<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası


Barux Şalom Levi Aşlaq (Rabəş)

Əta etmək haqqında

16-cı məqalə, 1984

Əta etməyin nə olduğunu aydınlaşdırmaq lazımdır. İnsan bütün dünyanın gözündə vacib olan bir şəxsə xidmət etdikdə, həmin bu vacib şəxs onun xidməti müqabilində ona kompensasiya (haqq) verməli olmur, çünki bu vacib şəxsə xidmət etməyin özü elə hesab olunur ki, sanki o, ona kompensasiya vermişdir. Yəni, əgər o bilir ki, bu, vacib şəxsdir, o zaman artıq bu xidmətin özündən həzz alır və xidmətə görə əlavə həzz almağa ehtiyac duymur, çünki elə xidmətin özü onun həzzidir.

Halbuki o, adi bir insana xidmət edərsə, bu xidmətdən heç bir həzz almır və bu xidmət müqabilində kompensasiya almalıdır. Yəni, gördüyü eyni xidmət – əgər bu, vacib şəxs üçün [görülürsə], o zaman o, kompensasiyaya ehtiyac duymur.

Məsələn, vacib bir şəxs təyyarə ilə gəlir və əlində kiçik bir çamadan tutub. Və onun gəlişini gözləyən çoxlu insanlar var. Bu vacib şəxs öz çamadanını [onlardan] birinə verir ki, maşınına aparsın, çünki o, evə gedir. Və o, məsələn, ona 100 dollar ödəmək istəyir. Şübhə yoxdur ki, o, bunu almaqdan imtina edəcək, çünki öz xidmətindən onun verdiyi 100 dollardan daha çox həzz alır.

Eyni zamanda, əgər bu, adi bir şəxs olsaydı, o, hətta pul qarşılığında da ona xidmət etməzdi, ona belə deyərdi: "Burada xüsusi insanlar – yükdaşıyanlar var, onlar sənin çamadanını maşına apararlar. Mənə isə sənə xidmət etmək yaraşmaz. Yükdaşıyanlar isə, bu onların peşəsi olduğundan, əgər sən onlara kompensasiya versən, şübhəsiz ki, sənə xidmət etməkdən məmnun olacaqlar".

Bundan belə çıxır ki, gördüyü əməldə fərq və mühüm cəhət əməlin özündə deyil, bu əməli kimin xatirinə yerinə yetirdiyindədir. Əgər o, bu əməli vacib bir şəxs üçün yerinə yetirirsə, onun böyüklüyünü nə dərəcədə hiss etməsi yalnız bu şəxsin onun hissiyatındakı vacibliyindən asılıdır. Fərqi yoxdur, [özü] bunun vacib şəxs olduğunu başa düşür, yoxsa ətrafı ona, onun vacib şəxs olduğunu deyir, onun artıq ona xidmət etmək üçün gücü var və yuxarıda deyildiyi kimi, heç bir kompensasiyaya ehtiyacı yoxdur.

Və yuxarıda deyilənlərə əsasən, bu kontekstdə başa düşmək lazımdır ki, vacib şəxsə xidmət edənin əslində niyyəti nədən ibarətdir? Ona xidmət etməkdən həzz alarkən, ona xidmət etməyin onun üçün böyük şərəf hesab olunmasıdırmı onun niyyəti? Yoxsa [bunu] ona xidmət etməkdən böyük həzz aldığı üçün [edir]? Və vacib şəxsə xidmət edərkən həzzin ona hansı mənbədən gəldiyini o bilmir. Axı o, təbii bir şey görür ki, burada böyük həzz var, məhz buna görə də ona xidmət etmək istəyir.

Başqa sözlə, onun niyyəti ondadır ki, bu, vacib şəxs olduğundan, o, bu vacib şəxsin həzz almasını istəyir? Yoxsa o, [özü] həzz hiss etdiyi üçün ona xidmət etmək istəyir? Yəni, əgər o, ona xidmət etməkdən duyduğu həzzin eynisini başqa bir şeydən ala bilsəydi, bu xidmətdən imtina edərdi. Çünki ona xidmət etmək istəməsinin bütün səbəbi yalnız ondadır ki, o, burada gözəl duyğu əldə edə biləcəyini hiss edir, buna görə də ona xidmət edir.

Və sual budur ki, o, vacib şəxsin xoş duyğu yaşamasını istədiyi üçünmü ona xidmət edir? Ona xidmət etməkdən həzz alması isə sadəcə nəticədir. Lakin onun niyyəti özünə yönəlməyib, yalnız vacib şəxsin xoş duyğu yaşamasına yönəlib. Yoxsa əslində o, vacib şəxsi hesablamır, onun bütün hesablamaları – [özünün] bundan nə qədər həzz ala biləcəyidir.

Əgər biz soruşsaq ki, bunu hansı niyyətlə etməsinin nə fərqi var, cavab ondan ibarətdir ki, biz "Əta edən kli"nin nə demək olduğunu bilməliyik. Biz Əta etmək əməlində üç variant tapırıq:

O, başqasının xeyrinə, istər öz bədəni, istərsə də pulu vasitəsilə Ətaetmə əməlləri ilə məşğul olur ki, bunun müqabilində kompensasiya alsın. Yəni, xidmətin özü ona həzz vermək üçün kifayət deyil, o istəyir ki, bunun müqabilində ona başqa bir şey versinlər. Məsələn, o, Əta etmək əməlindəki işinə görə ona ehtiram göstərilməsini istəyir. Və məhz buna görə işləmək üçün gücü olur. Halbuki, bunun müqabilində ehtiram alacağına əminliyi yoxdursa, başqasının xeyrinə etdiyini etməzdi.

O, başqasının xeyrinə Ətaetmə əməlləri ilə məşğul olur və işi müqabilində heç bir kompensasiya verilməsini istəmir. Yəni başqa bir şey, fərqli bir şey yox. O, Ətaetmə əməlini yerinə yetirdiyi ilə kifayətlənir. Və başqalarına yaxşılıq etməkdən həzz almaq onun təbiətində qoyulmuşdur. Bütün həzz də məhz bundadır. Şübhə yoxdur ki, bu, birincidən daha yüksək pillədir. Axı buradan görürük ki, o, elə əməllər edir ki, niyyəti başqalarına həzz verməkdir. Və biz bunu Əta etmək xatirinə Ətaetmə adlandırmalıyıq.

Lakin bu məsələyə bir qədər dərindən yanaşıb, insanın başqalarına verdiyi zaman əslində hansı niyyətlə hərəkət etdiyini araşdırsaq, görərik ki, o, bütün bu hərəkətləri həzz almaq istədiyi üçünmü edir? Bu, eqoist məhəbbət deməkdir, çünki insan öz təbiətinə görə, əta etrmək əməllərindən həzz alır. Yoxsa onun niyyəti başqalarının yaxşı bir şeyə sahib olmasından həzz almaqdır.



Yəni o, başqalarının əhval-ruhiyyəsinin yaxşı olmasından həzz alır. Ona görə də başqalarına yaxşılıq etməyə çalışır ki, onların əhval-ruhiyyəsi yaxşı olsun və onlar həyatlarından həzz alsınlar. Amma əgər o, təsadüfən görür ki, başqa bir insan var – hansı ki, əgər özünün etmək istədiyini etsə, məsələn, öz şəhərinin sakinlər üçün, ondan daha uğurlu olacaq – o, Ətaetmə əməllərindən duyduğu həzzdən imtina edir və çalışır ki, həmin o başqası bunu etsin.

Və o zaman şübhə yoxdur ki, əgər bu insan hansı ki, Ətaetmə əməlləri görür və işi üçün heç bir ödəniş istəmir – buna baxmayaraq, başqasının şəhər sakinlərinin xeyrinə bu əməlləri yerinə yetirməsi üçün, baxmayaraq ki, həmin o başqasının daha bacarıqlı olduğunu bilir, yenə də güzəştə gedə bilmirsə – bunun haqqında hələ demək olmaz ki, bu "Əta etmək xatirinə Ətaetmə"- dir. Çünki sonda eqoist sevgi onun üçün həlledicidir.

1.Heç bir mükafat almaq üçün işləməyən. Və həmçinin əgər görür ki, daha bacarıqlı biri var, o, başqalarına Əta etməkdən duyduğu həzzdən imtina edir və yalnız yaxının xeyrinin qayğısına qalır. Buna "Əta etmək xatirinə Ətaetmə" deyilir.

Belə olan halda burada diqqətlə araşdırmaq lazımdır ki, onun əsl niyyəti nədən ibarətdir? O, özünün yaxşı əhval-ruhiyyəsinin olmasını istəyir və buna görəmi ona xidmət edir, yoxsa onun niyyəti odur ki, yaxşı əhval-ruhiyyə həmin o vacib şəxsdə olsun.

Yuxarıda təsvir olunan incəliyi anlamaq üçün insanın öz təsəvvüründə canlandırmalı olduğu bir mənzərəni nəzərdən keçirək.Tutaq ki, qarşımızda çox mühüm bir insan var və insan ona həzz vermək, onun əhval-ruhiyyəsini yaxşılaşdırmaq istəyir. Buna görə də ona xidmət etmək istəyindadır.Lakin ona xidmət etdiyi zaman özü də xoş və uca bir əhval-ruhiyyə hiss edir. Həyatı boyu duyduğu bütün həzzlərin indi hiss etdikləri ilə müqayisədə heç bir dəyəri olmadığını anlayır. Çünki bu həzzi dünyanın ən mühüm insanına xidmət etməkdən alır.Bu mühüm insanda xoş əhval-ruhiyyə yaratmaq istəyindən duyduğu sevinc o qədər böyükdür ki, insanın keçirdiyi bu sevinci təsvir etməyə sözü çatmır.

Və indi o, özünü yoxlaya bilər ki, vacib şəxsə həzz vermək istəməsində niyyəti nədən ibarətdir. O, öz şəxsi xeyrinin qayğısındadırmı – yəni onun bunu həzzləndirmək istəməsi ona görədirmi ki, [özü] yaxşı əhval-ruhiyyə hiss edəcək? Yoxsa onun bütün niyyəti onu həzzləndirməkdir ki, bu vacib şəxsin [yaxşı] əhval-ruhiyyəsi olsun, çünki bu şəxsin böyüklüyü sayəsində onda Yaradana (və ya vacib şəxsə) xidmət etmək üçün böyük arzu oyanır.

Buna görə də, insana xidmət etdiyi zaman bu xidmətdən böyük həzz alsa da, əgər bilsə ki, başqa birisi ona xidmət etməklə bu mühüm insana daha böyük həzz verə bilər, onda öz xidmətindən alacağı həzzdən imtina edər və səmimi qəlbdən arzulayar ki, həmin insan ona xidmət etsin. Çünki bu halda mühüm insanın alacağı həzz, onun özünün xidmət etməsi ilə alacağından daha böyük olacaq.

Beləliklə, insan hazırda xidmətindən qeyri-adi həzz alsa da, öz xidmətindən imtina etməyə razıdırsa, deməli, mühüm insanın daha böyük həzz alması naminə bundan vaz keçir. Çünki o, özü haqqında düşünmür; onun bütün niyyəti bu mühüm insanın xeyrinə yönəlib.

Və bu o deməkdir ki, onun heç bir şəxsi xeyir güdən niyyəti yoxdur, hər şey yalnız Əta etməyə yönəlib və onun özü ilə heç bir hesablaşması yoxdur. O zaman onda tam aydınlaşma var, yəni o, özünü aldata bilməz. Və buna tam Ətaetmə deyilir.

Lakin bilmək lazımdır ki, insanın öz gücü ilə buna çatması qeyri-mümkündür. Çünki bunun haqqında deyilib: "İnsanın şər başlanğıcı hər gün onu üstələyir və onu öldürməyin yolunu axtarır. Necə ki deyilir: «Günahkar salehə baxır və onu öldürməyin yolunu axtarır»". Və əgər Yaradan ona kömək etməsəydi, o, dözə bilməzdi. Necə ki deyilir: "Yaradan onu- [salehi], onun -[günahkarın] əlində qoymaz".

Yəni insan əvvəlcə yoxlamalıdır ki, Yaradana həzz vermək niyyəti ilə əməllər etmək imkanına malik olmaq üçün onda güc varmı? Və o zaman, artıq öz gücü ilə buna nail olmaq imkanının olmadığını dərk etməyə gəldikdə – o zaman insan Tövrat və ehkamları tək bir nöqtədə cəmləşdirir, məhz: "Oradakı nur mənbəyə qaytarır" ki, bu, Tövrat və ehkamlardan istədiyi bütün mükafat olsun, yəni səylərinə görə mükafatı bundan ibarət olsun ki, Yaradan ona "Əta etmək gücü" adlanan bu gücü versin.

Axı belə bir qayda var: insan hər hansı bir səy göstərirsə, yəni istirahətindən imtina edirsə, bunun səbəbi nəyisə arzulaması və səy göstərmədən ona nail ola bilməyəcəyini bilməsidir. Buna görə də o, səy göstərməyə məcburdur. Deməli, Tövrat və mitsvaları yerinə yetirmək üçün səy göstərən insanın, şübhəsiz ki, çatışmayan bir şeyi var. Buna görə də o, Tövrat və mitsvalar üzərində çalışır, çünki bunun vasitəsilə arzuladığına nail olacaq.

Buna görə də insan Yaradanın işi üzərində çalışmağa başlamazdan əvvəl dayanıb diqqətlə düşünməlidir: o, nə istəyir? Yəni öz əməyinin müqabilində hansı mükafatı arzulayır? Daha sadə desək, onu Tövrat və mitsvalarla məşğul olmağa sövq edən səbəb nədir?İnsan bunu araşdırmağa, yəni nəyin çatışmadığını və məhz buna görə səy göstərməli olduğunu anlamağa çalışdıqda, çoxsaylı düşüncələrə dalmağa başlayır. Nəhayət, həqiqətən nə istədiyini müəyyənləşdirmək onun üçün son dərəcə çətin olur.

Ona görə də işlərinə hansı məqsədlə başladıqlarını düşünməyə başlayanda həqiqi məqsədi təyin edə bilməyən və buna görə də çoxlu insanlar var ki: "Niyə tədqiqata həsr olunmuş düşüncələrlə özümüzü yoruruq?"deyirlər və heç bir məqsəd güdmədən işləyirlər: "Biz gələcək dünya üçün işləyirik. Gələcək dünya nədir? Niyə bu barədə düşünək? Sadəcə inanacağıq ki, bu, yaxşı bir şeydir və bu bizə bəs edir. Gələcək dünyanın mükafatını alanda, o zaman bilərik ki, bu nədir. Niyə tədqiqatlara başlayaq lazımdır?"

Lakin yalnız bəziləri deyirlər ki, Yaradanla birlik kimi bir hadisə var. Və Yaradanla birliyə gəlmək üçün o, forma bənzərliyinə gəlməlidir, yəni "O mərhəmətli olduğu kimi, sən də mərhəmətli ol". Və o zaman o, forma bənzərliyinə gəlməyə çalışır ki, bütün əməlləri Ətaetmə xüsusiyyətində olsun, çünki yalnız o zaman dünyada mövcud olan ixtisar və gizlilik ondan götürülür və o, müqəddəsliyi hiss etməyə başlayır.

Lakin o, Ətaetmə pilləsinə aparan işi görməyə başlayanda görür ki, bundan çox uzaqdadır. Görür ki, düşüncədə, nitqdə, əməldə Ətaetməyə niyyət qurmaq qabiliyyətinə heç bir istəyi yoxdur. Və o zaman Ətaetmə gücünü əldə etmək üçün nə edəcəyini bilmir. Və hər dəfə güc əlavə etdikcə görür ki, bu, ondan uzaqdır. Nəhayət ki, insan heç vaxt buna nail olmağın insani imkanlar daxilində olmadığı qənaətinə gəlir.

Və o zaman o, dərk edir ki, yalnız Yaradan ona kömək edə bilər, yuxarıda deyildiyi kimi. Və yalnız o zaman başa düşür ki, o, mükafat almaq üçün Tövrat və ehkamlarla məşğul olmalıdır. Və onun zəhmət çəkdiyi mükafatı ondan ibarətdir ki, Yaradan ona Ətaetmə gücünü versin. Və məhz bu mükafata ümid edir. Çünki o, forma bənzərliyi xüsusiyyəti olan, yəni Ətaetmə xüsusiyyəti olan Yaradanla birliyə gəlmək istəyir.

Və insanın ümid bəslədiyi bütün mükafat da elə budur: Tövrat və mitsvalar üzərində göstərdiyi səylər sayəsində özünün əldə edə bilmədiyi şeyi ona verəcəklərinə ümid edir. Çünki bu şeyi ona başqası verməlidir.Bu, maddi sahədə göstərilən səylərə bənzəyir: insan özü pul qazana bilmədikdə, səy göstərir və bunun müqabilində ona pul verirlər. Ruhaniyyətdə də eyni cürdür: insanın öz gücü ilə əldə edə bilmədiyi və ona kimsə tərəfindən verilməli olan şey mükafat adlanır.

Buna görə də insan əta etmək xüsusiyyətinə çatmaq istədikdə, çünki Yaradanla birləşməyə can atır, lakin bu xüsusiyyətə öz gücü ilə nail ola bilmir, onda Yaradanın bu xüsusiyyəti ona verməsinə ehtiyac duyur. İnsanın ona verilməsini istədiyi şey isə mükafat adlanır.



Və buna görə də, mövcud olan qaydaya əsasən, əgər mükafat istənilirsə, zəhmət və səy qoymaq lazımdır, o, bu mükafatı – Ətaetmə gücü adlanan şeyi almaq, yəni özünə sevgidən çıxmaq və yalnız yaxınının sevgisi ilə məşğul olmaq gücünə sahib olmaq istəyinu əldə etmək üçün Tövrat və ehkamları yerinə yetirir.

Və məhz buna görə [müdüklər] dedilər: "Həmişə insan Tövrat və ehkamlarla məşğul olmağa borcludur, hətta lo lişma-da olsa belə, çünki lo lişma-dan lişma-ya gəlirlər", çünki "oradakı nur mənbəyə qaytarır". Yəni, yuxarıda deyildiyi kimi, lişma-ya gəlmək üçün Tövrat və ehkamlardakı səylər sayəsində, əvvəllər səy göstərdiyi üçün o, lişma pilləsinə çatacaq. Buna görə də o, "oradakı mənbəyə qaytaran nura" layiq olur. Və bu o deməkdir ki, yuxarıdan ona Ətaetmə gücü verilir.

Lakin sual vermək olar ki, o, nə üçün əvvəlcə səy göstərməlidir, sonra isə ona Tövratın nurunu verirlər? Nə üçün dərhal ona mənbəyə qaytaracaq Tövrat nurunu vermirlər? Nə üçün əziyyət çəkib boşa enerji sərf etməli və vaxtını həm də boşa itirməlidir? Axı daha yaxşı olardı ki, işinin əvvəlindəcə dərhal nur verəydilər. Yəni o, dərhal nur alardı və işinə lişma-da başlayardı.

Lakin məsələ burasındadır ki, «Kli olmadan nur yoxdur». Kli — qab — arzu adlanır. Yəni daxilində xisarona sahib olan və bu xisarona dolum almağa can atan insanda «kli» var deməkdir.Yalnız insanda kli, yəni müəyyən bir doluma qarşı arzu olduqda demək olar ki, ona dolum verilir və o, aldığı dolumdan məmnun qalır. Axı o, məhz buna can atırdı. İstəyin dolum alması isə mükafat adlanır. Üstəlik, dolumun əhəmiyyəti istəyin ölçüsündən asılıdır: insan hansı ölçüdə əzab çəkibsə, dolumdan da həmin ölçüdə həzz alır.

Buna görə də insanda mənbəyə qaytaran nura qarşı heç bir istək olmadıqda, ona bu nuru vermək mümkün deyil. Çünki mənbəyə qayıtmaq özünə məhəbbət gücünü itirmək və yaxınına məhəbbət gücünü əldə etmək deməkdir.

Və əgər insanın özünə olan sevgidən çıxmaq üçün heç bir istəyi yoxdursa, və əgər ona deyirlərsə: "İşləri gör və mükafat olaraq sənin özünəsevgi istəyin olmayacaq" – bu, həmin insan üçün mükafat hesab olunmur. Əksinə, o zaman insan düşünür ki, sahibkar üçün işlədiyinə görə, səylərinə görə ona yaxşılıq etmək əvəzinə, bunun əvəzinə ona böyük bəla verirlər. O dərəcəyə qədər ki, bütün özünə olan sevgisini bir göz qırpımında itirir. Buna kim razı olar?

Ona görə də insan əvvəlcə lo lişma-da oxumalıdır, çünki burada onun bədəninin köməyi olacaq, insan böyük həzz almaq üçün kiçik həzzdən imtina etməyə hazırdır. Təbiətcə isə insan, əgər o, yalnız eqoist sevginin bünövrəsi üzərində qurulmayıbsa, həzzin nə olduğunu təsəvvür edə bilməz.

Ona görə də ona deyirlər ki, Tövrat və ehkamlarla məşğul olması sayəsində mükafat alacaq. Və bu yalan deyil. Çünki, əlbəttə ki, o, mükafat alacaq. Yəni ona deyilən ki, Tövrat və ehkamlardakı səyləri sayəsində mükafat alacaq – bu, həqiqətdir. Çünki o, şübhəsiz ki, mükafat alacaq. Lakin mükafat dəyişəcək.

Axı, məsələn, ata oğluna deyir: əgər yaxşı oğlan olsan, mən sənə kiçik uşaqların oynadığı maşından, yəni plastik maşından alacağam. Sonra isə ata xaricə getdi və bir neçə ildən sonra qayıtdı. Oğul artıq böyüyüb və atasına gəlib deyir: "Ata, xaricə getməzdən əvvəl mənə plastik avtomobil vəd etmişdin". Ata gedib bunun əvəzinə uzağa getməyin mümkün olduğu yaxşı bir maşın aldı. Və oğul o zaman artıq başa düşür və dərk edir ki, indi plastik maşının vaxtı deyil, əsl maşının vaxtıdır. Bu o deməkdirmi ki, ata onu aldatdı? Əlbəttə ki, yox. Çünki oğul indi görür ki, o, uşaq olanda əsl mükafatla müqayisədə heç bir dəyəri olmayan cüzi mükafatdan başqa heç nə başa düşə bilməzdi.

Necə ki burada da, o, lo lişma adlanan cüzi mükafatdan başlayanda, yəni gözləyir ki, ona elə bir şeydə mükafat versinlər ki, lişma-ya layiq görülərək əldə edəcəyi əsl mükafatla müqayisədə heç bir dəyəri yoxdur ki, bu da Yaradanın vermək istədiyi nemət və həzzin qəbul oluna biləcəyi klidir.

Belə çıxır ki, ona lo lişma-da, yəni mükafat almaq üçün işləməsinin deyilməsi – həqiqətdir. Yəni, Əta etmək xatirinə niyyət quraraq o, həm də mükafat alacaq. Lakin buradakı bütün yalan mükafatın mahiyyətindədir. Çünki lo lişma-da olan insan alacağı digər bir mükafat haqqında düşünür. Axı bunu qəbul edən kli eqoist sevgi adlanır.

Halbuki sonradan, insan böyüdükdə başa düşməyə başlayır ki, mükafatın qəbul olunduğu əsas kelim – Əta edən kelimdir, çünki məhz bu kelim sayəsində əsl nemət və həzz əldə edilir. Və o zaman o, dünyada özünü ən xoşbəxt insan hiss edir. Lo lişma-da olarkən alacağını gözlədiyi mükafatdan fərqli olaraq, çünki o zaman o, yalnız kiçik uşaq üçün yararlı olan mükafatı ala bilərdi.

Buradan belə nəticə çıxır ki, insanı «lo lişma» səviyyəsindəki işinə görə həzz və mükafat almağa öyrətdikdə, bu, yalan adlanmır. Çünki kiçik mükafatın daha böyük mükafatla əvəz olunması nəticəsində insan heç nə itirmir. Lakin izah etmək lazımdır ki, «lo lişma» səviyyəsində bu mükafat onun düşündüyü kimi həqiqi adına malik deyil; bu mükafatın onun düşündüyündən fərqli başqa bir adı var. Ancaq mükafat yenə də mükafat olaraq qalır. Dəyişən mükafatın özü deyil, onun adıdır: «yalan və xəyali mükafat» «həqiqi mükafat»la əvəz olunur.

Bütün deyilənlərdən belə nəticə çıxır ki, insanın Tövrat və mitsvalar üzərində göstərdiyi səylərin müqabilində əldə etməli olduğu əsas şey Yaradanın ona əta etmək kelimləri verməsidir. İnsan bu kelimləri özü əldə edə bilməz, çünki onlar onun təbiətinə ziddir. Bu isə yuxarıdan verilən bir hədiyyədir.

Və bu, onun mükafatıdır, çünki o, həmişə «Nə vaxt Yaradanı həzzləndirə biləcəyəm?» deyə gözləyirdi. O, məhz bu mükafatı gözlədiyinə görə, bu, onun mükafatı adlanır.

Və yuxarıda deyilənləri başa düşmək üçün "Panim Masbirot" kitabına "Ümumi giriş"ə (b. 3) baxmaq lazımdır; orada yazılıb ki, qaranlığın kökü malxut klisində yerləşən ekrandır. Mükafatın kökü isə zivug de-akaa vasitəsilə çıxan əks olunmuş nurda qoyulmuşdur.

O, orada bu dünyada gördüklərimizin kökünü müəyyənləşdirir. Yəni bu dünyada gördüklərimizin hamısı həmin köklərdən, yuxarı aləmlərdən cücərən budaqlardır. Və o orada deyir: "İnsanın bu dünyada hiss etdiyi səylərin kökü malxutdakı ekranın kökündən qaynaqlanır". Bu o deməkdir ki, məxluqların sahib olduğu kli "həzz almaq istəyi" adlanır ki, bunu da Yaradan xəlq etmışdır, çünki Onun istəyi Öz məxluqlarını həzzləndirməkdir. Buna görə də O, məxluqlarda həzz almaq istəyi yaratmışdır. Və yuxarı sfirotlarda buna "malxut" deyilir.

Və sonra, öyrəndiyimiz kimi, ixtisar baş verdi – bu o deməkdir ki, o, alan olmaq istəmir, çünki Yaradanla forma bənzərliyi arzulayır. Buna görə də müqəddəslikdə belə bir qayda yarandı ki, Əta etmək xatirinə niyyət qurmaq qabiliyyəti yoxdursa, heç nə almaq olmaz.

Və buna ekranın islahı deyilir. Çünki biz yuxarı nurlardan danışırıq, buna görə də nuru almaq istəmədikdə buna "ekran" deyilir. Günəş işığı evə çox güclü düşdükdə və o, bu günəş işığını almaq istəmədikdə günəş evə düşməsin deyə pərdə və ya ekran qoyan insana bənzər olaraq.

Ona görə də ali nurlardan danışıldıqda və malxut həzz nurunu almaq üçün böyük arzu və can atmasına baxmayaraq, forma bənzərliyi arzuladığı üçün onu almamaq məqsədilə bu həzzdən imtina etdikdə – buna səy deyilir. Yəni o, öz istəyinə uyğun olmayan bir şey edir, yəni özünə həzz almağa imkan vermir.

Maddi aləmdə də insan hər hansı bir həzzdən imtina etməli olduqda buna səy deyilir. Məsələn, insan istirahətdən həzz alır, lakin hansısa səbəbdən və zərurətdən istirahətindən imtina edir və nəsə etməyə gedir. Buna səy deyilir.

O, həmçinin bizə maddi budağın mükafatı necə aldığını və bunun Ali aləmlərdə hansı kökə malik olduğunu göstərir. O göstərir ki, mükafatın kökü əks olunan nurdan qaynaqlanır. Əks olunan nur isə əta etmək istəyidir və Ali nurla ekran və aviyut arasında baş verən zivuq de-aka nəticəsində yaranır (bax: TES, 4-cü hissə, səh. 258, bənd 8). Orada yazılıb ki, «bürünən əks olunan nur iki qüvvənin törəməsi kimi meydana çıxır».

Ruhani aləmdə zivuq de-aka iki obyekt bir-birinə zidd olduqda baş verir. Bu, «toqquşma» — aka adlanır. Bunun mənası odur ki, bir tərəfdən insan bu nuru çox arzulayır, çünki onun sayəsində böyük həzz alacağını görür, digər tərəfdən isə özünü üstələyərək onu qəbul etmir, çünki forma oxşarlığına can atır.

Başqa sözlə, burada iki istək var:



həzz almağa can atdıqda;

digər tərəfdən isə forma bənzərliyinə can atdıqda




Və bu iki [arzudan] "bürüyən əks olunmuş nur" adlanan yeni bir şey doğulur və bu qüvvə vasitəsilə o, sonradan ali neməti ala bilər, çünki bu əks olunmuş nur həmin ali neməti almaq üçün yararlı klidir. Başqa sözlə, bu kli sayəsində onun burada iki şeyi var:

yaradılışın məxluqlarını həzzləndirməkdən ibarət olan və ali nemətdə cəmləşmiş həzzini alması,

və bununla yanaşı, ali neməti alarkən malik olduğu ikinci xüsusiyyət olan forma bənzərliyində olması.

Beləliklə, yuxarıda deyilənlərin hamısından görürük ki, bütün mükafat yalnız əks olunmuş nurdur – yəni aşağıdakının yuxarıdan aldığı Əta etmək gücüdür və o, bunu əks olunmuş nur adlandırır, yəni aşağıdakının yuxarıdakına verdiyi şey. Başqa sözlə, Yaradandan gələn nemət birbaşa nur adlanır. Necə ki deyilir: "Yaradan insanı birbaşa yaratdı". Yəni, öyrəndiyimiz kimi, yaradılışın məqsədi Yaradılışın məxluqlarını həzzləndirmək idi. Yəni məxluqların ali neməti alması. Və buna "birbaşa" deyilir.

Lakin neməti qəbul edənlər forma oxşarlığına can atırlar. Buna görə də bizdə əks olunan nur adlanan bir islah var. Yəni neməti qəbul edən onu həzz almaq istədiyi üçün deyil, Aliyə əta etmək istədiyi üçün qəbul edir. Bu o deməkdir ki, Ali neməti qəbul edənin həzz almasını istədiyi kimi, neməti qəbul edənin də niyyəti Əta edənə həzz qaytarmaqdır ki, Ali Onun niyyətinin həyata keçməsindən həzz alsın. Buradan belə çıxır ki, əsas mükafat əks olunan nurdur, yəni aşağı səviyyənin Alidən aldığı əta etmək qüvvəsidir.

Bununla belə, başa düşmək lazımdır ki, nə üçün əta etmək qüvvəsi adlanan kli-nin bütün mükafat olduğunu deyirik. Axı «mükafat» insanın əldə etdiyi bir şey deməkdir. Necə ki, deyirlər: «Mən mükafat almaq üçün işləyirəm». Həmçinin deyirlər ki, yaradılışın məqsədi Öz yaratdıqlarına həzz verməkdir, yəni onların mükafat almalarıdır. Halbuki burada biz mükafatın «əta etmək qüvvəsi» adlandığını deyirik. Bəs bundan nə başa düşürük? Düşünmək olardı ki, mükafat insanın ilahi dərkə, Tövratın sirlərinə və sairəyə nail olmasıdır. Bəs o nə deyir? Mükafatın bizim əta etmək qüvvəsinə, yəni əta etmək niyyətinə nail olmağımızdan ibarət olduğunu deyir. O, həmçinin bildirir ki, bu qüvvə əks olunan nur adlanan Ali kökdən enir.

Bizə məlum olan bir qayda var: «Buzovun əmmək istədiyindən daha çox, inək onu yedizdirmək istəyir».9 Bu halda belə çıxır ki, Yaradan yaratdıqlarına əta etməyi onların almaq istədiyindən daha çox istəyir. Bəs buna kim mane olur?

Məsələ burasındadır ki, yaradılanların forma oxşarlığına malik olması üçün baş vermiş məhdudiyyəti xatırlamalıyıq. Bu, öz kökümüzdən qaynaqlanan «utanc çörəyinin» qarşısını alan islahdır. Çünki Yaradanın xüsusiyyəti yalnız əta etməkdir və O, heç bir halda almır; axı Onda almağa vadar edən heç bir xisarona ehtiyac yoxdur. Buna görə də təbiətimizdə qoyulmuş və hər bir budağın öz kökünə bənzəmək istədiyini bildirən qaydaya əsasən, aşağı səviyyə kökündə olmayan hər hansı bir hərəkəti yerinə yetirməli olduqda narahatlıq hiss edir.

Buradan belə çıxır ki, Ali xeyrə, yəni nura və həzzə nail olmaq üçün insanın heç bir hərəkət etməsinə ehtiyac yoxdur. Yuxarıda deyildiyi kimi, Yaradan yaratdığının almaq istədiyindən daha çox ona əta etmək istəyir. Lakin yuxarıda qeyd edildiyi kimi, yaradılanın ona veriləcək həzzlərdən zövq alması üçün kli-si yoxdur, çünki utanc hissi buna mane olur.

Beləliklə, bizə çatışmayan bütün mükafat əta etmək qüvvəsi adlanan kli-dir. Çünki bizə çatışmayan yalnız kelimlərdir, nurlar deyil. Buna görə də buradan belə nəticə çıxır ki, əsas mükafat əta etmək qüvvəsidir.

Lakin əta etmək istəyi adlanan bu kli-ni əldə etmək üçün də arzu lazımdır. Yəni insan bu kli-nin çatışmadığını hiss etməlidir. Buna görə də əvvəlcə Tövrat və mitsvalarla «lo lişma» səviyyəsində məşğul olmaq lazımdır. Bizim səylərimiz də bundan ibarətdir. Çünki görürük ki, etdiyimiz hər şey öz mənfəətimiz üçündür və bizdə əta etmək niyyəti yoxdur.

O zaman bizdə əta etmək qüvvəsinin çatışmadığını görürük. Biz öz əməyimizə görə mükafat istəyirik: Yaradanın bizə bu mükafatı — əta etmək istəyini verməsini istəyirik. Bu qüvvəyə sahib olduqda isə artıq hazır olan neməti və həzzi qəbul edə biləcəyik. Bunun üçün heç bir iş görməyimizə ehtiyac yoxdur, çünki bunu Yaradan verir.

Lakin bir səviyyədən digərinə yüksəlmək üçün insanın hər dəfə yalnız əta etmək qüvvəsini əldə etməsi lazımdır. Başqa heç nəyə ehtiyac yoxdur.