<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

 Rabaş,

Yığıncağın qaydası

Məqalə 17,1986

Müdriklərimiz "Braxot" traktatında belə demişlər: "Ravvin Simlay öyrədirdi: «İnsan hər zaman [əvvəlcə] Yaradana təriflər (həmd) deməli, sonra isə dua etməlidir. Bunu haradan bilirik?  (Musadan). Axı deyilib: «Və mən dua etdim...»».

Atam və müəllimim (Rabaş) bunu belə izah etdi: axı kimdənsə bir xahiş etmək istəyən şəxs bunları bilməyə borcludur:

  1. Xahiş etdiyi şəxsin, ondan istənilən şeyi vermək imkanının olub-olmadığını. Çünki əgər onun imkanı yoxdursa, xahiş etməyin nə faydası var?

  2. Onun vermək istəyən xeyirxah qəlbinin olub-olmadığını. Çünki elə olur ki, insanın vermək imkanı var, lakin verməyə könlü (ürəyi) yoxdur.

Buna görə də əvvəlcə Yaradana təriflər demək lazımdır. Yəni insan inanmalıdır ki, Yaradanın imkanı daxilində insanın istədiyi hər şey mövcuddur. Həmçinin, Yaradan mərhəmətlidir və hər kəsə arzuladığı şeyi xeyir üçün verir.

Və buna uyğun olaraq, gördüyümüz kimi, belə çıxır ki, yoldaşlar bir yerdə toplaşanda və şübhə yoxdur ki, toplantı müəyyən bir məqsədlə keçirilir, axı hər kəs öz ehtiyacları üçün istifadə etməli olduğu vaxtının bir hissəsini verir və bütün işlərindən imtina edir və toplantıda iştirak etmək üçün gəlir, – onda o, nəyisə əldə etmək istəyir. Belə halda çalışmaq lazımdır ki, hər bir yoldaş evinə qayıdanda toplantıya nə ilə gəldi və indi, evə gedərkən nə əldə etdiyini görsün.

Bəzən isə belə olur ki, yoldaşların toplantısı zamanı, hər kəs bu toplantıda dad hiss edir. Və o zaman  onda belə bir fikir yaranmır ki, mən indi evə nə ilə, yəni hansı qazanc ilə gedirəm. Yəni mənim əlimdə nə var, yoldaşların toplantısında nə əldə etdim ki, qrupa gəlməzdən əvvəl məndə belə bir şey yox idi. Onda görür ki, onun əlində heç nə yoxdur.

Və bu, ayəyə bənzəyir: «Əgər yaxınının üzüm bağına girsən, nəfsinin istədiyi qədər, doyunca üzüm yeyə bilərsən, lakin öz qabına qoyma»3. Və bunu belə izah etmək lazımdır ki, yoldaşlar yığışanda – bu «yaxınının üzüm bağı» adlanır, – birlikdə oturub, yeyib-içib, bu və digər şeylərdən danışanda, əməl zamanı bədən həzz alır. Və bu, «Nəfsinin istədiyi qədər, doyunca üzüm yeyə bilərsən»3 kəlamına bənzər adlanır.

Lakin evə gedəndə və öz qablarında (kelimində) nə olduğunu görmək istədikdə — yəni evə aparmaq üçün bir qədər həyat enerjisi  götürmək istədikdə; başqa sözlə, toplantını tərk edib bütün bu ruhani şənlikdən qablarımızda nə qaldığına baxmaq istədikdə, o zaman görürük: «amma öz qabına qoyma» — qablarımızda toplantıdan sonra ruhumuzu canlandırmaq üçün heç bir şey yoxdur.

Lakin insan yoxlamalıdır ki, nə vaxt hansısa səyi göstərirsə, mükafatsız qalmasın. Necə ki, «U-va Le-Tsiyon» duasında deyirik: «Belə ki, əbəs yerə zəhmət çəkməyək». Axı insan yoldaşların toplantısına gedəndə, orada qida əldə etməlidir və evə gedəndə qablarına qoymaq üçün nəyin olub-olmadığını yoxlamaq qabiliyyətinə malik olmalıdır. Və onda növbəti görüşədək özünü bəsləmək üçün o vaxta qədər yoldaşların toplantısı zamanı əldə etdiklərindən hazır qidası olacaq.

Buna görə də əvvəlcə toplantını tərif etmək ,sonra isə bu əməldən nə əldə etmək olar- bunu yoxlamaq lazımdır. Necə ki, yuxarıda müdriklərimizin sözlərində deyilib: «İnsan həmişə [əvvəlcə] Yaradanı tərif etməli, sonra dua etməlidir»2. Başqa sözlə, toplantının əvvəlində, yəni toplantının açılışının başlanğıcı olan söhbətin əvvəlində, qrupun şərəfinə danışmaq lazımdır. Və hər kəs onlarda olan ləyaqət və əhəmiyyətə dad və izah verməyə çalışmalıdır. Və qrupun tərifi istisna olmaqla heç nə barədə danışmamalıdır.

Və ta qrupun şöhrəti yoldaşlar tərəfindən aşkar olana qədər. Sonra demək lazımdır: «İndi biz yoldaşların toplantısının birinci mərhələsini bitirdik» və ikinci mərhələyə başlamalıyıq. Yəni hər kəs öz rəyi üzrə deməlidir ki, hansı əməliyyatları yerinə yetirə bilərik, elə əməliyyatlar ki, hər kəsə yoldaşlara məhəbbətini əldə etməyə imkan versin. Başqa sözlə, hər kəs qrupdakı hər kəsi sevmək qabiliyyətini qəlbində əldə etmək üçün nə edə bilər. Və bundan sonra ikinci mərhələni, yəni qrupun xeyrinə nə etmək barədə məsləhətləri bitirirlər və üçüncü mərhələ gəlir, yəni yoldaşların qərara aldığı, nə edilə biləcəkləri şeylərin praktik reallaşdırılması.

Və qrupun tərifinə dair «Tövratın Bəxş edilməsi» kitabına bax: orada yoldaşlara sevginin izahında deyilir  ki, yoldaşlarla birləşmə sayəsində o, Yaradanın ucalığına gələ bilər. Axı bütün dünya eqoist məhəbbətə qərq olub, o isə əta etmə yolu ilə getmək istəyir. Və bu, bütün dünyanın biliyinə ziddir, çünki bu, «Onun Öz yaratdıqlarını həzzləndirmək istəyi»ndə deyilən Yaradılış Məqsədi gücünə görə bizim doğulduğumuz təbiətdir.

Və buna qarşı getməyə imkan verən bütün qüvvə, hansı ki, əks əməl yerinə yetirmək deməkdir-çünki təkcə özümüz üçün almaq istəməməyimiz azdır, biz əta etmək istəyirik, bu isə «bütün əməllərimiz yalnız Öz Yaradanımıza həzz yetirmək üçün olsun» adlanır və onunla şərtlənir ki, əta etmə təbiəti belədir: vacib şəxsə verəndə, insan bundan həzz alır. Belə çıxır ki, əta etmə olmadan insan heç bir əməl yerinə yetirə bilmir, çünki bu, təbiətə ziddir.

Lakin biz həzzi dəyişə bilərik. Yəni alma əməlindən həzz almaq əvəzinə, əta etmə əməlindən həzz almaq istəyirik. Bu, formaca oxşarlıq adlanır, çünki deməliyik ki, necə ki, Yaradanın yaratdıqlarına verdiyindən həzzi var, eləcə də bizim  Yaradana əta  etməyimizdən həzzimiz olmalıdır.

Əks halda – yəni əgər biz Yaradana əta edəndə bizdə sevinc və həzz yoxdursa, – biz formaca oxşarlığa zərər vururuq, necə ki, müdriklərimiz dedilər: «Onun Hüzurunda göy və yer yaradıldığı gündə olduğu kimi belə sevinc olmayıb»4. «Dünyanın yaradıldığı gündən bəri Yaradanın elə sevinci olmayıb ki, gələcəkdə salehlərlə birlikdə yaşayacağı sevinc kimi olacaq»5.

Buna görə də, əgər bizdə Yaradanın ehkamını yerinə yetirəndə sevinc hissi yoxdursa, belə çıxır ki, hətta o, niyyəti əta etmə naminə qurursa belə, bu, formaca oxşarlıq adlanmır. Axı insan yalnız həzz olan yerdə sevinə bilər. Deməli, əgər onun Yaradana əta etməkdən həzzi yoxdursa, bu, hələ formaca oxşarlıq adlanmır ki, o, ali xeyiri almağa yer tapsın, çünki onda hələ də Yaradanın yaratdıqlarına verdiyi vaxt aldığı həzz əksikdir.

Və buna görə belə çıxır ki, bizim xeyir və həzzi ala bilməyimiz üçün bütün əsas və hətta əta etmə əməlindən həzz almağın böyük bir borcu  ondan ibarətdir ki, biz bir nöqtə üzərində işləməyə borcluyuq, yəni: ruhani olanı qiymətləndirmək. Və bu, diqqəti «kimə danışıram», «kimin ehkamlarını yerinə yetirirəm» və «kimin Tövratını öyrənirəm»ə yönəltməklə ifadə olunur. Yəni Tövratı bəxş edəni necə qiymətləndirməyin məsləhətlərini nəzərdən keçirmək.

Belə ki, insan öz tərəfindən, yuxarıdan müəyyən bir nurlandırmanı əldə etməzdən əvvəl, çox və ya az dərəcədə ona bənzəyən insanları axtarmalıdır, – onlar da Yradanla ən azından hansısa bir təmasın əhəmiyyətini necə artırmağı axtarırlar,  çünki burada çoxluğun rəyi işləyir, hər kəs öz yoldaşından kömək ala bilər.

Lakin bilmək lazımdır ki, «minimal çoxluq – ikidir». Yəni əgər iki yoldaş birlikdə oturub Yaradanın əhəmiyyətini necə artırmağı düşünürlərsə, artıq onlarda aşağıdan oyanış baxımından Yaradanın ucalığını almağa imkan verən qüvvə var, və bu əmələ sonra, onlar Yaradanın ucalığını bir az hiss etməyə başlayanda yuxarıdan oyanış gəlir.

Və deyilmişdir ki, «padşahın böyüklüyü xalqın çoxluğundadır». Belə çıxır ki, çoxluq nə qədər böyükdürsə, onun qüvvəsi də bir o qədər çox təsir edir, yəni onlar Yaradanın ucalığı və əhəmiyyətinin daha güclü mühitini yaradırlar. Və onda hər kəsin bədəni hiss edir ki, müqəddəslik naminə yerinə yetirmək istədiyi bütün əməllər, yəni Yaradana əta etmə əməli onun üçün böyük sərvət sayılacaq, axı ona Padşaha xidmət etməyə layiq görülmüş insanların mühitinə girmək şərəfi nəsib olub. Və onda o, yerinə yetirdiyi hər hansı kiçik əməldə  belə indi Padşaha xidmət etmək üçün bir şeyinin olduğundan sevinc və həzzlə dolu olur.

Və yoldaşlar toplantı zamanı fikirləri ilə Yaradanın ucalığı barədə hansı ölçüdə düşündülərsə, və hər kəs öz ölçüsündə onda Yaradanın əhəmiyyətini və ucalığını oyatdısa, həmin dərəcədə o, bütün günü sevinc və şadyanalıq aləmində qala bilər. Başqa sözlə, Yaradanın işi ilə bağlı məşğul olduğu hər bir kiçik şey onda həzz doğurur. Axı hətta o, bir anlığına yadına salsa ki, ruhaniyyət barədə düşünmək lazımdır, o, dərhal deyir: «Mən artıq təşəkkür edir, tərif edir və Yaradanı ucaldıram». Axı o, inanır ki, Yaradan onu indi çağırdı və onunla danışmaq istəyir.

Və insan Padşahın onu çağırdığını və onunla həzz almaq istədiyini təsəvvür edəndə , necə sevincli və necə gözəl ovqatda ola bilər. Və  şübhəsiz ki, belə gözəl ovqatda o,, heç bir boş şey haqqında düşünməz. Və yalnız bir az utanardı ki, Padşah onunla danışanda necə davranmaq lazım olduğu qanunları və Padşahın adətlərini bilmir.

Və həqiqətən, Padşah naminə etməyi bacardığı şey onun üçün böyük sərvət sayılardı. Çünki,o, məktəbdə, kiçik olanda öyrəndiyi bəzi şeylərdən Padşahın göstərişlərini necə yerinə yetirmək barədə qanunları bir az bilir . Və şübhə yoxdur ki, indi, o, artıq böyüyüb və Padşaha xidmət etmək istəyir, lakin, padşahın qanunlarına aid bilik çatışmazlığı var.Deməli, onun qayğıları: Padşaha hansı əməl və ya niyyətdən daha böyük həzz gələcəyini bilmədiyinə  yönəlib. Və bundan başqa, o, xeyirlə dolu bir dünyada yaşayır. Bütün bunlar qrupun, yoldaşlar toplantıya yığışanda, düşünməli olduqları şeylərdir. Və həmçinin  qrupun əhəmiyyəti barədə danışmaq, necə ki, yuxarıda deyilmişdir: «İnsan həmişə [əvvəlcə] Yaradanı tərif etməli, sonra dua etməlidir»2.

Eləcə də qrupa münasibətdə, insan qrupdan nə isə tələb etmək istəyəndə, hansı ki,«dua etmək» adlanır, – əvvəlcə qrupu tərif etməlidir. «Və sonra dua etməlidir», yəni qrupdan istədiyini ona verməyi tələb etməlidir.

Belə olan  halda o, əvvəlcə yoxlamalıdır ki, qrupda nə var. Onlarda hansı sərvət var, ki, o, onlarla birləşərək ala bilər. Axı ola bilər ki, qrupda olan bu sərvət ona lazım deyil, əksinə, o, bundan qaçır və ox atımı məsafəsi qədər uzaqlaşır.

Və buna uyğun olaraq, o, yoldaşların toplantısına gələndə, yoldaşlarda onun can atdığı bir məqsəd və onlardan hər birində bu məqsədlə [heç olmasa] kiçik bir əlaqə varmı deyə həmişə izləməlidir. Və o, belə düşünür ki, hamının bir məqsədlə birləşməsi sayəsində, onlardan hər birinin öz payı, həmçinin bütün yoldaşların payları olacaq. Belə çıxır ki, bunun sayəsində qrupun hər bir üzvündə  bütün qrupdakı ümumi  güc kimi bir qüvvə olacaq.

Deməli, onlardan hər biri toplantının məqsədini bütün ciddiliklə nəzərdən keçirməlidir, yəni bu, belə bir hissə gətirməlidir ki, yoldaşların toplantısından sonra, hər kəsin əlində nəsə var və o, bunu öz 'kelim'-inə qoya bilər. Amma o, «Lakin öz qabına qoyma» vəziyyətində olmamalıdır. Və hər kəs hesaba almalıdır ki, əgər o, toplantıda xüsusi diqqətlə oturmursa, təkcə özü itirmir, həm də bütün qrupu korlayır.

Və bu, Midraşda: «Qayıqda üzən iki adam haqqındakı məsəldə deyildiyi kimidir: onlardan biri qayıqda öz altından dəlik açmağa başladı. Yoldaşı ona deyir: «Nə üçün dəlik açırsan?» O, cavab verir: «Sənə nə dəxli var? Axı mən öz altımdan dəlik açıram, sənin altından yox». O isə cavab verir: «Axmaq! Axı biz bu qayıqda birlikdə həlak olacağıq!»»

Və qrupun əhəmiyyəti və zərurəti barədə toplantıda danışdıqdan sonra, islahların qaydası başlayır – necə və nə ilə qrupu möhkəmlədə bilərik ki, o, bir bütöv olsun, ayədə deyildiyi kimi: «Və İsrail orada dağın qarşısında dayandı», müdriklər belə izah etdilər: «Bir adam kimi, tək ürəklə». Və qayda belə olmalıdır ki, kimdə yoldaşlar arasında məhəbbətə faydalı olacaq hər hansı bir təklif varsa, bunu müzakirə etmək lazımdır və bu, bütün yoldaşlar tərəfindən qəbul edilməlidir, çünki burada məcburiyyət ola bilməz.

İndiyə qədər biz insanla yoldaşı arasındakı əlaqə barədə danışdıq, hansı ki, «Tövratın Bəxş edilməsi» kitabında deyildiyi kimi, bizi insanla Yaradan arasındakı əlaqəyə gətirəcək. Buna uyğun olaraq belə çıxır ki, necə ki,  bizi Yaradanı sevməyə gətirəcək yoldaşlara məhəbbətin əhəmiyyəti barədə danışırlar, eləcə də düşünmək lazımdır ki, yoldaşlara məhəbbət də bizi Yaradanı sevməyin əhəmiyyətinə gətirməlidir.