<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / İnsanın etinasızlıq göstərdiyi ehkamlar

Barux Şalom Halevi Aşlaq (Rabaş)

İnsanın etinasızlıq göstərdiyi ehkamlar

Məqalə 33, 1986

 

«Ekev» fəslində yazılıb: «Və olacaq, ona görə ki, bu ehkamları dinləyəcək və onları qoruyub yerinə yetirəcəksiniz, Yaradan, sənin Tanrın atalarınıza and içdiyi əhdi və mərhəməti sənin üçün qoruyacaq». Raşi isə izah edir: «Və olacaq, ona görə ki, dinləyəcəksiniz...» — insanın etinasızlıq göstərdiyi yüngül ehkamları, «onda Yaradan qoruyacaq» — Yaradan Öz verdiyi sözü qoruyub saxlayacaq».

Və Yaradanın qarşıya qoyduğu bu şərti başa düşmək lazımdır: əgər yüngül ehkamları yerinə yetirsəniz, onda Mən atalara verilmiş vədləri yerinə yetirəcəyəm, əks halda isə yerinə yetirə bilmərəm. Çünki əlbəttə ki, Yaradana xoş gələn şərtlər ət və qandan olan padşahın şərtlərinə bənzəmir; padşahın irəli sürdüyü şərtlər verənə sərfəlidir, lakin burada bu şərtlər, əlbəttə ki, məxluqların xeyrinədir. Yəni başqa sözlə desək, onlar Onun vəd etdiyini başqa cür əldə edə bilməzlər. Əgər belədirsə, başa düşmək lazımdır ki, bu yüngül ehkamların yerinə yetirilməsi şərti nədir?

Və bu şərti başa düşmək üçün əvvəlcə aydınlaşdırmaq lazımdır ki, Yaradanın ulu babalara verdiyi bu vəd nədir? Əlbəttə ki, maddi məsələlər nəzərdə tutulmur; şübhəsiz ki, vədin mahiyyəti bundan ibarət idi ki, Yaradan İsrail xalqına Yaradılışın məqsədi olan, «məxluqlara həzz əta etmək» adlanan məqsədə – ruhların Öz Mənbəyini, kökünü dərk etməsinə nail olmağa icazə verəcək. Bu kök ruhun NaRaNXaY adlanan beş hissəsindən ibarətdir.

Və ruhların özləri üçün hazırlanmış həzzi alması və bu həzzi alarkən utanc hiss etməməsi üçün bizə «əta  üçün iş» adlanan fəaliyyət verilmişdir. Bu o deməkdir ki, hər şeydən əvvəl insan özünü bu işə öyrəşdirməlidir. Və seçim yeri olması üçün – Tövrat və ehkamları yerinə yetirdiyi niyyəti seçmək üçün – ixtisar (Tzimtzum) və gizlilik baş verməli idi; yalnız o zaman seçim üçün yer yaranır.

Lakin həzz gizli olmasaydı o, Tövrat və ehkamları özü üçün yerinə yetirməyə məcbur qalar, nə etsəydi, hamısı eqoizmini doldurmaq üçün olardı, çünki bu halda hər şeyi əta naminə etdiyini demək qeyri-mümkündür. Çünki nur aşkar olduqda, ondan gələn həzz dünyamızın bütün maddi həzzləri ilə müqayisəedilməz dərəcədə böyük olur.

Maddi aləmdə də bir qayda mövcuddur: həzz nə qədər azdırsa, ondan imtina etmək üçün bir o qədər az sərf etmək lazımdır. Və axı demək olmaz ki, insanın həzzi aldığı niyyət yalnız ihraç etməkdir, məhz o, həzzdən imtina edə bilmədiyi halda. O, özündən əmin olmalıdır: əgər o, niyyətini «əta naminə» olaraq dəyişə bilmirsə, deməli, o, həzzdən imtina etməyə hazırdır. Buna görə də həzz nə qədər azdırsa, ondan imtina etmək bir o qədər asandır.

Ona görə də bizə Tövrat və ehkamların həzzindən gizlilik verilmişdir. Və maddi həzzlərin dadını hiss etmək verilib. Biz Zoarda deyilənlərə inanmalıyıq ki, maddi aləmdə mövcud olan hər bir həzz və zövq, Tövrat və ehkamlarda cəmləşmiş həzz nuru ilə müqayisədə çox zəif nur olan «nazik şam» kimidir. Və buna görə də belə qurulub ki, insan maddi həzzləri əldə etməkdə özünü sınasın və bundan sonra o, İxtisar və gizlənmə qadağasından çıxa bilsin, o dərəcədə ki, seçim etmək və demək imkanı olsun: o, bu həzzi və zövqü Yaradanı sevindirmək istədiyi üçün alır.

Və sonra, əgər o, sınağa tab gətirərsə və Yaradanın işində əldə etdiyi bu kiçik pilləni qazanarsa, ona daha böyük pillə verilir ki, öz əməlini əta naminə ona yönəltsin. Və beləcə o, ruhunun kökünün bütün NaRaNXaY-nı dərk edənə qədər pillədən pilləyə irəliləyir. Və insanın dərk etdiyi NaRaNXaY-nın mənası Tövrat ehkamlarındən ibarət olan 613 Tövrat hissəsinin və Talmud müdrikliyinin 7 əmrinin xüsusiyyətidir ki, gematriyada bu, insana dərk etmək üçün verilmiş tarax (620) Adları deməkdir.

Və «Pri Xaxam» kitabına (4.2, səh. 65) bax, orada deyilir: «Və budur o şey ki, «Ets Xaim»də yazılmışdır: aləmlər yalnız bir məqsədlə – yaradılmışlara Yaradanın Adlarını açmaq üçün yaradılmışdır. Və ruh enib maddi bədənə geyindiyindən o, öz dünyasına qayıda və bu dünyaya gəlməzdən əvvəl olduğu Kökünə qovuşa bilməz. Lakin o, bu dünyaya gəlməzdən əvvəlki kökündəkindən 620 dəfə çox öz səviyyəsini artırmalıdır ki, bu da bütün mükəmməlliyin sirridir, Yexidaya qədər bütün NaRaNXaY-dır. Buna görə də Yexida Keter adı ilə adlanır ki, tarax (620) rəqəmini göstərsin».

Və deyilənlərdən biz görə bilərik ki, Yaradanın ulu babalarımıza verdiyi vəd nədir və mükəmməlliyi bu dərəcədə dərk etmək necə mümkündür. Və bu məsələdə iki tərəf var:

1. Bu qədər böyük mükəmməlliyə olan ehtiyac, çünki məlumdur ki, «kli – qəbul edən qab olmadan nur yoxdur, yəni çatışmazlıq olmadan dolğunluq yoxdur». Və o zaman sual yaranır: NaRaNXaY-ın dərk olunmasının bizə çatışmadığı hissini necə əldə etmək olar? Və aydın oldu ki, bütün dünyanın arxasınca qaçdığı bütün maddi həzzlər ruhaniyyətdəki həzzlərlə müqayisədə kiçik bir qığılcım-dən çox deyil və əlbəttə ki, insan hətta kiçik bir ruhani parıltı almağa layiq görüldükdə belə, o, böyük həzz hiss edəcək. Və o zaman kim ona məsləhət görəcək ki, bu kifayət deyil, ta ki Yexida nuru xassəsinə çatmayana qədər o hələ öz mükəmməlliyinə gəlmiş hesab olunmur?

2. İnsanda belə böyük həzzlərə qarşı durmaq və əgər bu həzzlərin qəbulunu ali Məqsəd naminə yönəldə bilməsə, «Mən həzzlərdən imtina edirəm» demək imkanı necə yaranacaq? O, belə güclü haradan alacaq? Məgər biz görmürük ki, hətta maddi həzzlərə qarşı durmaq necə çətindir, halbuki biz onların yalnız zəif parıltı, eqoistik arzularda düşmüş qığılcımlar olduğunu deyirik. Əgər əta haqqında düşünə bilmirsə, bu həzzlərdən imtina etdiyini demək necə də çətindir!

 

Və maddi həzzlər böyük və kiçik həzzlərə bölündüyü kimi, ruhaniyyətdə də bir çox pillələr və fərqlər var və qarşıda belə bir sual durur: «İnsan bu qədər böyük dəfetmə gücünü haradan alacaq?»

Əslində iki sualı aydınlaşdırmaq lazımdır:

 

1.Böyük vəziyyətə çatmalı olduğunu haradan qazanacaq?

2.Yaradana sevinc əta etmək məqsədilə yalnız həzz aldığından əmin olmaq üçün həzzlərdən imtina etməyə tab gətirmək gücünü haradan alacaq?

Və bunu başa düşmək üçün əvvəlcə müdrikərin dediklərini gətirək (Kiduşin 30): «İnsanın eqozmi hər gün onun üzərinə qalxır və onu öldürməyi tələb edir, necə ki yazılıb: "Bədniyyətli salehi gözləyir və onu öldürməyi xahiş edir, əgər Yaradan ona kömək etməsəydi, özü heç vaxt öhdəsindən gələ bilməzdi"», necə ki yazılıb: "Yaradan salehi tərk etməyəcək".

Və soruşurdular ki, burada iki anlaşılmazlıq var:

1.Əgər insana onun eqoizmi verilibsə, onda nə üçün onunla mübarizə aparmaq onun gücündə deyil, mütləq Yaradan ona kömək etməlidir? Məgər seçim o demək deyil ki, özünü saxlamaq insandan asılıdır? Və buradan belə çıxır ki, insanın dayana bilməsi üçün seçimi yoxdur, yalnız Yaradanın köməyi ilə ola bilər? Və öz gücü ilə öhdəsindən gələ bilməz? Soruşulur, niyə Yaradan insana şərlə təkbaşına mübarizə aparması üçün güc vermədi?

 

2. Əgər insanın öhdəsindən gəlməyə gücü çatmırsa, bəs onda nə üçün yazılıb ki, Yaradan ona kömək edir? Yəni ki, insan müqavimət göstərməyə başlamalıdır və nə vaxt ki öhdəsindən gələ bilmədiyini görür, o zaman Yaradan ona kömək edir. Və nə üçün Yaradan şərin ona gəldiyi anda dərhal ona kömək etmir? Bu bizə nə əlavə edir ki, insan işə başlayanda hər halda onun gücündə olmayanın öhdəsindən gəlsin.

 

Əgər belədirsə, onda nə üçün Yaradan insan işə başlayana qədər gözləməlidir, yalnız bundan sonra kömək gəlir? Və bu vaxt itkisindən, yəni Yaradanın insanın öz işinə başlamasını gözləməsindən nə fayda var? Bu vaxt itkisindən burada kim qazanır? Məgər insana şər gələn kimi dərhal, insan öz işinə başlamazdan əvvəl Yaradan kömək göstərməli deyildimi?

Lakin məsələ ondadır ki (əvvəlki məqalələrdə deyildiyi kimi), ixtisar və gizlilik dünyanın islahı üçün verilmişdir. Əks halda, insanın hətta öz eqoizmini dəf etmək işinə başlamaq imkanının olması üçün heç bir reallıq mövcud ola bilməzdi. Çünki insanın təbiətində hər şeydə öz eqoizminin istəklərini izləmək var və bu, məxluqun Yaradanla qütblər qədər uzaqlığının əsasını təşkil edir, bundan sonra baş verən isə yalnız eqoist istəyin islah edilməsidir.

Belə çıxır ki,almaq istəyi əsas olaraq qalır, ardınca gələn digər şeylər isə yalnız onun islahı üçündür. Məlum olur ki, bütün islahları qəbul edən kimdir? Əlbəttə ki, almaq istəyindən başqa heç nə deyil. Məlumdur ki, hətta almaq istəyi ilə səciyyələnən pillə haqqında danışdıqda belə, bu o deməkdir ki, bu pillədə mövcud olan eqoizmindən istifadə etmir, əksinə onu dəf edir və alturizmə çevirir. Buna əsasən belə çıxır ki, insanın etməli olduğu islahlar yalnız onun almaq istəyi ilə bağlıdır, yəni ona əta naminə niyyəti verməkdir. Və həzz nə qədər böyükdürsə, ondan imtina etmək və əgər niyyətini «əta naminə» olaraq dəyişə bilmirsə, onda həzzi almaq istəmədiyini demək bir o qədər çətindir.

Buna əsasən, ilk növbədə almaq istəyini (aviyut) islah etmək tələb olunur ki, o, insanın öhdəsindən gələ bilməyəcəyi qədər çox böyük olmasın. Ona görə də ona zəif həzzlərə olan arzu verməyə məcbur qalırlar. Və sonra, onun kiçik həzzin öhdəsindən gələ bildiyini gördükdə, ona daha böyük həzz verirlər və s.

Buna görə də insana inamla bilik üzərində getmək işi verilmişdir. Və bu iş insana «yüngülfikirlilik» sözündən asan görünür və insan bu işə qiymət vermir, inamdan istifadə etməyə məcbur olduğu vəziyyəti vaxt itkisi hesab edir. O hesab edir ki, belə bir iş qadınlara və uşaqlara uyğundur, lakin düşüncəyə və iti ağıla malik olan ona uyğun deyil.

Axı o, gördüyü hər şeyi, dünyada baş verən hər şeyi başa düşməlidir və bunların hamısı onun zövqünə uyğun olmalıdır. Və nəyinsə xeyirə gedəcəyini görmədən nəsə etmək zərurəti – ağılsızların, yəni nə öz fikirlərini, nə də əməllərini idarə etməyən insanların uyğun gəldiyi bu hərəkətləri yerinə yetirməklə necə razılaşmaq olar?

Və buna görə insanlar həmişə bundan qaçmağa çalışırlar. Əgər bəzən yenə də bilik üzərində işə başlamağa razılaşırlarsa, bunu yalnız seçimləri olmadığı üçün edirlər. Çünki insanın zərrə qədər belə anlayışı yoxdur, amma o, bütün zaman ərzində yalnız bir şeyi arzulayır və deyir: «Mən nə vaxt bu cür vəziyyətlərdən xilas ola biləcəyəm? Axı ağıl heç nəyi anlamadığı, etməli olduğu şeyin zəruriliyini görmədiyi halda mənim göylə yer arasında qalmağım yaraşmaz». Bəs o zaman nəyə nail olmaq istəyir? O, adi insanlardan daha yüksək səviyyəyə çatmaq istəyir.

O, kütlələrə baxdıqda, onların Tövrat və ehkamlarla necə məşğul olduqlarını – heç bir özünü yoxlama olmadan gördükdə, o, onlar haqqında deyir ki, onlar öz-özünə nəzarət hissinin olmaması səbəbindən hər şeyi coşğu ilə yerinə yetirə və bütün detalları və incəlikləri ciddi şəkildə gözləyə bilərlər. Məhz buna görə də onlar belə, gözləri yumulu gedə bilirlər. Çünki onlarda heç olmasa bir az ağıl olsaydı, onlar da mənim kimi olardılar. Mən Tövrat və ehkamları yerinə yetirirəm və baxmayaraq ki, bu işin mənə uyğun olmadığını görürəm, lakin çıxış yolu yoxdur: əks halda ruhaniyyətlə heç bir əlaqəm olmayacaq və buna görə də hər şeyi məcburi olaraq və istəyi olmadan edirəm.

Və bir müddət ərzində, bilik üzərində getdiyimi unutduğum zaman, hər şeyi hamı kimi edə bilirəm. Amma ruhaniyyətimin nəyin üzərində qurulduğu barədə düşüncələr gəldikdə və bədənimə cavab verməli olduğumda ki, «onun heç bir əsası yoxdur», bunun öhdəsindən yalnız belə gəlmək və demək olar ki, ruhani əsasların mahiyyəti məhz bilik üzərində inam xüsusiyyətinin üzərində qurulub. Və məhz indi mən inam əməlini yerinə yetirə bilərəm, çünki indi görürəm ki, heç bir əsasım yoxdur. Lakin adətən insan yıxılır və bu sualların ağırlığı altında ayağa qalxa bilmir.

Axı əslində bu Fironun – Misir padşahının sualındandır ki, o deyib: «Yaradan kimdir ki, mən Onun səsinə qulaq asım». Və buna görə də bu insan deyir ki, Yaradan tərəfindən bizə bu yolla getmək üçün verilmiş inam yolu heç vaxt uğurlu olmayacaq. Və əgər Yaradan onun səsinə qulaq assaydı, bizə inam əsasında deyil, bilik əsasında işləməyə icazə verməli idi. Və əlbəttə ki, o zaman Tövrat və ehkamları yerinə yetirən çoxlu insanlar əlavə olunardı. Lakin inam yolunda da bu işə başlayan, amma sonradan «döyüş meydanından qaçan» çoxlu insanlar var.

Və buna Baal Sulam dedi: «Yaradanın inam yolu ilə getməyimizi seçməsi ona görə deyil ki, insan belə bir pillədədir və buna görə də onu başqa cür aparmaq qeyri-mümkündür, yalnız inam yolu ilə [aparmaq olar], ona görədir ki, bu yol – ən uğurlu yoldur. Ona görə də Yaradan bu yolu seçdi ki, biz işimizin bu qaydasını qəbul edək ki, onun vasitəsilə «Yaradanın öz məxluqlarına həzz əta etmək istəyi» adlanan məqsədə çatmaq imkanımız olsun, xeyir və həzz alsınlar və tam birlikdə, yəni Yaradana bərabər olsunlar. Və baxmayaraq ki, məxluqlar bunu anlamırlar, lakin bu, belədir».

Və deyilənlərdən məlum olur ki, baxmayaraq ki, inam biz tərəfdən alçaldılma və yüngüllük kimi qəbul olunur, yəni bizim gözümüzdə vacib hesab olunmur, yenə də o, Məqsədə gəlib çıxa biləcəyimiz yoldur.

Və bundan Raşinin dediklərini başa düşəcəyik: «Əgər insanın etinasızlıq göstərdiyi ehkam yüngüldürsə, onda – dinləyin». Və burada insanın etinasızlıq göstərdiyi inam nəzərdə tutulur və «qulaq asmaq» lazımdır, nəticədə insanın elə arzuları yaranacaq ki, onların köməyi ilə o, Yaradılışın Məqsədinə gəlib çıxacaqdır.

Raşi davam edirdi: «Və Onun vədini səylə qoruyun». Bu o deməkdir ki, şərt Yaradanın xeyrinə qoyulmayıb — fayda yalnız «ət və qan»a xasdır, o zaman ki, verən üçün sərfəli olan şərtlərlə nə isə verir. Lakin Yaradan barəsində «əgər yüngül ehkamlara əməl edərsə» şərti insanın xeyrinə yönəlib. Məhz bunun vasitəsilə insan kamilliyə gələ və Yaradanın Yaradılış düşüncəsində onun üçün hazırladığına nail ola bilər.

Və deyilənlərdən soruşduğumuz məsələni aydınlaşdıraq:

 

1. Nə üçün Yaradan insana içində şər üstünlük təşkil edəndə ona kömək etmir, lakin insanın özünün onun dəfedilmə işinə başlamasını gözləyir və sonra müdrikərin dediyi kimi Öz köməyini göstərir: «Əgər Yaradan kömək etməsəydi». Məsələn, insan ağır yük daşıdığı və artıq onu daşımağa gücü olmadıqda, o, kömək istəyir və insanlar gəlib ona kömək edirlər. Lakin o, istəmədikdə, heç kəs onun köməyinə gəlməyəcək.

2.Bu nə deməkdir ki, Yaradan ona təkbaşına öhdəsindən gələ bilməsi üçün güc vermədi, sanki ona dedi: «Mən sənə şərə qalib gəlmək üçün seçim verdim». Əlbəttə demək lazımdır ki, Yaradan ona şəri dəf etmək üçün güc verib. Və eyni zamanda deyilir ki, Yaradanın köməyi olmadan insan ona qalib gəlməyə qadir deyil. Əgər belədirsə, onda biri digərinə ziddir.

 

Və bu iki sualı əvvəlki iki sualla birlikdə nəzərdən keçirək:

1.İnsan ruhaniyyətdə ən kiçik pilləyə layiq görüldükdə, o, bütün dünyəvi həzzlərdən birlikdə daha çox həzz hiss edir. Arinin dediyi kimi: «Bizim dünyamızda aldığımız bütün həzzlər ruhaniyyətdən gəlir, çünki kelimlərin qırılması və Adamın günaha batması nəticəsində ruhaniyyətin qığılcımları təmizlənməmiş eqoistik arzulara – klipota düşmüşdür. Və bu, indi Zoarda zəif inam nuruna qığılcım saçan "nazik şam" adlanan bütün dünyəvi həzzlərin mənbəyidir». Və nurun mahiyyətinin özündə cəmləşdiyi ruhaniyyətdə ən kiçik pillə özündə mükəmməl həzz və tam doyumluluq daşıyır. Ona görə də gələcək irəliləyişə heç bir ehtiyac yoxdur. Əgər belədirsə, onda insana onun irəliləyişinin və ruhaniyyətdə daha da irəliləməsinin zəruri olduğunu kim deyəcək?

2. Onda o, belə böyük həzzləri əta naminə ala bilməsi və əks halda onlardan imtina etməyə hazır olması üçün belə böyük gücləri haradan alacaq?

 

Və deyilirdi ki, axı «kli olmadan nur yoxdur, yəni çatışmazlıq olmadan dolğunluq yoxdur». Və buna görə də insan işə başlamalıdır və o, şəri dəf etmək istədikdə və bacarmadıqda, məhz o zaman onda çatışmazlıq yaranır. Və o, öhdəsindən gəlməyə qadir olmadığını gördükdə, o zaman Yaradandan kömək istəyir və Yaradan ona dolğunluq verə bilər, çünki onda artıq həmin dolğunluğun alınması üçün kli mövcuddur.

Və Yaradanın ona təkbaşına öhdəsindən gəlməyə güc verməməsinin mənası ondadır ki, insanda hər hansı bir dolğunluq olduqda, bundan razı qalır. Belə çıxır ki, insanın neşama nurunun NaRaNXaY-ını əldə etməsinə ehtiyac yoxdur və Yaradanın Zoarda yazıldığı kimi ona kömək etməsi vasitəsilə: «Təmizlənməyə gələnlərə – kömək edirlər». Və soruşur: «Nə ilə kömək edirlər?» – «Təmiz ruhla». Və layiq görüldü – ona «nefeş» verilir və daha böyüyünə layiq görüldü – ona «ruax» verilir.

Demək ki, yuxarıdan kömək alması vasitəsilə o, özündə NaRaNXaY-nı almağa davam etmək zərurətini oyadır. Yəni o, hər dəfə öz şərini dəf etmək istədikdə və bacarmadıqda, o zaman Yaradan ona təmiz ruhla kömək edir. Və əgər insan özü öhdəsindən gələ bilsəydi, o zaman onda Yaradandan ona olduğu pillədən daha yüksək hər hansı bir pillə verməsini xahiş etmək istəyi və zərurəti haradan yaranardı?

Və indi, o, Yaradandan ona kömək göstərməsini xahiş etdikdə, ali ruhani pillələri istəmir, sadəcə Yaradandan öz eqoizminin hakimiyyətindən qurtulmaq imkanını istəyir. Belə çıxır ki, insan Yaradanın ona öz əməllərini ətaya yönəltmək üçün güc verməsini və təmizlənməmiş eqoistik qüvvələrin təsiri altında olmamasını istəyir. O, saflığın təsiri altında olmaq istəyir, bu isə o deməkdir ki, onun bütün canatması yalnız Yaradanın xeyrinə əta etmək olacaq və ona yalnız bu çatışmır; hansısa yüksək dərəcələr deyil, yalnız sadəcə, tamamilə Yaradanın işçisi olmaq, öz xeyrinə işləməmək. Bu, onun Yaradandan istədiyi qüvvədir və Yaradan ona «Zoar»ın dediyi kimi, «təmiz ruh verir» və bununla kömək edir. Yəni hər dəfə kömək ondan ibarətdir ki, Yaradan yeni, təmiz ruh verir. Beləliklə, o, pillədən-pilləyə keçir, ta ki, NaRaNXaY adlanan ruhunun bütövlüyünə çatana qədər.

Və buradan müdrikərin ifadəsi aydın olur: «İnsanın eqoizmi hər gün güclənir». Əgər Yaradandan dəstək alıbsa və ona qalib gəlibsə, hər gün eqoizmin güclənməsi nə üçün olmalıdır və o, hər gün hansı fayda üçün gəlir.

Və deyilənlərdən aydın olur ki, Yaradandan alınan kömək vasitəsilə o, hər dəfə yeni ruh xassəsi qazanır, demək hər bir müqavimətdə, insan dayanıb daha saf olmaq istədikdə, o, bunun köməyi ilə yeni ruh xassəsi qazanır. Və bu dəf edilmələrdə – insanın ruhunun NaRaNXaY xassəsini dərk edə bilməsinin səbəbi budur.

Və ikincisi – o, öhdəsindən gəlmək gücünü haradan alacaq? – Bu öz gücü ilə baş vermir, lakin bu, öhdəsindən gələ bilməsi üçün Yaradanın verdiyi köməkdir və bununla da dərhal iki islah mövcuddur.