Saleh bəlalardan əzab çəkir
Məqalə 9, 1988
“Zoar” kitabı (“Sulam” şərhi, 11-ci bənd) deyiləni izah edir: “Salehin bəlaları çoxdur və onların hamısından Yaradan xilas edir”. “Salehdə bəlalar çoxdur” – belə yazılmayıb, yazılıb: “salehin bəlaları çoxdur”, bu isə o deməkdir ki, Yaradan onu istəyir. Çünki Yaradan bu insanı istəyir və onu hamısından xilas edir”.
Bu sözləri anlamaq lazımdır:
- Niyə saleh bəlalardan əziyyət çəkməlidir?
- Əgər bundan sonra “Yaradan onu Öz əli ilə xilas edirsə”, bəs Yaradan sonra onu xilas etməlidirsə, salehə bəlalar göndərməyin nə faydası var? Bu, sanki faydasız bir iş kimi görünür.
Ruhani işin məlum qaydasına görə, həqiqət yolu adlanan lişma yolu ilə, yəni vermə naminə və şəxsi mənfəət üçün deyil, getmək istəyənlər, və günahkarlar deyil, salehlər olmaq istəyənlər, ruhani iş dilində “almaq üçün almaq” adlananlar, yəni hətta vermə əəməllərini də almaq niyyəti ilə edənlər – onlar “Zoar” kitabının dilində “günahkarlar” adlanırlar, necə ki Yazıda deyilir: “Xalqların mərhəməti – günahdır, və etdikləri bütün xeyiri özləri üçün edirlər”, bu o deməkdir ki, – bütün xeyiri şəxsi mənfəət niyyəti ilə edirlər. Və bu onların günahıdır.
Lakin Yaradanın işçiləri olmaq istəyənlər yalnız Yaradanın xeyrinə işləməlidirlər, şəxsi xeyir üçün yox. Deməli, yaradılanların təbiəti yalnız öz xeyrinə olduğuna görə məlumdur ki, yaradılanları sevindirmək arzusu bu məqsəd üçün ehtiyac (xisaron) yaratdı. Yəni, yaradılanlar həzzləri almağa can atsınlar. Canatma olmadan isə insan heç nədən həzz ala bilməz. Hətta, həzzləri hiss etməyin ölçüsü canatmanın ölçüsündən asılıdır.
Buna görə də, insana deyəndə ki, o, şəxsi mənfəətdən imtina etməlidir və Yaradanın xeyrinə işləməlidir, çünki yalnız beləliklə o, Yaradanla birləşməyə çata bilər, bu da insanın mövcudluğunun məqsədidir, və bu “qayıdış” (tşuva) adlanır, çünki forma fərqliliyi səbəbi ilə alma xüsusiyyəti insanı Yaradan’dan ayırır çünki Yaradan – verəndir, yaradılanlar isə Ondan Onun onlara verdiyini alırlar. Buna görə, insan elə bir pilləyə çatanda ki, onun bütün arzusu yalnız verməkdir, bu “forma üzrə uyğunluq” adlanır. Və bu, yaradılanın öz kökünə qayıtması adlanır, yəni o, Yaradanla birləşir. O zaman insan “saleh” pilləsindədir, çünki o artıq şəxsi mənfəət üçün deyil, Yaradanın xeyrinə işləyir.
Və buna görə də, insan bədənin xeyrinə işləmək istəməyəndə, bədən onun işinə qarşı çıxır və ona vermə naminə heç nə etməyə imkan vermir. Lakin insan vermə niyyətini unudan kimi və almaq naminə işləməyə başlayanda, yenidən işi davam etdirə bilir. Amma “lo lişmadan lişmaya gəlirlər” qaydasına uyğun olaraq, ona Yuxarıdan bir oyanış gəlir ki, vermə naminə işləmək lazımdır, və dərhal bədənin müqaviməti başlayır, və o, işi davam etdirməyə imkan vermir, və bədənin ona gətirdiyi böyük əzabları hiss etməyə başlayır.
Və bədənini müəyyən qədər aşdıqdan sonra, yenidən işi tərk edir, və yenidən özündə şəri hiss edir, və bu dəfələrlə təkrarlanır; belə çıxır ki, saleh olmaq istəyən hər kəs hər dəfə bədənin ona gətirdiyi şəri hiss edir. Yəni, hər dəfə vermədə nəsə etmək istəyəndə, günahkar gəlir və soruşur: “Sizə bu iş nə üçün lazımdır?” Əgər isə insan şəxsi mənfəət üçün işləyirsə, o zaman bu sual üçün yer yoxdur ki, günahkar “Sizə bu iş nə üçün lazımdır?” soruşsun, çünki insan “özünə alma arzusu” adlanan günahkar üçün işləyir. Deməli, günahkarın sualı məhz insan Yaradanın xeyrinə işləmək istədiyi vaxt yaranır.
Buradan bizə aydındır ki, niyə məhz salehdə “çoxlu bəlalar” var. Çünki insanın şər başlanğıcı hər gün ona qarşı qalxır. Bu o deməkdir ki, şər başlanğıc görən kimi ki, insanda “gün” adlanan bir az nur var və o, doğru yolla gedir, dərhal ona qarşı qalxır və iddiaları ilə onu zəiflətmək istəyərək deyir: – vermədə işləmək istəməyindən sənə nə olacaq? Və eyni şey hər gün təkrarlanır.
Bu barədə müdriklər (Kiduşin traktatı, səh. 40) deyiblər: “Həmişə insan özünü yarı günahkar, yarı saleh görməlidir. Bir ehkamı yerinə yetirən özünü və bütün dünyanı ləyaqətlər tərəzisinə ağırlaşdırır”. Lakin o zaman sonra necə bir daha “yarı” demək olar? Axı o, artıq ləyaqətlər tərəfinə tərəzini ağırlaşdırdı. O halda niyə “həmişə” deyilir?
Amma, deyildiyi kimi, “insanın şər başlanğıcı hər gün ona qarşı qalxır”. Şər başlanğıc görən kimi ki, indi insanda “gün” var, dərhal ona qarşı qalxır. Və onun etdiyi xeyirə uyğun ölçüdə dərhal ona qarşı şər qalxır. Və yenə o “yarı günahkar, yarı saleh” olur.
“Hər gün ona qarşı qalxır”ın mənası budur. Yəni, hər gün yenidən qarşı cıxır. İzah etmək lazımdır: “insanın şər başlanğıcı hər gün ona qarşı qalxır” — o deməkdir ki, şər onun içində güclənir, necə ki deyilir: “coşqun mənbə kimi şər daşır”, çünki “bir-birinə qarşı” [Yaradan] yaratdı. Və insan qalxan kimi [şər başlanğıca qarşı] və xeyir edən kimi, dərhal şər başlanğıc ona qarşı qalxır. Belə çıxır ki, saleh “çoxlu bəlalar”dan əziyyət çəkir. Yəni, hər gün onun şəri daha böyük olur, yəni onun yaxşı hərəkətlərinin ölçüsünə görə onun içində şər aşkarlanır, necə ki müdriklər deyiblər: “insan nə qədər böyükdürsə, onun şər başlanğıcı ondan bir o qədər böyükdür”.
Anlamaq lazımdır, “ondan bir o qədər böyükdür” nə deməkdir. Əvvəl izah ediləndən belə çıxır ki, “ondan bir o qədər böyükdür” o deməkdir ki, onun şər başlanğıcı böyük olur, bu isə insanın böyüklüyündən irəli gəlir, çünki o, heyvan deyil, insan olmağa çalışır, buradan da şər başlanğıc böyük olur. Deyildiyi kimi: “həmişə insan özünü yarı günahkar, yarı saleh görməlidir” ki, insanda şəri məğlub etməyə güc olsun. Lakin bir dəfəyə bütün şəri islah etmək mümkün deyil. Buna görə də şər insana tədricən aşkarlanır: hər dəfə insan hansısa xeyir edəndə, bir az da şərin aşkarlanması üçün yer yaranır. Və bu belə təkrarlanır, ta ki insan özündə bütün şəri aşkar etsin. Deməli, buna görə saleh çoxlu bəlalardan əziyyət çəkir.
Soruşmaq lazımdır: niyə insanda bütün şər bir dəfəlik aşkarlanmır. Cavab: çünki o zaman insanda özündəki bütün şəri aşmağa güc olmazdı, yalnız o vaxt ki, onun şəri xeyirdən artıq deyil, yəni hər ikisi bərabərdir, — o zaman insanda Tövrat və əmrlərin köməyi ilə [şəri] aşmağa güc var, buna görə də şər insanda tədricən aşkarlanır, yəni onun dərk etdiyi xeyir ölçüsünə görə yuxarıdan ona bir az şər aşkarlanır. Və zamanla insanda olan bütün şər belə islah olunur.
Bu, aydınlaşdırmalar qaydası kimi müəyyən olunur, necə ki deyilir, yalnız 288 qığılcımı (nitsutsin) aydınlaşdırmaq olar, onlar 9 sfirota daxil olur və hər bir 32 yolun [xoxma nurunun yayılması] içində olurlar. Eyni zamanda, hər yolda Malxutu aydınlaşdırmaq olmaz. Bu “lev a-evən” (daş ürək) adlanır, necə ki deyilir: “Və bədəninizdən daş ürəyi çıxaracağam”, çünki bu şəri altı min il ərzində islah etmək olmaz. Lakin altı min il ərzində 288 qığılcımın aydınlaşdırılması baş verir, sonra isə bütün şər aydınlaşdırılır, necə ki “Zoar” kitabında deyilir: “Gələcəkdə ölüm mələyi müqəddəs mələk olacaq”, bu “ölümü əbədi udacaq” adlanır.
Və bu yolla, insan özündə şərin islahı yolu ilə gedəndə ,ki alma klisi vermə naminə olsun, onu bir dəfəlik islah etmək mümkün deyil. Bizi Yaradan’dan ayıran şərin mənbəyi olan alma klisi çox hissələrdən ibarətdir. Və onun çox hissələrdən ibarət olması yuxarıdan olan islahdır . Və hər dəfə müqəddəsliyin bir hissəsi islah olunan kimi, dərhal başqa bir hissə gəlir — əvvəl islah olunandan daha böyük, çünki insan işdə vərdiş qazanır və hər dəfə islah üçün onun eqoizminin daha böyük hissəsini verirlər.
Bu, ağırlıq qaldırmağı öyrənmək istəyən insana bənzəyir: hər gün ona daha böyük çəki qaldırmaq verirlər. Ruhani işdə də belə olur: hər gün daha böyük şər hissəsini qaldırmaq verilir, və nəticədə insan görür ki, sanki o, işdə irəliləmir, əksinə geri gedir. Yəni, hər gün o görür ki, işlə bacarmaq ona daha çətin olur, çünki, deyildiyi kimi, hər gün ona islah üçün daha böyük hissə verirlər.
“Və hamısından Yaradan onu xilas edir”. Biz soruşmuşduq: əgər Yaradan onu bəlalardan xilas etməlidirsə, onda niyə Ona bəlalar göndərir ki, boş yerə əziyyət çəksin? Yəni, əgər insan öz gücü ilə bacara bilsəydi, onda başa düşmək olardı ki, bəlalar insana islah üçün verilir. Amma Yaradan onu xilas edirsə, ona “çoxlu bəlalar” verilməsindən nə qazanır?
Biz artıq bunun haqqında danışmışdıq, o zaman soruşmuşduq: niyə insan öz gücü ilə bacara bilmir. Yalnız Yaradan onu xilas etməlidir. Əgər insana bacarmaq üçün seçim verilirsə, onda niyə bacarması üçün güc vermirlər? Mənim sahibim, ata və müəllimimin (Baal Sulam) dediyinə görə — bu, əvvəldən elə edilib ki, insan Yaradan’dan kömək istəsin. Və O köməyi insana daha yüksək ruh bəxş etdiyi zaman verir, insanın daha yüksək pilləni almağa ehtiyacı olsun deyə.
Çünki insan öz ruhsının NaRaNXaY-nını dərk etməlidir. Amma ehtiyac olmadan, yəni “xisaron” adlanan kli olmadan, doldurmanı almaq mümkün deyil, buna görə də əvvəldən elə edilib ki, insan işi başlamalıdır. Və o gördükdə ki, bacarmır, ümidsizliyə düşməməli, Yaradan’a dua etməlidir, necə ki “Zoar” kitabında deyilir: “Təmizlənməyə gələnə kömək edirlər”. Nə ilə? — müqəddəs ruh ilə.
Deyiləndən iki şey çıxır:
- İnsan vermə üzrə işi başlamalıdır ki, onda Yaradan’ın ona kömək etməsi üçün ehtiyac olsun. Çünki əgər özü bacara bilsəydi, Yaradan’ın köməyinə ehtiyacı olmazdı. Bu o deməkdir ki, onda kli yoxdur, və “kli olmadan nur yoxdur”.
- İnsana öz-özünə bacarma qabiliyyəti verilmir. Belə çıxır ki, bu, insanın başlamalı olması, amma [Yaradan’ın] ona bitirməyə imkan verməməsinin səbəbidir.
Buradan aydın olur ki, bizim soruşduğumuz — niyə salehin üstünə çoxlu bəlalar gəlir? — ona görə ki, saleh Yaradan’la qovuşmaya gəlməsinə mane olan şərdən əziyyət çəkəndə, bu onda kli yaranmasına səbəb olur. Çünki şər o qədər çoxdur ki, onunla bacarmır. Və “hamısından Yaradan xilas edir”, amma insanın özü qalib gələ bilmir. Və bu, əvvəldən elə yaradılıb ki, əgər onda ehtiyac yoxdursa Yaradan insana daha yüksək pillə verə bilmir. Buna görə də Yaradan ona öz ruhsının hissələrini verir və xilas edir, necə ki deyilir: “və hamısından Yaradan xilas edir”.
Buna görə iki şey lazımdır:
- Salehin çoxlu bəlaları olsun ki, bu, kli olsun.
- Sonra [Yaradan] ona ruhsının hissələrini verir və xilas edir.
Dünyada qəbul olunub ki, artıq şər kimi dərk edilmiş şərin o hissəsinə ruh verməsini istəyəndə Yaradan’dan şərdən çıxmağa kömək istənilir . Və niyə Yaradan istəyir ki, insan şərin müəyyən ölçüsünü açsın, sonra isə Yaradan ona kömək versin. Görünür, insan belə olmalıdır. Bununla yanaşı iki şeyi anlamaq lazımdır:
- Həqiqətən Yaradan insana köməyi onda verir ki, insanın içindəki şəri ona açır ki, həqiqəti bilsin.
- Amma bunu yalnız vermə yolu ilə gedə bilən insanlara açırlar. Buna görə onlara şəri açırlar ki, onu islah etmək imkanları olsun. Eyni zamanda o insanlara ki, vermə işinə aidiyyəti yoxdur, şəri yalnız ümumi şəkildə açırlar.
Bu, bizim dünyamızda qəbul olunmuş kimi kimidir: əgər insanda elə bir xəstəlik varsa ki, onu müalicə etmək mümkün deyil, onda insana bunu demirlər, ona deyirlər ki, onda müxtəlif xəstəliklər var, amma onun xəstəliyinin sağalmaz olduğu həqiqətini demirlər. Sadə səbəbə görə: axı ona desələr ki, onda islahı mümkün olmayan şər var, nə olacaq? Buna görə də ruhaniyyətdə insana [bütün] şəri göstərmirlər, tədricən göstərirlər, onun işə qabiliyyəti ölçüsünə görə.
Beləliklə, əgər insanda şərin aşkarlanması kifayət ölçüdə deyilsə ki, kli və və içinə ruh yerləşdirməyə layiq ehtiyac olsun, ruhanı klinin yarısına vermək mümkün deyil. Bu, ananın bətnindəki rüşeymə bənzəyir, necə ki müdriklər demişlər: “İnsanın [yaradılışında] üçü iştirak edir: Yaradan, ata və ana. Ata ağ verir, ana qırmızı verir, Yaradan ruh verir”.
Və hər kəs, əlbəttə, bilir ki, məsələn, əgər ata və ana yalnız bir hissə versəydilər, onda yalnız rüşeymin yarısı doğulardı, yəni, əgər onlar yalnız bir hissə versəydilər, başsız rüşeym, təkcə bədən doğulardı. Və ya əksinə — bədənsiz baş doğulardı. Məgər istəyərikmi ki, Yaradan yalnız bir hissə versin, yəni, rüşeymin yarısına ruh versin və o cür doğulsun? Əlbəttə ki, dünyada elə axmaq yoxdur.
Eləcə də ruhani işdə — işin əvvəlində insan “ağ”da işləməyə başlayır. Çünki ata və ana valideyn adlanır, və onlar insanın doğuluşunun səbəbidir. Ata “zaxar” adlanır, yəni, kamillik. Və bu, “ağ” adlanır, yəni, bunda heç bir çatışmazlıq (xisaron) yoxdur. Bu o deməkdir ki, o öz payına şaddır, çünki ruhani işinin hər bir hissəsinə görə o Yaradan’a şükür edir ki, Ona layiq etdi və ona fikir və arzu verdi ki, onda Yaradan’la hansısa əlaqə olsun, necə ki müdriklər demişlər: “Gedən, amma heç nə etməyən, yenə də mükafat alır”.
Sonra isə o, “ananın qırmızısı” adlanan sol xəttə keçir, ana “nukva” adlanır, yəni, xisaron, hansı ki əgər onlarda vermə niyyəti varsa onun yaxşı əməllərini şübhə altına alır. Və onda o həqiqəti, bununla nə qədər uzaq olduğunu görür. Və o zaman onda dua ilə müraciət etmək ehtiyacı yaranır ki, Yaradan onu yaxınlaşdırsın, Yaradan’la qovuşmağa layiq olsun. Və insan ümid edir ki, onda artıq iki hissə var və onda ehtiyac və kli var deyə hiss edir ki və ona yalnız Yaradanın öz hissəsini verməsi, yəni, ruh çatmır.
Lakin “atanın ağ”ı və “ananın qırmızısı” hələ ki yararlı deyil, çünki hələ tamamlanmayıblar, necə ki, misalda deyildiyi kimi necə ola bilər ki, körpənin yalnız yarısı doğulsun. Əlbəttə ki, Yaradan öz hissəsini — ruhunu verə bilməz, buna görə də Yaradan gözləyir ki, sağ xətt və sol xətt öz kamilliyinə gəlsin ki, kamil bir şey yaratmaq mümkün olsun. Və onda Yaradan ruh verir. Buna görə də insan deyə bilməz ki, Yaradan ona kömək etmək istəmir, əksinə — Yaradan hər bir əməli birləşdirir ki, ruh vermək üçün kifayət edəcək ölçü yaransın.
Bu barədə “Müdrikliyin bəhrələri” kitabında (2 hissə, səh. 110) yazılıb: “Özünüz susmayın və Ona da susmağa imkan verməyin, ta ki O Yerusəlimi yer üzündə şöhrət etsin və onu bərqərar etsin”, və beləliklə, biz xahişlərimizi yuxarıya göndəririk, “zərbə ardınca zərbə”, yorulmadan və fasiləsiz, və biz Onun bizə cavab verməməsindən heç zəifləməyirik çünki inanırıq ki, O duanı eşidir, amma bizi gözləyir, o anı ki, bizdə düzgün bərəkəti almaq üçün kelim olacaq. Və onda biz hər bir duaya bir dəfəyə cavab alacağıq, çünki “Yaradanın əli qısalmaz”.”
Buradan belə çıxır ki, insan deməməlidir ki, o hər gün dua edir və Yaradan’dan kömək almır, əksinə o inanmalıdır ki, Yaradan insanın hər bir duasını götürür və onu insanın daha əvvəl dua etdiyi digər dualara əlavə edir. Və gözləyir ki, kamil ölçü yaransın ki, Yaradan’dan ruh almağa layiq olsun.
Və duada, Yaradan’dan kömək istəyəndə ki, yuxarıdan şəri aşmaq üçün qüvvə versin, iki tərkib hissə var:
- İnsan Yaradan’dan müqəddəslikdə vermə kelimlərini gətirmək imkanı istəyir, yəni ki, onları vermə niyyəti ilə istifadə etmək imkanı olsun.
- O xahiş edir ki, Yaradan ona dəfetmə gücünü alma kelimləri üzərində versin, belə ki, alma kelimləri üzərində vermə niyyəti yarada bilsin.
Müdriklərin dediyini izah etmək lazımdır (Raşi, Vayeşev fəslinə şərh): “İzah olunur — ‘və yerləşdi’, — Yaqub sülh içində yerləşmək istədi, lakin ona Yusif qəzəbləndi. Yaradan dedi: ‘Salehləri onların gələcək dünyalarına görə deyil, bu dünyada sülh istədiklərinə görə mühakimə edirlər”.
İlk baxışdan deyilənləri anlamaq çətindir: “Yaradan dedi: ‘Salehləri mühakimə edirlər, onlara gələcək gələcək dünyalarına görə deyil, bu dünyada sülh istədiklərinə görə’”. Axı Mişna var (Avot traktatı, 6:4): “Bu Tövratın yoludur və Tövratda səylə çalış. Və əgər belə edirsənsə, sən bu dünyada xoşbəxtsən və sənə gələcək dünyada xeyir var”. Buradan belə çıxır ki, bu dünyada sülh olmalıdır.
Bu, ruhani əməl yolu ilə izah olunur. Məlumdur ki, Bina “gələcək dünya” adlanır. Bu, vermə kelimləri deməkdir. Və hər bir şeydə iki tərkib hissə var:
- Onun aldığı,
- Onun verdiyi.
Bunlar “Malxut mərhələsi” və “Bina mərhələsi” adlanır , hansılar ki,vermə və alma hallarındadır.
İnsan işə başlayanda, o daha saf [kelimləri] aydınlaşdırmağa başlayır. Aydınlaşdırmağa və alma klisinin içində olan kelimləri çıxarmağa başlayanda, bu o deməkdir ki, bütün kelimlər — həm alma kelimləri, həm də vermə kelimləri — kelimlərin qırılması zamanı klipotun içinə düşdü, hansı ki, alanlardır; onlar kabala dilində kelim de-panim və kelim de-axoraim adlanır.
Buna görə də, salehlər onlarda vermə niyyəti olsun deyə özlərində vermə kelimlərini islah etdikdən sonra- bu ,“Tövratı lişma-da öyrənmək” adlanır və “onlara gələcək dünyada hazırlanmış” adlanır, — salehlər bununla kifayətlənmirlər, və onlar “bu dünyada sülh içində yerləşmək” istəyirlər, yəni, “Malxut kelimləri” adlanan kelim de-axoraimda. Halbuki Malxut “bu dünya” adlanır — müqəddəsliyin içinə daxil olsun, yəni, vermə üçün olsun.
Bu barədə deyilib: “Yaqub sülh içində yerləşmək istədi, lakin ona Yusif qəzəbləndi”. Məlumdur ki, Yusif [sfirot] NeXi adlanır, kelim de-axoraim, orada Xoxmanın aşkarlanma yeri var, alma kelimləri var, hansı ki “bu dünya” adlanır. Yəni, “ona qəzəbləndi” ona görə ki, nə üçün hələ onları islah etmədi ki, müqəddəsliyin içinə daxil olsunlar. Bu barədə deyilib: “Mühakimə etmirlər...”.