Və Yaradan ona Eloney-Mamredə göründü
Məqalə 6, 1985-ci il
«Və Yaradan ona Eloney-Mamredə göründü»¹. Və Raşinin izahı: «O kəs ki [Mamre], ona [İbrahimə] sünnət barədə məsləhət verdi, buna görə də O, ona [İbrahimə] onun [Mamrenin] mülkündə (payında) aşkar oldu».
Zoar kitabında isə buyurulub: «“Və Yaradan ona Eloney-Mamredə göründü”¹. Və [Zoar] soruşur: nə üçün başqa bir yerdə deyil, məhz Eloney-Mamredə? Və cavab verir: çünki Mamre ona sünnət barədə məsləhət verdi. Axı Yaradan İbrahimə özünü sünnət etməsini buyurduqda, İbrahim yoldaşları ilə məsləhətləşməyə getdi. Aner ona dedi: “Sənin artıq doxsandan çox yaşın var – və sən özünü əzablara məruz qoyacaqsan?!”»²
«Mamre ona dedi: “Xaldeylərin səni alovlu kürəyə atdıqları günü xatırla, və dünyanı bürüyən həmin aclığı, necə ki buyurulub: «Və yer üzündə aclıq oldu, və İbrahim Misirə endi»³. Və sənin adamlarının arxasınca düşdüyü və sənin onları məğlub etdiyin həmin padşahların⁴ hamısından Yaradan səni xilas etdi, və heç kəs sənə pislik edə bilməz. Ayağa qalx və öz Sahibinin əmrini yerinə yetir”. Yaradan Mamreyə dedi: “Mamre, sən ona sünnət barədə məsləhət verdin. And içirəm ki, Mən ona yalnız sənin səltənətində aşkar olacağam”»⁵.
Məlum bir sual var: «Necə söyləmək olar ki, əgər Yaradan ona özünü sünnət etməsini buyurubsa, o, Yaradana itaət etməyə dəyib-dəymədiyini yoldaşlarından məsləhət almağa gedib? Məgər belə bir şey söyləmək olarmı?»
Və bunu işə münasibətdə belə izah etmək lazımdır ki, Yaradan ona «özünü sünnət etməsini buyurduqda, İbrahim yoldaşları ilə məsləhətləşməyə getdi» – yəni öz bədəni ilə, çünki bu əməli bədən icra etməlidir. Buna görə də o, öz bədənindən soruşdu ki, o razıdır, yoxsa onun fikrincə, Yaradanın göstərişini icra etmək lazım deyil. Axı insanın yoldaşları məhz bədəndə bərqərar olmalıdır, yəni bunlar bədənlə birlikdə olan istəklərdir. O, onlardan soruşmağa borcludur, çünki onlar Yaradandan aldığı həmin göstərişi icra etməlidirlər. Və o zaman, o, onların rəyini öyrəndikdə, necə hərəkət edəcəyini biləcək.
Axı bilmək lazımdır ki, bədəndə üç ruh (can) var, necə ki Zoar kitabında, Vaera fəslində buyurulub: «Ravvin Yeuda dedi: “Üç növ idarəçilik insanda fəaliyyət göstərir. Bilik və hikmətlə idarəçilik, və bu, müqəddəs ruhun qüvvəsidir. Bütün pis nəfslərə can atan ehtirasla idarəçilik, və bu, ehtirasın qüvvəsidir. İnsanları aparan və bədəni saxlayan idarəçilik, və o, bədənin ruhu adlanır”»⁶.
Və bu üç növ idarəçilik İbrahimın yoldaşları adlanır. Yəni o, onları özündə ehtiva edir. Və İbrahim onların rəyinin nə olduğunu soruşmağa getdi, və «öz yoldaşlarının» hər birinin rəyini görmək istədi.
Və Aner ona dedi: «Sənin artıq doxsandan çox yaşın var – və sən özünü əzablara məruz qoyacaqsan?!» «Aner» sözünün rəqəm dəyəri (gematriyası) 320-dir⁷, bu da orada yerləşən 320 qığılcıma işarə edir. Həmçinin daş qəlb 'lev ha-even' adlandırılan malxutun qarışıqlarına ki, o, mahiyyəti eqoist sevgidə olan yalnız almaq naminə almaq istəyidir. Buna görə də o ona dedi: «Sənin artıq doxsandan çox yaşın var – və sən özünü əzablara məruz qoyacaqsan?!» Çünki «lev ha-even» 'daş qəlb', yəni ehtiraslı ruhun xüsusiyyəti ona dedi: «Sən hər zaman həzz və məmnunluq almağa çalışmalısan, özünü əzablara məruz qoymağa deyil». Beləliklə, o ona dedi ki, Yaradanın göstərişinə itaət etməyə dəyməz.
Mamre isə ona dedi: «Xaldeylərin səni alovlu kürəyə atdıqları günü xatırla». Yəni o ona dedi: «Sən axı görürsən ki, Yaradan səninlə bilikdən yuxarı rəftar edir, axı bilik iddia edir ki, alovlu kürəyə atılan kəs yanır. Lakin sənin xilas olmağın, biliyin məcbur etdiyi şeydən yuxarıda yerləşir. Buna görə də sən də Onun xüsusiyyətlərinə qovuş və sən də bilikdən yuxarı get, yəni biliyin baxımından Anerin haqlı olmasına baxmayaraq, sən bilikdən yuxarı get».
Eşkol isə – yuxarıda deyildiyi kimi, bədənin ruhudur. O, bədəni saxlayır və o, «mən çəkib-fəhm edəcəyəm (tərəziyə qoyacağam)» 'eşkol' sözündən gəlir, yəni o, kiminlə birləşməyə dəyəcəyini tərəziyə qoymalıdır: ehtiraslı ruhla, yəni «Aner» xüsusiyyəti ilə, yoxsa bilik və hikmətin ruhu olan «Mamre» xüsusiyyəti ilə. Və Zoar kitabının sözlərində yuxarıda deyildiyi kimi, bu, müqəddəs ruhun qüvvəsidir.
«Mamre» isə bu sözlərdən gəlir: «Çünki o, Anerin sözlərinə qarşı çıxdı (müqavimət göstərdi) 'imra'». Və ona bilikdən yuxarı getməsini söylədi. Və buna görə də: «Və Yaradan ona Eloney-Mamredə göründü»¹, yəni məhz bilikdən yuxarı gedilən yerdə, harada ki heç bir bilik (ağıl) yoxdur, məhz bu yerdə Yaradan aşkarlanır və onlar müqəddəs biliyə layiq görülürlər. Və buna görə də onun adı «Mamre»dir, axı bu, bilikdən yuxarı xüsusiyyətdir, hansı ki bilik və hikmətin ruhu adlanır, çünki məhz bilikdən yuxarı gedilən yerdə bilik və hikmət aşkarlanır.
Buna əsasən belə çıxır ki, Zoarın dediyi kimi, «İbrahimın yoldaşları ilə məsləhətləşməyə getməsi» ifadəsinin izahı, [yoldaşların] – İbrahimın bədəninin özü olmasıdır. Axı əmri bədən icra etməlidir, buna görə də o, bədəndən onun rəyinin nə olduğunu soruşdu. Nə etməli olduğunu bilmək üçün. Yəni o, özünü məcbur edərəkmi getməlidir, yoxsa onlar Yaradanın ona dediyi şeylə razıdırlar. Onun yoldaşları ilə məsləhətləşməyə getdiyini söylədikdə isə, onun bədənində mövcud olan üç ruh nəzərdə tutulur, hansılar ki onun yoldaşlarıdır, yəni o, hər zaman onlarla birlikdə bərarət tapır.
Midraş Rabada buyurulub: «İbrahim dedi: “Mən sünnət olunmazdan əvvəl yanıma (yoldan keçənlər) gəlirdi. Söylə, [nə üçün] mən sünnət olunduğum andan bəri onlar yanıma gəlmirlər”. Yaradan ona dedi: “Sən sünnət olunmazdan əvvəl yanına sünnətsizlər gəlirdi, indi isə Mən və Məni müşayiət edənlər sənə aşkarlanırıq”»⁸.
Və anlamaq lazımdır: axı o, öz sualına cavab almadı. O soruşdu ki, nə üçün indi (yoldan keçənlər) onun yanına gəlmirlər. Bəs cavab necə oldu? Onların nə üçün gəlmədiklərinə dair heç bir cavab verilmədi. Bəlkə o, başqa növ bir cavab aldı: yəni ondan əvvəl sünnətsizlərin olduğunu, indi isə Yaradanın onun yanına gəldiyini. Axı bu, suala uyğun gəlmir.
Və bunu işə münasibətdə belə izah etmək lazımdır. O soruşdu ki, o sünnət olunmazdan əvvəl onun iş nizamı elə idi ki, onun yanına hər zaman yoldan keçənlər⁹ xüsusiyyəti gəlirdi, yəni onda gəlib-keçən (günahkar) düşüncələr olurdu, sonra isə onda geri dönənlər (tövbə edənlər) xüsusiyyəti olurdu. Bu o deməkdir ki, o sünnət olunmazdan əvvəl onun iş üçün yeri var idi, çünki onda günahkarların düşüncələri olurdu. Sonra isə onda geri dönənlər xüsusiyyəti üçün, yəni [Yaradana] geri dönmək üçün yer olurdu. Və o zaman o bilir ki, o, işi icra edir.
Halbuki indi onda gəlib-keçənlər (günah edənlər) və geri dönənlər üçün yer yoxdur. Və o, iş vəziyyəti üçün darıxırdı (buna can atırdı). Və o zaman Yaradan ona dedi: «Buna görə kədərlənməyə dəyməz, axı nəticə etibarilə sənin işin, sünnət olunmamış insanların işi üzərində [qurulmuşdu]. Yəni sənin işin xalis əta xüsusiyyəti üzərində [qurulmamışdı], madam ki sən hələ almaq istəyi adlandırılan (kənar ətin) kəsilib atılmasına layiq görülməmişdin.
Halbuki indi sən o işin səndə olmamasına görə təəssüflənməməlisən, axı nəticə etibarilə o, insanların işi idi, və hərçənd bu iş gözəl olsa da, yenə də o hələ bayırda idi, çünki onlar sünnət olunmamışdılar. Eyni zamanda indi, sən sünnət olunduqdan sonra, artıq forma bənzərliyi var. İndi Mən və Məni müşayiət edənlər gələ bilərik. Hansı ki bundan əvvəl bu yox idi».