Barux Şalom HaLevi Aşlaq (Rabaş)
11.Yaqubun Lavanla mübahisəsi haqqında
Məqalə 11, 1985
Biz Yaqubun Lavanla mübahisəsində, onun Yaqubun Esavla mübahisəsindən fərqli olduğunu görürük. Yaqub və Lavan haqqında belə deyilmişdir: «Və Lavan cavab verib Yaquba dedi: Qızlar – mənim qızlarımdır, və uşaqlar – mənim uşaqlarımdır, və mal-qara – mənim mal-qaramdır, və nə görürsənsə, hamısı mənimdir»1. Yaqubla Esav haqqında isə belə deyilmişdir: «Və Esav dedi: “Məndə çoxdur, qardaşım; qoy sənin olan səndə qalsın”»2.
Və anlamaq lazımdır ki, nədən Lavan hər şeyin özünə məxsus olduğunu iddia edirdi, Esav isə əksinə davranaraq dedi: «Qoy sənin olan səndə qalsın»2.
Atam və müəllimim belə izah etdi: məlumdur ki, klipotun «yapışması» halı var, bir də klipotun «bəslənməsi» halı var. O dedi ki, klipa onun (insanın) yaxasından yapışıb onu müqəddəslikdə nəsə etməyə qoymadıqda-«yapışma» adlanır.
Məsələn, insan səhər tezdən durmalı, məclis evinə gedib Tövratla məşğul olmalıdır. O zaman klipa peyda olub ona deyir: «Özünü niyə əziyyətə salırsan? Axı sən yorğunsan, üstəlik, çöldə soyuqdur», və s. – şər başlanğıcın belə dəlilləri ilə onu ayıldır ki, qalxıb işlə məşğul olmağa dəyməz. O isə cavab verir: «Hər şey – dediyin kimidir, ancaq bu dünyada zəhmətə dəyməzmi ki, gələcək dünyaya layiq olum». Onda şər başlanğıc ona belə cavab verir: «Sənin düşündüyün ki, guya bu dünyadakı zəhmətinə görə sənə gələcək dünya veriləcək – bu yalnız o halda mümkündür ki, insan Tövrat və ehkamlarla Göylər naminə məşğul olsun. Amma mən bilirəm ki, sənin etdiyin hər şey Göylər naminə deyil. Elə isə, sən kimin üçün işləyirsən? Yalnız mənim üçün!» Bu misaldan onun sözlərini başa düşmək olar. Bu – elə haldır ki, klipa onun yaxasından yapışıb Tövrat və ehkamlarla məşğul olmağa imkan vermir.
Bu, Lavanın dəlilləri idi: «Qızlar – mənim qızlarımdır … və nə görürsənsə, hamısı mənimdir»1. Yəni sən Mənim (klipa) üçün işləyirsən, Yaradan naminə deyil. Belə olan halda sən gələcək dünyaya ümid bəsləməməlisən. Əgər belədirsə, özünü niyə boş yerə əziyyətə salırsan? Bu qüvvə ilə o, insanı saxlayır və insan onun təsirindən çıxa bilmir, onun istəyinə zidd olaraq başqa bir iş görə bilmir. Lavanın dəlilləri elə bundan ibarət idi, çünki o elə düşünürdü ki, bu dəlillərin sayəsində onda onu (Yaqubu) tutmaq gücü olacaq və o isə Tövrat və ehkamlarla məşğul olmağa qadir olmayacaq.
Bundan sonra isə o (insan) Lavanın dəlillərini dəf edib dedi: «Bu, doğru deyil! Mən, həqiqətən, Göylər naminə işləyirəm, ancaq sən bütün bu “ədalətli dəlillərlə” məni müqəddəslikdən uzaqlaşdırmaq üçün mənə göndərilmisən – buna inanmalıyam. Mən isə Yaradanın xidmətini sadəliklə görmək istəyirəm, sənin isə mənim Tövrat və ehkamlarımla heç bir əlaqən yoxdur. Buna görə də mən səni məğlub edirəm və Tövrat və ehkamlarla məşğul olmağa gedirəm. Və sənin mənə heç bir yaxınlaşma yolun yoxdur».
Onda klipa başqa surətdə gəlir və ona qarşı belə bəyan edir: «Bax gör, sənin kimi daha kim var ki, şər başlanğıcı məğlub edə bilsin. Başqa insanların alçaqlığına bax; onlarda heç bir dəf etmə qüvvəsi yoxdur. Sən isə xoşbəxtlikdən qəhrəmanların qəhrəmanısan, şübhə yoxdur ki, sən onlarla birləşməməlisən». Və onda onun Tövrat və ehkamlarla bütün məşğuliyyəti klipaya keçir, çünki o, onu təkəbbürə və s. salır.
O zaman insan dəf etməli və klipaya deməlidir: «Doğru deyil! Mən başqalarından yaxşı deyiləm və mənim Tövrat və ehkamlarla bütün məşğuliyyətim Göylər naminə olmayıb, hər şey sənin üçün olub. Belə olan halda mən indi o haldayam ki, müdriklər demişlər: “Kim Tövratı lo lişma öyrənirsə, yaxşı olardı ki, onun uşaqlıq yeri üzünə çevrilsin [yəni doğulan kimi ölsəydi daha yaxşı olardı]”». Belə çıxır ki, mən indi başqalarından da pisəm». Bu, Yaqubun Esava qarşı dəlili idi, o dedi: «“Hədiyyəmi qəbul et”, mən isə Tövrat və ehkamlarla yenidən məşğul olmağa başlamaq istəyirəm. Bu ana qədər isə guya Göylər naminə heç nə etməmişəm».
Lakin deyildiyi kimi: «Və Esav dedi: “Məndə çoxdur, qardaşım; qoy sənin olan səndə qalsın”»2. O isə bunu qəbul etmək istəmədi – ta ki, bir neçə iş görülənə və böyük zəhmətlər çəkilənə qədər. Və onda «ondan aldı», deyildiyi kimi: «Və o, ona israr etdi və o da qəbul etdi».
Beləliklə, burada – yəni əməl sonrası – hər şey çevrildi. Lavanın dəlili – «Və nə görürsənsə, hamısı mənimdir», yəni hər şey klipaya aiddir – indi bunu Yaqub ortaya qoyur, çünki Yaqub ona (Esava) hər şeyi hədiyyə şəklində göndərir, yəni deyir ki, bu, klipanın mülküdür. Yaqubun Lavan qarşısında iddiası isə – yuxarıda təsvir edilən əmələ qədər – o idi ki, hər şey müqəddəsliyə aiddir, klipaya deyil. İndi bunu Esav iddia edir, deyildiyi kimi: «Və dedi … qoy sənin olan səndə qalsın».
«Və qalan düşərgə xilas olacaq» ayəsi haqqında Raşi belə izah edir: «O, özünü üç şeyə hazırladı: hədiyyəyə, duaya və müharibəyə». Başqa sözlə, iki şey Esava aiddir – yəni hədiyyə və müharibə, bir şey isə Yaradanadır – yəni dua.
İndi isə, iş baxımından belə izah etmək lazımdır ki, yuxarıda deyilən üç şeyin hamısında niyyət Yaradanadır. Və bu, mənim atam və müəllimimin «Bax, Mənim yanımda bir yer var; sən qayanın üzərində dur» ayəsi haqqında dediyi kimidir; Musa Yaradan qarşısında «Mənə Ehtişamını göstər» dedi, buna cavab olaraq: «Və Yaradan dedi: Bax, Mənim yanımda (iti) yer var»6. Və izah edilir ki, «iti» sözünün «iman» (emuna), «dua» (tfilah), «səy» (egiya) sözlərinin baş hərflərindən ibarət akronim olduğu nəzərdə tutulur.
Və o dedi ki, Yaradanın böyüklüyünə nail olmaq üçün əvvəlcə Yaradanın özünə inanmaq lazımdır. Bundan sonra Yaradanın onu Özünə yaxınlaşdırması üçün Ona dua etmək lazımdır. Daha sonra isə öz şər başlanğıcını ram etmək üçün səy göstərmək lazımdır ki, o, Yaradan naminə özünü ləğv etmək istəsin. Bu üç əməldən sonra o, Yaradanın böyüklüyünə nail olur. Bu, Yaradanın Musanın «Mənə Ehtişamını göstər»7 sözünə verdiyi cavabdır.
Beləliklə, Raşi-nin izah etdiyi – hədiyyə, dua və müharibə – haqqında belə izah edilməlidir. Müharibə – şər başlanğıcla mübarizədir; dua – Yaradanın onu yaxınlaşdırması üçündür ki, öz dərəcəsində çatmalı olduğu kamilliyə gəlsin. Hədiyyə isə imana aiddir, çünki kim kiməsə etimad göstərirsə, buna «vermək» deyilir; İbrahim haqqında deyildiyi kimi: «Və Yaradanı tanıdı (inandı), və O, bunu onun üçün salehlik saydı». Və Raşi izah etdi ki, Yaradan onu, Onun qarşısında inandığı o imanına görə, İbrahimə şərəf və salehlik saydı.
Buna görə nəticə çıxır ki, bu üç şey – hədiyyə, dua və müharibə – Esava qalib gəlmək üçün yuxarıda deyilən üç şey deməkdir. Və yuxarıda deyilən bu üç şeyin hamısı insanla Yaradan arasındakı münasibətlərdən bəhs edir. Yalnız duanın insanla Yaradan arasındakı niyyət olduğunu, hədiyyə və müharibənin isə Esava aid olduğunu demək lazım deyil. Onların hamısını o, Yaradanla əlaqələndirir.
Amma islah etmək lazım olan Esavın hansı xüsusiyyətidir , onu bilmək lazımdır.Məlumdur ki, müqəddəsliyə qarşılıq klipa durur. Ümumilikdə buna Esavın klipası deyilir. Lakin bu klipanın içində çox dərəcələr var. Və hər bir cəhətin öz adı var. Müqəddəslikdə də çoxlu cəhətlər var. Və hər bir cəhətin öz adı var.
Ümumilikdə müqəddəslik sfirotların, parsufların və aləmlərin adı ilə adlandırılır. Və ümumilikdə müqəddəslik «vermək naminə» xüsusiyyəti ilə adlanır, murdarlıq isə «almaq naminə» adlanır və bu, özünə sevgi (eqoist məhəbbət) xüsusiyyətidir.
Və insan Tövrat və ehkamları ya bu dünyanı, ya da gələcək dünyanı almaq üçün yerinə yetirdikdə, bu iki hal «lo lişma» adlanır. Yalnız o kəs ki, Tövrat və ehkamları «O, böyükdür və hər şeyə hökm edir» deyə – yəni Yaradanın böyüklüyünə və əhəmiyyətinə görə – yerinə yetirir, bu «lišma» adlanır və bu, «vermək naminə»dir; öz əməyinə görə hər hansı bir əvəz almaq üçün deyil. Bu, təmiz iş adlanır.
Və vermək naminə iş yalnız o ölçüdə mümkündür ki, o (insan) öz əməyini qəbul edən(ə) dəyər verir. Onda «yanacaq» olur. Əks halda, yəni kim üçün işlədiyinin əhəmiyyətini artıra bilməyəcəksə, onda iş görməyə gücü olmaz. Axı təbiətdə də bunu görürük: kiçik böyük qarşısında – məşəl qarşısında şam kimi – ləğv olur. Amma bütün böyük iş – Əməli Qəbul Edənin böyüklüyünü artırmaqda, yəni Onun əhəmiyyətini dərk etməkdədir. Və əgər Onun əhəmiyyətini idrak daxilində qiymətləndirmək imkanı yoxdursa, onda bizim işimiz – yuxarıda deyilən kimidir – mənim atam və müəllimimin «Bax, Mənim yanımda (iti) yer var»6 ayəsini izah etməsi kimi – «iti» sözündəki «alef» hərfi imandan – «bilik üzərində imandan» – xəbər verir.
Deməli, insanın əsas işi bilikdən yuxarı işdə – Yaradanın dəyərini artırmaqda – dayanır. Axı ümumilikdə məxluqların halı belədir: onlar müqəddəsliyin «Şxinanın tozda olması» halında olduğunu hiss edirlər. Buna görə də bütün kitablarda deyilir ki, Tövrat və ehkamlarla məşğul olmamışdan əvvəl insan niyyətini Şxinanı tozdan qaldırmağa qurmalıdır. Çünki kiçiyin böyüyün qarşısında ləğv olması üzərində işləməyə ehtiyac yoxdur; təbiətdə qoyulub ki, kiçik böyüyün qarşısında ləğv olur. Bütün insanın işi yalnız Yaradanın böyüklüyünü və əhəmiyyətini qəbul etməkdədir.
Əslində isə insan hər şey haqqında anlayır ki, işləməyə dəyər – yəni bunun ona çatmadığını hiss edir – lakin Yaradanın böyüklüyü və əhəmiyyəti barəsində biz anlamırıq ki, bizə yalnız bu çatmır. Bunu bu ayə ilə izah etmək olar: «Saleh itib-batdı, və onu ürəyinə götürən bir insan yoxdur». Yaradan «saleh» adlanır, deyildiyi kimi: «Yaradan – salehdir». O, Öz əhəmiyyətini itirdi və bunu ürəyinə götürən yoxdur. Yəni Onun əhəmiyyətinə nail olmaq üçün işləmək gərəkdir.
Axı insan bir az yüksəliş hiss etdikdə, anlayır ki, yalnız ruhanilik üçün işləməyə dəyər. Və demək lazımdır ki, səbəb odur ki, o, ruhaniliyin əhəmiyyətini o qədər hiss edir ki, maddi üçün deyil,ruhanı iş üçün, işləməyə dəyər; çünki maddi onun üçün dəyərini itirib, ruhaninin dəyəri isə artıb.
Buna görə o, o zaman qərar verir ki, yalnız müqəddəslik naminə səy göstərməyə dəyər, maddi naminə deyil. Beləliklə nəticə çıxır ki, bütün yüksəliş və enişlər insanın özü ilə baş vermir, müqəddəsliklə baş verir. Yəni bəzən müqəddəslik dəyər qazanır – başqa sözlə, onun üçün daha önəmli olur – bəzən isə müqəddəsliyin əhəmiyyəti o qədər aşağı düşür ki, onun haqqında düşünməyə belə dəymir.
Kiçiyin böyüyün qarşısında ləğv olması haqqında isə biz belə tapırıq (Yalkut Xadaş və Pirkey Ravvin Eli'ezer): Yaradan İbrahimin şöhrətini yüksəltdikdən sonra, hamı İbrahimin böyüklüyünü gördü, Firon Saraya qızını – öz qızını – bağışladı ki, o, İbrahimin evində cariyə olsun. Halbuki cariyə çox alçaq bir dərəcədir, çünki o zaman cariyə və qulun heç bir insan haqqı yox idi və onlar heyvanlara bənzədilirdilər. Bununla belə, o, öz qızını verdi ki, Sarayın cariyəsi olsun, və onu (qızını) belə ovundururdu: «Qızım, bərəkətli İbrahimin evində cariyə olmağın, mənim evimdə xanım olmağından daha yaxşıdır».
Və insanın maddi işdə mükafat üçün çalışanla, Padşaha Onun böyüklüyü və əhəmiyyəti səbəbi ilə xidmət etmək istəyən arasındakı fərq bundan ibarətdir: əgər insan maddi həyatda işləyirsə ki, maddi mükafat alsın, görürük ki, bu insana uzun müddət işləmək zərurəti olmadan mükafat almağın yolu verilərsə, heç bir şübhə yoxdur ki, onun üçün belə bir halı təmin edən kimsə tapsa, o, dərhal bu yolu seçəcək. Axı insan rahatlığı sevir və yalnız mükafat almaq üçün rahatlıqdan gələn ləzzətdən imtina edir.
Beləliklə, o, elə birini taparsa ki, ona zəhmət çəkməyəcəyi bir vəziyyəti təmin edəcək, bu, onun üçün xoşbəxtlikdir. Lakin Padşaha Onun böyüklüyünə görə xidmət edirsə və onun zövqü Padşaha xidmət etməyin böyük bir şərəf olmasından doğursa, onda elə bir vəziyyət ola bilməz ki, o, işləməsin, amma mükafat alsın; çünki onun mükafatı elə Padşaha xidmətdir. Və bu, insana həqiqəti görməyə imkan verən aşkar bir əlamətdir – onun işinin məqsədi nədir: mükafatamı yönəlib, yoxsa Yaradanın böyüklüyünəmi.