan arasında fərq var. Və bundan o, bu dünyanın bütün həzzlərindən daha çox həzz alır. Axı bu dünyanın bütün həzzləri ona «ət və qan» xüsusiyyətinə aid olan bədənə xidmət edən kimi görünür. Tamamilə başqadır ki, o, [Tövrat və ehkamlarla] ən sadə şəkildə məşğul olur və bu, Padşahın sarayındakı süpürgəçi kimi ən sadə işdir, lakin o deyir: «Nəticədə mən kimi həzzləndirmək istəyirəm? Padşahı! Və mən «öz şəxsi mənfəətim üçün almaq istəyi» adlanan özümə xidmət etmək istəmirəm. Mənim niyyətim – Yaradanın mənim işimdən həzz almasıdır».

Və buradan belə çıxır ki, insan həzz almalıdır. Axı həzz olmadan insan işləməyə qadir deyil. Yaradanın yaratdığı təbiətə görə isə, yaradılış məqsədindən – yəni Öz məxluqlarını həzzləndirmək istəyindən irəli gələrək, insan daxilində həzz almaq istəyi və canatması qoyulub.

Lakin insanın nədən həzz ala biləcəyi məsələsində çox böyük fərq var. Yəni həzz «nur» adlanır. Lakin «kilsiz nur yoxdur». Buna görə də belə çıxır ki, insanın almaq istədiyi həzz hansısa kliyə yerləşdirilir. Yəni maddi həzzlərə, məsələn, şəhvətə bürünmüş həzzlər var. Şəhvətdə də müxtəlif növlər var, həmçinin şöhrətpərəstlikdə də. Həmçinin insan müdrikliyi öyrənməkdən həzz ala bilər. Yəni hər kəs ümumilikdə «şəhvət», «şöhrətpərəstlik» və «müdriklik» adlanan kelimdən həzz çıxara bilər.

Lakin dördüncü pillə də var və bu, atam və müəllimimin Zoar kitabına Girişdə dediyi kimi, Yaradanın işidir ki, «cansız, bitki, heyvan, danışan» adlanan 4 pillə mövcuddur və bunlar aşağıdakılardır:

«cansız» – şəhvət adlanır;


«bitki» – şöhrətpərəstlik adlanır;


«heyvan» – müdriklik adlanır;


«danışan» – Yaradanın işi adlanır.


Və buradan belə çıxır ki, hər kəs həzz almalıdır, fərq yalnız insanın hansı örtükdən həzz və zövq çıxarmağa qadir olmasındadır. Və burada biri digərindən fərqləndirilməlidir. Buna görə də bizdə belə çıxır ki, insanın həqiqət yolundakı işi « Yaradanının qarşısında təvazökarlıqla gəzmək»¹ pilləsinə çatmaqla başlayır.

İzahı: onun işi ondadır ki, o, «təvazökarlıqla» işləyir, çünki heç kimin onun Tövratı və ehkamları ilə əlaqəsi yoxdur, çünki bu, insanlardan gizlidir. Lakin burada mövcud olmalı olan başqa bir şey də var: Yaradanın qarşısında təvazökarlıqla gəzmək. «Qarşısında» – qovuşmada demək idi. Yəni onun işi ayrılıqda deyil, Yaradanla qovuşma vəziyyətində olmalıdır. Məhz o, mükafat almaq üçün deyil, tamamilə və bütövlüklə əta etmək üçün işlədikdə, onda «Yaradanla qovuşma» adlanan bənzərlik forması yaranır. Halbuki onun niyyəti Yaradandan işinə görə mükafat almaqdırsa, o, alan xüsusiyyətindədir, Yaradan isə əta edəndir. Belə çıxır ki, burada Yaradanla qovuşma yoxdur, əksinə, ayrılıq var, çünki onun forması Yaradana əksdir.

Və buradan biz soruşduğumuz şeyi başa düşəcəyik: «Və Yaradanın qarşısında təvazökarlıqla gəzmək» nə deməkdir? Sadə anlama ondan ibarətdir ki, burada «lişma» adlanan işin başlanğıcı yerləşir. Ravvin Meir demişdir: «Tövratı lişmada öyrənən» bu andan etibarən «çox şeyə layiq olur... Və Tövratın sirləri ona açılır, və o, yerdən fışqıran bulaq kimi olur»⁶.

Və deyilənlərdən belə çıxır ki, biz ümumi cəmiyyətin (klal) işini və fərdi işi (prat) fərqləndirməliyik:

Ümumi cəmiyyətin (klal) işi. Bu o deməkdir ki, bütün İsraili bütövlükdə əməl müstəvisində, yəni praktik baxımdan Tövrat öyrədirlər: dünyada 70 xalq var, yaxşı keyfiyyətlərə malik insanlar var, buna əks günahkarlar da var və s. Başqa sözlə, ümumi dünyada çoxlu elementlər var. Və orada iş qaydasında əsas şey – əməldir. Və onlardan niyyətin «lişma» olması üçün tələb etmək qeyri-mümkündür. Onlara deyirlər: «Lo lişmadan lişmaya gəlirlər»⁷.

Bundan əlavə, onların işi həm də «təvazökarlıqla» olmaq məcburiyyətində deyil. Qayda belədir ki, hər kəs yoldaşına nə qədər xeyirxah əməli olduğunu, Tövrat və işə nə qədər vaxt sərf etdiyini danışır. Və bu, qəsdən edilir. Bunun faydası isə ikiqatdır:

Danışan üçün. Çünki o, kiminsə ona paxıllıq etdiyini görəndə, bu ona iş üçün güc verir. Başqa sözlə, başqaları üçün işləmək üçün gücü olur, çünki o düşünür ki, yoldaşı, şübhəsiz ki, onun işinə görə ona hörmət edəcək. Belə çıxır ki, o, bundan iş üçün yanacaq götürür.

Və bunun səbəbi, məlum olduğu kimi, hər hansı bir səy göstərən hər kəsin bunun müqabilində ödənişi olmalıdır. Ödəniş isə pul və ya hörmət ola bilər. Başqa sözlə, bəzən elə olur ki, gördüyü işə görə ona hörmət edirlər. Bu artıq pula bənzər şəkildə «mükafat» adlanır. Yəni hörmət üçün işləyən insanlar var, hörmət isə məhz kimsə onun əməllərini görən yerdə olur.

Lakin pul ilə hörmət arasında verən şəxs baxımından fərq var. Başqa sözlə, pul üçün işlənilən yerdə həmin pulu verən insanın kim olması onu maraqlandırmır. Verən sadə bir insan ola bilər. Və əgər o, hörmətli bir insandan daha çox pul ödəyirsə, pul ödənişi baxımından bu iş yerinin sərfəli olmasını verən şəxsin şəxsiyyəti deyil, pul məbləği müəyyən edir.

Hörmət üçün işləyən insanla isə başqadır – burada müəyyənedici məhz verəndir. Əgər verən hörmətli insandırsa, o zaman hörmət üçün işləmək o qədər də ağır deyil. Lakin bu, həmin insanın küçə tərəfindən nə dərəcədə vacib qəbul edilməsindən asılıdır.

Buradan belə çıxır ki, Yaradandan mükafat almadan Ona xidmət etmək – ağırdır. Çünki insan mükafat gözləyir. Və Yaradanın əzəmətinə inamın çatışmazlığı səbəbindən, insana Padşaha xidmət etməsi kifayət etmir . Əgər başqa cür olsaydı, təbiətdə kiçiyin özünü böyük qarşısında ləğv etməsi qaydası var, yəni bu insan cəmiyyət tərəfindən böyük kimi tanınırsa.

Və buna görə də, insan hələ Yaradanın vacibliyini hiss etməyə qadir olmayanda, o, «lo lişma»da işləməlidir. Və məhz bu səbəbdən insan Tövrat və ehkamlarla məşğul olur ki, insanlar ona hörmət etsinlər. Lakin bu, yalnız o, Yaradana işləyənlərə hörmət edilən mühitdə olduqda baş verir. Lakin insan dünyəvi insanların əhatəsindədirsə, o, əlbəttə ki, hörmət əvəzinə rüsvayçılıq qazanmamaq üçün «təvazökarlıqla» işləyir.

Lakin insan «ümumi» («klal») cəmiyyətin mərhələsindən keçdikdən sonra onda oyanış baş verir və o, cəmiyyətdən çıxmaq, yəni cəmiyyətin əsarətində olmamaq istəyir. Başqa sözlə, cəmiyyətin «Yaradanın işi» adlandırdığı şeyə uyğun olaraq yerinə yetirə bildiyi işdən azad olmaq istəyir.

Lakin cəmiyyətdə qəbul olunmayan şeylər var– o hiss edir ki, ümumi iş hər şey deyil, lakin onda məhz fərdi insanlara aid olan işin mövcud olduğunu göstərən daxili oyanış var, çünki hər bir fərdi ümumi olanı özündə birləşdirir və o zaman ona «lişma»nın nə olduğu açılmağa başlayır. Rambamın dediyi kimi: «Bilikləri artmayınca və daha böyük müdrikliklə dolmayınca, bu sirri onlara təzyiq göstərmədən alışdıraraq tədricən açırlar. Ta ki Onu dərk edincə, Onu tanıyınca və sevgi ilə Ona xidmət edincə»⁷.

Deyilənlərin hamısından belə çıxır ki, əməlin kamilliyi və niyyətin kamilliyi mövcuddur. Və insan bütün cəmiyyətə aid olan əməlin kamilliyinə artıq gəlib çıxdıqdan sonra, niyyətin kamilliyi üzrə iş başlayır. Bu o deməkdir ki, insan Tövrat və ehkamları yerinə yetirməyə vadar edən səbəbin Yaradanda olması üçün çalışmalıdır, çünki o, Yaradanın vacibliyinə və əzəmətinə inandığı üçün Yaradana əta etmək istəyir.

Və buna görə də Padşaha xidmət etmək ona nəsib olsa, bu, onun üçün böyük şərəf sayılacaq. Və bu iş «gizli iş» adlanır. Çünki burada əsas iş – niyyət üzərindədir və bu, heç kəsə açılmır. Başqa sözlə, dünyada heç bir insan yoldaşını Tövrat və ehkamlarda işləməyə vadar edən səbəbin – hansı səbəb olduğunu bilə bilməz.

«Lo lişma» adlanan ümumi cəmiyyətin işi isə «aşkar işdir» və bu, praktiki hissədir, yəni onların kamilliyi – əməldir. Lakin onlara niyyət üzrə iş verilmir. Başqa sözlə, niyyətin də kamil olması – yəni «lişma» olması üçün deyil. Onlara yuxarıda Rambamın dediyi kimi, Tövrat və ehkamlarla «lo lişma»da məşğul olmağı öyrədirlər.

Zoar kitabında isə deyilir: «“Gizli olan – bizim Uca Rəbbimiz Yaradana”⁸ – bu, düşüncədə və ürəkdə olan qorxu və sevgidir... Və bu, “yud-hey” xüsusiyyətidir. “Aşkar olan – bizə və oğullarımıza” – yəni Tövrat və ehkam və bu, bədənin və başın xarici hissəsidir, yəni “vav-hey”. Və bunun mahiyyəti, əlbəttə ki, məhz belədir, çünki əgər insan Yaradandan qorxursa və ya Onu sevirsə, başqa insan bunu bilmir, çünki bu, yalnız onunla Yaradan arasında açılan şeydir»⁹.

Lakin əgər insan Tövratla məşğul olursa və icra ehkamlarına riayət edirsə, bu, hər kəsə aşkar olur, çünki Yaradan ona açıq şəkildə Tövratla məşğul olmaq üçün ağız, ona baxmaq üçün gözlər və onu dinləmək üçün qulaqlar vermişdir. Və Yaradan insana ehkamları yerinə yetirmək üçün əllər, ayaqlar və bədən vermişdir.

Məlumdur ki, AVAYA adı özündə «AK və ABYA» adlanan beş aləmi ehtiva edir. «Yud» hərfinin başlanğıcı isə AK-nu əhatə edir. Onlar isə Qalğalta, AB, SAQ, MA və BON adlanan beş partыufu əhatə edirlər. Onlar da öz növbəsində beş sifirotu əhatə edirlər: keter, xoxma, bina, Zeir Anpin və malxut. Yəni hər bir xüsusiyyət AVAYA adının müəyyən bir hərfinə daxildir.

Ayə haqqında: «Bu Mənim əbədi adımdır və bu nəsildən-nəslə Mənim xatirimdir»¹⁰ – Zoar kitabı deyir: «“Mənim adım” “yud-hey” ilə birlikdə ədədi qiyməti 365¹-dir¹ ki, bu da 365 qadağaya işarə edir. “Mənim xatirim” “vav-hey” ilə birlikdə ədədi qiyməti 248-dir ki, bu da icra edən ehkamlara işarə edir»¹³.

Atam və müəllimim isə niyə Xoxma və Binaya işarə edən «yud-hey» vasitəsilə qadağalar xüsusiyyətinə işarə edildiyini, şübhəsiz ki, Yaradana xidmət edilən icra ehkamlarının isə – yalnız «vav-hey»in işarə etdiyi daha aşağı pillə olduğunu izah etdi. Və o dedi ki, çünki islah dünyasında kelimin qırılması bir daha baş verməsin deyə,belə ki qırılmanın səbəbi nurların böyük, kelimin isə kiçik olması idi...

Buna görə də yalnız «vak nurları» adlanan kiçik nurların işıqlandırması üçün islah baş verdi. Və QAR nurlarını cəlb etmək qeyri-mümkün olduğundan, QAR isə «yud-hey» – yəni Xoxma və Bina adı ilə adlanır, lakin VAK nurlarını yenə də cəlb etmək lazımdır. Buna görə də VAK nurları «vav-hey» adı ilə göstərilir. Buna görə də icra ehkamları – «vav-hey»dədir, yəni VAK-dadır. Cəlb etmək qeyri-mümkün olan QARnurları isə «etmə» adlanır, yəni cəlb etmək qeyri-mümkündür.

Və buradan biz ehtiramla qorxu və sevgini – yəni «yud-hey» xüsusiyyətini, və Tövrat və ehkamları – yəni «vav-hey» xüsusiyyətini özündə ehtiva edən Avayənin nə olduğunu aydınlaşdıra bilərik. Və onları bir-bir aydınlaşdıraq.

1.Ehtiramla qorxu. Bu o deməkdir ki, insan Zoar kitabının Girişində deyildiyi kimi, Yaradana daha az sevinc əta edəcəyindən qorxmalıdır: «Lakin həm birinci, həm də ikinci qorxu onda – şəxsi mənfəət üçün deyil, yalnız Yaradana daha az sevinc əta edəcəyindən olan qorxudur»¹⁴.

Və ehtiramla qorxu – birinci ehkamdır. Çünki insan «ehtiramla qorxu» xüsusiyyətinə layiq görülməzdən əvvəl, həqiqi və tam iman əldə edə bilməz; əks halda, Allah eləməsin, imansızlıq vəziyyətinə düşər.“Zoar” kitabına yazılmış “Ön söz”də deyildiyi kimi: «Çünki qanun belədir: məxluq Yaradanın yaratdığı şəri açıq şəkildə qəbul edə bilməz. Axı bu, Allah eləməsin, Yaradanın böyüklüyünə xələl gətirərdi — məxluq Onu şər yaradan kimi qəbul etmiş olardı... Buna görə də insan şəri hiss etdikdə, həmin ölçüdə Yaradanın idarəçiliyini inkar edir, Allah eləməsin, və Ali Fəaliyyət onun nəzərindən yox olur»[15].



Halbuki insan bütün əməlləri əta etmək üçün etdikdə və kelim xeyir və həzzi qəbul etməyə hazır olanda, onda inam yaranır, çünki bu vəziyyətdə o, Yaradanı Xeyirxah və Xeyir Törədən kimi qəbul edir. Sulam şərhində yazıldığı kimi: «Buna görə də təəccüblü deyil ki, biz hələ Onun kamil xeyrini almağa layiq deyilik. Və buna görə də bizə Yaradanın idarəçiliyini xeyir və şər xüsusiyyətində dadmaq verilib»¹⁵. Belə çıxır ki, yuxarıda deyildiyi kimi, daimi inama layiq olmağın köməyi ilə mümkün olan inamın kökü budur.

2.Sevgi. Ehtiramla qorxu sayəsində xeyir və həzzə layiq görüldükdə, sevgi xüsusiyyəti açılır. Sevgidə də TES-ə Girişdə yazıldığı kimi, şərtlərdən asılı olan sevgi və heç nədən asılı olmayan sevgi fərqləndirilməlidir.

3.Tövrat. Ehtiramla qorxu xüsusiyyətindən irəli gəlir, çünki məhz Tövrat sayəsində müdriklərin dediyi kimi, əta etmək istəyinə gəlib çıxmaq olar: «İçindəki nur mənbəyə qaytarır»¹⁶. Buna görə də məhz Tövrat sayəsində «bəlkə o, Yaradana həzz əta edə bilməyəcək» deyə ehtiramla qorxuya gəlib çıxmaq olar.

Və buna görə də Tövrat – ehtiramla qorxu üçün açılışdır. Başqa sözlə, əgər o, həqiqətən də müdriklik üçün deyil, həqiqət yolunu qazanmaq üçün Tövratı öyrənirsə, onun niyyəti – Tövrat vasitəsilə ehtiramla qorxuya gəlib çıxmaqdır. Buna görə də işin qaydası – aşağıdan yuxarıyadır. Buna görə də əvvəlcə Tövrat – yəni AVAYA adının «vav» hərfi, və onun vasitəsilə bundan sonra ehtiramla qorxu xüsusiyyətinə gəlib çıxır.

Lakin Tövratı göylər qarşısında ehtiramla qorxuya gəlib çıxmaq üçün deyil, başqa bir niyyətlə öyrənən kəs üçün bu, «Tövrat» adlanmır, «müdriklik» adlanır. Müdriklərimizin dediyi kimi: «Əgər insan sənə desə ki, başqa xalqlarda müdriklik var, inan... Başqa xalqlarda Tövrat var desə, inanma»¹⁷. Axı Tövrat göylər qarşısında ehtiramla qorxuya gəlib çıxmaq üçün öyrənən kəsə aiddir.

4.Ehkam. AVAYA adının «hey» xüsusiyyəti, və o, AVAYA adının birinci «hey» hərfi olan sevgi xüsusiyyətindən irəli gəlir. Və buna görə də ehkamları yerinə yetirərkən Padşahın ehkamlarının icrasından sevgidə və sevincdə olmaq lazımdır. Və burada da biz aşağıdan yuxarıya öyrənirik. Yəni insanın Padşahın ehkamlarını sevgi ilə yerinə yetirməyə çalışması sayəsində o, aşağıdan oyanışla yuxarıdan oyanış yaradır və Yaradan ayədə deyildiyi kimi İsrailə Öz sevgisini açır: «Sən bizi sevdin və istədin»¹⁸.

Belə çıxır ki, Tövrat sayəsində ehtiramla qorxu açılır, ehkam sayəsində isə sevgi açılır. Yəni insan işinin qaydasını aşağıdan yuxarıya doğru başlamalıdır:

Əvvəlcə ehkam – yəni AVAYA adının sonuncu «hey»i;

Sonra Tövrat – yəni AVAYA-nın «vav»ı;

Sonra sevgi – yəni AVAYA-nın birinci «hey»i;

Və sonra – ehtiramla qorxu, yəni AVAYA-nın «yud»u.

Lakin yuxarıdan aşağıya təsir qaydasında əvvəlcə ehtiramla qorxu xüsusiyyəti, sonra sevgi, sonra insan Tövratı dərk edir, bundan sonra isə ehkamı [dərk edir].

Lakin ruhların AVAYA adına daxil olması məhz sonuncu «hey» hərfində baş verir. Böyük Arinin dediyi kimi, Adam Rişonun ruhu BYA-nın daxili hissəsinə aiddir, BYA aləmləri isə bütün Atsilutun sonuncu «hey»i adlanan Atsilutun malxutundan çıxmışdır. Buna görə də malxut Kneset İsrail – «İsrailin Məclisi» adlanır, çünki o, bütün ruhlar icmasını özündə ehtiva edir.

Buna görə də insanın işi malxuta aiddir. Başqa sözlə, Tövrat və ehkamları yerinə yetirməklə onlar Yaradanın və Onun Şxinasının qovuşmasını yaradırlar. Belə ki,Malxut «ali xeyir üçün alan kli» adlanır. Yaradan isə «Əta Edən» adlanır. Buna görə də burada «bənzərlik forması» adlanan qovuşma yoxdur. Halbuki aşağıdan ətaetmə əməlləri ilə məşğul olduqda, hər kəs öz ruhunun kökündə Yaradanın Əta Edən olması kimi «bənzərlik forması» adlanan «qovuşmanı» yaradır.

Və bu, Zoarda deyildiyi kimidir: «“Hey” hərfi – bu, əlbəttə ki, tövbə duasıdır». Və onun mənası: «Özünüzlə sözlər götürün və Yaradana qayıdın»¹⁹. Axı insan günah işlətdikdə, o, əlbəttə ki, səbəb olur ki, «yud-hey»in törəməsi²⁰ – yəni «yud-hey-vav»ı özündə ehtiva edən «vav» – «hey» hərfindən uzaqlaşır. Və buna görə də Məbəd dağıdıldı və İsrail ordan uzaqlaşıb digər xalqların arasında sürgünə getdi. Və buna görə də qayıdış edən hər kəs «hey»in «vav» hərfinə qayıtmasına səbəb olur. Xilas da bundan asılıdır²¹.