<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani işdə “hakim mütləq ədalətli hökm verməlidir” nə deməkdir

Barux Şalom Levi Aşlaq (Rabaş) 

Ruhani işdə “hakim mütləq ədalətli hökm verməlidir” nə deməkdir

Məqalə 45, 1991

Müdriklərimiz demişlər: «Hər bir hakim ki, mütləq ədalətli hökm verir, … sanki yaradılışın başlanğıcı əməlində Yaradanın şəriki olur».

Bunu anlamaq lazımdır:

  1. “Ədalətli hökm” nədir və “mütləq ədalətli hökm” nədir. Belə çıxır ki, ədalətli hökm ola bilər və yalnız ona “mütləq” olmaq çatışmır. Yəni adətən o ədalətlidir. Bəs “mütləq” nə deməkdir? Yəni “mütləq” anlayışı bizə nə əlavə edir?
  2. «Yaradılışın başlanğıcı əməlində Yaradanın şəriki olur» ifadəsi nə deməkdir?
  3. Niyə məhz o, “mütləq ədalətli” olduqda Yaradanın şəriki ola bilər, lakin sadəcə “ədalətli” olduqda şərik ola bilmir? Bunun səbəbi nədir, yəni “mütləq ədalətlilik” ilə yaradılışın başlanğıcı əməli arasında hansı əlaqə var?

Məlumdur ki, yaradılışın başlanğıcı əməli, yəni aləmin yaradılması və onun doldurulması, məxluqları həzzləndirmək məqsədi ilə idi. Bu mənada aləm xisarón ilə çıxdı və həmçinin bu xisarónun doldurulması ilə və bu “Sonsuzluq aləmi” adlanır, o zaman ki, ali nur yaradılışın bütün reallığını doldururdu.

Lakin utanma olmasın deyə, “ixtisar” adlanan bir islah edildi. Bu isə gizlətmə və örtülmədir ki, Yaradanın Öz yaratdıqlarına vermək istədiyi xeyir və həzz aləmdə aşkar olmasın, onlar vermək naminə niyyətə çatana qədər, yəni Yaradana həzz vermək üçün.

Buna görə məxluqun üzərinə utanma hissini islah etmək qoyulub, yəni onlar vermək (əta etmək) naminə niyyətdə olmalıdırlar. Məxluqlar özləri üçün alma istəyi təbiəti ilə yaradıldıqları üçün, məlum olduğu kimi, çünki Yaradan istəyir ki, məxluqlar Onun onlara vermək istədiyi xeyirdən həzz alsınlar, buna görə də onlarda bu xeyirə qarşı arzu və meyl yaratdı.

Beləliklə, əgər məxluqlar əks əməl, yəni vermək niyyəti ilə almaq etməlidirlərsə, bu, böyük zəhmətdir. Və bu, o deməkdir ki, biz xeyir və həzzi qəbul etməyə uyğun kelim hazırlamalıyıq ki, həzz alarkən utanma olmasın.

Buradan çıxır ki, Yaradandan xeyir almalı olan kli iki hissədən ibarətdir:

  1. həzz almaq istəyi,
  2. niyyət isə vermək (əta etmək) naminə olmalıdır.

Belə çıxır ki, yaradılışın məqsədini həyata keçirmək üçün, yəni məxluqların xeyir və həzz alması üçün, kelimlərin hazırlanmasında iki şərik ayırd etmək lazımdır:

  1. almaq istəyini verən Yaradan,
  2. aldıqlarına “vermək naminə” adlanan niyyəti yaratmalı olan məxluqlar.

Və bu ikisindən xeyir və həzzi qəbul etməyə yararlı kli yaranır.

Deyilənlərlə biz soruşduğumuzu izah edə bilərik: «sanki yaradılışın başlanğıcı əməlində Yaradanın şəriki olur» nə deməkdir? “Sanki” sözlərinin nə demək olduğunu başa düşməliyik. Çünki nur baxımından, yəni xeyir və həzz olan şey baxımından, şübhəsiz ki, bunu yalnız Yaradan verir və burada heç bir şəriklikdən söhbət gedə bilməz. Lakin kliyə gəldikdə, burada şəriklikdən danışmaq olar.

Çünki Yaradan almaq istəyini və həzz almağa meyli verdi, məxluqlar isə klini- digər yarısını verirlər, yəni vermək istəyini. Başqa sözlə, klidə olan alma istəyi hissəsini biz Yaradana aid edirik. Klidə olan digər hissəni, yəni vermək istəyini isə məxluqlara aid edirik; bu, məxluqların gördüyü işdir. Beləliklə, klidə iki iştirakçı var.

Və bu, Zoar kitabında deyildiyi kimidir: «“Və Siona de: sən Mənim xalqımsan”. “Xalqım” (‘ami’) kimi yox, “Mənimlə” (‘imi’) kimi oxu, yəni: Mənimlə şərik olmaq. Necə ki, Mən “göyü və yeri” Öz sözlərimlə yaratdım, … eləcə də sən». Yəni Mən yaradılışı almaq istəyini yaratmaqla başladım, onu tamamlamaq isə sizə aiddir, yəni almaq istəyinə vermək naminə niyyət vermək. Və bu, “şəriklik” adlanır.

Belə çıxır ki, şərikliyin əsası məhz almaq kelimlərinə edilən ixtisar və gizlətmənin nəticəsidir. Yəni ixtisar islahına görə nur uzaqlaşdı. Lakin “vermək naminə” adlanan islah sayəsində nur yenidən parlayır, kli hansı ölçüdə vermək istəyinə malikdirsə, o ölçüdə.

Buna görə soruşmaq lazımdır: məgər yazılmayıb ki, «Bütün yer Onun şöhrəti ilə doludur»? Həmçinin Zoarda deyilir: «Ondan azad yer yoxdur». Bu o deməkdir ki, aləmdə heç bir gizlətmə və ya ixtisar yeri yoxdur. Lakin biz görürük ki, insan düşüşə gəldikdə gizlətmə və ixtisarın hakimiyyəti altına düşür və heç bir ruhani şeyi hiss etmir.

İzah isə bundadır ki, Yaradan baxımından heç bir ixtisar yoxdur və «Bütün yer Onun şöhrəti ilə doludur». Lakin «Sən aləm yaradılmamışdan əvvəl də var idin və aləm yaradıldıqdan sonra da varsan». Bunu belə izah etmək lazımdır: necə ki, aləm yaradılmamışdan əvvəl (aləm – “olam” – gizlətmə və örtülmə deməkdir) Yaradan bütün reallığı doldururdu, eləcə də aləm yaradıldıqdan sonra (yəni gizlətmə və örtülmə yaradıldıqdan sonra) Yaradan yenə də bütün reallığı doldurur. Ondan azad yer yoxdur, lakin məxluqlara münasibətdə O gizlidir və onlar utanma olmasın deyə edilən islah səbəbindən Onu hiss etmirlər.

Yuxarıda deyiləndən belə çıxır ki, insanın işdə hiss etdiyi örtülmə və gizlətmə məhz o zaman başlayır ki, o, Yaradanla birləşməyə layiq olmaq istəyir, necə ki yazılıb: «Ona tutun», yəni xüsusiyyətlərin oxşarlığı. Bu o deməkdir ki, necə ki, Yaradan Öz məxluqlarına həzz vermək istəyir, insan da çalışmalıdır ki, həyatda bütün qayğısı yalnız Yaradana həzz vermək olsun.

Və insan özünü aldatmasın deyə, guya özü üçün heç nə istəmir və niyyəti yalnız Yaradana verməkdir deməsin deyə, yuxarıdan ona düşüş verildikdə, yəni Tövratda və ehkamlarda heç bir dad hiss etmədikdə, insana öz ədalətli vəziyyətini görmək imkanı verilir: görsün ki, doğrudanmı onda özü üçün heç bir arzu yoxdur və bütün fikirləri yalnız Yaradan üçündür, yoxsa öz mənfəəti üçündür.

Başqa sözlə, düşüş zamanı insan deməlidir: “Mən Tövrat və ehkamlarla məşğul olarkən nə hiss etməyim mənim üçün fərq etmir, çünki bütün fikirlərim Yaradanın xeyrinə yönəlib. Buna görə mən öz işimi görürəm və inanıram ki, Yaradan bundan həzz alır. Belə düşünməli olduğumu isə müdriklərə inamdan alıram”. Lakin niyyəti öz mənfəəti olduqda, o, başqa cür danışır.

Və bu, mənim atam və müəllimimin “İşin qaydası” məqaləsində (6-cı bənd) yazdığı kimidir: «İşimizi Yaradanla bağladıqda, inanmaq lazımdır ki, Yaradan bizim işimizi qəbul edir və bu işin necə göründüyü vacib deyil. İnsan yalnız bu işi Yaradanla bağlamalıdır və bu kifayətdir».

Buna görə də düşüş zamanı insan işdə öz ədalətli vəziyyətini görə bilər. Lakin əsas olan odur ki, bu zaman o, «bütün yer Yaradanın şöhrəti ilə doludur» inamında möhkəmlənməlidir. Beləliklə, insan ən aşağı vəziyyətdə olsa belə, deməyə haqqı yoxdur ki, burada — qorxulu bir şey deməkdir — «bütün yer Onun şöhrəti ilə doludur» deyilə bilməz. Əksinə, yazılana inanmalıdır: «Onun şöhrəti ilə aləm doludur». Sadəcə bu, ondan gizlədilib və bu, ona seçim yeri verilməsi üçün edilib ki, özü üçün deyil, vermək naminə işləsin. Çünki öz mənfəəti üçün istək səbəbindən o, sevinclə işləyə bilmir, çünki özünə görə alma istəyi işdə heç bir dad hiss etmir.

Və insan sevinə bilər ki, indi onun imkanı var desin ki, yalnız Yaradan naminə işləyir. Əgər o, bu işdə möhkəmlənə və sevinə bilmirsə, deməlidir ki, mən həqiqəti gördüyüm üçün sevinirəm, yəni ədalətli işdən uzaq olduğumu görürəm. Buna görə indi bütün qəlbimlə Yaradandan kömək istəmək imkanım var, əks halda mən məhv olacağam, çünki görürəm ki, özünə görə alma istəyinin hakimiyyətindən çıxmağa gücüm yoxdur.

Yuxarıda deyiləndən görürük ki, işin qaydası belədir: insan Tövrat və ehkamlarla zəhmətinə görə mükafat istəməlidir ki, bunun vasitəsilə Yaradan naminə işləməyə çatsın, yəni verən kelim əldə etsin və onların köməyi ilə xeyir və həzzi ala bilsin, çünki yaradılışın məqsədi «Öz yaratdıqlarını həzzləndirmək» idi. Və bu, müdriklərin dediyi kimidir: «Tövrat və ehkamlar yalnız İsraili saflaşdırmaq üçün verilib». Yəni onların Tövrat və ehkamların yerinə yetirilməsinin əvəzində istədikləri mükafat saflaşmadır, yəni Tövrat və ehkamların icrası sayəsində vermək istəyina layiq olmaqdır, necə ki müdriklər demişlər: «Ondakı nur mənbəyə qaytarır».

Buna görə də izah etmək lazımdır ki, «Hər bir hakim mütləq ədalətli hökm verərsə, sanki yaradılışın başlanğıcı əməlində Yaradanın şəriki olur» nə deməkdir. Sual budur: “həqiqət” nədir və “mütləq həqiqət” nədir? Cavab isə belədir, necə ki, artıq yazmışam (1991-ci ilin 44-cü məqaləsində), “Səma naminə” işdə iki xüsusiyyət var:

  1. O, insanların hörməti və ya pul üçün işləmir. Əksinə, Yaradan qarşısında təvazökar olaraq işləyir. Onun bütün işi Tövrat və ehkamları Yaradanın bizə əmr etdiyi kimi yerinə yetirməkdir. Buna görə də o, Yaradandan bu dünyada həyat, sağlamlıq, ruzi və s. istəyir. Həmçinin gələcək aləmdə də mükafat. Tövratda yazıldığı kimi: «Əgər dinləsəniz… Mən verəcəyəm… sahəndə ot verəcəyəm». Yəni Yaradan onu mükafatlandıracaq. Bu o deməkdir ki, əmrlərin icrasını yalnız Səma naminə edir.
  2. O, Səma naminə işləyir və hətta niyyəti də yalnız Səma naminədir. Yəni heç bir mükafat istəmir, hər şey yalnız Yaradan üçündür. Bu, o deməkdir ki, hətta niyyəti də yalnız Yaradan naminədir.

Buna görə izah etməliyik ki, sadə “həqiqət” o deməkdir ki, yalnız onun əməlləri Yaradan naminə yerinə yetirilir, lakin niyyətini hələ Yaradan naminə yönəldə bilmir. Buna görə də işdən danışdıqda, bu o deməkdir ki, özünü mühakimə etmək və işdə vəziyyətini görmək istəyən hər bir insan ədalətli hakim olmalıdır.

Və o, ədalətli hakim olsa da, yəni bütün əməllərinin Yaradan naminə edildiyini görsə də, yenə də «yaradılışın başlanğıcı əməlində Yaradanın şəriki» ola bilmir. Çünki yaradılışın başlanğıcı əməli — aləmin yaradılmasıdır və məqsəd məxluqlara həzz vermək idi. Lakin utanma çörəyi olmasın deyə bir islah edildi: məxluqlar klini ikinci yarısını etməlidirlər, yəni vermək naminə niyyəti. Və o, ədalətli hökm versə də, hələ xeyir və həzzi almağa layiq deyil, çünki onunla nur arasında hələ də forma uyğunsuzluğu var, buna görə də o, [Yaradanın] şəriki ola bilmir.

Halbuki mütləq ədalətli hökm verən hakim, yəni niyyəti də Yaradan naminə olan, artıq alan kelimlərin islahını edir, yəni kli ilə nur arasında bənzərlik yaranır. Onda nur bu kliyə daxil ola bilir və həmin hakim şərik olur, çünki yuxarıda deyildiyi kimi, o, klini yaradılmasında iştirak edib, yəni almaq istəyi üzərində olan vermək istəyini yaradıb və bu kli “vermək naminə almaq” adlanır.

Bu o deməkdir ki, yalnız indi, klini tamamladığına görə, yaradılışın məqsədi, yəni yaradılışın başlanğıcı əməli, aşağıdakılara açıla bilər, çünki artıq utanma xüsusiyyəti islah olunub və onlar hər şeyi vermək naminə ala bilərlər.

Lakin insan hakim öz vəziyyətini mühakimə etdikdə, yəni Yaradan sevgisini özünə sevgidən üstün tutub-tutmadığını yoxladıqda və həqiqəti elan etməli olduqda, bu onun əsas işi olmamalıdır. Əksinə, onun əsas işi sağ xəttdə olmağa çalışmaq olmalıdır, yəni Tövrat və ehkamlarla məşğul olmaq və bundan kamillik və sevinc almaq, çünki Tövrat və ehkamlarla məşğul olmağa layiq olub. Və bu zaman Tövratı və ehkamları nə qədər sevdiyi vacib deyil, əsas odur ki, heç bir şərt qoymadan əmrləri yerinə yetirir və inanır ki, bu böyük bir işdir. Yuxarıda deyildiyi kimi, insan işi Yaradanla bağladıqda, işinin forması necə olursa-olsun, Yaradan hər şeyi qəbul edir.

Bu iş sağ xətt və kamillik adlanır və insan bundan həyat qüvvəsi alır ki, sonradan sol xəttə keçmək gücü olsun, yəni hakim təyin edib işinin nə qədər ədalətli olduğunu mühakimə etsin. Lakin bu, onun Yaradan xidmətinə ayırdığı vaxtın yalnız bir hissəsi olmalıdır. Vaxtının böyük hissəsi isə sağ xəttdə olmalıdır. Bu, iki ayaq kimi qiymətləndirilir, çünki insan bir ayaq üzərində yeriyə bilməz və işdə irəliləyə bilməz.

Bununla yazılanı izah etmək lazımdır: «“Sülh, sülh uzağa və yaxına, – dedi Yaradan, – və Mən onu sağaldacağam”». İşdə “uzaq” və “yaxın” nə deməkdir, bunu aydınlaşdırmaq lazımdır. “Uzaq” sol xətt adlanır. Yəni insan hakim təyin edib özünü işdə necə apardığını mühakimə etdikdə, Yaradan­dan nə qədər uzaq olduğunu görür. “Yaxın” isə o deməkdir ki, o, sağ xəttdə işə qayıdır və bu vaxt yalnız kamilliyi görməlidir. Yəni o, işin özünü qiymətləndirir, hətta Tövrat və ehkamlarla kiçik bir əlaqəsi olsa belə, bunu böyük sərvət hesab edir, çünki belə kiçik bir yaxınlaşmaya belə layiq olmayıb. Buna görə də “sağ xətt” vəziyyətində insan “Yaradana yaxın” sayılır.

Lakin bu iki xətt bir-biri ilə ziddiyyət təşkil edir, çünki onlar bir-birinə əksdir. Sonra orta xətt gəlir, onları həll edir və barışdırır. Və bu, Yaradanın onları barışdırması adlanır, çünki məlumdur ki, Yaradan “orta xətt” adlanır.

Məlumdur ki, işin qaydası belədir: biz bir xətlə başlayırıq və bu, kütlənin (klal) işidir, onlar yalnız əməl xüsusiyyətinə baxırlar. Orada, adətən, hamı işdən az-çox razıdır. Və bilmək lazımdır ki, bir xətdə əsasən əhatəedici nur parlayır, yəni uzaqdan parlayan nur. Yəni insan hələ forma bənzərliyindən uzaqdır, lakin buna baxmayaraq, həmin nurun parıltısını alır. Buna görə də onda bir-birini inkar edən iki deyimlə bağlı sual olmur, çünki onun yalnız bir yolu var.

Lakin insan sol xəttə keçdikdə, yəni dönüş (tövbə) etmək istədikdə, bu yalnız o zaman mümkündür ki, hakim təyin edib öz vəziyyətini yoxlasın. Və hakim ədalətli hökm verərsə, o görür ki, onda hər şey qaydasında deyil, yəni etdiyi hər şey öz mənfəəti üçündür. O zaman onda dua üçün yer yaranır ki, dönüş etmək istəsin, yəni Yaradana qayıtsın, Yaradana tutunsun və Ondan ayrılmasın. Onda onun həmin bir xətti sağ xəttə çevrilir.

Yuxarıda deyilənə əsasən, müdriklərimizin Reuvenin dönüşü başlatdığı barədə dediklərini də izah etmək lazımdır, necə ki yazılıb: «Uşaq yoxdur, mən isə hara gedim!» Bunu belə izah etmək lazımdır ki, bu, dönüşün qaydasına işarə edir: insan deyir: «Uşaq yoxdur».

Məlumdur ki, insanın daxilində iki qüvvə var:

  1. qoca və axmaq padşah,
  2. kasıb uşaq, necə ki yazılıb: «Kasıb, lakin ağıllı uşaq, qoca və axmaq padşahdan yaxşıdır».

Bu o deməkdir ki, insan dönüşə başladıqda, bilməlidir ki, nəyə dönüş etməlidir. Bu, Reuvenin sözlərində nəzərdə tutulur: «Uşaq yoxdur, mən isə hara gedim!» Yəni “uşaq” adlanan “xeyir başlanğıc” gedib və görünən odur ki, bədən tamamilə qoca və axmaq padşahın hakimiyyəti altındadır ki, bu da “şər başlanğıc”dır. Və məlumdur ki, xeyir başlanğıc vermək istəyi, şər başlanğıc isə almaq istəyi adlanır.

Buradan belə çıxır ki, insan hələ almaq istəyi üzərində hökm sürdüyünü və bu hökmün ona zərər vuraraq onu Yaradandan uzaqlaşdırdığını görmədən əvvəl, onun dönüş etməyə hələ heç bir əsası yoxdur. Yalnız o zaman ki, o görür ki, «uşaq yoxdur», onda xisarona yer yaranır ki, dönüş etsin, yəni Yaradana qayıtsın ki, bu da Yaradana tutunmaq adlanır. Yəni əvvəl Yaradan­dan uzaq olduğu yerdə indi Yaradan­dan yaxın olur və bu, «dönüş» adlanır.

Və bu, «sol xətt» adlanır, qaydaya görə: «İslah tələb edən hər şey sol xətt adlanır». Lakin insan həmçinin «sağ» adlanan kamillik vəziyyətində də olmalıdır, buna görə «bir-birini inkar edən iki deyim yaranır, ta ki üçüncü deyim gəlib onların mübahisəsini həll edənə qədər». Başqa sözlə, məhz onda Yaradan ona vermək istəyi verir və o zaman o, ədalətli kamilliyə nail olur. Yəni o zaman Tövrata layiq olur ki, bu da «Tövrat, İsrail və Yaradan birdir» adlanır.

Lakin o unutmamalıdır ki, iş əsasən sağ xətdə aparılmalıdır, yəni kamillikdə, insan yanacağı sağdan alır. Bununla belə, işdə irəliləyiş, yəni yaradılışın məqsədinin kamilliyinə çatmaq, yəni xeyir və həzzi almaq, məhz sol xətdən asılıdır, çünki orada insan öz xisarını görür və bu xisarın düzəldilməsi üçün dua etmək imkanı əldə edir ki, Yaradan onun xisarını doldursun. Çünki insan yalnız Yaradanın köməyi ilə irəliləyir, necə ki Zoar yazır ki, yuxarıdan gələn kömək «müqəddəs ruh» adlanır. Beləliklə, o irəliləyir, ta ki yaradılışın məqsədinə, yəni xeyir və həzzə nail olana qədər.

Yuxarıda deyilənlərə əsasən, yazılanı da izah etmək lazımdır: «Və Öz qulu Davudu seçdi, onu qoyun axurundan götürdü, sürülərin arasından gətirdi ki, Yaqubu – Öz xalqını, və İsraili – Öz irsini otarsın». İzah etmək lazımdır ki, niyə O, Davudu Öz qulu seçdi və onun başqalarından hansı üstünlüyü var idi. Bu barədə deyilir: «Onu qoyun axurundan götürdü». «Qoyun axuru»nu ruzi, qida kimi izah etmək lazımdır. Yəni onun qidası, bəsləndiyi şeylər, o, onları «qoyunlar» adlandırır. «Qoyunlar» (tson) anlayışını Baal Sulam «çıxışlar» (yetsiyot) kimi izah edib.

Yəni insanın Yaradanın işindən çıxdığını və düşüşdə olduğunu hiss etməsi onu qorxutmamalıdır. Əksinə, bu ona Yaradana dua etmək imkanı verir ki, onu şərin hökmündən xilas etsin və Özünə yaxınlaşdırsın. Buna görə də hər bir çıxış onda nə üçün dua etməyə yanacaq verirdi. Əksinə, insan daim yüksəlişdə olduqda, onun irəliləməyə ehtiyacı olmur. «Onu qoyun axurundan götürdü» sözlərinin mənası budur.

Və həmçinin yazılmışdır: «Sürülərdən gətirdi onu»18. «Sürülər»i yüksəlişlər kimi izah etmək lazımdır. «Sürülərdən», yəni yüksəlişlərdən sonra düşüşlər olur və «onu -Yaqubu gətirdi  – Öz xalqını otarmağa». «Yaqub» – «akev» – «daban» sözündəndir, çünki daban «inam» adlanır, yəni insanın dabanı ilə tapdaladığı bir şeydir. Yəni bu, ikinci dərəcəli bir şeydir. Başqa sözlə, məhz yüksəlişlərdən sonra gələn hallardan, yəni düşüşlərdən, məhz düşüşlərdən o, öz inamını otaracaq.

Bu o deməkdir ki, o, düşüşlərdən inamı genişləndirmək üçün qüvvə aldı. «Yaqubu – Öz xalqını otarmaq»18 sözlərinin mənası budur, yəni Yaradanın xalqını. «Və İsraili – Öz irsi»18. Yəni o, düşüşlərə, «akev», yəni inama layiq olduqdan sonra «torpağın irsinə» layiq oldu. Buna görə də «İsrail» yazılmışdır, çünki sonradan o, Yaşar-El (yəni birbaşa Yaradan­a) dərəcəsinə çatdı. Və o zaman torpağın irsinə layiq olur ki, bu da Yaradılış Məqsədidir. «Və İsraili – Öz irsi»18 sözlərinin mənası budur.

Lakin unutmaq olmaz ki, işdə əsas diqqət sağ xəttə verilməlidir. Və baxmayaraq ki, biz sol xətt vasitəsilə irəliləyirik, yenə də sağ xətt olmadan gedə bilmərik, çünki insan sevincdə olmalıdır, necə ki yazılmışdır: «Yaradana sevinc içində xidmət edin». Bunu isə biz yalnız sağ xətdən ala bilərik. Və baxmayaraq ki, bu, sol xəttə ziddir, lakin insan ruh yüksəkliyi halında olmalıdır. Bu isə yalnız o zaman əldə olunur ki, insan Yaradana inansın və müdriklərin sözlərinə inamı olsun. Onlar bizə demişlər ki, insan bütün əməllərini dəyərləndirməyə çalışmalıdır, hətta onlar hələ lazım olan qaydada olmasa belə. Və insan bacardığı kiçik əməllərə görə belə Yaradana nə qədər təşəkkür edirsə, bu onu Yaradana bağlayan əlaqəyə gətirir.