<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Dünyanın Tövrat üçün yaradılması nə deməkdir

Barux Şalom Levi Aşlaq (Rabaş)

Dünyanın Tövrat üçün yaradılması nə deməkdir


Məqalə 3, 1990-cı il

Raşi «Başlanğıcda yaratdı» [ayəsi] barədə müdriklərin izahını gətirir: «“Onun yolunun başlanğıcı” adlanan Tövrat naminə. Və “İsrael — Yaradanın müqəddəsidir, Onun məhsulunun başlanğıcıdır” adlanan İsrael naminə».
Və anlamaq lazımdır ki, «Tövrat naminə dünya yaradıldı» nə deməkdir. Çünki Tövrat — sadə anlayışda — onları yerinə yetirməyi göstəriş verən Padşahın ehkamlarıdır. Və Padşahın göstərişləri çatışmazlıqlara (xisronot) malikdir, onların doldurulmasını istəyirlər, çünki onlar da hisslərə malikdir.
Amma demək olarmı ki, Padşah istəyir ki, Onun göstərişlərinə əməl edilsin? Bunu adi yer üzünün padşahı barədə demək olar ki, o, göstərişlər vermək istəyir və bundan həzz alır. Lakin Yaradan barədə belə demək olmaz ki, guya O, Ona ehtiram göstərilməsini və Onun göstərdiyini yerinə yetirmələrini istəyir.
Və həmçinin müdriklərin dediyini anlamaq lazımdır ki, dünya İsrael üçün yaradılıb. Yəni bu, Tövrat üçün deyil deməkdir. Əgər belədirsə, onda anlamaq lazımdır: dünyanın yaradılması üçün iki səbəb varmı, yoxsa bu, bir səbəbdir, yəni hər ikisi eyni şeyə işarə edir.
Məlumdur ki, dünyanın yaradılmasının səbəbi Onun öz yaratdıqlarını həzzə çatdırmaq istəyidir. Və Onun əməllərinin kamilliyi üzə çıxsın deyə, yəni utanc hissi olmasın deyə, ixtisar və gizlətmə edildi ki, xeyir və həzz yalnız o şərtlə nurlansın ki, alanın niyyəti vermək naminə olsun, əks halda Yaradanın Simasının gizlənməsi baş verir. Və bu səbəbdən bizə inam ehkamı verilib ki, O, öz dünyasını Xeyirxah və Xeyir verən kimi idarə edir və Yaradanın inam ehkamı vasitəsilə, Tövratı və ehkamları inamla yerinə yetirəndə, utanc kateqoriyası islah olunacaq.
Lakin yalnız özünə almaq istəyi ilə yaradılmış varlıqların yaradılması səbəbindən, onlar elə bir səviyyəyə çata bilmirlər ki, bütün hərəkətləri  özləri naminə yox,yalnız Yaradan naminə olsun. Bu, almaq istəyinin şər adlanmasına gətirib çıxardı. Və bu şər yolu ilə gedən günahkar adlanır. Öz faydası üçün almaq istəyi şər başlanğıc adlanır, çünki onun insana təklif etdiyi hər şey — insanın öz faydası üçün etdikləridir və bu, insana şər gətirir.
Bu o deməkdir ki, o, insanın Yaradanın öz yaratdıqlarına vermək istədiyi bütün xeyri və həzzi almağa qadir olmamasının səbəbidir. Buna görə də ona, yəni özünə almaq istəyi adlanan şeyə islah buyurulmuşdur, çünki almaq istəyi Yaradanın yalnız vermək istəyinə ziddir və almaq istəyi verə bilmir.
Və xassələrdə bənzərliyə görə insan alanda, onun niyyəti qoşmaq imkanı olmalıdır ki, almaq vermək naminə olsun, və onda bu artıq onun verdiyi adlanacaq. Və buna xassələrin bənzərliyi və ya birləşmə deyilir. Çünki ruhani olanlarda xassələr üzrə müqayisə birləşmə adlanır, baxmayaraq ki, əslində o, alır. Və bu, vermək naminə almaq adlanır.
Lakin belə bir şey necə mümkündür ki, xassələrdə bənzərliyə gəlmək olsun? Axı bu, Yaradanın yaratdığı almaq istəyidir, bəs Yaradanın yaratdığı təbiəti necə ləğv etmək olar? Və buna islah edildi, çünki əslində almaq istəyinin təbiətini ləğv etmək mümkün deyil. Lakin ona vermək niyyəti əlavə olunur. Belə çıxır ki, almaq istəyi, yəni insanın həzz ala biləcəyi bir əşyanı gördüyü şey, qalır. Yəni sonra da insan həzz alır, lakin başqa niyyətlə. Və bu, vermək naminə almaq adlanır.
Amma insanda başqa niyyət necə ola bilər ki, o, öz faydası üçün yox, Yaradan naminə alsın? Bu barədə müdriklər dedilər: «Yaradan dedi: Mən şər başlanğıc yaratdım və ona Tövratı ədviyyə olaraq yaratdım». Yəni Tövrat və ehkamlar vasitəsilə insan elə bir səviyyəyə çata bilər ki, vermək arzusu qazansın. Və bu, insanın verici kelimlərə layiq olmasının yeganə məsləhətidir, müdriklərin dediyi kimi: «Onun içindəki nur mənbəyə qaytarır».
Belə çıxır ki, Tövrat vasitəsilə insan verici kelimlər qazanır. Və onda Yaradanın yaratdıqlarına vermək istədiyi xeyir və həzzi ala biləcək. Və bu baxımdan Tövrat 613 eytin, məsləhətlər adlanır ki, onların vasitəsilə insan verici kelimlərə layiq olur.
Və sonra, yəni Tövrat və ehkamlar vasitəsilə verici  kelimlərə layiq olduqdan sonra, o, yaradılış məqsədində qoyulmuş xeyir və həzzi almalıdır. Və bu xeyir və həzz də Tövrat adlanır. Yəni onda 613 eytin, 613 pkudin, əmanətlər olacaq. Bu o deməkdir ki, hər bir ehkamda xüsusi bir nur yerləşir.

Və necə ki,yazılıb (Zoar Kitabına Ön sözdə, s. 242, b.1.), və bu sözlər belədir: «Buna bənzər şəkildə, Tövratda və ehkamlarda “edəcəyik” və “eşidəcəyik” anlayışları var, müdriklərin dediyi kimi: “Onun sözünü yerinə yetirənlər, Onun göstərişinin səsini eşitmək üçün” – əvvəlcə edirlər, sonra isə eşidirlər». Və Tövratı və ehkamları “hələ eşitməyə layiq olmamışdan əvvəl yerinə yetirənlər” kimi icra etdikdə, bu ehkamlar altı yüz on üç məsləhət adlanır və onlar arxa tərəf (axor) xassəsindədir. Və “Onun göstərişinin səsini eşitmək” xassəsinə layiq olduqda, altı yüz on üç ehkam ‘pkudin’ — “əmanət” mənasını verən ‘pikadon’ sözündən — olur. Çünki altı yüz on üç ehkam var və hər ehkamda müəyyən pillənin nuru yerləşdirilib».
Və deyilənlərlə soruşulana izah vermək olar — dünyanın Tövrat üçün yaradılması nə deməkdir.
Məgər Tövratın hissləri var və o hiss edir ki, onu yerinə yetirən yoxdur? Və həmçinin soruşulurdu: məgər başqa yerdə müdriklər deməyiblərmi ki, dünya İsrael xalqı üçün yaradılıb?
Məsələ ondadır ki, hər iki ifadə bizə eyni şeyi deyir, yəni dünyanın yaradılmasının səbəbi Onun Öz yaratdıqlarını həzzə çatdırmaq istəyi idi. Və (Midraş Raba. Bereşitdə) deyilir ki, Yaradan Adam Rişonu yaratmaq istədiyi vaxt mələklər buna qarşı oldular və dedilər: «İnsan nədir ki, Sən onu xatırlayırsan? bu bəla – Sənə nə üçün lazımdır?» Və Yaradan onlara cavab verdi ki, bu, hər cür xeyirlə dolu sarayı olan, amma qonaqları olmayan padşaha bənzəyir.
Belə çıxır ki, insanın yaradılmasının səbəbi yaratdıqları həzzə çatdırmaq istəyi idi. Və bu, deyildiyi kimi, dünya Onun ilk bəhrələri adlanan İsrael naminə yaradılıb. Lakin O, onlara vermək istədiyi bu xeyir və həzz nədir?
Onda müdriklər bizə dedilər ki, xeyir və həzz — Tövratdır. Yəni dünya İsraelin Tövratda olan xeyir və həzzi alması və ondan həzz alması üçün yaradılıb.
Belə çıxır ki, «dünya İsrael naminə yaradılıb» deyiləndə, «dünya Tövrat naminə yaradılıb» deyilən də eyni şeydir. Sadəcə, bir halda söhbət alanlardan, yəni İsrael xalqından gedir, digər yerdə isə onların aldıqlarından gedir. Yəni bir hissə kli barədə danışır, digər hissə isə nur barədə. Lakin birlikdə onlar — bir vahid bütövdür, nur və kli.
Lakin «dünya Tövrat naminə yaradılıb» deyilən söz iki cür izah edilə bilər:

  1. Yuxarıda deyildiyi kimi, Tövrat — 613 eytindir və bu, şər başlanğıcı ram etmək üçün 613 məsləhətdir, necə deyilib: «Mən şər başlanğıc yaratdım və ona Tövratı ədviyyə olaraq yaratdım». Yəni Tövrat vasitəsilə şər islah olunacaq, «çünki onun içindəki nur mənbəyə qaytarır».
    Eyni şəkildə müdriklərin dediyini (Şabat 33) izah etmək olar: «Əgər gündüz və gecə Mənim əhdim olmasaydı, göyün və yerin qanunlarını bərqərar etməzdim», burada “gündüz və gecə” — “Tövrat”dır, necə deyilib: «və onun haqqında gündüz və gecə düşün». Yəni əgər Tövrat olmasaydı, dünya mövcud olmazdı.
    Və izah etmək lazımdır ki, Tövrat vasitəsilə, çünki Onun nuru mənbəyə qaytarır, dünya mövcud ola bilər. Yəni xeyir və həzzi almaq imkanı olacaq, çünki Tövrat yaradılışlarda olan şəri islah edəcək və onlarda xassələr üzrə uyğunluq olacaq, yuxarıda deyildiyi kimi, və bunun sayəsində utanc qüsuru islah ediləcək.
    Və aydındır ki, əgər Tövrat mənbəyə qaytarmasaydı, xeyir və həzzi almaq üçün heç bir imkan olmazdı. Belə çıxır ki: «göyün və yerin qanunlarını bərqərar etməzdim», onda hər şey mənasız olardı.
    Beləliklə, burada Tövrat eytin kateqoriyası adlanır, yəni bu xeyri almağın məsləhətləri.
  2. Yuxarıda deyildiyi kimi, Tövrat — müqəddəs adlar olan 613 pkudindir. Yəni Zoar Kitabına Ön sözdə (s. 242) deyildiyi kimi: «Və hər ehkamda müəyyən pillənin nuru yerləşdirilib, bu, ruhun və bədənin altı yüz on üç orqanı ‘evarim’ və bağları ‘gidim’indən müəyyən bir orqana və bağına uyğundur. Və belə çıxır ki, ehkamı yerinə yetirməklə, o, ruhda və bədəndə ona uyğun olan orqana müəyyən orqana və bağına aid nur pilləsini cəlb edir. Və bu, həmin ehkamların ön tərəfi ‘panim’ xassəsidir ki, orada o zaman “əmanətlər” ‘pkudin’ adlanır».
    Və bunu izah etmək lazımdır, müdriklərin dediyi kimi: «Dünya Tövrat naminə yaradılıb», yəni aləmlərin yaradılmasının səbəbi varlıqları həzzə çatdırmaq idi. Bu xeyir və həzz Yaradanın “adları” adlanan Tövratda yerləşir. Və Yaradanın ümumi adı — «Xeyirxah və Xeyir verəndir».

Çünki Yaradanın adlandırıldığı adlar bu kateqoriyaya aiddir: «Sənin əməllərindən Səni tanıyırıq». Və Yaradan tərəfindən özləri üçün və bütün dünya üçün xeyir və həzz aldıqlarına görə, Ona Xeyirxah və Xeyir verən adı verdilər. Müdriklərin dediyi kimi: «Özününkülərinə qarşı xeyirxah və başqalarına qarşı xeyir verən», bu o deməkdir ki, onlar Yaradanın onlara xeyir verdiyini dərk etdilər. Həmçinin dərk etdilər ki, Yaradan başqaları üçün də xeyir edir.
Lakin Yaradanın Özündən danışmaq mümkün deyil, Zoarda yazıldığı kimi: «[İnsanın] düşüncəsi Onu heç cür dərk etməyə qadir deyil». Və bu o deməkdir ki, Yaradanın Özündən danışmaq mümkün deyil, çünki bizdə Yaradan barədə heç bir idrak yoxdur. Belə çıxır ki, buna uyğun olaraq, müdriklərin dediyi: «Dünya Tövrat naminə yaradılıb» və müdriklərin dediyi dünya İsrael naminə yaradılıb — eyni şeydir. Lakin fərq nurla kli arasındadır. Nur Tövrat adlanır. Nuru almaq üçün kli isə «İsrael» adlanır.
Və bunun mahiyyəti «Pri Xaxam» kitabında (2-ci hissə, s. 64) izah olunur, orada izah edilir: «Tövrat, İsrael və Yaradan — bir bütövdür». Və orada deyilir: «Və budur, görürsən ki, 613 Tövrat ehkamı və 7 müdrik ehkamından ibarət olan qeyd olunan 620 ad — əslində ruhun 5 xassəsidir, yəni NARANXA”Y, çünki NARANXA”Y kelimləri qeyd olunan 620 ehkamdandır, NARANXA”Y nurları isə hər ehkamın içində yerləşən Tövrat nurunun özüdür. Belə çıxır ki, Tövrat və ruh — bir bütövdür. Lakin Yaradan — Tövrat nuruna bürünmüş Sonsuzluq nurudur, o Tövrat nuru da qeyd olunan 620 ehkamın içində yerləşir».
Belə çıxır ki, İsrael və Tövrat — bir bütövdür. Lakin fərq nə barədə danışılmaqdadır: nur tərəfdən, yoxsa kli tərəfdən.
Lakin işin qaydası belədir: çünki biz artıq bilik ağacının günahından sonra doğulmuşuq, buna görə də artıq özümüz üçün almaq istəyinə batmışıq, hansının ki,üzərində ixtisar və gizlətmə edilmişdir. Buna görə də işimizin qaydası lo lişma səviyyəsindən başlayır. Yəni, biz Tövratı və ehkamları yerinə yetirməyə başlayanda, lo lişmada beləa inanmalıyıq, çünki inam olmadan lo lişmanı belə yerinə yetirə bilmirik.
Və hərçənd bu iş inam əsasında olan işdir, bu iş artıq çətindir. Yəni mükafat və cəza aşkarlanmış yerdə iş ağıl daxilində adlanır, çünki onun nəticələri dərhal görünür.
Amma mükafat və cəza gizli olduqda və yalnız mükafat və cəzaya inanmaq lazım olduqda, onda lo lişma belə böyük səydir. Lakin bu hələ qorxulu deyil, çünki bu, özümüz üçün almaq istəyinin təbiətinə zidd deyil. Amma «vermək üçün» adlanan birliyə gəlmək istədikdə, bədən bütün gücü ilə müqavimət göstərməyə başlayır və yuxarıdan kömək olmadan almaq istəyinin hakimiyyətindən çıxmaq mümkün deyil.
Və bu barədə deyilib: «Və əgər Yaradan ona kömək etməsəydi, o, dözə bilməzdi». Və buradakı kömək Tövratdır, çünki Onun nuru mənbəyə qaytarır. Və sonra, insan artıq bəxş edən kelimə layiq olduqda, «Yaradanın adları» adlanan kateqoriyaya layiq olur və bu, Yaradanın yaratdıqlarına vermək üçün Yaradılış Məqsədində yerləşdirdiyi xeyir və həzzdir. Və bu barədə deyilib ki, aləmlərin yaradılmasının səbəbi — yaratdıqları həzzə çatdırmaqdır.