<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Qrupun məqsədi - 1

Məqalə1, hissə 1, 1984

Biz buraya, Baal Sulamın yolu və üsulunu təqib etmək arzusunda olan bütün insanlar üçün, qrupun quruluşunun təməlini qoymaq məqsədi ilə toplaşmışıq.  Bu üsul insana, heyvani səviyyədən  çıxaraq,İnsan (Adam) səviyyəsinin pillələri ilə yüksəlməyə  imkan verən bir yol açır. Bu barədə belə deyilir: "Siz - Mənim Qoyunum, Mənim -Sürümsünüz, Siz- İnsansınız.."  Raşbi belə izah edib: " Bütpərəstlərə  Adam deyilmir, Adam- Sizə deyilir!"

İnsanın ruhani səviyyəsini başa düşmək üçün müdriklərdən sitat gətirək.  "Hər şeyin nəticəsi: Yaradanın qarşısında ehtiramla qorxu  hiss edin və Onun qanunlarına riayət edin, çünki bütün insan məhz bu deməkdir."  Müdriklər soruşurlar:  Buradakı “bütün İnsan ”nə deməkdir?  Ravvin Elazar cavab verir: Yaradan deyir: "Bütün dünya yalnız bunun üçün yaradıldı."  Başqa sözlə, bütün dünya yalnız Yaradan qarşısında ehtiramla qorxu üçün yaradıldı. " İnsan "Yaradanın qarşısında ehtiramla qorxu”-nun nə olduğunu anlamalıdır.

Çünki belə anlaşılır ki, dünyanın yaranmasının səbəbi budur. Müdriklərdən məlumdur ki, yaradılışın səbəbi Yaradanın öz məxluqlarına nemətlər vermək istəyi olub.  Başqa sözlə desək, Yaradan məxluqlarına zövq verməklə, onların dünyada özlərini xoşbəxt hiss etmələrini arzu etdi.  Ancaq burada müdriklər yaradılışın səbəbinin "Yaradan qarşısında ehtiramla qorxu" olduğunu söyləyirlər.

"Tövratın bəxş edilməsi" kitabında bu belə izah olunur: məxluqlar xüsusiyyətləri ilə  Yaradandan fərqləndikləri üçün, yaradılışın məqsədi olan nemətləri və həzzi  ala bilmirlər.  Yaradan Əta etmə, məxluqlar isə Alma xüsusiyyətidirlər.  Bu halda, təbiət qanununa görə, budaqlar (yəni nəticələr) yarandıqları kökə (səbəbə) bənzərdirlər. Və alma xüsusiyyəti bizim kökümüz üçün xarakterik olmadığı üçün, yəni  Yaradanın öz istəklərinin təminatı  üçün heç bir şey almasına ehtiyacı  olmadığı üçün,insan almalı olduğu halda narahatlıq hiss edir.  Nəticədə hər insan Yaradandan aldığı nemətləri “mərhəmət çörəyi” - kimi qəbul etdiyindən utanır.

Bunu islah etmək üçün aləmlər yaradılmalı idi.  Aləm (olam - עולם) gizlətmək deməkdir (heelem - העלם).  Çünki  nemətlər və həzz  mütləq gizlədilməlidir.  Nə üçün?  Yaradan qarşısında ehtiramla qorxu olması üçün.  Başqa sözlə desək, bu, insan hər dəfə eqoizm və ya “özünəvurğunluq”adlanan Almaq istəyini təmin etdikdə,ehtiramla qorxu hiss etməsi üçün lazımdır .

Bunun mahiyyəti ondan ibarətdir ki, insan arzuladığı həzzləri almaqdan çəkinsin və ehtiraslı istəklərinə üstün gəlmək gücünə malik olsun.

Əvəzində isə Yaradana zövq verəcək həzzlər almaq səviyyəsinə qalxacaq. Bunun mənası ondadır ki, məxluq öz xeyrinə həzz  almamaq üçün Yaradan qarşısında ehtiramla qorxu hiss etməli və Ona Əta etmək istəyində olmalıdır.Çünki öz xeyrinə alınan həzz,insanı Yaradandan uzaqlaşdırır.

Beləliklə, bir insan Yaradanın hər hansı bir qanununu yerinə yetirdiyində niyyətini elə qurmalıdır ki, bu əməl ona saf düşüncələr gətirsin -  Yaradana Əta etmək istəyində olsun.  Ravvin Xananiya Ben Akaşia bu barədə deyir: "Yaradan İsraili təltif etmək istədi və buna görə də onların Əta etmək istəyi üçün olan əməllərini  artırdı."

Beləliklə, biz burada, hər birimizin Yaradana Əta etmək istəyi ruhunda irəliləyişimizi təqib etmək üçün toplaşırıq.Lakin bu istəyə çatmazdan əvvəl, “insana Əta etmək” istəyinə çatmaq vacibdir və bu “yaxınına sevgi” adlanır.

Yaxınına sevgi isə  yalnız özündən imtina halında  mümkündür.  Bir tərəfdən hər kəs özünü kiçiltməli, digər tərəfdən isə  “Şxina daima aramızda  olması” kimi ali bir məqsədə qulluq edən bir qrupda olmaq imkanına görə fəxr etməlidir..

Məqsədə çatmamağımıza baxmayaraq, buna çatmaq istəyimiz var.  Bu da bizim üçün vacib olmalıdır: Hələ yolun başlanğıcında olsaq da, ümid edirik ki, bu uca məqsədə çatacağıq.