Barux Şalom a-Levi Rabaş
Bu gün siz hamınız qarşısında durmusunuz
Məqalə 19,1984.
Şərhçilər bu ayə haqqında soruşurlar: “Siz hamınız bu gün [Yaradandan, Sizin Qüdrətlinizin qarşısında] durmusunuz: başçılarınız, nəsilləriniz, ağsaqqallarınız və nəzarətçiləriniz, İsraildə hər bir insan”, niyə bu ayə cəm şəklində “siz” ilə başlayır, lakin təklikdə “İsraildə hər bir insan” ilə bitir.«Maor və Şemeş»kitabında deyilir ki, bu parçada yoldaşlara sevgi anlayışına işarə olunur,yəni rəhbərlərin, nəslin və sair olmasına baxmayaraq,heç birimizin özümüzü digərimizdən üstün saymağa və digərimizi nədə isə günahlandırmağa haqqımız yoxdur.Ona görə də yuxarıda da «ölçüsünə görə ölçü»prinsipi üzrə işləyirlər və o zaman bütün bərəkət aşağıya enir.
Və bizim yolumuza uyğun olaraq, hər şeyi bir daşıyıcıda öyrəndikdə, belə bir nəticə alınır: nsan Ali Malxutun boyunduruğunu «boyunduruq altında olan öküz və yük altında olan eşşək kimi»[2] qəbul etməlidir; bunlar ağıl və qəlb xüsusiyyətləridir. Yəni insanın bütün işi yalnız əta etmək naminə olmalıdır.
Və buna əsaslanaraq belə çıxır ki, əgər insan öz işini heç bir mükafat istəmədən yerinə yetirirsə və yalnız müqəddəs işi görmək istəyirsə, sahib olduğundan artıq heç nə ummur. Yəni işə heç bir əlavə də istəmir. Yəni, o, düzgün yolda olduğunu bilmək üçün hansısa bir bilik alsa belə, – bu, əlbəttə ki, ədalətli bir tələbdir, – buna da rədd cavabı verir, çünki o, gözləri bağlı şəkildə getmək və Yaradan'a inanmaq istəyir. Onun imkanları daxilində nə mümkünsə edir və öz payı ilə razı qalır.
Yəni, hətta o, Yaradanın işində müəyyən anlayışı olan insanlar olduğunu hiss etsə də, özü tamamilə boş olduğunu görür. Belə ki,dəfələtlə o da işdə bir dad hiss edir, bəzən isə hətta özünü “onların başı” xüsusiyyətində görür. Yəni, bəzən o düşünür ki, indi elə bir mərhələyə çatıb ki, artıq aşağılıq vəziyyətinə enməsi mümkün deyil. Bu isə o hal deməkdir ki, əgər o, Yaradanın işi ilə məşğul olmaq istəyirsə, bədəni məcbur etmək üçün böyük səy göstərməlidir. Və onda etdiyi hər şey məcburiyyətlə baş verir, çünki işləməyə heç bir istəyi yoxdur, bədəni isə yalnız istirahət arzulayır, başqa heç nə onu maraqlandırmır.
Çünki o zaman o hiss edir ki, artıq aydın biliyə çatıb ki, dünyada yalnız əta üçün işləməkdən başqa başqa heç nə yoxdur. Və onda aydındır ki, onun işdə həzzi var. Və o zaman, o keçmişdə yaşadığı hallara baxanda, onları indi, yüksəliş vəziyyətində olanda, anlaya bilmir. Buna görə də, bütün hesablamalara görə qərar verir ki, artıq indi heç bir imkan yoxdur ki, nə vaxtsa onun enişi olacaq.
Lakin bəzən – bir gündən sonra, ya da bir saat, ya da bir neçə dəqiqə keçdikdən sonra – o, alçaqlıq vəziyyətinə düşür. O dərəcədə ki, o yerindəykən, ucalıq vəziyyətindən «dərin böyük uçuruma» düşdüyünü hiss etmir. Amma bəzən, bir saat və ya iki saat keçəndən sonra, qəfildən görür ki, zirvədən düşüb. Yəni, əvvəllər qəhrəmanların qəhrəmanı olduğuna əmin olduğu halda, indi İsrailin hər hansı bir adamı kimi, yəni adi xalq kimi olduğunu hiss edir. Və o zaman öz ürəyində məsləhətlər düşünməyə başlayır: «İndi mən nə etməliyəm, necə yenidən əvvəlki gadlut halına qayıda bilərəm?»
O zaman insan həqiqət yoluyla getməlidir, yəni deməlidir ki, mənim indi ən aşağıda olmağım o deməkdir ki, məni yuxarıdan xüsusi olaraq aşağı salıblar ki, həqiqətən mən müqəddəs işi əta edərək etmək istəyirəmmi və yaxud Yaradanın işçisi olmaq istəyirəm, çünki bu, mənə hər şeydən daha çox verir.
Və əgər insan belə deyə bilirsə: «Mən indi əta etmək naminə işləmək istəyirəm və müqəddəs işlə məşğul olmaq istəmirəm ki, bu işdən hər hansı bir məmnunluq əldə edim. Çünki mənə yalnız bu kifayətdir ki, İsraildən olan hər hansı bir insan kimi müqəddəs işlə məşğul olum; o insan ki, dua etməyə və ya [Talmudun] gündəlik vərəqindən hər hansı bir dərsi öyrənməyə gedir və hansı niyyətlə oxuduğu və ya dua etdiyi barədə düşünməyə vaxtı yoxdur, sadəcə olaraq, heç bir xüsusi niyyət olmadan hərəkəti yerinə yetirir». O zaman o, yenidən müqəddəs işə daxil olur. Çünki indi o, heç bir ilkin şərt olmadan sadəcə Yaradanın işçisi olmaq istəyir.
Və bu haqda deyilib: «Bu gün siz hamınız qarşısında durmusunuz». Yəni siz keçdiyiniz bütün xüsusi hallar – yəni sizdə olan bütün hallar, qadlut halları və ya qadlutdan aşağı olan hallar, hansı ki, orta hallar sayılır və s. – siz bu bütün xüsusi halları götürürsünüz və pillələri bir-biri ilə müqayisə etmirsiniz, çünki sizin üçün hər hansı bir kompensasiya vacib deyil, yalnız vacib olan odur ki, siz Yaradanın iradəsini yerinə yetirirsiniz, O isə bizə əmr etmişdir ki, ehkamları yerinə yetirək və Tövrətı öyrənək. Biz də bunu edirik, İsrailin hər bir sadə adamı kimi. Yəni onun indi olduğu hal onun üçün elə vacibdir ki, sanki o, qadlut halında olduğunu düşünür. Və o zaman «Yaradan, sənin Rəbbin, bu gün səninlə əhd bağlayır».
Başqa sözlə, o zaman Yaradan onunla əhd bağlayır. Yəni məhz o vaxt o, Yaradanın işini heç bir şərt olmadan qəbul edir və müqəddəs işi heç bir əvəz olmadan görməyə razı olur ki, buna da «heç bir şərt olmadan təvazökarlıq» deyilir, – məhz o zaman Yaradan onunla əhd bağlayır.
Və əhdin bağlanması, atamın və müəllimimin izah etdiyi kimi, – bu, iki insanın bir-birini sevdiyini görüb, o zaman aralarında əhd bağlamalarıdır ki, onlar öz sevdalarında əbədi qalacaqlar. Və o soruşdu: əgər onlar bir-birini sevir və başa düşürlərsə ki, sevgiləri sona çatmayacaq, bu halda, əhd nəyə lazımdır? Və bu əhdi nəyə görə bağlayırlar, yəni hansı fayda üçün? Yəni əhd bağlamasından nə qazanırlar? Bu sadəcə mərasimdirmi, yoxsa bu hansısa bir fayda üçün edilir?
Və o dedi ki,əhd bağlamaq ondan ibarətdir ki, indi onların başa düşdüyü kimi, hər birinin digərini sevməyə dəyər, bunu da hal-hazırda gördükləri səbəblərlə əsaslandırırlar, axı hər biri digərinə hiss etdirir ki, o yalnız onun xeyirinə çalışır, onda onlar əhd bağlayırlar. Yəni indi heç kimin yoldaşına qarşı iradı yoxdur, əks halda əhd bağlamazdılar, onda onlar bir-birinə deyirlər ki, onlara bir dəfəlik və əbədi ittifaq bağlamağa dəyər. Yəni əgər, qorxunc bir şey olsa, elə bir vəziyyət yaranarsa ki, birinin digərinə iradı olar, onda hər kəs ittifaqın bağlanmasını xatırlayacaq; bu ittifaqı onlar o zaman bağlamışdılar ki, aralarında açıq sevgi {hiss olunurdu}.
İndi də, baxmayaraq ki, onlar o vaxtkı sevginin ölçüsünü hiss etmirlər, yenə də keçmiş sevgini oyadır və indiki vəziyyətlərinə baxmayaraq, bir-birlərinə yaxşılıq etməyə başlayırlar. Buna görə də əhd bağlamaq faydalıdır. Yəni, onların arasında sevgi hökm sürdüyü vaxt mövcud olan sevgi dadı getmiş olsa da, onlar ittifaq bağladıqları üçün keçmişdə onları işıqlandıran sevgini yenidən oyatmaq gücünə malikdirlər və onu gələcəyə qaytarırlar.
Belə çıxır ki, əhdin bağlanması əsasən gələcək üçün edilir. Bu, elə bir müqaviləyə bənzəyir ki, onu ona görə bağlayırlar ki, birdən fikirlərini dəyişməsinlər, nə vaxtsa görsələr ki, artıq əvvəlki sevgi bağları yoxdur. Məhz bu sevgi sayəsində onlar biri digərinə yaxşılıq edərkən böyük həzz hiss edirdilər. İndi isə, sevgi pozulduqda, bundan belə nəticə çıxır ki, artıq heç bir qüvvə yoxdur ki, onlardan hansısa birinin başqasına xatir nəsə etməsinə imkan versin.
Əgər onlar yenə də başqası üçün nəsə etmək istəyirlərsə, onda onlar o zaman arasında bağladıqları əhdə baxmalı və buna əsaslanaraq sevgini yenidən qurmalıdırlar. Bu, yoldaşı ilə əhd bağlayan bir insana bənzəyir və həmin əhd onları bir-birinə bağlayır, onlara ayrılmağa imkan vermir.
Bundan belə nəticə çıxır ki, deyildiyi kimi: «Bu gün siz hamınız qarşısında durmusunuz». Yəni o, ayrıca detallarını sadalayır: «Başçılarınız, tayfalarınız, ağsaqqallarınız və nəzarətçiləriniz, İsraildə olan hər bir insan». Yəni onun sahib olduğu bütün yüksək dərəcələrdən indi onun üçün əsas olan budur ki, o, “İsraildə olan hər bir insan” vəziyyətindədir. Və o, bu vəziyyəti qəbul edir, elə bil ki, əvvəllər onun öz fikrincə daha yaxşı vəziyyətləri olub. Və deyir: «Mən öz işimi edəcəyəm, Yaradan isə – O, mənə nə vermək istəyirsə, mən razıyam və məndə heç bir etiraz yoxdur». Onda o, yuxarıda deyilən kimi, əhd bağlamağa layiq olur. Yəni bu əlaqə həmişəlik qalır, çünki Yaradan onunla əbədi əhd bağlayır.
Və deyilənlərə uyğun olaraq, bu ayəni izah etmək lazımdır: «Gizli olanlar – Yaradanımız, Qüdrətli Rəbbimizə məxsusdur, açıq olanlar isə bizə və bizim övladlarımıza əbədi olaraq məxsusdur ki, bu Təlimin bütün sözlərini yerinə yetirək»4. Və başa düşmək lazımdır ki, bu ayə bizə nə demək istəyir. Demək olmaz ki, bu ayə bizə demək istəyir ki, biz gizlini bilmirik, onu yalnız Yaradan bilir. Belə demək mümkün deyil, çünki bu ayəsiz də görürük ki, bizə gizli olanı bilmirik. O halda, bu ayə bizə nə demək istəyir?
Lakin məlumdur ki, gizli və açıq olanlar var. Bu o deməkdir ki, praktiki hissədə, yəni etdiyimiz hərəkətlərdə, biz bunun yerinə yetirilib-yetirilmədiyini görürük. Əgər bədən ehkamı yerinə yetirmək istəmirsə, bir çıxış yolu var – insan özünü məcbur etməlidir, çünki o, əmri icra etməyə borcludur, istəsə də istəməsə də. Belə çıxır ki, açıq olanda məcburiyyətdən danışmaq olar.
Gizli olan — ehkamın niyyətidir. Burada insan başqa birisinin ehkam yerinə yetirərkən hansı niyyətdə olduğunu görə bilməz. Eyni zamanda ehkamı yerinə yetirən insanın özü də bilə bilməz ki, o, əməli yerinə yetirərkən özünü aldadırmı. O düşünür ki, onun başqa heç bir niyyəti yoxdur və bütün varlığı ilə Yaradanı hədəfləyib. Halbuki əməl “açıq hissə” adlanır. Demək olmaz ki, o, tfilin taxırsa,insan özünü aldadır, guya ki, əslində isə bu tfilin deyil, yaxud şabat şamlarını yandırırsa,qadın özünü aldadır ,çünki əslində o, yandırmır.
Eyni zamanda, niyyətə gəldikdə, demək olar ki, insan özünü aldadır. O düşünür ki, Lişma üçün işləyir, halbuki əslində, tamamilə «Lo Lişma» üçün işləyir. Həmçinin məcburiyyətdən də danışmaq mümkün deyil, çünki insan öz düşüncəsini istədiyi şeyi düşünməyə məcbur edə bilməz. Çünki hiss və ya biliyə aid olan məsələlərdə insanın öz ağlını anladığından və ya hiss etdiyindən fərqli şəkildə anlamağa məcbur etməyə imkan verən heç bir hakimiyyəti yoxdur.
Və buradan yuxarıda deyilənləri başa düşəcəksiniz ki, bizim yalnız praktiki hissəni yerinə yetirməkdən başqa işimiz yoxdur, ; buna isə deyilir: "Aşkar olan – bizim və övladlarımız üçündür ki, əbədi olaraq, bu Təlimin bütün sözlərini yerinə yetirək", yəni bizə əməl əmr olunub. Yəni əməli bizə hətta məcburiyyətlə də icra etmək əmr olunub.
Və niyyətə gəldikdə, hansı ki, «gizli hissə» adlanır, insanın orada heç bir biliyi və hakimiyyəti yoxdur. Belə olan halda biz nə etməliyik ki, gizli hissəni də yerinə yetirə bilək? Burada insan həmişə sadəcə yoxlama aparmalıdır, yəni özünü yoxlamalıdır ki, həqiqətən də hər şeyi əta naminə edirmi, yoxsa bədən [işə] «əta naminə» müqavimət göstərir. Və o dərəcədə ki, insan görsə ki, öz tərəfindən heç nə edə bilmir, bundan uzaq olduğunu hiss edir . Axı, o düşünür ki, bəzi məsləhətləri yerinə yetirməklə «əta naminə» niyyət qurmaq mümkün olacaq, lakin bu ona kömək etmir.
Və bu ayə bizə bunu bildirmək üçündür ki, лишма ilə bağlı olan və «gizli hissə» adlanan şey Yaradanımıza, bizim Qüdrətlimizə aiddir. Yəni yalnız Yaradan ona kömək edə bilər, özü isə belə bir reallığa çatmaq imkanına malik deyil, çünki bu, insanın təbiətində yoxdur, bu, təbiətdən yuxarıdır. Buna görə də bu ayədə deyilir: «Gizli olanlar Yaradanımıza, bizim Qüdrətlimizə aiddir», yəni bu Ona aiddir, çünki Yaradan «əta etmək» adlanan bu gücü verməlidir. Buna görə də ata-babalarımız deyiblər: «İnsanın şər başlanğıcı hər gün ona qalib gəlir və onu necə öldürmək lazım olduğunu axtarır. Necə ki, deyilmişdir: «Günahkar salehə baxır və onu necə məhv etmək lazım olduğunu axtarır». Əgər Yaradan ona kömək etməsəydi, o tab gətirə bilməzdi. Necə ki, deyilib: «Yaradan onu [insanı] onun (şər) başlanğcının] əlində qoymaz».
«Onu öldürməyin yollarını axtarır» o deməkdir ki, o, insanın hər şeyi almaq naminə etməsini istəyir ki, bu da onun Həyat Mənbəyindən ayrılması adlanır. Və təbii olaraq, onlar heyvan olaraq qalırlar. Buna görə də müdriklərimiz demişlər: «Günahkarlar sağ ikən ölü adlanırlar»[8]. Deməli, «ölüm» insanın niyyətinin almağa yönəlməsi və bunun ayrılıq vəziyyəti adlandırılmasıdır. Qovuşmaq vəziyyətinə layiq olmaq, yəni əta etmək gücünə sahib olmağı isə yalnız Yaradan ona verə bilər, insanın isə buna öz gücü ilə nail olmaq imkanı yoxdur.
Və buna görə də müdriklərimiz deyiblər: «İnsanın şər başlanğıcı hər gün ona qalib gəlir və onu necə öldürəcəyini axtarır. ... Və əgər Yaradan ona kömək etməsəydi, o, tab gətirə bilməzdi. Necə ki, deyilib: «Yaradan onu {onun əlində} saxlamaz»6»7. Və biz aydınlaşdırdığımızdan belə başa düşürük: «Gizli olanlar – Yaradanındır, bizim Rəbbimizin, aşkar olanlar isə – bizim və övladlarımızındır ki, əbədi olaraq yerinə yetirək»4 – yəni yalnız əməli işi yerinə yetirməliyik, gizli hissəni isə Yaradan etməlidir.
Lakin gizli hissədə də biz müəyyən bir şey etməliyik ki, Yaradan bizə gizli hissəni versin. Bu, qaydadan belə çıxır ki, hər nə istəsək də, aşağıdan bir oyanış tələb olunur. Və bu belədir, çünki bir qayda var: «klisiz nur olmaz», yəni «ehtiyacsız dolum olmaz», başqa sözlə, əgər sənin boş yerin yoxdursa, oraya heç nə yerləşdirə bilməzsən, yalnız boş yer olduqda istədiyini ora yerləşdirirsən. Lakin əgər xisaron, yəni boş yer yoxdursa, oraya bir şeyi necə yerləşdirə bilərik?
Buna görə də əvvəlcə görməliyik ki, bizə «əta etmək istəyi» adlanan əta etmək kli-si çatışmır. Və bu, bizim İnurumuzdur. Əvvəlki məqalələrdə aydınlaşdırdığımız kimi, bizim əsas mükafatımız — «əks olunan nur» adlanan əta etmək istəyinə nail olmağımızdır. «Həyat Ağacı» kitabına «Panim Masbirot» şərhləri ilə birlikdə verilmiş «Ümumi giriş»də belə deyilir: «Ümid etdiyimiz bütün mükafat əks olunan nurdur». Oraya baxın.
Buna görə də, əgər əta etmək istəyi «nur» adlanırsa, onda insan əta etmək gücünün olmadığını gördükdə yaranan bu xisaron «kli» adlanır. O, bunun çatışmadığını hiss edir, yəni «əta etmək gücü» adlanan bu gücün olmaması səbəbindən nələr itirdiyini görür. Buna görə də onun hissinin ölçüsünə uyğun olaraq onda xisaron yaranır. Bu isə «kli» və «boş yer» adlanır, çünki əta etmək gücünün çatışmadığı həmin yerdə indi bu dolumu yerləşdirmək üçün bir yer yaranır. Və buna nurun kli-yə daxil olması deyilir.
Lakin bilmək lazımdır ki, bu kli-ni əldə etmək üçün böyük əmək tələb olunur. Çünki bizdə doldurmaq istədiyimiz xisaronlar adlanan kelim var və onlar «eqoist sevgi kelimləri» adlanır; biz bu kelimlərə dolum almaq istəyirik. Bunlar çox mühüm kelimlərdir, çünki onlar Yaradan tərəfindən gəlir və O, onları yoxdan var etmişdir, çünki O, Öz məxluqlarını məmnun etmək, yəni onlara dolum vermək istəyirdi. Bəs əgər bu dolumu yerləşdirmək üçün yer yoxdursa, necə dolum vermək olar? Buna görə də O, bu kelimləri yoxdan var etdi ki, onlara xeyir və həzz versin. Deməli, bu, Yaradanın yaratdığı əsas kli-dir.
Lakin «almaq istəyi» adlanan bu kli forma oxşarlığına, yəni Yaradanla qovuşmağa malik olmaq istədiyinə görə Ali xeyri almaq üçün uyğun deyil. İndi isə əvvəlki kli-nin daxilində bürünən yeni bir alan kli tələb olunur. Və yalnız onların hər ikisinin sayəsində, yəni əta etmək istəyinin almaq istəyinin sayəsində bu kli almağa qadir olur.
Buradan belə nəticə çıxır ki, almaq istəyi adlanan əvvəlki kli Yaradan tərəfindən gəldiyi kimi və aşağı olanın almaq istəyi ilə bağlı işdə heç bir payı olmadığı, hər şey Yaradandan gəldiyi kimi, əta etmək istəyi adlanan ikinci kli də yalnız Yaradandan gəlir və aşağı olan birinci kli-də, yəni almaq istəyində olduğu kimi, ona heç nə əlavə edə bilməz. Fərq isə bundan ibarətdir ki,əta etmək kli-si üçün əvvəlcə aşağı olan tərəfindən bir tələb olmalıdır; o, Yaradandan ona yeni bir kli verməsini xahiş etməlidir. Bu isə aşağı olanın heç bir oyanışı olmadan ona gələn birinci kli-dən fərqlənir.