<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Yaxınına kömək et.

Məqalə 4, 1984

İnsan başqalarına necə kömək edə bilər? Bunu anlamaq lazımdır. Varlı və kasıbların,ağıllı və axmaqların, zəif və güclülərin və s. mövcud olduğu bir dünyada bu məsələ necə həll olunmalıdır? Bəs əyər, hamı varlı və ya hamı ağillidirsa, yaxud hamı güclüdürsə,o zaman insan başqasına nə ilə kömək edə bilər?

Lakin biz görürük ki,hamı üçün eyni olan bir şey var- ruh yüksəkliyi.Deyildiyi kimi, “insanın qəlbindəki narahatçılıq,qoy onun haqqında aləmə nəql eləsin.” Çünki,nə var-dövlət,nə müdriklik insana yüksək əhval-ruhiyyədə olmağa kömək edə bilməz.

İnsan başqasına, yalnız onun ümidsizlik halında olduğunu gördükdə yardım edə bilər. Deyilir: “ İnsan özünü həbsdən qurtara bilməz”,amma məhz yoldaşı ona ruh yüksəkliyi verə bilər.

Başqa sözlə desək,yoldaş insanı mövcud olduğu haldan qurtararaq,ona həyat eşqi verir və nəticədə insan yenidən  özünə inam qazanır,yoluna elə davam edir ki,sanki məqsəd lap yaxındadır.

Buradan belə aydın olur ki,hər kəs yoldaşına necə yardım etmək,ona ruh yüksəkliyi vermək barədə düşünüb,qayğılanmalıdır.Cünki əyər istəsək, yoldaşımızda doldurub tamamlaya biləcəyimiz əskikliyi -xisaronu həmişə tapmaq olar.