<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / 16.Ruhani işdə "səbirsizlik və ağır iş" nə deməkdir?

Ruhani işdə "səbirsizlik və ağır iş" nə deməkdir?

Məqalə 16, 1990

Zoar Kitabında, Vaera bölməsində (səh. 23 və Sulam 65-ci bənd) deyilir: “Ravvin Şimon dedi: ‘səbirsizlik’ o deməkdir ki, hələ ‘Yovel’ – Binanın xüsusiyyəti çıxmamışdı ki, onlara rahatlıq və azadlıq bəxş etsin. Və sonuncu ruh – Malxut hələ aləmdə hökmran olmamışdı ki, dünyaya ədalətli qanunlar gətirsin. Buna görə də ‘səbirsizlik’ vardı, yəni Malxutun İsraili azad etməyə gücü çatmırdı. Bu da ‘səbirsizlik’ deyiminin mənasıdır.” – belə deyilir.

Anlamaq lazımdır: ruhani işdə ağır iş nədir və səbirsizlik nə deməkdir? Yəni, ağır işlə səbirsizlik arasında necə bir əlaqə var? Və Ravvin Şimonun səbirsizliyi Malxut ilə izah etməsi necə başa düşülməlidir, bu, ağır işə necə aiddir?

Məlumdur ki, Yaradanla işin qaydası belədir: insan, Yaradanın məxluqlara verməyi arzuladığı xeyir və həzzi qəbul edə biləcəyi özünün kelimlərinı  tapmalıdır. Bildiyimiz kimi, aləmlərin yaradılmasının səbəbi Onun yaratdıqlarını həzzləndirmək istəyi idi. Buna görə də O, məxluqlarda həzz almaq istəyini və meylini yaratdı. Həzz istəyi və bu istəyə meyl, həzzin dadını təyin edir. Yəni, insanın nəyə nə qədər ehtiyacı və ona qarşı nə qədər arzusu varsa – həmin dərəcədə ondan həzz alır. Buna görə də, insanın az və ya çox həzz alması – onun həmin həzzə olan arzu və meyli ilə ölçülür.

Buna əsasən, Almaq istəyində olanlarda həzz anlayışları haradan yaranır? Axı bütün məxluqlar özləri üçün almaq istəyi ilə yaradılıb, bəs kimdir o, kim ki, birinə az, digərinə isə böyük həzz verir? Məgər elə bir axmaq var ki, böyük həzz ala biləcəyi halda, kiçiyinə razı olsun? Amma Yaradan Öz əməlini kamil göstərmək istədiyindən, bu o deməkdir ki, məxluqların alacağı həzz və xeyir kamillik dərəcəsində olacaq. Yəni, insan həzz və xeyiri aldıqda – onda heç bir narahatlıq, utanc hissi olmasın. Çünki deyilmişdir: “Kimsə mərhəmət çörəyi yeyərsə, onu verənin üzünə baxa bilməz.”

Buna görə də, almaq kelimləri üzərinə ixtisar və gizlənmə  qoyulmuşdur – yəni insanın təbiəti üzrə yaradıldığı almaq kelimləri. Bu da onu göstərir ki, burada iki problem var:

  1. Bu almaq kelimləri ilə insan heç bir ruhani nur ala bilmir.
     
  2. İnsan əta edici kelim əldə etməyincə, ruhanilikdə olan xeyir və həzzi görə bilmir.
     

Və insanın bu həzzin dadını hiss etməyə gücü çatmır, yalnız klipotda olan incə bir nurdan başqa – hansı ki, onların mövcud ola bilməsi üçün verilir.

Bu qığılcımlardan, hansı ki klipotun içinə düşmüşdür, bütün maddi həzzlərin qaynağı yaranır. Bu həzzlər hər kəsə açıqdır – yəni onlar açıq şəkildə mövcuddur və hər kəs öz almaq istəyi ilə, yalnız özü üçün almaq niyyəti iləə bu həzzləri daddıqda, onlardan faydalana bilər.

Amma ruhani xeyirlər və həzzlər – hansılar ki, əsas həzzlərdir və Yaradanın məxluqatına vermək istədiyi əsas nemətlər sayılır – alan kelim üçün gizlədilmişdir, və bu, “ixtisar və gizlilik” adlanır.

Bu islahın nəticəsində, ruhani həzzləri almaq mümkün deyil – yalnız o dərəcədə ki, insan bu həzzlərin vacibliyini başa düşərək, ruhani kelim əldə etmiş olur. Buradan iki nəticə çıxır:

  1. İnsan inanmalıdır ki, Yaradanın məxluqatına vermək istədiyi əsas xeyir və həzz məhz ruhaniyyətdədir.
     
  2. İnsan öz təbiətinə qarşı işləməlidir – yəni öz xeyiri üçün heç nə almamalıdır, hər şeyi yalnız Yaradanın xeyrinə, Onu razı salmaq üçün etməlidir.
     

Və bu, dərəcələrin fərqinin səbəbidir. Yəni insanlar bir-birinə bənzəmir. Amma əta etmək tərəfdən gələn baxımdan hər kəs bərabərdir – necə ki, ARİ deyib: yaradılmışlar və varlıqlar yaradılmazdan əvvəl, bütün reallığı dolduran yuxarı sadə nur vardı. Nə başlanğıc vardı, nə də son – yalnız sadə nur.

Amma sonra, yəni islahdan sonra – nə zaman ki, almaq yalnız əta etmək niyyəti ilə mümkündür – çoxsaylı aləmlər yaranır, yəni çoxsaylı dərəcələr. Bu,əta etmək niyyəti səviyyəsinə görədir, yəni yalnız o zaman almaq mümkündür ki, əta etmək niyyəti ilə qəbul olunur. Bu da çoxsaylı ekranlar adlanır və dərəcələrin fərqi buradan yaranır.

Necə ki, müdriklər demişlər: “Hər salehə onun səviyyəsinə uyğun dərəcə verilir”.

Bu da o səbəbdəndir ki, alan kelim baxımından fərq vardır – yəni insanın özü tərəfindən yaradılmalı olan kelim, hansı ki, “əta etmək kelimləri” adlanır – yəni almaq üçün yox, əta üçün alınan kelim. Amma almaq üçün yaradılmış kelim – onlar verən tərəfindən, yəni Yaradan tərəfindən verilir. Bu kelim üzərində insanın işləməsi lazım deyil, çünki Yaradan insanı bu kelimlə yaratmışdır.

Buna görə də, insanın bütün işi – yalnız “əta etmək kelimlərinı” əldə etməkdədir.

Beləcə, məlum olur ki, insanın işi nədən ibarətdir – bu, yalnız əta etmək kelimlərinı əldə etməkdir. Yəni insan elə bir vəziyyətə çatmalıdır ki, Yaradanın xeyrinə olmayan heç nə ilə maraqlanmasın. Onun bütün arzusu o olmalıdır ki, Yaradanı məmnun etmək üçün bir vəziyyətə çatsın. Buna görə də, insan işə başlayanda, bu işə “lo lişma” – yəni şəxsi mənfəət naminə başlayır.

Və sonra insan başa düşməyə başlayır ki, lo lişma ilə məşğul olmaq yalnız bir vasitədir, onun vasitəsilə o, lişmaya gələcək. Necə ki, müdriklər demişlər: “Lo lişmadan lişmaya gəlirlər, çünki Onun nuru insanı qaynaqdan qaytarır”. Və o, inanır ki, nəhayətində lişmaya nail olacaq.

Daha sonra insan bir addım da irəliləyir və çalışır, elə əməllər yerinə yetirir ki, bu əməllər onu lişma dərəcəsinə gətirib çıxarsın. Yəni o başa düşür ki, əməl etmək və ona niyyət əlavə etmək vacibdir ki, bu əməllər onu lişma dərəcəsinə çatdırsın. Və o, nəticə çıxarır ki, artıq nə qədər lişmaya layiq olub.

O zaman insan həqiqəti görməyə başlayır – nə qədər ki, o,əta etmək üçün işləməkdən uzaqdır. Və hər dəfə daha çox görür ki, özünü sevməyə qərq olmuşdur. Və görür ki, hər gün geriyə doğru gedir. O zaman onun işi başlayır – nə zaman ki, o, əta etmək xatirinə işləmək istəyir və bu işi iki səbəbdən dolayı ağır sayır:

  1. Çünki o, artıq görür ki, “vermək xatirinə” nə deməkdir, və insan müdriklərə inanmalıdır ki, o, indiyə qədər “Göylər xatirinə” deyiminin həqiqi mənasını başa düşməyib.
     

Necə ki, biz Zoarda deyilənə dair izahat verdik: “Ona, etdiyi günah haqqında xəbər verərlər”, – və orada soruşulur: “Kim ona xəbər verəcək?” Və cavab verilir: “Yaradan”. Və izah etmək lazımdır ki, insanın hiss etməsi – nə qədər ki, o, əta etmək üçün işləməkdən uzaqdır və özünü sevməyə qərq olmuşdur – bu, yuxarıdan bir açilişdır. Və bu, işi çətinləşdirir. Yəni yuxarıdan ona “Göylər xatirinə, yoxsa şəxsi mənfəət xatirinə” olduğunu bildirəndən sonra, onun işi daha da çətinləşir.

Lakin insan elə düşünür ki, o, əta etmək üçün işləməyə başlayanda olduğundan daha da pis olub, sanki özü-özlüyündə daha da pisləşib. Və bu zaman insan inanmalıdır ki, bu belə deyil, əksinə, o, həqiqətə doğru irəliləyir və Yaradan ona onun həqiqi vəziyyətini bildirir. Beləliklə, onun bu işə başlaması səbəbindən və indi bu iş ona çətin göründüyünə görə – bu, əslində Yaradanın ona müraciət etməsidir, çünki indi o, əta etmək üçün işləməyə başlamadığı vaxtdakından daha yaxşı vəziyyətdədir.

Lakin işin indi daha çətin görünməsinin ikinci səbəbi isə bundadır ki, bu, dünyada qəbul olunmuş qaydadır: insan hansısa bir sənəti öyrənmək istədikdə, mütəxəssisə gedir ki, bu sənəti öyrənsin, və başa düşür ki, bu sənət ona uyğundur. Amma əgər mütəxəssis bir müddət sonra görür ki, o, bu sahədə irəliləmir, o zaman deyir: “Bu sənət sənə görə deyil, çünki bu çox çətindir. Get başqa, sənə daha asan bir sənət öyrən, və bundan dolanışıq qazanarsan”.

Bu səbəbdən Yaradanın işində də belədir: insan əta etmək niyyəti ilə işləməyə başlayanda və gündəlik iş qaydasına əsasən düşünür ki, irəliləyir, belə halda insan deyir ki, bu əta etmək üçün işə davam etməyə dəyər,  o, bu sənəti öyrənəcək və nəticədə hər şeyi yalnız Göylər xatirinə necə etmək lazım olduğunu biləcək.

Lakin o, müəyyən bir müddət bu işə səylə yanaşdıqdan sonra görür ki, nəinki irəliləmir, əksinə, geriyə gedir – bu zaman bədən ona deyir ki, bu işə sərf etdiyin bütün güc və enerji heyif oldu, çünki bu iş sənə görə deyil. Bu iş üçün xüsusi qabiliyyət və cəsarət tələb olunur. Ona görə də, get dolanışıq üçün başqa bir işlə məşğul ol, yəni hamı kimi işləyib çörək qazan və ümumi qaydalardan kənara çıxma.

Bu isə çətin iş adlanır. Çünki o, əta etmək niyyəti ilə işləmək və irəliləmək istədikcə, hər dəfə bədəni ona bu işə imkan vermir – bədən ona məntiqlə tam əsaslandırılmış etirazlar gətirir. Və doğrudan da, ağıl baxımından bədən yüz faiz haqlıdır. Beləliklə, insanın bədənindən eşitdiyi bu "şər sözlər" onun işini çətinləşdirir və iş çox ağır bir əməyə çevrilir.

Lakin insan inanmalıdır ki, o, əslində irəliləyir. Sadəcə, hər dəfə daha da çox özünü sevməyə batmış görür və düşünür ki, indi o,əta etmək üçün işləməyə başladığı andan da pis vəziyyətdədir – bu, "Mən onun ürəyini sərtləşdirdim" səbəbindəndir.

Başqa sözlə desək, yuxarıda deyildiyi kimi, Yaradan insana hər dəfə göstərir ki,  şəxsi mənfəət naminə deyil, yalnız Yaradanın xeyrinə işləmək nə deməkdir. Nəticədə insan görür ki, bu onun təbiətinə necə də ziddir. Çünki insan təbiətcə yalnız özü üçün almaq istəyilə yaradılmışdır. İndi isə o, öz təbiətinə zidd bir iş görmək istəyir. Buna görə də, bu,çətin iş  adlanır.

Amma sual budur: əgər insan bu təbiətə qarşı işləyə bilmirsə niyə Yaradan insana həqiqəti göstərir? Bu, ona görədir ki, deyildiyi kimi: “Qoy Mən Öz əlamətlərimi onda yerinə yetirim”. Yəni, insanın daxilində bu qədər şərin – öz xeyrinə almaq istəyinin – üzə çıxması sayəsində Yaradan ona kömək edə bilər. Və müdriklər demişlər: “Təmizlənməyə gələnə kömək edirlər”.

Və yuxarıdan verilən şey kamil olduğu üçün, insanda da kamil bir kli– yəni tam istək – olmalıdır ki, bu kamil nurun daxil ola biləcəyi kli olsun.

Beləliklə, Yaradanın insana şəri açması – Ona kömək etməsi üçündür. Yəni, nur kli olmadan olmaz. Bu səbəbdən, əgər şər tam şəkildə aşkar olunmayıbsa, deməli, insanda kamil bir kli – yəni kömək üçün tam istək yoxdur. “Kamil kli” nə deməkdir – bunu izah etmək lazımdır, yəni Yaradanın köməyinə olan kamil istək. Çünki şər tam aşkar olunmamış müddətcə, insan bəzən deyir ki, əgər özünü möhkəmləndirsə, şübhəsiz ki, əgər insan bu təbiətə qarşı işləyə bilmirsə əta etmək niyyəti ilə işləməyə nail ola bilər. Bəzən isə deyir ki, hətta Yaradan belə ona kömək edə bilməz. Buna görə də, insan əta etmək niyyəti ilə işləməyə güc sərf etdikcə, bu güclər onu sistemdən qaçmağa qoymur və hər dəfə Yaradanın daha böyük köməyinə ehtiyac duyur. Beləliklə, çətin işin özü Yaradanı köməyə çağırmağa səbəb olur.

Bu haqda Zoarda deyilir (Bereşit-2, s.64 və Sulam, bənd 103): “Tövbəyə gəlməmişdən əvvəl çəkdiyi maddi və mənəvi əzablar haqqında iki yol vardır:

  1. O, hər şeyi yalnız özü üçün edirdi. Çünki anlayır ki, əgər almaq istəyindən irəli gələn çətin əzablar olmasaydı, heç vaxt tövbəyə gəlməzdi. Buna görə də, o, şəri də xeyir kimi bərəkətləndirir. Çünki əgər şər olmasaydı, xeyirə nail olmazdı. Belə çıxır ki, baş verən hər şey – onun xeyrinə idi. Yəni onu xeyirə gətirib çıxardı.
     
  2. Bu isə “və bu da xeyirədir” kateqoriyasıdır. Yəni, təkcə şər xeyirə gətirmədi, həm də şərin özü də xeyirə çevrildi. Yəni Yaradanın bu şər şeylərə böyük  nur verməsi sayəsində, onlar özləri xeyirə çevrildilər.”
     

Yuxarıda deyilənlərdən görürük ki, yalnız bütün şər aşkar olunanda, nur daxil ola biləcək kamil bir kli meydana çıxır. Və deyilənlərdən çıxan nəticəyə görə, niyə Yaradan onun qəlbini sərtləşdirdi – bu sual cavab tapır: Yəni “qəlb” – istək adlanan şey, əta etmək uğrunda işə hər dəfə daha çox müqavimət göstərirdi. Və məhz ona görə ki, insan ağır çalışmalıdır – yalnız bu ağır işin doğurduğu əzablar Yaradanı kamil bir istəyin içindən köməyə çağırmağa səbəb olur, belə ki, insan Fironun – Misir padşahının hökmranlığından çıxmaq üçün Ona yalvarmağa başlayır. Yəni yalnız bu alçaldılmış vəziyyətdən – insan özünü hər kəsdən daha pis hiss etdiyi andan – Yaradanı bütün qəlbi ilə çağırmaq fəryadı doğur.

Lakin bu vəziyyətdə çoxlu enişlər və yüksəlişlər olur. Yəni bəzən insan buna inana bilmir ki, hal-hazırda olduğu vəziyyət Yaradandan gəlir. Başqa sözlə, insan inana bilmir ki, Yaradan ona müraciət edir və onun dua etdiyini eşidir, insan Yaradandan istəyir ki, O, onu özünə sevgi hökmranlığında olan bu sürgündən çıxartsın.

Ona görə də, əgər insanda bu inam varsa, o, sistemdən qaçmır, yəni o zaman, əgər deyirsə ki, (Allah göstərməsin) Yaradan onun duasını eşitmir – o zaman bu o deməkdir ki, onun kimsəsi yoxdur. Amma əgər o, inanırsa ki, Yaradan onun duasını eşidir və ona bildirir ki, Onun özü insanın hansı alçaldılmış vəziyyətdə olduğunu bilir,belə vəziyyətdə  insan heç vaxt bu qədər özünə sevgi içində batdığını düşünə bilməzdi.Ona görə də insan hər dəfə özündə güc tapır və Yaradana dua etməyi dayandırmır. Deyir ki, Yaradan şübhəsiz ki, onun üçün həqiqi istəyin açılmasını, yəni onu bu sürgündən çıxarmağı istəyir. Amma necə olursa-olsun, o, Tovrata şükür etməyi dayandırmır – ona görə ki, Yaradan ona onun gerçək vəziyyətini açdı. Və bu zaman da o, dua etməyə davam edir, baxmayaraq ki, görür: Yaradan duanı eşidir, çünki Ona məlumdur ki, O, insana şəri açıb və şübhə yoxdur ki, onu bu şərdən də çıxaracaq – bu isə azadlıq deməkdir. Yəni insan inanır ki, Yaradan ona başa saldı ki, o, sürgündədir və əlbəttə, sonra da onu bu sürgündən çıxaracaq.

Lakin bəzən enişlər olur – yəni insana inanmaq çətindir ki, Yaradan onun duasını eşidir. Çünki insan öz fikrincə düşünür ki, o artıq kifayət qədər dua edib. Və əgər doğrudan da Yaradan dua edənləri eşidirsə, çoxdan ona kömək etməli idi. Və əgər o, hələ də xilas olmayıbsa, deməli – (Allah göstərməsin) Yaradan bütün duaları eşitmir. Bəlkə başqalarını eşidir, amma bu insan üçün bunun nə mənası var – əsas odur ki, mən nə hiss edirəm. Yəni ya mənə yaxşıdır, ya da (Allah eləməsin) pisdir.

Belə çıxır ki, bu enişlər insana sistemi tərk etməyi düşündürür. Deyir: “Deməli, bu mənlik deyil.” Amma əgər o qaçmırsa, yenidən yüksəliş gəlir, və o, yenidən başqa cür düşünməyə başlayır. Bütün əvvəlki qərarlarını unudur və yenidən başqa cür düşünür. Beləcə, eniş və yüksəlişlər davam edir, ta ki insana Yaradana yaxınlaşmaq üçün həqiqi ehtiyac açılana qədər. Yəni istəyin – kli-nin – bütün düzgün formalarla tamamlandığı ana qədər. Və Yaradan bilir ki, bu nə vaxt baş verəcək, amma insan bunu bilməz. O zaman Yaradan kömək edir və insanı sürgündən çıxarır.

Yuxarıda deyilənlərdən biz Zoarın aşağıdakı ayəyə verdiyi izahı anlaya bilərik: «Və Musa İsrail oğulları ilə danışdı (yəni sürgün haqqında), amma onlar səbirsizlikdən və ağır işdən onu eşitmədilər ». Və deyilir ki, səbirsizlik — bu o deməkdir ki, İsraili xilas etmək üçün Malxutun qısa əli vardı . Bunu belə izah etmək olar: məlum olduğu kimi, əsas iş Malxutdadır, necə ki, müqəddəs ARİ demişdir — Misir sürgünü o zaman idi ki, müqəddəs bilik sürgündə idi. Yəni göylərin səltənəti yalnız Ona görə qəbul olunmalı idi ki, O Ucadır və hər şeyə hökm edir, yəni mükafat üçün deyil, əksinə, işin özü böyük zövq sayılır, çünki insan padşaha xidmət etməyə layiq olub — padşahın əhəmiyyətindən ötrü. Bax, bu — sürgündə idi.

Yəni o zaman müqəddəslik əhəmiyyəti aşkar deyildi, bu da Şxinanın küldə olması deməkdir. Yəni insan göylər naminə çalışmalı olanda, bu iş alçaldılmış sayılır, çünki o, bu işdə heç bir əhəmiyyət tapa bilmir. Beləliklə, Malxutun küldə olması, yəni əhəmiyyətsiz olması, ağır işin səbəbi olmuşdur.

Bu o deməkdir ki, səbirsizlik — Malxutun özü üçün əhəmiyyətli bir şeydir, yəni padşaha xidmət edən şəxs padşahın Simasını görür və ilk andan Malxutda olur. Bu insanlar düşünmürlər ki, padşahın yanında otururlar və Onun Simasını görürlər — yəni onlar padşahın Simasını görmək xüsusiyyətinə malik deyillər, çünki ilk andan Malxutda oturanlar kimi deyillər, və bu ağır iş sayılır. Və deyə bilərik ki, onlarda səbirsizlik var, yəni onların ruh yüksəkliyi yoxdur.

Lakin Malxut klipotun hakimiyyəti altında sürgündə olduqda, Malxut onlar üçün kül sayılır, yəni bu, əhəmiyyətsiz bir şeydir. Və bu, səbirsizlik deməkdir – yəni Malxut ruh yüksəkliyində ola bilmir, necə ki, padşahla birgə oturanda hiss olunmalıdır. Beləliklə, səbirsizlik və ağır iş bir-biri ilə bağlıdır. Yəni əgər Malxut küldədirsə və tamamilə əhəmiyyətsizdirsə, bu, ağır işə gətirib çıxarır. Çünki əhəmiyyəti olmayan bir şeydə, insan özünü hər bir an dəf edəndə və işləyəndə, bu dəfetmə çox çətin olur. Və insan həmişə bu dəfetməyə qadir olmur.

Və : «Sonuncu ruh, Malxut, hələ dünyada ədalətli qanunları təsis etməyib» – bu sözlərin mənası odur ki, Malxut hələ hökmranlıq etmir, belə ki, hər kəs görə bilsin ki, onun qoyduğu bütün qanunlar – doğru qanunlardır. Belə ki, hər şey ürəklə qəbul olunsun, hər kəs Malxutun hökmranlığını yaxşılıq və həzzlə hiss edə bilsin, necə ki, deyilir: «Onun hakimiyyəti hər şey üzərindədir». Bu hələ açıq-aşkar deyil.

Və deyilir: «Səbirsizlik var idi, və hansı ruhdan danışılır? – Malxutun ruhundan, əli qısa olan ruhdan, İsraili xilas edə bilməyən». Bu sözlərin mənası budur ki, Malxut hələ sürgündə idi, buna görə də onun əlləri İsrailə çatmaq üçün kifayət qədər uzun deyildi. Halbuki sürgündən çıxış zamanı o, insana güc verir ki, ruh yüksəkliyində ola bilsin.

Ona görə də, Musa gəlib qurtuluş xəbərini verəndə, onlar Misir sürgünündən çıxacaqlarına inanmadılar, necə ki yazılıb: «Və sizi Misir sürgünündən çıxartdım, və sizi Misir köləliyindən azad etdim». Və sizdə nəinki ağır iş olmayacaq, ümumiyyətlə heç bir iş olmayacaq – buna inana bilmirdilər – necə belə bir şey mümkündür?

Yəni, əgər buna inana bilsəydilər, inam gücü ilə sürgündən çıxardılar. Deməli, «ruh» adlanan Malxut, əhəmiyyət baxımından yuxarı qalxardı, necə ki yazılıb (Kohelet, 3): «Kim bilir, insanın ruhu yuxarı qalxırmı, və heyvanın ruhu yerə, torpağa enirmi?» Və insan ruhu – o, öz heyvani vəziyyətindən çıxıb «adam» xüsusiyyətlərini qazandıqdan sonra, necə ki müdriklər deyir: «Siz adam adlanırsınız» – ruh yuxarı qalxır, yəni Malxutun – «ruh» adlanan simanın – dəyəri əhəmiyyət baxımından yüksəlir.

Eyni zamanda heyvanın ruhu – insan heyvani vəziyyətdə olanda – ruhun dəyəri əhəmiyyət baxımından aşağı düşür. Buna görə də İsrail xalqı öz daxili şərini aşkar etməli idi ki, onlarda kamil bir istək formalaşsın və tam kömək gələ bilsin – buna görə də İsrail övladları hələ eşidə bilmədilər.