<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

28. Ondan az icma yoxdur

 

Məqalə 28, 1986

Zoarda deyilir (Naso bölməsi, səh. 31, 105): "Ravvin Eliezer dedi: "Niyə Mən gəldim, amma heç kəs yoxdur? İsrail oğulları Yaradana o qədər sevimlidir ki, harada olurlarsa olsunlar, Yaradan onların arasındadır... Qoy Mənə Məbəd ucaltsınlar və onların içində məskunlaşacağam..., çünki dünyadakı hər bir beyt-knesetə Məbəd deyilir... Və onların içində məskunlaşacağam, çünki Şxina beyt-knesetdən qabaq gəlir. Beyt-knesetdə bu on nəfərin arasında olan insan xoşbəxtdir, çünki onlar kamildirlər, yəni icma ondan az olmaz... Və beyt-knesetdə eyni vaxtda on nəfər olmalıdır. Və qoy az-az gəlməsinlər..., çünki bu on nəfər bir bədənin üzvləri kimidir və onların arasında Şxina var. Çünki Yaradan insanı bir dəfədə yaratdı və ona bütün üzvləri birlikdə qurdu, necə ki yazılıb: "O səni yaratdı və qurdu"".

Deyilənləri başa düşmək lazımdır.

1."İsrail oğulları harada olurlarsa, Yaradan onların arasındadır" sözlərinin mənası nədir? Deyilir ki, xüsusi yerə ehtiyac yoxdur. Amma bundan sonra o deyir: "Qoy Mənə Məbəd ucaltsınlar və onların içində məskunlaşacağam". Deyilir ki, məhz beyt-knesetdə.

2."Qoy Mənə Məbəd ucaltsınlar və onların içində məskunlaşacağam" sözləri. Deyilir ki, əvvəlcə hansısa hazırlıq olmalıdır, yəni "Məbədin yaradılması", bundan sonra - "və məskunlaşacağam", yəni elə belə yox.

3."Niyə Mən gəldim, amma heç kəs yoxdur?" nə deməkdir? Əgər deyilirsə ki, Yaradanın mövcudluğu beyt-knesetə gəlişdən qabaq gəlirsə, deməli, əlbəttə ki, hələ heç kəs yoxdur.

4. Bu sözləri başa düşmək çətindir: "Və beyt-knesetdə eyni vaxtda on nəfər olmalıdır. Və qoy az-az gəlməsinlər". Məgər beyt-knesetə gələn hər kəs on nəfər toplaşana qədər çöldə dursun və içəri girməsin, və yalnız bundan sonra hamısı birlikdə girsin deyə bilərikmi? Məgər belə demək olarmı? Heç vaxt belə bir şey görməmişik. Amma əgər belədirsə, onda "və qoy az-az gəlməsinlər" sözlərini necə şərh edək?

Yuxarıda deyilənləri başa düşmək üçün onu işimiz baxımından araşdıraq. Vermə yolunda işin qaydası - "mükafat almaq üçün deyil" adlanan şey nədən başlayır?

Hər şeydən əvvəl iki anlayışı yadda saxlamaq lazımdır - "vermə" və "alma". Bu, Yaradanın yaradılmışlara zövq vermək istəyindən gəlir. O, onları yalnız ona görə yaratdı ki, Yaradanın vermək istədiyi xeyir və zövqü alsınlar. Və alan - bu, Yaradanın yaratdığı şeydir, bu "zövq və ləzzət almaq istəyi" adlanan qabdır ki, ona xeyir və zövq alacaqlar.

Və bir şeyə can atmanın böyüklüyünə uyğun olaraq, o, arzulanan şeydən zövq ala bilər. Bu o deməkdir ki, zövq almaq üçün qab "can atma" adlanır. Və biz bu qabları Yaradanla əlaqələndiririk. Beləliklə, Yaradandan ilk dəfə alan qab- "Malxut" və ya "dördüncü mərhələ" adlanır. Onun bütün məzmunu xeyir və zövq almaq ehtiraslı istəyindədir. Bu, "birbaşa Yaradandan nur almaq üçün qab" adlanır.

Bu qabdan ixtisardan əvvəl istifadə olunurdu. Onun başqa digər adı "Sonsuzluq aləminin malxutu"dur. Sonra islah baş verdi ki, utanc hissi olmasın, çünki Yaradanın yaratdığı təbiətdə budağın kökə bənzəmək istədiyini söyləyən qayda var. Niyə belə bir təbiət var? Bu suala cavab yoxdur, Zoarda deyildiyi kimi: "Yaradılmışlar Yaradanın fikirlərini dərk edə bilməz". Və danışdığımız hər şey yalnız bu sözlərə uyğundur: "Sənin əməllərinlə Səni tanıyıram", yəni yalnız gözümüzə açılan əməllərlə. Bu o deməkdir ki, gördüyümüz şeylərdən hər hansı nəticə və fərziyyə çıxara bilərik. Amma əməl bizə açılmazdan əvvəl yox. Ona görə də biz yalnız Yaradan və yaradılmış arasında mövcud olan ilkin əlaqədən danışmağa başlayırıq ki, bu "Yaradanın öz yaradılmışlarına zövq vermək istəyi" adlanır. Bundan əvvəl isə bu barədə danışmaq mümkün deyil, çünki Yaradanın mahiyyətini dərk etmirik. Ona görə də görürük ki, yalnız "budağın kökə bənzəmək istədiyi" bir təbiət var.

Və ziddiyyəti islah etməyin mənası bundadır ki, alan Yaradanın xüsusiyyətlərinə bənzəmək istəyir (amma əgər o alan olarsa, xoşagəlməz hiss yaşayacaq), ixtisar (Tsimtsum) baş verdi və onun mahiyyəti budur ki, yaradılmış "almaq üçün almaq istəmir", yalnız vermək niyyəti ilə almaq istəyir. Bu, bizim Yaradandan eqoist istəklərə zövq ala bilməməyimizin səbəbidir, yalnız "əks olunan nur" adlanan istəklərə (kelim) ala bilərik.

Deyilənin mənası: "düz  nur" (or yaşar, OY) Yaradanın yaradılmışlara verdiyi zövqdür, "əks nur" (or xozer, OX) isə əksinə, yaradılmışların Yaradana vermək istədikləridir. Ona görə də OY-ı (Or yaşar) "yuxarıdan aşağıya" adlandırırıq, yəni Ali, verən - Yaradan aşağılara, yaradılmışlara verir. OX (Or Xozer) -əks olunan nur isə "aşağıdan yuxarıya" adlanır - aşağı olan, alan-Yaradana vermək istəyir. Bu istək "vermək üçün" adlanır və yaradılmışa aiddir, çünki yaradılmış onu özünü islah etmək, kökə bənzəmək üçün yaradır. Öyrəndiyimiz məsələ bundadır ki, Sonsuzluq aləmində malxut xüsusiyyəti öz istəklərinə Yaradandan düz nur aldı, yəni Yaradanın yaratdığı istəyə, halbuki "əks nur" üçün istəyi yaradılmışın özü yaratmalıdır.

Və bu islah baş verəndə, yəni nuru yalnız OX(Or xozer)  istəklərinə aldıqda, onun nəticəsi çoxlu aləmlərin və mərhələlərin doğulması oldu. Beləliklə, bu istək yaradılmış tərəfdən inkişaf edir və bir dəfədə deyil, ardıcıl olaraq, dəfələrlə, aşağı yaradılmışların gücünə uyğun tamamlana bilər. Və çoxlu müxtəlif istəklər yarandığı üçün nurlar da çoxlu mərhələlərə bölündü. Halbuki eqoist istək ki, onu Yaradana aid edirik və "almaq üçün alma" adlandırırıq, Yaradan tərəfindən bir dəfədə tam kamilliklə yaradıldı və onu sadə , mərhələ fərqi olmadan bir nur doldururdu.

Budur, Ari bunu "Ets xayim"də belə yazır ("Talmud Eser Sfirot"a giriş, səh. 1):

"Bil ki, yaradılmışlar yaradılmadan və məxluqlar yaranmadan əvvəl Ali sadə nur bütün reallığı doldururdu... Bütün bunlar bir sadə, bərabər bir nur idi və ona Sonsuzluq deyilir". Bu o deməkdir ki, Yaradana aid etdiyimiz bu istək öz son kamilliyində tamamlanmışdı. Ona görə də mərhələ fərqi olmadan bir nur aldı.

Halbuki yaradılmışa aid etdiyimiz istək bir dəfədə təmin oluna bilməz və görməli olduğumuz bütün iş yalnız budur: özümüzdə "əks nur" adlanan istək yaratmaq. Yəni yaradılmış dərk edəndə ki, özü üçün almaq naminə ən kiçik belə istəyi və meyli yoxdur, yalnız Yaradana sevinc gətirmək istəyir, onda yaradılmış hesablama edir: Yaradana sevinc gətirmək üçün nə verə bilər?

Onda Yaradana verə biləcəyi, Yaradanın ondan zövq alacağı yeganə şeyi görür. Yaradanın məqsədi yaradılmışlara xeyir və zövq vermək olduğu üçün yaradılmış deyir - mən xeyir və zövq almaq istəyirəm, çünki bununla Yaradana zövq vermək istəyirəm. Və Yaradandan nə qədər çox zövq ala bilərsə, bir o qədər çox zövq hiss edir və Yaradan bundan bir o qədər çox zövq alır.

Və bu, evinə dəyərli bir qonaq dəvət etmiş insana bənzəyir. O və ev əhli bütün günü və bütün gecəni işləmişlər ki, dəyərli qonaq süfrədən zövq alsın. Və qonaq ev sahibinə böyük əməklə başa gələn və hər şey onun süfrədən zövq alması üçün edilən yeməyi bitirəndə, sonda ev sahibi qonaqdan soruşur: "Bizim süfrə haqqında nə deyərsən, heç belə dad hiss etmisənmi?" Qonaq isə ona cavab verir: "Həqiqəti deyəcəyəm - mənə fərqi yoxdur nə yeyirəm, mən heç vaxt yeməkdən ala biləcəyim zövqü nəzərə almıram. Ona görə də əgər daha sadə süfrə açsaydın heç bir fərqi olmazdı (səndən eşidirəm ki, ona çox əmək sərf etmisən)...". Təbii ki, ev sahibi bunu eşitməkdən nə zövq alar?

Görürük ki, əgər insan Yaradandan  Ona sevinc gətirmək istəyi ilə xeyir və zövq alırsa, Yaradılış məqsədini - Yaradanın öz yaradılmışlarına zövq vermək istədiyini əməldə həyata keçirməyə kömək etmək istəyir. Və eyni zamanda deyir ki, Yaradandan aldığı xeyirdə heç bir dad hiss etmir və ona fərqi yoxdur, o zaman  bununla Yaradana nə zövq gətirir?

Deməli, əgər insan Yaradandan hər dəfə aldığını ucaltmağa çalışa və Padşahın hədiyyəsinin əhəmiyyətini hiss edə bilsə, bu onun belə deyə bilməsinə səbəb olacaq: "Səndən böyük zövq alıram, çünki bilirəm ki, yalnız bununla Sənə zövq verə bilərəm və ona görə də mümkün qədər çox zövq almaq istəyirəm".

Amma yadda saxlamaq lazımdır ki, Birinci İnsanın törətdiyi "bilik ağacı" günahından sonra insan "özü üçün almaq istəyi"ni əldə etdi. Bu, murdar ABYA aləmlərindən gəlir, Zoar kitabına Ön sözdə yazıldığı kimi (bənd 25): "İnsana Tövrat və əmrləri yerinə yetirməsinə görə mükafat olaraq yuxarıdan qüvvələr almaq tapşırılıb ki, o, vermə istəyini əldə etsin,hansı ki, İsrael xüsusiyyəti adlanır, yəni yaşar El (birbaşa Yaradana). Bu o deməkdir ki, onun bütün fikirləri və bütün istəkləri yalnız Yaradana zövq gətirməyə yönəlib. Əgər hələ belə istəyi yoxdursa, hesab olunur ki, insan dünya xalqları arasında sürgündədir, onlar onu əsarət altına alır, yalnız eqoizm üçün işləməyə məcbur edirlər. Buna  müqəddəsliyin deyil, murdar qüvvələrin -"özü üçün alma" xüsusiyyəti deyilir. Bu barədə yazılıb: "Müqəddəs olun, çünki Mən müqəddəsəm". Deyilənin mənası budur ki, Yaradan vermə istəyi olduğu üçün siz də yalnız vermək niyyəti ilə almalısınız.

İsrailə zidd olan xüsusiyyət isə - əgər "vermək üçün" niyyətləri yoxdursa - "birbaşa dünya xalqlarına" adlanır, çünki xüsusiyyətlərinə görə yalnız vermək istəyən Yaradana ziddirlər. Əgər hansısa yerdə "yaşar El" xüsusiyyəti varsa, Yaradanın xüsusiyyətinə bənzəyir və orada başqa hakimiyyət yoxdursa, həmin yerdə Yaradanın mövcudluğu yaranır, yazıldığı kimi: "Adımı xatırladığım hər yerdə sənin yanına gələcəyəm və sənə xeyir-dua verəcəyəm". Bu sözlərin mənası budur ki, Yaradan deyir, əgər deyə bilsəm ki, bu yerdə yalnız Mənim Adım var və orada yaradılmışın hakimiyyəti yoxdur, çünki orada yaşayanlar yalnız bir şey istəyir - Yaradana əta etmək, onda "sənin yanına gələcəyəm və xeyir-dua verəcəyəm", yəni Mən bu yerdə məskunlaşacağam. İndi Zoarda deyilənin mənasını başa düşə bilərik - harada olurlarsa, Yaradan onların arasındadır. Yəni deyilir ki, xüsusi yerə ehtiyac yoxdur. Bundan sonra isə deyilir: "Qoy Mənə Məbəd ucaltsınlar və onların arasında məskunlaşacağam". Bununla məhz Məbəddə, hər istənilən yerdə deyil -təsdiq olunur .

"Harada olurlarsa..." ifadəsini belə izah etmək olar: İsrael "yaşar El" kimi tərcümə olunur - birbaşa Yaradana, bu, Yaradana bərabər xüsusiyyətlərdə olan istəklər deməkdir, yəni Yaradan necə əta edirsə, onlar da Yaradana o cür əta etmək istəyirlər. Və xüsusiyyətlərin üst-üstə düşməsi olduğu üçün eyni dərəcədə ixtisar yox olur və deməli, Yaradan bu yerdə məskunlaşır.

Buna "Mənə Məbəd ucaltsınlar" deyilir və ya yazıldığı kimi: "Müqəddəs olun, çünki Mən, Yaradan müqəddəsəm". Deməli, İsrael xüsusiyyəti və "Mənə Məbəd ucaltsınlar" xüsusiyyəti eyni şeydir. Beləliklə, bu sözlərdə hazırlıq və yer və ya istək yaratmaq üçün böyük işdən söhbət gedir, Baal Sulamın dediyi kimi, ruhani aləmdə yer Yaradana zövq gətirmək üçün vermə istəyi adlanır. Bu, İsra-El xüsusiyyətidir, yəni birbaşa Yaradana.

İndi ikinci sualı aydınlaşdıraq, hansı barədə ki soruşulurdu: "Niyə gəldim, amma heç kəs yoxdur?". Özü-özünə aydındır ki, əgər deyirsə ki, Yaradanın mövcudluğu həmişə beyt-knesetə gələnlərdən qabaq gəlirsə, deməli, əlbəttə ki, orada hələ heç bir insan yoxdur. Amma əgər belədirsə, "Niyə heç kəs yoxdur?" sualının mənası nədir?

Hər şeydən əvvəl başa düşmək lazımdır ki, "insan" nə deməkdir. Bunu deyilənə uyğun izah etmək olar: "Xoşbəxtdir günahkarların məsləhətinə əməl etməyən insan..." "İnsan" və "heyvan" anlayışı var, çünki "heyvan" eqoizmə batmış və bütün əməlləri heyvani olan adlanır. Deməli, "Niyə gəldim..." sözləri - sizdən əvvəl gəlməyə çatdım. Amma bu da izah tələb edir. Nə deməkdir - Yaradan tələsdi və beyt-knesetə gəldi, sanki "bütün yer Onun izzəti ilə dolu" deyil? Yaradanın namaz qılanlardan əvvəl beyt-knesetə gəlməsinin mənası nədir?

Və bunu Baal Sulam belə izah edirdi: "Çağırmazdan əvvəl cavab verəcəyəm" - nəzərdə tutulur ki, insan namaz qılmağa gedir, çünki Yaradan ona bu fikri və namaz qılmaq istəyini verdi. Eyni şəkildə "Yaradan yaxınlaşdı və beyt-knesetə girdi" sözlərini şərh etmək olar. Bu o deməkdir: "Yaradan insana beyt-knesetə gəlmək imkanı verdi ki, "insan" olsun, amma nəticədə onu beyt-knesetdə öz eqoist istəklərini təmin etmək barədə heyvan kimi namaz qılan vəziyyətdə tapır. Deməli, "niyə gəldim..?" sözlərini belə başa düşmək lazımdır: "niyə Yaradan ona ruhani barədə namaz qılmaq üçün beyt-knesetə getmək istəyi verdi - bu Məbədin xüsusiyyətidir - ki, İsra-el xüsusiyyətinə çevrilsin, amma nəticədə "insan" yoxdur və Yaradan görür ki, hamı yalnız heyvan ehtiyacları barədə namaz qılır".

Və indi deyilən barədə soruşulanı aydınlaşdıraq: "Və beyt-knesetdə eyni vaxtda on nəfər olmalıdır. Və qoy az-az gəlməsinlər". Soruşulurdu, məgər lazımdır ki, on nəfər toplaşana qədər heç kəs beyt-knesetə girməsin və sonra hamısı birlikdə girsin? Belə bir şey görmüşükmi? Və izah edilirdi: "Çünki insanı bir dəfədə Yaradan yaratdı..." Bu izahın özü başa düşülməli.

Amma bunu şərh etmək üçün əvvəlcə başa düşməliyik ki, niyə məhz on nəfər beyt-knesetdə olmalıdır, əks halda deyildiyi kimi Yaradan orada məskunlaşa bilməz. Və göstərilir ki, məna bundadır ki, "ondan az icma yoxdur". Bunu da başa düşmək lazımdır, niyə məhz on - çox da yox, az da yox. Əgər orada doqquz nəfər varsa, bu icma adlanmır. Və əgər on bir varsa - bu heç nə əlavə etmir, icmalar barədə deyildiyi kimi: "İki, yüz kimi və yüz, iki kimi" (Şavuot, səh.42), amma məhz on, alimlərin dedikləri kimi (Sanqedrin,39): "On nəfərin olduğu hər yerdə Şxina var".

Məlumdur ki, malxut "onuncu" adlanır. Həmçinin məlumdur ki, almaqda çatışmazlıq hissi malxut sfirasının adı ilə adlanır ki, o, Ali nuru alan onuncu sfiradır. O həmçinin "almaq istəyi" adlanır və bütün yaradılmışlar yalnız ondan yaranır. Budur, ona görə də ondan az icma yoxdur, çünki bütün maddi budaqlar ali köklərdən çıxır. Qayda üzrə: "On sfirot olmayan nur yoxdur" - ona görə də maddi aləmdə ali mərhələlərə bənzər şəkildə "icma" adlanmır və orada on nəfər olmasa əhəmiyyətli sayılmır.

İndi isə “onluq” anlayışını aydınlaşdırmaq olar. Yaradan soruşur: “Niyə gəldim, amma burada heç bir insan yoxdur?” Burada “insan” dedikdə, yuxarıda deyildiyi kimi, “heyvan” deyil, “insan” nəzərdə tutulur. Söhbət onuncu sfira olan Malxut xüsusiyyətindən gedir. Və Şxinanın sürgündən azad olunması üçün dua etmək lazımdır. Bu vəziyyət Zoarda “Şxinanın küldə olması” adlanır.

Belə olduqda, “əgər Yaradan orada on nəfər tapmazsa” sözlərinin izahı belədir: “Mən yaxınlaşdım və sizdə beyt knesetə gəlmək və Şxinanın sürgündən azad olunması üçün dua etmək arzusunu oyatdım. Şxina ‘onluq’ adlanır və o, onuncu sfiradır. Lakin Mən onluq üçün dua edən heç bir insan tapmadım, əksinə, hamının insanlar üçün deyil, heyvanlara xas olan şeylər üçün dua etdiyini gördüm.”

 

Eyni şəkildə bu sözləri şərh etmək olar: "Və hamısı eyni anda olmalıdır, az-az gəlməməlidirlər". Bunun mənası budur ki, Yaradanın hakimiyyətini qəbul etmək bir dəfəlik və həmişəlik baş verməlidir, "bu gün mən Yaradanın hakimiyyətini bir az qəbul etmək istəyirəm, yəni beyt-knesetdə olduğum müddətdə. Amma sonra evə qayıdanda eqoizmdən zövq almaq istəyirəm" deyildiyi kimi olmamalıdır.

Bu o deməkdir ki, insan vaxtının bir hissəsini bəxş etmək naminə işləməyə razıdır, amma bütün vaxtını Yaradan naminə verməyə razı deyil. Lakin insan Yaradanın hakimiyyətini öz üzərinə qəbul edəndə, o, Yaradandan bunu əbədi olaraq, həmişəlik olmasını istəməlidir, təkcə beyt knesetdə olduğu zaman üçün yox.Bunu belə izah etmək olar ki, niyə deyilir ki, beyt knesetdə eyni anda on nəfər olmalıdır, tədricən gəlib yığışmamalıdırlar. Yəni elə olmasın ki, insan desin: “İndi bir az Yaradanın hakimiyyətini qəbul edirəm, sonra bir az da qəbul edərəm.” Əksinə, Yaradanın hakimiyyətini qəbul etmək bir dəfə və bütün ömürlük olmalıdır, bu gün bir az, sabah bir az deyil.

 

Buradan belə çıxır ki, əgər Yaradanın hakimiyyətini qəbul etmək kamil bir şeydirsə, onda hətta bundan sonra öz mərhələsindən düşsə belə (amma bu qəbul "bir dəfədə on" adlanan kamilllik vəziyyətində olduğu üçün - burada "bir" sözü "bütün ömrü üçün" deməkdir), yenə də o zaman "damcı damcıya böyük miqdar olana qədər toplanır", belə ki, daimi Yaradan hissiyyatı olan "inam" vəziyyətinə layiq olur.

Əgər Yaradanın hakimiyyətini qəbul etmək yalnız "bir az" olubsa, deməli o, yalnız indi üçün olub, həmişəlik yox. Deməli, belə əməldə kamilllik yoxdur. Və onda necə bir-bir toplanaraq böyük miqdar alınsın ki, daimi inama layiq olsun? Buradan belə çıxır ki, insan Yaradanın hakimiyyətini qəbul edəndə bunu kamil əməl kimi görməlidir. Budur "qoy beyt-knesetdə eyni vaxtda olsunlar" sözlərinin mənası, yəni Yaradan istəyir ki, Onun hakimiyyətini əbədi qəbul etsinlər.