<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / 15. Ruhani işdə Misir hakimi yıxılmayana qədər onların ah-naləsinə cavab verilməməsinin mənası nədir?

 

15. Ruhani işdə Misir hakimi yıxılmayana qədər onların ah-naləsinə cavab verilməməsinin  mənası nədir?

 

Məqalə 15, 1990-cı il
Zoar kitabında, “Şmot” parçasında deyilir:
“Çünki hakimlərə İsrail üzərində hakimiyyət verilmiş bütün müddət ərzində İsrailin iniltiləri eşidilmədi. Amma onların hakimi yıxıldıqda, deyildi: ‘Misir padşahı öldü.’ Və dərhal: ‘İsrail oğulları işdən dolayı inildədilər və fəryad etdilər, və onların fəryadı Yaradan’a yüksəldi.’ Amma o vaxta qədər onların iniltiləri eşidilməmişdi.”

Və başa düşmək lazımdır: əgər deyilir ki, onların hakimi  yıxılmayana qədər iniltiləri eşidilmədi, bəs kim səbəb oldu ki, onların hakimi yıxılsın ki, sonradan onların fəryadı eşidilsin? Və həmçinin başa düşmək lazımdır: əgər onların hakiminin hakimiyyəti varsa, nə üçün onların fəryadına cavab verilməsi mümkünsüz olur, və onların hakiminin İsrailin duasını saxlamağa necə gücü çatar?

Həmçinin yazılanları başa düşmək lazımdır.
“Musa Yaradan’a qayıtdı və dedi: ‘Ey Yaradan, nə üçün bu xalqa pislik gətirdin, nə üçün məni göndərdin? Axı mən Firona Sənin adından danışmağa gəldiyimdən bəri, bu xalqın vəziyyəti daha da pis olub, amma Sən öz xalqını qurtarmamısan!’
Və Yaradan Musaya dedi: ‘İndi görəcəksən... çünki Mənim güclü əlimlə, o məcbur olacaq ki, sizi göndərsin.’”

Və Musanın iradını başa düşmək lazımdır, o: Ey Yaradan, nə üçün bu xalqa pislik gətirdin, nə üçün məni göndərdin? Axı mən Firona Sənin adından danışmağa gəldiyimdən bəri, bu xalqın vəziyyəti daha da pis olub, amma Sən öz xalqını qurtarmamısan!“-dedikdə, Musanın iradı haqlı idi, çünki Yaradanın cavabından görünür ki, Musa düz demişdi. Yalnız Yaradan ona dedi: “İndi görəcəksən, Mən Firona nə edəcəyəm.” Yəni o görəcək ki, Yaradan Firona nə edəcək.

Elə bil ki, yazılmalı idi: “Sən görəcəksən”, yəni Musa görəcək, yəni “sən” (ivr. “ата” – “ata”) sözü “alef” hərfi ilə yazılmalı idi. Bəs niyə “ע” hərfi ilə yazılıb – “ата” (עתה) – yəni “indi”? Bu o deməkdir ki, indi o görəcək. Belə çıxır ki, Musa Firona gəlməzdən əvvəl və Fironun “bu xalqa daha da pis rəftar etməyə” başlamazdan əvvəl Misirdən çıxış mümkün deyildi – yalnız indi güclü əllə onları göndərmək və qovmaq mümkün olacaq.

Və başa düşmək lazımdır: nə üçün məhz indi Misirdən çıxış imkanı yarandı.

Burada iki məsələni anlamaq lazımdır:

  1. Nə üçün Musa Yaradanın elçisi olduqdan sonra İsrail xalqının vəziyyəti pisləşdi.
     
  2. Nə üçün məhz indi, yəni bu vəziyyət pisləşəndən sonra Misirdən çıxış mümkün oldu.
     

Və bunu ruhani iş baxımından izah etmək lazımdır. Müqəddəs Ari deyirdi ki, Misir sürgünü müqəddəs bilik sürgündə olduğu zaman idi. Yəni Misir klipası İsrail xalqı üzərində hökmranlıq edirdi.

Və izah etmək lazımdır ki, “İsrail xalqı” anlayışı o deməkdir ki, bütün xalq Yaradan naminə işləmək istəyir, şəxsi mənfəət naminə yox. Necə ki, məlumdur, “Yaşar El” – “İsraEl” sözü “birbaşa Yaradan’a” deməkdir – hər şey Yaradan üçün.

Və “Fironun hakimiyyəti” – əksinə, yalnız şəxsi mənfəət naminə işləmək deməkdir. Buna görə də müqəddəs bilik, yəni yalnız səma naminə, yəni vermək naminə işləmək anlayışı sürgündə idi – Fironun, Misir padşahının hakimiyyəti altında. Burada misirlilər – mitsrim – bu söz “mitsr-im” hərflərindən ibarətdir, və məlumdur ki, tsar (tesn, dar) sözü “xesed nurunun məhdudiyyəti” mənasına gəlir.Və bu haqda deyilir – tsar ain, yəni məhdud, yalnız almağa qadirdir, verməyə isə yox.Amma roxav (genişlik) – bu, genişlik, səxavət, çox vermək qabiliyyəti deməkdir.Tesn (tsar) – əksinə, heç nə verməmək deməkdir.

Yəni misir klipasının mahiyyəti ondaydı ki, hər kəs yalnız mükafat üçün əməl yerinə yetirə bilərdi. Amma mükafatsız – yəni yalnız vermək naminə – Firon insana heç bir əməl yerinə yetirməyə icazə vermirdi.Və bu o deməkdir ki, Misir – İsrail üçün “dar yer”dir (metser).Bununla müdriklərin belə dediklərini izah etmək olar: “ İsraili sıxışdıran hər kəs  baş olur.”Bu o deməkdir ki,: kim “İsrail” xüsusiyyəti üzərində hökm edə bilər? – Yalnız o, kim ki “baş”dır (roş), o hökm edir və o zaman İsraili sıxışdırır – ona Yaradan naminə işləməyə imkan vermir. Bu isə “xesedlə məşğul olmaq”, yaxşılıq etmək deməkdir.
Firon isə yalnız şəxsi mənfəət naminə işləməyə icazə verir – və bu, “misir klipası” adlanır.

Ona görə də, müdriklərin dediyi kimi, işin qaydası belədir:
“İnsan həmişə Tövrat və əmr işi ilə məşğul olmalıdır, hətta ‘lo lişma’ ilə də – çünki ‘lo lişma’dan ‘lišma’ya gəlirlər” – çünki “onun içindəki nur insanı mənbəyə qaytarır.”

Bu da ona görədir ki, insan özünə almaq arzusu ilə yaradılmışdır.
Buna görə də, əgər biz istəyiriksə ki, o nəsə etsin, yəni alışdığı – öz mənfəəti üçün işləmək – vəziyyətindən çıxsın, deməli insana belə deyilir: “İndiyə qədər sən bilirdin ki, bədənini yaşatmaq üçün əldə etdiyin bütün həzzlər yalnız maddi şeylərdən gəlirdi.”Yalnız maddiyyatda sən zövq tapırdın – bu da ‘bədənin təminatı’ adlanır. Tövrat və əmr işi ilə məşğul ol – çünki orada daha güclü bir həzz gizlənmişdir. Buna görə sənə Tövrat və əmr işi ilə məşğul olmaq dəyər, çünki bunun sayəsində sən daha böyük həzz əldə edəcəksən.”

Bu o halı xatırladır ki, insana deyirlər: “Sən həmişə işlədiyin işi burax. Elə bir fabrik var ki, sən orada on qat artıq maaş alacaqsan.” Və əlbəttə, əgər insan deyilənlərə inanırsa, o zaman hər zaman işlədiyi işi tərk edir və yeni yerə işləməyə gedir, çünki orada daha çox maaş alacaq.

Və bu “lo lişma” adlanır. Amma “lo lişma”dan “lišma”ya gəlinir. Buna görə də, hətta “lo lişma” ilə başlamağa dəyər, çünki sonda insan “lišma”ya çatacaq. Necə ki, Rambam demişdir: “Bu səbəbdən, azyaşlılara, qadınlara və ümumiyyətlə savadsız kütləyə öyrədilən – yalnız mükafat almaq üçün işləməkdir, ta ki, onların biliyi artana qədər.”

Və bütün bunlar ona görədir ki, bədən yalnız ana dilini anlayır. Yəni onunla danışan ilk dil – bu almaq dilidir: yəni işləmək yalnız almaq istəyi üçün, yalnız şəxsi mənfəət üçün əməl etmək.Amma vermək dili – bu onun üçün tamamilə yeni bir şeydir. O, bu dili anlamır və bu dili öyrənmək ona çox çətindir. Yəni bu dili anlamaq üçün yuxarıdan yardım lazımdır, ki, insan vermək istəyinə aid olan bu dili qavramağa qadir olsun.

Və bu haqda deyilir: “Təmizlənmək istəyənə kömək edərlər” – bu dili başa düşmək üçün.Və bu “Babilistan nəsli” adlanır, necə ki, deyilir: “Bir-birinin dilini anlamasınlar.” Yəni onlara vermək naminə işləmək imkanı verildikdə – hər kəs başqası naminə işləsin deyildikdə – dərhal hər şey dağılır.

Necə ki, deyilir: “Və onlar şəhər tikməkdən əl çəkdilər.” Çünki onlara deyiləndə ki, hər kəs başqası üçün işləyəcək – bu dil onlara yad idi, və heç kim başqası üçün işləmək istəmədi. Buna görə dərhal “şəhər tikməkdən əl çəkdilər”, çünki başqalarının xeyrinə işləmək üçün “yanacaq” yox idi.

Ona görə də, İsrail xalqı Misir sürgünündə, Misir padşahı Fironun (“mitsra-im”) hakimiyyəti altında olarkən, bu hakimiyyətdən çıxmaq istədikdə, bu onlar üçün mümkün deyildi. Lakin hələ də onlar üçün tam aydın deyildi ki, “şəxsi mənfəət üçün yox vermək naminə” işləmək nə deməkdir. Və baxmayaraq ki, onların Yaradan naminə işləmək arzuları vardı və görürdülər ki, bacarmırlar, yenə də daim bəhanələr tapırdılar ki, nə üçün özlərini verməyə yönəldə bilmirlər, və hiss etmirdilər ki, Yaradan’dan bu qədər uzaqdırlar.

Bununla belə, nə vaxt ki Musa İsrail xalqına gəldi, o, hər bir kəsin firon xüsusiyyəti ilə danışdı, yəni qəlblərindəki almaq arzusu ilə, və onlara dedi ki, onların firon xüsusiyyəti İsrail xüsusiyyəti üzərində hökmranlıq etməsin, əksinə onlara imkan versin ki, bədən üçün yox, səma naminə işləsinlər. Və nə vaxt ki, xalqın “firon”u Musanın dediklərini eşitdi – ki, onlar yalnız səma naminə işləməlidirlər – o zaman başa düşdülər ki, “vermək” nə deməkdir, və dərhal işlərində zəiflədilər. Çünki bədən bütün gücü ilə müqavimət göstərdi, və vermək naminə heç bir əməl etmək istəmirdi.

Yəni indi, hətta “lo lişma” ilə işləmək belə çətinləşdi, çünki Musanın gəlişindən əvvəl onların işləməyə gücü var idi – çünki hələ “səma naminə” nə demək olduğunu bilmirdilər. Amma Musa gəlib onlara izah etdikdə ki, vermək – bu, heç nə almamaq deməkdir – onda hər kəsin fironu sual verməyə başladı:

  1. Necə ki yazılıb, Firon soruşdu: “Yaradan kimdir ki, mən Onu dinləməliyəm?”
     
  2. Və sonra günahkarın sualı gəldi: “Sizə bu iş nəyə lazımdır?”
     

Beləliklə, İsrail xalqı Musanın ağzından eşitdikdən sonra ki, səma naminə işləmək lazımdır – insandakı şər başlanğıcın əsl müqaviməti başlandı.
Və bu haqda yazılıb:
“Və Musa Yaradan’a qayıtdı və dedi: ‘Ey Yaradan, nə üçün bu xalqa pislik etdin, nə üçün məni göndərdin? Axı mən Firona Sənin adından danışmağa gəldiyimdən bəri, bu xalqın vəziyyəti daha da pis olub, amma Sən öz xalqını qurtarmamısan!’”Yəni “firon” adlanan bədən işə qarşı çıxmağa başladı.

Belə çıxır ki, Musanın sualı haqlı idi. Yəni ağıl üçün aydındır ki, əgər artıq Tövrat və əmrləri yerinə yetiririk, necə ki, Yaradan əmr etmişdir, o zaman qayda belə olmalıdır ki, əgər biz Tövrat və əmrlərlə həqiqət yoluyla məşğul oluruqsa, şübhəsiz ki, iş daha böyük güclə aparılmalıdır, çünki bu, həqiqət yoludur.

Halbuki “lo lişma” – bu, həqiqət yolu deyil. Buna görə də nə vaxt ki Musa gəlib Yaradanın adından danışır, işə daha artıq güc sərf olunmalı idi, yəni həqiqət yolu ilə şəri dəf etməyə çalışmaq lazım idi.. Amma Musa nə gördü? Yazılıb:
“…Axı mən Firona Sənin adından danışmağa gəldiyimdən bəri, bu xalqın vəziyyəti daha da pis olub.” Yəni şərin dəf olunması işi daha da ağırlaşıb. Başqa sözlə, məsələ onların yaxşılaşmasında deyildi – yəni şəri dəf etmək üçün daha çox gücün yaranmasında – əksinə, şər daha da gücləndi.

Lakin həqiqət ondadır ki, insan hər şeyi vermək naminə etməyin nə olduğunu anlamazdan əvvəl, onda olan şər elə də böyük müqavimət göstərmir. Çünki Tövrat və əmrlərlə məşğul olduqda, ona bir dayaq verilir.

Amma nə vaxt ki, bədən eşidir ki, bu – Yaradana vermək özün üçün heç nə almamaq deməkdir – yəni insan şəri tamamilə kökündən yox etmək, və ona Tövrat və əmrlərdə belə heç bir dayaq verilməsini istəmir – o zaman əlbəttə ki, şər bütün gücü ilə üstün gəlir, və onun ləğv olunmasına imkan vermir.

Buradan belə nəticə çıxır ki, şərə aid heç bir yenilik baş vermədi. Yəni elə deyil ki, indi bu şər ona əlavə edilib. Sadəcə bu şər əvvəllər orada var idi, amma onun edə biləcəyi bir şey yox idi – və insanda demək olar ki, ləğv olunmuş vəziyyətdə idi.

Amma nə vaxt ki insan bütün əməllərini yalnız Yaradana həsr etmək istəyir, və “özün üçün almaq istəyi” adlanan bədənə – heç nə verməmək qərarına gəlir, onda bu istək öz gücünü göstərməyə başlayır, və bədən üzərindəki hökmranlığından uzaqlaşdırılmağa müqavimət göstərir.

Necə ki, Zoar kitabında yazılıb: insandakı şər başlanğıc “qoca və axmaq padşah” adlanır. Və izah edilir: nə üçün “padşah” adlanır – çünki bədən üzərində hökm edir. Və nə üçün “qoca” adlanır – çünki insanın bədəninə doğulduğu gündən daxil olur. Halbuki xeyir başlanğıc insana yalnız 13 yaşından sonra gəlir.

Buna əsasən belə çıxır ki, şər hələ özünü göstərməmişkən, onu ləğv etməyə də ehtiyac yoxdur. Amma nə vaxt ki, onun bütün gücü aşkar olunur – o zaman onu ləğv etmək imkanı yaranır. Çünki insan onu ləğv etdikdə, onu tamamilə ləğv edir. Amma əgər şər tam açılmayıbsa, yalnız bir hissəsini ləğv etmək mümkündür – bu isə kamillik deyil. Və nə vaxt ki, insana yuxarıdan bir şey verilir, bu yalnız kamil şəkildə verilir.

Çünki əks halda, əgər insana səma naminə işləməyə güc verilsə, amma içində hələ tam aşkar olunmamış şərin bir hissəsi qalarsa, belə çıxır ki, bu gizli qalmış şər də səma naminə olan niyyətlə birlikdə işləyəcək. Bu isə kamillik sayılmır. Necə ki, müdriklər demişdir: “Kim ki, Ali İsmi başqa bir şeylə qarışdırır, o bu dünyadan yox edilir.”

Və bunu ruhani iş baxımından izah etmək lazımdır: əgər insan Tövrat və əmrləri səma naminə yerinə yetirirsə, lakin bu işin içində bədən üçün fayda da varsa – yəni insana bundan şəxsi mənfəət də yetişirsə – o zaman insan bu dünyadan qovulur, yəni ruhən bu dünyadan – ruhani aləmdən çıxarılır. Çünki hər şey yalnız səma naminə olmalıdır və heç bir şəxsi mənfəət üçün olmamalıdır.

Belə çıxır ki, şər özünün həqiqi formasında aşkar olunmamışdan əvvəl, insana onu kökündən yox etmək üçün güc vermək mümkün deyil. Çünki insanda hələ şərin tam miqdarı yoxdur ki, ona qarşı mübarizə aparmaq üçün yuxarıdan güc verilsin. Axı məlumdur ki, “kli olmadan nur yoxdur”, yəni “xisaron olmadan dolum yoxdur”.

Yuxarıda deyilənlərdən biz Yaradanın Musaya verdiyi cavabı başa düşə bilərik:
“İndi görəcəksən, Mən Firona nə edəcəyəm.”
Və biz sual verdik: “Axı ‘ата’ (‘ata’ – sən) sözü niyə ‘alef’ hərfi ilə yazılmayıb? Yəni ki, Musa görəcək ki, Yaradan Firona nə edəcək. Bəs niyə bu söz ‘айн’ hərfi ilə yazılıb (‘ата’ – indi)?”

Amma necə ki, izah etdik – yarımçıq bir şey vermək mümkün deyil. Əvvəlcə bütün şər aşkar olunmalıdır, və yalnız bundan sonra yuxarıdan kömək gəlir – tam miqdar çatdıqda.Ona görə də, nə vaxt ki, Musa dedi:
“Nə üçün bu xalqa pislik etdin… və qurtarmadın?”,
və şər bütün gücü ilə aşkar olundu, belə çıxır ki, məhz indi yuxarıdan köməyin gəlməsi üçün zaman yetişmişdi.Buna görə də Yaradan dedi:
“İndi” (‘ата’ – ‘ayn’ hərfi ilə), yəni indi sən görəcəksən ki, Mən onlara lazım olan köməyi verəcəyəm.Necə ki, yazılıb:
“Çünki Mənim güclü əlimlə o məcbur olacaq sizi göndərməyə, və zorla sizi öz torpağından çıxaracaq.”Çünki yalnız indi, məhz indi zaman gəlib – şərin hamısı artıq onlarda aşkar olunub.

Bundan başa düşürük ki, nə üçün Musa onların yanına Yaradanın elçisi olaraq gələndə, vəziyyətləri daha da pisləşdi. Və səbəb onlarda daha pis bir şeyin baş verməsi deyildi. Sadəcə Musa onlara səma naminə işləməyin nə demək olduğunu başa saldı, necə ki, yazılıb:
“O vaxtdan bəri ki, mən Firona Sənin adından danışmağa gəlmişəm…”,
yəni yalnız səma naminə işləmək lazımdır,və firon xüsusiyyəti hökmranlıqdan əl çəkməlidir – məhz bu zaman şərin aşkarına şərait yarandı.

Deməli, Musa onlara səma naminə işləməyin nə olduğunu izah etdiyi üçün, onlar işlərində irəlilədi və həqiqətə çatdılar – yəni başa düşdülər ki, onlarda şər necə hökmranlıq edir.Musa onlara Yaradanın elçisi kimi gəlməmişdən əvvəl isə, onlar hələ həqiqəti görmürdülər, yəni Yaradana nə qədər uzaq olduqlarını dərk etmirdilər.

Belə çıxır ki, faktiki olaraq onlar daha pis vəziyyətə düşsələr də,bununla belə həqiqət baxımından irəliləmişdilər,çünki yalnız indi onların kelimləri meydana çıxmışdı –və Yaradan bu kelimləri Öz köməyi ilə doldura bilər.

Necə ki, müdriklər demişdir:
“Təmizlənmək istəyənə kömək edərlər.”Və indi biz ikinci sualı da başa düşürük:Nə üçün məhz onların vəziyyəti pisləşəndən sonra Yaradanın köməyi gəlməli oldu?Səbəb ondadır ki, yalnız indi onların kamil olanı qəbul etmək üçün kelimləri hazırdır.Ona görə də yazılıb: “İndi sən görəcəksən” (“ата” – *‘ata’, ‘ayin’ hərfi ilə yazılıb – “indi”).

Və Zoar kitabında deyilənlə bağlı verilən sual haqqında – yəni: Firon onların hakimi olarkən İsrailin iniltiləri eşidilmədi, necə ki, yazılıb:
“Və Misir padşahı öldü”və dərhal:“… və onlar fəryad etdilər, və onların fəryadı Yaradan’a yüksəldi.”Lakin bu ana qədər onların iniltiləri eşidilməmişdi.Və belə suallar verilmişdi:

  1. Kim onların hakiminin yıxılmasına səbəb oldu?
     
  2. Niyə onların hakiminin onların duasını saxlamağa gücü var?
     

Bu, mənim atam və müəllimimin “Hikmət Meyvələri” kitabında yazdıqları ilə başa düşülə bilər:
“İsrail oğulları nə qədər ki, düşünürdülər ki, misirlilər onlara hökm edir və onları Yaradan’a xidmət etməkdən yayındırır – o qədər də onlar Misir sürgünündə idilər.
Və Qurtarıcının bütün qayəsi – onlara göstərmək idi ki, burada başqa bir qüvvənin müdaxiləsi yoxdur. Və ‘Mənəm – və deyil elçi’ – çünki əgər belə olmasaydı, bu, əsl azadlıq işığı olmazdı.”

Belə çıxır ki, sürgünün mahiyyəti ondadır ki, insan düşünür ki, Misirin bir hakimi var.Yəni bu hakimə hakimiyyət verilib və o, İsrailə hökm edir.
Və insan belə düşündükdə – bu hakim həqiqətən də hökmranlıq edir.Və İsrail xalqı Misir hakiminin hakimiyyətindən çıxmaq istəyir.Amma görürlər ki, onlar Yaradan’a dua etsələr də, Yaradan onları bu hakimiyyətin altından çıxarmır.Və o zaman deyirlər ki, Yaradan onların dualarını eşitmir.Və  görürlər ki, hər dəfə geriyə addımlayırlar, irəli yox. Yəni hər dəfə görürlər ki, vermək naminə işləməkdən daha da uzaqlaşırlar.

Axı, ağıl deyir ki, insanın işi və duasına uyğun olaraq,Yaradan onu fironun hakimiyyətindən çıxarmalıdır.Amma insan hər gün bunun əksini görür, yəni hər gün görür ki, Firon ona daha böyük güclə hökm edir.Başqa sözlə, almaq istəyinə getdikcə daha çox bağlandığını görür və buna uyğun olaraq vermək istəyindən daha da uzaqlaşır.

Buna görə də insan deyir ki, Yaradan, onun duasını eşitmir.Və bu, Zoar kitabında deyilənin izahıdır:
“Bütün o müddət ərzində ki, onların hakiminə İsrail üzərində hakimiyyət verilmişdi, İsrailin iniltiləri eşidilmədi.”

Və bu o deməkdir ki, onların hakimi İsrailin dualarını saxlayır.Yəni İsrail xalqı belə düşünür – çünki əks halda,nə üçün Yaradan onların fəryadını eşitmir?Bəs axırda nə baş verdi?

Onlara şərin bütün forması açıldıqdan və onlar bu işi yarımçıq qoymadıqdan sonra, həqiqəti görmək şərəfinə çatdılar — yəni, dualarını saxlayan heç bir hakim yoxdur, bütün bu əməlləri edən birbaşa Yaradanın Özüdür. Necə ki, yazılıb: «Çünki Mən onun (Fironun) ürəyini sərtləşdirdim», yəni məhz Yaradan elə etdi ki, onlar hər dəfə özlərini müqəddəslikdən uzaq görsünlər. Yəni O, onlara şəri aşkar etdi — «Bütün bu əlamətlərimi Onun içində göstərmək üçün».

Çünki məhz şər tam şəkildə aşkar olunduqda, Yaradan onlara kamillik naminə yardım edə bilər.Buradan belə başa düşmək olar ki, nə vaxt ki onlar «Misir padşahı öldü» sözlərinin mənasını dərk etdilər — Zoar kitabında buna onların “hakiminin yıxılması” deyilir — bu, onların əvvəlki fikrinin yox olması demək idi: guya Misir padşahı var və onun hakimiyyəti var, və o, onların iniltilərini yuxarıya çatmağa qoymur. Bu fikir İsrail xalqının içindən silindi.

İndi isə onlar görmək şərəfinə çatdılar ki, İsrailin dualarını yuxarıya çatmağa qoymayan heç bir Misir padşahı mövcud deyildi. Yaradan onların dualarını eşidirdi və onların ürəklərini sərtləşdirən də məhz Özüdür. Yəni Yaradan istəyirdi ki, onların içində olan şərin həqiqi forması — “öz mənfəəti üçün almaq istəyi” — aşkar olunsun.

Beləliklə, Onun onların fəryadını eşitməsi aydın olur. Əgər aşağıdan — İsrail xalqından — bir oyanış olmasaydı, yəni onlar Misir hakimiyyətindən çıxmaq istəməsəydilər, başqa sözlə, görməsəydilər ki, bütün işləri yalnız öz mənfəəti üçün almaq istəyinə xidmət edir — bu da «Firon, Misir padşahı» adlanır — o zaman Yaradan onlara şərin formasını aşkar etməzdi.

Çünki yalnız şərin hakimiyyətindən çıxmaq istəyində olan insanlara Yaradan şərin formasını açır. Onlar isə düşünürlər ki, hər dəfə daha da pis olurlar. Axı ağıl deyir ki, əgər insan hansısa işə səy göstərirsə, o zaman irəliləməlidir, geri getməməlidir.

Amma izah bundadır ki, onlar əslində geri getmirlər, əksinə, həqiqətin formasına doğru irəliləyirlər, çünki özlərində şərin hansı dərəcəyə qədər işlədiyini dərk etməyə başlayırlar.Və nə vaxt ki, onlarda şərin tam forması üçün kifayət qədər kli olur, Yaradan onlara kömək verir, və o zaman hamı görür ki, Yaradan onların dualarını həmişə eşidirmiş.Buradan başa düşülür ki, onlar sadəcə belə düşünürdülər – yəni guya Misir padşahı var və o, onların dualarını saxlayır.Və verilən sual – nə üçün bu padşahın İsrailin dualarına hökm etməyə gücü var idi – cavabı belədir: çünki onlar elə düşünürdülər.

İkinci suala gəlincə – onların padşahının hökmranlığının yıxılmasına nə səbəb oldu?– cavab budur: onlar bu işlə daim məşğul idilər və bu işdən qaçmadılar, ta ki, bütün şərin aşkarsı üçün şərait yaranana qədər.Və o zaman, təbii olaraq, həqiqətə çatdılar – ki, əvvəldən heç bir padşah olmayıb, sadəcə onlar elə düşünürdülər.

Nəticə olaraq, “hər iki sual eyni anda cavabını tapmış oldu.”

Yuxarıda deyilənlərdən belə nəticə çıxır ki, bu işdən qaçmamaq üçün insanın özünü çox möhkəmləndirməsi lazımdır və inanmalıdır ki, “Yaradan bütün ağızların duasını eşidir.” Və bu dünyada heç bir başqa qüvvə yoxdur, yalnız bir qüvvə var, o da Yaradanın qüvvəsidir.

Və O, həmişə insandan gələn hər şeyi eşidir.