Çoxluğun duasının vacibliyi
Məqalə 7, 1986
Zoar kitabında, Vaişlax fəslində buyurulub: «Gəl və gör, Ravvin Şimon nə deyib. Cəmiyyətin duası Yaradana tərəf yüksəlir və Yaradan bu dua ilə bəzənir. Çünki o, bir neçə yolla yüksəlir. Axı biri lütf 'xasidim', ikincisi – mətanət (güc) 'qvurot', üçüncüsü – mərhəmət 'raxamim' istəyir. Və o, özündə bir neçə tərəfi, yəni: sağ, sol və orta [xətti] ehtiva edir … Və o, özündə bir neçə növü və tərəfi ehtiva etdiyi üçün, bir taca çevrilir və aləmləri canlandıran salehin, yəni bütün xilasları nukvaya, ondan isə bütöv cəmiyyətə ötürən yesodun başına qoyulur. … Və gəl və gör, Yaqub hər üç xətti özündə ehtiva edirdi … Və buna görə də Yaradan üçün onun hər üç xətti , çoxluğun duası kimi tam bir mükəmməllikdə mövcud olan duası xoş idi. Və buna görə də buyurulub: «Və Yaqub çox qorxdu, və ona darlıq oldu»¹ – çünki Yaradan bunu onun üçün dua etsin deyə düzüb-qoşmuşdu, çünki onun duasını arzulayırdı»².
Biz burada Zoar kitabının sözlərində görürük ki, o, bir insandakı çoxluğun duasını izah edir, axı o deyir ki, Yaqub hər üç xətti özündə ehtiva edirdi. Və çoxluğun duası barədə yazılmış hər yerdə bunun sadə mənası – müdriklərimizin buyurduğu kimi, çoxluğun dua etməsidir: «Ravvin Yohanan Ravvin Şimon ben Yohayın sözlərindən belə dediyi kimi: «Nə üçün yazılıb: «Mənə gəldikdə isə, lütf saatında,mənim duam Sənədir, ey Yaradan»³? Lütf saatı nə zaman yetişir? Bütöv cəmiyyət dua etdiyi zaman»»⁴.
Buradan sadə mənada belə çıxır ki, bir çox insan birlikdə dua edir. Həmçinin Zoar kitabının, duanın «taca çevrilərək aləmləri canlandıran salehin başına qoyulması»² barədə dediyi şeyi də anlamaq lazımdır. Onun başın üzərində taca çevrilməsinin mənası nədədir? Axı «tac» padşah tacına bənzər hökmdar tacı deməkdir? Duanın onun başında taca çevrilməsi nə deməkdir? Duanın vacibliyini və əzəmətini anlamaq bizə nə verir? Axı belə çıxır ki, o [Zoar], duanın vacibliyini aşkar etmək istəyir və buna görə də bizə deyir: «Bilin ki, dua Padşah üçün taca çevrilir».
Və o deyir ki, [saleh] «yesod» adlanır, və o – bütün xilasları nukvaya, ondan isə bütöv cəmiyyətə ötürəndir. Və anlamaq lazımdır ki, tac nə üçün məhz yesodun üzərində peyda olur. Axı məlumdur ki, biz Sonsuzluğa (Eyn Sofa) dua edirik. Belə olan halda, çoxluğun duası məhz yesodun üzərində taca çevrilir demək nəyi ifadə edir? Və nə üçün o deyir ki, yesod nukvaya, nukvadan isə – bütöv cəmiyyətə ötürür?
Çoxluğun duası, atam və müəllimimin izah etdiyi kimi – insanın çoxluq üçün dua etməsidir. Bu, çoxluğun duası adlanır. Və buna görə də çoxluğun duası lütf saatı adlanır. Axı insan özü üçün dua etdikdə, onun duasının qəbul edilməsinə həqiqətən dəyib-dəymədiyinə [nəzarət edən] ittihamçılar olur. Halbuki əgər o, çoxluq üçün dua edirsə, onun duasına cavab verməyə dəyib-dəymədiyini yoxlamaq üçün «onun işinə baxmaq» lazım gəldiyindən söhbət gedə bilməz, – axı o, özü üçün heç nə istəmir, bəlkə bütöv cəmiyyət üçün [istəyir].
Və buna görə də onlar buyurublar ki, çoxluğun duası, onun duasının qəbul olunduğu lütf saatı adlanır. Bir neçə yerdə «Sulam» şərhində aydınlaşdırılana əsasən isə belə çıxır ki, çoxluğun duası dedikdə «İsrailin Toplusu» və ya bütöv ruhları özündə ehtiva etdiyi üçün «çoxluq» adlandırılan müqəddəs Şxina olan malxut nəzərdə tutulur. Madam ki Şxina sürgündədir , biz Şxinanın sürgünü barədə xahiş edirik, hansını ki bəzən «Şxina küldə» adlandırırlar, çünki bütün bu adlar bizə, Öz yaratdıqlarına həzz ətadən irəli gələn yaradılış məqsədinin mahiyyətlərini göstərir.
Və məlum olduğu kimi, Onun əməllərinin mükəmməlliyinin aşkarlanması üçün Birinci İxtisar baş verib. Bu o deməkdir ki, yalnız almaq naminə almaq adlandırılan klinin olduğu yerdə – ali xeyir həmin yerdən gizlədilib. Və ali xeyir yalnız əta naminə niyyət qura bildikləri yerə – məhz həmin yerə gəlir. Madam ki insan təbiətən yalnız almaq üçün doğulub, gördüyü həmin yerdə – onun alıcısı, yəni eqoist sevgi xüsusiyyəti qəbul edə bilməz. O isə hər şeyi Şxina üçün, yəni malxut üçün etməlidir, çünki yalnız bunun sayəsində Yaradanın şərəfi malxutda aşkarlanacaq. Axı yalnız Yaradan aşağıdakılara aşkarlana bildiyi zaman Yaradanın şərəfinin adı görünən olur. Yuxarıda deyildiyi kimi, Şoxenin aşkarlandığı həmin yer «Şxina» adlanır, və o zaman bu: «Onun böyük adı ucalacaq və müqəddəsləşəcək» vəziyyəti adlanır⁵. Çünki dünyada yaradılış məqsədinin xüsusiyyəti olaraq aşkarlanan və «Öz yaratdıqlarına həzz əta edən» adlandırılan Yaradanın adı – hansı ki «xeyirxah və xeyir verən» adlanır, – artıq qəbul etməyə qadir olan klinin, yəni Yaradanla qovuşma adlandırılan əta naminə niyyətin var olması sayəsində hamı tərəfindən dərk olunur.
Belə olan halda buna əsasən belə çıxır ki, məxluqlar təbiətən yalnız almaq naminə ala [bildikləri] və öz təbiətlərini dəfetmədən əta naminə çalışa bilmədikləri üçün, onlar malxutun küldə qalmasına gətirib çıxarırlar, yəni onlar onun ləyaqətini görə bilmirlər. Yəni onlar onun Yaradandan qəbul edə biləcəyini görə bilmirlər, çünki yuxarıda deyildiyi kimi, İxtisar (tsimtsum) ucbatından hər şey gizlədilib.
Lakin bizim hesabat aparmağa (öz-özümüzü yoxlamağa) ehtiyacımız var, yəni bizə maddi həzzlərin daxilində ehtiva olunan bütün həzzlərin, ruhaniyyətdə mövcud olan həzzlərlə müqayisədə yalnız incə bir parıltı (nurlanma) olduğunu söyləyən müdriklərimizin bizə dediklərinə inanmalıyıq. «Sulam» şərhində yazıldığı kimi: «Və dünyanın yaradılmasından əvvəl baş vermiş kelimin sınmasının mənası da bundadır. Axı müqəddəslik keliminin sınması və onların ayrılıq BYA aləmlərina düşməsi nəticəsində, onlarla birlikdə klipotların daxilinə müqəddəslik qığılcımları da düşdü. Və onlara görə həzzlər və hər cür sevgi növləri klipotların hakimiyyəti altına düşdü, hansılar ki, bunları [bu qığılcımları] insanın qəbul etməsi və onun həzz alması üçün ötürürlər»⁶.
Buna əsasən belə çıxır ki, əsas həzzlər müqəddəslikdədir. Biz isə bunun əksini görürük. Axı maddiyyatda hər kəs həzz almalı bir şeyin olduğunu görür. Halbuki Tövrat və ehkamlarla olan işdə kiməsə, ona işinin müqabilində mükafat vəd etmədən Tövrat və ehkamlarla məşğul olmasını söyləmək olmaz, çünki o, ehkamların icrası ilə məşğul olduqda, bunda heç bir dad hiss etmir. Lakin məhz ona mükafat vəd edildikdə və o, buna inandıqda, o zaman mükafat alacağına görə Tövrat və ehkamlarla məşğul ola bilir.
Eyni zamanda, o, yemək, içmək, pul, hörmət və s. kimi maddi şeylərlə məşğul olduqda, insan: «Bu maddi şeylərlə məşğul olmaq mənə nə üçün lazımdır?» deyə soruşmur. Axı insanın həzz hiss etdiyi yerdə, o: «Bu həzzi almağımın məqsədi nədir?» deyə soruşmur. Və onun həzz alma zamanı düşünə biləcəyi tək şey – bu həzzi kəmiyyət və keyfiyyətcə necə genişləndirməkdir. Və o, heç vaxt, – demək belə qorxuludur, – həzzin alınması barədə, yəni: «Mən nə üçün həzz almalıyam?» deyə düşünməyə başlamayacaq.
Bəzən isə elə olur ki, insan müqabilində pul ödəməli olmadığı bir şeydən həzz alır, hərçənd o, böyük bir həzz alsa da, yenə də onda bu həzzin məqsədinin nə olduğuna dair sual yaranır. Məsələn, pula başa gəlməyən həzz – bu, istirahətdən gələn həzzdir, axı bu həzzi satın almaq lazım deyil, belə ki bu həzzi o, pulsuz alır.
Lakin tez-tez belə olur ki, insan özündən soruşur: «Mən istirahətdən həzz almağımdan nə qazanacağam?» Hərçənd insanın həqiqi həzzi və məmnunluğu olduqda, o zaman, bu vəziyyətdə onda heç vaxt: «Bu həzzin məqsədi nədir?» düşüncəsi yaranmır. Əgər təsadüfən onda yenə də: «İndi dadını çıxardığım bu həzzin məqsədi nədir?» düşüncəsi yaranarsa – bu, onun daddığı həzzin həqiqi həzz olmadığının əlamətidir. Çünki onun biliyində məqsəd barədə düşünmək üçün hələ yer qalır. Və bu, həmin həzzdə çatışmazlıq xüsusiyyətinin olduğunun əlamətidir. Çatışmazlığın olduğu yerdə isə, onda indi hiss etdiyindən başqa, digər bir məqsəd barədə düşüncə yarana bilər.
Bütün yuxarıda deyilənlərdən belə çıxır ki, həyatın və həzzin əsas dadı Tövrat və ehkamlarda ehtiva olunub, harada ki ali nur əmanət 'pikadon' şəklində olur, necə ki «Sulam» şərhində buyurulub: «O zaman ki, Onun kəlamının səsini eşitməyə layiq görülürlər … “Onun”⁷, 613 ehkam 613 əmanət 'pkudin' olur. Və bu, “əmanət” 'pikadon' sözündəndir. Çünki 613 ehkam var, və hər bir ehkamda, ruhun və bədənin 613 orqanından ibarət 'evarim' və bağlarından 'qidim' müəyyən bir orqana uyğun gələn bir pillənin nuru qoyulub. Və belə çıxır ki, ehkamı icra etməklə o, həm ruhda, həm də bədəndə ona uyğun gələn orqana, bu orqana və bağa aid olan nur pilləsini (cəlb edir). Və bu, ehkamların “panim” (üz/ön) xüsusiyyətidir»⁸.
Belə çıxır ki, Tövratın və ehkamların icra edilməsi sayəsində yaradılışın Öz yaratdıqlarına həzz ətadən ibarət olan məqsədi aşkarlanır. Lakin [Baal Sulam] «Sulam» şərhində söyləyir ki, bu, məhz Tövrat və əmrləri “Onun kəlamının səsini eşitməyə”⁷ layiq gördükdən sonra icra etdikdə baş verir, halbuki, «Tövrat və ehkamları “Onun sözünü icra edənlər”⁷ xüsusiyyətində, hələ “eşitməyə” layiq görülməzdən əvvəl icra etdikdə, bu ehkamlar 613 məsləhət 'etin' adlanır, və bu, “axor” (arxa) xüsusiyyətidir»⁸, hansı ki bu, onlarda bu ehkama aid olan ali nurun hələ parıldamadığı (nur saçmadığı) mənasına gəlir, bəlkə bu, həmin ehkama aid olan “panim” nuruna necə gəlməli olduqlarına dair “məsləhətlər” xüsusiyyətidir.
Və insanın həqiqət yolu ilə getməsinə mane olan öz istəyini və düşüncəsini dəfetməli olduğu bütün iş və möhkəmlənmə, yalnız o, “Onun sözünü icra edənlər”⁷ xüsusiyyəti adlandırılan “axoraim” [vəziyyətində] olduğu zaman baş verir. Çünki bu vəziyyətdə o, Tövrat və ehkamlara bürünmüş ali nuru hələ hiss etmir. Və buna görə də o, hər şeyi – onların vacibliyini hiss etməsə belə, Tövrat və ehkamlarla məşğul olmağa layiq görülməyin böyük bir şərəf olduğuna inanması sayəsində edir, bəlkə hər şeyi bilikdən yuxarı imanla edir, hansı ki bu, insanın məqsədidir – Yaradanla qovuşmağa gəlmək. Və o, buna gəlmək üçün hər şeyi edir. Madam ki bu belədir, o, hər şeyi icra edir və bacardığı hər şeydə çoxsaylı səylər göstərir, və onun niyyəti – yalnız və yalnız mükəmməlliyə gəlməkdir.
lakini o görür ki, qarşısında duran maneələri dəf etmək istədiyi bütün bu səylərdən və dəfetmələrdən sonra, o yenə də hələ bayırdadır, çünki qovuşma (dvekut) forma bənzərliyidir, o isə, Yaradanla qovuşmanın əksi olan bir əməl — eqoist sevgidən hələ bir zərrə belə uzaqlaşmayıb, — o zaman o, Yaradana, Onun gözlərinə nur verməsi və onun Şxinanı küldən qaldıra bilməsi üçün dua etməyə başlayır. Hansı ki bu o deməkdir ki, insan yalnız ali malxut naminə çalışmaq istədikdə, — yəni göylərin şərəfi dünyada aşkarlansın deyə, — o zaman o, bu vəziyyətdə kül dadı hiss edir. Və o görür ki, hamı onun kimidir, yəni göylərin şərəfinə laqeyd yanaşırlar (ona xor baxırlar), madam ki onlar onun vacibliyini qiymətləndirməyə qadir deyillər. Bu, çoxluğun duası adlanır, yəni o, çoxluq üçün dua edir.
Və iki xüsusiyyəti fərqləndirmək lazımdır.
1.Malxut «çoxluq» adlanır, çünki o, bütöv ruhları özündə ehtiva edir.
2.Çoxluğun duası — onun çoxluq üçün dua etməsidir, yəni çoxluğun Tövratın və ehkamların vacibliyi vəziyyətinə layiq görülməsi üçün [dua etməsidir]. Yəni, yuxarıda deyildiyi kimi, 613 əmanətə layiq görülsünlər deyə, və bu baxımdan ali nur hər bir ehkamda parıldayır (nur saçır). Belə çıxır ki, nəticədə, çoxluğun iki xüsusiyyətindən bir dənəsi yaranır. Yəni biz, çoxluğun «çoxluq» adlandırılan malxutun əzəmətini və vacibliyini görməyə layiq olmaq üçün dua edirik. Və bu, hamı əta keliminə layiq görüldüyü zaman baş verəcək. Və o zaman 613 əmr “Onun kəlamının səsini eşitməyə”⁷ layiq görülmək xüsusiyyətində aşkarlanacaq, və o zaman 613 ehkam 613 əmanət xüsusiyyəti adlanacaq.
Və yuxarıda deyilənlərdən belə çıxır ki, çoxluğun geri boş qayıtmayan duaları — bütöv cəmiyyət üçün dua edildiyi zamandır. Cəmiyyət isə İsrailin toplusu adlanır. Və cəmiyyət müqəddəs Şxina adlanır. Madam ki cəmiyyət bir neçə kateqoriyadan ibarətdir, Zoar kitabı deyir ki, cəmiyyətin duasının qəbul olunmasının səbəbi onun özündə mükəmməlliyi ehtiva etməsindədir. Və orada buyurulub: «Yaradan bu dua ilə bəzənir. Çünki o, bir neçə yolla yüksəlir. Axı biri lütf 'xasidim', ikincisi – mətanət (güc) 'qvurot', üçüncüsü – mərhəmət 'raxamim' istəyir»².
Və anlamaq lazımdır ki, duanın onların hamısını özündə ehtiva etməsi nə üçün lazımdır. Lakin məsələ burasındadır ki, bu, ruhaniyyətdə fərqləndirdiyimiz bütün xüsusiyyətlərin aşağıdakıların islahı üçün baş verməli olan aşkarlanmalardan ibarət olduğunu bəyan edən qaydaya tabedir. Belə çıxır ki, üç xətt — bu, mükəmməlliyin məhz üç xəttin aşkarlandığı yer hesab olunduğunu söyləməyimizdir. Bu o deməkdir ki, böyük Arinin söylədiyi kimi, Yaradan aşağıdakılara xeyir əta etmək istədiyi üçün ki, onlar ondan istifadə edə bilsinlər və orada heç bir qüsur olmasın, — xətlərin islahı olmadığı üçün kelimin sınmasının baş verdiyi Nekudim dünyasındakı kimi deyil.
Başqa sözlə, ali olan aşağıdakına hər hansı bir xeyir verdikdə, o, aşağıdakının qəbul etdiyi bu ali xeyrin aşağıdakının faydasına olmasını istəyir. Eyni zamanda, əgər ali xeyrin daxil olmalı olduğu kli mükəmməllikdə bərqərar ola bilmirsə, o zaman bütün xeyir kənardakılara) gedəcək. Və xeyrin müqəddəslikdən kənara getməsi kelimin sınmasıdır. Və buna görə də ali xeyir aşağıdakılara ötürülmür. Və bu, duanın qəbul olunmaması adlanır.
Və bu, cəmiyyətdə mövcud olan xətlərin islahı adlanır. Harada ki çoxluğun, yəni malxutun bütöv cəmiyyəti özündə ehtiva etdiyi nəzərdə tutulur. Harada ki üç xətt adlandırılan islahın var olduğu nəzərdə tutulur, hansının ki sayəsində ali xeyir müqəddəslikdə qalacaq və kənardakılara getməyəcək. Buna görə də belə bir dua qəbul oluna bilər. Yəni ona ali xeyir verilə bilər.
Və bu münasibətlə Zoar kitabı izah edir ki, «Yaqub … üç xətti özündə ehtiva edirdi»², axı Yaqub sağ və solu özündə ehtiva edən orta xətt adlanır. «Və buna görə də Yaradan üçün onun hər üç xətti , çoxluğun duası kimi tam bir mükəmməllikdə olan duası xoş idi»². Yəni, yuxarıda deyildiyi kimi, Yaradan tərəfindən ali xeyrin aşağıya ötürülməsində heç bir ləngimə yoxdur, çünki Onun istəyi — Öz yaratdıqlarına həzz əta etməkdir, lakin O, sanki aşağıdakılar tərəfindən alan kelimi gözləyir ki, onlar qəbul etməyə qadir olsunlar.
Buna görə də aşağıdakı tərəfindən hazır kli olduğu — yəni dua, məhz qəbul etməyə qadir olan həmin klidir — andan etibarən ali xeyrin hədər getməməsi, yəni xeyrin kənardakılara, yəni klipotlara getməməsi şərtinə riayət olunmalıdır. Buna görə də xeyri aşağıdakılara ötürməli olan malxut klisində islah həyata keçirilir. Və bu islah xətlərin islahı adlanır.
Və indi Zoar kitabının sözlərinin ardını aydınlaşdıraq, axı biz onun nə barədə danışdığını soruşmuşduq. Və orada buyurulub: «Və o, özündə bir neçə növü və tərəfi ehtiva etdiyi üçün, bir taca çevrilir və aləmləri canlandıran salehin, yəni bütün xilasları nukvaya, ondan isə bütöv cəmiyyətə ötürən yesodun başına qoyulur»².
Və biz soruşmuşduq: axı biz Sonsuzluğa (Eyn Sofa) dua edirik, belə olan halda, çoxluğun duası məhz yesodun üzərində taca çevrilir demək nəyi ifadə edir? Məsələ burasındadır ki, malxuta gələn xeyrin ötürülmə nizamı məhz «yesod» adlanır. Hansı ki ilk 9 sfirotun öz bütün xüsusiyyətlərini yesoda ötürməsi deməkdir, və o, məlum olduğu kimi, «hər şey» adlanır.
Belə olan halda buna əsasən belə çıxır ki, biz hər zaman əta edən barəsində və malxut adlandırılan xeyri qəbul edən barəsində danışırıq. Buna görə də, Yaradan əta istədiyindən dolayı, O, aşağıdakıların bu xeyri qəbul etməyə qadir olan kelim təqdim etmələrini gözləyir. Buna görə də, dualar ucalığa yüksəldikdə və bu dualar qəbul olunmağa layiq olacaq şəkildə qurulduqda, onlar ali xeyrin qəbul edilməsi üçün kelim adlanırlar. Belə çıxır ki, kli Verənə doğru yüksəlib, və ümumi Verən — yesod olduğu üçün, duanın yesoda yüksəldiyi hesab olunur.
Və buna əsasən belə çıxır ki, hər şey bu qaydaya uyğun olaraq baş verir: «Aşağıdakı əməl sayəsində yuxarıdakı əməl oyanır»⁹. Hansı ki aşağıdakıların — Yaradana yaxınlaşmaq və Yaradanla qovuşmağa layiq görülmək istəyənlərin oyanışı sayəsində, onların Yaradanın köməyini istəmələri deməkdir, necə ki müdriklərimiz buyurublar: «Paklanmağa gələnə kömək edirlər»¹⁰ — əgər insan paklanmağa gəlibsə, ona müqəddəs ruh 'neşama' ilə kömək edirlər, və onu paklayırlar, və onu müqəddəsləşdirirlər, və o, müqəddəs adlanır¹¹.
Beləliklə, biz görürük ki, insan öz əməllərini yaxşılaşdırmaq istədikdə, yuxarıdan zivuqa səbəb olur və bunun sayəsində xeyir aşağıya cəlb edilir. Və bu, «Manın yüksəlişi» adlanır. Yəni onlar yuxarıda xisarona səbəb olurlar. Və aşağıdakıların yuxarıda necə xisarona səbəb ola biləcəyini anlamaq lazımdır. Lakin xisaronun nə demək olduğunu bilmək lazımdır. Məlumdur ki, kli xisaron adlanır, yəni əgər xisaron varsa, bu xisaronu doldurmağa imkan verən doldurulmanın (nurla dolmanın) verilə biləcəyi yer var.
Belə ki Yaradan tərəfindən ətada heç bir ləngimə yoxdur, axı Onun istəyi — həzz əta etməkdir, bizim isə nurun gizlənməsinin var olduğunu görməyimiz aşağıdakılarda ali xeyri qəbul etmək üçün kelimin olmamasından qaynaqlanır, — buna görə də, aşağıdakı paklanmaq üçün oyandıqda və onun gücü çatmadıqda və o, Yaradandan kömək istədikdə, o zaman bu xisaron yuxarıya yüksəlir və ali olanın artıq daxilinə xeyir ötürülə biləcək bir klisi olur. Və bu, «Manın yüksəlişi» adlanır.
Belə çıxır ki, xisaron olan dua — hansı barədə ki aşağıdakı onun xisaronunu doldurulmasını təvəqqe edir, — əta edənə doğru yüksəldikdə, harada ki əta edən malxut adlanan İsrailin Toplusuna verən yesod adlanır və onun başında taca çevrilir. Axı tac hökmdar tacı deməkdir ki, bu da Padşahın hökmdar tacına, yəni Padşahın vacibliyinə işarə edir. Yəni Yaradanın nurunun aşkarlanması olduqda, hamı Yaradanın vacibliyini qəbul edir (tanıyır).
Halbuki üzün gizlənməsi zamanı belə adlanır ki, Şxina, yəni Padşahın aşkarlanma yeri, sürgün və kül vəziyyətindədir, çünki onlar ruhaniyyətdə heç bir dad dərk etmirlər, yəni Tövrat və ehkamlar onlara sankikül dadına malikmiş kimi gəlir. Və bütün bunlara səbəb aşağıdakılarda xeyri qəbul etmək üçün kelimin olmamasıdır. Və buna görə də Yaradanın şərəfi xalqlar arasında ləkələnib . Bu o deməkdir ki, insan yəhudi xüsusiyyətində olmağa layiq görülməzdən əvvəl, o, digər xalqların xüsusiyyətinə bənzəyir. Yəni, məlum olduğu kimi, hər bir insan kiçik bir dünyadır və özündə dünyanın 70 xalqını və İsrail xüsusiyyətini ehtiva edir.
Və o zaman, gizlənmə zamanı, nə vaxt ki ali xeyir onlarda bunun üçün yararlı kelim olmadığı ucbatından aşağıdakılara aşkarlana bilmir, əgər onlara hər hansı bir ali parıltı verilsə, o, klipotlara gedəcək. Və buna görə də ali xeyir onlardan gizlədilməlidir. Və o zaman bu belə adlanır: «Tac başımızdan düşdü»¹². Başqa sözlə, Yaradanın vacibliyi ləkələnməyə məruz qaldı.
Lakin insan paklanmağa gəldikdə, yəni o, Yaradanın onu Özünə yaxınlaşdırmasını və bunun sayəsində qovuşmağa layiq görüləcəyi əta klisi verməsini istədikdə, belə çıxır ki, onun [istədiyi] hər şey — ali xeyrin əta naminə aşkarlanmasıdır, yəni o istəyir ki, yuxarıdan ona güc versinlər ki, onda hər zaman müqəddəslikdə (hansı ki qovuşma vəziyyətidir) qala bilmək qabiliyyəti olsun. O zaman onun duası taca, padşah tacına çevrilir, çünki o zaman Padşahın vacibliyi (tanınır). Və Zoar kitabının, duanın «taca çevrilərək aləmləri canlandıran salehin, yəni bütün xilasları nukvaya, ondan isə bütöv cəmiyyətə ötürən yesodun başına qoyulması»² barədə dediyi şeyin mənası bundadır. Axı dua sayəsində ali xeyir aşağıdakılara ötürülür və o zaman xeyir və həzz aşkarlanır. Bu, tac, padşah tacı, Padşahın vacibliyi adlanır.