<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Barux Şalom HaLevi Ashlag (Rabaş)

35.Av ayının on beşi (15 av)

Məqalə 35, 1986

Mişnada (Taanit 26,2) deyilir: «Müdriklər deyirdi ki, İsraillilər üçün  Av ayının 15-i və Yom Kipurdan daha yaxşı günlər olmamışdır, o zaman Qüdsün qızları, kirayə alınan ağ paltarlar içində, paltarları olmayanları narahat etməmək üçün çıxırdılar...»

Və Qüdsün qızları üzümlük sahələrində əylənməyə çıxardılar və belə deyərdilər: "Gənc oğlan, bax bizə və gör kimi seçirsən?.Bəzəklərə baxma, ailəsin’ bax..."

Və sonra müdriklər öyrədirdi: «Kimdə arvadı yoxdursa, qoy o tərəfə baxsın».

Sonra isə davam edirdi:

«Onlar arasında gözəl olanlar nə deyirdi? – Bizim gözəlliyimizə baxın, çünki qadın gözəllik üçün yaradılıb.

Onlar arasında tanınmış olanlar nə deyirdi? – Ailəyə baxın, çünki qadın uşaqlar üçün yaradılıb.

Onlar arasında varlı olanlar nə deyirdi? – Çox varlı olanlara baxın.

Onlar arasında çirkin olanlar nə deyirdi? – Bizi Göyün adı ilə götürün və qızıl bəzəklərlə taclandırın».

Bu yaxşı günlərin nə olduğunu araşdırmalıyıq ki, Qüdsün qızları necə çıxıb üzümlük sahələrində əylənmiş və gənclərə müraciət etmişlər.Həmçinin, bu nişanlanmaq baxımından  nə dərəcədə təvazökar bir davranışdır? Nə üçün, İsraillilər üçün yaxşı günlər məhz Qüdsün qızlarının çıxıb üzümlük sahələrində əylənmələrinə səbəb olub? Birinin digərinə necə bağlı olduğunu araşdırmalıyıq.

Biz bilirik ki, Malxut «qız» adlanır. Və bu Malxutda biz 4 mərhələni fərqləndiririk: Xoxma, Bina, Zeir Anpin və Malxut, hansı ki, dörd aviyut mərhələsi – istək gücləri adlanır. Buna görə də, birinci mərhələ, yəni Xoxma, «gözəllik» adlanır, çünki Xoxma, «gözəllik» kimi təyin edilir.

Bina, yəni ikinci mərhələ, «oğlu üçün ana» olaraq təyin edilir və o, ZON-u doğurur. Bina-nın xüsusiyyəti – Yaradanla bənzər olmaq istəyidir, yəni O, necə vermək istəyirsə, eyni şəkildə hər şeyi vermək istəyir. Buna görə də, Binada ən yüksək olan şey – onu «Keter»ə aid etməyimizdir, yəni «Keter»in xüsusiyyəti, Yaradanın xüsusiyyətinə bənzəyir – vermək.

Zeir Anpin, yəni üçüncü mərhələ, «varlı» adlanır, Zoarda (Ki Tisa 2,4) deyildiyi kimi: «Varlı – artırmaz...» – bu, mərkəzi fiqur, yəni Zeir Anpin haqqında deyilir, çünki «yud»u artırmamalıdır, və o, Xasadim nurunı istəyir və Xoxma nuruna ehtiyacı yoxdur, buna görə də «varlı» adlanır.

Və Malxut, yəni "Malxut de Malxut", kasıb və fəqir olaraq təyin edilir, necə ki deyilir: "O, öz-özünə heç bir şeyə sahib deyil, onun sahib olduğu hər şey isə ərindən gəlir."

Məlumdur ki, Malxut həm də «inam» adlanır. Və bununla bağlı deyilir: «İbrahim Yaradanına inandı və bu, ona qurban olaraq hesab edildi» – yəni inam da «qurban» adlanır. Bu, bir kasıba qurban verən və qarşılığında heç bir şey tələb etməyən vəziyyətə bənzəyir. Başqa sözlə, bu, biliyin üstündə olan inam adlanır, yəni heç bir şey tələb etmədən, yalnız hər şeyi Yaradanın adına verir. Biz görürük ki, inam həm də «fəqir» adlanır, çünki kasıba verilən qurbanla bənzəyir, heç bir şey qarşılığında tələb olunmadan verilən.

Və yuxarıda deyilənlərdən çıxaraq, indi Qüdsün qızları haqqında əvvəlki izahı açıqlayaq. Məlumdur ki, yaxşı günlər aləmlərin yüksəlməsi və onların açılması adlanır. Və belə bir açılma gəldikdə, «Qüdsün qızları çıxır...» – yəni gizlilikdən açılmağa çıxırlar və hər bir sfira öz əhəmiyyətini göstərir.

Məlumdur ki, Yaradana aid birbaşa nur ötürülməsinin dörd mərhələsi mövcuddur. Və Malxutda, bu birbaşa işığa daxil olan və yalnız özünə almaq istəyən istək olaraq təyin edilən, dörd mərhələ də mövcuddur.

Və "Kabala Elminə Giriş"də deyildiyi kimi: Malxutda mövcud olan dörd istək mərhələsi qısa şəkildə "KaXаBTuM" (Keter, Xoxma, Bina, Tiferet və Malxut) adlanır. Və Malxutda, yəni özünə almaq istəyində olan birbaşa nurdan olan istəkdən əvvəlki daralma baş verməmişdən əvvəl, «Yaradan və Onun adı bir idi» deyildi – indi isə müəyyən edilir ki, Malxutda olan on sfira hər biri, özünə uyğun olan, yuxarı nurdan olan sfiraya bürünür. Və bu sfiralar «yaxşı günlərdə» açılır, yəni hər bir sfira öz yüksəkliyini göstərir, hansı ki, hansı mərhələdə olduğu ilə uyğun gəlir.

Və bu ardıcıllıq belədir: birinci mərhələ, «Xoxma» adlanır və belə deyir: «Gənc oğlan!» Yəni, xalqdan olan gənc ola bilənlər üçün bu mərhələ öz yüksəkliyini göstərir, hansı ki, «gözəllik» adlanır. Və bununla bağlı deyilir ki, bu mərhələ «gözlər üçün gözəl» adlanır, necə ki, «icmanın gözləri» deyildiyi zaman, icmanın müdrikləri nəzərdə tutulur. Buna görə də «Xoxma» mərhələsi «gözəl» adlanır və buna görə də əvvəlki izahda deyildiyi kimi, «qadın gözəllik üçün yaradılmışdır...»

Başqa sözlə, almaq istəyi Yaradanın öz yaradılışlarına sevinc bəxş etmək istəyindən yaranmışdır, belə ki, onlar Ona verdiyi bütün yaxşılıqları alsınlar, yəni «Xoxma nuru». Və buna görə də «qadın» «Xoxma nurunı almaq istəyən» istək olaraq adlanır.

"Onlar arasında tanınmış olanlar nə deyirdilər?" Tanınmış olanlar – özləri vacib köklərə sahib olanlardır. Məsələn, deyirlər ki, «o, çox böyük bir insanın nəvəsidir», yəni onun kökü çox vacibdir.

Bina sfirası, ikinci mərhələ olaraq adlandırılan, həmçinin öz yüksəkliyini göstərir, Yaradana bənzəmək istəyini və Onunla birləşmə arzusunu, yəni «Keter» olaraq adlandırılan öz kökü ilə birləşmək istəyini göstərir.

Buradan görürük ki, Bina göstərir ki, o, öz kökü ilə birləşib və bu, «ailənin tanınmışlığı» adlanır. Bu, o deməkdir ki, onun doğurduğu oğullar eyni xüsusiyyətə malik olacaqlar, yəni öz kökləri ilə uyğun olan bənzərlik xüsusiyyətlərinə malik olacaqlar.

Və buna görə deyilir: «Tanınmış olanlar, onlar arasında nə deyirdilər? – Ailəyə baxın, çünki qadın uşaqlar üçün yaradılıb». Bu o deməkdir ki, «qadın» (yəni almaq istəyi) öz uşaqlarını doğmağa çalışmalıdır və bu uşaqlar «vacib» olmalıdırlar. Və bununla bağlı deyilir: «Ailəyə baxın» – yəni tanınmışlıq üzərinə. Bina öz yüksəkliyini göstərir ki, o, öz kökü ilə birləşməyə çatıb, bu isə xüsusiyyətlərin bənzərliyi adlanır. Bina-nın kökü isə Keterdir və ya vermək istəyidir. Başqa sözlə, deyə bilərik ki, onun yüksəkliyi, öz doğurduğu oğullarına vermək xüsusiyyətini keçirmə bacarığı ilə müəyyən olunur.

«Varlı olanlar, onlar arasında nə deyirdilər?» Üçüncü mərhələ olan Zeir Anpin «varlı» adlanır, çünki o, Xasadim nuruna sahibdir. O, varlı adlanır, çünki sahibləndiyi nurlara sevindir və əlavə olaraq Xoxma nurunı istəmir. Lakin buna baxmayaraq, onun kiçik bir Xoxma nuru vardır. Amma əsasən, o, yalnız Xasadim nurunı istəyir və buna görə də Bina-ya bənzəyir, hansı ki, öz kökündən Keter-ə doğru Xasadim nurunun mənbəyidir.

Amma Bina-dan fərqli olaraq, Zeir Anpin kiçik bir Xoxma nuruna sahibdir. Və Zoarda (Ki Tisa 4) deyildiyi kimi: «Varlı – artırmaz...» – bu, mərkəzi fiqur olan Zeir Anpin barədə deyilir, ki, o, «yud»u artırmamalıdır və o, Xasadim nurunı istəyir və Xoxma nuruna ehtiyacı yoxdur, buna görə də «varlı» adlanır. «Yud-a əlavə etməməli» – bu, Xasadim nurunı, kiçik miqdarda Xoxma nuru ilə qəbul etməyi ifadə edir.

Və buna görə də deyilir: «Onlar arasında varlı olanlar» – bu o deməkdir ki, Zeir Anpin-in üçüncü mərhələsi «Xasadim nuru, kiçik Xoxma nuru ilə» adlanır. Və buna görə də Zeir Anpin «varlı» adlanır, yəni bu sfira, Malxutda olan və öz mərhələsinin yüksəkliyini göstərən bir sfira. Və bununla bağlı deyilir: «Varlı olanlara baxın».

Və nəhayət, «çirkin olanlar, onlar arasında» – bu, Malxutun özü, yəni «Malxut de Malxut» adlanır, hansı ki, daralma (təsir gücü) edilən yerə bürünür və buna görə də «fəqir və kasıb» adlanır, necə ki, Zoharda deyilir, çünki özündə heç nə yoxdur və əldə etdiyi hər şey «ərindən» gəlir.

Məlumdur ki, biz göylərin hakimiyyətini üzərimizə qəbul etməliyik, biliyi inamdan üstün tutaraq, və buna «inam» deyilir – Yaradanın inamı, heç bir şikayət və bədənimizin etirazlarına baxmayaraq. Buna görə də deməliyik: "Gözlər görməyəcək, qulaqlar eşitməyəcək" – və hər şeyi qəbul etməliyik, inamı biliyimiz və səbəblərdən üstün tutaraq. Həmçinin, bunu qurban olaraq qəbul etməliyik, necə ki deyilir: "İbrahim Yaradanına inandı və bu, ona qurban olaraq hesab edildi".

Və bunun səbəbi budur ki, necə ki, kasıba qurban verir və heç bir şey tələb etmir, çünki kasıbın verməyə heç bir şeyi yoxdur, biz də Yaradanın hakimiyyətini üzərimizə qəbul etməliyik, heç bir şey tələb etmədən, yalnız bütününü yalnız Yaradanımıza vermək istəyərək, sanki Yaradanın Ona olan əməyimizin əvəzini qaytaracaq heç bir şeyi yoxdur.

Və soruşulur: niyə inam məhz bu şəkildə getməlidir? Çünki almaq istəyinə qadağa qoyulub ki, yer açılsın, bu səylərin tətbiqinə imkan versin və bu səylərlə Yaradanla olan xüsusiyyətlərdə uyğunluğa, yəni «birləşməyə» çatmaq mümkünsün. Və məhz bu ləğv edilmiş almaq istəyinə altruisit istəkləri gəlir, beləliklə insan bütün əməliyyatlarını yalnız Yaradan üçün həyata keçirə bilir. Və məhz bu istəklərdə insan sonra Yaradanın yaratdığı yaradılışlarına vermək istədiyi bütün yaxşılığı və həzzi alır.

Amma bu yaradılışlara, özləri üçün almaq istəyilə yaradılmış olanlara deyildikdə ki, onlar hər şeyi biliyini inamdan üstün tutaraq etməlidirlər, bu cür hərəkətlər onların gözündə önəmsiz sayılır, çünki biliyi olan insanın öz ağlı ilə razılaşmadığı hərəkətləri etməsi uyğun deyil.

Və buna bənzər olaraq, Ravvin Yehuda Ashlag Tövrat-da (Şmot, 5) deyilənləri belə izah edirdi:
«Və Yaradan ona dedi: “Əlində nə var?” O, cavab verdi: “Əsa.” Və Yaradan dedi: “Onu yerə at və o, ilan olacaq.” Və Musa qabağında yerə diz çökdü...». Ravvin Yehuda Aşlag izah edirdi ki, Musanın əlləri «inam» adlanır və bu, həm də «önəmsiz» və «dəyərsiz» olaraq təyin edilir, çünki insan həmişə biliyə meyl edir və o, görəndə ki, ağlı onun istədiyi şeyi qavramağa qadir deyil, o zaman heç bir şəkildə ona nail olmağı düşünə bilmir, çünki o hesab edir ki, artıq çox çalışıb və bütün əməllərini yalnız Yaradanın adı üçün yerinə yetirir, amma indi hətta «kiçik bir addım belə atmağa» qadir deyil. Buna görə də bədəni ona deyir ki, məqsəddən uzaqlaşsın, hətta  düşünməsin ki, nə vaxtsa ona çata biləcək. Və sonra Yaradan ona deyir: “Onu yerə at…” – yəni İsrail xalqının qarşısında belə et, çünki Faraon və Misir insanın qəlbindəki xüsusiyyətlərdir.

«İlan olacaq» – bu o deməkdir ki, inanmağı tərk etdikcə, dərhal çirkin istəklərə – egoizmə düşürlər. Və yalnız inamı biliyin üstündə qoyaraq, mükəmməlliyə nail olmaq mümkün olacaq.

Və yuxarıda deyildiyindən belə nəticəyə gəlirik ki, insanın işində əsas an – məhz o an olur ki, onun ağlı heç bir dəstək vermir və nəticədə o, heç bir fayda görmür. O zaman onun qüvvələri və istəkləri tükənir və o, heç bir qüvvə və istək olmadan sadəcə bir ağac parçası kimi qalır.

Və yalnız o zaman insan biliyi inamdan üstün tutaraq həqiqi yolla gedib getmədiyini görə bilər ki,  öz bədəninə cavab verə bilsin,  «ədalətli» və «məntiqli» etirazları və şikayətləri ilə ona gələn bədəninə desin: «Həqiqətən də , sən seçdiyin yolda irəliləmək üçün heç bir imkanın olmadığını görməyin lazım deyilmi? Və mənə de, nə qədər sübut çatışmır ki, nəhayət mənim sözlərimi eşidəsən? Əllərini yuxarı qaldır və nəhayət elan et: "Mən artıq son məqsədimə çatmışam və Yaradan üçün işləmək mənə lazım deyil, çünki bu mənim üçün deyil. Kim üçünsə – mən bilmirəm."»

Və müdriklər başqa cür demişlər: «Hər kəs özünə deməlidir: "Dünya mənim üçün yaradılıb" (Sanedrin, 37). Lakin mən nə etməliyəm, əgər bütün bu reallığı görürəm və Yaradanın adı ilə əməliyyatlarımı həyata keçirə bilmirəmsə? O zaman belə bir inamsızlıq əhəmiyyətsiz iş adlanır.**

Və yuxarıda deyilənlərdən çıxaraq, indi «çirkin» qızların dediklərini izah edək: «Bizi Göyün adı ilə götürün və qızıl bəzəklərlə taclandırın...» Və bu, Malxutdakı dördüncü mərhələdir, «fəqir və kasıb» adlanır. Və belə bir iş insanın gözündə çirkin görünür, çünki burada ruhani gözəllik, ruhani «tanınmışlıq» və ruhani «var-dövlət» görünmür, burada yalnız insanın ağlının qəbul etmədiyi şeylər var. Və bu, çirkin bir şeyə bənzəyir, ondan insan qaçmağa çalışır, necə ki deyilir: «Çirkin olandan və ona bənzər şeydən qaç» (Xulin, 44).

Və belə qızlar İsrail xalqının gənclərinə «Bizi Göyün adı ilə götürün»dən başqa nə deyə bilərlər,? Bu o deməkdir ki, onlar heç bir fayda əldə etməyi vəd edə bilməzlər, amma əgər bu gənclər «xalqın gəncləri» olmaq istəyirlərsə, onlar «Göyün adı ilə» onları götürməli olacaqlar. Yəni, əgər onlar belə bir şərtlə razıdırlar, onda onları götürə bilərlər, əks halda burada başqa bir şeydən danışmaq olmaz. Amma hətta bununla belə, onlar buna da yetinmirlər, çünki istəyirlər ki, gənclər onları «qızıl bəzəklərlə taclandırsınlar».

Və Raşi bunu belə izah edirdi ki, toydan sonra onlara gözəl paltarlar və bəzəklər təmin edilməlidir.

Ravvin Yehuda Aşlag bu barədə belə demişdi:
Hətta insan artıq bu qızı Göyün adı ilə götürməyə razıdırsa, hətta o çirkin olsa da, heç nəyi nəzərə almadan, yəni onu olduğu kimi qəbul edərək, o da tələb edir ki, o, ona «Tövrat nurunı» versin, yəni Tövrat və ehkamların dadını hiss etməyə çalışsın, əks halda razı olmayacaq, çünki «Əgər sən öz Rəbbindən nə tələb edildiyini bilmirsənsə, necə Ona xidmət edəcəksən?».

Və bu, «Sadəcə, bizi qızıl bəzəklərlə taclandırın» deyə bildirilənlə əlaqədardır – yəni imanını biliyindən üstün tutmalı və sonra ona «Tövrat nurunı» çəkməlisiniz.

Yuxarıda deyilənlərdə iki əks mövqe var: bir tərəfdən, inam biliyindən üstün olmalıdır, heç bir əsas olmadan, digər tərəfdən isə «Tövrat və ehkanların dadını hiss etməlisiniz».

Və buna Ravvin Yehuda Aşlag belə bir bərəkət gətirərək izah etdi:
«...Ki, O, onu çoxlu dəliklər və boşluqlarla yaratdı..., və əgər onlardan biri açılsa və ya biri bağlansa, O, Sənin qarşısında yaşayıb mövcüd ola bilməyəcək..».

Və izah edirdi ki, «bağlıdır» – bu, iman haqqında deyilənlərdir, çünki inam gizli olmalıdır. Və bu, «əgər açılsa» -deyiləndən belə çıxır ki, inamın gizli olması lazımdır.

Və «bağlanarsa» – bu, «Tövrat və ehkanların dadı»na aiddir, yəni inam biliykdən üstün qalmalıdır. Tövrat və ehkanların dadı isə  açılacaqdır.