Barux Şalom Halevi Aşlaq (Rabaş)
Klipa bəhrədən əvvəl gəlir
Məqalə 30, 1986
Zoar "Balak" fəslində ("Sulam" 8, b. 15) deyir: "Və əgər desək ki, Yaradan ilkin doğulma hüququnu İsrailə vermək istəmişdi, axı bu, qanunsuzdu. Esav eqoistik başlanğıcın – klipanın təcəssümü idi. Məlumdur ki, qabıq özəkdən əvvəl gəlir, buna görə də o, dünyaya birinci gəldi. Və klipa çıxıb gedəndən sonra özək peyda oldu. Sünnət yeri, Esav çöldədir. Buna görə də birinci çıxdı. Və ən əziz, ən qiymətli olan, yəni Yaqub artıq ondan sonra peyda oldu. Buna görə də Esavın irəlidə olması ilkin doğulma hüququ sayılmır, o, klipadır və sünnətdir, onda heç bir qiymətli şey yoxdur və onu qiymətli olanla, özəklə müqayisə etmək olmaz. Və eyni səbəbdən birinci çıxmaq istədi, çünki klipa bəhrədən əvvəl gəlir".
Və başa düşmək lazımdır ki, Zoar bunu bizə nə üçün izah edir. Bu sualı Raşi "Bereşit" fəslinin əvvəlində izah etmişdir: "Ravvin İtshaq dedi: "Tövratı «bu ay sizin üçündür...» sözləri ilə başlamaq lazım idi, çünki bu, İsrailə əmr edilən ilk ehkamdır. Və məna nədən ibarətdir ki, Tövrat «Əvvəlində Yaradan göyü və yeri xəlq etdi...» sözü ilə başlanır?" Və izah edir: çünki O, yeddi xalqın torpağını onlara irs olaraq verərək Öz əməllərinin qüdrətini xalqına bildirdi və əgər dünya xalqları İsraili ittiham edərək: "Siz oğrularsınız – yad xalqların torpaqlarını zəbt etmisiniz", – desələr, onlara cavab versinlər: "Bütün torpaq Yaradanın mülküdür, O onu yaratdı və öz gözündə düz olan kəsə verdi və Öz istəyi ilə əvvəlcə bu xalqlara verdi, və Öz istəyi ilə sonra onlardan alıb bizə verdi".
Əgər belədirsə, deməli, ilkin doğulma hüququ ilə də hər şey eynidir – əvvəlcə onu Esava verdi, sonra Esavdan alıb Yaquba verdi.
Və ilkin doğulma hüququ ilə torpaq eyni şey deyil-demək düzgün deyil , çünki torpağı satmaq və hədiyyə etmək olar, ilkin doğulma hüququ isə baş vermiş faktdır – birinci doğulan ilkin adlanır və heç nəyi dəyişmək olmaz. Lakin biz axı görürük ki, ilkin doğulma hüququnu da satmaq olar və birindən alıb başqasına vermək olar, yoxsa Yaqub ilkin doğulma hüququnu Esavdan necə ala bilərdi, necə ki yazılmışdır: "və öz ilkin doğulma hüququnu Yaquba satdı".
Buradan görünür ki, ilkin doğulma hüququnu, torpaq kimi, başqasına verməyə icazə verilir. Əgər belədirsə, klipanın bəhrədən əvvəl gəlməsinə görə bunun ilkin doğulma hüququ sayılmadığı deyildikdə nə nəzərdə tutulur?
Və bunu başa düşmək üçün hər şeydən əvvəl aydınlaşdırmaq lazımdır ki, klipa, özək, sünnət – "Esav" adlandırılan bu anlayışlar nə deməkdir və Yaqub adlandırılan "brit" (əhd), "ad" nədir. Lakin əvvəlcə izah edək ki, Yaradılışın Məqsədi nədən ibarətdir və nəyi əsas, nəyi ikinci dərəcəli saymaq lazımdır, bəhrənin və mütləq ondan əvvəl gələn klipanın nə demək olduğunu, bunun zərurətinin nədən ibarət olduğunu, yəni başqa cür ola bilməyəcəyini bundan sonra başa düşə bilərik .
Yaradılışın məqsədi – məxluqlara bütün xeyri verməkdir. Buna görə də Yaradan "yoxdan bir şey" ("yeş mi-ayn") yaratdı – elə bir məxluq ki, Onun ona vermək istədiyi bütün xeyri və həzzi ala bilər. Və bu məxluq "almaq istəyi" adlanır. Belə çıxır ki, biz yalnız içində almaq istəyi olan bir şey haqqında danışa bilərik, yoxsa o, məxluq adlanmaz və haqqında danışmağa dəyməz. Çünki məxluq "kli" (qab) adlanır və "kli olmadan nur yoxdur". Bu o deməkdir ki, sadəcə nur haqqında biz danışa bilmərik, yalnız kliyə (qaba) bürünən nur haqqında danışa bilərik.
Lakin "həzz almaq istəyi" adlanan bu qab, məxluqun utanc hiss etməməsi üçün edilən və "xassələrə görə uyğunluq" adlanan islah edildikdən sonra ala bilməz. Məlumdur ki, utanc o zaman yaranır ki, insan c nəsə almalıdır, necə ki müdriklər "insana gələn alçalma ayıbını" izah etmişlər ki, insan utanc nəsə qəbul etməli olduqda, "üzünün rəngi dəyişir". Buna görə də "ixtisar və gizlənmə" adlanan islah baş verdi, bundan sonra məxluq, əgər "əta etmək" niyyəti yoxdursa, heç bir həzz ala bilməz. Və belə alınır ki, biz burada aşağıdakıları fərqləndirməliyik.
Əsas odur ki, kli (qab) mövcuddur, o, "xeyir və həzz almaq istəyi" adlanır. Və əgər o yoxdursa – danışmağa heç nə yoxdur. Lakin bu xassədən natəmiz qüvvələr və klipotlar başlanğıc götürür. Aləmlərin yaranma qaydası bütün pisliklərin yaranmasına səbəb olur, necə ki Ari yazır: "İxtisar – məhdudiyyətin köküdür", bu o deməkdir ki, ixtisar səbəbindən məhdudiyyət yaranmışdır – almaq naminə deyil, yalnız əta etmək naminə almaq.
Və "Talmud Eser Sifrot"un birinci hissəsində izah olunduğu kimi, qayda belədir ki, əvvəlcə İxtisar könüllü idi, yəni hələ almağa qadağa yox idi. Sonra almağa qadağa yarandı, lakin hələ özü üçün almaq istəyənlər yox idi, yəni İxtisarın qadağasını pozmaq istəyənlər yox idi. Lakin İkinci İxtisarın nəticəsində yeni hal doğuldu, yəni artıq özü üçün almaq istəyən kimsə peyda oldu, lakin hələ klipotlar əmələ gəlməmişdi. Nekudim aləmində baş vermiş qabların qırılmasından sonra klipotlar doğulur və onlar "vav və nekuda" adı ilə adlandırılırlar. Lakin onlar hələ aləmlər şəklində düzülməmişlər və yalnız İlk İnsanın günahından sonra, xeyir və şər ağacından bəhrə yemək qadağasını pozmaqla, libaslar klipotlara düşdükdə, klipotlarda ruhaniyyətin nümunəsi üzrə dörd aləmdən ibarət struktur əmələ gəldi və bu struktur "dörd natəmiz ABYA aləmi" adlanır.
"Zoar kitabına Ön sözdə" (b. 29) deyilir: "Və bil ki, ömrümüzün 70 ili ərzində bizim işimiz dörd hissəyə bölünür:
- Özümüzdə olan almaq istəyinin sonsuz ölçüsünü, onun bütün pozğunluğu ilə birlikdə, dörd natəmiz ABYA aləminin təsiri altında olduğu vəziyyətdə dərk etmək.Çünki əgər bizdə bu pozulmuş almaq istəyi olmasa, onda islah ediləcək heç nə olmaz.Buna görə də, insanın doğulduğu gündən bədənində mövcud olan istək kifayət etmir. Bundan əlavə, ən azı 13 il ərzində natəmiz qüvvələrin mürəkkəb sistemi formalaşmalıdır ki, insan onların hakimiyyəti altında olsun və onların saçdığı nurlanmadan qidalansın. Bu nurlanma onun almaq istəyini daim böyüdür.Çünki onlar insana dolğunluq vermirlər, əksinə, yalnız istəyi böyüdür və onun tələblərini doyurulmamış halda saxlayırlar.Əgər insan Tövrat və ehkamların köməyi ilə bu istəknun öhdəsindən gələ bilməzsə, onda onun almaq istəyi ona verilmiş ömür boyu durmadan böyüməyə davam edir...
1.13 yaşdan etibarən "qəlbdəki nöqtə" güc alır və bu, doğulduğu an yaranan, lakin yalnız 13 yaşından sonra təzahür etməyə başlayan, almaq istəyinə bürünmüş "təmiz ruhun əks tərəfinin" sirridir. Və o zaman Tövrat və ehkamlarla məşğul olmasının ölçüsünə görə təmiz aləmlər sisteminin təsiri altına daxil olmağa başlayır. Və bu dövrün əsas məqsədi – ruhani istəyə çatmaq, onu almaq və inkişaf etdirməkdir. Və buna görə də 13 yaşından sonra ikinci pillə artıq ruhaniyyətə aiddir. Və bu, "Şxinanın varlığı" adlanan "öz xanımına xidmət edən təmiz cariyə" sirridir. Çünki cariyə onu əta etməyə gətirib çıxarır və "Şxinanın iştirakına" layiq görür. Və bu pillənin son mərhələsi – onun Yaradana ehtiraslı sevgisinin elə bir dərəcəyə çatdığı zamandır ki, "məni yatmağa qoymur".
Deyilənlərdən başa düşmək olar ki, təmiz – "kdüşa" və natəmiz – "klipa" nədir. "Kdüşa" "Yaradana həsr olunmuş" -ifadəsindən izah olunur və o deməkdir ki, bizə məxsus deyil, yəni bizim mülkiyyətimiz deyil, lakin biz bunu Yaradana həsr edirik. Yəni öz adi mülkiyyətimizdən çıxarırıq və ruhani mülkiyyətə daxil edirik. Lakin əgər bu, əvvəllər onun öz mülkiyyəti olmayıbsa, demək olmaz ki, o bunu ruhani mülkiyyətə daxil edib. Çünki yalnız bu halda demək olar ki, insan özünə məxsus olandan götürərək onu ruhani mülkiyyətə daxil edir.
Buna görə də insanın 13 il klipotların hakimiyyəti altında olması zəruridir, yuxarıda "Zoar kitabının Ön sözündə" deyildiyi kimi, o zaman artıq hiss edir ki, onun öz mülkiyyəti var, çünki "klipa" "özü üçün almaq istəyi" adlanır və bu "xassələrin dəyişməsi" onu Yaradandan ayırır. Klipotların hakimiyyəti altında olmaqla 13 il ərzində əldə etdiyi almaq istəyi ona özünü elə bir sahibkar kimi hiss etməyə imkan verir ki, nə istəsə etmək onun hakimiyyətindədir, çünki öz şəxsi mülkiyyətindən başqa heç bir mülkiyyət hiss etmir.
Və buna görə də, 13 il başa çatdıqdan sonra ona dedikdə ki, elə bir zaman gəldi ki, sən öz şəxsi mülkiyyətini ləğv etməli və deməlisən ki, Yaradanın mülkiyyətindən başqa heç bir mülkiyyət yoxdur, o zaman o, düşünməyə və mühakimə etməyə başlayır: "Nə xatirinə mən öz mülkiyyətimi ləğv etməli və deməliyəm ki, Yaradan – Sahibkardır, mən isə Onun quluyam və mənim özümə məxsus heç nəyim yoxdur, necə ki müdriklər demişlər: "Qula məxsus olan hər şey onun Sahibkarına məxsusdur, yəni mən Yaradana xidmət etməliyəm, Ona sevinc əta etməklə"".
O zaman insanın "almaq istəyi" adlanan bədəni öz iddialarını irəli sürür: "İlk növbədə mən inanmalıyam ki, Yaradanın məxluqlarla əlaqəsi var, və bundan sonra mən görməliyəm ki, Yaradanın Sahibkar olduğuna inanmağa dəyər. Lakin nə üçün mən öz mülkiyyətimi ləğv etməli və yalnız Yaradana sevinc əta etmək barədə narahat olmalıyam? Bundan mənə nə?" Lakin insan artıq inanır ki, Yaradanın məxluqlarla əlaqəsi var, yəni inanır ki, Onun bütün istəyi – məxluqlara xeyir etməkdir. O, bu zaman görür ki, Yaradan sadəcə ona xidmət edir. Yəni Yaradan – qul, insan isə evdə sahib və ağadır və Yaradana onun qulu kimi xidmət etmək tapşırılmışdır.
Lakin insana dedikdə ki, o bilməlidir ki, əslində Yaradan – Sahibkardır, biz məxluqlar isə dünyada heç nəyə təsir etmirik. Və biz Onun hakimiyyətini qəbul edirikmi, ya etmirikmi, kafirlər kimi, heç nəyə kömək etməyəcək, çünki O hər şeyi öz istəyi ilə edir, məxluqlar isə məcburi şəkildə Onun göstərişlərini yerinə yetirməlidirlər. Necə ki, müdriklər tərəfindən deyilmişdir (Avot, f.3,20): "Və insandan istəsə də, istəməsə də hesabat tələb olunur".
Belə alınır ki, hətta əgər insan ona deyilənlərlə razı deyilsə və inamaq istəmirsə – bu həqiqətdə heç nəyi dəyişmir, yəni Yaradan Sahibkardır və istədiyini edir. Lakin insan həqiqəti görməyə qadir deyil və buna görə də inamaq istəmir. Lakin əgər insan buna inanmırsa, o, Yaradanın qulu olmağa razılaşa bilmir, yəni inana bilmir ki, Yaradan – Ağadır, biz isə Onun qullarıyıq. Və yalnız inananlar bunu öz üzərlərinə götürə bilərlər.
Lakin həqiqi olmayan inam da mövcuddur: elə insanlar var ki, Onun Yaradan olduğuna və dünyanın "məxluqlara Xeyir etmək" məqsədilə yaradıldığına inanırlar, həmçinin inanırlar ki, Yaradan Musa Rabeynu vasitəsilə bizə Tövrat və ehkamları yerinə yetirməyi əmr etmişdir, lakin yalnız öz xeyirlərini gördükdə inana bilirlər ki, O, Tövrat və ehkamları yerinə yetirməkdə səylərimizə görə bizi mükafatlandıracaqdır. Və müdriklərin dediklərinə arxalana bilərlər (Avot, f.2, 16): "Əgər sən Tövrat öyrənməklə çox məşğul olmusansa, bundan alınan mükafat böyükdür və sənə işini verən sənin işinə görə mükafatın ödənilməsində sadiqdir. Və bil ki, salehlər gələcək dünyada mükafat alacaqlar".
Biz görürük ki, burada Yaradana və Onun Tövratına inam mövcuddur və həm yüngül, həm də çətin ehkamlar sərt şəkildə yerinə yetirilir. Lakin hər şey mükafat almaq üçün xeyirlə ölçülür və bu, "özü üçün" – "lo lişma" adlanır. Lakin yadda saxlamaq lazımdır ki, müdriklərin dediyi kimi, "lo lişma"dan "li şma"ya gəlirlər. Əgər belədirsə, deməli, bu da artıq ruhaniyyət kimi müəyyən edilir. Lakin insana dedikdə ki, vaxt çatıb və sən şəxsi mülkiyyətini ləğv etməli və deməlisən ki, dünyada heç bir sərvət yoxdur və sən mükafat naminə deyil, Yaradana xidmət edən quldan artıq deyilirsən, o zaman bədən buna qarşı üsyan edir. Və o zaman əsas iş başlayır, çünki bu, bizim təbiətimizə ziddir. Buna görə də bilik üzərində inanmaq və bədənə demək lazımdır ki, "sən bilməlisən ki, qarşılığında heç nə almadan, Yaradana sevinc əta etmək naminə işləməyə qadir deyilsən və bizim təbiətimiz bizə zərurət kimi verilmişdir. Axı bütün Yaradılış, məlum olduğu kimi yalnız almaq istəyidir, "çatışmazlıq" hissidir və həzz almağa çalışmaqdır. Və bu istək – məxluq, "yoxdan yaradılmış" adlanır".
Biz məhz almaq istəyinun böyüklüyünə görə məxluqlar adlanırıq və onu "məxluq" adı ilə adlandırmaq olar. Və bu istək ruhani aləmlərın bütün pillələrində yerləşir. Lakin ruhaniyyətdə bu almaq istəyi əta etmək naminə niyyətlə islah edilmişdir. Belə çıxır ki, əsas – almaq istəyidur. Müqəddəs ilə natəmiz, həyat ilə ölüm arasındakı fərq – yalnız niyyətdədir.
Və bu belə izah olunur: əta etmək naminə almaq "ruhani" adlanır, çünki onda Yaradanla xassələrin oxşarlığı mövcuddur, xassələrin oxşarlığı isə "qovuşma" adlanır, necə ki müdriklər demişlər – "və Onda qovuşmaq". Deyilmişdir: "Onun xassələrinə çat: "O nə qədər rəhmdildirsə, sən də elə rəhmdil ol"". Və bunun sayəsində insan həyat Verən ilə birləşəcəkdir. Belə çıxır ki, ona yuxarıdan həyat verilir.
Və əgər əta etmək naminə niyyətlə əməlləri yerinə yetirə bilmirsə, Yaradandan fərqlənir, çünki O verir, məxluqlar isə almaq istəyirlər, ona görə də "Həyat Mənbəyindən" ayrılırlar. Və onların ölümdən başqa heç nələri yoxdur. Bu, "klipa" adlanır, hərçənd Yaradılışın mahiyyətindən başlanğıc götürür, lakin əgər almaq istəyi yoxdursa, ümumiyyətlə danışmağa heç nə yoxdur, lakin bununla belə, əgər o, "əta etmək naminə almağa" islah olunmayıbsa, o zaman "klipa", "eqoizm", "ölüm mələyi..." adlanır.
Biz islahin müəyyən edilmiş qaydasına əsasən görürük ki, əvvəlcə həzz almaq istəyi və səyi olmalıdır və onun ardınca həzzi eqoistik niyyətlə almağın qadağan olduğunu öyrənmək zəruridir. Və baxmayaraq ki, həzz almaq üçün güclü bir istək mövcuddur, insan yenə də onun üzərində qalib gəlməyə borcludur. Belə ki, o, həzzi yalnız o şərtlə almaq istəsin ki, niyyətini islah edə bilsin. Yəni artıq yalnız buna görə həzz alsın ki, Yaradan bunu istəyir, və insan da həzzi məhz Yaradana məmnunluq əta etmək üçün almaq istəyir.
Beləliklə,qörürük ki, o, artıq şəxsi marağını ləğv etmişdir, yəni özü üçün heç nə almaq istəmir. Lakin Yaradan onun almasını istədiyindən, o deyir: "İndi mən həzz almaq və həzz vermək istəyirəm, çünki Yaradanın istəyi budur və mən onu yerinə yetirmək istəyirəm", buna görə də indi xeyir və həzz alır.
Lakin insan "yalnız Yaradana sevinc əta etmək istəyi" adlanan bu pilləyə çatması üçün əsl işə başlamalıdır, onun iki xüsusiyyətini qeyd etmək lazımdır.
Bu əməl, yəni insanın həzzdən imtina etməsinin çətin olması, hansı həzz olmasından asılı deyil. Məsələn, istirahət həzzi.Bizim dünyamızda insan maddi mükafat almaq üçün işləməlidir və, deyək ki, tikintidə və ya zavodda işləməyə gedir. Əlbəttə, onun üçün rahatlıq həzzindən imtina etmək çətindir. Lakin əgər yeməksiz qalacağı halda daha çox əzab çəkəcəyini bilirsə, o zaman rahat qalmaq həzzindən imtina edir və daha böyük həzz əldə etmək üçün səy göstərir.Bəs bu həzz nə ilə daha böyükdür?Onunla ki, bu yolla o, ikiqat qazanc əldə edir:
Birincisi, yeməyə bir şeyinin olmamasından doğan əzabdan və geyinməyə paltarının olmamasından doğan utancdan xilas olur.
İkincisi, o, yeməkdən həzz alacaq və hörmətdən zövq alacaq.Buna görə də, baxmayaraq ki, o, istirahətdən imtina edir, rahatlıqdan məhrum olmağın əzabını hiss etmir.Lakin yuxudan imtina etdikdə, yuxu həzzini almamaqla yanaşı, əzab da hiss edir. İşlədiyi zaman isə, istirahət həzzindən məhrum olmaqdan əlavə, daim hərəkətdə olmağa məcbur olduğu üçün də əziyyət çəkir.İnsan fiziki iş gördüyü zaman əzab çəkir, lakin bu əzablar aclıqdan çəkilən əzabla və ya brit-mila və ya toy kimi bir şənlikdə iştirak etməli olduğu halda geyinməyə münasib paltarının olmamasından doğan əzabla müqayisə edilə bilməz.Buna görə də insan üçün istirahətdən imtina edib əmək və zəhməti üstün tutmaq daha asandır.Hamı da belə edir: rahatlıqdan imtina edir və işləməyə gedir.Bu da onu təsdiq edir ki, məhrumiyyətin doğurduğu əzab digər əzablardan daha ağırdır.
Və eyni şey insana deyildikdə də baş verir: "Əmin-amanlıqdan imtina et və Tövratda və ehkamlarda işləməyə başla". O zaman o, insanlarda qəbul olunduğu kimi dərhal soruşur: "Əgər mən əmin-amanlıqdan imtina etsəm, mənim qazancım nədədir? Mən özüm üçün qazanc görmək istəyirəm!".
Buna Rambam cavab verir: "Sənin mükafatın həm bu dünyada, həm də gələcək dünyadadır və sən bütün bəlalardan və hər bir pislikdən xilas olacaqsan". O zaman o, ona deyilənlərə inana bilər və Tövrat və ehkamları ali Məqsəd naminə əməl kimi yerinə yetirə bilər. Yəni onun niyyəti Tövrat və ehkamları, Yaradan tərəfindən Musa Rabeynu vasitəsilə bizə əmr edilmişləri böyük səylər göstərərək, istehsalat müəssisəsində və ya tikintidə pul üçün işlədiyi kimi, mükafat almaq üçün Tövrat tərəfindən bizə qadağan edilmiş bir çox həzzlərdən imtina edərək yerinə yetirməsindədir.
Buna bənzər olaraq ruhaniyyətdə biz də Sahibkar üçün işləyirik, sadəcə zavod sahibkarı üçün deyil, bütün dünyanın Sahibkarı üçün, özümüzə: "Məhdud imkanları və əmək haqqı ilə işlədiyin şirkətdə işdən imtina et və bütün dünyaya sahib olan baş Sahibkar üçün işlə"deyərək.
Lakin sual olunur ki, onda nə üçün hamı Yaradana işləməyə tələsmir? Cavab sadədir: çünki mükafatı dərhal yerində görmürlər, lakin işin sonunda onu alacaqlarına inanmalıdırlar. Amma heç də hər kəs mükafata inanmağa qadir deyil, hərçənd axırda onu alacaqlarına inanmalıdırlar,amma şübhələndikləri üçün belə işə böyük sayda istək edənlər yoxdur. Və qazanılmışı əldə edəcəyinə görə əminliklə işləmək, qazancın alınmasında şübhə etməmək lazım olduğundan, maddi və ruhani sahədə işləmək istəyənlər arasında böyük fərq vardır. Lakin bilmək lazımdır ki, bütün fərq ondan ibarətdir ki, ruhaniyyətdə mükafat dərhal verilmir və buna görə də inanmaq lazımdır – bütün fərq bundadır.
Lakin biz görürük ki, insanlar gəlməzdən əvvəl kafir olmalarına baxmayaraq, gəlir, Tövrat və ehkamlarla məşğul olmaq istəyirlər. Gəlirlər və deyirlər ki, inanca qayıtmaq istəyirlər. Və onlardan həyat yollarını dəyişmək qərarının səbəbinin nədən ibarət olduğu soruşulduqda, cavab verirlər ki, öz həyatlarında, yəni eqoistik vaxt keçirmədə məna görmürlər. Eqoistik istəklərin ödənilməsi üçün, özlərinə olan sevgini qidalandırmağa heç nələri olmadığından, Tövrat və ehkamları yerinə yetirmək istəyirlər. Onlar eşidiblər ki, Tövrat və ehkamlarda həzzlər var və bu şəkildə öz almaq istəyini doldurmaq mümkündür. Demək, hələ ki eqoistik ehtiyaclarını maddi həzzlərlə doldurmaq imkanını görürlər, onların öz yollarını dəyişməyə ehtiyacı yoxdur. Lakin əgər eşitsələr ki, İnam var, dünyanı İdarə edən var və O, dünyanı sadəcə olaraq deyil, müəyyən məqsədlə yaratmışdır və bu məqsəd – "öz məxluqlarını həzzləndirməkdir".
İnsan bunu eşitdikdə və üstəlik maddi həzzlərdən də məmnunluq almadıqda, çünki onlarda həyatın mənasını tapmır və onlar naminə yaşamağa və əzab çəkməyə dəyəcəyini görmür (halbuki hər kəs əzab çəkir), həyatda nur saçan bir yerin mövcud olduğunu eşidəndə, o zaman maddi həzzlər aləmindən çıxa bilər.Bu, artıq deyildiyi kimi, maddi həzzlərə inanmağın lazım olmamasına baxmayaraq mümkündür. Ruhaniyyətdə isə inam tələb olunur və məhz burada insan şübhə edir ki, «işin sonu hər şeyin tacıdır», yəni bütün yolun sonunda o, mükafatını alacaq.Lakin maddi həyat onun üçün artıq həzzdən məhrum olduğuna görə, o, ruhaniyyətə keçə, Tövratı və ehkamları yerinə yetirə bilər.
Lakin insan ehtirasla maddi həyata qapıldıqda və onda, heç olmasa müvəqqəti də olsa, həzz tapdıqda, və sonra görür ki, nəticədə həzz almayıb – belə halda o, bütpərəstlərin əlinə düşmüş körpəyə bənzəyir və onların hakimiyyətindən qurtulmağa gücü yoxdur.
Lakin hətta belə insanlar Tövrat və ehkamları yerinə yetirmək yükünü üzərlərinə götürdükdən sonra da, bəzən onlarda yenidən maddi həyata ehtiras oyanır və o zaman işi davam etdirmək çətin olur. Lakin bilməlidirlər ki, onların ehtiras və səyləri oyanmışdır, çünki onlarda əvvəllər hiss etmədikləri dadı hiss etməyə başlamışlar. Və bu, müdriklərin dediklərinə bənzəyir (Sanhedrin, 75, 20): "Məbəd dağıdılan gündən cismani həzzlərdən həzz yalnız günahkarlarda qalmışdır".
İzah:«Məbədin dağıdıldığı gündən» – yəni insanın qəlbindəki ruhaniyyət dağıntıdan sonrakı xarabalığa bənzədiyi andan etibarən.«Bədənə aid həzzlərdən alınan zövqlər» – bütün maddi həzzləri özündə cəmləşdirən zövqlərdir. «Yalnız günahkarlarda qaldı» – burada belə bir sual yaranır: nə üçün məhz günah işlədənlərə cismani həzzlərdən günah işlətməyənlərdən daha böyük zövq hiss etmək verilmişdir? Elə bil ki, onlar günah etdiklərinə görə mükafat alırlar və bu səbəbdən başqalarından daha çox həzz duyurlar?
Bunu başa düşmək üçün bizim dünyamızda bunun necə baş verdiyinə baxmaq lazımdır.Məsələn, əgər işəgötürən elə şərait yarada bilirsə ki, insan onun yanında az maaşla işləsin, o, ona daha çox maaş verməyəcək. Buna görə də hər kəs elə işçi götürməyə çalışır ki, ondan tələb olunan bütün işi minimum əmək haqqı müqabilində görsün. Sahib isə heç vaxt işçinin özünün tələb etdiyindən artıq ödəməz.Ruhani işdə də, şər başlanğıc insana gəlib: «Tövratın əmrini poz!» – dedikdə, insan soruşur: «Bunun müqabilində mənə nə verəcəksən?» Ona deyilir: «Əgər mənim səsimə qulaq assan, sənə, məsələn, iki yüz qram həzz verəcəyəm». İnsan cavab verir: «İki yüz qram həzzə görə mən Yaradanın əmrini poza bilmərəm».O zaman şər başlanğıc ona daha yüz qram əlavə etməyə məcbur olur. Bu, insan artıq belə bir həzz miqdarından imtina edə bilməyənə və onun sözünə qulaq asmağa məcbur olana qədər davam edir.
Buradan görürük ki, insan günah üçün hansı qiyməti verirsə, ehkamı pozmaq da ona bir o qədər çətin olur. Və bu əməli törətmək,Yaradanın əmrini pozmaq çətin olduğundan,belə bir qayda mövcuddur ki, çətin işə görə daha çox ödəyirlər. Buna görə də insanın pozmaqda nə dərəcədə çətinlik çəkdiyinin ölçüsündə, "şər başlanğıc" da ona daha böyük mükafat, yəni pozuntuya görə daha böyük həzz verməyə məcbur olur. Lakin Yaradanın əmrini pozmaq ona çətin olmadıqda, "şər başlanğıc" ona böyük həzz verməyə borclu deyil.
Belə çıxır ki, Tövrat və ehkamlarla ümumiyyətlə məşğul olmayan kafirlər qadağan olunmuş hər hansı bir şeyi pozduqlarını hiss etmirlər, necə ki müdriklər demişlər (Yoma, 86, 20): "Pozdu və hiss etmədi, onun üçün gərəksiz oldu". Buna görə də "şər başlanğıc"a pozuntu dadını hiss etdirmək lazım deyil, çünki onun üçün nəsə pozmaq çətin deyil və ehkamların pozulmasına görə ödəniş etməyə ehtiyac yoxdur. Eqoizm daim ona işləmək istəyənləri tapır və beləliklə, onları böyük həzzlə mükafatlandırmalı deyil.
Və cinayətə getdiyini hiss etdiyi anda pozmaq istəməyənə bunu etmək çətindir. Buna görə də "şər başlanğıc" məcburdur ki, ona günahda həzz dadını hiss etdirsin, yoxsa onun göstərişlərinə qulaq asmaq və yerinə yetirmək istəməyəcək. Və böyük həzzlə ona ödəməyə borcludur.
Bununla «Məbədin dağıdıldığı gündən» sözlərini də izah etmək olar. Yəni insanın qəlbində artıq müqəddəslik qalmadığı zamandan etibarən.Ümumiyyətlə, həzzlərdə «dad yoxdur» və o, «yalnız günah işlədənlərdə olur». Bu o deməkdir ki, insan günah işlətdiyi zaman, həmin günahda dad hiss edir.
Lakin «günah etdi və hiss etmədi – bu artıq ona lazım deyil». Yəni şər başlanğıc ona həzz vermir, çünki o onsuz da heç bir mükafat almadan onun üçün işləyir – günahın ağırlığını hiss etmədiyi üçün. Dindar insanlar isə -dünyəvi insanlar maddi həzləri daha çox hiss edirlər -düşünməklə yanılırlar.
Halbuki onlar eqoizmin tələb etdiyi hər şeyi heç bir qarşılıq istəmədən yerinə yetirirlər. Çünki onların bütün həyat mövqeyi dinə qarşı olmaq üzərində qurulub. Onların dindarların düşündüyü kimi xüsusi həzzləri yoxdur. Çünki şər başlanğıc mükafatı havayı vermir.
Təəccüblü deyil ki, insan əta etmək naminə işləməyə başladıqda, maddi həzzlərə olan istəklərinın da artdığını hiss edir.Bu, onun eqoist istəklərə düşdüyü üçün deyil. Əksinə, indi o, artıq özü üçün həzz almaq istəmir və yalnız əta etmək istəyir.Məhz buna görə şər başlanğıc, yəni onun eqoizmi, ona mane olmaq üçün gəldikdə, adi maddi həzzlərə daha güclü bir dad verir ki, insan onun səsinə qulaq assın və ona qarşı dura bilməsin.
Bununla yanaşı, insan Yaradan naminə işləməyə başlamazdan əvvəl, hələ dünyəvi ehtiraslara qərq olduğu zaman, onlara qarşı belə güclü meyl hiss etmirdi. Çünki həmin həzzlərdə hələ bu qədər böyük zövq yox idi. İndi isə, əgər o böyük həzzi hiss etməsə, şər başlanğıcın onunla işi olmaz. Təbii ki, belə olduqda o, onun səsinə qulaq asmaz.
Buradan belə çıxır ki, insan özünüsevərlikdən nə qədər uzaqlaşırsa, eqoist istəklərinda bir o qədər böyük dad hiss edir. Əks halda, onların səsinə qulaq asmaz.Yuxarıda deyilənlərdən aydın olur ki, insan işin ortasında cismani həzzlərə çox güclü meyl hiss etdikdə qorxmamalıdır. Əvvəlki arzuları indiki arzularla heç müqayisə oluna bilməz. Lakin indi o, hər dəfə öz eqoist istəklərini islah etməli olduğundan, həmin istəklərin içində nə qədər böyük həzz varsa, almaq istəyi də bir o qədər böyük olur.
İnsan bu istəyi islah etdikdə, yəni ona qalib gəldikdə, hər dəfə «kli» adlanan yeni bir istəyi üzə çıxarır. O, bu istəyi klipotdan çıxarıb müqəddəsliyə qoşur. Məhz buna görə də ona hər dəfə həzz almağa qarşı daha böyük və daha güclü istəklər verilir.
Lakin hər dəfə o, Yaradanın ona bu həzz alma arzusuna qarşı durmaq üçün yuxarıdan qüvvə verməsi barədə dua etməlidir.
Bu, «ruhunun kökündəki istəklərin islahı» adlanır. Onların islahı bu dünyanın həzzlərini almaq istəyindən başlayır və sonda ruhani dünyanın həzzlərini almaq istəyinin islahına qədər çatır.
Belə istəklərin hər biri üçün insan Yaradandan ona qalib gəlmək və onu islah etmək qüvvəsi verməsini xahiş etməlidir. Müdriklərin dediyi kimi: «Təmizlənməyə gələnə kömək edirlər».
İndi isə əvvəldə verdiyimiz sualları izah edək.
a) Zoar soruşur: ilkin Yaquba verildi, halbuki ilk doğulan Esav idi. Cavab verilir ki, Esav klipa, yəni islah olunmamış istəkdir. Buna görə də o, əvvəl çıxdı. Sonra isə Yaqub çıxdı, çünki «klipa bəhrədən əvvəl gəlir».Biz isə soruşmuşduq: axı Raşi artıq Bereşit fəslinin əvvəlində belə izah verir: «Öz əməllərinin qüdrətini Öz xalqına bildirdi...». Əgər dünya xalqları desələr: «Siz quldursunuz...», onlara belə cavab verərlər: «Bütün yer Yaradanındır. O onu yaratdı və Öz gözündə doğru olan şəxsə verdi. Öz istəyi ilə onu onlardan aldı və bizə verdi.» Belə olduqda, nə üçün Zoar əlavə bir izah verir?
b) Nə üçün «klipa bəhrədən əvvəl gəlməlidir»? Sadə izah belədir: Yaradan dünyanı yaratdı və yaradılmış varlıq yalnız istəkdən ibarətdir. Məlumdur ki, nur yaradılmış sayılmır; o, «var olandan var olan» adlanır.Buna görə də demək olmaz ki, islah olunacaq bir şey yaranmamışdan əvvəl artıq onun islahı yaradılmışdı.İzah budur ki, əvvəlcə «kli», yəni almaq istəyi yaradıldı. Sonra onun üzərində İxtisar (Tsimtsum) və gizlənmə adlanan islah edildi. Yalnız bundan sonra yaradılmışlarda «dünya xalqları» xüsusiyyəti meydana çıxdı — yəni yalnız özləri üçün almaq istəyi. Bu da islah olunmamış istək olub klipa adlanır.
Beləliklə, başqa cür ola bilməz. Hələ doğulmamış bir şeyi islah etmək mümkün deyil.Deməli, «O, yeri yaratdı» ifadəsi o deməkdir ki, O, dünyanı düzgün ardıcıllıqla yaratdı: əvvəl çatışmazlıq meydana çıxdı, yalnız bundan sonra onu islah etmək mümkün oldu.Buna görə də kök və budaq qanununa əsasən, əvvəlcə yalnız özü üçün alan xüsusiyyət meydana çıxmalıdır. Bu xüsusiyyət Yaradana ziddir və «dünya xalqları» adlanır. Zoar da deyir: «Dünya xalqlarının etdiyi hər şey yalnız özləri üçündür.»
Məhz buna «klipa bəhrədən əvvəl gəlir» deyilir. Klipa yeməyə yararsız olan qabıq adlanır, çünki İxtisar islahından sonra həzzlər eqoist istəklərə daxil olmur.Onlar yalnız «əta etmək naminə» adlanan islahdan sonra doldurulur. Bu isə Yaqubun xüsusiyyətidir.Buna bəhrə deyilir, çünki almaq istəyi artıq Yaradana sevinc əta etmək niyyəti ilə islah olunmuşdur və «yeməyə yararlı bəhrələrə» çevrilmişdir. Çünki o artıq nurun xüsusiyyətlərinə uyğunluq qazanmışdır.Belə olduqda istək bəhrələrə layiq olur.Eqoizm haqqında isə Zoar belə deyir: «Büt axtalanacaq və sonsuz qalacaq.»Həmçinin deyilir ki, Yaqub «əhd» (brit) adlanır. Bu isə o deməkdir ki, onlar bir olacaqlar. Necə ki yazılmışdır: «Mənimlə İsrail övladları arasında bağlanan əhdin əlaməti əbədi bir nişanədir.»
Beləliklə, «Öz əməllərinin qüdrətini Öz xalqına bildirdi» ifadəsinin mənası məhz bu nizamın yaradılmasıdır — «klipa bəhrədən əvvəl gəlir.»Kök və budaq qanununa görə əvvəlcə klipa, yəni yalnız özü üçün almaq istəyən eqoist istək yaranmalıdır, daha sonra isə onun islahı gəlir ki, bu da İsrail və ya Yaqub adlanır.«Onlardan alıb bizə verdi» ifadəsi isə bu islahı bildirir. Çünki işin ardıcıllığı məhz belədir.