<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / “Yaxınını özün kimi sev” qaydası ilə bağlı deyilənlərə əsasən

Məlum olanlara əsasən, «Yaxınını özün kimi sev» qaydası haqqında

 

1984-cü il, 7-ci məqalə

«Yaxınını özün kimi sev» [qaydası] haqqında aydınlaşan şeyə əsasən, bu ümumi qaydaya (klal) 612 ehkamın xüsusi elementləri (prat) daxildir, necə ki bizim müdriklərimiz deyiblər: “Qalanını isə – get və öyrən”. Bu o deməkdir ki, 612 ehkamın icrası sayəsində biz avtomatik olaraq «Yaxınını özün kimi sev» qaydasına layiq olacağıq. Ondan sonra isə Yaradanın sevgisinə.

Belə olan halda, yoldaşların sevgisi bizə nə verir? Deyildiyi kimi (1984-cü il, 6-cı məqalədə), bir neçə yoldaşın toplanması sayəsində, və hər kəsdə yaxınını sevməyə dair yalnız kiçik bir güc olduğuna görə, – yəni o, yaxınını sevməyi yalnız potensialda hiss edə bilər, əməli fəaliyyətə gəldikdə isə, o, yaxınından ötəri özünə olan sevgidən imtina etməyi ağlında qərarlaşdırdığını xatırlayır, lakin əməldə o görür ki, yaxınından ötəri almaq istəyindəki heç bir həzzdən bircə zərrə belə imtina etməyə qadir deyil.

Lakin yaxınını sevməyə gəlməyin zəruriliyinə dair eyni rəydə olan bir neçə insanın toplanması sayəsində, və birinin digərinin qarşısında ləğv olunması mövcud olduqda, o zaman hər kəs hamını daxilinə alır. Və bunun sayəsində hər kəsdə bu cəmiyyətin böyüklüyünə uyğun olan böyük bir güc toplanır. Və o zaman o, əməldə yaxınını sevməyi fəaliyyətdə reallaşdıracaq vəziyyətdə olur.

Buradan belə alınır – 612 ehkamın xüsusi elementləri (prat) bizə nə əlavə edir? Axı biz dedik ki, bu, ümumi qaydanı (klal) reallaşdırmaq üçündür, lakin axı bu qayda yoldaşların sevgisi vasitəsilə reallaşır. Reallıqda isə biz görürük ki, dünyəvi insanlarda da yoldaşların sevgisi mövcuddur, axı onlar da yoldaşların sevgisinin olması üçün hər cür dərnəklərdə toplanırlar. Belə olan halda dindarlarla dünyəvilər arasındakı fərq nədədir?

[Zəburlardan] ayə deyir: “Və rişxənd edənlərin məclisində oturmadı”. Və “rişxənd edənlərin məclisi” qadağasının nə demək olduğunu anlamaq lazımdır. Əgər o, qeybət edirsə və ya boş-boş danışırsa, belə olan halda bu qadağa rişxənd edənlərin məclisi ilə bağlı deyil. Bəs “rişxənd edənlərin məclisi” qadağası bizə nə əlavə edir?

Lakin məna ondadır ki, hətta bir neçə insan hər kəsin yoldaşına onun maddi vəziyyətini yaxşılaşdırmağa kömək etməsi niyyəti ilə yoldaşların sevgisi naminə toplandıqda belə, hər kəs gözləyir ki, məclislərin çoxluğu sayəsində cəmiyyətin hər bir üzvü onun maddi vəziyyətini yaxşılaşdırmağa imkan verən bir mənfəət qazanacaq.

Və bütün məclislərdən sonra hər kəs hesabat aparır ki, eqoist sevgi üçün cəmiyyətdən nə qədər alıb – almaq istəyi bundan nə qazanıb. Axı o, cəmiyyətin xeyrinə zəhmət və vaxt sərf edir. Bəs o bundan nə qazandı? Axı o, öz şəxsi mənfəəti ilə məşğul olsaydı, sözsüz ki daha böyük uğura nail ola bilərdi. Hər halda, özünün şəxsən zəhmət göstərdiyi həmin hissədə. “Və mən bu cəmiyyətə daxil oldum, çünki düşünürdüm ki, onun sayəsində özümün qazana biləcəyimdən daha çox qazana biləcəyəm. İndi isə mən görürəm ki, mən heç nə qazanmadım”.

Və bu barədə o təəssüflənir və deyir: “Cəmiyyətə vaxtımı verdiyim şeyin əvəzinə, hər halda öz kiçik gücümdən istifadə etsəydim daha yaxşı olardı. Halbuki indi, mən cəmiyyətin köməyi sayəsində daha böyük mülkiyyətə nail olmaq üçün cəmiyyətə vaxtımı sərf edəndə, sonda mənə aydın oldu: bu azmış kimi mən cəmiyyətdən heç nə qazanmadım, mən hətta öz gücümlə qazana biləcəyim şeyi də itirdim”.

Yoldaşların sevgisi ilə əta məqsədi ilə məşğul olmaq, yəni hamının yaxınının xeyrinə işləməsi lazım olduğunu demək istəyən biri tapıldıqda isə, hamı buna rişxənd edir və gülür. Və bu onlara hansısa bir təlxəklik kimi görünür. Və bu dünyəvilərin məclisidir. Və bu barədə deyilmişdir: “Tayfaların xeyirxahlığı isə – günahdır”, axı “bütün xeyirxahlıq edənlər onu özləri üçün edirlər”. Və belə bir cəmiyyət insanı müqəddəslikdən uzaqlaşdırır. Və onlar insanı təlxəklik dünyasına qərq edirlər. Və rişxənd edənlərin məclisi qadağasının mənası bundadır.

Və belə cəmiyyətlər haqqında bizim müdriklərimiz dedilər: “Günahkarları dağıt – onlara da yaxşı olar, dünyaya da ”. Yəni onların mövcud olmaması daha yaxşı olardı. Lakin salehlərlə əksinədir: “Salehləri topla – onlara da yaxşı olar dünyaya da ”.

Bəs “salehlər” nə deməkdir? Bu, «Yaxınını özün kimi sev» qaydasını icra etmək istəyənlərdir, və onun bütün niyyəti eqoist sevgidən çıxmaqdan və başqa bir təbiəti, yəni yaxınını sevməyi öz üzərinə götürməkdən ibarətdir. Lakin, hərçənd bu icra edilməsi lazım olan bir ehkam olsa da, və insan özünü güclə [bunu etməyə] məcbur edə bilsə də, lakin sevgi qəlbin ixtiyarında olan bir şeydir, qəlb isə təbiətən bununla razı deyil. Belə olan halda, yaxınını sevməyin onun qəlbinə toxunması üçün insan nə edə bilər?

Buna görə də bizə icra etmək üçün  612 ehkam verilib ki, onların sayəsində insan qəlbində hissiyyata gələ bilsin. Lakin bu təbiətə zidd olduğuna görə, belə bir hissiyyat əməldə yoldaşların sevgisini reallaşdırmaq qabiliyyətinə malik olmaq üçün [çox] kiçik bir hissədir, hərçənd onda buna qarşı ehtiyac (xisaron) olsa da. Buna görə də indi insana [«Yaxınını özün kimi sev»] qaydasında öz güvvəsini böyütməyə imkan verən məsləhətləri nəzərdən keçirmək lazımdır. Və bu, yoldaşların sevgisi vasitəsilə baş verir. Əgər hər kəs yoldaşın daxilinə nüfuz edirsə və onun önündə ləğv olunursa, o zaman bir tam yaranır, harada ki onun yaxınını sevməyi istəyən bütün kiçik hissələri, çoxlu hissələrdən ibarət olan cəmiyyətin gücündə birləşir. Onda böyük bir güc olduqda isə, o zaman o, əməldə yaxınını sevməyi reallaşdıracaq vəziyyətdə olur.

Və o zaman o, Yaradanın sevgisinə gələ bilər. Lakin bu, hər kəsin bir-birinin önündə ləğv olunması şərti ilədir. Halbuki o yoldaşından ayrılarsa, o yoldaşından almalı olduğu öz payını ala bilməz. Çünki hər kəs yoldaşı ilə müqayisədə heç nə olduğunu deməlidir.

Və bu, ədədləri yazdıqları kimidir. Əvvəlcə 1, sonra isə 0 yazdıqda, bu on dəfə çox – 10 olur. Əvvəlcə iki sıfır yazdıqda isə, bu yüz dəfə çox – 100 olur. Yəni yoldaş – vahiddir (birdir), o isə – onun ardınca gələn sıfırdır, o zaman hesab olunur ki, o öz yoldaşından on dəfə çox alır. Əgər o, yoldaşına münasibətdə iki sıfır olduğunu deyirsə, o yoldaşından yüz dəfə çox alır.

Əksinə olduqda isə, yəni o, yoldaşının sıfır, özünün isə vahid olduğunu deyəndə, o zaman o yoldaşından on dəfə az – 0.1 olur. Əgər o, özünün vahid olduğunu və onun ona münasibətdə iki sıfır olan iki yoldaşının olduğunu deyə bilirsə, o zaman hesab olunur ki, o onlara münasibətdə yüzdə bir hissədir, yəni o – 0.01-dir. Belə alınır ki, yoldaşlarından onda nə qədər sıfır varsa, onun səviyyəsi bir o qədər enir.

Lakin, hər bir halda, onda əməldə yaxınını sevməyi reallaşdırmağa imkan verən bu güc olduqdan və öz şəxsi mənfəətini özü üçün bir şər kimi hiss etdikdən sonra belə, hər necə olursa olsun, “özünə inanma”, və onda işin ortasında eqoist sevgiyə düşə biləcəyinə dair qorxu olmalıdır. Yəni, əgər ona almağa vərdiş etdiyindən daha böyük bir həzz versələr, hərçənd kiçik həzzlər üzərində o artıq əta naminə [niyyət] edə bilsə də və onlardan imtina etməyə hazır olsa da, lakin böyük həzzlərə münasibətdə o qorxu içindədir.

Və buna ehtiramla qorxu deyilir. Və bu, "Şxinanın məqamı" adlanan iman nurunu əldə etməyə aparan qapıdır, necə ki, Sulam şərhində deyilir: "Ehtiramla qorxunun miqdarı nədirsə, insan inam xüsusiyyətini də o dərəcədə dərk edir".

Buna görə də xatırlamaq lazımdır ki, «Yaxınını özün kimi sev» ehkamını yerinə yetirmək lazımdır, çünki bu bir ehkamdır – zira Yaradan yoldaşların sevgisi ilə məşğul olmağı buyurub. Və Ravvin Akiva sadəcə izah edir ki, bu əmri verərək, Yaradan bu ehkamdan bir qayda yaratmağı nəzərdə tuturdu ki, onlar bütün ehkam və qadağaları  öz mənafeləri naminə yox, Yaradanın əmrinə görə yerinə yetirə bilsinlər.

Yəni elə deyil ki, ehkamlar bizi almaq istəyimizin genişlənməsinə gətirsin, – yəni ehkamların icrası sayəsində insan bunun müqabilində böyük bir mükafat alacaq, əksinə, ehkamların icrası sayəsində biz elə bir mükafata gələcəyik ki,  eqoist sevgimizi ləğv edə biləcəyik və yaxınını sevməyə gələ biləcəyik. Ondan sonra isə Yaradanın sevgisinə.

Və buradan müdriklərimizin ayə haqqında: “Və yerləşdirin 'samtem'” – bu “cövhər” ('sam') sözündəndir- dediyi şeyi anlayacağıq. Layiq oldu – bu həyat cövhəridir. Layiq olmadı – bu ölüm cövhəridir. Yəni, yuxarıda deyildiyi kimi, “layiq olmadı” – o Tövrat və ehkamlarla eqoist sevginin çoxalması və bədənin öz işinə görə qazanclar əldə etməsi üçün məşğul olur. “Layiq oldu” – o zaman onun eqoist sevgisi ləğv olunur. Yəni o, daxilində yaxınını sevmək üçün gücün olması mənasına gələn mükafatı qazanmaq üçün niyyət qurur, və bunun sayəsində o Yaradanın sevgisinə gəlir, axı onun bütün canatması yalnız Yaradana həzz verməkdən ibarət olacaq.