Budaq və kök barəsində
Məqalə 2, 1985
Budaq və kök barəsində. Bax, “İsrail torpağı” Malxut sfirasının budağıdır. “Malxut” Yaradan tərəfindən yaradılmış kli adlanır ki, Yaradanın Öz yaradılmışlarını sevindirmək istədiyi xeyri almaq üçün 'kli'-si (qabı )olsun. Bu kli “Malxut” adlanır.
Və qayda belə idi ki, əvvəlcə almaq kli-si var idi. Sonra isə bir ixtisar baş verdi; o, bu kli-də yalnız o şərtlə almağın mümkün olmasından ibarət idi ki, onlar əta etmək üçün almaq niyyəti qura bilsinlər. Və onda ali xeyir bu kli-yə cəlb olunur. Və bu ixtisar ona görə edildi ki, ali xeyir yaradılmışlara gələndə, onlarda “utanc çörəyi” adlanan heç bir çatışmazlıq olmasın.
Və onlar ali xeyri məhdudiyyətsiz ala bilərdilər, çünki bu xeyri aldıqları anda onlarda utanc olmayacaq. Axı aldıqları bütün xeyir və həzzləri yalnız Yaradan naminə yönəldirlər. Onda, avtomatik olaraq, onlar ali xeyri daha böyük qüvvə ilə həmişə cəlb edəcəklər, çünki demək mümkün deyil ki, onlar artıq Yaradana kifayət qədər əta ediblər və artıq Ona əta etməyə ehtiyac yoxdur. Buna görə də onların həmişə ali xeyri cəlb etmək üçün səbəbi olacaq.
Halbuki, əgər onlar ali xeyri özləri üçün alırlarsa, yəni özlərinə sevgi səbəbilə, onda utanca görə məhdudlaşmağa məcburdurlar. Və onlar deməli idilər ki, bizə Onun verdiyi xeyir və həzz kifayətdir. Və buna görə də ali nur Malxut kli-sində yalnız o şərtlə alınsın ki, əta etmək üçün ala bilsinlər-deyə “ixtisar” edildi.
Və bax, Malxut kökündən aşağıya, maddi budağa “torpağ”-a enir; bu, yuxarıda olan Malxutun budağıdır. Və bu torpaq “Müqəddəs torpaq” adlanır. Buna görə də burada, Müqəddəs torpaqda, xüsusi ixtisarlar var. Yəni: torpaqla bağlı ehkamlar, təqdimatlar, onluqlar və s. Digər torpaqlardan fərqli olaraq.
Və həmçinin İordanıyanın xüsusi kökü var. Və Suriyanın da xüsusi kökü var. Və Babilistanın da xüsusi kökü var. Və digər ölkələrin də xüsusi kökü var (bax: TES, h. 16, s. 1930).
Buna görə də budaq və kök baxımından Məbədin yeri məhz Müqəddəs torpaqdadır, yəni İsrail torpağında. Və bu – o, müqəddəs edildikdən sonradır. Halbuki, İsrail xalqı bu torpağa gəlməzdən əvvəl, o, yeddi xalqın ölkəsinin yeri idi və yeddi müqəddəs sfirota uyğun gəlirdi.
Və onlar müqəddəsliyə zidd idilər, çünki onlar Malxut xüsusiyyətindən törəyirlər; orada ekranın ixtisarı yoxdur, yəni əta etmək niyyəti yoxdur. Buna görə də əvvəlcə ora dünya xalqları gəldi, çünki ruhaniyyətdə belə bir qayda var idi:
1.almaq istəyi yaranır,
2. [onun] əta etmək naminə olması üçün islah var.
Buna görə də Müqəddəs torpağa:
1.Əvvəlcə dünya xalqları gəlməli idi; onlar ekranla ixtisar almamışdan əvvəl Malxuta aid idilər ki, hər şey əta etmək üçün olsun,
2.Sonra isə İsrail gələcək və onları fəth edəcək.
Belə çıxır ki, buna görə Malxutdan “Müqəddəs torpaq” xüsusiyyəti çıxır. Və həmçinin Malxutdan insanda almaq istəyi xüsusiyyəti də çıxır. Buna görə də (1) əvvəlcə bu torpaqda dünya xalqları idi, (2) sonra isə İsrail xalqı gəldi.
Eləcə də insanın qəlbində (1) əvvəlcə şər başlanğıc gəlir, (2) sonra isə xeyir başlanğıc gəlir.
Hər şey ali köklərdən enir.
Lakin Malxutdan törəyən insanın qəlbi ilə, Malxutdan törəyən İsrail torpağı arasında fərq var. Çünki daxili ilə xaricini fərqləndirmək lazımdır. Axı xaricdə mütləq kökə yönələn budağın yerində olmaq lazımdır, lakin daxildə bu mütləq [olaraq] ona yönələn budağın yerində olmalı deyil.
Axı İsrail torpağı xüsusiyyəti, insanın qəlbinə yönələn, Malxut kökündən törəyən xüsusiyyətində, insan mütləq İsrail torpağında olmalı deyil ki, “İsrail torpağı” adlanan ali Malxuta layiq olsun. Çünki daxildə insan Şxinanın qalmasına və ən böyük dərk etmələrə torpaqdan [İsraildən] kənarda da layiq ola bilər, necə ki, torpaqdan [İsraildən] kənarda olan bütün bizim böyük [müdriklərimiz] kimi.
Eynilə İsrail torpağında yaşayan o insanlar da tam cinayətkarlar ola bilərlər. Və “müqəddəs torpaq” adlanan İsrail torpağı onları Tövrata və ehkamlara əməl etməyə heç cür məcbur etmir. Çünki daxiliyə aid olan məsələdə xarici onları heç nəyə məcbur etmir. Axı daxili – qəlbdəki əməl xüsusiyyətidir və burada xarici ilə heç bir əlaqə yoxdur.
Lakin bununla yanaşı, xarici anlayışı da mövcuddur. Yəni belə bir qanun var ki, Kadişin yalnız on nəfərdən ibarət minyan olduqda oxunmasına icazə verilir. Və onda biz yoxlamırıq ki, bu on nəfər salehdir. Çünki on sadə insan bir yerə yığışanda Kadiş və “Barxú” deyə, Tövrat dualarınıı oxuya və s. edə bilərlər. Lakin əgər doqquz böyük saleh olsa, onlara Kadiş və “Barxu” oxumaq olmaz. Çünki aşkar qanun daxili xüsusiyyətə görə deyil, xariciyə əsaslanır.
Və “Zoar kitabına giriş”də (p. 65) buna oxşar şeylərə bax. Orada belə deyilir: “Və buna görə aşkar Tövratda niyə əvvəlkilərin [nəsillərin] rəyini təkzib etmək olmaz sualı yoxdur. Axı məsələ ondadır ki, ehkamların praktiki hissəsinin tamamlanmasına gəldikdə, məsələ əksinədir, çünki əvvəlkilər [nəsillər] bunda sonrakılardan daha böyük kamilliyə çatmışdılar. Və bu ona görədir ki, əməl sfirotun müqəddəs kelimindən baş verir (və «xarici» adlanır, çünki kelim nurlara nisbətdə «xarici» adlanır, nurlar isə «daxili» adlanır). Tövratın sirləri və ehkamların dadları isə sfirotda olan nurlardan baş verir. Və sən artıq bilirsən ki, kelim və nurlar arasında tərs mütanasib mövcuddur”.
Belə çıxır ki, aşkar olan, yəni praktiki hissə, xariciyə aiddir. Buna görə də əməl baxımından elə şeylər var ki, onları yalnız İsrail torpağında yerinə yetirmək mümkündür. Məsələn, İsrail torpağından kənarda Məbəd binasını tikmək olmaz və buna bənzər şeylər.
Lakin daxili baxımından, insanın qəlbindən danışıldıqda, Malxutun budağı məhz İsrail torpağı olsa da, mütləq olaraq İsrail torpağında olmaq lazım deyil. Bununla belə, elə birliklər var ki, əgər həm də xaricidə birləşmək istəyirlərsə, şübhəsiz, bu birləşməni məhz İsrail torpağının xarici torpağında etməlidirlər.
Necə ki, biz tapırıq ki, “Aşan” birləşməsi var, hansı ki, dünya-il-ruh “olám-şaná-néfeş” sözlərinin ixtisarından ibarətdir. Yəni bu birləşmə məhz bu üç şərtə riayət olunmaqla olmalı idi.
“Ayin” – dünya “olam”la bağlıdır və bu, məhz Müqəddəslərin Müqəddəsi yeridir,
“Şin” – zamanla bağlıdır, bu, mütləq Yom Kipurda olmalı idi və bu, ilin “şana” xüsusiyyətidir.
“Nun” – ruh “nefeş”lə bağlıdır, bu, mütləq Baş Kahin tərəfindən həyata keçirilməli idi.
Buna görə də, daxili hissə baxımından, insanın qəlbi haqqında danışanda, burada Yaradanın xidmətinə başlandığı yerdə, yəni “xalqların torpağı” adlanan eqoist sevgidən çıxışdan və onun yerinə “İsrail xalqı”nı yerləşdirməkdən ibarət əməldə, yəni onun bütün istəyi Yaradan sevgisindən ibarət olsun deyə, – burada “gün” xüsusiyyəti və “gecə” xüsusiyyəti barədə danışmaq olar.
“Gün” onun heç bir ixtisarlara ehtiyac olmadan yaxşı əhval-ruhiyyədə olduğu zaman adlanır. Necə ki günəş işıq saçır və günəşin işıq saçması üçün insan heç bir ixtisar etməli deyil. İnsan yalnız günəşin gəlib çatmalı olduğu yerə gəlməsinə mane olan əngəllər qoymaqdan çəkinməlidir ki, günəş gəlsin. Məsələn, pəncərəsi olmayan evə günəş daxil olmaz, bu isə günəşin işıq saçmasına mane olan bir əngəldir.
Eyni zamanda, 'gecə' insanın islahatlar aparmalı olduğu vaxta deyilir ki, [nur] ona işıq saçsın. Bu, maddi aləmdəki kimidir: evdə qaranlıq olan gecə vaxtı, aparılan islahatlar sayəsində — yəni çırağın və ya şamın yerləşdirilməsi ilə — [işıq] saçır.İslahatlar olmadan, hətta o, (işığa) heç bir maneə törətməsə belə — hər bir halda, islahat adlanan səylər (zəhmət) olmadan ona heç nə işıq saçmayacaq. Və o, nəyə baxsa, sanki qara eynəkdən baxırmış kimi olacaq — hər yer onun üçün qaranlıq görunəcək.
Və onda elə bir vaxt gəlir ki, insan nə qədər ruhaniyyətdən uzaq olduğunu və eqoist sevgiyə nə qədər batdığını və öz gücü ilə vəziyyətindən çıxmağa heç bir şansının olmadığı indiki halına baxmalıdır. Çünki onda insanın öz həqiqi vəziyyətini görmə vaxtı gəlir: təbiətcə insan heç nə etməyə qadir deyil, çünki müdriklərimizin dediyi kimi: «Əgər Yaradan ona kömək etməsəydi, o tab gətirə bilməzdi».
Lakin bilmək lazımdır ki, gecəni Yaradan yaratdı. Və O, şübhəsiz, onu Öz yaratdıqlarını sevindirmək məqsədi ilə yaratdı. Bu halda hər kəs soruşur: O, niyə qaranlığı, yəni gecə xüsusiyyətini yaratdı? Axı yaradılışın məqsədinə görə O yalnız günü yaratmalı idi, gecəni yox. Və ayədə [Yazıda] deyilir: «Və axşam oldu, və səhər oldu – bir gün»6. Yəni məhz onların hər ikisi sayəsində, yəni həm gecə, həm də gün sayəsində, bir gün yaranır.
Axı yuxarıda deyildiyi kimi, gecə məxsusi olaraq elə yaradılmışdır ki, o, islahatlar olmadan işıq saçmasın. Bu, gecənin insana aşkar etdiyi şeylər üzərində islahatlar aparmaq üçün belədir. Çünki qaranlıq hissi üzərində elə kelim formalaşır ki, Yaradanın onlara kömək etməsi üçün mütləq həmin xisarona malik olsunlar.Əks halda, Yaradan tərəfindən gələcək bir xilasa ehtiyac yaranmaz. Bu isə o deməkdir ki, o zaman «daxilindəki Nur insanı (Kökə) qaytarır» xüsusiyyətinə malik olan Tövrata (islahat nuruna) da ehtiyac qalmaz.
.
Və bunun üçün «Tövrat və ehkamlar» adlanan ixtisarlar edildi. Tövrat – bizə «açıq» adlanan hissədə aşkarlanan şeydir. Və bu, qanunlar və əcdadlar barədə əfsanələr və buna bənzər şeylərdir. Bütün bunlar Tövrat adlanır. Və bu, «Tövratın açıq » hissəsi adlanır və Tövrat bizə ehkamları necə yerinə yetirməyi öyrədir. Həm də bizə salehlərin hekayələrini danışır.
Lakin bilmək lazımdır ki, Tövratda gizli hissə də var. Yəni bu Tövrat bizdən gizlidir. Çünki biz bilməliyik ki, bütün Tövrat bütövlükdə Yaradanın adlarıdır – yəni ilahiliyin aşkarlanmasıdır və onlar Tövratın sirləri adlanır, yəni insan məhz Tövratın «lişma» vəziyyətinə layiq olduqdan sonra dərk etməyə başlayır.
Ravvin Meirin kəlamında deyilir: «Ravvin Meir deyir: Tövratla “lişma”-da məşğul olan hər kəs çox şeyə layiq olur və ona Tövratın sirlərini açırlar, və o, getdikcə daha da güclənərək çağlayan bir qaynağa bənzəyir»8. Deməli, Tövratın açıq hissəsi özünəxas 'squla' xüsusiyyəti sayəsində bizi «lişma»ya gətirməyə təyin olunub. Yəni onda elə bir qabiliyyət yaransın ki, istənilən düşüncə, söz, əməl üzərində niyyət qura bilsin, belə ki, hər şey əta etmə naminə olsun.