<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / "Əzaba görə ödəniş" nə deməkdir

Barux Şalom Halevi Aşlaq (Rabaş)

"Əzaba görə ödəniş" nə deməkdir

Məqalə 29, 1987

Müdriklərin ifadələri arasında belə sözlər tapırıq: "Ben He He deyir: Əzaba görə - ödəniş". Və bu şərtin nədən ibarət olduğunu anlamaq lazımdır. Bunu belə anlamaq olar: "İşə görə - ödəniş".

Necə ki deyilir: "Onun əvəzi çox böyükdür - əməyinə görə". Belə olan halda anlamaq lazımdır ki, "əzaba görə - ödəniş" nə deməkdir. Axı deməli idi: "işinə görə - əvəzi". Niyə o zaman, "əzaba görə - ödəniş" deyir?

Və oxşar sözləri Zoar kitabında tapırıq: «Və xilas da belə olacaq. Əgər layiq olsalar, mərhəmətlə çıxacaqlar, necə ki deyilib: “Hələ sancılar ona çatmamış, o artıq oğul doğdu”. Əgər ondan əvvəl mərhəmət yoxdursa, əzablarla çıxacaqlar. Və yaxşıdır ki, əvvəlcə onda əzablar və hökm olsun ki, mərhəməti cəlb etsin. Buna görə Mişnanın müəllifi olan müdriklər müəyyən etdilər: “əzaba görə – ödəniş”».

Zoar kitabının sözləri də izaha ehtiyac duyur.

1.Niyə mərhəməti cəlb etmək üçün əvvəlcə əzablar və hökm lazımdır, necə ki deyilib: «Və yaxşıdır ki, əvvəlcə onda əzablar və hökm olsun ki, mərhəməti cəlb etsin»?

2.Onların dediyi «əzaba görə – ödəniş», yəni «əzab nə qədərdirsə, ödəniş də o qədərdir». Axı müdriklərimiz demişlər: «O deyirdi: Ağasına mükafat almaq üçün xidmət edən qullara bənzəməyin». Belə olan halda necə mükafat naminə işləmək olar? Amma onlar dedilər: «əzaba görə – ödəniş». Axı mükafat naminə işləmək olmaz.

Bunu başa düşmək üçün əvvəlcə bilmək lazımdır ki, onlar «əzab», «zəhmət», «hökm» dedikdə nəyi nəzərdə tuturlar. Və hansı ödəniş haqqında «əzab nə qədərdirsə, ödəniş də o qədərdir» deyiblər? Məlumdur ki, «klisiz nur yoxdur». Başqa sözlə, xisaron olmayan yerdə doldurmaq mümkün deyil. Yalnız xisaron olan yerdə onu doldurmaq olar. Buna görə də Yaradan xisaron verdi, bu da həzz almaq istəyi və meyli adlanır.

Bu hal «Sonsuzluğun Malxutu» adlanır və bu, yaradılmış adlanır. Məlum olduğu kimi, bu «qaranlığı yaradan» adlanır ki, ona nur və həzz versin. Və biz öyrəndik ki, bu hal Sonsuzluq adlanır, çünki «almaq istəyi» adlanan bu xüsusiyyət, özündə olan xisaronu doldurmaq üçün son qoymadı, yəni hələ demədi: «Mən bu klidən istifadə etmək istəmirəm», əksinə, həqiqətən xeyir və həzz aldı.

Sonra ali xeyri alan bu kli dedi: «Mən alan olmaq istəmirəm, Yaradan kimi olmaq istəyirəm, yəni verən olmaq istəyirəm». Amma bu necə mümkündür? Başqa sözlə, əgər biz ruhaniyyətdən danışırıqsa və o, Yaradanla qovuşmada olmaq istəyirsə, necə deyə bilər: «Mən almaq istəmirəm»? Axı bu, Yaradılış Məqsədinə ziddir, çünki Yaradanın istəyi yaradılanları həzzləndirməkdir. Bəs Malxut necə dedi: «Mən Yaradılış Məqsədinin həyata keçməsini istəmirəm»? Axı Yaradanın istəyi yalnız aşağı olan Onun əta etmək istədiyini aldıqda həyata keçə bilər. Əgər aşağı almırsa, Yaradılış Məqsədi heç vaxt həyata keçməz.

Və cavab ondan ibarətdir ki, Malxut dedi: «Bəli, mən almaq istəyirəm, mən vermək istəyən Yaradanın iradəsinə qarşı getmək istəmirəm, necə ki deyilib: “Onun istəyi – yaradılanları həzzləndirməkdir”, lakin mən almaq istəmirəm ki, öz meylimi sakitləşdirim. Hərçənd böyük bir xisarona malik olduğumu hiss edirəm və istəyirəm ki, arzum ali xeyirlə dolsun, buna baxmayaraq, bu səbəbdən almaq istəmirəm.

Lakin o belə niyyətlə  alacaq – yəni məndə olan almaq istəyinə görə. Mən bundan imtina etmək istəyirəm, yəni o, ali xeyirsiz boş məkanda qalmaqla alacaq. Amma Yaradan istəyir ki, aşağı olan xeyir və həzz alsın, buna görə də yenə də alacağam. Yəni mən alıram, çünki Yaradan vermək istəyir. Bu səbəbdən alacağam. Və bu “vermək naminə almaq” adlanır, çünki bununla Yaradanın “həzzləndirmək istəyi” adlanan istəyinin gerçəklikdə həyata keçməsinə səbəb oluram.

Kabala dilində isə bu belə adlanır ki, o, ali xeyir üzərində ekran (masax) qurur və bu xeyiri, vermək naminə nə qədər faiz ala biləcəyinə dair hesab etməyincə almır. Qalan hissəni isə alsa, bu artıq almaq naminə olar və o, nursuz boş qalar.

Və “yuxarı üçün istək olan şey aşağı üçün məcburi qanuna çevrilir” qaydasına görə, belə çıxır ki, Malxutun “mən almaq naminə almaq istəmirəm” deməsi, bu da ixtisar adlanır və bu Malxutda və ondan aşağıda almaq naminə almağa qadağa yaranmasına səbəb oldu. Əgər yenə də almaq istəsələr, artıq Yaradan­dan ayrılırlar, çünki O verəndir, alan isə forma etibarilə Ona ziddir və “formadakı fərq ruhaniyyətdə ayrılığa gətirir”. Və buradan Həyat Mənbəyindən ayrılmış və ölü adlanan klipot üçün yer yaranır.

Bundan sonra iki sistem çıxır: müqəddəslik və klipa. Və bu, deyildiyi kimidir: «Bu ayrılığı, ruhların kelimində yerləşdirilmiş bölünməni islah etmək üçün Yaradan bütün aləmləri yaratdı və onları iki sistemə ayırdı- müqəddəsliyin dörd ABYA və  onların qarşısında murdarlığın dörd ABYA aləmini. Və O, vermək istəyini müqəddəs ABYA aləmləri sisteminə yerləşdirdi, almaq istəyini isə onlardan çıxarıb murdar ABYA aləmləri sisteminə verdi. Və beləliklə, buna görə də onlar Yaradan­dan və bütün müqəddəs aləmlərdən ayrılmış oldular».

«Və aləmlər bu maddi aləmin reallığına qədər endi, yəni bədənin və ruhun reallığının, həmçinin pozulma və islah vaxtının olduğu yerə qədər. Çünki bədən, yəni özün üçün almaq istəyi, yuxarıda deyildiyi kimi, Yaradılış Məqsədindəki kökündən gəlir və murdar aləmlər sistemindən keçir… və on üç yaşına qədər bu sistemin əsarətində qalır. Bu isə pozğunluq vaxtıdır. Amma on üç yaşından başlayaraq ehkamlarla məşğul olmaq sayəsində, onda yerləşdirilmiş özün üçün almaq istəyini tədricən təmizləməyə başlayır, onu yavaş-yavaş “vermək naminə” dəyişir və bununla müqəddəs ruhu öz kökündən – Yaradılış Məqsədindən tədricən cəlb edir. Və o, müqəddəs aləmlər sistemindən keçərək bədənə bürünür. Və bu – islah vaxtıdır».

Və budur, yuxarıda təsvir olunan bu qayda, necə ki deyilir ki, 13 yaşına qədər insan klipotun hakimiyyəti altında olur, insanı tam şəkildə mütləq kamillik doldurur və elə bir kəs yoxdur ki, pozğunluq vaxtının bu yolu ilə getməsin, çünki bu yol təbiidir. Başqa sözlə, etdiyi hər şeylə, deyilməsi qorxulu olsa da, özü üçün almaq istəyinə zərər vurmur. Lakin 13 yaşından sonra, insan Tövrat və ehkamlarla murdarlığın hakimiyyətindən çıxmaq niyyəti ilə işləməyə başlayanda, çünki o, əksinə işləmək istəyir, yəni yerinə yetirdiyi Tövrat və ehkamlar sayəsində murdar sistemdən gələn almaq istəyini ləğv etmək üçün gücə malik olsun, burada iş ağır gedir, çünki bu, təbiətə ziddir. [Və mən, M. Laytman, öz ravımdan və müəllimim Rabaşdan eşitmişəm ki, 13 rəqəmini Baal Sulam mahiyyəti gizlətmək üçün yazıb].

İnsan özün üçün almaq istəyi ilə doğulduğuna görə, birdən bədəninə müraciət edib ona deyir: «Qulaq as! İndiyə qədər sən düşüncədə, sözdə və əməldə özün üçün işləyirdin. Amma bu andan etibarən mən istəyirəm ki, sən yalnız Yaradan naminə işləyəsən. Yəni etdiyin bütün əməllər yalnız Yaradana həzz çatdırmaq niyyəti ilə olacaq».

Bədən bu sözləri eşidəndə, həm ağıl, həm də qəlb baxımından bütün gücü ilə müqavimət göstərir. Və insanın nə dərəcədə özünə aşmasına uyğun olaraq, o, bu müqaviməti müxtəlif iddialar şəklində aşkar edir, Zoarın izah etdiyi kimi, İsrail Torpağı haqqında danışan casusların iddialarına bənzər: «“Cənubdan qalxdılar” ‘ba-negev’ o deməkdir ki, insanlar orada, Tövratda, “qurumuş” halda ‘ba-negev’, yəni süst qəlblə qalxırlar, sanki boş yerə, faydasız çalışırlar, çünki orada mükafat olmadığını düşünürlər. O görür ki, bu dünyanın sərvəti itirilib və düşünür ki, artıq hər şey məhv olub».

Orada həmçinin deyilir: «“Dünyanı gəzib qayıtdılar” – yəni şərin tərəfinə qayıtdılar və həqiqət yolundan döndülər. Yəni dedilər: “Biz nə qazandıq? Bu günə qədər dünyada heç bir xeyir görmədik, Tövratda zəhmət çəkdik, amma ev boşdur. Xalqın ən aşağıları arasında yaşadıq. O aləmə kim layiq olacaq və ora kim daxil olacaq? Kaş ki bu qədər zəhmət çəkməyəydik…  ali aləm gözəldir… amma kim ona [yəni bu torpağa] layiq ola bilər?”».

Və deyilənlərdən görürük ki, casusların iddiaları yalnız zəhmətdən sonra, onlar artıq əta etmək naminə işləməyə başlayandan sonra yaranır, necə ki Zoarda deyilir: «Bu günə qədər biz dünyada heç bir xeyir görmədik, Tövratda zəhmət çəkdik». Və onlar həmçinin dedilər: «Kaş ki bu qədər zəhmət çəkməyəydik». Bu o deməkdir ki, onlar artıq “əta etmək”-yə çatmaq üçün böyük zəhmət qoyublar, bu da “İsrail Torpağı” adlanır. Çünki “torpaq” ‘erets’ arzu ‘ratsôn’ adlanır, “İsrail” isə “Yaşar–El” (birbaşa Yaradan­a) adlanır, başqa sözlə, onların arzusu odur ki, hər şey “Yaşar–El”, birbaşa Yaradan­a yönəlsin, yuxarıda deyildiyi kimi, hakimiyyəti özü üçün almaq istəyində olan klipotda olmasın.

Lakin casuslar dedilər: «O ali aləm gözəldir… amma kim ona layiq ola bilər?» Görürük ki, insandakı, onu həqiqət yoluna – yəni əta etmək naminə işə – daxil olmağa mane olan şər bir anda aşkara çıxmır. Hər şey “birinə qarşı biri” prinsipi ilə baş verir. “Vermək naminə” nə qədər güclənirsə, eyni dərəcədə “almaq naminə” də güclənir.

Və buna görə insan düşünür ki, o, irəli yox, geriyə gedir. Amma əslində o yenə də irəliləyir. Və burada görə bilər ki, nə qədər əta etmək yolu ilə getməyə çalışırsa, bir o qədər almaq istəyinə daha böyük meyl alır. Başqa sözlə, vermək yolu ilə getmək üçün qüvvə qoymazdan əvvəl onda eqoist sevgiyə belə güclü meyl yox idi.

Eyni zamanda, o, əta etmək naminə işə daxil olduqda görür ki, vermək arzusu güclənmək və almaq arzusu zəifləmək əvəzinə əksinə baş verir. Və o soruşur: əgər almaq arzusu daha da gücləndisə ,vermək naminə işdən nə qazandı ? Başqa sözlə, o, onun üçün səviyyə etibarilə yüksəldi, yəni daha vacib oldu, vermək arzusu isə zəiflədi. Yəni o, bu işdə əta etmə kelimi əldə etməyə başladıqdan sonra onun üçün daha aşağı bir pilləyə düşdü.

Belə çıxır ki, yalnız o, əta etmə naminə işə başladıqda casusların iddiası yaranır. Başqa sözlə, vermək naminə işə başlamazdan əvvəl, işi bütün cəmiyyət kimi olanda, o bilirdi ki, Tövratı öyrənir və ehkamlarla məşğuldur və Tövrat və ehkamları yerinə yetirərkən heç bir əzab hiss etmirdi. Lakin əta etmək naminə işə başladıqdan sonra, hətta iş zamanı belə, əzab və ağrı hiss edir.

Və əslində, o zaman başında yaranan casusların iddiası ilə bağlı görür ki, dediklərinin hamısında haqlıdırlar. Və bu onu “keçmiş [yaxşı] əməllərinə peşman olmağa” gətirib çıxarır. Yəni onu bu əta etmə işinə cəlb edənə qəzəblənir. Axı o, tamamilə xeyirlə dolu bir dünyada yaşayırdı və həqiqətən “bu dünyada xoşbəxtsən və gələcək dünyada da sənə yaxşı olacaq” halını hiss edirdi. İndi isə o, həqiqətən öz bədənindən casusların iddiasını eşidir: «Biz boş yerə zəhmət çəkdik və bu gələcək dünyaya kim layiq ola bilər!»

Belə çıxır ki, o, özünü hər şeydən məhrum olunmuş hiss edir. Çünki indi içindəki şərin ona hökm etdiyini və ona itaətsizlik edib özü üçün almaq istəyinin iradəsinə və fikrinə qarşı getməyə icazəsi olmadığı həqiqətini görür. Və o, sözün həqiqi mənasında özünü müqəddəslikdən tam ayrılmış hiss edir və “ölülər cəmiyyəti”ndə olduğunu duyur, yəni: «Günahkarlar həyatlarında ikən ölü adlanırlar», çünki onlar Həyat Mənbəyindən ayrılıblar. İndi o, bunu sadəcə praktik olaraq hiss edir.

Halbuki, əta etmək naminə işə daxil olmazdan əvvəl o, özü haqqında deyirdi ki, Yaradanın qulluqçuları cəmiyyətinə aiddir. Və işində olan bütün enerji ona yalnız Yaradan yoluyla getməyən insanların mövcudluğunu gördüyünə görə ağrı və əzab gətirirdi. Lakin özü haqqında az-çox əmin idi ki, o, Yaradanın qulluqçusu adlanır.

İndi isə görür ki, ona yuxarıda adı çəkilən yolla getməyi məsləhət gördükləri nəticəsində nəsibinə nə düşüb. Yalnız ağrı və əzab ki, bu dünyası yoxdur. Yəni bu dünyada görür ki, Yaradanla hər şeyi qaydasında deyil. Yəni hiss edəcək ki, Yaradan üçün işləmək istəyir, özü üçün isə - bunda məmnuniyyət görmür. Və hərçənd öz mənfəətindən çıxa bilmir, amma özü üçün mənfəətdə də məmnuniyyət tapmır.

Bəs indi, gələcək dünyaya necə ümid edə və özünə deyə bilər ki, onun gələcək dünyada mükafatı olacaq? Axı indi o həqiqəti görür – onda Yaradan naminə işləmək üçün heç bir niyyət yoxdur ki, deyə bilsin: mənə Yaradan naminə işlədiyimə görə mükafat düşür.

Və deyilənlərdən görürük ki, məhz insan əta etmək yolu ilə getməyə başlayanda, o, ağrı və əzab halına və Yaradanın işində olan zəhmətin hissinə gəlir. Başqa sözlə, zəhmət yalnız biz Yaradan naminə işləmək istədikdə üzə çıxır. Çünki yalnızo zaman onda casusların iddiaları yaranır və onları aşmaq çox çətindir. Və bir çoxları döyüş meydanından qaçır və casusların iddiaları qarşısında təslim olurlar.

Amma yerindən tərpənmək istəməyənlər və «Bizim gedəcək yerimiz yoxdur» deyənlər, onları həmişə məğlub edə bilmədiklərinə görə əzab çəkirlər. Və onlar yüksəliş və eniş hallarındadırlar. Və nə qədər çox qalib gəlirlərsə, bir o qədər görürlər ki, məqsəddən daha da uzaqdırlar, çünki Yaradanla birləşməyə layiq olmaq istəyirlər, bu da forma bənzərliyi deməkdir.

Və dözməli olduqları əzabın ölçüsü bununla bağlıdır ki, əslində insan öz qücü ilə özü üçün alma hökmranlığından çıxa bilmir, çünki bu, Yaradanın insanı yaratdığı təbiətdir və yalnız Yaradanın Özü onu dəyişə bilər. Başqa sözlə, necə ki, O, məxluqlara alma arzusu verdi, eləcə də sonra onlara vermək arzusu verə bilər.

Lakin « kelimsiz nur yoxdur, xisaronsuz dolum yoxdur» qaydasına görə, əvvəlcə insan xisarona sahib olmalıdır. Yəni o, vermək arzusu adlanan bu kliyə malik olmadığını hiss etməlidir. Hiss etmək isə o deməkdir ki, insan vermək arzusu adlanan kliyə malik olmadığından nə itirdiyini bilməsə, heç bir xisarona sahib olduğunu hiss edə bilməz. Buna görə insan özünə hesabat verməlidir və bu da onu əta etmək istəyinin olmadığını dərk etməyə gətirir.

Və itkinin ölçüsü nə qədərdirsə, ağrı və əzabı da o qədər hiss edir. Həqiqi xisarona sahib olduqda, yəni artıq ürəyinin dərinliyindən Yaradanın ona Yaradan naminə işləmək üçün qüvvə verməsi barədə dua edə bildikdə, onda bu kli, yəni həqiqi xisarona malik olduğu anda, bu, onun duasının qəbul olunduğu həqiqi andır. Və o, yuxarıdan kömək alır, necə ki müdriklər demişlər: «Təmizlənməyə gələnə kömək edirlər».

Və buradan biz soruşduğumuzu anlayacağıq – «Əzaba görə – mükafat» nə deməkdir. Burada söhbət onda olan xisarona görə gedir, yəni onun şərin hökmranlığından çıxa bilmədiyinə görə nə dərəcədə əzab hiss etməsindən. «Şər» isə o vaxt adlanır ki, o, bunun həqiqətən şər bir şey olduğunu hiss edir. Yəni o görür ki, alan kelim ona hansı bəlaları gətirir. Onda o, həqiqi əzab hiss edir. Və bu onda Yaradan ona kömək etsin-deyə ehtiyac yaradır. Və o «mükafat» alır, yəni çəkdiyi əzaba görə mükafat alır. Buna görə də deyilib: «Əzaba görə – mükafat», yəni əzabda olan tam ölçüyə, başqa sözlə xisarona görə – mükafat. Onda mükafatın gəlmə vaxtı çatır, yuxarıda deyildiyi kimi, çünki klisiz nur olmur.

Və bununla avtomatik olaraq müdriklərimizin sözləri ilə bağlı soruşduğumuz aydın olur: «Ağasına mükafat almaq üçün qulluq edən kölələr kimi olmayın». Yəni mükafat almaq üçün işləmək olmaz. Çünki mükafat almaq səbəbindən insan əta edən olan Yaradan­dan ayrılır, insan isə almaq istəyir.

Cavab isə ondadır ki, onun səylərinə görə istədiyi mükafat ondan ibarətdir ki, o, alan klini dəf edə bilsin və vermək naminə işləyə bilsin. Belə olduqda, bu cür mükafat, əksinə, onu Həyat Mənbəyi ilə birləşməyə gətirir. Yəni onun gözlədiyi mükafat – ona elə qüvvə verilməsidir ki, alan kliyə daxil olan mükafatsız işləyə bilsin, çünki o mükafat onu ayırır. Bu mükafat isə verən kliyə daxil olur və bunun sayəsində o, Yaradanla yaxınlaşır.

Və buradan biz həmçinin şənbə nəğmələri zamanı oxuduğumuz sözləri anlayacağıq: «Onun mükafatı çox böyükdür – zəhmətinə görə». Və bunu başa düşmək lazımdır:

1.Məgər muzd üçün işləmək olarmı? O halda niyə deyilib: «Onun mükafatı çox böyükdür»?

2.«Onun mükafatı çox böyükdür – zəhmətinə görə». Burada nə yenilik var? Axı həmişə daha çox işləyən daha böyük mükafat alır. O halda «onun mükafatı çox böyükdür» nə deməkdir? Mən başa düşərdim əgər deyilsəydi: «Onun mükafatı, hətta o, o qədər də çox zəhmət çəkməsə də, yenə də böyükdür».

Və yuxarıda deyilənlərdən belə izah etmək lazımdır ki, «onun zəhməti» maddi işə bənzəmir, orada insanın istehsal etdiyi məhsula görə ödəniş verilir. Axı məhsul müsbət bir şey adlanır, yəni işçinin istehsal etdiyi bir şey var və istehsalın miqdarına görə də o mükafat alır.

Amma burada «onun əməyinə görə» onun necə işlədiyinə və necə səylər göstərdiyinə görə  deməkdir, halbuki o, işində heç bir müsbət şey görmür, əksinə, hər dəfə öz işində daha çox mənfi tərəf görür. Başqa sözlə, hər dəfə görür ki, Yaradan naminə işləmək istəmir. Belə olan halda, o, necə mükafat istəyə bilər və necə demək olar ki : «onun mükafatı çox böyükdür – əməyinə görə», halbuki o, heç bir irəliləyiş görmür. Əksinə, hər dəfə geri çəkilir, lakin buna baxmayaraq, döyüş meydanından qaçmır və işə laqeyd yanaşmır. O sanki həqiqətən irəliləyirmiş kimi işləyir. Beləliklə, «onun əməyinə görə» - hər dəfə nə qədər qalib gəlir  deməkdir , həmçinin işə qoyduğu əzab və səylərə görə bu, onun kliyə və Yaradanın ona kömək etməsi üçün həqiqi ehtiyaca çatmasına səbəb olur.

Belə çıxır ki, bu, insanın maddi dünyada yaratdığı məhsula görə mükafat alması kimi deyil, harada ki, gördüyü işdə bir nəticə var. Burada isə – əksinədir.

Həmçinin, niyə burada mükafat almaq mümkündür? Yuxarıda deyildiyi kimi, onun tələb etdiyi mükafat ondan ibarət deyil ki, bu mükafat onu Yaradanla birləşmədən ayırsın. Əksinə, alacağını ümid etdiyi mükafat ondadır  ki, ona Yaradan üçün əta etmə imkanı yaranacaq və bu mükafat sayəsində o Yaradanla birləşəcək.

Buna görə də deyilib: «Və yaxşıdır ki, ondan əvvəl əzab və hökm gəlsin ki, mərhəməti cəlb etsin». Biz isə soruşduq: əgər onlar mərhəmət istəyirlərsə, niyə əzab və hökm lazımdır? Və izah yuxarıda deyildiyi kimidir ki, əzab kli və ehtiyacdır. Çünki « kli olmadan nur yoxdur». Bəs «nur» nədir? Bu mərhəmətdir. Yəni müdriklərimizin dediyi kimi: «Necə ki, O mərhəmətlidir, sən də mərhəmətli ol» ki, O bunu ona versin.