<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Barux Şalom Levi Aşlaq (Rabaş)

Və Yaqub çıxdı

Məqalə 10, 1985

"Və Yaqub çıxdı" (1). Raşi bunu belə izah etmişdir: "Və yalnız belə yazılmalı idi: "Və Yaqub Xarana getdi". Bəs onun çıxışı niyə xatırlanır? Bu ona görədir ki, desinlər: salehin müəyyən bir yerdən çıxması iz buraxır. Çünki saleh şəhərdə olarkən o, onun əzəmətini, parıltısını, gözəlliyini təmsil edir. O, ordan getdi – onun əzəməti yox oldu, parıltısı yox oldu, gözəlliyi yox oldu" (2). Sitatın sonu.

Yuxarıda deyilənləri iş müstəvisində başa düşmək lazımdır. Saleh kimdir və saleh getdiyi an hansı izi buraxır?

İzah etmək lazımdır ki, Yaradan saleh adlanır, necə ki, deyilir: "Yaradan salehdir, mən və xalqım isə günahkarıq" (3). Bu o deməkdir ki, insan Yaradana yaxınlaşdıqda – yəni Yaradanın ona yaxın olduğunu hiss etdikdə, çünki Yaradanın ona yaxşılıq etdiyini hiss edir – o zaman onun Tövratda dadı və duası olur. Və gördüyü bütün işlərdə o, Yaradanın ona yaxın olduğunu hiss edir. Və nə etsə də, hər şeyi sevinc və ruh yüksəkliyi ilə edir.

Və sonra o, enişə gəlir, yəni Tövratnı öyrənməkdə və yaxşı əməllərdə dadı yoxdur və onda yalnız bir vaxtlar yüksəlişdə olduğu vaxtın olduğuna dair bir iz qalır. Və o, həqiqətən də Tövratda və ehkamlarda dadı hiss edirdi və o zaman onun sevinc vəziyyəti var idi. Və bu qalan iz onu keçmiş vəziyyətə qayıtmaq üçün darıxmağa məcbur edir. Başqa sözlə, bir müddət sonra onda qalan iz sayəsində o oyanır və [onu] əvvəlki vəziyyətə – yüksəliş vəziyyəti adlanan vəziyyətə qayıtmağa imkan verən hər hansı bir məsləhət axtarmağa [məcbur edir]. İndi isə o, öz alçaqlığını, hər hansı bir ruhani hadisədən nə qədər uzaq olduğunu hiss edir.

Və burada sual yaranır ki, bu eniş ona nə üçün verilib. Bundan kim qazanır? Yoxsa ona cəza kimi verilib, çünki indi günah işlədiyi şeydə özünü islah etməlidir. Lakin o, olduğu yüksəliş vəziyyətindən hansı günah ucbatından endiyini bilmir. Bu halda o, nəyi islah edəcəyini bilmir. Belə çıxır ki, o, özündə enişə gəlib çıxmasına səbəb olan heç bir qüsur görmür. Lakin istəməsə də deməlidir ki, bu, Yaradandan gəlib. Onda sual yaranır ki, onu pilləsindən endirməklə O nə qazandı?

Və beləliklə, müdriklərimizin dediklərini izah etmək olar: «Salehin müəyyən bir yerdən çıxması iz buraxır»[2]. Çünki «yüksəliş zamanı» adlanan vəziyyət Yaradanın həmin yerdə, yəni bədəndə olması deməkdir və o zaman O, insanda Tövratdan və ehkamlardan gələn hissləri və ruh yüksəkliyini oyadır. Lakin insan Yaradanın öz daxilində olmasına kifayət qədər əhəmiyyət verə bilmədiyi üçün, deyildiyi kimi: «Mən onların murdarlıqları içində onlarla birlikdə olan Yaradanam»[4] – insan öz daxilində Kimin olduğunu bilərək buna necə dəyər verə və lazımi ölçüdə hörmət göstərə bilər? Beləliklə, ona heç vaxt daha yüksək dərəcəyə nail olmaqda kömək etmək mümkün olmayıb, çünki onun işində şübhələri var.

Buna görə də onu aşağı saldılar ki, o, yuxarıdan onu necə yüksəltdiklərini və yaxınlaşdırdıqlarını qiymətləndirməyi bir daha öyrənsin, halbuki o, buna dəyər vermir. Əgər soruşsanız ki, insanın yüksəliş vəziyyətini qiymətləndirməsi nə üçün lazımdır, bunu atam və müəllimimdən eşitdiyim kimi izah etmək olar: nurda dərəcələr yoxdur, bütün böyüklük və ya «gadlüt», yaxud kiçiklik və ya «katnut» kelimlərin qavrayışından asılıdır – kelimlər nuru nə dərəcədə qavrayırsa, nurun böyüklüyü də o qədərdir. Buna görə o deyirdi ki, əgər insan yuxarıdan nəsə alırsa və bunu qiymətləndirmək üçün kifayət qədər ağlı varsa, onun nuru da eyni şəkildə artır və ona daha böyük nur lazım olmur; əksinə, insan bu nuru qiymətləndirdiyinə görə, həmin nur özü böyüyür və ona hər dəfə daha yüksək dərəcədə nur saçır.

Buradan belə çıxır ki, pilləsindən düşməsinə səbəb olan bütün günah ondan ibarət idi ki, o, öz vəziyyətini qiymətləndirmirdi və onun qane olmaq hissi var idi. Buradan belə çıxır ki, o, əbədi olaraq bu səviyyədə qalmalı idi. Buna görə də aldığı eniş ona xeyri üçün idi, çünki onun sayəsində müqəddəslik pillələri ilə qalxmaq qabiliyyəti olacaqdır.

Buna görə də "salehin müəyyən bir yerdən çıxması iz buraxır. Çünki saleh şəhərdə olarkən o, onun əzəmətini, parıltısını, gözəlliyini təmsil edir" kəlamının  (2) izahı belədir ki, bütün əhəmiyyət onun içində idi, lakin o, bu vacibliyi qiymətləndirməyi bacarmırdı, ona görə də: "O, ordan getdi – onun əzəməti yox oldu, parıltısı yox oldu, gözəlliyi yox oldu" (2).

Belə çıxır ki, "salehin müəyyən bir yerdən çıxması iz buraxır" (2). Yəni o bilməlidir ki, saleh şəhərdə olarkən onun "əzəmətini, parıltısını, gözəlliyini" qiymətləndirməyə fikir vermədiyi üçün o yox oldu, yəni yuxarıda göstərilən bütün əhəmiyyət pillələrinin vacibliyi onda yox idi. Buna "iz buraxır" deyilir, yəni onda belə bir iz qalmalıdır ki, "salehin bu ünvandan getməsinin səbəbi" yox olmaqdan ibarət idi, yəni əslində bütün pillələr orada idi, lakin o, buna diqqət yetirmirdi. Axı o bilməli idi ki, nurda dəyişikliklər yoxdur, hər şey kelimlərdən asılıdır. Belə çıxır ki, demək olar ki, bu gediş günah ucbatından deyil, onun müqəddəslik pillələri ilə qalxmaq imkanı olması üçün baş verdi.

Müdriklərin yuxarıda qeyd olunan "salehin müəyyən bir yerdən çıxması iz buraxır" ifadəsini həm də belə izah etmək olar ki, insan nəzərdə tutulur, burada [vəziyyət,] "saleh şəhərdə olarkən" o deməkdir ki, insan İdarəetməyə haqq qazandıra bilər. Və o zaman, o, içində olduğu vəziyyəti dəf edərkən deyəndə ki, şübhə yoxdur ki, xeyirxah olan və xeyir verən Yaradan məni xeyirxah və xeyir verən kimi idarə edir, lakin O istəyir ki, mən özümü hiss etdiyim kimi hiss edim – belə çıxır ki, o, İdarəetməyə haqq qazandırır. Və o, dərhal əta etmək işinin və bilik üzərində işin əhəmiyyətini görür. Buna da "saleh şəhərdə olarkən, o, onun əzəmətini, parıltısını, gözəlliyini təmsil edir" (2) deyilir. Yəni o zaman o, bütün bu keyfiyyətləri [görür].

«O, oradan getdi» – yəni O, İdarəetməyə haqq qazandırmaqdan çıxıb və hər şeyi bilik daxilində görmək istəyir. Və onda əta etmək üçün işdə heç bir dad hiss etmir. Və o zaman: «Onun əzəməti yox oldu, onun parıltısı yox oldu, onun gözəlliyi yox oldu»[2]. Və o, yenidən eqoist sevgiyə düşür. Başqa sözlə, onda yalnız «bilik daxilində» əsasında qurulan iş haqqında təsəvvür qalır.

Və buna "salehin müəyyən bir yerdən çıxması iz buraxır" (2) deyilir. Bu o deməkdir ki, yalnız o zaman, salehin çıxması sayəsində onun ağlında: "İndi ki mən işdə dad hiss edirəm, artıq bilik üzərində işlə getməli deyiləm" fikri yarandıqda, – bu onu "salehin bu ünvandan çıxmasına" gətirib çıxarır. Bu, onda iz buraxır – ki, bu gündən etibarən o, özünü necə qorumağı və bilik üzərində işdən çıxmamağı bilsin. Və atamdan və müəllimimdən eşitdiyim kimi, insan indi dəstəyi olanda artıq göylə yer arasında asılı qalmadığını deyən andan etibarən o, öz pilləsindən düşməlidir, çünki o zaman o, "bilik üzərində" vəziyyətini pozur.

Buradan belə çıxır ki, məhz malik olduğu pillədən çıxış o izi buraxır ki, o, inam vəziyyətini bilik üzərində pozmamaq üçün necə ehtiyat etmək lazım olduğunu bir daha bilsin və həmişə Ali İdarəetməyə haqq qazandırsın.

"Və bax, nərdivan yerdə dayanır, zirvəsi isə göylərə çatır; və bax, Qüdrətli Yaradanın mələkləri onun üzərində qalxır və enirlər" (5). Şərhçilər soruşurlar: "enirlər", sonra isə "qalxırlar" deyilməli idi? Bunu işə münasibətdə başa düşmək üçün izah etmək lazımdır ki, "nərdivan" insana işarə edir və insan aşağıda yerdə dayanır, lakin insanın başı göylərə çatır. Yəni insan yuxarıya doğru getməyə başlayanda göylərə çatır və nərdivanın yerdə dayanmasına görə narazı olmamalıdır.

Lakin əvvəlcə "yerdə" nə deməkdir – bunu başa düşmək lazımdır, çünki biz görürük ki, yer ən aşağı şeydir, bundan aşağısı yoxdur. Və buna baxmayaraq, biz görürük ki, bütün gözəl binalar və yaxşı bəhvələr məhz yerdən gəlir.

Məlumdur ki, "yer" təməl olan almaq istəyinə işarə edir və dünyada mövcud olan bütün yaradılış və bütün şər məhz bu istəklərdən qaynaqlanır. Məlum olduğu kimi, bütün müharibələrdə və qətllərdə və s. – almaq istəyi bütün bunların köküdür. Və buna "nərdivan yerdə dayanır" deyilir, yəni insan dünyaya gəldiyi ilk vaxtlarda "istəyəcəyəm" sözündən, yəni "mən almaq istəyirəm" sözündən "ar-tsa" – yerdə dayanır. Və bu, daha da aşağısı olmayan alçaqlıq vəziyyətidir. Lakin "başı göylərə çatır" məhz nərdivanın "yerdə", yəni "istəyəcəyəm"də dayanması sayəsində olur, çünki "arts-a" sözünün iki mənası var:

 

1."İstəyəcəyəm" sözündən "er-tse", yəni "mən istəyirəm";

 

2."Yer" sözündən "erets", yəni alçaqlıq xüsusiyyəti.

 

Məlum olduğu kimi, yaradılışın mahiyyəti təkcə almaq istəyidir, çünki yaradılışın əvvəlində yalnız almaq istəyi yarandı. Və sonra forma oxşarlığı adlanan islahatlar baş verdi, bu o deməkdir ki, yer adlandırılan aşağıdakı, göylər adlandırılan əta edənə bənzərliyə gəlib çıxır. Və bunu belə izah etmək olar ki, insan "yer"də dayanmasına baxmayaraq, yenə də elə bir islahat aparmağa qadirdir ki, zirvə nərdivanı adlanan başı göylərə çatsın, göylərlə forma oxşarlığında olsun, bu da əta etmək naminə almaq xüsusiyyətidir.

Və yaradılışın əvvəlində olduğu kimi, əvvəlcə alan yarandı, sonra isə əta etmək naminə islah olundu, insana işarə edən və yerdə duran nərdivanla da eynidir – onun başlanğıcı yerdədir, sonra isə göylərə çatır. Və bu o deməkdir ki, insanın yerlə dolu olduğunu görməsi ilə təsirlənməmək lazımdır və onda heç bir əta qığılcımı yoxdur və o inana bilməz ki, onun bədəninin yalnız əta etmək naminə işləməyə razı olması realdır və o inana bilməz ki, Yaradan yolun və iş qaydasının məhz belə olmasını istəyir: nərdivan yerdə dursun, zirvəsi isə göylərə çatsın.

Və buradan başa düşəcəyik ki, niyə deyilir: "Və bax, Qüdrətli Yaradanın mələkləri onun üzərində qalxır və enirlər" (5). Şərhçilər soruşurdular: axı mələklər göylərdə olurlar və əvvəlcə "enirlər", sonra isə "qalxırlar" yazılmalı idi? Və izah etmək lazımdır ki, nəzərdə tutulan Yaradanın elçisi olan insandır, çünki elçi mələk adlanır. Və Yaradanın yolu ilə gedən həmin insanlar Qüdrətli Yaradanın mələkləri adlanırlar. Və onlar əvvəlcə qalxırlar – nərdivanın yerdə dayanması sayəsində nərdivanın zirvəsinə çatırlar ki, buna da "zirvəsi göylərə çatır" deyilir. Və sonra enirlər, bu o deməkdir ki, bütün yüksəlişlər və enişlər nərdivanın iki ucunun olmasından irəli gəlir.

 

1."Yerdə dayanır", yəni alçaqlıq yerində.

 

2.Və digər tərəfdən, "zirvəsi göylərə çatır".

 

Başqa sözlə, "zirvəsi göylərə çatır" [vəziyyətini] nə qədər qiymətləndirirsə, o, "yerdə dayanır" [vəziyyətinin] alçaqlığını hiss edə bilər və yerli olmasından təəssüflənə bilər. Halbuki, əgər "zirvəsi göylərə çatır" [vəziyyətinin] həqiqi dərki yoxdursa, eniş vəziyyətində olanda onun təsirlənəcək heç nəyi yoxdur.

Deməlii, izahat belə olmalıdır ki, "zirvəsi göylərə çatan", yerə qalxdığı qədər enişin alçaqlıq ölçüsünü qiymətləndirə bilər. Və əvvəlcə "qalxırlar", sonra isə "enirlər" yazılmasının mənası budur. Çünki insan enişdə olduğunu yalnız göylərə çatmağın əhəmiyyətini qiymətləndirdiyi ölçüdə hiss edir.

Və buna görə də "qalxırlar", sonra isə "enirlər", çünki insanın Yaradan tərəfindən bu dünyaya göndərildiyi missiyasını yerinə yetirmək üçün qalxmalı olduğu nərdivan "nərdivan yerdə dayanır, zirvəsi isə göylərə çatır" (5) pillələrindən başlayır. Yəni alçaqlığın başlanğıcından, yaxud təbiətinə görə almaq arzusundan, "və onun zirvəsi", yəni nərdivanın sonu göylərə, yəni yer adlandırılan "alan", göylər adlandırılan isə "əta edən" adlanan yalnız əta etmək xüsusiyyətinə çatmalıdır.

Və bundan əlavə, "qalxırlar və enirlər"i belə izah etmək olar ki, insan bilməlidir ki, o, eniş mərhələsində olduğunu hiss etdikdə, məsələn, insan ticarətlə məşğul olarkən, və ya zavodda işləyərkən, və ya sadəcə küçə ilə gedərkən və s., qəfil yuxudan oyanıb özünü eniş vəziyyətində görürsə, o zaman o bilməlidir ki, bu,yəni onun alçaqlıqda olması biliyi – ona yüksəlişdən gəlir. Və buna əvvəlcə "qalxırlar", sonra isə "enirlər" deyilir, çünki yuxarıdan oyanışla şərtlənən səviyyə üzrə yüksəliş olmasaydı, o, bu hissə gəlib çıxmazdı, lakin onu yuxarıdan çağırırlar.

Yuxarıda deyilənlərə görə belə çıxır ki, bütün işimiz "nərdivan yerdə dayanır, zirvəsi isə göylərə çatır" (5) şəklində baş verir. Yəni insanın nərdivanının iki xüsusiyyəti var və bu iki xüsusiyyətlə o, həyat nərdivanı ilə qalxır.

 

  1. «Nərdivan yerə söykənib» – bu, insanda yer xüsusiyyətində, yəni alçaqlıq xüsusiyyətində dayanan almaq istəyidir, çünki yer göylərdən alan «nukva», yəni alan xüsusiyyəti adlanır; göylər isə «zaxar», əta edən xüsusiyyət adlanır. «Onun zirvəsi isə göylərə çatır», yəni göylər adlanan əta etmək xüsusiyyəti onun üçün zirvə, yəni vacib bir şeydir. Və əta etmək xüsusiyyəti onun üçün nə dərəcədə zirvə hesab olunursa, o dərəcədə də yer, yəni almaq istəyinin xüsusiyyəti onun üçün «ertse» – «istəyəcəyəm» xüsusiyyəti, yəni alçaqlıq xüsusiyyəti hesab olunur.

 

2."Yer" erets, yəni "istəyəcəyəm" er-tse, onun üçün baş (roş) adlanır. Və göylər xüsusiyyəti onun üçün alçaqlıq adlanır.

"Qüdrətli Yaradanın mələkləri" – bu dünyaya Yaradanın islahatlar aparmaq tapşırığı ilə gəldiyini hesablayan deməkdir və o zaman o, "Qüdrətli Yaradanın mələkləri onun üzərində qalxır və enirlər" xüsusiyyəti adlanır. Yəni onlar yerdə duran həyat nərdivanını görürlər, çünki almaq istəyi alçaqlıq xüsusiyyətidir.

«Onun zirvəsi isə göylərə çatır» – yəni yuxarıda deyildiyi kimi, göylər onun üçün əta etmək xüsusiyyətidir. Başqa sözlə, onlar əta etmək xüsusiyyətinə gəlməyi gözləyirlər, çünki onların işində əsas olan Yaradanı sevindirməkdir. Bu, onlar üçün zirvə, «Roş» xüsusiyyətidir. Onlar əta etməyə imkan verən istəyi əldə etdikdə isə bu, onlar üçün yüksəliş xüsusiyyəti adlanır. Onlar da bunu gözləyirlər. «Mən istəyəcəyəm» xüsusiyyətinin hakimiyyəti altında olduqları zaman isə, yuxarıda deyildiyi kimi, alçaqlıq xüsusiyyətini hiss edirlər. Və onlar yalnız Yaradana əta etməyi gözləyirlər.