Barux Şalom Alevi Aşlaq (Rabaş)
İnsan Yaradan qarşısında ehtiramla qorxunun nə olduğunu nə zaman bilir
Məqalə 35, 1985
Zoar kitabında, Vaetxanan fəslində deyilir: «Və sonra xüsusi formada 'prat', yəni insan Yaradan qarşısında ehtiramla qorxula qorxunun nə olduğunu bildikdə, yəni sevgi səbəbindən yaranan ehtiramla qorxula qorxu olan məhz malxut xüsusiyyətini dərk etdikdə. Və bu, Yaradanı sevməyə imkan verən mahiyyət və təməldir. Bu ehtiramla qorxu Tövratın bütün ehkamlarına əməl olunmasına gətirib çıxarır ki, insan layiqincə Yaradanın sadiq qulu olsun»1. Sitatın sonu.
Və başa düşmək lazımdır ki, nə üçün: «O, sevgi səbəbindən yaranan ehtiramla qorxu olan məhz malxut xüsusiyyətini dərk etdikdə»deyilmişdir. Bu o deməkdir ki: o, malxutun özünə, yəni sevgi xüsusiyyətinə layiq görüldükdə. Və bu sevgi onda ehtiramla qorxu oyadır. Bəs sevgi onda nə üçün ehtiramla qorxu oyadır? Həmçinin başa düşmək lazımdır ki, sevgi xüsusiyyətinə artıq layiq görüldükdən sonra ehtiramla qorxu nədir?
Və bunu atam və müəllimimin aşağıdakı ayəni izah etdiyi kimi izah etmək lazımdır: «Və İbrahimin sürüsünün çobanları ilə Lotun sürüsünün çobanları arasında mübahisə oldu»2. İbrahim «inamın atası» adlanır, çünki onun bütün işi heç bir dəstək olmadan, həyatında qurmaq istədiyi bütün binanı söykəyə biləcəyi heç bir dayaq olmadan, bilik üzərində inam üzərində qurulmuşdu. Və o, «mükəmməllikdə gəzirdi»3, çünki məhz bilik üzərində inamda o, Yaradana yaxınlaşa bilər, axı o, yalnız bunu [öz] həyatının məqsədi görürdü.
Və bilik daxilində Yaradanla birləşməyə layiq olmağa çalışaraq, o, ağlın onu başqa cür düşünməyə məcbur etdiyini gördü, çünki [baxışını] hara yönəltsəydi, İdarəetmədə,Yaradanın məxluqlarla necə davranmasında ziddiyyətlər görürdü . Onda o başa düşdü ki, Yaradan onun Ona məhz bilik üzərində xidmət etməsini istəyir. Və başa düşdü ki, əgər bilik daxilindəki yol insanı Yaradanla birləşməyə gətirib çıxarmaqda daha qadir olsaydı, Yaradan şübhəsiz ki, başqa cür davranardı, «çünki sənə necə hərəkət etməyi kim deyə bilər»4.
Və o inanırdı ki, onun bilik üzərində getməkdən başqa yolunun olmaması qəsdən edilib – Yaradan ona görə belə edib ki, məhz bu yol insanın xeyrinə olacaq. Buna görə də o qərara gəldi ki, Yaradana məhz bilik üzərində xidmət etmək istəyir. Başqa sözlə desək, əgər onda Yaradanın İdarəetməsini bilik daxilində dərk edib qəbul etmək imkanı olarsa, o, bunun əleyhinədir, çünki o, bilik üzərində olan işinə dəyər verir, çünki bu halda o, niyyətinin yalnız Yaradana həzz verməyə yönələcəyinə daha çox əmindir. Amma əgər o görürsə ki, Yaradanın İdarəetməsi onda bilik daxilinə bürünür və o zaman onun bilik üzərində getməyə imkan verən seçimi qalmır, axı hər şey ona açılıb, o nə edə bilər?!
Və atam və müəllimim izah etdi ki, ona açılan hər hansı nur və Ali xeyir açılışını görəndə o, bunun barəsində demirdi ki, indi o razıdır və artıq bilik üzərində getməyə məcbur olmayacaq, çünki bu, bədənin razı olmadığı işdir. Axı bədən istinad edə biləcəyi hər hansı bir dayaq olduqda daha çox həzz alır. Yəni insanın yaratdığı bütün səylər və bütün binalar hansı təməl üzərində qurulub? Onlar ağıl təməlində qurulub, yəni ağıl onu belə hərəkət etməyə məcbur edir. Və buna görə də ağlın etdiyi hər şeyin düzgün olduğunu deyə bilmədiyi yerdə, bu yolla getmək şübhəsiz ki, onun üçün çətindir.
Ona görə də harada ki bilik daxilində nəsə dərk etmək imkanı var, o dərhal özünün «bilik üzərində» təməlini kənara atır və dərhal ağıla əsaslanan yeni təməl üzərində işləməyə başlayır. Və onun səylərində söykənə biləcəyi dayağı artıq var və artıq Yaradanın köməyinə ehtiyac yoxdur. Axı bilik üzərində getmək çətindir. Buna görə də ona həmişə Yaradanın köməyi lazımdır ki, bilik üzərində getməyə gücü olsun.
İndi isə, ağıl ona: «İndi sənin ağıl və bilik kimi dayağın var və sən artıq dərk edilə biləcək şeyləri dərk edərək Yaradanın köməyi olmadan tək irəliləyə bilərsən» – o zaman onun üçün məsləhət odur ki, o desin: «İndi mən görürəm ki, əsl yol məhz bilik üzərində getməkdir, çünki məhz bilik üzərində, Yaradanın bəyəndiyi yolla getdiyim sayəsində mən indi Yaradana yaxınlaşmağa layiq oldum». Və bunun sübutu odur ki, o, indi Yaradanın işində, həm Tövratda, həm də duada dad hiss edir.
Buna əsasən belə çıxır ki, onun Yaradana yaxınlaşmağa layiq görüldüyü və indi Yaradanın sevgisini hiss etdiyi şey, o bunu indi iş üçün təməl kimi, yəni Yaradanın işi üçün dayaq kimi götürmür, ona görə ki, ağıl ona Tövrat və ehkamları yerinə yetirməyi vacib bilir və artıq inam yolu ilə bilik üzərində getmək lazım deyil. Lakin o, inam xüsusiyyətini pozmaqdan ehtiyat edir, yəni indi «bilik daxilində» yolunu qəbul etməkdən və inam xüsusiyyətini kənara atmaqdan qorxur.
Axı inam malxut adlanır. Və o zaman hesab olunur ki, o, inam xüsusiyyətinə etinasızlıq göstərib və onu pozub. Axı indi aydın oldu ki, o, əvvəldən inam xüsusiyyətini başqa seçimi olmadığı üçün götürmüşdü, əks halda onu götürməzdi. Və o m ki, o, bundan qurtula biləcəyini görür, o dərhal ona etinasızlıq göstərib kənara atır və onun əvəzinə bilik xüsusiyyətini qəbul edir. Və bunun haqqında deyilmişdir: «Çünki Mənə ehtiram edənlərə Mən ehtiramla yanaşacağam, Məni alçaldanlar isə rüsvay olacaqlar»5. Həmçinin deyilmişdir: «Çünki Yaradanın yolları düzdür, salehlər onların üzəri ilə keçəcək, günahkarlar isə büdrəyəcəklər»6.
Və buradan biz soruşduğumuzu başa düşə biləcəyik: malxut xüsusiyyətinə, yəni sevgi səbəbindən olan ehtiramla qorxuya artıq layiq görüldükdən sonra... Və biz soruşduq: əgər onda artıq sevgi varsa, o zaman ehtiramla qorxudan necə danışmaq olar? Və artıq sevgi xüsusiyyətinə layiq görüldükdən sonra hansı ehtiramla qorxudan danışmaq olar?
Və atam və müəllimimin izahına əsasən, o, İbrahimın sürüsünün çobanlarının nə demək olduğunu izah etdi, biz bunu sadəliklə başa düşə bilərik. Axı o dedi ki, «İbrahimın sürüsünün çobanları» o deməkdir ki, İbrahim inam xüsusiyyətini otarırdı. Sürü 'mikne' «əldəetmə» 'kinyan' sözündəndir, yəni layiq görüldüyü bütün əldəetmələr onun inamını otarırdı. Yəni o dedi: «İndi mən görürəm ki, inam yolu əsl yoldur, çünki mən Yaradana yaxınlaşmağa layiq oldum, buna görə də bu andan etibarən mən yalnız bilik üzərində inam yolu ilə getməyi qəbul edirəm».
Lotun sürüsünün çobanları ilə başqadır. Onun əldə etdiyi və götürdüyü qazanclar Lot xüsusiyyətinə aid idi. Zoar kitabı Lotu «lənətlənmiş torpaq» 'eres de-etlatia' adlandırır. Yəni orada xeyir-dua üçün yer yoxdur, buna deyirlər: «Yaradanın xeyir-dua verdiyi tarladır». Və bu – lənət yeridir, yəni «bilik daxilində» xüsusiyyətidir, necə ki, ağıl onu nəyə məcbur edirsə, o da onu edir. Lakin o, Yaradanın yolu ilə getməyə başlayanda, o da bilik üzərində inam ilə başladı. Lakin o həmişə gözləyirdi: «Mən nə zaman artıq bu bilik üzərində işdən qurtula biləcəyəm?»
Axı bədən həmişə ondan Tövrat və ehkamlarda səylərinə söykənə biləcəyi hər hansı bir təməl tələb edir. Axı onun işi ağıl üzərində qurulduqda və ağıl ona bu işin xeyrini başa saldıqda, bədən ağlın onu məcbur etməsinə uyğun olaraq böyük səylə və nəhəng təkidlə işləyir.
Bu, gecə saat 12-də yatmağa gedən, çox yorulmuş və qızdırması olduğundan yataqdan qalxa bilməyən insana bənzəyir. Qonşu otaqlarda yanğın başlayıb və ona gəlib dedilər ki, tez yataqdan qalxsın, əks halda evdən çıxa bilməyəcək və yana bilər. Və onda ağıl onu heç bir şübhə olmadan 100% məcbur edir ki, əgər o, öz vəziyyətinə – bir çox səbəblərə görə yataqdan qalxmağın nə qədər narahat olduğuna baxsa, o, yana bilər. Və şübhə yoxdur ki, o, heç bir mübahisə etmədən yataqdan tullanıb qalxacaq, çünki səylərini qurmalı olduğu təməl bunun sərfəli olduğunu məcbur edən ağıldır. Buna görə də o, şübhəsiz ki, hər şeyi heç bir şübhə etmədən edəcək.
Belə çıxır ki, harada ki ağıl səylər göstərməyə məcbur edir, orada bu səylərin qiymətinə baxmırlar, sərfəliliyinə baxırlar, yəni bu səylərin köməyi ilə nə əldə edə biləcəyinə baxırlar. Lakin bilik üzərində işlədikdə, o həmişə bədənin təzyiqi altındadır ki, bədən ondan soruşur: «Sənin düzgün yolla getdiyinə nə üçün əminsən? Məqsədə çatmaq üçün sərf etdiyin səyləri həqiqətən də sərf etməyə dəyərmı? Bu, həqiqətən də yerinə yetiriləndirmi və sən axtardığın məqsədə çata biləcəksənmi?»
Ona görə də onun həmişə yüksəlişləri və enişləri olur, çünki gah ağıl qalib gəlir, gah da «bilik üzərində» qalib gəlir. Və o bütün vaxtı düşünür: «Mən öz işimi bilik daxilində qura biləcəyim zaman nə vaxt gələcək? Və onda mənim möhkəm təməlim olacaq, çünki hər şeyi sağlam düşüncəyə uyğun qura biləcəyəm. Və onda mənim, sağlam düşüncəyə əsaslanan hər şeydə olduğu kimi, Yaradanın işində də heç bir enişlərim olmayacaq». Lakin o bilmir ki, əldə etməyə ümid etdiyi şeydən o, xeyir-dua deyil, lənət qazanacaq. Axı «bilik daxilində» – Sitra Axranın birləşdiyi yerdir. Yuxarıda deyildiyi kimi, Yaradan seçib ki, Yaradanla birləşməyə gəlmək istəyənlər üçün məhz bilik üzərində [yol] Ona yaxınlaşmağa nail olmağın əsl yoludur.
Və bu, Lotun pilləsidir,«lənətlənmiş torpaq» 'are de-etlatia' – daxilində lənət gizlənmiş torpaqdır, xeyir-dua deyil. Və buna «Lotun sürüsünün çobanları» deyilir ki, o, həmişə «bilik daxilində» xüsusiyyətində, yəni lənət adlanan Lotda qazanclar axtarırdı. Və ona görə deyilmişdir: «Və İbrahimın sürüsünün çobanları ilə Lotun sürüsünün çobanları arasında mübahisə oldu»2, yəni mübahisə onda idi ki, hər biri haqlı olduğunu deyirdi.
Axı Lotun sürüsünün çobanları xüsusiyyətinə aid olanlar deyirdilər: «Əgər biz öz təməlimizi “bilik daxilində” adlanan ağıl üzərində qura bilsək, bizim yüksəlişlərimiz və enişlərimiz olmayacaq. Axı biz həmişə yüksəliş vəziyyətində olacağıq. Çünki harada ki ağıl əməllər törətməyə məcbur edir, heç kim onlara mane olmayacaq. Belə olan halda, bizim seçimimiz olmadıqda, biz bilik üzərində getməyə məcburuq, lakin bilik daxilində yol seçmək imkanımız yarananda isə əksinə, biz deməliyik ki, bu gündən etibarən işdə enişlərimizin olmayacağından bundan yuxarıda həzz var . Belə olan halda, heç bir şübhə yoxdur ki, bizim yolumuz daha düzgündür».
Lakin İbrahim sürüsünün çobanları, yəni əsası məhz bilik üzərində inama söykənən həmin insanlar dedilər: «Əgər Yaradan bizim ağıl əsasında işləməyimizi istəsəydi, O, əvvəldən bizimlə gizlilikdə davranmazdı. Lakin bu, şübhəsiz ki, ən uğurlu yoldur. Və buna görə də biz bilik üzərində inamdan necə qurtulmağın imkanını axtarmamalıyıq. Və əgər biz hansısa ağıl və Yaradana yaxınlıq əldə etsək, biz bunu inamı kənara atmağa imkan verən təməl kimi götürməyəcəyik, əksinə deyəcəyik: “İndi mən görürəm ki, bu, əsl yoldur, çünki onun sayəsində mən yaxınlaşmağa layiq oldum”». Buna görə də o, qalib gəlməli və bu öhdəliyi qəbul etməlidir ki, bu gündən etibarən o, inamdan qurtulmağın heç bir imkanını axtarmayacaq, əksinə, bilik üzərində inamda möhkəmlənəcək.
Və buradan Zoar kitabının ifadəsini başa düşəcəyik,hansı ki, deyir: malxutun özünün xüsusiyyətinə, yəni sevgi səbəbindən ehtiramla qorxu olan sevgiyə layiq görüldükdən sonra – və biz soruşduq ki, orada artıq sevgi xüsusiyyəti olduğu halda ehtiramla qorxunun burada nə dəxli var, həmçinin: ehtiramla qorxu xüsusiyyəti nədir?
Və yuxarıda deyilənlərə görə belə çıxır ki, o, sevgi xüsusiyyətinə layiq görüldükdən sonra, indi onu işləməyə məcbur edən bundan böyük heç nə yoxdur. Axı bu, bilik daxilində olan təməldir. Çünki indi ağıl onu işləməyə məcbur edir. Axı dünyada qəbul olunub ki, sevdiyin adama xidmət etmək istəyirlər. Belə olan halda inam üçün artıq yer qalmır. Axı o zaman [bilik] «üzərində» [inamdan] necə danışmaq olar?
Və buna görə də o qorxur ki, indi inam xüsusiyyətini pozmasın, çünki indi bədən işdən daha çox həzz alır, axı onun bilik daxilində dayağı var. Və əgər o, inamı pozarsa, belə çıxır ki, «əvvəlcədən mövcud olan aşkar olur» – ki, onda olan bilik üzərində inam məcburi idi, yəni o, ona hörmət etmirdi, bütün vaxtı «mən bundan nə vaxt qurtula biləcəyəm və inam xüsusiyyəti ilə deyil, bilik xüsusiyyəti ilə işləyə biləcəyəm» deyə gözləyirdi.
Və o zaman, inam xüsusiyyətini pozduğu üçün, o, dərhal öz pilləsindən düşür və dərhal Yaradandan uzaqlaşır, çünki bilik xüsusiyyəti almaq xüsusiyyətidir. Məlumdur ki, özünə sevgi olan almaq xüsusiyyəti bizdə iki növdə başa düşülür: 1) moxa (ağılda), 2) liba ( ürəkdə).
Belə çıxır ki, o, artıq sevgi xüsusiyyətinə layiq görüldükdə, sevginin özü onda qorxu oyadır, çünki o, bilik xüsusiyyətinə tərəf çalışacağından qorxur. Buna görə də onun almaq istəyinə düşməməsi üçün böyük ehtiyatlılığa ehtiyacı var. Və o zaman bizə aydın olur ki, sevginin özü qorxuya gətirib çıxarır. Və indi biz artıq sevgidən yaranan qorxunun nə olduğunu bilirik, yəni o, bu sevgi ucbatından eqoist sevgiyə düşməkdən qorxur.
Və bununla birlikdə biz atam və müəllimimin dediyi böyük qaydanı başa düşə biləcəyik: hərçənd qəbahətin ardınca cəzanın gəldiyi qəbul olunub, lakin daxili hissədə bu tamamilə başqa cür başa düşülür və bunu başa düşmək bir az çətindir. Və o dedi ki, biz bilməliyik ki, qəbahətin özü cəzadır, cəza isə artıq islahdır.
Və bu haqda soruşmaq olar: əgər qəbahət elə cəzanın özüdürsə, o zaman qəbahət nədən ibarətdir? Və yuxarıda deyilənlərdən biz izah edə biləcəyik ki, qəbahət məhz yüksəliş zamanı baş verdi, yəni məhz o, sevgi xüsusiyyətinə layiq görüldükdə, onda sevgi xüsusiyyətini təməl kimi götürmək istəyi yarandı və o, yuxarıda deyildiyi kimi, Lot sürüsünün çobanlarının yanaşmasına uyğun olaraq inamı kənara atdı.
Və o zaman o, eniş aldı və yenidən eqoist sevgiyə düşdü, və bundan müxtəlif növ günahlar əmələ gəlir. Belə çıxır ki, o, uğursuzluğa məhz yüksəliş zamanı düçar oldu, axı o, əksinə düşünürdü ki, sevgi xüsusiyyətini səylər göstərməyə imkan verən dayaq və təməl olaraq qəbul edəcəyi sayəsində, onda artıq enişlər olmayacaq. Axı ağılın əmr etdiyi kimi hərəkət etdiyimiz yer sağlam yoldur və oradan o heç vaxt düşməyəcək. Və bu, əsl qəbahət idi. Və buna deyirlər: «Hər bir əlavə edən pisləşdirir»7. Belə çıxır ki, onun eqoist sevgiyə düşməsi inam xüsusiyyətində pozduğu şeyə görə cəzadır. Və aldığı cəza düzgün yola yenidən qalxmağa imkan verən islahdır.