<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / "Tövratın ruhani əməldə orta xətt adlanması nə deməkdir?" - 1

Barux Şalom Levi Aşlaq (Rabaş)

"Tövratın ruhani əməldə orta xətt adlanması nə deməkdir?" - 1

Məqalə 12, 1990

 

Zoar kitabında, Mikets fəsli deyilir: «Gəl və gör, hər gün, dan yeri söküləndə, Eden bağında bir ağacın üstündə bir quş oyanır və üç dəfə səsləyir … Və çağırış güclə səslənir: «…Sizdən o kəslər ki, görür və görmür, o kəslər ki, dünyada olurlar və nə üçün olduqlarını bilmirlər, Öz Sahiblərinin böyüklüyünə baxmırlar, Tövrat onların qarşısındadır, lakin onlar onda səy göstərmirlər, – onlar üçün yaradılmamaq, yaradılmaqdan yaxşı olardı»».
Və [Baal Sulam] «Sulam» şərhində izah edir: «Görmə – xoxma xüsusiyyətidir. Və sağla deyil,sol xətlə birləşənlər, «görür və görmür», çünki sol xətdə olan xoxma, sağda olan xasadim nuruna bürünmədən nur verməyəcək. Və buna görə, baxmayaraq ki, orada xoxma var, bu da «görürlər» deməkdir, bununla belə, xasadim bürünməsinin olmaması səbəbilə xoxmanı almırlar, və buna görə də onlar «görmürlər». Və deyilir: «dünyada olurlar və nə üçün olduqlarını bilmirlər» – bu, sol xətlə deyil, sağ xətlə birləşənlər haqqında deyilir, onların xasadim nuru vasitəsilə dünyada mövcudiyyətləri var, lakin onlar «nə üçün olduqlarını bilmirlər», yəni onlara QAR xüsusiyyəti çatmır, çünki sol olmadan sağ xəttin nurlanması roşsuz VAK-dır. … Və «Öz Sahiblərinin böyüklüyünə baxmırlar» … «Tövrat onların qarşısındadır, lakin onlar onda səy göstərmirlər». Tövrat orta xətt deməkdir, yəni bu iki xətti bir-biri ilə birləşdirən» Tövrat adlanan Zeir Anpin.1.
Və anlamaq lazımdır, əgər onlar sağ xətdə gedirlərsə, yəni xasadim xüsusiyyətində, onlar vermək niyyəti ilə işləyəndə, nə üçün bu, onların «Öz Sahiblərinin böyüklüyünə baxmırlar»1 adlanır? Axı onlar yalnız Yaradana verməklə məşğuldurlar, çünki O böyükdür və hamıya hökm edir, mükafat almaq üçün deyil, və onların bütün həyat qüvvəsi ondadır ki, onlar Göylərin şöhrətini artırırlar və buna görə bütün hərəkətlərini vermək naminə edirlər.
Həmçinin anlamaq lazımdır, artıq xoxma xüsusiyyətinə layiq olmuş o insanlar, hansı ki yaradılışın məqsədidir, nə üçün «Öz Sahiblərinin böyüklüyünə baxmırlar»1 adlanır. Və yalnız onda ki, onlar Tövratı, «orta xətt» adlananı, öz üzərlərinə alırlar, yalnız onlar «Öz Sahiblərinin böyüklüyünə baxırlar»- adlanırlar, çünki yalnız Tövrat vasitəsilə onlar Öz Sahiblərini ucaltmağa gəlirlər.
Və biz artıq dəfələrlə bizdə olan iki anlayış haqqında danışmışıq:

  1. Yaradılış Məqsədi, bu ondan ibarətdir ki, aşağılar ləzzət və həzz alsınlar, yəni bütün yaradılanlar Yaradanın onlarla necə davrandığını hiss etsinlər, Onu Xeyirxah və Xeyir Verən kimi dərk etsinlər, necə ki,müdriklərimiz deyiblər- O «xeyirxahdır», çünki ona xeyir verir. Başqa sözlə, insan hiss edir ki, o, Yaradandan yalnız xeyir alır, və O xeyirxahdır [başqalarına]. «Başqalarına» o deməkdir ki, o, görür ki, Yaradan başqalarına da xeyir edir.
  2. Yaradılışın islahı,utanc çörəyi hissinin olmamasından ibarətdir, yəni yaradılanlar ləzzət və həzz alarkən utanc hiss etməsinlər deyə, islah edilib ki, öz mənfəəti üçün almaq istəyinə xeyir və həzz nurlanmasın, ancaq yalnız onda ki, yaradılanlar vermək niyyətində ola bilirlər – onda yaradılanlara xeyir və həzz verilir.
    İslahın sonunadək ,yəni varlıqların vermək niyyətində olacaqları vəziyyətə qədər dünyanın və yaradılanların mövcud olmaq imkanı olsun deyə, varlıqlara həzz almaq ehtiyacı verilib.Belə ki, əgər onlarda ləzzət və həzz yoxdursa, onlar dünyada mövcud ola bilməzlər, çünki yaradılanlarda ləzzət və həzzə ehtiyac Yaradılış Məqsədindən irəli gəlir və ARI deyir ki, bu, yəni ləzzət və həzz [mövcudiyyətin saxlanması üçün] Nekudim aləmində kelim-in qırılmasından qaynaqlanır, o zaman ki, onlar aşağıya, klipot-a düşdülər. Zoar kitabı onu müqəddəslikdə olanlara verilən xeyir və həzzlə müqayisədə, yəni Tövrat və ehkamlarda aşkarlanan xeyir və həzzlə müqayisədə «incə nurlanma» adlandırır. Zoar-da yazıldığı kimi, ruhun 613 orqanına uyğun 613 ehkam var. Halbuki klipot-a müqəddəsliyin qığılcımları yalnız onların mövcudiyyətini saxlamaq üçün düşüb.
    Lakin işin qaydasını sağ xətdən başlamaq lazımdır. Və «sağ xətt» anlayışının çox mənaları var, və hamısı bizdə kontekstdən asılı olaraq anlaşılır. Məsələn,qeyri-kamilliklə müqayisədə kamillik həmişə «sağ xətt» adlanır. Lakin nə kamildir, nə qeyri-kamildir, bu, konkret haldan asılıdır. Başqa sözlə, konkret halda nə lazımdırsa, o da «sağ xətt» adlanır.

Buna görə, insan Tövrat və ehkam-dan uzaq olanda, o «sol tərəfdə olan» adlanır. Yəni o zaman ki, o, Tövrat və ehkam-a riayət edir, müqəddəslik «sağ» adlanır, yəni insanın kamilliyi. Lakin müqəddəslik haqqında danışmağa başlayanda, Tövrat və ehkam-ın icrasından uzaq olan o insanlardan danışmırlar, çünki dinə uzaq olan bu insanlar, yəni dünyəvi insanlar haqqında ümumiyyətlə söhbət getmir.
Beləliklə, bizim danışmağa başladığımız vəziyyət, Tövrat və ehkam hələ yalnız praktik hərəkətlər planında yerinə yetirilirdiyi vəziyyətdir, onda onlar «bir xətt» sayılırlar. Məlumdur ki, əgər qarşıda «sol» yoxdursa, «sağ» haqqında danışa bilmirik, və əksinə. Buna görə bu aspektdə praktik hərəkətlərdə işi başlayanlar «bir xətt» adlanırlar. Lakin [ruhani] biliklə əlaqəsi olmayan dünyəvi insanlarla müqayisədə, onlar «sağ» adlanırlar, çünki onların kamilliklə əlaqəsi var, dünyəvilər isə «sol» adlanırlar.
Lakin biz o insanlardan danışmağa başlayanda ki, onlar vermək niyyəti ilə işləmək istəyirlər, deməliyik ki, yalnız hərəkətlərdə işləyən insanlar qeyri-kamildir. Onda onları «sol» adlandırmaq lazımdır, yəni onlarda kamillik yoxdur. Və əksinə, vermək üçün işləmək istəyənləri «sağ» adlandırmaq lazımdır.
Lakin əgər biz pillələrin düzəninin həqiqiliyi planında deyil, işləyənin öz hissiyyatı planında danışırıqsa, deməliyik ki, yalnız hərəkətlərdə işləyən bu insan, Tövrat və ehkam-ın icrası planında öz vəziyyətini kamil kimi hiss edir. Buna görə onda bu vəziyyət onun «sağ xətt»lə getməsi sayılır, bu isə kamillik deməkdir.
Və ruhani işdə, niyyətə aid olanda, insan özündə xisaron (çatışmazlıq) hiss edir, yəni insan görür ki, o, özünə alma hakimiyyətindən çıxa bilmir, və buna görə o, öz natamamlığını hiss edir. Deməli, bu, «sol xətt» sayılır. Yəni adətən biz deyirik ki, islah tələb edən şey «sol» adlanır. Necə ki müdriklərimiz dedilər: «Tfilin-i sol əl üzərinə bağlamaq lazım olması «sənin əlın» 'yadxa' sözlərindən çıxır, [hansı ki belə oxunur] «zəif» 'yad kea'». Axı onun gücü yoxdur və o, köməyə ehtiyac duyur.
Bu səbəbdən müqəddəsliyin işini kamillikdə yerinə yetirmək istəyənlər, yəni hər şeyi vermək naminə etmək istəyənlər, öz işlərini yoxlayanda və görəndə ki, onlarda hələ də heç nə qaydasında deyil, bu vəziyyət, niyyətsiz hərəkətlərdə işlə müqayisədə «sol» adlanır. Başqa sözlə, insan həmçinin hərəkətlərin icrası aspektindən istifadə etməlidir.
Beləliklə, insan deməlidir ki, baxmayaraq o, vermək niyyəti ilə nə isə edə bilmir, hər halda o, hərəkətləri icra etmək planında özünü kamil hiss edir. Və o deyir ki, o, böyük bir imtiyaza layiq olub çünki, o, hərəkətləri, niyyət olmadan da olsa, müqəddəsliyin hərəkətlərini edə bilir, və Yaradan onu böyük bir şərəfə layiq görüb və ona düşüncə və arzu verib ki, Tövrat və ehkam-la yalnız hərəkətlərin icrası planında, niyyət olmadan məşğul olsun. Və bu «sağ xətt» adlanır, çünki yuxarıda deyildiyi kimi, o hiss edir ki, kamillikdədir, və buna görə Yaradanı çox böyük şükrlə mükafatlandırmağa dəyər.
Sonra, o, niyyət aspektinə keçəndə və görəndə ki, o, natamamdır, onda Yaradanın ona kömək etməsi və ona qüvvə verməsi üçün dua etməkdən başqa heç nə qalmır ki, o, hərəkətləri vermək niyyəti ilə edə bilsin. Və bu, əvvəlki vəziyyətlə müqayisədə «sol xətt» adlanır.
Lakin o vaxt ki, o artıq Yaradanın köməyinə layiq olub, və o artıq vermək naminə hərəkətlər edə bilir. Lakin yalnız vermək hərəkətlərində, çünki vermək hərəkətlərində vermək niyyətində olmaq daha asandır, halbuki həzz alma hərəkətlərində o hələ də vermək niyyətində ola bilmir. Və belə bir vəziyyət «sağ xətt» adlanır. Və o, əvvəlki vəziyyətlə müqayisədə «sağ» adlanır.

O, vermək naminə işləmək istəyəndə, lakin buna nail olmayanda, bu «sol xətt» adlanır, çünki orada dua üçün yer var ki, Yaradan ona vermək niyyəti ilə almaqda kömək etsin. Lakin indi, Yaradan ona kömək edəndə və o, vermək niyyəti ilə verə biləndə, indi o, onda olan o kamilliyə görə şükür etməlidir və bu «sağ xətt» adlanır. Və bu nur «xasadim nuru» adlanır, və o, yaradılışın islahı xassəsidir, o zaman ki, onda artıq vermək niyyəti ilə hərəkətlər etmək qüvvəsi var.
Lakin, islah baxımından bu vəziyyət kamillik kimi nəzərdən keçirilsə də, yaradılışın məqsədi ilə bağlı olan məsələdə, bu vəziyyət hələ də kamil sayılmır, çünki o, yaradılışın məqsədinə çatmalıdır. Bu səbəbdən o, kamillik tərəfdən «sağ» sayılır, və Yaradana buna görə şükür etmək lazımdır ki, o artıq vermək keliminə, vermək niyyətinə layiq olub.
Lakin yaradılışın məqsədi tərəfdən onda hələ islah çatışmadığına görə, bu, xisaron (çatışmazlıq) sayılır. Buna görə, əgər o artıq yaradılışın məqsədi xassəsini almağa layiq olubsa, hansı ki,«xoxma nuru» adlanır, əlbəttə ki, bu, o «yaradılışın islahının nuru» adlanan yalnız xasadim nuru aldığı vəziyyətlə müqayisədə tam kamillik sayılır. Onu «sağ» adlandırmaq olardı, lakin bu vəziyyət qeyri-kamil sayıldığına görə, «islah tələb edən sol» adlanır, çünki baxmayaraq ki, xoxma nurunu vermək naminə cəlb ediblər, yenə də o, qorunmağa ehtiyac duyur, çünki həzz alma hərəkəti niyyətə ziddir, hansı ki, vermək naminə olmalıdır.
Bu səbəbdən biz orta xətt xassəsini cəlb etməliyik. Yəni xasadim nurunu, hansı ki, indi onların hər ikisini özündə ehtiva edir — yəni xoxma nuru, hansı ki, onun içində xasədim nurunun daxil olması var. Çünki iki tərkib var:

  1. yaradılışın islahı,
  2. yaradılışın məqsədi.
    Və bu, «Tövrat» xassəsi və ya «orta xətt» adlanır, hansı ki, özündə həm sağ, həm də sol tərkibi saxlayır. Və onda yaradılışın məqsədinin nurundan istifadə etmək olar, yəni Yaradanın Öz yaratdıqlarına vermək istədiyi xeyir və həzzdən, hansı ki, yaradılışın məqsədidir. Bu o deməkdir ki, orada xasadim nurunun daxil olması olmamışdan əvvəl, yaradılışın məqsədinin nuru nur saça bilməz, çünki hər iki xassə birlikdə olmalıdır. Və bu, «Tövrat» xassəsi adlanır.
    Deyilənlərdən, bizim soruşduğumuzu anlayacağıq, niyə «sağ xətt» xassəsində gedən insanlar, bütün işləri yalnız vermək naminə olan və artıq ali xeyrə, «xasadim nuru» adlanan nura layiq olmuş insanlar, «Sahiblərinin əzəmətinə baxmırlar» sayılır. Və həmçinin, artıq sağ xətt xassəsindən çıxmış və artıq xoxma nuruna layiq olmuş, «sol» adlananlar da, yenə də «Sahiblərinin əzəmətinə baxmırlar» sayılırlar, və «Tövrat onların qarşısındadır, lakin onlar onda səy göstərmirlər». Bu, anlamaq üçün çox çətindir, əgər biz xasadim nuruna layiq olmuş insanlar və xoxma nuruna layiq olmuş insanlar haqqında danışırıqsa, — onlar Tövrat-da səy göstərmirlər — demək olarmı?
    Lakin, əvvəldə izah etdiyimizə görə, «sağ xətt»in mahiyyəti xasadim nurunun xassəsidir, hansı ki, yalnız yaradılışın islahıdır. Buradan belə çıxır ki, onlar yaradılışın məqsədinin nurunu cəlb etməklə ,yəni Yaradanın yaratdıqlarına vermək istədiyi xeyir və həzzlə məşğul olmayana qədər, hansındakı Yaradanın əzəməti, «Yaradanın ilahiliyinin Öz yaradılmışlarına aşkarlanması» adlanan şöhrəti yaradılmışlara aşkar olur, onlar «Sahiblərinin əzəmətinə baxmırlar»1.

Bunda da onun (yaradılışın məqsədinin) əsas ehtiyacı (xisaron) var, yəni dünyada Yaradanın İlahiliyinin aşkarlanması, hansı ki yaradılışın məqsədidir, – Yaradanın İlahiliyininn yaratdıqlara aşkarlanması və yaradılmışlar bu məqsədi alsınlar deyə, bütün məhdudiyyətlər və islahlar baş verdi. Buradan belə çıxır ki, əlbəttə ki yaradılışın islahı olan yalnız sağ xəttlə gedənlərdə əsas xisaron var. Yəni hər şeyi ediblər, və yalnız əsas şey - [yaradılışın məqsədi] onlarda çatışmır. Bax buna görə də belə sayılır ki, onlar «Sahiblərinin əzəmətinə baxmırlar»1.
Həmçinin, yaradılışın məqsədi olan xoxma nuruna layiq olanlar barədə biz soruşduq: «Onlara daha nə çatışmır?» Cavab belədir: çünki bir qayda var ki, xoxma nuru aşağıdakılara xasadim nurunun bürünməsi olmadan nur saça bilməz, çünki xoxma nuru alma keliminə gəlir. Və baxmayaraq o, vermək naminə nuru cəlb edib, yenə də o, qorunmağa ehtiyac duyur ki, hərəkətin ardınca getməsin, çünki o, alma kelimindən istifadə edir.
Bu səbəbdən o, bürünməni, yəni xasadim nurunu cəlb etməlidir, hansı ki vermək keliminə bürünür və bu yaradılışın islahı xassəsidir. Deməli, baxmayaraq o, yaradılışın məqsədinin nurunu cəlb edib, o, ondan istifadə edə bilmir, çünki o, xasadim bürünməsi olmadan nur saçmır.Deməli, o da görmür. Başqa sözlə, onda Yaradanın İlahiliyinın aşkarlanmasını görsün deyə, yaradılışın məqsədi aşkarlanmır. Və bu barədə yazılıb ki, sol xəttlə gedənlər də «Sahiblərinin əzəmətinə baxmırlar».
Və yazılanın mənası belədir: «Tövrat onların qarşısındadır, lakin onlar onda səy göstərmirlər». Tövrat orta xətt deməkdir, yəni bu iki xətti bir-biri ilə birləşdirən» Tövrat adlanan Zeir Anpin.1 Başqa sözlə, «orta xətt» adlanan Tövrat vasitəsilə, hansındakı bu iki xassə birlikdə mövcuddur, yəni həm yaradılışın məqsədi- Yaradanın İlahlığının yaratdıqlara aşkarlanması, hansı ki «Sahiblərinin əzəməti» adlanır, həm də onda yaradılışın islahının bürünməsi var,  yəni «xasadim nuru» adlanan «sağ xətt» xassəsi. Buna görə də, bu iki tərkib ayrılanda, yaradılışın məqsədi yaradılmışlara nur saça bilmir. Və bu, onların «Sahiblərinin əzəmətinə baxmırlar» adlanmasıdır. Və yalnız onlar Tövrat-da səy göstərdikdən sonra, yaradılışın məqsədi nur saçır. Və bu Zoar kitabının dilində «Tövrat, İsrail və Yaradan birdir» adlanır.
Və buradan biz danışdıqlarımızı anlayacağıq, (№ 11, 1990-cı il məqaləsində), yəni xanuka şamı soldadır və onun nurundan istifadə etmək olmaz, çünki sol xətt xoxma xassəsidir və artıq yaradılmışlara cəlb edilib.Belə ki, onlar sağ və sol birlikdə olsun deyə, «Tövrat» olan orta xətti cəlb etməyənə qədər,xasadim nuru vasitəsilə gələn xasadim bürünməsinin olmaması səbəbindən, nur onlara istifadə edə biləcəkləri ölçüdə işıq saçmır.
Halbuki Purim-də onlar orucları və yalvarışları vasitəsilə sağ xətt xassəsi adlanan xasadim nurunu cəlb etdilər, TES-də (16-cı hissənin sonunda) izah edildiyi kimi. Deməli, baxmayaraq Xanu-ka-da onlar sağ xətt tərəfdən kamillikdə idilər, lakin sol xəttə keçəndə, xoxma nurunu cəlb etmək üçün, artıq onlarda sağ xəttin xasadimi yox idi.
Bu o deməkdir ki, xoxma cəlb etdikdən sonra onların cəlb etdikləri xasadim, və xoxma «sol» adlandığından, yuxarıda deyildiyi kimi, bu «orta xətt» adlanır. Deməli, onda, Xanu-ka-da, Xanu-Ko (hərfən «burada dayandılar») vəziyyəti var idi. Yəni onlarda sağ xətt xassəsi var idi. Və möcüzə onda idi ki, onlar «sağ xətt»ə tam kamillikdə malik idilər. Lakin «sol xətt» xassəsi kamillikdə deyildi, çünki onlara orta xətt, yəni Tövrat çatışmırdı.
Buna görə Şabat-da, hansı ki orta xətdir, şamlardan istifadə etmək olar. Və bu «evdə barışıq» adlanır, və bunda deyilənin mənası var: «Xoxma ilə 'müdrikliklə' ev tikiləcək». Elə bu səbəbdən də deyilir: «şənbə şamı xanuka şamından əvvəldir», çünki şabat kamilliyə işarə edir, çünki «orta xətt» adlanan «yesod» xassəsi var, hansı ki [nuru] «ev» adlanan malxut-a ötürür. Buna görə də şənbə şamı kamilliyə işarə edir. Və şabat «şalom şabat» adlanır, çünki orta xətt olan yesod, «sağ» və «sol» adlanan xətlər arasında sülh yaradır.

Yuxarıda deyiləndən belə çıxır ki, Xanu-ka möcüzəsi «sağ xətt»də idi, hansı ki «yaradılışın islahı» adlanır, və onlarda kamillik var idi. Və bu, möcüzənin ruhaniyyətdə olduğu adlanır, çünki verici kelim «ruhani» adlanır, çünki bu kelim xeyir başlanğıca aiddir.
Halbuki alici kelim maddiyyətə aiddir, yəni şər başlanğıca, necə ki, biz deyiləni izah edirdik: «Yaradanı, Sənin Qüdrətlini, bütün qəlbinlə sev», yəni hər iki başlanğıcla. Yəni həm verici kelim olan xeyir başlanğıc   Göylər naminə olmalıdır, həm də şər başlanğıca aid olan alici kelim. Onları da Göylər naminə istifadə etmək lazımdır. Yəni vermək üçün almaq.
Deməli, Xanu-ka-da, Ari deyəndə ki, Xanu-ka və Purim «sol» sayılır, xanuka şamı soldadır. Və baxmayaraq sağ xətt verici kelim tərəfdən «kamillik» adlanır, lakin sol xətt xassəsi, yəni xasadimsiz xoxmanın nur saçması ,hansının ki, istifadəsi qadağandır, bu öz-özlüyündə böyük bir işdir ki, onlar artıq yaradılışın məqsədinin xassəsini cəlb ediblər. Lakin hələlik onun nurundan istifadə etmək qadağandır.
Buna görə Xanu-ka-da hesab olunur ki, möcüzə ruhaniyyətdə idi, çünki xoxmanı xasadim-siz istifadə etmək qadağandır. Bax buna görə bu ruhani möcüzə sayılır, hansı ki, indiyə qədər aşağıya enməyib və ondan istifadə etmək mümkün deyil. Bu münasibətdə Xanu-ka «ruhani möcüzə» sayılır, həm sağdan xasadim nöqteyi-nəzərindən, həm də soldan xoxma nöqteyi-nəzərindən, çünki orta xətt hələlik yox idi.