Barux Şalom Alevi Aşlaq (Rabaş)
İnsan barəsində şəhadət verən kimdir?
Məqalə 37, 1985
Zoar kitabında, Şoftim fəslində deyilir: «Bu ehkam məhkəmədə şəhadət əta etməkdən ibarətdir ki, yoldaşı şəhadət vermədiyi üçün pulunu itirməsin. … Və ona görə də Mişna müdrikləri qərara aldılar: “İnsan barəsində kim şəhadət verir? Evinin divarları”2. … Evinin divarları nədir? Bu, onun ürəyinin divarlarıdır, necə ki, deyilir: “Və Xizkiyau üzünü divara tərəf çevirdi”3. Və Mişna müdrikləri qərara aldılar: “Bu o deməkdir ki, Xizkiyau öz ürəyinin divarlarından dua edirdi”4»5. «Və təkcə bu deyil, həm də ev əhli onun barəsində şəhadət verir»5. «Ev əhli – onun 248 üzvüdür. Axı bədən ev adlanır. Çünki Mişna müdrikləri belə qərara almışlar: “Günahkarın günahları sümüklərinə möhürlənmişdir. Eynilə salehin də xidmətləri sümüklərinə möhürlənmişdir”. Və ona görə də Davud dedi: “Bütün sümüklərim deyəcək”6»7. «Bəs niyə günahlar ətdən, vətərlərdən və dəridən daha çox sümüklərə möhürlənmişdir? Ona görə ki, sümüklər ağdır. Qara yazı isə məhz ağ fonda görünür. İçi ağ, yəni perqament, çölü isə qara, yəni mürəkkəb olan Tövrat kimi. Qara və ağ – qaranlıq və nurdur. … Və təkcə bu deyil, gələcəkdə bədən öz sümükləri üzərində diriləcək və buna görə də həm xidmətlər, həm də günahlar sümüklərə möhürlənmişdir, və əgər o, layiq olsa, bədən onun sümükləri üzərində diriləcək. Əgər layiq olmasa, dirilməyəcək və onda öülülərin dirilməsi olmayacaqdır»8. Sitatın sonu.
Və başa düşmək lazımdır ki, Zoar kitabının məhkəmə haqqında izah etdiyi nədir, [odur ki,] insan yoldaşının pulunu itirməməsi üçün məhkəmə qarşısında şəhadət verməlidir. Və bu, Yaradanın işinin qaydasına əsasən izah olunur. Bu halda başa düşmək lazımdır ki, tələb nədir, o kimə qarşı irəli sürülür və onun etibara layiq olması üçün – onda insan şəhadət verməlidir.
Və Yaradanın işində insan Yaradandan tələb edir ki, Ona tələb etdiyi şeyi versin. Bu halda onun tələbinin həqiqi olduğunu göstərməyin mənası yoxdur, sanki Yaradan insanın düz və ya yalan danışdığını bilmir. Axı əgər insan şəhadət verirsə, O bilir ki, irəli sürdüyü tələb həqiqətdir. Bundan əlavə, insan özü barəsində şəhadət verərkən necə etibara layiq ola bilər? Həmçinin başa düşmək lazımdır ki, burada şəhadət nə üçün məhz onun ürəyinin divarlarından gəlməlidir, çünki [Zoar] Xizkiyauya əsaslanaraq "evinin divarları" izahına sübut gətirir, necə ki, deyilir: "Və Xizkiyau üzünü divara tərəf çevirdi"3. Və biz izah etdik ki,: "Öz ürəyinin divarlarından" nəzərdə tutulur.
Bu halda burada, bu insanın şəhadətində də bu, "ürəyinin divarlarından" olmalıdır. Lakin məlumdur ki, şəhadət onun dilindən gəlməlidir, necə ki, müdriklər dedilər: "Onların ağzından, yazılarından deyil"9. Burada isə deyilir ki, o, ağzından deyil, "ürəyinin divarlarından" olmalıdır.
Həmçinin bu sözləri də başa düşmək lazımdır: "Axı Mişna müdrikləri belə qərara almışlar: “Günahkarın günahları sümüklərinə möhürlənmişdir. Eynilə salehin də xidmətləri sümüklərinə möhürlənmişdir”"7. Məgər maddi sümüklərə günahlar və xidmətlər möhürlənib? Bəs o cür ruhani, yəni günahlar və ehkamlar sümüklərə necə yazılır? Və daha da anlaşılmaz olan izah: "Ona görə ki, sümüklər ağdır. Qara yazı isə məhz ağ fonda görünür"8. Həmçinin deyilənləri də başa düşmək lazımdır: "Və təkcə bu deyil, gələcəkdə bədən öülülərin dirilməsi üçün öz sümükləri üzərində diriləcək"8. Nə üçün məhz "öz sümükləri üzərində"? Yəni onun dirilib-dirilməyəcəyi sümüklərindən asılıdır?
İşə münasibətdə yuxarıda deyilənləri başa düşmək üçün məlum qaydanı xatırlamaq lazımdır ki, "nursuz kli yoxdur". Yəni hər hansı bir dolğunluğu qəbul etmək qeyri-mümükündür, əgər orada dolğunluğun daxil olmaq imkanı olması üçün çatışmazlıq və boşluq yoxdursa. Məsələn, insan ac deyilsə, yemək yeyə bilməz. Üstəlik, insanın bu yeməkdən ala bildiyi həzzin ölçüsü onun bu yeməyə olan xisaronunun (çatışmazlıq hissəsinin) ölçüsü ilə ölçülür.
Belə çıxır ki, insanın heç bir xisaron hiss etmədiyi yerdə, o, ala biləcəyi dünyada heç bir həzzə ümid etməməlidir. Çünki hər hansı bir dolğunluq əldə etmək üçün [onda] yer yoxdur.
Belə çıxır ki, biz işin qaydasından danışanda, insan işin içinə dax olmağa başlayanda, yəni o, Yaradana həzz əta etmək niyyəti planında müqəddəs iş görmək istəyirsə, şübhəsiz ki, yuxarıda qeyd olunan qaydaya əsasən onun buna xisaronu olmalıdır, yəni o hiss edir ki, Yaradana əta etməlidir və Yaradana əta etmək ehtiyacını hiss etdiyi ölçüdə, bu ölçüdə deyə bilərik ki, onun klisi var. Bu kli üçün dolğunluq isə o, Yaradana əta etdikdə, yəni həzz əta etmək istədikdə [yaranır], bu o deməkdir ki, bədən artıq Yaradana əta etməyə razıdır.
Və insan əta etmək deyil, almaq təbiəti ilə yaradıldığı üçün, əgər insan əta etməklə məşğul olmaq istəsə, bədən, şübhəsiz ki, buna müqavimət göstərir və əgər insan əta etməklə məşğul olmaq istəsə, yəni onda belə bir kli əldə etmək arzusu varsa-kli isə arzu və xisaron adlanır- bədəndə dərhal belə bir sual yaranır: "Niyə yaradıldığın təbiəti dəyişmək istəyirsən? Və bu, hiss etdiyin xisaron nədir ki, sənə bunun çatmadığını düşünürsən? 100% başa düşürsənmi ki, sən əta etmək naminə işləməlisən? Axı bax gör bütün cəmiyyət gördükləri işlərdə xüsusi səylər göstərmədən müqəddəs işi necə yerinə yetirir. Yəni hətta Tövrat və ya ehkamlarla məşğul olduqları anda da onlar əsasən ona baxırlar ki, niyyət deyil, əməl bütün hissə və detallarla qaydasında olsun. Və deyirlər: şübhəsiz ki, bacardığımızı edirik. Niyyətə isə fikir vermirlər, çünki deyirlər ki, lışma (Onun adı naminə) işi bütün cəmiyyətin deyil, seçilmişlərin payıdır".
Belə çıxır ki, öz suallarını verən bədən, görünür, haqlı olaraq soruşur. Və ona qənaətbəxş cavab verilmədiyi üçün, o, insana əta etmək arzusunun düşüncələrinə qərq olmağa icazə vermir, çünki o, haqlıdır. "Axı nursuz kli yoxdur". Çünki əgər sən əta etməklə məşğul olmaq lazım olduğunu xisaron olaraq hiss etmirsənə, niyə aləmləri lərzəyə salırsan? Buna görə də əvvəlcə o ona deyir: "Mənə de, buna ehtiyac haradadır, yəni əta etmək istəyi. Sonra isə daha da danışarıq". Və yuxarıda deyilənlərə görə bu arzuya olan ehtiyac o cür olmalıdır ki, o, əta edə bilməməsindən əzab hiss etsin. Bu halda klisi olmadığına görə o, şübhəsiz ki, nura, yəni dolğunluğa layiq ola bilməz.
Ona görə də insan Yaradana əta edə bilməməsinə qarşı böyük xisaron əldə etməyə çalışmalıdır. Xisaron isə məlum olduğu kimi, onun səbəbindən yaşadığı əzabın hiss olunması ölçüsündə təyin olunur. Əks halda, [onda] istədiyi şey olmasa belə, bu hələ xisaron adlanmır, çünki əsl xisaron onda olmadığından əmələ gələn ağrı ilə ölçülür. Əks halda bu, boşboğazlıq adlanır.
Və buradan müdriklərimizin dediklərini başa düşəcəyik: "«Qüdrətli Yaradanınızı sevin və bütün ürəyinizlə Onun üçün işləyin»10. Ürəkdə qalan iş nədir? Demək lazımdır ki, bu, duadır"11. Və başa düşmək lazımdır ki, duanı nə üçün onun sadə başa düşülməsindən kənara çıxardılar. Axı adət belədir ki, əgər kimsə başqasından ona bir şey verməsini istəyirsə, o, dil ilə xahiş edir, necə ki, deyilir: "Axı Sən bütün dillərin duasını eşidirsən"12. Bəs nə üçün dedilər ki, dua ürəkdə iş adlanır?
Lakin yuxarıda deyildiyi kimi, dua xisaron adlanır. Və o istəyir ki, O onun xisaronunu doldursun. Lakin insanın dilində heç bir xisaron hiss olunmur, çünki insanın hissləri ürəkdə yaşanır. Buna görə də əgər insan ürəkdə xisaron hiss etmirsə, onun dili ilə tələffüz etdiyi nəzərə alınmır. Tutaq ki, o, həqiqətən də dili ilə istədiyi şeydən məhrumdur. Lakin istədiyi dolğunluq xisaronun yerinə, yəni ürəyə daxil olmalıdır. Ona görə də müdriklərimiz dedilər ki, dua ürəyin dərinliyindən olmalıdır. Bu o deməkdir ki, bütün ürək istədiyi şeyin çatışmazlığını-'xisaron' hiss edəcək.
Məlum olduğu kimi, nur və kli xisaron və dolğunluq adlanır. Nuru, yəni dolğunluğu biz Yaradana aid edirik. Kli, yəni xisaronu isə məxluqlara aid edirik. Bu halda insan Yaradanın ora ali xeyir yağdırması üçün kli hazırlamalıdır. Əks halda ali xeyir üçün yer yoxdur. Ona görə də insan Yaradanın ona kömək etməsini, bütün əməllərini əta etmək naminə istiqamətləndirə bilməsini istədikdə, bədən ondan soruşur: "Niyə belə dua edirsən? Sənə bundan başqa nə çatmır?"
Ona görə də insan öyrənməli və əta etmək işinin zəruriliyindən bəhs edən kitabları araşdırmalıdır, o vaxta qədər ki, insan başa düşəcək və hiss edəcək ki, əgər onun bu klisi olmasa, o, müqəddəsliyə daxil olmağa layiq ola bilməyəcək.
Və bütün əsasın əməl olduğunu və bütün enerjini yalnız ona qoymaq lazım olduğunu deyən bütün cəmiyyətə baxmaq lazımdır ki, Tövrat və daimi ehkamları yerinə yetirmək əməllərinin bizim üçün artıq kifayətdir.
Axı Tövrat və ehkamların bütün əməllərini yerinə yetirmək lazımdır ki, onlar onu əta etmək naminə niyyətə gətirib çıxarsınlar. Və sonra, onda [əta etmək naminə] məşğul olmağın nə qədər vacib olduğuna dair tam anlayış olanda və o, bu gücü olmadığına görə ağrı və əzab hiss edəndə, bu o deməkdir ki, onun ürəkdəki işə [istinad edərək] dua ucaltmağa artıq bir şeyi var. Axı ürək nəyin çatmadığını hiss edir.
Və onda bu duaya cavab gəlir. Yəni yuxarıdan ona bu gücü verirlər ki, o, artıq əta etmək naminə niyyət qura bilsin. Axı o zaman onda artıq nur və kli olur. Lakin insan qoyduğu və yerinə yetirdiyi bütün səylərdən sonra hələ də verə bilməməsindən, ağrı və əzab şəklində xisaron hiss etməyibsə, nə edə bilər? Onda məsləhət odur ki, Yaradandan o "hiss etmədiyi şeydə xisaron" adlanan klini ona verməsini təvəqqe etsin, o isə guya şüursuzdur, axı onun verə bilməməsindən heç bir ağrısı yoxdur.
Belə çıxır ki, əgər o, xisaronu olmadığına görə, yəni müqəddəslikdən nə qədər uzaq olduğunu və tamamilə maddi aləmə qərq olduğunu hiss etmədiyi üçün, və gördüyü digər heyvanlardan daha böyük əhəmiyyətə malik olmayan maddi ehtiyacları ödəməyə çalışaraq yaşadığı həyatı başa düşmədiyi üçün xisaron ucbatından peşman ola və əzab çəkə bilərsə, və əgər o, bütün istəkləri ilə onlara necə bənzədiyinə diqqət yetirsəydi, və başqasından istifadə etməyə imkan verən insana xas hiylədən başqa heç bir fərq yoxdur, heyvanlar isə başqasından istifadə edə biləcək qədər hiyləgər deyil.
Və bəzən olur ki, o, hətta görür ki, o, Tövratı öyrənir və ehkamları yerinə yetirir, lakin Tövrat əmrini yerinə yetirən anda və ya Tövrat öyrənən anda xatırlaya bilmir ki, Tövrat və ehkamlarla məşğul olduğundan o, Yaradan ilə əlaqə əldə etməlidir. Və bu onun üçün ayrı görünür, yəni Tövrat və ehkamlar bir şeydir, Yaradan isə başqa bir şeydir.
Və əgər o, heyvanlara bənzədiyi üçün heç bir çatışmazlıq hiss etmədiyinə görə peşman olarsa, bu da ürəkdə iş adlanır. Və bu dua adlanır. Yəni bu xisaron üçün onda artıq Yaradandan dolğunluq qəbul etmək üçün yer var ki, O ona Yaradanın doldura biləcəyi kli olan xisaron hissiyyatını versin. Və buradan soruşduğumuzu başa düşəcəyik ki: dua nə üçün dildə deyil, ürəkdədir. Axı dua xisaron adlanır. Xisaron barəsində isə demək olmaz ki, onun dildə xisaronu var, çünki xisaron ürəkdə olan hissdir.
Və indi biz aydınlaşdırmalıyıq ki, soruşduğumuz kimi, deyilənlər nə deməkdir: xidmətlər və günahlar sümüklərə möhürlənmişdir və o, sümüklərdən , ölülərdən dirilə bilər və yaxud, düşünülməsi belə qorxuncdur , yox. Və Zoar kitabı deyir ki, sümüklər ağ olduğundan, qarası qaranlıq xüsusiyyəti, ağ isə nur xüsusiyyəti olan qara ilə ağ üzərində [yazılmış] Tövratya bənzəyir.
Və izah etmək lazımdır ki, sümüklərin ağ olması nə deməkdir ki onlara xidmətlər və günahlar yazılmışdır. Axı Yaradanın işinə münasibətdə bunu belə izah etmək lazımdır ki, insan Tövrat və ehkamlarla məşğul olur və bu "sümük" adlanır. Tövrat və ehkamlarda əsas olan isə ağ xüsusiyyətidir. Axı çatışmazlığı olmayan şey ağ adlanır. Və insanın gördüyü işlərə əlavə ediləcək heç nə olmadığı üçün, bunun barəsində deyilmişdir: "Əlavə etmə və əskiltmə"13, onun Tövrat və ehkamlarla məşğul olması "sümüklər" adlanır. Və onlar ağdır və onlara insanın xidmətləri və günahları möhürlənmişdir.
Lakin əgər insan sonradan öz əməllərini yoxlayırsa,yəni o, öz bünövrəsini hansı səbəb üzərində qurur, yəni onu Tövrat və ehkamlarla məşğul olmağa məcbur edən səbəb nədir, bu əməlləri yerinə yetirən anda qurduğu niyyət nədən ibarətdir, o, həqiqətən də öz əməllərini göylər naminə, yəni Yaradana həzz əta etmək üçün yerinə yetirdiyini yoxlamağa çalışırmı – onda o, həqiqəti görə bilər: o, doğulduğu təbiətdə, "almaq naminə almaq" adlanan təbiətdə qaldığını və heç bir ödəniş olmadan Tövrat və ehkamlarla məşğul olmaq istəmədiyini.
Və insanın öz təbiətindən çıxa bilməməsinin əsl səbəbi odur ki, o, özündə qoyulmuş, "özünü sevmək" adlanan təbiəti dəyişməyə ehtiyac duyduğunu görmür və Yaradanı sevməyə gəlmək üçün yaxınını sevməyi qəbul etmir. Belə ki,insan hiss edir ki, ona əhatə dairəsinin sevgisi, yəni ailəsinin onu sevməsi, şəhər sakinlərinin və s. sevgisi çatmır. Və o, Yaradanı sevməklə nə qazanacaq? Və əgər o, yoldaşlarını sevərsə, nə qazanacaq? Axı o, həmişə eqoist sevgidən öz mənfəətinə baxır. Buna görə də o, bu sevgidən necə çıxa bilər?
Əgər o özündən soruşsa ki, nə üçün əməl baxımından Tövratı və ehkamları yerinə yetirir və bundan əlavə, bütün incəliklərə və təfərrüatlara ciddi şəkildə riayət edir, o, özü üçün bunu belə izah edir ki, inam xüsusiyyətini tərbiyə vasitəsilə əldə edib. Çünki tərbiyə vasitəsilə insanı əvvəlcə «Lo Lişma»da Tövrata və ehkamlara yönəltməyə başlayırlar, Rəmbamın dediyi kimi. Beləliklə, o, Yaradanın müqəddəs işini yerinə yetirəcəyinə və bunun müqabilində bu dünyada və gələcək dünyada mükafat alacağına dair Yaradanın varlığına inamı öz üzərinə götürüb.
Ona görə də insana deyirlər ki, əsl iş Yaradana inanmaqdır, O bizə Tövrat və ehkamları yerinə yetirməyi vermişdir ki, bunun sayəsində biz "Yaradana sığınmaq" adlanan formaca bənzərliyə gəlməyə layiq olaq. Bu o deməkdir ki, insan eqoist sevgidən çıxmalı və yaxınını sevməyi qəbul etməlidir. Və eqoist sevgidən çıxdığı ölçüdə, o, tam inama layiq ola biləcək. Əks halda o, Sulam şərhində deyildiyi kimi, qopmuş haldadır: "Axı qanun belədir ki, məxluq Yaradandan açıq-aşkar pislik qəbul edə bilməz. … Axı bu, Yaradanın əzəmətinə zərər vuracaq, çünki məxluq Onu pislik edən kimi qəbul edəcək. Belə bir şey isə mükəmməl İdarəediciyə yaraşmır. Ona görə də insan pisliyi hiss etdikdə, eyni ölçüdə onun üzərində Yaradanın idarəçiliyinin inkarı hökmranlıq edir, deyilməsi belə qorxuncdur , və İdarəedici ondan gizlənir ki, bu da dünyada ən böyük cəza hesab olunur"15.
Əgər insan öz-özünə hesabat aparır və Tövratın, ehkamların göylər naminə olması həqiqətini qəbul edirsə və həqiqətdən nə qədər uzaq olduğunu hiss edirsə, bu təhlil sayəsində daim düzgün yolla getmədiyinəvə buna görə də ağrı və əzab hissinə gəlir; elə bir yolla ki, bu yolda o, «Yaradanın işçisi» adlandırıla bilərdi. Onun bütün işi isə öz mənfəətinə yönəlmişdi və bu, «özü üçün işləyən» adlanır və heyvanların yoludur, lakin danışan səviyyənin xüsusiyyətinə yaraşmır.
Beləliklə, bu əzablar sayəsində o, kli, yəni xişaron əldə edir, yuxarıda deyildiyi kimi. Və insan öz qüvvəsi ilə özünə olan sevgidən çıxa bilmədiyini gördüyü üçün, çünki təbiətinə qarşı getməyə gücü yoxdur, burada məsləhət Yaradandan ona kömək etməsini istəməkdir, müdriklərimizin dediyi kimi: «Təmizlənməyə gələnə kömək edirlər»[16]. Beləliklə, onda xişaronun dolması üçün yer yaranır, çünki yuxarıda deyildiyi kimi, klisiz nur yoxdur.
Və burada yuxarıda verdiyimiz sual yaranır: insan başa düşsə də ki, əta etmək naminə işləmək lazımdır – və bununla belə, əta etmək üçün niyyət qurə bilməməsindən ağrı və əzab çəkmirsə, nə edə bilər? Onda o bilməlidir ki, bu, onda Yaradana tam inamın olması demək deyil və elə deyil ki,o, sadəcə əta etmək naminə niyyət qura bilmir. O bilməlidir ki, onun tam inamı çatmır. Axı Yaradana tam inam olduqda, "kiçiyin böyük qarşısında ləğv olması" deyilən təbiət qanunu mövcuddur. Ona görə də əgər onda həqiqətən də Yaradanın əzəmətinə tam inam olsaydı, o, avtomatik olaraq Yaradan qarşısında ləğv olunar və Ona heç bir ödəniş olmadan xidmət etmək istəyərdi.
Buna görə də belə çıxır ki, burada xisaron yoxdur, çünki onun təbiətini dəf etməyə gücü yoxdur, burada isə tam inam çatışmazlığı var. Hərçənd onun inamı var. Və bunun sübutu odur ki, o, yenə də Tövrat və ehkamlara riayət edir. Lakin bu tam inam zamanı olduğu kimi inam deyil. Yəni bütün mükəmməllik Onun əzəmətinə inanmaqdan ibarətdir. Və əgər insan tam inamının olub-olmadığını bilmək istəsə, o, əta etmək naminə işləməyə nə qədər hazır olduğunu, [özünün] bədəninin Yaradan qarşısında nə qədər ləğv olunduğunu yoxlaya bilər. Başqa sözlə desək, insanın əta etmək naminə işləyə bilməməsi xisarondur, lakin burada daha böyük xisaron var və bunda əsas onun tam inamının çatışmamasıdır.
Lakin insan görsə də ki, onun tam inamı çatmır, bununla belə, bu xisaron çatışmayan şeydən ağrı və əzab doğurmur. Əsl səbəb odur ki, o, bütün cəmiyyətə baxır və görür ki, bunlar mühüm insanlardır, statusa, təsirə malikdirlər, lakin onların tam inamdan məhrum olduğu hiss olunmur. Axı onlarla danışdıqda, onlar iddia edirlər ki, bu, yalnız seçilmişlər üçündür – geniş yayılmış fikrə uyğun olaraq. Və bu, insan üçün düzgün yolla irəliləməyə imkan verməyən səddə çevrilən böyük maneədir.
Ona görə də bizə əhatə dairəsi, yəni hamının tam inama gəlmək lazım olduğu barədə eyni fikirdə olacaq insan yığıncağı lazımdır. Və yalnız bu, insanı bütün cəmiyyətdə mövcud olan fikirlərdən xilas edə bilər. Və onda hər biri tam inam xüsusiyyətinə gəlmək istəyində digərini möhkəmləndirir ki, o, Yaradana həzz verə bilsin və bütün istəkləri bundan ibarət olsun.
Lakin tam inama xisaronla gəlmək məsləhəti bununla bitmir. Axı o, həm miqdar, həm də keyfiyyət baxımından adi halına nisbətən əməlləri artırmalıdır. Və əlbəttə ki, bədən buna müqavimət göstərir və soruşur: "Bu gün digərlərindən nə ilə fərqlənir?"17 Və o ona cavab verir: "Mən təsəvvür edirəm ki, əgər mənim tam inamım olsaydı, Yaradana necə xidmət edərdim. Ona görə də mən artıq tam inama layiq olmuş kimi eyni şəkildə işləmək istəyirəm". Və onda avtomatik olaraq tam inamı olmadığı üçün onda xisaron və ağrı yaranır, çünki bədənin müqaviməti onu inama olan ehtiyaca gətirib çıxarır. Lakin bu, şübhəsiz ki, məhz bədənə qarşı gedərək, onu məcbur edən zaman, yəni bədənlə onun istəyinə zidd olaraq işləyən zaman deyilir.
Belə çıxır ki, bu iki əməl, yəni onun adət etdiyindən daha böyük iş görməsi və bədənin müqaviməti onda tam inama olan ehtiyacı oyadır. Və o zaman bunun sayəsində onda kli yaranır ki, sonradan nur ona bürünə bilsin. Axı indi onun yuxarıda deyildiyi kimi, ürəkdə dua etmək üçün yeri, yəni xisaronu var. Və onda duanı eşidən Yaradan ona mükafat almaq üçün deyil, Padşaha xidmət edə biləcəyi inam nurunu verir.
Və buradan başa düşəcəyik ki, soruşduğumuz «maddi sümüklər üzərində xidmətlər və günahlar nə deməkdir?» sualı nəyi ifadə edir. Çünki sümüklər — «atsamot» — burada əşyanın mahiyyəti, «etsem» nəzərdə tutulur; bu isə insanın yerinə yetirdiyi Tövrat və ehkamları bildirir. Bu, bizə əməli şəkildə yerinə yetirmək üçün verilmişdir. Buna isə heç nə əlavə etmək olmaz, necə ki deyilib: «Nə əlavə et, nə də ondan əskilt»[18].
Və bu əməllərə günahlar və xidmətlər möhürlənmişdir. Yəni əgər o, həqiqət yolunda getmək istəyirsə və öz əməllərinin əta etmək naminə niyyətlə olub-olmadığını yoxlayırsa və o, həqiqəti sevən insandırsa və başqasının nə etdiyi onu maraqlandırmırsa, o, Tövrat və ehkamlarla lişma-da məşğul olub-olmadığını və ya hər şeyin öz xeyrinə [edildiyini] bilmək istəyirsə – onda o görür ki, o, eqoist sevgiyə qərq olub və ordan öz gücü ilə çıxmağa qadir deyil.
Belə çıxır ki, o, Yaradana fəryad edir ki, O ona eqoist sevgidən çıxmağa və yaxınını və Yaradanı sevməyə layiq olmağa kömək etsin. Və "Yaradan Ona həqiqətən çağıran hər kəsə yaxındır"19. Buna görə də o, Yaradana sığınmağa layiq olur. Onda belə çıxır ki, xidmətlər onun sümüklərinə möhürlənmişdir, çünki yerinə yetirdiyi Tövrat və ehkamlar ağ xüsusiyyəti adlanır, belə ki əmələ münasibətdə hər şey ağdır, yəni müsbətdir, çünki onlara əlavə edəcək heç nə yoxdur. Və yalnız yoxladıqdan sonra o gördü ki, onun niyyəti qaydasında deyil və gördü ki, onların üzərində qaranlıq hökmranlıq edir, çünki hər şeyi əta etmək naminə niyyətlə etdiyi zaman sığınma adlanan formaca bənzərlik olmadığından o, qopmuş haldadır, eqoist sevginin hakimiyyəti altındadır.
Belə çıxır ki, o, ağ sümüklərin, yəni yuxarıda Zoar kitabının sözlərində deyildiyi kimi, ağın üzərində qalan qaranlıq vəziyyətindədir. Başqa sözlə desək, o, yerinə yetirdiyi Tövrat və ehkamların üzərində nurdan ayrılmalı olan qaranlıq vəziyyətinin qaldığını görür. Axı nur əta etmək xüsusiyyətidir, o isə hər şeyi almaq naminə edir. Axı o, özünü sevməyə aid olan şeydən başqa heç nə edə bilmir.
Belə çıxır ki, onun sümükləri, yəni əməl planında Tövrat və ehkamlar – ağdır, bu o deməkdir ki, əməldə əlavə edəcəyi heç bir çatışmazlıq yoxdur. Yalnız bu ağa qurduğu yoxlama sayəsində o, orada qaranlığın qaldığını görür. Və əgər o, bunu düzəltmək üçün diqqət yetirirsə, çünki qaranlıqda qaldığı üçün ağrı və əzab hiss edir və Yaradana dua edir ki, O ona kömək etsin və onu özünü sevməkdən çıxarsın – bunun sayəsində o, sonradan Yaradana sığınmağa layiq olur.
Və bu, "salehin xidmətləri sümüklərinə möhürlənmişdir"7 adlanır, yəni ağ sümüklərində apardığı yoxlama ona ölülərdən dirilməyə layiq olmağa imkan verdi, axı "günahkarlar həyatlarında ölü adlanırlar"20, çünki onlar həyat Mənbəyindən ayrıdırlar. Buna görə də onlar Yaradana sığınmağa layiq olduqda, bu, onların ölülərin dirilməsi vəziyyətinə layiq olduqları adlanır.
O zaman «günahkarın günahları onun sümükləri üzərində həkk olunub»[7] ifadəsini necə başa düşmək olar? Axı günahkar hələ də eqoist sevgiyə qərq olmuş insan adlanır, çünki saleh xeyirxah, xeyirxahlıq isə əta etmək adlanır, deyildiyi kimi: «Qəlbimdən yaxşı iş axıb, əməlimi Padşaha bəyan edəcəyəm»[21]. Bu: «Yaxşı iş» nədir? Onun «əməlini Padşaha» bəyan edə bilməsidir, yəni bütün əməllərinin öz mənfəəti üçün deyil, Yaradan üçün yönəlməsi deməkdir.
Ona görə də "səxavətli [hərfi: "xeyirxah gözə malik olan"] xeyir-dua alacaq"22. Buna görə də əmələ münasibətində Tövrat və ehkamlara malik olan həmin insanlar üçün bu "sümük"dür23, çünki Tövrat və ehkamlar Yaradan tərəfindən onları yerinə yetirmək üçün verilmişdi. Və bu, "ağ" adlanır, çünki bu əməllərin heç bir çatışmazlığı yoxdur, necə ki, deyilmişdir: "Əlavə etmə və əskiltmə"18. Buna görə də bu, yuxarıda deyildiyi kimi, onun "ağ sümükləridir".
Və onun günahları ağ olan sümüklərinə möhürlənmişdir, çünki o, əməllərinin əta etmək naminə yönəlib-yönəlmədiyini yoxlamamışdı və bütün cəmiyyətə – onların Tövrat və ehkamları necə yerinə yetirdiyinə güvənirdi. Onlar isə deyirlər ki, [onları] göylər naminə yerinə yetirmək seçilmişlərə aid olan işdir və hər bir insan əta etmək naminə niyyətlə işini yerinə yetirməyin qayğısına qalaraq bu yolla getməməlidir.
Və bu, "sahiblərin fikri" adlanır. "Tövratnın fikri" isə başqadır. Məlum olduğu kimi, "sahiblərin fikri Tövratın fikrinə ziddir"24. Çünki sahiblərin fikri ondan ibarətdir ki, insan Tövrat və ehkamlarla məşğul olduqda, mülkiyyəti böyüyür və genişlənir, yəni o, daha böyük sahib olur, yəni etdiyi hər şey özünü sevməyə daxil olur.
Eyni zamanda, müdriklərimizin "Budur Tövrat, qoy insan çadırda ölsün"25 ayəsi haqqında dedikləri Tövratın fikri, "Tövrat yalnız onun uğrunda özünü öldürəndə həyata keçirilir"26, bu o deməkdir ki: "öz eqosunu öldürür", yəni o, özünü sevməyi öldürür. Bu halda onun heç bir mülkiyyəti yoxdur, çünki mülkiyyəti aid edə biləcəyimiz heç bir sahib yoxdur, axı onun bütün istəyi yalnız əta etməkdir, almaq deyil. Belə çıxır ki, o, öz eqosunu ləğv edir.
Alınır ki, «günahkarın günahları onun sümüklərində həkk olunmuşdur»⁷. Yəni o, Tövrat yolu ilə getmədiyi üçün belədir, çünki Zoar kitabında deyildiyi kimi, Tövrat «ağ fonda qara» adlanır, orada deyilir ki, buna görə də savablar onun sümüklərində həkk olunur, belə ki sümüklər ağdır, qara yazı isə yalnız ağ fonda görünür. Tövrata bənzər şəkildə, yəni əgər ağ varsa, yəni o, Tövratı və ehkamları yerinə yetirirsə, deyilə bilər ki, ya o, Tövrata bənzəyir və onda ağ fonda qara var, – onda o, (qovuşmağa) çatmağa çalışır, – ya da o, ağ sümüklərlə qalır və onların üzərində heç nə yazmır. Buna görə də o, «günahları sümüklərində həkk olunmuş günahkar» adlanır⁷. Eyni zamanda, ağı olmayanlar, – yəni onların əməl baxımından Tövratı və ehkamları yoxdur, – günahkar vəziyyətinə aid deyillər, onlar heyvan vəziyyətinə aiddirlər, yəni onlar sadəcə canlı məxluqlardır.